Məhkəmə qərarları › İş №1(046)-59/2020

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-59/2020

02.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-59/2020 02.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, məhkumluğu olmayan, Göyçay rayon Potu kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vahid qəsdlə davamlı olaraq özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui- istifadə etməklə Zərərçəkmiş şəxs oğlu Şahid3 barəsində Şəmkir Hərbi prokurorluğunda istintaqı aparılan cinayət işinə xitam edilməsinə nail olacağını vəd edib aldatmaqla, Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq həmin ilin may ayının əvvəllərinə kimi olan dövr ərzində bank vasitəsilə, habelə zərərçəkmiş ilə Ağdaş rayonunun girəcyində yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığında, eyni zamanda Göyçay şəhəri avtovağzalın yaxınlığında görüşərək hissə-hissə olmaqla ümumilikdə 3804 manat pulunu ələ keçirib dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2019-cu ilin fevral ayında Zərərçəkmiş şəxs ilə aralarında bağladıqları müqaviləyə əsasən Arzudan kredit yolu ilə elektirik süpürgəsi, çörək bişirən aparat və tava dəsti götürmüş, pulunu da hər ayın sonu ödəmiş, 2019-cu ilin mart ayında Zərərçəkmiş şəxs whatsappında oğlu ilə bağlı statuslar görmüş və nə baş verdiyi barədə Arzudan soruşmuş, Arzu isə ona oğlu Şahid3 Qazax rayonunda yerləşən Hərbi hissədə probleminin olduğunu, oğlunun barəsində Şəmkir hərbi prokurorluğunda cinayət işi açıldığını və oğlunun xidməti yerinin də Tovuz rayonunda yerləşən hərbi hissəyə dəyişdirilməsini, oğlu barəsində olan cinayət işinin həll edilməsinin yolunu axtarmasını demiş, Arzuya bu barədə maraqlanacağını, əmələ gələn iş olarsa kömək edəcəyini bildirmiş, həmin vaxtı Arzu oğlunun barəsində cinayət işinin istintaqını aparan Şəmkir rayon Hərbi prokurorluğunda işləyən Elnur adlı müstəntiqin nömrələrini ona vermiş, həmin ərəfədə Şahid3 işinin nə yerdə olması ilə maraqlanmaqdan ötrü Elnur adlı müstəntiq ilə telefon əlaqəsi saxlamış, sonuncuya görüşmək istədiyini bildirmiş, lakin müstəntiq Elnur ona görüşməyə heç bir lüzum olmadığını və qısaca məlumat verərək Şahid3 barəsində cinayət işinin başlandığını bildirmiş, müstəntiq Elnura “əgər mümkündürsə həmin cinayət işini yoluna qoy, yəni xitam elə” deyə xahiş etmiş, lakin müstəntiq Elnur isə ona mümkün olmadığını və cinayət işinin mütləq olaraq məhkəməyə göndərəcəyini bildirmiş, həmçinin onun azyaşlı uşağı qan azlığı xəstəsi olduğu üçün uşağını müalicə etdirmək istədiyindən pul əldə edə bilmirmiş, ona görə də o, Zərərçəkmiş şəxs pulunu ələ keçirmək üçün yalandan sonuncuyla telefon əlaqəsi saxlayan zaman bildirmişdir ki, oğlunun barəsində olan cinayət işini həll etmək üçün müstəntiqlə danışmışdır. Həmin gündən bir neçə gün keçdikdən sonra Zərərçəkmiş şəxs ilə əlaqə saxlayaraq oğlu Murad Əkbərovla Göyçay şəhəri ərazisində görüşən zaman onlara narahat olmamalarını müstəntiq Elnurla görüşdüyünü və Kənanın barəsində olan cinayət işini xitam etdirəcəyini bildirmiş, təxminən 4000 manat pul lazım olduğunu və Kənan Hərbi Hissədən çıxandan sonra evinə qayıdacağını demiş, Arzu isə ona 4000 manat pulunun olmadığını, 1000 manat pulunun olduğunu, həmin pulu Mingəçevir şəhərinə qayıtdıqdan sonra göndərə biləcəyini, qalan pulu da hissə-hissə düzəldib verə biləcəyini bildirmiş, həmin vaxtı Arzudan 1000 manat pulu göndərməsini, qalan pulu da qısa zamanda düzəldib verməsini tapşırmış, Zərərçəkmiş şəxs Mingəçevir şəhərinə qayıtdıqdan sonra ertəsi günü, yəni xx.xx.2019-cu il tarixdə o, Şahid5la Göyçay rayon Məhkəməsinin yanında yerləşən çayxanada oturub çay içən zaman istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə Zərərçəkmiş şəxs zəng etdikdə masadan qalxıb telefonla danışmaq üçün uzaqlaşmışdır. Zərərçəkmiş şəxs ona 1000 manat pulun hazır olduğunu kimin adına göndərməsini soruşduqda, öz şəxsiyyət vəsiqəsinin üzərində olmadığından Zərərçəkmiş şəxs telefonda gözlədib Şahid5 ətraflı məlumat vermədən şəxsiyyət vəsqiqəsinin üzərində olubolmamsını soruşduqda Nofəl üzərində olduğunu bildirmişdir. Şahid5 yanından bir qədər uzaqlaşıb Zərərçəkmiş şəxs həmin pulu Şahid5 adına göndərməsini bildirmişdir. Həmin pulu Acces Bank ASC-nin Göyçay rayon filialından götürmüşlər. Şahid5 həmin pulun borc pul olmasını deyərək pulu cibinə qoyub evimə getmişdir. Həmin vaxtdan iki gün keçdikdən sonra Zərərçəkmiş şəxs zəng edərək verdiyi 1000 manat pulu müstəntiqə göndərdiyini, qalan pulları da göndərməsini, oğlunun barəsində Şəmkir hərbi prokurorluğunda olan cinayət işinin bağlanılacağını bildirmiş, xx xxxx 2019-cu il tarixdə Arzu sürücü Ramin adlı şəxs ilə birlikdə Göyçay rayonuna gəlmiş, Arzu ilə Göyçay şəhərində avtovağzal yanında yerləşən çayxanada görüşmüş, həmin vaxtı Arzu ona 850 manat pul vermiş, qalan pulları da hissə-hissə verəcəyini bildirmiş, Arzu ilə razılaşaraq və ona pulları tez verməsini bir daha nəzərinə çatdırmış, həmin pulu da xəstə uşağının müalicəsinə və digər xərclərinə sərf etmiş, həmin vaxtdan da təxminən 10 gün keçdikdən sonra Arzu ilə telefon əlaqəsi saxlayaraq pulları vermək lazım olduğunu demiş, həmin vaxtı Arzu ilə Göyçay şəhər ərazisində dord yol dairəsi yanında görüşmüş, ona 300 manat pul vermiş, həmin gündən də bir neçə gün keçdikdən sonra Arzu ona zəng etmiş və onlar Göyçay şəhərində “dördyol” dairəsi yanında görüşən zaman Arzu ona 300 manat da pul vermişdir. Həmin gündən də bir neçə gün keçdikdən sonra, yəni 2019-cu ilin aprel ayında, Arzu onunla telefon əlaqəsi saxlamış, onlar Ağdaş rayonunda, dördyol dairəsi yaxınlığında yerləşən yanacaq doldurma məntəqəsinin yanında görüşən zaman Arzu ona 500 manat da pul vermiş, Arzudan aldığı həmin pulları da xəstə uşağının müalicə xərclərinə sərf etmiş, həmin gündəndə bir neçə gün keçdikdən sonra Arzu ona zəng edərək 600 manat pul da oğlu Muradın vasitəsilə göndərdiyini bildirmiş, Murad ilə Göyçay şəhərində dördyol dairəsi yanında yerləşən avtovağzalın qarşısında görüşmüş, ona 600 manat pulu vermiş, həmin gündəndə bir neçə gün keçdikdən sonra Arzu ona zəng edərək 250 manat pul da oğlu Muradın vasitəsi ilə ona göndərdiyini bildirmiş, bu dəfə Murad ilə Göyçay şəhərində, dördyol dairəsi yanında yerləşən avtovağzalın qarşısında görüşmüş, Murad 250 manat pulu ona vermiş, Arzudan aldığı sonuncu pulları da xəstə uşağının müalicə və digər xərclərinə sərf etmişdir. Daha sonra Arzu onunla əlaqə saxlamış və onlar görüşən zaman Arzu ona daha pul düzəldə bilməyəcəyini, ona ümumilikdə 3800 manat pul verdiyini, oğlunun barəsində olan cinayət işinin verdiyi həmin 3800 manat pulla həll etdirməyini bildirmiş, Arzu ilə razılaşaraq oğlunun barəsində olan cinayət işini elə 3800 manat pulla xitam etdirəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs oğlu Şahid3 barəsində olan cinayət işinin həll edilməsinə, yəni xitam etdirilməsinə kömək edəcəyini bildirsə də, heç bir köməklik etməmiş və Arzunu aldadaraq 3800 manat pulunu ələ keçirmişdir. Məhkəmə baxışı zamanə 3804 manat məbləğində maddi ziyanın 1000 matını zərərçəkmiş şəxsə ödəmiş, qalan 2800 manatı hissə-hissə ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Törətdiyi əməldən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Göyçay şəhərində Təqsirləndirilən şəxsla tanış olmuş, Həmin ərəfədə oğlu Şahid3 2019-cu ilin mart ayında xidmət etdiyi N saylı hərbi hissədə dalaşdığı üçün Şəmkir hərbi prokurorluğunda cinayət işi getdiyindən oğlunun şəklini vvhatsaap sosial şəbəkəsində şərh hissəsinə qoymuşdur. 2019-cu ilin mart ayının 5-dən sonra İxtiyar onun vatchapp statusunu görərək oğluna nə olduğunu soruşmuşdur. Kənanın Qazax Hərbi hissədə problemi yarandığını, yəni Şahid3 xidmət etdiyi hərbi hissədə dalaşdığı üçün barəsində Şəmkir hərbi prokurorluğunda cinayət işi olduğunu və oğlu ilə bağlı problemi İxtiyara danışmışıdr. Həmin vaxtı İxtiyar ona oğlu Şahid3 hansı hərbi hissədə olduğunu soruşmuş və mobil nömrəsini istəmişdir. Həmin vaxt İxtiyara Şahid3 əvvəl Qazax rayonunda “N” saylı hərbi hissəsində xidmətdə olduğunu, hazırda Tovuz rayonunda “N” saylı hərbi hissəsində xidmətdə olmasını deyərək mobil nömrəsini vermişdir. Bundan sonra İxtiyar ona narahat olmamasını işi həll edəcəyini, evində oturub gözləməyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə Göyçay şəhəri 4 yol dairəsində İxtiyar ona demişdir ki, oğlunun işin danışmış, buna görə 4000 manat pul istəmişlər. İxtiyara inanmış və ona 1000 manat pul verəcəyini, qalanını hissə-hissə düzəldib verəcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs zəng edib 1000 manat pulu kim adına göndərməsini soruşduqda, İxtiyar ona bildirmişdir ki, 1000 manat pulu Şahid5 Oktay oğlunun adına göndərsin. Həmin vaxt Access Bank ASC-nin Mingəçevir şəhərində yerləşən filialından Nofəlin adına 1000 manat pul göndərmişdir və göndərdiyi pula görə isə əlavə 4 manat pul da bankın komissiya xərclərinə ödəmişdir. Həmin vaxtdan iki gün keçdikdən sonra İxtiyar ona “göndərdiyin 1000 manat pulu yollamışam və 3000 manatda göndər oğlunun barəsində Şəmkir hərbi prokurorluğunda olan cinayət işini bağlasınlar” deyə bildirmiş, xx xxxx 2019-cu il tarixdə sürücü Şahid1la birlikdə 850 manat pulu Göyçay şəhər ərazisində çayxanaların birində İxtiyara vermiş və bir daha İxtiyara qalan pulu hissə-hissə verəcəyini bildirmiş, İxtiyarda onunla razılaşmış, həmin vaxtdan da təxminən 10 gün keçdikdən sonra xx.xx.2020-ci il tarixdə İxtiyar ona zəng edərək pulları vermək lazım olduğunu bildirmiş, həmin vaxt sürücü Raminin yanında Göyçay şəhər ərazisində dördyol dairəsi yanında İxtiyara 300 manat pul vermiş, həmin gündən də bir neçə gün keçdikdən sonra o, Göyçay şəhərində “dördyol” dairəsi yanında İxtiyara 300 manat pul vermiş, həmin gündən də bir neçə gün keçdikdən sonra, yəni 2019-cu ilin mart ayında İxtiyar ilə əlaqə saxlayaraq Ağdaş rayonunda yerləşən yanacaq doldurma məntəqəsinin yanında iş yoldaşları Raminin və Kəmalənin yanında İxtiyara 500 manat pul da vermiş, həmin gündən də bir neçə gün keçdikdən sonra 600 manat pulu oğlu Şahid4 vasitəsilə İxtiyara göndərmiş, daha sonra İxtiyara 250 manat pul da oğlu Muradın vasitəsi ilə göndərmiş, İxtiyara ümumilikdə 3800 manat pul verdikdən sonra daha pul düzəldə bilmədiyini, verdiyi həmin 3800 manat pulla işi həll etməsini bildirmiş, İxtiyar onunla razılaşaraq cinayət işini 3800 manat pulla həll etdirəcəyini demişdir. Təqsirləndirilən şəxs onu aldadaraq etibarından sui istifadə edib ümumilikdə 3800 manat pulunu ələ keçirməsini başa düşmüş, sonuncudan pulunu qaytarmasını tələb etmiş, lakin Təqsirləndirilən şəxs ona bəhanə edərək pulu verəcəyini desədə pulunu qaytarmamış və bununla da aralarında narazılıq yaranmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona dəymiş 3800 manat məbləğində maddi ziyanın 1000 manatını ödəmiş, qalan 2800 manatını təqsirləndirilən şəxslə hissə-hissə ödənilməsinə dair razılığa gəlmişdir. Buna görə də göstərilənləri və məhkəməyə təqdim etdiyi ərizəsini nəzərə alaraq təsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə birlikdə Azərbaycanın müxtəlif rayonlarında səyyar formada elektrik avadanlıqlarının kreditlə satışı ilə məşğul olur. 2019-cu ilin fevral ayından Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, 2019-cu ilin fevral ayında Zərərçəkmiş şəxs ilə birlikdə Göyçay şəhərində səyyar formada elektrik və mətbəxt avadanlıqlarının satışı ilə məşğul olarkən Təqsirləndirilən şəxsla tanış olmuşlar, İxtiyar kreditlə Arzudan elektrik süpürgəsi, çörək bişirən aparat və tava dəsti götürmüşdür. Həmin ərəfələrdə Arzunun oğlu X2 Hərbi hissədə problemi olduğundan onun barəsində cinayət işi olmuş, Arzu da oğlu ilə bağlı problemi İxtiyara danışmış, Arzu ilə birlikdə işlədikləri üçün Təqsirləndirilən şəxsla aralarında olan bütün söhbəti bilmiş, İxtiyar isə Arzuya oğlunun işini həll edəbiləcəkdir deyə bildirmiş, həmin vaxtdan bir neçə gün keçdikdən sonra İxtiyar Arzuya “oğlunun işini danışmışam, buna görə 4000 manat pul istəyirlər” deyə bildirmiş, həmin vaxtı Arzu Təqsirləndirilən şəxs 1000 manat pulunun olduğunu, qalanında hissə-hissə düzəldib verəcəyini demiş, İxtiyar isə Arzuya pulu Şahid5 Oktay oğlunun adına yollayarsan deyə bildirmiş, xx.xx.2019-cu il tarixdə Arzu onunla birlikdə Mingəçevir şəhərindən yerləşən X3 Rüstəmovun adına 1000 manat pul göndərmiş, həmin vaxtdan iki gün keçdikdən sonra, yəni xx.xx.2019-cu il tarixdə İxtiyar Arzuya “göndərdiyin pulu yollamışam, qalan pullarıda göndər cinayət işini bağlasınlar” deyə bildirmiş, Arzu ilə birlikdə Göyçay şəhərinə gəlmiş, Arzu Göyçay şəhər ərazisində Təqsirləndirilən şəxs 850 manat da pulu vermiş, təxminən 10 gün keçdikdən sonra İxtiyar Arzuya zəng edərək pulları vermək lazım olduğunu bildirmiş, həmin ərəfədə Arzu onunla Göyçay şəhər ərazisində İxtiyara 300 manat da pul vermiş, həmin gündəndə bir neçə gün keçdikdən sonra Arzu Göyçay şəhər ərazisində İxtiyara 300 manat da pul vermiş, həmin gündən də bir neçə gün keçdikdən sonra Ağdaş rayonunda səyyar satışla məşğul olduqları zaman Ağdaş şəhərində yerləşən yanacaq doldurma məntəqəsinin yanında Arzu İxtiyara 500 manat da pul vermiş, 2019-cu ilin mart-aprel aylarında Arzu İxtiyarla görüşən zaman İxtiyara hissə-hissə olmaqla ümumi olaraq 2950 manat pul vermiş, daha sonra eşitmişdir ki, Arzu oğlu Muradın vasitəsilə İxtiyara 600 manat və 250 manat da pul göndərmişdir. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid5 ifadəsindən görünür ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxsla birlikdə Göyçay rayon Məhkəməsinin yanında yerləşən çayxanada olduğu zaman Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng gəlmiş, İxtiyar əyləşdikləri masadan qalxıb kənarda telefonla bir qədər danışdıqdan sonra yaxınlaşıb ondan şəxsiyyət vəsiqəsinin üzərində olub-olmadığını soruşmuş, şəxsiyyət vəsiqəsinin üzərində olduğunu demişdir. İxtiyar yenidən ondan uzaqlaşıb telefonla danışmağa davam etmişdir. İxtiyar danışığını bitirib onun yanına gəlmiş və ona borc olaraq 1000 manat pul göndərəcəklərini deyərək həmin pulu onun adına göndərəcəklərini bildirmişdir. İxtiyarı tanıdığı üçün ona heç bir söz deməmiş, pulun onun adına göndərilməsinə razılıq vermişdir. Bir qədər sonra şəxsiyyəti ona sonradan məlum olan Zərərçəkmiş şəxs onun adına 1000 manat pul göndərmişdir, həmin vaxt İxtiyarla birlikdə Göyçay rayon ərazisində yerləşən Access Banka yaxınlaşmış banka daxil olaraq adına gələn 1000 manat pulu alaraq İxtiyara vermişdir. Cinayət işinə əlavə edilmiş Access Bank ASC-nin 1615/TT190721FH64 nömrəli pul köçürmələri mədaxil orderindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2019-cu il tarixdə saat 15:14-də Şahid5 Oktay oğluna 1000 manat pul köçürülmüş və 4 manat komissiya rüsumu təşkil etmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinə əlavə edilmiş Göyçay rayon Mərkəzi Xəstəxanasından alınmış xx xxxxx 2020-ci il tarixli 1829 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında yaşayan, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Göyçay rayon mərkəzi xəstəxanasının Konsultativ poliklinikasının narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs vahid qəsdlə davamlı olaraq özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui- istifadə etməklə zərərçəkmiş şəxsin oğlu Şahid3 barəsində Şəmkir Hərbi prokurorluğunda istintaqı aparılan cinayət işinə xitam edilməsinə nail olacağını vəd edib aldatmaqla, Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq həmin ilin may ayının əvvəllərinə kimi olan dövr ərzində bank vasitəsilə, habelə zərərçəkmiş şəxs ilə Ağdaş rayonunda yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığında, eyni zamanda Göyçay şəhəri avtovağzalın yaxınlığında görüşərək hissə-hissə olmaqla ümumilikdə 3804 manat pulunu ələ keçirib dələduzluq edərək Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı qismən ödədiyini, qalan ziyanın ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslə razılıq əldə etdiyini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində iki azyaşlı uşağın olmasınıcəzasını yüngülləşdirən hallar kimi, eləcədə cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq təqsirləndirildiyi CM-nin 178.1-cü maddəsində ictimai işlər cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs təyin edilmiş ictimai işlər cəzasını yaşadığı ərazi üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerdə çəkməlidir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə hüquqlarını 12 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 12 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 72 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərcləri, mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-nin 178.1-cü maddəsi ilə təqsirli bilinib, ona 480 (dörd yüz səksən) saat ictimai işlər cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş ictimai işlər cəzasını yaşadığı ərazi üzrə müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi yerlərdə çəksin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzasının əvvəli ictimai işlərə cəlb edildiyi vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 12 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 72 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar