Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-59/2023 25.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 11:45-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1958-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göyçay şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 20-də qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququnun sürücülük vəsiqəsi əsasında həyata keçirilməli olmasına dair “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cii maddəsinin 4cü hissəsinin və mexaniki nəqliyyat vasitəsinin sürücüsünün nəqliyyat vasitəsini hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək idarə etməməli olmasına dair həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozub xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində “Slavuta” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat 'Vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi və etibarnamə olmadan alkoqollu içkilərin qəbulu nəticəsində orta dərəcə sərxoş halda olmaqla idarə edərək Göyçay şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən həmin vaxt Zərərçəkmiş şəxs piyada şəkildə yolu keçməkdə olduğunu, yəni hərəkət üçün təhlükə yarandığını görüb kifayət qədər əsas olmadan yol-nəqliyyat hadisəsinin qarşısını alacağını güman edərək hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olmasına dair qeyd edilən Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə riayət etmədən hərəkət sürətini azaltmaq üçün mümkün olan heç bir tədbir görməyib hərəkətini davam etdirərək Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan vurub dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərərvurmaya aid edilən sağ incik sümüyünün yuxarı 1/3-nin qapalı sınığı, sağ dizdə iç-yan bağların hissəvi qopması, dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərərvurmaya aid edilən başın qapalı travması, sağ dizin ön hissəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi dindirib, iş üzrə olan bütun sübutları tədqiq edib, məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayətin törədilməsində təqsirli hesab edilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bildi, ifadə verərək göstərdi ki, Göyçay şəhəri, Z.Bünyadov küçəsində ailə üzvləri ilə birlikdə yaşayır və fərdi əmək kimi soyuducu ustası işləyir. İş yeri Göyçay şəhəri, N.Nərimanov küçəsində yerləşir. Mərhum atası X1 1941-1945-ci illərdə müharibədə iştirak edib müharibə əlili olduğundan 2009-cu ildə dövlət tərəfindən atası Abdullaya “Slavuta” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil hədiyyə edilmişdir. Avtomobil mərhum atasının adına olsa da atası 2016-cı ilədək idarə etmək üçün avtomobili etibarnamə əsasında ona verimişdir. Atası 2011-ci ildə vəfat etdiyindən hazırda avtomobil onun özünə məxsusdur. O, 1982-ci ildə sürücülük vəsiqəsi almış, lakin sonradan Azərbaycan Respublikasının sürücülük vəsiqəsini almamış, ona görə də sürücülük vəsiqəsi etibarsızdır. Hal-hazırda qeyd edilən avtomobili sürücülük vəsiqəsi olmadan idarə edir. xx.xx.2022-ci il tarixdə, saat 17-18 radələrində işdən çıxıb H.Əliyev prospektində yolun sağ hərəkət hissəsində sol hərəkət zolaqda, yəni qoşa xəttə yaxın zolaqda Nizami küçəsi istiqamətində, yəni “Dəyirmanın dairəsi” adlanan dairə istiqamətində 40 km/saat sürətlə hərəkət etmişdir. Avtomobili idarə etməzdən əvvəl isə spirtli içki qəbul etmiş və həmin vaxt içkili olmuşdur. Qarşıda işıqfor olduğundan sürətini artırmamış, mərkəzi parkın qarşısı ilə hərəkət edib “Xəritə” abidəsinin yanından keçərkən isə qəflətən qoşa xətt tərəfdən, yəni avtomobil yolunun solunda yerləşən mərkəzi aptek tərəfdən yolun sağına bir nəfər qadının düzünə iti addımla keçdiyini görmüşdür. Həmin vaxt aralarında 1 metr məsafə omuşdur. O, dərhal əyləci basıb sükanı sağa fırlayaraq avtomobili sağa istiqamətləndirsə də məsafə az olduğundan hadisənin qarşısını ala bilməmiş və avtomobilinin qarşı sol tərəfi həmin piyada qadının sağ ayaq nahiyəsinə dəymiş və zərbədən piyada yerə yıxılmışdır. Həmin vaxt avtomobili təxminən 3-4 metr irəlidə yolun kənarında dayandırıb tez avtomobildən düşmüş və dərhal həmin qadına tərəf qaçmışdır. Onun kimi ətrafdan da tanımadığı şəxslər qaçıb hadisə yerinə toplaşmışlar. O, yerdə olan həmin qadını ilk dəfə idi ki, görürmüş və həmin qadına yaxınlaşıb yerdən qaldırmaq, köməklik etmək istəsə də piyada ayağında güclü ağrı olduğuna görə onun avtomobili ilə xəstəxanaya getməkdən imtina etmişdir. Ona görə təcili-tibbi yardım stansiyasına zəng edib həkim çağırmışdır. Həmin vaxt piyada qadının əri də haradansa qaçıb oraya gəlmişdir. O, Sona adlı həmin piyada qadının ərinə öz adını bildirib üzrxahlıq etmişdir. Təxminən 5-6 dəqiqə sonra hadisə yerinə təcili-tibbi yardım avtomobili gəlib həmin qadını xəstəxanaya aparmışdır. Bundan sonra o özü də tez avtomobilinə əyləşib yaralı qadının ardınca xəstəxanaya getmiş, orada xəstənin halı ilə maraqlanmışdır. Qısa vaxt sonra xəstəxanaya polis əməkdaşları gəldikdə polis əməkdaşlarına yaxınlaşaraq özünü təqdim edib yol-nəqliyyat hadisəsini törətdiyini bildirmişdir. Həmin vaxt polis əməkdaşları həkimin vasitəsi ilə onu sərxoşluğun müayinəsindən keçirtmiş, sonra da Göyçay RPŞ-yə gətirmişlər. Polis şöbəsində sərxoşluğu getdikdən sonra izahat vermiş, daha sonra hadisə yerinə gedib hadisə yerinə baxış keçirilməsində iştirak edərək piyadanı harada vurduğunu göstərmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyandan 1700 manat ödəmişdir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Göyçay rayonu, Potu kəndinə yaşayır. xx.xx.2022-ci il tarixdə, saat 17-18 radələrində yaşadığı kənddən əri Elşən ilə birlikdə Göyçay şəhərinə gəlmiş, Elşən avtomobili parkın yaxınlığında saxlayıb öz işlərinin, o da öz işlərinin ardınca getmişdir. Saat 19 radələrində yaşadığı evə getməzdən əvvəl dərman almaq üçün H.Əliyev prospektində yolun əks tərəfində yerləşən Mərkəzi Aptekə getmək üçün parkdan yolun kənarına çıxıb dayanmış və yolu Mərkəzi Aptekə tərəf keçmişdir. Yolun tam kənarına çatanda isə avtomobildə baş örtüyü qaldığından qayıdıb avtomobildən baş örtüyünü götürmək üçün gəldiyi yolu iti yerişlə geriyə - park tərəfə qayıtmağa başlamışdır. Həmin vaxt “Xəritə” abidəsi tərəfindən Nizami küçəsinə doğru təxminən 15 metr aralıda markasını bilmədiyi ağ rəngli avtomobilin gəldiyini görmüş, lakin arada xeyli məsafə olduğundan iti yerişlə hərəkətini davam edib qoşa xəttə çatmışdır. O, qoşa xəttdən 1-2 metr qarşıya düzünə hərəkət edərkən həmin avtomobilin qarşı sol tərəfi onun sağ dizindən dəymiş və zərbənin təsirindən o, qoşa xəttin yanına yerə yıxılmış, başı da asfalta dəymişdir. Həmin vaxt ətrafdan insanlar qaçaraq ona yaxınlaşıb köməklik etməyə çalışmşlar. Yol-nəqliyyat hadisəsi nəticəsində sağ dizindən və başından xəsarət almışdır. Təqsirləndilən şəxs ona dəymiş ziyandan hissə-hissə ödəniş etməklə cəmi 1700 manat ödəniş etmişdir. Hazırda o yenidən əməliyyat olunmalıdır və həmin əməliyyat üçün 30000 manat pul lazımıdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmədiyindən ona ağır cəza verilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 ifadə verərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 17-18 radələrində yaşadığı kənddən arvadı Sona ilə birlikdə Göyçay şəhərinə gəlmişdir. Avtomobilini parkın yaxınlığında saxlayıb öz işlərinin, Sona da öz işlərinin ardınca getmişdir. Saat 19 radələrində yaşadığı evə qayıtmazdan əvvəl siqaret almaq üçün mağazaya tərəf getmiş, həmin vaxt arvadı Sona da dərman almaq üçün H.Əliyev prospektində - yolun əks tərəfində yerləşən Mərkəzi Aptekə getmişdir. Mağazaya çatmağa az qalmış bərk səs eşidib Mərkəzi Aptekin qarşısındakı yola tərəf qayıtmış və arvadı Sonanın yerdə uzanmasını, insanların da onun başına toplaşmasını görmüşdür. Bundan başqa, o, ağ rəngli, markasını bilmədiyi, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun ortasında dayanmasını, ön işıq lampasının isə sındığını müşahidə etmişdir. Təxminən 5-6 dəqiqə sonra oraya X4 avtomobili gəlmiş və həkimlər Sonanı xəstəxanaya aparmışlar. Yol-nəqliyyat hadisəsi nəticəsində Sona sağ dizindən və başından xəsarət almışdır. O özü də arvadının ardınca xəstəxanaya getmişdir. Avtomobilin Zərərçəkmiş şəxs necə vurmasını görməmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid3 ifadə verərək göstərdi ki, o, Göyçay Rayon Polis X3 Polis Bölməsinin inspektoru vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində ekipaj yoldaşı Şahid2 ilə birlikdə Göyçay şəhəri ərazisində xidmətdə olarkən Göyçay şəhəri, H.Əliyev prospektində piyadanın vurulması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi olması barədə məlumat alıb dərhal həmin yerə yollanmışlar. Qeyd edilən yerə çatanda insanların yolun ortasında toplaşdığını, təcili-tibbi yardım avtomobilinin elə həmin vaxt hərəkətə başlayıb xəsarət almış şəxsi xəstəxanaya apardığını, təcili-tibbi yardım avtomobilinin ardınca “Slavuta” minik markalı, ağ rəngli, **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin xəstəxana istiqamətində getdiyini müşahidə edib sürücünü müşayiət edərək birlikdə xəstəxanaya getmişlər. Orada yaralı şəxs həkimlərin köməkliyi ilə xəstəxanaya yerləşdirilmiş, “Slavuta” markalı avtomobilin sürücüsü isə avtomobili dayandırıb onlara yaxınlaşaraq özünü Əlihüseyn kimi təqdim etmiş və hadisəni törətməsini etiraf edərək şəxsiyyət vəsiqəsini, eləcə də 1982-ci ildə aldığı sürücülük vəsiqəsini onlara təqdim etmişdir. Həmin vaxt onlar sürücü Əlihüseynin sərxoş vəziyyətdə olduğunu hiss etmiş, ona görə həmin sürücünün sərxoşluğunu müayinə etdirib Göyçay RPŞ-nin binasına gətirmişlər. Hadisə yerinə baxış keçirilməsində sürücü Əlihüseyn də iştirak etmiş, hadisə yerinin fotoşəkilləri çəkilmiş, protokol tərtib olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin 18 noyabr 2022-ci il tarixli 652 nömrəli rəyindən görünür ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər -sağ incik sümüyünün yuxarı 1/3-nin qapalı sınığı, sağ dizdə iç-yan bağların hissəvi qopması küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törönmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlmələri inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Başın qapalı travması, sağ dizin ön hissəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası küt-bərk əşyanın təsirindən törənmişdir, xx.xx.2022-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşə əlavə edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 15 fevral 2023cü il tarixli, 8/209 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən, “Slavuta” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İşə əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən Mərkəzi Aptekin qarşısındakı avtomobil yoludur. Hadisə yeri sürücü Təqsirləndirilən şəxs tərəfindən göstərilmişdir. Yolun hərəkət hissəsi düz, örtüyün növü asfaltbeton, örtüyün vəziyyəti isə qurudur. Yol örtüyünün eni ümumilikdə 12 metdir. Yolun hadisə yerinə düşən hərəkət hissəsinin eni isə 6 metrdir və həmin hissədə 02 hərəkət zolağı var. Yolun hərəkət hissəsində qoşa xətt nişanlama xətti var. Yolda hərəkət ikitərəfli təşkil edilmişdir. Hərəkət hissədə piyada zolağı və ya keçidi yoxdur. Hərəkət hissəyə sağ və sol tərəfdən köbə daşları və səki birləşir. Yol şəhər elektrik işığı ilə işıqlandırılır. Sürücünün göstərdiyi piyadanın vurulma yerindən yolun sağ tərəfindəki köbə daşınadək 4 metr, qoşa xətt nişanlama xəttinədək 2 metr məsafə izlənilir. Hadisə yerində təkər izləri aşkar edilməmişdir. Hadisə yerinə baxış gecə vaxtı, süni işıqlandırma şəraitində aparılmışdır. İşə əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqında 31 oktyabr 2022-ci il tarixli 393 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu orta dərəcəlidir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi və etibarnamə olmadan orta dərəcə sərxoş halında xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində “Slavuta” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Göyçay şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən həmin vaxt Zərərçəkmiş şəxs piyada şəkildə yolu keçməkdə olduğunu, yəni hərəkət üçün təhlükə yarandığını görüb kifayət qədər əsas olmadan yol-nəqliyyat hadisəsinin qarşısını alacağını güman edərək hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olmasına dair “Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə riayət etmədən hərəkət sürətini azaltmaq üçün mümkün olan heç bir tədbir görməyib hərəkətini davam etdirərək Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan vurub dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərərvurmaya aid edilən sağ incik sümüyünün yuxarı 1/3-nin qapalı sınığı, sağ dizdə iç-yan bağların hissəvi qopması, dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərərvurmaya aid edilən başın qapalı travması, sağ dizin ön hissəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası xəsarətləri yetirməklə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin tərkibini yaradan cinayət əməlini törətmişdir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşını (65 yaş),qəsdin obyektinin yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərin təşkil etməsini, cinayət əməlinin ehtiyatsızlıqdan törədilməsini, az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin şəxsin əməlindən peşman olaraq səmimi etiraf etməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar olmasını və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Beləliklə iş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyası hədləri daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını CM-nin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza tədqiqatının 85 manat məbləğində dəyəri Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin üzərinə qoyularaq ondan tutulub dövlət nəfinə keçirilməlidir. Zərərçəkmiş şəxsə izah olunmalıdır ki,dəymiş ziyanın ödənilməsi ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə şərh olunanları və Azərbaycan Respublikası CPM-nın 351-353-cü,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 85 manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxsə izah olunsun ki, dəymiş ziyanın ödənilməsi ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Hökmdən 20 gün müddətində Göyşay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-59/2023
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-59/2023
25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver