Məhkəmə qərarları › İş №1(046)-6/2021

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-6/2021

28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-6/2021 28.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, müdafiəçilər X1, Müdafiəçi3 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğlunun, Təqsirləndirilən şəxs3 oğlunun, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 iştirakı ilə, 28 aprel 2021-ci il tarixdə Göyçay şəhərində xx.xx.1983-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşqul olan, məhkum olunmamış, Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi ev 16-da qeydiyyatda olan, Göyçay rayonu Hacalıkənd kəndində yaşayan 25 fevral 2020–ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə xx.xx.1983-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, fərdi əməklə məşqul olan, məhkum olunmamış, Göyçay rayonu Qarabaqqal kəndində qeydiyyatda olan və yaşayan 25 fevral 2020– ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə xx.xx.1985-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşqul olan, məhkum olunmamış, Göyçay rayonu Qarabaqqal kəndində qeydiyyatda olan və yaşayan 25.02.2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilçmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə xx.xx.1987-ci ildə Göyçay rayonunun Bığır kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, məhkumluğu olmayan, Göyçay rayonu Bığır kəndində qeydiyyatda olan və yaşayan 26.02.2020-ci il tarixdə Göyçay rayon məhkməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, 05 mart 2020-ci il tarixdə həmin məhkmənin qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 22 fevral 2020-ci il tarixdə saat 20 radələrində tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə görüşərək birlikdə narkotik vasitə həşiş əldə edib istifadə etmələri üçün razılaşdıqdan sonra Təqsirləndirilən şəxs3 vasitəsi ilə Göyçay rayonu Bığır kəndində yaşayan Təqsirləndirilən şəxs1 50 manat pula narkotik vasitə olan həşiş alaraq, 23.02.2020-ci il tarixdə saat 21 radələrində həmin narkotik vasitəni istifadə etmək məqsədilə Göyçay şəhəri Qarabaqqal kəndinin girəcəyində görüşüb Təqsirləndirilən şəxs4 idarə etdiyi VAZ-2106 markalı ** BB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşdikdən sonra sonuncu idarə etdiyi həmin avtomobillə üzü İsmayıllı rayonu İvanovka kəndi istiqamətinə doğru hərəkətdə olarkən Təqsirləndirilən şəxs3 ondan üzərində saxladığı həşişin bir qismini istifadə etmək üçün papirosa doldurub sürət qutusunun yanına, qalan hissəsini isə bir qədər sonra istifadə etmək məqsədilə yenidən ona verdikdən sonra o, həmin narkotik vasitəni əynindəki gödəkçənin sağ yan cibinə qoymuş, avtomobillə Göyçay rayonu Bığır kəndinin girəcəyinə yaxınlaşdıqda polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada polis əməkdaqşları tərəfindən onun üzərinə baxış keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq saxlayaraq daşıdıqları şəxsi istehlak miqdarından artıq miqarda bir ədəd «More» markalı siqaret qutusundakı bir ədəd kibrit qutusunda təmiz çəkisi 2,52 qram və Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobilin sürət qutusunun yanında bir ədəd papirosa doldurulmuş 0,42 qram çəkidə narkotik vasitə olan həşiş aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 22 fevral 2020-ci il tarixdə saat 20 radələrində qohumu Təqsirləndirilən şəxs4 və tanışı Təqsirləndirilən şəxs2 ilə görüşərək birlikdə narkotik vasitə həşiş əldə edib istifadə etmələri üçün razılaşdıqdan sonra Göyçay rayonu Bığır kəndində yaşayan Təqsirləndirilən şəxs1 50 manat pula narkotik vasitə alaraq Təqsirləndirilən şəxs2 vermiş, 23.02.2020-ci il tarixdə saat 21 radələrində birlikdə Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı həmin narkotik vasitəni istifadə etmək məqsədilə hər üçü Göyçay rayonu Qarabaqqal kəndinin girəcəyində görüşdükdən sonra Təqsirləndirilən şəxs4 idarə etdiyi VAZ-2106 markalı ** BB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə üzü İsmayıllı rayon İvanovka kəndi istiqamətinə doğru hərəkətdə olarkən o, həmin vaxt Təqsirləndirilən şəxs2 üzərində olan narkotik vasitə həşişin bir qismini istifadə etmək məqsədilə papirosa doldurub sürət qutusunun yanına, qalan hissəsini isə bir qədər sonra istifadə etmək məqsədilə Təqsirləndirilən şəxs2 qaytarmış, Göyçay rayonu Bığır kəndinin girəcəyinə yaxınlaşdıqda polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobilə və Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilərkən sonuncunun əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq saxlayaraq daşıdıqları şəxsi istehlak miqdarından artıq miqarda bir ədəd «More» markalı siqaret qutusundakı bir ədəd kibrit qutusunda təmiz çəkisi 2,52 qram və Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobilin sürət qutusunun yanında bir ədəd papirosa doldurulmuş 0,42 qram çəkidə narkotik vasitə olan həşiş aşkar edilərək götürülmüşdür.Bununla da Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs4 22 fevral 2020-ci il tarixdə saat 20 radələrində qohumu Təqsirləndirilən şəxs3 və tanışı Təqsirləndirilən şəxs2 ilə görüşərək birlikdə narkotik vasitə həşiş əldə edib istifadə etmələri üçün razılaşdıqdan sonra Təqsirləndirilən şəxs3 Göyçay rayonu Bığır kəndində yaşayan Təqsirləndirilən şəxs1 50 manat pula narkotik vasitə alaraq Təqsirləndirilən şəxs2 vermiş, 23.02.2020-ci il tarixdə saat 21 radələrində birlikdə Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı həmin narkotik vasitəni istifadə etmək məqsədilə hər üçü Göyçay rayonu Qarabaqqal kəndinin girəcəyində görüşdükdən sonra idarə etdiyi VAZ-2106 markalı ** BB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə üzü İsmayıllı rayon İvanovka kəndi istiqamətinə doğru hərəkətdə olarkən Təqsirləndirilən şəxs3 Aqşin Osmanovun üzərində olan narkotik vasitə həşişin bir qismini istifadə etmək məqsədilə papirosa doldurub sürət qutusunun yanına, qalan hissəsini isə bir qədər sonra istifadə etmək üçün Təqsirləndirilən şəxs2 qaytarmış, Göyçay rayonu Bığır kəndinin girəcəyinə yaxınlaşdıqda polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada polis əməkdaşları tərəfindən onun idarə etdiyi avtomobilə və Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilərkən sonuncunun əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq saxlayaraq daşıdıqları şəxsi istehlak miqdarından artıq miqarda bir ədəd «More» markalı siqaret qutusundakı bir ədəd kibrit qutusunda təmiz çəkisi 2,52 qram və onun idarə etdiyi avtomobilin sürət qutusunun yanında bir ədəd papirosa doldurulmuş 0,42 qram çəkidə narkotik vasitə olan həşiş aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 22 fevral 2020-ci il tarixdə saat 20 radələrində yaşadığı Göyçay rayonu Bığır kəndində yerləşən evinin yaxınlığında istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq əldə etdiyi 2,94 qram çəkidə narkotik vasitə olan həşişi tanışı Təqsirləndirilən şəxs3 oğluna 50 manata satmış, 23 fevral 2020-ci il tarixdə saat 21 radələrində sonuncu qohumu Təqsirləndirilən şəxs4 və tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin narkotik vasitəni istifadə etmək məqsədilə hər üçü Göyçay rayonu Qarabaqqal kəndinin girəcəyində görüşüb Təqsirləndirilən şəxs4 idarə etdiyi VAZ-2106 markalı ** BB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşib üzü İsmayıllı rayon İvanovka kəndi istiqamətinə doğru hərəkətdə olarkən Göyçay rayonu Bığır kəndinin girəcəyinə yaxınlaşdıqda polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobilə və Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilərkən sonuncunun əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən qanunsuz olaraq saxlayaraq daşıdıqları şəxsi istehlak miqdarından artıq miqarda bir ədəd «More» markalı siqaret qutusundakı bir ədəd kibrit qutusunda təmiz çəkisi 2,52 qram və Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobilin sürət qutusunun yanında bir ədəd papirosa doldurulmuş 0,42 qram ümumilikdə 2,94 qram çəkidə həmin narkotik vasitə olan həşiş aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 22.02.2020-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs3 əmisi nəvəsi Təqsirləndirilən şəxs4la Ramilin idarə etdiyi VAZ 2106 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay rayon Hacalıkənd kəndinin girəcəyinə, yaşadığı evin yaxınına gəlmişlər. Onlar üçü görüşüb Ceyhunun avtomobilinə əyləşib söhbət edən zaman bir yerdə həşiş çəkmək qərarına gəlmişlər. Ramildən onda narkotik vasitə olub-olmadığını soruşanda Ramil özündə narkotik vasitə olmadığını, 50 manata Rafiq adlı qonşu Bığır kənd sakini olan tanışından bir kibrit qutusunda həşiş ala biləcəiyini, lakin pulunun olmadığını bildirmişdir. Ramilə 40 manat pul vermişdir. Bundan sonra Ramil həmin pulun üstünə 10 manat pul qoymuşdur. Həmin gün Ramil və Ceyhun həmin narkotik vasitəni bir ədəd siqaretə doldurub çəkmişlər. Kibrit qutusunda qalan həşişi isə özünə götürüb cibində saxlamışdır. 23.02.2020-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs3 ona zəng edərək Ceyhunla birlikdə İsmayıllı rayonu İvanovka kəndinə yeyib-içməyə getmək istədiklərini bildirmiş və ona da onlarla bir yerdə yeyib içməyə getməyi təklif etdikdə razılaşmışdır. Ramilin idarə etdiyi VAZ 2106 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Göyçay rayon Qarabaqqal kəndinin girəcəyinə onun yanına gəlmişlər. Həmin vaxt Ramilin Rafiqdən bir ədəd kibrit qutusunda aldığı həşiş üzərində olmuşdur. Təqsirləndirilən şəxs4 idarə etdiyi VAZ 2106 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə İsmayıllı rayonu İvanovka kəndi istiqamətində getməyə başlamışlar. Göyçay rayonu Bığır kəndinin girəcəyini keçən zaman isə polis əməkdaşları onların avtomobilini saxlatmışlar və narkotik vasitələrin qanunsuz saxlamaları və daşımalarında şübhəli olduqlarını bildirərək onları Göyçay rayon polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt onlar polis əməkdaşları ilə Göyçay rayon polis şöbəsinə gəlmişlər. Daha sonra Növbətçi Hissədə videoçəklişlə ona müdafiəçi təqdim olunaraq şübhəli şəxs qismində saxlanıldığı, eləcə də hüquq və vəzifələrim izah edilmişdir. Ona üzərinə axtarış keçiriləcəyi bildirilmiş, ona görə də üzərində narkotik vasitəsinin olduğu halda təqdim etməyi təklif olunmuşdur. Üzərində narkotik vasitə və ya başqa cinayət xarakterli predmetlərin olmadığını bildirmişdir. Daha sonra üzərinə axtarış keçirilmişdir. Axtarş zamanı əynindəki göy-qara rəngli gödəkçənin sağ yan cibindən “More” markalı siqaret qutusunda içərisində həşiş olan bir ədəd kibrit qutusu aşkar olunmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 22.02.2020-ci il tarixdə saat 20 radələrində əmisi nəvəsi Təqsirləndirilən şəxs4la Ceyhunun idarə etdiyi VAZ 2106 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Göyçay rayon Hacalıkənd kəndinə Aqşinin yaşadığı ünvana gəlib, söhbət zamanı bir yerdə narkotik vasitə çəkmək qərarına gəlmişlər. Lakin heç birində həşiş olmadığına görə tanışı Bığır kəndində yaşayan Təqsirləndirilən şəxs1 nəşə almaq qərarına gəlmişlər. Ona görə də Aqşinə 1 kibrit qutusu narkotik vasitə olan həşişi 50 manata tanışı Rafiqdən alacağını, lakin özündə pulunun olmadığını, cəmi 10-15 manat pulunun olduğunu demişdir. Aqşin isə özündə 40 manat olduğunu bildirərək 10 manat qoymaqla bir yerdə istifadə etmələri üçün bir kibrit qutusu həşiş almağa razılaşmışdır. Aqşin ona 40 manat vermiş və həşiş almağa getmək istəmədiyini bildirərək avtomobildən düşərək onları gözləmişdir. Ceyhuna məxsus VAZ- 21063 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ikisi qonşu Bığır kəndinə getmişlər. Rafiqə kənd sakini Nəsiminin telefonundan zəng vurmuş, Rafiqə onunla işi olduğunu bildirərək qapının yanına küçəyə çıxmasını xahiş etmişdir. Rafiq küçəyə çıxmış, Rafiqə həşiş almaq istədiyini bildirmişdir. Rafiq də ona 50 manat pul müqabilində 1 ədəd kibrit qutusunda həşiş sata biləcəyini bildirmişdir. Rafiqə 50 manat pul verən zaman Rafiq gödəkcəsinin cibindən 1 ədəd kibrit qutusu həşiş çıxarıb ona vermiş və kibrit qutusunda olan həşişi cibinə qoyaraq Ceyhunun yanına qayıtmışdır. Ceyhunla ikisi Aqşinin yanına, Hacalıkənd kəndinə qayıtmışlar və həşişi cibindən çıxarıb Aqşinə verərək 50 manata Rafiqdən aldığını bildirmişdir. Həmin vaxtı Aqşin avtomobilə əyləşmiş və onlar bir qədər onların evindən aralanıb avtomobildə həşişdən bir ədəd papirosa doldurub hər üçü çəkərək istifadə etmişlər və qalan kibrit qutusu isə Aqşində qalmışdır. 23.02.2020-ci il tarixdə saat 21 radələrində Ceyhun ilə birlikdə olan zaman İsmayıllı rayonun İvanovka kəndinə yeyib içməyə getməyə qərarlaşdırmışlar və zəng vurub Aqşinə də onlarla getməyi təklif etmişlər. Aqşin onlarla yeyib içməyə getməyə razılaşdıqdan sonra Ceyhunun idarə etdiyi VAZ 2106 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Göyçay rayon Qarabaqqal kəndinin girəcəyinə getmişlər. Aqşinlə orada görüşüb avtomoildə söhbət edərkən üçü də yeyib içməmişdən əvvəl Aqşində qalan həşişdən istifadə etməyi qərarlaşdırmışlar. Aqşin həşişi özü ilə götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs4 idarə etdiyi VAZ 2106 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə İsmayıllı rayonu İvanovka kəndi istiqamətində yola düşmüşlər. Avtomobillə gedərkən Təqsirləndirilən şəxs4 avtomobilin qoltuqaltı yerindən 1 ədəd “Belamorkanal” papirosu çıxarıb ona vermiş, Aqşin isə More” markalı siqaret qutusunda olan bir ədəd kibrit qutusunda həşişi ona vermişdir. “Belamorkanal” papirosuna həmin həşişdən dolduraraq, həşişlə dolu papirosu avtomobilin sürət ötürücüsünün yanına qoymuş, qalan həşişi isə Aqşinin özünə qaytarmışdır. Göyçay rayonu Bığır kəndinin girəcəyini keçən zaman isə polis əməkdaşları onların avtomobilini saxlamışlar və Göyçay rayon polis şöbəsinə dəvət etmişlər. Həmin vaxtı onlar polis əməkdaşları ilə Göyçay rayon polis şöbəsinə gəlmişlər və Təqsirləndirilən şəxs4 idarə etdiyi VAZ 2106 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili polis şöbəsinin duracağında saxlanılmışdır. İlk öncə Aqşinin barəsində sənədləşdirilmə aparılaraq onun üzərindən həmin kibrit qutusunda olan həşiş aşkar edilmişdir. Daha sonra isə müdafiəçi ilə təmin olunaraq növbətçi hissədə videoçəklişlə şübhəli şəxs qisimində saxlanılmağı, eləcə də hüquq və vəzifələri ona izah olunmuşdur. Ona üzərinə axtarış keçiriləcəyi bildirilmişdir, ona görə də, narkotik vasitəsinin olduğu halda onları təqdim etməyi təklif olunduqda o, üzərində narkotik vasitə və ya başqa cinayət xarakterli predmetlərin olmadığını bildirmişdir. Üzərinə baxış keçirilən zaman üzərindən narkotik vasitə aşkar edilməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs4 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 22.02.2020-ci il tarixdə saat 20 radələrində Ramil ilə görüşüb idarə etdiyi VAZ 2106 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə tanışı Ramilin keçmiş sinif yoldaşı olan Təqsirləndirilən şəxs2 yaşadığı ünvana Hacalıkənd kəndinə gəlmişlər. Həmin vaxt birlikdə həşiş çəkmək qərarına gəlmişlər. Ramil 50 manata qonşu Bığır kəndində Rafiq adlı tanışından bir kibrit qutusunda həşiş ala biləcəyini, lakin üzərində az pulun olduğunu bildirmişdir. Aqşin isə 40 manat pulunun olduğunu bildirmişdir. Onlar Aqşinin 40 manat pulunun üstünə Ramilin də 10 manat qoymasını və həşiş alıb çəkməyi qərarlaşdırmışlar. Onlar razılaşaraq Bığır kəndə Rafiqdən 50 manata bir kirbrit qutusunda həşiş almağı qərarlaşdırmışlar. Ramil ilə Bığır kəndinə getmişlər. Ramil ona avtomobili məktəb tərəfdə saxlatdırıb gözləməyini bildirmiş və piyada evlər tərəfə getmişdir. Ramilin mobil telefonu avtomobildə qalmışdır. Ramil bir qədər getdikdə, Nəsimi adlı Bığır kənd sakini öz idarə etdiyi VAZ 2106 markalı avtomobil ilə onun yanından keçən zaman Ramil onu saxladaraq nəsə soruşub danışmış və avtomobilə əyləşib bir qədər də qarşıya getmişdir. Təxminən 10 dəqiqə sonra Ramil tələsərək gəlib avtomobilə əyləşmiş, Rafiqdən 1 kibrit qutusu həşiş aldığını bildirərək ona göstərmiş və cibinə qoymuşdur. Onlar ikisi Aqşinin yanına Hacalıkənd kəndinin girişinə qayıtmışlar və Ramil həmin kibrit qutusunu Aqşinə vermişdir. avtomobilə əyləşəndən sonra oradan bir az aralaşmışlar və həmin kibrit qutusundakı həşişin az bir qismini siqaretə doldurub üçü bir yerdə çəkmişlər. Kibrit qutusunda qalan həşişi isə Aqşin özündə saxlamışdır. 23.02.2020-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs3la görüşüb İsmayıllı rayonun İvanovka kəndinə yeyib içməyə getməyə qərarlaşdırmışlar və zəng vurub Aqşinə də onlarla getməyi təklif etmişlər. Aqşin razılaşmış və onlarla getmək istədiyini bildirmişdir. Biraz sonra idarə etdiyi VAZ 2106 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Qarabaqqal kəndin girəcəyinə gedib Aqşinl orada söhbət edən zaman Aqşində qalan həşişdən birlikdə istifadə etməyi qərarlaşdırmışlar. Aqşin həmin həşişin üstündə olduğunu bildirmişdir. Bundan sonra İsmayıllı rayonu İvanovka kəndi istiqamətində yola düşmüşlər. Ramil qarşıda oturmuşdur. Onlar yolda gedərkən avtomobilin qoltuqaltı yerində olan 2 ədəd “Belamorkanal” papirosun 1 ədədini çıxarıb həşiş doldurmaq üçün Ramilə vermişdir. Aqşin isə “More” markalı siqaret qutusunda olan bir ədəd kibrit qutusunda həşişi Ramilə vermişdir. Ramil “Belamorkanal” papirosuna həmin həşidən dolduraraq, həşişlə dolu papirosu yemək yeməmişdən əvvəl üçü çəkmək üçün avtomobilin sürət ötürücüsünün yanına qoymuş, qalan həşişi isə Aqşinin özünə qaytarmışdır. Aqşində siqaret qutusnda olan kibrit qutusnndakı həşişi cibinə qoymuşdur. Onlar yolda İsmayıllı rayonu istiqamətində gedərkən isə Göyçay rayonu Bığır kəndinin girəcəyini keçən zaman polis əməkdaşları onların avtomobilini saxlatmışlar və narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olduqlarını bildirərək onları Göyçay rayon polis şöbəsinə dəvət etmişlər. Onlar polis şöbəsinə gələrək avtomobili polis şöbəsinin duracağına qoyulmuş və qapılarını bağlamışdır. Aqşinlə Ramilin barəsində sənədlərşdirmə işlərə aparılmışdır. Aqşinin üzərindən Rafiqdən aldıqları həşişin qalan hissəsi aşkar edilmişdir. Daha sonra isə müdafiəçi ilə təmin olunaraq növbətçi hissədə videoçəklişlə şübhəli şəxs qismində saxlanılmağı, eləcə də hüquq və vəzifələri ona izah olunmuşdur. Ona üzərinə axtarış keçiriləcəyi bildirilmiş, ona görə də, üzərində narkotik vasitəsinin olduğu halda təqdim etməyi təklif olunmuşdur. Üzərində narkotik vasitə və ya başqa cinayət xarakterli predmetlərin olmadığını bildirmişdir. Daha sonra üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı bir bir əşya və predmet aşkar edilməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 22.02.2020-ci il tarixdə saat 20-21 radələrində Təqsirləndirilən şəxs3 ona zəng vurub həşiş olub olmadığını, ona həşiş sata bilib- bilməyəcəyini soruşduqda Ramilə cəmi 1 kibrit qutusunda həşiş olduğunu və həmin həşişi 50 manata sata biləcəyini bildirmişdir. Ramil də onun yaşadığı ünvana gəlməsini bildirmiş və danışdıqdan təxminən 10 dəqiqə sonra Ramil avtomobil ilə yaşadığı ünvana gəlmişdir. Ramil ilə görüşüb cibindən 1 ədəd kibrit qutusnda olan həşişi göstərmiş və həmin həşişi ona 50 manata satdıqsan sonra Ramil uzaqlaşıb getmişdir. 24.02.2020-ci il tarixdə polis əməkdaşları yaşadığı ünvana gələrək onu polis şöbəsinə dəvət etmişlər. Ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs3 əmisi nəvəsi Təqsirləndirilən şəxs4la və Aqşin adlı şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün üçün tutulmuşlar. Göyçay rayon polis şöbəsində o, müdafiəçi ilə təmin olunaraq hüquq və vəzifələri izah olunmuşdur. Üzərində narkotik vasitə, eləcədə cinayət xarakterli digər əşya və predmetlərin olub olmaması soruşulmuş və üzərinə axtarış keçiriləcəyi bildirilmişdir. Üzərində narkotik vasitə, eləcədə cinayət xarakterli digər əya və predmeti olmadığını bildirmişdir. Bundan sonra üzərinə vəkilin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı cibində yaşıl rəngli qurudulmuş kutlə qırıntıları aşkar edilmiş və elektron tərəzidə çəklimişdir. Sorğu zamanı o, həmin kütlənin nə olduğunu bilmədiyini bildirərək, siqaretin tütünü ola biləcəyini düşünsə də lakin sonradan, Təqsirləndirilən şəxs3 50 manat pul müqabilində verdiyi kibrit qutusunun içərisində olan həşişi cibilərində saxlamış və ciblərindən aşkar edilmiş qırıntılar həmin narkotik vasitənin qırıntıları olduğunu xatırlamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkilidir. 23.02.2020-ci il tarixdə saat 22 radələrində Göyçay rayonun Bığır kəndinin girəcəyində Təqsirləndirilən şəxs4 idarə etdiyi VAZ 2106 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili İsmayıllı rayonu istiqamətində hərəkət edən zaman saxlanılmış, avtomobildə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 olmuşlar. Onlara qanunsuz olaraq narkotik vasitə daşımaqda və gəzdirməkdə şübhəli olduqlarını və polis şöbəsinə getməli olduqlarını izah etmişlər. Aqşin, Ceyhun və Ramil onlara etiraz etməmişlər. Onlar polis şöbəsinə gəldikdə Təqsirləndirilən şəxs4 idarə etdiyi VAZ 2106 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili şöbənin avtomobil duracağında saxlanılmışdır. Daha sonra polis şöbəsinin Növbətçi Hissəsində ilk növbədə Təqsirləndirilən şəxs2 Müdafiəçi3 ilə təmin olunaraq şübhəli şəxs qismində saxlanılmış və videoçəklişlə ona hüquq və vəzifələri izah edildikdən sonra üzərinə axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs2 üzərində qadağan olunmuş hər hansı bir əşya və predmetin, eləcə də narkotik vasitəsinin olduğu halda onları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə və ya başqa cinayət xarakterli predmetlərin olmadığını bildirmişdir. Bundan sonra isə Aqşinin üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən “More” markalı siqaret qutusunda içərisində yaşımtıl rəngli, bitki mənşəli narkotik vasitəyə oxşar kütlə olan bir ədəd kibrit qutusu aşkar olunmuşdur. Həmin kibrit qutusundakı yaşıl rəngli kütlənin nə olması ilə bağlı Aqşin Kərimova sorğu edildikdə, Aqşin həmin kütlənin həşiş narkotik vasitəsi olduğunu və özü istifadə etməsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin narkotik vasitə kibrit qutusu ilə bir yerdə elektron tərəzidə çəkilmiş və kibrit qutusu ilə birlikdə çəkisi 6 qram olmuşdur. Sonra həmin kibrit qutusu bir ədəd ağ rəngli zərfə qoyularaq zərfin ağzı kleylənərək möhürlənmişdir. Zərfin üzəri Təqsirləndirilən şəxs2 və vəkili tərəfindən imzalandıqdan sonra ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Axtarış zamanı protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra isə videoçəkliş istifadə olunmaqla Təqsirləndirilən şəxs3 da Növbətçi Hissədə Müdafiəçi1 iştirakı ilə şübhəli şəxs qismində saxlanılaraq ona hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs3 üzərinə axtarış keçiriləcəyi bildirilərək, üzərində qadağan olunmuş hər hansı bir əşya və predmetin, eləcə də narkotik vasitəsinin olduğu halda onları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs3 üzərində narkotik vasitə və ya başqa cinayət xarakterli predmetlərin olmadığını bildirmişdir. Daha sonra Ramilin üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən müxtəlif əskinazlarla 423 manat pul aşkar olunsa da hər hansı bir narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 üzərindən bir ədəd kibrit qutusunda aşkar olunmuş kütlə ilə bağlı sorğu edildikdə Təqsirləndirilən şəxs3 Aqşinin üzərindən bir ədəd kibrit qutusunda aşkar olunmuş maddənin həşiş olduğunu və həmin həşişi Aqşin və Təqsirləndirilən şəxs4la birlikdə istifadə etmək üçün Bığır kənd sakini Təqsirləndirilən şəxs1 50 manata almış, üzərində daşıyaraq Aqşinə vermiş və eləcə də Təqsirləndirilən şəxs4la bir yerdə həmin həşişdən istifadə etdiklərini bildirmişdir. Axtarış zamanı protokol tərtib edilərək ucadan oxunmuş və bütün iştirakçılar tətəfindən imzalanmışdır. Bundan sonra isə növbətçi hissədə videoçəklişlə VAZ 2106 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs4 Müdafiəçi4 iştirakı ilə şübhəli şəxs qismində saxlanılaraq hüquq və vəzifələri ona izah olunmuş. Təqsirləndirilən şəxs4 üzərinə axtarış keçiriləcəyi bildirilmiş və üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmetin, eləcə də narkotik vasitəsinin olduğu halda onları təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs4 üzərində narkotik vasitə və ya başqa cinayət xarakterli predmetlərin olmadığını bildirmişdir. Daha sonra Ceyhunun üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı Ceyhunun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Axtarış zamanı protokol tərtib edilərək ucadan oxunmuş və iştrakçılar tərəfindən imzalanmışdır. Daha sonra videoçəklişlə polis şöbəsinin avtomobil duracağında Ceyhunun idarə etdiyi VAZ 2106 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin sürət ötürücüsünün yanından içərisində yaşıl rəngli kütlə olan ucu bükülü vəziyyətdə 1 ədəd “belamorkanal” papirosu, oturacaqların arasındakı qoltuq altından da içərisində bitki mənşəli kütlə olan 1 ədəd “belamorkanal” papirosu aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs4 avtomobilin sürət ötürücüsünün yanından aşkar edilmiş ucu bükülü vəziyyətdə olan 1 ədəd papirosdakı kütlənin həşiş narkotik vasitəsi, qoldtuqaltından aşkar olunmuş papirosda isə adi tütün olduğunu bildirmişdir. Həmin iki ədəd belamorkanal papirosları birlikdə elektron tərəzidə çəkilmişdir. İki ədəd papirosların bir yerdə çəkisi - 1,5 qram olmuşdur. Həmin iki ədəd papiroslar da ekspertizaya təqdim olunmaları üçün bir ədəd ağ rəngli zərfə qoyularaq zərfin ağzı kleylənmiş və möhürlənmişdir, Ceyhun və vəkili tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Avtomobilə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilərək ucadan oxunmuş və iştrakçılar tərəfindən imzalanmışdır. Bundan sonra 24.02.2020-ci il tarixdə, saat 17 radələrində Göyçay rayonun Bığır kənd sakini Təqsirləndirilən şəxs1 müəyyən edilərək polis əməkdaşları tərəfindən, yaşadığı evdən polis şöbəsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs1 onlara etiraz etməmiş və əməkdaşlarla birlikdə polis şöbəsinə gəlmişdir. Növbətçi hissədə videoçəkliş istifadə olunmaqla Təqsirləndirilən şəxs1 da Müdafiəçi2lə təmin olunaraq şübhəli şəxs qismində saxlanılmış və ona hüquq və vəzifələri izah edildikdən sonra üzərinə axtarış keçiriləcəyi bildirilmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs1 üzərində qadağan olunmuş hər hansı bir əşya və predmetin, eləcə də narkotik vasitəsinin olduğu halda onları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və başqa cinayət xarakterli predmetlərin olmadığını bildirmişdir. Bundan sonra Rafiqin üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs1 gödəkcəsinin sağ yan, sol yan, eləcə də sağ içəri ciblərindən yaşımtıl rəngli, bitki mənşəli kütlənin qırıntıları aşkar edilərək kağız parçasınn üzərinə boşaldılmışdır. Təqsirləndirilən şəxs1 həmin qırıntıların nə olması barədə sorğu edildikdə, həmin qırıntıların tütün və ciblərində qalan zibil olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 əynindəki şalvarın arxa cibindən isə 1 ədəd 10 manatlıq pul əskinazı və qəpik pullar aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzərindən 1 ədəd kibrit qutusunda, Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobildən 1 ədəd papirosda həşiş narkotik vasitəsinin aşkar edildiyi, həmin şəxslərin, eləcə də Təqsirləndirilən şəxs3 adlı şəxsin həmin həşişi ondan 50 manat pul müqabilində almasını bildirmələrinə dair nə kimi münasibətinin olub olmaması soruşulduqda Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 tanıdığını lakin 50 manata narkotik vasitə satmadığını bildirsə də, sonra öz hərəkətindən peşman olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs1 üzərinə axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş və iştrakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3, Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizalar Mərkəzinin X3 alınmış 24.02.2020-ci il tarixli 126 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlə....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd MORE markalı siqaret qutusundakı 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi – 2,52 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşişdir. Qeyd: həşişin təmiz çəkisi 2.52 qr, tədqiqata sərf edildi 0.02 qr, qalıq 2.50 qr. Aparılmış tədqiqatın xərci 35.97 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Məhkəmə Ekspertizalar Mərkəzinin X3 alınmış 24.02.2020ci il tarixli 127 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs4 Vaz 2106 markalı ** BB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində aşkar edilmiş....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd papirosda, təmiz çəkisi 0,42 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşişdir. 1) Qeyd: həşişin təmiz çəkisi 0.42 qr, tədqiqata sərf edildi 0.02 qr, qalıq 0.40 qr. 2) Qeyd: həşişin təmiz çəkisi 2.50 qr, tədqiqata sərf edildi 0.02 qr, qalıq 2.48 qr. Tədqiqata təqdim olunmuş, 01 (bir) ədəd papirosda olan həşiş narkotik vasitə olduğuna görə onun digər 01 (bir) ədəd papirosda olan tütün ilə müqayisəli tədqiqatı aparılmadı. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs4 Vaz 2106 markalı ** BB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində aşkar edilmiş....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd papirosda olan həşiş ilə üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlə....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd MORE markalı siqaret qutusundakı 01 (bir) ədəd kibrit qutusunda olan həşiş tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatın xərci 35.97 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Məhkəmə Ekspertizalar Mərkəzinin X3 alınmış 24.02.2020ci il tarixli 128 nömrəli rəyindən görünür ki Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş yaşıl rəngli qurudulmuş kütlə.... ” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 0,08 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşişdir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş yaşıl rəngli qurudulmuş kütlə.... ” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə olan həşiş ilə üzərində Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs4 Vaz 2106 markalı ** BB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində aşkar edilmiş....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd papirosda olan həşiş və üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlə....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd MORE markalı siqaret qutusundakı 01 (bir) ədəd kibrit qutusunda olan həşiş tərkiblərinə görə eynidirlər. 1) Qeyd: həşişin təmiz çəkisi 0.08 qr, tədqiqata sərf edildi 0.02 qr, qalıq 0.06 qr. 2) Qeyd: həşişin təmiz çəkisi 0.40 qr, tədqiqata sərf edildi 0.02 qr, qalıq 0.38 qr. 3) Qeyd: həşişin təmiz çəkisi 2.48 qr, tədqiqata sərf edildi 0.02 qr, qalıq 2.46qr. Aparılmış tədqiqatın xərci 35.97 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə - narkoloji ekspertizasının 12 iyun 2020-ci il tarixli 476 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi lavə ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14.04.2021-ci il tarixli 1065,1067 və 1068 saylı rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Kannabinoidlərdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Müayinə zamanı abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını, öz vəziyyətlərinə tənqidi münasibətin formalaşmasını nəzərə alaraq, həmçinin narkomaniya xəstəliyinə xas olan xarakterik klinik təzahürlərin sönməsi ilə əlaqədar, hal-hazırda Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkuluğu yoxdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 oğlunun 23.02.2020-ci il tarixdə saat 21 radələrində Göyçay rayonu Bığır kəndi ərazisində 2,52 qram narkotik vasitəni əynindəki gödəkçənin sağ yan cibində saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutlmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs3 oğlunun 22 fevral 2020-ci il tarixdə saat 20 radələrində Göyçay rayonu Bığır kəndində yaşayan Təqsirləndirilən şəxs1 50 manat pula 2.94 qram çəkidə istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan həşiş əldə edərək üzərində saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutlmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs4 23.02.2020-ci il tarixdə saat 21 radələrində Göyçay rayonu Bığır kəndi ərazisində idarə etdiyi VAZ-2106 markalı ** BB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində çəkisi 2.94 qram narkotik vasitə olan həşişi saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutlmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 22 fevral 2020-ci il tarixdə saat 20 radələrində yaşadığı Göyçay rayonu Bığır kəndində yerləşən evinin yaxınlığında istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq əldə etdiyi 2,94 qram çəkidə narkotik vasitə olan həşişi tanışı Təqsirləndirilən şəxs3 oğluna 50 manata satmaqla Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutlmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağın olduğunu, ilk dəfə az ağır cinayət törətməsini cəzanı yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 oğlu oğlunun cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 oğlunun törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağın olduğunu, ilk dəfə az ağır cinayət törətməsini cəzanı yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 oğlunun cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs4 törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağın olduğunu, ilk dəfə az ağır cinayət törətməsini cəzanı yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını cəzanı yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 oğluna, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 oğluna, Təqsirləndirilən şəxs4 təqsirləndirildikləri Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının və Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 oğlu, Təqsirləndirilən şəxs3 oğlu və Təqsirləndirilən şəxs4 23.02.2021-ci il tarixli protokola əsasən şübhəli şəxs qismində tutulmuş, 25.02.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs2 oğlunun, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, onlara təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs2 oğlu, Təqsirləndirilən şəxs3 oğlu və Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 oğlu, Təqsirləndirilən şəxs3 oğlu və Təqsirləndirilən şəxs4 yaşadıqları ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Göyçay rayon Məhkəməsinin 26.02.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbsin əvvəli 24.02.2020-ci il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmiş, 05 mart 2020-ci il tarixdə həmin məhkmənin qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlı həbs qətimkan tədbiri dəyişdirilməli, məhkəmə zalından dərhal həbs edilməi, cəzasının əvvəli 24.02.2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkillər Müdafiəçi4, Müdafiəçi3, Müdafiəçi1 Əlihümmət oğluna və Müdafiəçi2 Abdülhüseyn oğluna dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 təqsirləndirilən şəxs Osmanov Ceyhun Nadir oğlunu məhkəməyədək icraat dövründə 10 saat, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 Əlihümmət oğlu təqsirləndirilən şəxs X2 məhkəməyədək icraat dövründə 20 saat, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə 10 saat, eləcə də fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Abdülhüseyn oğlu Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə 40 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs4 göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi4 60 manat, Təqsirləndirilən şəxs2 oğluna göstərilmiş 10 saat hüquqi xidmətə görə isə Müdafiəçi3 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin Təqsirləndirilən şəxs3 oğluna göstərilmiş 20 saat hüquqi xidmətə görə vəkil fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 Əlihümmət oğluna 120 manat məbləğində pul dövlət büdcəsindən vəkil Müdafiəçi1 Əlihümmət oğlunun və Təqsirləndirilən şəxs1 göstərilmiş 40 saat hüquqi xidmətə görə vəkil fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Abdülhüseyn oğluna 240 manat məbləğində pul dövlət büdcəsindən vəkil Müdafiəçi2 Abdülhüseyn oğlunun hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan 2.9 qram narkotik vasitə olan həşiş və 1 ədəd tütünlə dolu popiros məhv edilməli, “xxxx” MMC-nin 16 iyun 2020-ci il tarixli 9305 nömrəli məktubu ilə daxil olmuş 12506 nömrəli CD disk cinayət işinin materialında saxlanılmalıdır. İş üzrə 107.91 manat məbləğində ekspertiza xərcləri təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 oğlunun məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 oğlunun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 oğlu yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 oğlunun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 oğlu yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs4 oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 oğlunun məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs4 oğlunun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 oğlu yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı həbs qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə zalından həbsə alınsın. Təqsirləndirilən şəxs1 oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 24.02.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da 2.9 qram narkotik vasitə olan həşiş və 1 ədəd tütünlə dolu popiros məhv edilsin. “xxxx” MMC-nin 16 iyun 2020-ci il tarixli 9305 nömrəli məktubu ilə daxil olmuş 12506 nömrəli CD disk cinayət işinin materialında saxlanılsın. İş üzrə 107.91 manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına ödənilsin. Təqsirləndirilən şəxs4 göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi4 60 manat, Təqsirləndirilən şəxs2 oğluna göstərilmiş 10 saat hüquqi xidmətə görə isə Müdafiəçi3 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ**********6424505256 (VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 oğluna göstərilmiş 20 saat hüquqi xidmətə görə vəkil fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 Əlihümmət oğluna 120 manat məbləğində pul dövlət büdcəsindən Kürdəmir rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 Əlihümmət oğlunun və Təqsirləndirilən şəxs1 göstərilmiş 40 saat hüquqi xidmətə görə vəkil fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Abdülhüseyn oğluna 240 manat məbləğində pul dövlət büdcəsindən Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Abdülhüseyn oğlunun hesabına keçirilsin. Hökmün icrası azadlığın məhdudlaşdırılması cəzaları, ekspertiza xərcləri və maddi sübuta dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar