Məhkəmə qərarları › İş №1(046)-6/2024

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-6/2024

23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-6/2024 23.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1964-cü ildə Göyçay rayonu Bığır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, İİ qrup əlil, Göyçay rayonu Bığır kəndində qeydiyyatda olan, Göyçay rayonu Potu kəndində yaşayan, barəsində «başqa yerə getməmək haqqında» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 222-3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdı̇ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 222-3-cü maddəsi ilə ona görə ittiham verilmişdir ki, qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması barədə müvafiq dövlət orqanının qərarını qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Göyçay rayonu, Cəyirli kəndində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 21 noyabr 2022-ci il qeydiyyat tarixli, **********17 reyestr nömrəli çıxarışla xüsusi mülkiyyətində olan 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində təyinatına uyğun olmayaraq plastik materialdan müxtəlif təyinatlı məhsulların istehsalatı fəaliyyəti göstərmək məqsədilə qeyri-yaşayış obyektinin inşa edilməsi ilə bağlı tikinti işləri aparan zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2000- ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1 və 4.2- ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin Təsisatdankənar dövlət baş ekspertiza idarəsinin tikintinin layihəsinə rəyi və Göyçay rayon İcra Hakimiyyəti başçısının tikintiyə icazə sənədi olmadan aparılan tikinti işlərini, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin Baş dövlət tikinti müfəttişliyinin səlahiyyətli şəxsləri tərəfindən tərtib olunmuş 13 aprel 2023-cü il tarixli, 070 nömrəli texniki baxış aktına əsasən, həmin müfəttişliyin səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş “tikinti işlərinin dayandırılması barədə” 17 aprel 2023-cü il tarixli, 0285 nömrəli qərarı 18 aprel 2023-cü il tarixdə rəsmi olaraq göndərişli poçtla almasına baxmayaraq, qərarı rəsmi olaraq aldığı vaxt həmin torpaq sahəsində uzunluğu 88 metr, eni 48,5 metr sahədə 2,7 metr hündürlüyündə mişar daşlarından hörgü işləri aparılmış və 5 metr hündürlüyündə sütunlar quraşdırılmış tikinti işlərini dayandırmayaraq, 18 aprel 2023- cü il tarixdən tikinti işlərini davam etdirərək, hörülmüş mişar daşlarının üzərinə 2,7 metr hündürlüyündə dəmir təbəqələr vurduraraq, həmin dəmir təbəqələrin üzərində olan metal sütunların üst hissəsinə metal konstruksiyalı fermalar quraşdırtdıraraq, dam örtüyünü vurduraraq, uzunluğu 88 metr, eni 48,5 metr, mərkəzdən hündürlüyü 7,5 metr, kənarlarda isə 5,2 metr olmaqla tikili inşa etdirərək, 2023cü ilin may ayının sonunadək qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərini başa çatdıraraq, qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması” barədə 17 aprel 2023-cü il tarixli, 0285 nömrəli qərarı qəsdən qərəzli olaraq icra etməmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 222-3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 21 noyabr 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********217 reyestr nömrəli çıxarışa əsasən Göyçay rayonu, Cəyirli kəndində, kənd təsərrüfatı təyinatlı 1 ha torpaq sahəsi Mansur Hacıoğlu” Məhdud Məsuliyyətli Cəmiyyətinin xüsusi mülkiyyətindədir. Qeyd edilən torpaq sahəsində 2022-ci ilin dekabr ayında tikinti işlərinə başlamış, tikinti işlərini 2023-cü ilin aprel ayının əvvəllərində başa çatdırmışdır. Həmin torpaq sahəsində tikinti işlərinin dayandırılması ilə bağlı ona heç bir bildiriş verilməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 göstərmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi Baş dövlət tikinti müfəttişliyinin aran regional tikinti müfəttişliyinin baş məsləhətçisi vəzifəsində işləyir. 13 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus Göyçay rayonu, Cəyirli kəndi ərazisində yerləşən tikiliyə baxış keçirmişdir. Baxış zamanı müəyyən etmişdir ki, tikilinin böyük bir hissəsində dam örtüyü işləri görülmüş, bir hissəsi isə açıq qalmışdır. xx.xx.2023cü il tarixdə tikinti işlərinin dayandırılması barədə qərar qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə tikinti işlərinin dayandırılması barədə qərarı Təqsirləndirilən şəxs təqdim etmək üçün yenidən Göyçay rayon Cəyirli kəndinə gəlmiş, həmin vaxt tikilinin dam örtüyünün tam olaraq vurulduğunu, yan divarların da hörüldüyünü görmüşdür. Həmin vaxt tikintiquraşdırma işləri bitmişdir. Mehman tikinti sahəsində olmadığı üçün ona tikintinin dayandırılması barədə qərarı təqdim edə bilməmiş, poçtla yaşadığı Göyçay rayon Bığır kəndinə ünvana göndərmişdir. Dayandırma barədə qərarın Təqsirləndirilən şəxs alıbalmaması barədə məlumatı yoxdur. Həmin vaxt ərazini lentləməmiş, mühafizə etməmiş, hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Yalnız Təqsirləndirilən şəxs nümayəndəsi Fəridə bildirmişdir ki, sənədləri düzəltsinlər. Bundan sonra tərəfindən 19 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 394.0.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında protokolu tikilinin sənədləşməsinə nail olmaq üçün sahibkar Təqsirləndirilən şəxs təsir etmək məqsədi ilə tərtib etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid5 Məhəmmədəli oğlu göstərmişdir ki, Göyçay rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri vəzifəsini müvəqqəti olaraq icra edir. Vəzifəsi Göyçay rayon ərazisində tikinti və quraşdırma işlərinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılmasına nəzarət etməkdən ibarətdir. Qanunsuz tikili müəyyən etdikləri halda Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinə məlumat verir. Rayon ərazisində qanunsuz tikililərin müəyyən edilməsi məqsədi ilə monitorinq keçirilərkən Göyçay rayonunun Cəyirli kəndi ərazisində Təqsirləndirilən şəxs tərəfindən Göyçay rayon İcra Hakimiyyətindən icazə almadan qanunsuz talvar tikintisi inşa etdirdiyini müəyyən etmişdir. Bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə Göyçay rayon Cəyirli Bələdiyyəsinin sədri Şəfa Nəsirovanın, Göyçay rayon İHB-nin Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüsal Abbasov ilə birlikdə Təqsirləndirilən şəxs tərəfindən inşa edilmiş tikiliyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən obyektin tikintisi başa çatmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Göyçay rayon İHB-nin Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X17 və Göyçay rayon Cəyirli Bələdiyyəsinin sədri X12 Şahid5 Məhəmmədəli oğlu ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 göstərmişdir ki, 6 avqust 2020-ci il tarixdən 2023-cü ilin sentyabr ayına qədər olan müddət ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Mərkəzi Aran” regional enerji təchizatı və satışı idarəsinin rəisi vəzifəsində işləmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Mərkəzi Aran” regional elektrik təchizatı və satışı idarəsinin xidməti ərazisi Mirgəçevir və Naftalan şəhərləri, Yevlax, Ucar, Ağdaş, Göyçay və Goranboy rayonlarıdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Mərkəzi Aran” region enerji təchizatı və satışı idarəsinin rəisi kimi əsas vəzifəsi qeyd olunan rayonlar üzrə əhali və qeyri-əhalinin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etməkdən ibarət olmuşdur. Göyçay rayonu, Cəyirli kəndi ərazisində yerləşən, Təqsirləndirilən şəxs məxsus qeyri-yaşayış sahəsinə elektrik xətləri 2023-cü ilin təxminən iyul ayının əvvəllərində çəkilmişdir. Təqsirləndirilən şəxs özü transformator məntəqəsi alaraq quraşdırmış, 10 kVluq elektrik xətləri çəkmiş, 3 ədəd elektrik dayağı basdırmışdır. Göyçay rayonu, Cəyirli kəndi ərazisində yerləşən, Təqsirləndirilən şəxs məxsus qeyri-yaşayış obyekti 2023-cü ilin iyul ayında elektrik enerjisi ilə müvəqqəti olaraq sınaq müddətində təchiz edilmişdir. Qeyriyaşayış obyektinin elektrik enerjisi ilə təchizinə dair texniki şərt, layihə və arayış olmamış, yalnız müraciət "xxxx" Açıq Səhmdar Cəmiyyətinə daxil olmuşdur. Texniki şərt, layihə və digər zəruri sənədlər olmadan Təqsirləndirilən şəxs məxsus qeyri-yaşayış obyektinə sayğac quraşdırıldıqdan sonra sınaq müddətində müvəqqəti olaraq elektrik enerjisi verilmişdir. Sonradan isə sınaq müddətinin bitməsinə baxmayaraq, həmin obyektə elektrik enerjisinin verilişi davam etdiyi üçün elektrik xəttinin şəbəkədən açılması barədə göstəriş vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Göyçay elektrik şəbəkəsinin baş mühəndisi vəzifəsində işləyir. Vəzifəsi balansında və istismarında olan avadanlıq və qurğuların saz vəziyyətdə işləməsinə, plan-qrafikdə nəzərdə tutulmuş işlərin yerinə yetirilməsinə, texniki baxışların vaxtlı-vaxtında keçirilməsi, aşkar olunmuş nöqsanların aradan qaldırılmasına nəzarət etməkdən ibarətdir. Göyçay rayonu, Cəyirli kəndi ərazisində yerləşən, Təqsirləndirilən şəxs özü tərəfindən qeyri-yaşayış obyektinə elektrik xətləri 2023-cü ilin iyul ayında çəkilmiş, transformator məntəqəsini özü alaraq quraşdırmış, 10 kV-luq elektrik xətlərini çəkmiş və 3 ədəd elektrik dayağı basdırmışdır. Bundan sonra 25 iyul 2023- cü il tarixdə isə “Mərkəzi Aran” region enerji təchizatı və satışı idarəsinin laboratoriyası tərəfindən həmin obyektin transformatoruna sayğac quraşdırılmış və həmin tarixdə Təqsirləndirilən şəxs məxsus qeyri-yaşayış sahəsinə çəkilmiş elektrik xətti şəbəkəyə sınaq kimi qoşulmuşdur. Göyçay rayonu Cəyirli kəndinin ərazisində yerləşən, Təqsirləndirilən şəxs məxsus, tikintisinə icazə tələb olunan, lakin icazə alınmadan inşa edilmiş obyektin elektrik avadanlıqlarının sınaqdan keçirilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Mərkəzi Aran” region enerji təchizatı və satışı idarəsinin rəisi Abbas Quliyevə müraciət olunmuş, öz növbəsində sayğac qoyulduqdan sonra həmin tikinti obyektinə sınaq üçün elektrik enerjisi verilməsi barədə göstəriş vermişdir. Sınaq müddəti qurtardıqdan sonra həmin obyekt Abbas Quliyevin göstərişi ilə elektrik şəbəkədən açılmışdır. Təqsirləndirilən şəxs Göyçay rayonu, Cəyirli kəndində tikdirdiyi qeyri-yaşayış obyektində elektrik enerjisinin sərfiyyatı ilə bağlı ödəniş olunmamışdır. Ödəniş olunmamasının səbibi obyektin abonent kodu “Azərşıq” tərəfindən aktivləşdirilməməsi olmuşdur. Təqsirləndirilən şəxs Göyçay rayonu, Cəyirli kəndində tikdirdiyi qeyri-yaşayış obyektinin transformatorunda 25 iyul 2023-cü il tarixdə “Mərkəzi Aran” region enerji təchizatı və satışı idarəsinin laboratoriyasının əməkdaşları tərəfindən sayğac quraşdırılmış və həmin tarixdə Təqsirləndirilən şəxs məxsus qeyri-yaşayış sahəsinə çəkilmiş elektrik xətti şəbəkəyə sınaq kimi qoşulmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş X13 göstərmişdir ki, obyektərin sığortalanması fəaliyyəti ilə məşqul olur. Bu barədə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən xx.xx.2018-ci il tarixdə lisenziya verilmişdir. 2023cü ilin aprel ayının 13-ü Fərid adlı şəxs ona zəng edərək Göyçay rayonu, Cəyirli kəndində obyekti olduğunu, Sığorta müqaviləsi yazılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Göyçay rayon Cəyirli kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus obyektə baxış keçirmişdir. Obyekt yeni tikili olmuş, içərisi anbar kimi istifadə edilməsi üçün tikilmişdir. Dam örtüyü vurulmuş vəziyyətdə olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş X16 göstərmişdir ki, Göyçay şəhərində evlərə və qeyri-yaşayış obyektinə kameraların quraşdırılması ilə məşqul olur. Özünə məxsus Göyçay şəhərində mağaza vardır. 2023-cü ilin aprel ayında Təqsirləndirilən şəxs ona müraciət edərək Göyçay rayonu Cəyirli kəndində yerləşən qeyri-yaşayış obyektinə kameralar quraşdırılmasını istəmişdir. xx.xx.2023-cü il tarixdə qeyd edilən obyektin yerləşdiyi əraziyə getmiş, obyektə kameraların quraşdırılmasına başlamışdır. xx.xx.2023cü il tarixdə isə işi Təqsirləndirilən şəxs təhvil vermişdir. Bu barədə Təqsirləndirilən şəxs ilə aralarında təhvil-təslim aktı imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş X4 göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində ekspert vəzifəsində işləyir. Tikinti-texniki ekspertizanın keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli qərara əsasən xx.xx.2023-cü il tarixdə ekspert rəyi tərtib etmişdir. Cinayət işinin materiallarında olan daşınmaz əmlakın möhkəmliyini, dayanıqlığını, etibarlılığını, zəlzələyə uyğun tikilib-tikilməməsinə dair sənədlər ekspertizaya təqdim olunmamışdır. Ona görə də rəyin 6-cı sualında göstərmişdir ki, tikiliyə aid sənədlər təqdim edilməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Ona məxsus olan Göyçay rayon Cəyirli kəndində yerləşən 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qeyri-yaşayış obyektinin inşası ilə əlaqədar olaraq sənədləşdirmə işlərinin aparılmasında köməklik göstərmək məqsədi ilə Təqsirləndirilən şəxs ona etibarnamə vermişdir. 2022-ci ilin dekabr ayından qeyd edilən torpaq sahəsində tikinti işləri başlanmış, 2023-cü ilin aprel ayının 15-də tikinti işləri başa çatmışdır. Həmin tarixdən sonra qeyd edilən obyektə heç bir tikinti işləri aparılmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 21 noyabr 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********217 reyestr nömrəli çıxarışdan görünür ki, Göyçay rayon Cəyirli kəndində yerləşən 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Təqsirləndirilən şəxs xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən xx.xx.2023-cü tarixli Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi Baş dövlət tikinti müfəttişliyinin aran regional tikinti müfəttişliyinin baş məsləhətçisi Şahid6 tərəfindən tərtib edilmiş 070 nömrəli texniki baxış aktından görünür ki, Təqsirləndirilən şəxs məxsus Göyçay rayon Cəyirli kəndində yerləşən 1 ha torpaq sahəsində 5.0 m hündürlüyündə sütunlar quraşdırıldığı və tikintiyə icazə və ekspert rəyinin olmadığı müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən tikinti işlərinin dayandırlması barədə xx.xx.2023-cü il tarixli 0285 nömrəli qərardan görünür ki, 070 nömrəli baxış aktına əsasən Göyçay rayon Cəyirli kəndində yerləşən X5 məxsus 1 ha torpaq sahəsində inşa edilən tikilinin dayandırılması barədə qərar qəbul edilmişdir. 30 gün müddətində tikintiyə icazə sənədinin agentliyə təqdim edilməsi üçün göstəriş verilmişdir. Qərarın tələblərinin icra edilməməsinə görə cavabdeh məsul şəxslərin qanunvericilikdə müəyyən olunmuş qaydada inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna biləcəkləri qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən xx.xx.2023-cü il tarixli SS816932514AZ ştrix kodlu poçt göndərişindən görünür ki, tikinti işlərinin dayandırılması barədə xx.xx.2023-cü il tarixli 0285 nömrəli qərar X2 yaşadığı Göyçay rayon Bığır kəndində göndərilmişdir. Məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərpoçt MMC Milli Operator idarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, SS816932514AZ ştrix kodlu sifarişli məktub barədə məlumat verilməsinə oair xx.xx.2023-cü il tarixli müraciətə baxılmışdır. xx.xx.2023- cü il tarixdə X22 Filialının (RPF) Müştəri xidmətləri şöbəsində qəbul olunmuş SS816932514AZ ştrix kodlu sifarişli məktub xx.xx.2023-cü il tarixində xidmət ərazisi üzrə Bığır kənd poçt şöbəsinə (PŞ) daxil olmuş və PŞ-nin poçtalyonunun yazılı izahatına əsasən Təqsirləndirilən şəxs qeyd olunan ünvanda yaşamadığı üçün üçün mövcud qaydaların tələblərinə uyğun məktub geri qaytarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X1 rayonu Cəyirli kəndində inşa olunan sahibkarlıq obyektində tikinti işlərinin dayandırılması barədə agentlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 0285 nömrəli qərara əməl etmədiyinə görə fiziki şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-nin 394.0.7-ci maddəsi ilə təqsirli bilinərək 500 manat inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının Fövqəlada Hallar Nazirliyinin hesabına 500 manat pul ödənilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Əməliyyat İstintaq İdarəsinin təhqiqatçısı Zaur İsmayılov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, X9 tikinti işlərinin dayandırılması barədə xx.xx.2023-cü il tarixli 0285 nömrəli qərarının olmasına baxmayaraq, tikinti işlərini davam etdirməklə dövlət orqanlarının qərarlarını qərəzli olaraq icra etməmişdir. Fakt üzrə Azərbaycan Respublikasının CM-nin 222-3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli, 10/799 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Göyçay rayonu, Cəyirli kəndi ərazisində Təqsirləndirilən şəxs tərəfindən uzunluğu 88 metr, eni 48,5 metr, mərkəzdən hündürlüyü 7,5 metr, kənarlarda isə 5,2 metr olmaqla tikili inşa edilmiş və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20-ci bəndinə əsasən bu işlər tikinti-quraşdırma işlərinə aiddir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin “Azərdövlətsənayelayihə” DLİ tərəfindən tərtib edilmiş 29 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, baxış zamanı binanın əsas yükdaşıyan konstruksiyalarında çat, deformasiya və korroziya müşahidə edilməmişdir. Göyçay rayonu, Cəyirli kəndi ərazisində Təqsirləndirilən şəxs məxsus qeyriyaşayış obyektinin insanların həyat və sağlamlığına təhlükə törədib-törətmədiyini müəyyən etmək üçün binanın mövcud və gücləndirmə işçi layihələri tərtib edilməli və müvafiq qaydada “Təsisatdankənar dövlət ekspertiza baş idarəsi”nə təqdim edilməlidir. Sözügedən tikilinin hava elektrik verilişi xəttindən 10.1 metr kənarda inşa edildiyini nəzərə alaraq, həmin tikilinin “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarına əsasən elektrik xəttinin mühafizə zonasında inşa edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1 və 4.2- ci bəndlərinin tələblərinə əsasən, aparılmış tikinti işlərinə dair müvafiq icazə alınmalı idi. Tədqiq olunan ərazidə aparılmış tikinti işlərinə dair hər-hansı bir icazə sənədləri olmadığını nəzərə aldıqda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1 və 4.2-ci bəndlərinin tələblərinin pozulduğu müəyyən olunmuşdur.Aparılmış tədqiqatın dəyəri 55 manat təşkil edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Göyçay rayon İcra Hakimiyyətinin baş memarı vəzifəsini müvəqqəti icra edən Şahid5, Göyçay rayon İHB-nin Cəyirli kənd İnzibati Ərazi Dairəsi üzrə X10, Göyçay rayon Cəyirli kənd Bələdiyyəsinin sədri Şəfa Nəsirovanın və Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olan - Təqsirləndirilən şəxs iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs tərəfindən Göyçay rayonu, Cəyirli kəndi ərazisində Göyçay rayon İcra Hakimiyyətindən heç bir rəsmi icazə alınmadan aparılan tikinti işlərinin dayandırılması məqsədi ilə həmin obyektə 14 aprel 2023-cü il tarixdə baxış keçirələrkən müəyyən edilmişdir ki, Göyçay rayon Bığır kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs tərəfindən mülkiyyətində olan torpaq sahəsində 4120 kv.metr tikinti işləri görülmüş, artıq həmin tikinti-quraşdırma işləri başa çatmış, yekun tamamlama işləri görülmüşdür. Bu səbəbdən görülən işlər artıq başa çatdığından tikinti işlərinin dayandırılmasına ehtiyac olmamışdır. Məhkəmə istintaqında tədqiq edilən A.Abdullayev və Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 00001532 nömrəli işlərin təhvil-təslim aktından görünür ki, Göyçay rayon Cəyirli kəndində yerləşən tikiliyə kameralar quraşdırılmış və sifarişçi Təqsirləndirilən şəxs görülən işlər təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 12.1-ci maddəsində isə qeyd göstərilir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 222-3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri olmadığından ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 222-3-cü maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə görə, şəxsin təqsirli olmasına şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Konstitusiya Məhkəməsi Plenumunun «V.Bayramov və qeyrilərinin şikayətləri üzrə» 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə, məhkəmə öz nəticələrini şərh edərkən iş üzrə toplanılan, lakin məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Göründüyü kimi, qanunvericilik normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Şərh edilən beynəlxalq və milli qanunvericiliyin normaları, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin izahları ilə müqayisə etməklə istintaq orqanının təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 222-3-cü maddəsi ilə irəli sürülmüş ittihamı yoxladıqda, həmin ittihamın yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Yəni cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən əlamətlər kimi ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Tövsif, Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 2011-ci il 17 mart tarixli Qərarı). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222-3-cü maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, Göyçay rayonu, Cəyirli kəndində yerləşən xüsusi mülkiyyətində olan 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində təyinatına uyğun olmayaraq plastik materialdan müxtəlif təyinatlı məhsulların istehsalatı fəaliyyəti göstərmək məqsədilə qeyriyaşayış obyektinin inşa edilməsi ilə bağlı tikinti işləri aparan zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2000- ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1 və 4.2- ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin Təsisatdankənar dövlət baş ekspertiza idarəsinin tikintinin layihəsinə rəyi və Göyçay rayon İcra Hakimiyyəti başçısının tikintiyə icazə sənədi olmadan aparılan tikinti işlərini, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin Baş dövlət tikinti müfəttişliyinin səlahiyyətli şəxsləri tərəfindən tərtib olunmuş 13 aprel 2023-cü il tarixli, 070 nömrəli texniki baxış aktına əsasən, həmin müfəttişliyin səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş “tikinti işlərinin dayandırılması barədə” 17 aprel 2023-cü il tarixli, 0285 nömrəli qərarı 18 aprel 2023-cü il tarixdə rəsmi olaraq göndərişli poçtla almasına baxmayaraq, qərarı rəsmi olaraq aldığı vaxt həmin torpaq sahəsində tikinti işlərini dayandırmayaraq, 18 aprel 2023-cü il tarixdən tikinti işlərini davam etdirərək, qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması” barədə 17 aprel 2023-cü il tarixli, 0285 nömrəli qərarı qəsdən qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs əməlinə ibtidai istintaq orqanı tərəfindən şamil edilmiş cinayət əməlini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-3-cü maddəsində bu cinayət «qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti, yenidən planlaşdırma, yenidənqurma və mövcud tikililərin konstruksiyalarında dəyişiklik aparılması işlərinin dayandırılması barədə müvafiq dövlət orqanlarının qərarlarının qərəzli olaraq icra etməmə» kimi təsbit edilmişdir. Qeyd edilməlidir ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun 2 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş «qərəzli» müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Məhkəmə istintaqında əldə edilmiş mötəbər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayında, mülkiyyətində olan, Göyçay rayonu Cəyirli kəndində yerləşən 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində, plastik taraların istehsalı üçün nəzərdə tutulan 1 mərtəbəli anbar binasının inşasına başlamışdır. Tikinti işləri davam etdiyi dövrdə, yəni 13 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası FHN Tikintidə X6 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin Aran Regional Tikinti Müfəttişliyinin baş məsləhətçisi Şahid6 tikinti işlərinin aparıldığı əraziyə gəlmiş və 070 nömrəli baxış aktı tərtib etmişdir. Aktın tərtib edildiyi tarixdən 4 gün sonra 17 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən aparılan tikinti işlərinin dayandırılması barədə qərar qəbul edilmişdir. Sözügedən qərar 18 aprel 2023-cü il tarixdə poçt vasitəsi ilə Təqsirləndirilən şəxs yaşadığı Göyçay rayonu Bığır kəndinə göndərilmişdir. Tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs həmin qərara əməl etməyərək, tikinti işlərini davam etdirdiyi üçün onun barəsində 19 may 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 394.0.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, bunun ardı olaraq 25 may 2023-cü il tarixdə həmin maddə ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Təqsirləndirilən şəxs həmin inzibati xətanın mövcudluğu ilə razılaşaraq barəsində tətbiq edilmiş inzibati cərimə növündə tənbeh tədbirini icra edərək, 09 iyun 2023-cü il tarixdə 500 manat cəriməni ödəmişdir. Təqsirləndirilən şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilən tarixədək aparılan tikinti işləri yekunlaşmış və həmin tarixdən sonra hər-hansı tikinti-quraşdırma işləri görülməmişdir. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən – Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdən tikinti işlərini davam etdirərək, hörülmüş mişar daşlarının üzərinə 2,7 metr hündürlüyündə dəmir təbəqələr vurduraraq, həmin dəmir təbəqələrin üzərində olan metal sütunların üst hissəsinə metal konstruksiyalı fermalar quraşdırtdıraraq, dam örtüyünü vurduraraq, uzunluğu 88 metr, eni 48,5 metr, mərkəzdən hündürlüyü 7,5 metr, kənarlarda isə 5,2 metr olmaqla tikili inşa etdirərək, 2023-cü ilin may ayının sonunadək qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərini başa çatdıraraq, qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması barədə 17 aprel 2023-cü il tarixli, 0285 nömrəli qərarı qəsdən qərəzli olaraq icra etməməsinə görə 03 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 222-3-cü maddəsi ilə ittiham elan edilmişdir. 25 may 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş xətanın mahiyyəti – Göyçay rayonu Cəyirli kəndində inşa olunan sahibkarlıq obyektində tikinti işlərinin dayandırılması barədə Agentlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 0285 nömrəli qərara əməl edilmədiyi olmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdən sonra tikinti işlərinin dayandırılması barədə qərara əməl etmədiyinə, yəni həmin tikinti işlərini davam etdirdiyinə görə 25 may 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 394.0.7-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, Təqsirləndirilən şəxs hazırda irəli sürülən ittihamda istinad olunan əməllə sonuncuya inzibati tənbeh tədbirinin tətbiq edilməsinə əsas olmuş əməl (inzibati məsuliyyət yaradan xəta) eynilik təşkil edir. Yəni, təqsirləndirilən şəxs tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi tarixin ertəsi - 18 aprel 2023-cü il tarixdən sonra tikinti işlərini davam etdirərək, qərara əməl etmədiyinə görə həm inzibati, həm də cinayət məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası İXM-nin 394.0.7-ci maddəsinə görə tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən edilmiş yazılı göstərişlərinə və tikinti işlərinin dayandırılması ilə bağlı qərarlarına əməl etməmə inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 394.0.7-ci maddəsini Azərbaycan Respublikası CM-nin 222-3-cü maddəsindən fərqləndirən cəhət yalnız tikinti işlərinin dayandırılması barədə qərarın «qərəzli» şəkildə icra edilməməsidir. İşin faktiki hallarından, eləcə də məhkəmə istintaqı zamanı şahidlərin verdikləri ifadələrdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 394.0.7-ci maddəsi ilə inzibati qaydada tənbeh edildikdən sonra hər hansı tikintiquraşdırma işləri aparmamışdır. Digər sözlə ifadə etdikdə, tikinti işlərinin dayandırılması barədə qərara əməl etmədiyinə görə inzibati qaydada tənbeh edildikdən sonra yenidən qərəzli şəkildə tikinti işlərinə davam etməmişdir. Buradan da aydın olur ki, Təqsirləndirilən şəxs eyni əmələ görə həm inzibati, həm də cinayət məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə əsasən, heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Məhkəmə eyni zamanda «Xmel Rusiyaya qarşı» işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 12 dekabr 2013-cü il tarixli qərarında sərgilədiyi hüquqi mövqeyə diqqəti çəkməyi zəruri hesab edir. Həmin qərarda göstərilmişdir ki, Rusiya Federasiyası İnzibati xətalar məcəlləsinin 19.3 və 20.1, Cinayət Məcəlləsinin 318 və 319-cu maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsi müddətləri eynidir, həmin müddət ərizəçinin milis şöbəsinə gətirildiyi andan (14:00) onun getməsi anına (19:30) qədər davam etmişdir. Bundan əlavə, milli məhkəmələrin qərarları təsdiq edir ki, inzibati və cinayət qanun pozuntuları eyni milis əməkdaşlarına qarşı tərədilmişdir (T., U., K., S., M., və digərləri), onlar cinayət icraatı çərçivəsində zərərçəkmiş şəxs statusunu almışlar. Nəhayət, yuxarıda göstərilən cinayətlərin actus reus-u (obyektiv tərəf) mahiyyət etibarı ilə kəsişirdi, əvvəllər inzibati icraatda müşahidə edilməyən elementlər, cinayət icraatı zamanı da müşahidə edilməmişdir. Ərizəçi qeyd etmişdir ki, inzibati qanun pozuntusu məsələsinə baxan hakim, cinayətin mövcud olmasını aşkarladığı halda, həmin icraatı bitirmək və işi prokuror tərəfindən baxılmasına təqdim etmək üçün qanuni əsaslara malik idi. Lakin hakim bunu etməmişdir. Bununla da dolayısı ilə ərizəçinin əməlinin cinayət olmadığını qəbul etmişdir. Beləliklə, hakim tərəfindən iş üzrə bu cür qərarın icrası, digər hökumət orqanları üçün icbari xarakter daşıyacaqdır. Ərizəçi non bis in idem (eyni cinayətə görə təkrar mühakiməyə məruz qalmama hüququ) prinsipinin pozulmasına işarə etdi, həmin prinsip eyni qanun pozuntusuna görə məhkəmə icraatının təkrarlanması üzrə təminatı əks etdirir. Məhkəmə hesab edir ki, 27 aprel 2003-cü il tarixli hadisələr ərizəçi barəsində iki məhkəmə icraatının başlanılmasına səbəb olmuşdur: birinci halda o inzibati xətalar məcəlləsinə görə təqsirli bilinmiş və ona qarşı inzibati qaydada cərimə tənbeh növü tətbiq edilmişdir, ikinci halda isə, o Cinayət Məcəlləsi çərçivəsində təqsirli bilinmiş və daha böyük məbləğdə cərimə ödəməyə məhkum olmuşdur. Məhkəmə üç məsələyə baxmalıdır: birinci məhkəmə icraatı mahiyyətinə görə cinayət icraatı idimi; ərizəçinin təqsirləndirildiyi əməllər eyni əməl olmuşdurmu (idem); məhkəmə icraatı təkrar olunurmu (bis). Həmin iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi belə bir nəticəyə gəlmişdir ki, ərizəçi «milis əməkdaşlarının göstərişlərinə tabe olmama» və «ictimai asayişin pozulması üzrə cüzi hərəkətlərin icrası»na görə, konvensiya tərəfindən bu anlayışın müstəqil formada müəyyən edilməsi çərçivəsində «cinayət proseduru» ilə müqayisə edilə bilən inzibati məhkəmə icraatı çərçivəsində məsuliyyətə cəlb edilmişdir. Ərizəçi barəsində inzibati iş üzrə qərarın qüvvəyə minməsindən sonra, ərizəçiyə eyni faktlara aid olan cinayət əməllərinin törədilməsi üzrə ittiham elan edilmişdir və o, təkrar olaraq məsuliyyətə cəlb edilmişdir. Beləliklə, 7 nömrəli protokolun 4-cü maddəsi pozulmuşdur. Daha sonra Avropa Məhkəməsi göstərmişdir ki, ərizəçi barəsində inzibati cərimənin tətbiq edilməsinə gətirib çıxaran faktlar, onun 27 aprel 2003-cü il tarixində Severomorsk DİŞ-də qeyri-qanuni davranışı ilə əlaqəli idi. 14 may 2003-cü il tarixli qərarında təsdiq olunmuşdur ki, o, milis əməkdaşlarını (K., S., U., P., Q., M.) təhqir etmiş və onlara qarşı hörmətsizlik etmişdir. Həmin faktlar ərizəçinin cinayət əməlinin törədilməsində təqsirli bilinməsinin və zərəçəkmiş kimi tanınmış və məhkəmədə dindirilmiş şəxslərə qarşı həmin tarixdə, həmin milis şöbəsində nümayiş etdirilən davranışla («təhqirlər», «ləyaqətin alçaldılması və nüfuzə xələl gətirmə») bağlı olan 8 avqust 2005-ci il tarixli hökmün mərkəzi elementi olmuşdur. Cinayətin törədilməsində təqsir tamamilə inzibati hüquq pozuntusu faktlarını ehtiva edir və əksinə, inzibati xəta, ərizəçi tərəfindən qanun pozuntularının törədilməsində olmayan hər-hansı elementlərə malik deyildir. Bu səbəbdən, iki qanun pozuntusu üzrə faktları, 7 nömrəli protokolun 4-cü maddəsində göstərilən məqsədlərə uyğun olaraq, mahiyyət etibarı ilə vahid hərəkət kimi dəyərləndirmək lazımdır. 7 nömrəli protokolun 4-cü maddəsinin məqsədi yekun qərarın qəbul edilməsi ilə nəticələnən icraatın təkrarlanmasının qadağan edilməsindən ibarətdir. Bu müddəa əsasında qəbul edilən qərar res judicata (həllini tapmış iş) kimi qüvvəyə minmişdirsə, həmin qərar «yekun qərar» olaraq dəyərləndirilir. Bu, qərarın yekun xarakter daşıdığı haldır, yəni, hüquqi müdafiənin digər adi vasitələri mümkünsüzdür, yaxud, tərəflər bu cür hüquq müdafiəsi vasitələrini bitiriblər, yaxud tərəflər hüquqi müdafiə vəsaitlərinə müraciət etmədən müəyyən edilmiş müddəti keçiriblər («Sergey Zolotuxin», § 107 və 108, gələcək istinadlarla). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatasının X3rşı iş üzrə 2009cu il 10 fevral tarixli Qərarındakı mövqeyinə əsasən, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsi ikinci cinayətin eyni faktlardan və ya birinci cinayətin əsasında duran faktlarla “əhəmiyyətli dərəcədə” eyni olan faktlardan irəli gəldiyi hallarda şəxsin ikinci “cinayətə” görə cinayət təqibinə məruz qalmasını və məhkəməyə verilməsini qadağan edən norma kimi qəbul edilməlidir (§§ 79-82). Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs tikinti işlərinin dayandırılması barədə 17 aprel 2023-cü il tarixli, 0285 nömrəli qərarı qəsdən qərəzli olaraq icra etməməsinin nədə ifadə olunması istintaq orqanı tərəfindən müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi Baş dövlət tikinti müfəttişliyinin Aran regional tikinti müfəttişliyinin baş məsləhətçisi Şahid6 Təqsirləndirilən şəxs məxsus Göyçay rayonu Cəyirli kəndində yerləşən 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması ilə bağlı xx.xx.2023-cü il tarixdə baxış keçirmiş, bu barədə xx.xx.2023-cü il tarixdə 070 nörməli akt tərtib etmiş, xx.xx.2023-cü il tarixdə tikinti işlərinin dayandırılması barədə 0285 nömrəli qərar qəbul etmiş, həmin qərardan 03 ay 27 gün müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 222-3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixdə tikinti işlərinin dayandırılması barədə 0285 nömrəli qərardan sonra Təqsirləndirilən şəxs tikinti işlərinin dayandırılması ilə bağlı qərara əməl etmədiyinə görə inzibati qaydada məsuliyyətə cəlb edilənədək hansı tikinti işlərini, məsuliyyətə cəlb olunduqdan sonra isə hansı tikinti işlərini aparması istintaq orqanı tərəfindən müəyyən edilməmişdir. Eləcə də təqsirləndirilən şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edildikdən sonra tikinti işlərinin dayandırılmasına dair FHN-in müvafiq qurumu tərəfindən təkrar xəbərdarlıqlar edilməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 222-3-cü maddəsi ilə verilmiş ittiham üzrə kifayət qədər araşdırma aparmadan Təqsirləndirilən şəxs təqsirliliyi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 222-3-cü maddəsində tikinti işlərinin dayandırılması barədə müvafiq dövlət orqanlarının qərarlarının qərəzli olaraq icra edilməməsinin üsulu konkret olaraq göstərilmişdir: • müvafiq dövlət orqanlarının qərarlarını qərəzli icra etməmə; Qeyd edilən üsul CM-nin 222-3-cü maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı əsas rol oynayan spesifik əlamətə malikdir. Bu cinayət əməli bir qayda olaraq hərəkətsizlik nəticəsində baş verir və təqsirli şəxs müvafiq dövlət orqanının qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə şəxsin müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, şəxs yazılı və ya şifahi şəkildə müvafiq dövlət orqanının qərarını icra etməyəcəyi barədə məlumat verir və ya həmin qərarı icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, müvafiq dövlət orqanının qərarını qərəzli şəkildə icra etməmə dedikdə, həmin qərarın icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin həmin hərəkətləri etməməsi başa düşülür. Müvafiq dövlət orqanının qərarını icra etməmə yalnız qərəzli olduqda CM-nin 222- 3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə tikintini dayandırma barədə qərar təqdim edildikdən sonra, həmin qərara əməl etmədiyinə görə inzibati qaydada tənbeh olunmasına, bundan sonra da xəbərdarlıqlar edilməsinə baxmayaraq, yenidən həmin qərarın tələbini icra etmir və tikinti işlərini davam etdirir. Hazırki işin hallarından göründüyü kimi, təqsirləndirilən şəxs barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edildikdən sonra o, hər hansı tikinti-quraşdırma işləri aparmamışdır. Məhkəmə yekun olaraq qeyd edir ki, ibtidai istintaq orqanı işin hallarını düzgün müəyyən etməmiş, tikinti işlərinin dayandırılması barədə müvafiq icra hakimiyyəti orqanının 17 aprel 2023-cü il tarixli qərarına 18 aprel 2023-cü il tarixdən 2023-cü ilin may ayının sonunadək əməl etmədiyinə görə təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 394.0.7-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməsinə baxmayaraq, həmin hərəkətlərə görə yenidən ona qarşı Azərbaycan Respublikası CM-nin 222-3-cü maddəsi ilə ittiham irəli sürülməsi qanuni və əsaslı olmamışdır. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli tam və obyektiv araşdırmaq daxildir. Azərbaycan Respublikası CPM-nin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət mühakimə icratı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə işə baxan məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin əsassız ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Müdafiə tərəfi ittihamın əsassız olduğunu irəli sürürsə və bu barədə əsaslı arqumentlər, vəsatətlər gətirdikdə məhz məhkəmənin vəzifəsidir ki, həmin işdə qanunçuluğun əməl olunmasını ciddi yoxlasın. Məhkəmə yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin qərarlarında olan göstərişləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin mövcudluğu istisna olunur. Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil və müqayisə edib, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 222-3-cü maddəsi irəli sürülmüş əməldə cinayət tərkibinin mövcudluğu öz təsdiqini tapmamışdır. Oxşar hüquqi mövqeyi paylaşan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası CM-nin 222-3-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Məhkəmə, iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsnın ona verilmiş ittiham üzrə əməldə cinayət tərkibinin mövcudluğu istisna olunur. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 222-3-cü maddəsində nəzərdə tutulan əməldə cinayət tərkibi olmadığından, ona həmin maddə üzrə bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan ləğv edilməlidir. Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququ izah edilməlidir. İş üzrə 55 manat ekspertiza xərci dövlət büdcəsinə aid edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 42.1.2, 350, 352-353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222- 3-cü maddəsinin tərkib əlaməti olmadığı üçün bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququ izah edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar