Məhkəmə qərarları › İş №1(046)-6/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-6/2025

18.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-6/2025 18.08.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi Əliyeva Leyla Bəhər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı5, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində bir azyaşlı övladı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Göyçay şəhəri 49-cu məhəllədə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən va silah qismində istifadə edilən əşyanı tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində ictimai yer hesab edilən va vətəndaşların sıx toplaşdığı yer olan Göyçay şəhəri, Natavan küçəsində yerləşən Avtovağzal ilə üzbəüz olan yeməkxanada orta dərəcəli sərxoş vəziyyətdə onunla eyni masada spirtli içki qəbul edən Zərərçəkmiş şəxs yanında keçmiş məhbus həyatından söhbət edən zaman sonuncunun ona irad bildirməsi səbəbi ilə aralarında mübahisə yaranmış, həmin vaxt o, Zərərçəkmiş şəxs kafedə işləyən Şahid1 yanında söyüb-təhqir etmiş, bir neçə dəqiqə sonra özünə içmək üçün pivə alıb həmin yerə qayıdaraq mübahisəsini davam etdirib Zərərçəkmiş şəxs ünvanına bir daha nalayiq ifadələr işlətmiş, həmin vaxt Zərərçəkmiş şəxsla aralarında mübahisə yaransa da, kafenin sahibi Şahid1 onları ayıraraq onu oradan uzaqlaşdırmış, buna baxmayaraq o, sakitləşməyərək kəskin va aqressiv halda insanlar arasında bərqarar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü va ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik va etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətda pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib, onun arxasınca gələn Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək heç bir əsas olmadan əlindəki pivə şüşəsini iki dəfə sonuncunun baş nahiyyəsinə vuraraq pivə şüşəsini sonuncunun başında sındırmış, daha sonra o, əlindəki şüşə pivə şüşəsinin sınmış hissəsi ilə bir neçə dəfə sonuncunun sol ayağına va başının sol tərəfinə vuraraq sol budun orta 1/3-nin ön hissəsində yumşaq toxumanın deşilmiş-kəsilmiş yarası ilə nəticələnən qəsdən sağlamlığına yüngül xəsarət və başın sol ansa nahiyyəsində yumşaq toxumanın bir qədər şişkinliyi ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3 maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o əməlindan peşmandır. Zərərçəkmiş şəxs tanıyır, əvvəllər qonşuluqda yaşamışlar, onların arasında əvvəllər heç bir ədavət va ya düşmənçilik olmamışdır. 29 aprel 2024-cü il tarixdə axşam saatlarında yaşadığı evdə spirtli içki olan araq içib saat təxminən 23:00 radələrində Nağı adlı şaxsin kafesinə pivə içmək üçün getmişdir. Orada masaların birində əyləşib 2 bakal spirtli içki olan pivə qəbul etmiş, bir müddət sonra tanışı Hafis adlı şaxs kafeye daxil olmuş, o Hafisə də araq almış və bundan sonra bir masada əyləşib söhbət etmişlər. O, Hafisə keçmiş həyatından danışmış, Hafis ona nalayiq formada sarxoş olduğunu va oradan çıxıb getməsini bildirmiş, ancaq həmin vaxt kafedən getmək istəmədiyini Hafisə dedikdə, Hafis ona qarşı kobud ifadələr işlədərək onun stolundan durub getməsini bildirmişdir. Bundan sonra Hafis ayağa qalxıb onu vurmaq istədikdə kafeni işlədən Nağı adlı şəxs aralarına girərək Hafisi onu vurmasına maneə olmuş, həmin vaxt Hafisin onun üstünə gəldiyi üçün aralarında dava-dalaş olmaması üçün Nağı onu kafedan çölə çıxarıb oradan uzaqlaşdırmışdır. Bundan sonra yenə pivə içmək istədiyindən yaxınlıqda olan "Qardaşlar” mağazasına gedib 1 şüşə pivə almış və Hafisin kafedə onu nalayiq ifadələrlə təhqir etməsinə aydınlıq gətirmək üçün yenidən həmin yerə qayıtmış, oraya çatdıqdan sonra normal şəkildə Hafisdən nədən onu təhqir edib kafedan qovduğunu soruşduqda, Nağı adlı şəxs onların mübahisə edəcəklərini düşünərək onun qarşısına gəlib pivə şüşəsini əlindən almış, bu zaman Hafis oturduğu yerdən üzərinə gələrək onu nalayiq sözlərlə təhqir edib yumruq və şillə ilə bir neçə dəfə baş nahiyyəsindən vurmuşdur. Bu zaman kafeni işlədən Nağı adlı şəxs aralarına girərək Hafisin onu vurmasına mane olmuş, sonradan yenidən kafedə olarkən Hafis yumruq və sillə ilə bir neçə dəfə ona baş nahiyyəsindən vurmuş, kafedən uzaqlaşdıqdan sonra isə yolun kənarında dalaşan vaxt Hafis ona yaxınlaşmış aralarında yenidən mübahisə başladıqda sonda Hafis onu yerə yıxdıqdan sonra ucadan nalayiq ifadələrlə təhqir edərək yerdə yumruqla başına və bədəninin müxtəlif yerlərinə vurmuş, kafedə işləyən Nağə onları aralamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 29 aprel 2024-cü il tarixdə saat təxminən 23:00 radələrində Nağı adlı şəxsin kafesinə gəlmişdir. Həmin vaxt kafedə tanışı Təqsirləndirilən şəxs görmüş, onunla bir masada əyləşmişdir. Bundan sonra Elçin əvvəllər cəzaçəkmə müəsissəsində həbsdə olduğu günlərindən danışmağa başlamış, bu söhbət ona xoş olmadığından başqa masaya keçmişdir. Elçin yenə də söhbəti davam etdikdə o Elçinə əsəbləşərək masadan durub getməsini bildirmişdir. Təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs əlində şüşə ilə kafeyə geri qayıtmış, nədən onunla bu cür rəftar etməsini soruşduqda o bir daha Elçinə əsəbləşərək danışdıqlarının ona maraqlı olmadığını bildirmiş, həmin vaxt kafeni işlədən Nağı adlı şəxs araya girib onun əlindəki pivə şüşəsini alıb kafedən çıxarmaq istəmiş, Elçin gedəcəyini dedikdə Nağı onun pivəsini qaytarmışdır. Həmin vaxt o Elçin əlindəki pivə şüşəsini ona vurmaq istədiyini görmüş Elçinin başından yumruqla bir neçə dəfə vurmuş, həmin vaxt kafeni işlədən Nağı Elçini küçəyə çıxardaraq uzaqlaşdıranda Elçin bir daha onun ünvanına nalayiq ifadələr işlətdiyindən bir dəfə də yumruqla Elçinin başından vurmuş, bundan sonra onların arasında mübahisa böyüməyə başlamış, Nağı onlara yaxınlaşıb onları aralaşdırmış, bundan sonra öz yaşadığı evə getmiş, ancaq buna baxmayaraq Elçin yenə də onun arxasınca 30-40 metr gəlsə də, bir daha mübahisə etməmələri üçün Nağı onu yaşadığı evə qədər aparmışdır. Şahid1 məhkəmə baxışında verdiyi ifadədə göstərmişdir ki, Göyçay rayon sakinləri Hafis və Elçin adlı şəxsləri tanıyır, onlarla arasında hər zaman normal münasibəti olmuşdur. 29 aprel 2024-cü il tarixdə axşam saatlarında Elçin adlı şəxs kafeyə gələrək masada əyləşib bir bakal pivə sifariş edib pivə içmiş, həmin vaxt oraya Hafis adlı tanışı da gəlmiş, Hafis və Elçin hər ikisi bir-biri ilə görüşüb salamlaşmışlar, Hafis içəri daxil olub Elçinlə salamlaşdıqdan sonra Elçin onu yanına çağırıb 1 manat pul verərək Hafisə 100 qram spirtli içki olan araq verməsini bildirmiş, Hafis də içəridə başqa masada əyləşib 100 qram spirtli içki olan arağı içmişdir. Bir qədər sonra onların arasında nəsə söz-söhbət yaranmasını hiss etmiş, hətta həmin vaxt Elçinin Hafisə “bilsəydim sənə araq almazdım” ifadəsini işlətməsini eşitmiş, həmin vaxt Hafis ondan xahiş edərək üzərində pulu olmadığını və 1 manat ona borc verməsini xahiş etmiş, o da Hafisə 1 manat verdikdən sonra o da, Elçinin ona 1 manatlıq aldığı arağın pulunu qaytarmışdır. Bu zaman onların arasında yaranmış söz mübahisəsinin böyüməməsi üçün Elçini kafedən çıxarıb oradan uzaqlaşdırmış. Elçin də çıxıb getmişdir. Həmin vaxt kafedə onlardan başqa heç kimi olmamışdır.Təxminən 10 dəqiqə sonra Elçinin əlində pivə şüşəsi ilə geri qayıtmasını görüb onların mübahisə edəcəyini düşünərək Elçinin qarşısına keçib onun kafedən çıxıb getməsini deyib əlindəki dolu Xırdalan pivə şüşəsini Elçinin əlindən almış, həmin vaxt Elçin ondan pivəsini istəyərək gedəcəyini demiş, bu zaman Hafis onlara yaxınlaşıb Elçinin başından əli ilə vurmuş, onların arasına girib onları aralaşdırmışdır. Pivə şüşəsini qaytarıb Elçini kafedən uzaqlaşdırmışdır. Bundan sonra Hafis də kafedən çıxmış, küçədə Elçinlə normal söhbət etdiklərini görüb kafeyə qayıdıb kafeni bağlamaq istəmişdir. Lakin təxminən 3-5 dəqiqə sonra çöldən “Elçinin Hafis əmi məni vurma” səslərini eşidib çölə qaçmış, həmin vaxt Hafisin Elçini döyməsini görüb onlara yaxınlaşaraq aralaşdırmış, bundan sonra Hafisi yaşadıqları evə tərəf aparıb geri qayıtmışdır. İş materiallarına əlavə edilmiş: Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2024-cü il tarixli 158 nömrəli tibbi müayinə protokolundan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs orta dərəcəli sərxoşluq halında olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 xx.xx.2024 cü il tarixli 262 nömrəli rəyindən görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xarətlər- sol budun orta 1/3-nin ön hissəsində yumşaq toxumanın deşilmiş- kəsilmiş yarası iyi kənara malil kəsici əşyanın (ola bilsin sınmış şüşə parçasının) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixinə uyğun gəlirlər və dərəcəsinə görə səhhətin qısa müddət pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Başın sol ənsə nahiyəsində yumşaq toxumanın bir qədər şişkinliyi küt- bərk əşyanın (əşyaların təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdən uyğun gəlirlər və sağlamlığa Zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 xx.xx.2024 cü il tarixli 267 nömrəli rəyindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xarətlər boynun sol yan orta şöbəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası küt- bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixinə uyğun gəlirlər və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngün zərər vurmaya aiddir. Başın sağ alın və sol göz yuvası altı nahiyələrində qançırla, hər iki dirsək- hər iki saidin yuxarı 1/3-nin arxa səhtlərində sıyrıqlar küt- bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixinə uyğun gəlirlər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 iyul 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 17.00-da MSY-dən azad edilmişdir. DİN-in BƏSİİ-dan alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Göyçay rayon Mahkemesinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azerbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsrili bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs mahkumluğu ödənilmişdir. Göyçay RMX PHŞ-dan daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən "Affektiv tipli şəxsiyyət pozuntusu, özünü kəsmələrlə” diaqnozu ila hakim psixiatrın qeydiyyatındadır. Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən "Narkomaniya” diaqnozu ila həkim narkoloqun qeydiyyatındadır. Məhkəmə-psixiatrik ekspertizasının 15 iyul 2024-cü il tarixli 490 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU, ÖZÜNÜKƏSMƏLƏRLƏ XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xastəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlari kompensasiya (yaxşılaşma) mərhələsində olması səbəbindən o, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs ekspertiza zamanı da hərəkətlərini ölçüb biçmək va onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür va onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Göyçay RİHB-nin Göyçay şəhər İƏD üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədə və arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda Göyçay şəhəri 49-cu Məhəllədə qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, himayəsində 1 azyaşlı övladı vardır, barəsində Göyçay şahəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslə barışıq əldə etmiş və sonuncu ona dəymiş ziyanı tam ödəmişdir. Cinayət işi materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında davadalaşı əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs Göyçay şəhəri «Avtovağzal dairəsi» deyilən yeri keçərək üzü Göyçay rayon avtovağzal istiqamətində hərəkət edir. Təqsirləndirilən şəxs əlində şüşə butulka var. Kafenin girişində Təqsirləndirilən şəxs qarşısını Şahid1 kəsir, onunla söhbət edir, bu vaxt onlara Zərərçəkmiş şəxs yaxınlaşır və əli ilə Təqsirləndirilən şəxs vurur. Şahid1 onları aralaşdırır, Təqsirləndirilən şəxs əlində olan şüşə butulkanı ondan alır, bir qədər söhbət etdikdən sonra Şahid1 və Təqsirləndirilən şəxs kafenin qarşısından Ucar-Göyçay avtomobil yolu istiqamətində hərəkət edirlər, Şahid1 aldığı şüşə butulkanı Təqsirləndirilən şəxs qaytarır, bu zaman kafedən çıxan Zərərçəkmiş şəxs onlara tərəf gəlir, Təqsirləndirilən şəxsla söhbət edərək hərəkət edirlər. Şahid1 kafeyə qayıdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs səkinin üzərində dayanaraq söhbət edirlər. Onların yanından bir nəfər əlində çanta ilə keçir, avtomobil yolu ilə avtomobillər hərəkət edir, dairəyə daxil olan avtomobillər sağ tərəfdən hərəkət edən avtomobilləri gözləyərək yollarına davam edirlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla söhbət etdikləri vaxtı Zərərçəkmiş şəxs bir dəfə əli ilə Təqsirləndirilən şəxs vurur, Təqsirləndirilən şəxs zərbənin təsirindən bir qədər geriyə doğru hərəkət edir, daha sonra Təqsirləndirilən şəxs əlində olan şüşə butulka ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən vurur, zərbənin təsirindən şüşə butulka sınır, şüşə butulkanın sınmış hissəsi Təqsirləndirilən şəxs əlində qalır, aralarında əlbəyaxa dava başlayır, Zərərçəkmiş şəxs bir neçə təpiklə Təqsirləndirilən şəxs vurur, əlbəyaxa dava zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlində olan şüşə sınığını alır, daha sonra onlar hər ikisi dava edərək yolun hərəkət hissəsinə çıxır. Avtomobillər öz hərəkətlərinə davam edirlər. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yerə yıxdıqda avtomobil yolu ilə hərəkət edən ağ rəngli avtomobil dayanır, 3-4 saniyədən sonra hərəkətinə davam edir. Zərərçəkmiş şəxs yerdə olan Təqsirləndirilən şəxs əlləri ilə bir neç dəfə vurur. Kənarda dayanmış üzərində taksi lövhəsi olan avtomobilin yanında olan əlində çanta olan bir nəfər və iki nəfər digər şəxslər onlara baxır, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs aralandıqdan sonra Təqsirləndirilən şəxs ayağa qalxır, bu vaxt Şahid1 onlara yaxınlaşıb onları aralaşdırır, Zərərçəkmiş şəxs və Şahid1 üzü Avtovağzal istiqamətdə hərəkət edirlər, Təqsirləndirilən şəxs isə əks istiqamətdə hərəkət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrıayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhdedilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilətövsüf edilməsi üçün əsasdır. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlıolan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Tərəflər arasında dava-dalaşı əks etdirən videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs Göyçay şəhəri «Avtovağzal dairəsi» deyilən yerdə yolun kənarında yerləşən kafenin girişində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla söhbət etdikləri vaxtı Zərərçəkmiş şəxs bir dəfə əli ilə Təqsirləndirilən şəxs vurur, Təqsirləndirilən şəxs zərbənin təsirindən bir qədər geriyə doğru hərəkət edir, daha sonra Təqsirləndirilən şəxs əlində olan şüşə butulka ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən vurur, zərbənin təsirindən şüşə butulka sınır, şüşə butulkanın sınmış hissəsi Təqsirləndirilən şəxs əlində qalır, aralarında əlbəyaxa dava başlayır. Bu hadisə zamanı onların yanından kənar şəxslər keçir, onlara baxır, yolda isə avtomobillər hərəkət edir, avtomobil yolu ilə hərəkət edən ağ rəngli avtomobil isə bir qədər dayanır sonra irəli hərəkət edir. Burada qeyd etmək zəruridir ki, təqsirləndirilən şəxsin hərəkətlərini konkret zərərçəkmiş şəxslə onların arasında olan hər hansı şəxsi münasibətlər şərtləndirmir. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən cinayət əməli qərəzli olaraq törədilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58- ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, zərərçəkmiş şəxslə barışıq əldə edərək ona dəymiş ziyanın tam ödənilməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, təyin olunacaq cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi nəzərə alınmaqla ona təqsirli bilindiyi AR CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə növündə cəza təyin edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli hökm çıxdığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut 01 ədəd DVD diskiş materillarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclası zalında dərhal həbs olunsun. Həbsetmənin əvvəli bu gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablansın İş üzrə maddi sübut – 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Göyçay Rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar