Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-60/2022 26.10.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Müdafiəçi2, Dövlət ittihamçısı1 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1998-ci ildə Göyçay rayonunda anadan ollmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, məhkum olunmamış, Göyçay rayonu Potu kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində Göyçay rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə olunan qəsdlə istintaqa məlum olmayan müddətdə, mənbədən və çəkidə çətənə bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə həşişi tamah niyyəti və satış məqsədi ilə əldə etdikdən sonra həmin həşişin 2,41 qram çəkidə olan hissəsini 23 yanvar 2022-ci il tarixdə saat 20:30-da Göyçay rayonun Potu kəndi ərazisində tanışı Şahid2 10 manata satmış, 0,13 qram olan hissəsini isə açıq şəkildə satış məqsədi ilə üzərində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay rayonu, Potu kəndi ərazisində saxlanıb rayon polis şöbəsinə gətirilərək həmin tarixdə saat 09:25-də polis şöbəsinin Növbətçi Hissəsində üzərinə videoçəkliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın arxa sol cibində və sarı-qara rəngli gödəkçənin sol yan cibində açıq şəkildə həmin həşişin 0,13 qram hissəsi aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Şahid2 və Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitəni onlara satmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə ona aid deyil. Lakin narkotik vasitədən istifadə edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs satmamışdır. Polis şöbəsində ona təzyiq olunduğundan ifadəsində Təqsirləndirilən şəxs ona narkotik vasitəni 10 manata satdığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Göyçay rayonun Çayarxı kəndi ərazisində həmkəndlisi Rusif Bağırovun idarə etdiyi avtomobildə digər həmkəndlisi Şahid2la olan zaman Göyçay rayon polis şöbəsinin əməkdaşları onları saxlamışlar və polis şöbəsinə gələrkən növbətçi hissədə onun, eləcə də Şahid2 üzərindən həşiş narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Onların barəsində cinayət işi başlanılaraq xx.xx.2022-ci il tarixdə onlara Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cavad üzərilərindən aşkar edilmiş həşişi tutulmazdan 1 gün əvvəl tanışı Göyçay rayonun Potu kənd sakini Təqsirləndirilən şəxs 10 manata aldığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X2 göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Şahid1 və Şahid2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Göyçay rayonu Çayarxı kəndi ərazisində yerləşən avtoyuma məntəqəsinin yanında X1 idarə etdiyi Vaz 2106 markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomobilini dayanmış vəziyyətdə görüb həmin avtomobilə yaxınlaşmışlar. Həmin vaxt avtomobilin sükanı arxasında X5 özü oturmuş, avtomobildə isə Şahid1, Şahid2 olmuşlar. Başqa heç kim olmamışdır. Avtomobildən narkotik vasitəyə xas olan tüstü qoxusu gəlmişdir. Onlar özlərini Şahid1, Şahid2 və Rusif Bağırova təqdim edib qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduqlarına görə Göyçay RPŞ-nə getməli olduqlarını bildirdib onlarla polis şöbəsinə getmələrini dəvət etmişlər. Şahid1, Şahid2 və Rusif Bağırov onlara etiraz etməmişlər. X1 idarə etdiyi Vaz 2106 markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hamısı Göyçay rayon polis şöbəsinə gəlmişlər. Rusif Bağırovun idarə etdiyi Vaz 2106 markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomobil polis şöbəsinin müvəqqəti duracağında saxlanılmışıdr. Polis şöbəsində ilkin olaraq Şahid1 vəkil Müdafiəçi2 ilə təmin olunaraq Növbətçi Hissədə videoçəklişlə hüquq və vəzifələri Şahid1 izah olunmuş və sonuncu, şübhəli şəxs qismində tutulmuşdur. Şahid1 üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində narkotik vasitənin, eləcə də digər cinayət xarakterli hər hansı bir əşya vardırsa onları təqdim etməsi təklif olunuşdur. Həmin vaxt Şahid1 əynindəki göy-boz rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd həşiş narkotik vasitəsinə oxşar yaşıl rəngli bitki mənşəli kütlə ilə doldurulmuş uc hissəsi yanmış papirosu çıxarıb təqdim etmişdir. Sorğu zamanı Şahid1 həmin papirosa doldurulmuş kütlənin həşiş narkotik vasitəsi olduğunu, həmin həşişi tutulmamışdan əvvəl tanışı Şahid2 özü ilə gətirərək çəkməyə onlara təklif etdiyini bildirmişdir. Həmin kütlə ilə doldurulmuş papiros elektron tərəzidə çəkilmiş, çəkisi 1,9 qram olmuşdur. Həmin papiros bir ədəd zərfdə qablaşdırılaraq, təhqiqatçı Şaiq Əşrəfli tərəfindən götürülmüşdür. Şahid1 və vəkili Müdafiəçi2 zərfin üzərini imzalamışlar. Eyni zamanda axtarış zamanı Şahid1 ciblərindən 300 manat pul və 1 ədəd təsbeh aşkar edilmiş və özünə qaytarılmışdır. Protokol tərtib olunaraq ucadan oxunmuş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Şahid2 vəkil Mətanət Həsənova ilə təmin olunaraq Növbətçi Hissədə videoçəklişlə hüquq və vəzifələri Şahid2 izah olunmuş və sonuncu, şübhəli şəxs qismində tutulmuşdur. Şahid2 üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində narkotik vasitənin, eləcə də digər cinayət xarakterli hər hansı bir əşya vardırsa onları təqdim etməsi təklif olunmuşdur. Şahid2 əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd ağ rəngli kağız büküm çıxarıb təqdim etmişdir. Həmin 1 ədəd kağız büküm açıldıqda içərisində həşiş narkotik vasitəsinə oxşar yaşıl rəngli bitki mənşəli kütlə olmuşdur. Sorğu zamanı Şahid2 həmin kütlənin həşiş olduğunu, həmin həşişi xx.xx.2022-ci il tarixdə tanışı Göyçay rayon Potu kənd sakini Orxandan 10 manata aldığını bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs ilə yaşadığı Göyçay rayonun Potu kəndi ərazisində yaşadığı evin yaxınlığında rastlaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs yanında heç kim olmamışdır. NMQ-nun əməliyyat müvəkkili Şahid6la yaxınlaşıb özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər və qanunsuz narkotik vasitə və psixotrop maddə saxlamağında şübhəli olduğunu bildirib onlarla Göyçay rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmiş və onlarla bir yerdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin növbətçi hissəsində Təqsirləndirilən şəxs dərhal vəkil Etibar Abdullyev ilə təmin olunmuş və videoçəkilişlə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış keçiriləcəyi, odur ki, üzərində narkotik maddə və vasitələr, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və cinayət xarakterli digər əşya və predmetin olmadığını bildirərək üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Daha sonra NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid6 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın arxa sol cibindən və sarı-qara rəngli gödəkçəsinin sol yan cibindən açıq şəkildə, yəni nədəsə qablaşdırılmamış formada xırda halda həşiş narkotik vasitəsinə oxşar yaşıl rəngli bitki mənşəli kütlə hissələri aşkar edilmişdir. Həmin kütlə hissələri kağızın üzərinə boşaldılmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən 1 ədəd siqaret qutusu və 3 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs ciblərindən aşkar edilmiş açıq şəkildə həşişə oxşar kütlə hissələri siqaretin ağ-gümüşü kağızın üzərinə tökülərək elektron tərəzidə çəkilmiş və kağızla birlikdə çəkisi 0,3 qram olmuşdur. Daha sonra həmin kütlə gümüşü ağ rəngli kağızda elə bir ədəd zərfdə qablaşdırılaraq təhqiqatçı Şaiq Əşrəfli tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs və vəkili zərfin üzərini imzalamışlar. Sorğu zamanı Təqsirləndirilən şəxs ciblərindən aşkar edilmiş kütlələrin həşiş narkotik vasitəsi olduğunu, həmin həşişdən 1 ədəd bükümdə tanışı Şahid2 10 manata satdığını etiraf etmişdir. Bu barədə protokol tərtib olunmuşdur. Həmin protokol ucadan oxunduqdan sonra o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş, Şahid4 və Şahid6 şahid X2 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş Azercell MMC-nin 21 fevral 2022-ci il tarixli 3049 nömrəli məktubu ilə daxil olmuş 3446 nömrəli CD diskdə olan məlumatlardan görünür ki, Orxan Abdulayevin istifadəsində olan 050 965 33 60 saylı mobil nömrəsindən iş üzrə digər təqsirləndirilən şəxs Şahid2 istifadəsində olan 051 475 78 87 mobil telefon nömrəsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində bir neçə dəfə telefon əlaqəsinin saxlandığı müəyyən edilmişdir. Bundan başqa 3446 nömrəli CD diskdə olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 050 965 33 60 mobil telefon nömrəsi ilə Şahid2 istifadəsində olan 051 475 78 87 mobil telefon nömrəsi arasında sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 19:48-də və 20:30-da əlaqə saxlanılmış, hər iki telefon nömrəsi sonuncu danışıq zamanı, yəni xx.xx.2022-ci il tarixdə saat 20:30-da eyni adlı antenin əhatə dairəsində olmuşlar. Həmin CD diskə baxış keçirilərək protokol tərtib edilmiş və iş materiallarına əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizalar X3 Bölməsindən alınmış məhkəmə-bioloji ekspertizasının 25 yanvar 2022-ci il tarixli 17\95 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şahid1 üzərindən aşkar edilmiş 1 ədəd papirosda təmiz çəkisi 1,23 qram olan bitki mənşəli kütlə çətənə bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə olan həşişdir. Tədqiqata təqdim edilmiş Şahid2 üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 1,18 qram olan bitki mənşəli kütlə çətənə bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə olan həşişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,13 qram olan bitki mənşəli kütlə çətənə bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə olan həşişdir. Tədqiqata təqdim edilmiş 1 ədəd papirosda, 1 ədəd ağ rəngli kağız bükümdə və 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan həşişlər tərkiblərinə görə eynidirlər. Qeyd: a) Həşişləri ümumi təmiz çəkisi 2.54 qram, tədqiqata sərf edildi – 0.06 qram, qalıq 2.48 qr. Aparılmış ekspertizanın dəyəri 35.97manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-psixatrik ekspertizasının 10 may 2022-ci il tarixli 291 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 24 may 2022-ci il tarixli 706 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutların məcmusu ilə və iş materiallarında olan digər sübutlarla Təqsirləndirilən şəxs ittihamda ona istinad olunan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Onun əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə CM-nin 234.2-ci maddəsi ilə özünün təqsirli bilməməsinə dair ifadəsinə qiymət verən məhkəmə hesab edir ki, onun məhkəmədə ibtidai istintaq zamanı veriyi ifadəsindən fərqli ifadə verməsi iş üzrə toplanmış digər sübutlarla ziddiyyət təşkil edir, özünü müdafiə məqsədi daşıyır, odur ki, məhkəmə həmin ifadəni sübut kimi qəbul etmir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, yolun kənarında 1 ədəd kağız bükümdə tapdığı həşişin 2,41 qram çəkidə olan hissəsini 23 yanvar 2022-ci il tarixdə, saat 20:30-da Göyçay rayonun Potu kəndi ərazisində tanışı Şahid2 10 manata satmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə özünün üzərindən 1,18 qram çəkidə aşkar olunmuş həşişi tutulmazdan 1 gün əvvəl, yəni xx.xx.2022-ci i tarixdə Göyçay rayonun Potu kəndinin girişində Təqsirləndirilən şəxs 10 manat pul müqablində almışdır. Hazırki iş üzrə şahid qismində dindirilmiş Şahid2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş hökmündən görünür ki, həmin iş üzrə məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Şahid2 xx.xx.2022-ci il tarixdə saat 21 radələrində əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd ağ rəngli kağız bükümdə qablaşdırılmış vəziyyətdə 1,18 qram çəkidə aşkar olunmuş həşişi tanışı Təqsirləndirilən şəxs 10 manata aldığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş ********* nömrəli cniayət işinin istintaqı zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkətinin protokolunun surətindən görünür ki, Şahid2 xx.xx.2022-ci il tarixdə özünün və tanışı Şahid1 üzərindən aşkar edilmiş həşişi tutulmamışdan 1 gün əvvəl, yəni xx.xx.2022-ci i tarixdə Göyçay rayonun Potu kəndinin girişində Təqsirləndirilən şəxs 10 manat pul müqablində aldığını sonuncunun üzünə qarşı söyləmişdir. Üzləşdirmə protokolundan həmçinin görünür ki, Təqsirləndirilən şəxs Şahid2 onun üzünə qarşı dediklərini qəbul edərək sonuncuya xx.xx.2022-ci i tarixdə 10 manat pul qarşılığında 1 ədəd kağız bükümdə həşiş satdığını bildirərək istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Qeyd olunan üzləşdirmə protokolu Şahid2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə sübut kimi qəbul qəbul olunmuşdur. İbtidai istintaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilərkən müdafiəçisi Müdafiəçi1 iştirak etmiş və özü heç bir etiraz bildirməmişdir. Həmçinin iş materialları ilə xx.xx.2022-ci il tarixdə müdafiəçisi Müdafiəçi1 iştirakı ilə tanış olmuş və müvafiq protokolları imzalamışdır. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində cəlb edildiyi tarixdən istintaqın sonunadək Təqsirləndirilən şəxs istintaq sənədlərini imzalamış və heç bir etiraz bildirməmişdir. Həmçinin ibtidai istintaq zamanı dindirilmiş Şahid2 ifadələrini öz imzası ilə təsdiq etmiş, imzanın ona məxsus olmasını məhkəmədə bildirmişdir. Göründüyü kimi ibtidai istintaq zamanı toplanmış sübutlar məhkəmə istintaqı zamanı ağlabatan əsaslarla təkzib olunmamış, onların qəbul olunmasının yolverilməzliyi göstərilən şəxslər tərəfindən əsaslandırıla bilinməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 125.8-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Qanunun bu müddəası ibtidai istintaq sübutlarının doğruluğu prezumpsiyasını nəzərdə tutur. Nə qədər ki, həmin sübutlar ağlabatan əsaslarla təkzib edilməyib onlar həqiqidir. Əgər şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən məhkəmə baxışı zamanı fərqli məzmunda (ziddiyyətli) ifadə verirsə əvvəlki ifadəsinin həqiqiliyini təkzib etmək onun üzərinə düşür. Bu təkzib əsaslı, ağlabatan olmalı, ona təzyiq və ya digər qanunsuz rəftarlar tətbiq edildiyinə istinad edirsə bunu sübut etməlidir. Hətda şəxs ifadəsini oxumadan imzaladığını qeyd edirsə belə onu təsdiq edən ağlabatan dəlil təqdim etməlidir. Lakin ibtidai araşdırma zamanı verdiyi ifadələrini məhkəmədə təkzib edən qeyd olunan şəxslərdən heç biri bunu təsdiq edən ağlabatan dəlil gətirə bilməmişdir. Bu da göstərilən şəxsin məhkəmədə verdiyi ifadələrinin qeyri səmimiliyini, ibtidai istintaqın isə obyektivliyini tam təsdiq edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində göstərilir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs və Şahid2 ibtidai istintaq zamanı ifadələrinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə heç bir dəlil irəli sürə bilməmişlər və məhkəməyədək icraatı aparan orqan qarşısında bu məsələni qaldırmamışlar. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 234.2-ci maddəsi ilə təqsirli bilinib, ona cəza təyin edilməli, Şahid2 isə məhkəmədə bilə-bilə yalan ifadə verməsi barədə məlumatlar baxılması üçün CPM-nin 207.6-cı maddəsinin tələbinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göyçay rayon prokuroruna göndərilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirilən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmadığını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəməyə təqdim edilmiş tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə təqdim edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 01 gün müddət CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından cıxılmalıdır. Göyçay rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmə zalından həbsə alınmışdır. Həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə icraat dövründə hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə 35.97 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut olmuş ekspertiza tədqiqatından sonra qalan ümumi çəkisi 2.48 qram narkotik vasitə həşişin Şahid2 və Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə məhv edildiyi nəzərə alınmalıdır İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 01 gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza olaraq 03 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olmuş ekspertiza tədqiqatından sonra qalan ümumi çəkisi 2.48 qram narkotik vasitə həşişin Şahid2 və Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə məhv edildiyi nəzərə alınsın. İş üzrə 35.97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası ekspertiza xərci və maddi sübut hissəsində Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №1(046)-60/2022
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-60/2022
26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver