Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-62/2021 27.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, dövlət ittihamçısı X2, Müdafiəçi3, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, və Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştiraki ilə, xx.xx.1997-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, subay, Göyçay rayonun Mallı Şıxlı kəndində qeydiyyatada olan, Göyçay rayonun Mollahacılı kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə, xx.xx.2000-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, subay, Göyçay rayonun Mollahacılı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə, xx.xx.1990-cı ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ailəli, Göyçay rayonun Qızılağac kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.5, 177.2.1 və 32.5, 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 27.02.2021 -ci il tarixdə, saat 20 radələrində Göyçay rayonun Qızılağac kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus hər hansı bir arakəsmə vasitələri ilə çəpərlənməmiş, kənarları açıq bağ sahəsindən hər biri 3 manat dəyərində olmaqla ümumilikdə 200 ədəd xurma tinglərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 04.03.2021 -ci il tarixdə, saat 20 radələrində Göyçay rayonun Mollahacılı kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus hər hansı bir arakəsmə vasitələri ilə çəpərlənməmiş, kənarları açıq bağ sahəsindən hər biri 3 manat dəyərində olmaqla ümumilikdə 70 ədəd xurma tinglərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 210 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Eyni zamanda təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 09.03.2021 -ci il tarixdə, saat 20 radələrində Göyçay rayonun Yenikənd kəndində yerləşən babası Zərərçəkmiş şəxs2 məxsus hər hansı bir arakəsmə vasitələri ilə çəpərlənməmiş, kənarları açıq bağ sahəsindən hər biri 3 manat dəyərində olmaqla ümumilikdə 157 ədəd xurma tinglərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 471 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmçinin, təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 10.03.2021 -ci il tarixdə, saat 20 radələrində Göyçay rayonun Mollahacılı kəndində yerləşən Zərərçəkmiş şəxs4 məxsus hər hansı bir arakəsmə vasitələri ilə çəpərlənməmiş, kənarları açıq bağ sahəsindən hər biri 3 manat dəyərində olmaqla ümumilikdə 67 ədəd xurma tinglərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 201 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da onlar Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə tanışı X5 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 27.02.2021 -ci il tarixdə, saat 20 radələrində Göyçay rayonun Qızılağac kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus hər hansı bir arakəsmə vasitələri ilə çəpərlənməmiş, kənarları açıq bağ sahəsindən hər biri 3 manat dəyərində olmaqla ümumilikdə 200 ədəd xurma tinglərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə tanışı X5 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 04.03.2021 -ci il tarixdə, saat 20 radələrində Göyçay rayonun Mollahacılı kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus hər hansı bir arakəsmə vasitələri ilə çəpərlənməmiş, kənarları açıq bağ sahəsindən hər biri 3 manat dəyərində olmaqla ümumilikdə 70 ədəd xurma tinglərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 210 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Eyni zamanda təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə tanışı X5 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 09.03.2021 -ci il tarixdə, saat 20 radələrində Göyçay rayonun Yenikənd kəndində yerləşən babası Zərərçəkmiş şəxs2 məxsus hər hansı bir arakəsmə vasitələri ilə çəpərlənməmiş, kənarları açıq bağ sahəsindən hər biri 3 manat dəyərində olmaqla ümumilikdə 157 ədəd xurma tinglərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 471 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmçinin, təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə tanışı X5 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 10.03.2021 -ci il tarixdə, saat 20 radələrində Göyçay rayonun Mollahacılı kəndində yerləşən Zərərçəkmiş şəxs4 məxsus hər hansı bir arakəsmə vasitələri ilə çəpərlənməmiş, kənarları açıq bağ sahəsindən hər biri 3 manat dəyərində olmaqla ümumilikdə 67 ədəd xurma tinglərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 201 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da onlar Azərbaycan Respublikası CMnin 177.2.1-ci və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli yolla talama məqsədilə tanışları X5 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək sonunculara yaşadıqları və ətraf kəndlərdə yerləşən bağ sahələrindən oğurlayacaqları xurma tinglərini satmaq üçün müştəri tapmasında və idarə etdiyi avtomobillə onları daşıyacağına köməklik edəcəyinə söz verib ümumi razılığa gəldikdən sonra, 27.02.2021-ci il tarixdə, saat 20 radələrində X5 ilə Təqsirləndirilən şəxs2 Göyçay rayonun Qızılağac kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus hər hansı bir arakəsmə vasitələri ilə çəpərlənməmiş, kənarları açıq bağ sahəsindən hər biri 3 manat olan ümumilikdə isə 600 manat dəyərində gizli yolla talayaraq oğurladıqları 200 ədəd xurma tinglərini idarə etdiyi VAZ2106 markalı 23Y695PH dövlət qeydiyyat nişanlı avtomobili ilə həmkəndlisi Şahid5 satmaq üçün sonuncunun yaşadığı ünvana daşımaqla oğurluq hadisəsinin törədilməsində köməklik etmişdir. Bundan başqa təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə tanışları X5 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək sonunculara yaşadıqları və ətraf kəndlərdə yerləşən bağ sahələrindən oğurlayacaqları xurma tinglərini satmaq üçün müştəri tapmasında və idarə etdiyi avtomobillə onları daşıyacağına köməklik edəcəyinə söz verib ümumi razılığa gəldikdən sonra, 04.03.2021-ci il tarixdə, saat 20 radələrində X5 ilə Təqsirləndirilən şəxs2 Göyçay rayonun Mollahacılı kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus hər hansı bir arakəsmə vasitələri ilə çəpərlənməmiş, kənarları açıq bağ sahəsindən hər biri 3 manat olan ümumilikdə isə 210 manat dəyərində gizli yolla talayaraq oğurladıqları 70 ədəd xurma tinglərini idarə etdiyi VAZ2106 markalı 23Y695PH dövlət qeydiyyat nişanlı avtomobili ilə həmkəndlisi Şahid6 satmaq üçün sonuncunun yaşadığı ünvana daşımaqla oğurluq hadisəsinin törədilməsində köməklik etmişdir. Eyni zamanda təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə tanışları X5 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək sonunculara yaşadıqları və ətraf kəndlərdə yerləşən bağ sahələrindən oğurlayacaqları xurma tinglərini satmaq üçün müştəri tapmasında və idarə etdiyi avtomobillə onları daşıyacağına köməklik edəcəyinə söz verib ümumi razılığa gəldikdən sonra, 09.03.2021-ci il tarixdə, saat 20 radələrində X5 ilə Təqsirləndirilən şəxs2 Göyçay rayonun Yenikənd kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus hər hansı bir arakəsmə vasitələri ilə çəpərlənməmiş, kənarları açıq bağ sahəsindən hər biri 3 manat olan ümumilikdə isə 471 manat dəyərində gizli yolla talayaraq oğurladıqları 157 ədəd xurma tinglərini idarə etdiyi VAZ2106 markalı 23Y695PH dövlət qeydiyyat nişanlı avtomobili ilə həmkəndlisi Şahid6 satmaq üçün sonuncunun yaşadığı ünvana daşımaqla oğurluq hadisəsinin törədilməsində köməklik etmişdir Həmçinin təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə tanışları X5 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək sonunculara yaşadıqları və ətraf kəndlərdə yerləşən bağ sahələrindən oğurlayacaqları xurma tinglərini satmaq üçün müştəri tapmasında və idarə eldiyi avtomobillə onları daşıyacağına köməklik edəcəyinə söz verib ümumi razılığa gəldikdən sonra, 10.03.2021-ci il tarixdə, saat 20 radələrində X5 ilə Təqsirləndirilən şəxs2 Göyçay rayonun Mollahacılı kəndində yerləşən Zərərçəkmiş şəxs4 məxsus hər hansı bir arakəsmə vasitələri ilə çəpərlənməmiş, kənarları açıq bağ sahəsindən hər biri 3 manat olan ümumilikdə isə 201 manat dəyərində gizli yolla talayaraq oğurladıqları 67 ədəd xurma tinglərini idarə etdiyi VAZ2106 markalı 23Y695PH dövlət qeydiyyat nişanlı avtomobili ilə həmkəndlisi X1 üçün sonuncunun yaşadığı ünvana daşımaqla oğurluq hadisəsinin törədilməsində köməklik etmişdir. Bununla da onlar Azərbaycan Respublikası CM-nin 32.5, 177.2.1-ci və 32.5, 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərimişdir ki, 27.02.2021-ci il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs2 ilə bir yerdə olarkən sahələrdən oğurluq etməyi fikrləşərək, yaşadıqları kəndlə həmsərhəd kənd olan Qızılağac kəndində Zərərçəkmiş şəxs1 avtomobil yoluna yaxın olan torpaq sahəsindən oğurluq etməyi qərarlaşmışlar. Xurma tinglərini bağlamaq üçün özləri ilə pres ipləri götürmüş və Zərərçəkmiş şəxs1 sahəsinə getmişlər. Həmin sahənin kənarları heç nə ilə əhatə olunmadığından yolun kənarından elə bağa keçib bilinməməsi üçün arxa tərəfdən Cəlil ilə ikisi birlikdə 200 ədəd xurma tinglərini kökündən çıxarıb iplə bir neçə topada bağlayıb yaxınlıqda yerləşən Mollahacılı kəndin qəbristanlığın arxa tərəfinə aparmışlar. Həmin vaxt onların oğurluq etmələrini və calaqları qəbristanlığın arxa tərəfində daşımalarını heç kim görməmişdir, küçədə heç kim olmamışdır. Sonra isə Təqsirləndirilən şəxs3 zəng vurub 200 ədəd xurma calaqları çıxardıqlarını və Mollahacılı kəndin qəbristanlığında olduqlarını demişdir. Vasif də bıraz sonra idarə etdiyi göy rəngli, VAZ-2106 markalı avtomobillə həmin yerə gəlmişdir. Vasifin yanında heç kim olmamışdır. Cəlil ilə oğurladıqları xurma tinglərini qəbristanlığın arxa hissəsindən gətirib Vasifin avtomobilinə yükləmişlər. Vasifə həmin tingləri Tahirin sahəsindən çıxardıqlarını bildirmişlər. Daha sonra Vasifin əvvəlcədən danışıb müştəri kimi tapdığı həmkəndlisi Aydının ünvana getmişlər. Cəlil ilə ikisi avtomobildən tingləri düşürdəndə Aydın tingləri haradan gətirdiklərini soruşmuşdur. Onlar da Vasifin dediyi kimi guya həmin tingləri Bərdə-Tərtər zonasından gətirib satışı ilə məşğul olduqlarını bildirmişlər. Aydın həmin tinglərin oğurlayaraq ona satmaqlarını bilməmişdir. Aydın həmin xurma tinglərini bir ədədini 1 manat 50 qəpikdən ala biləcəyini söyləmiş və razılaşadıqda ona həmn tinglərə görə ümumilikdə 300 manat pul vermişidir. Qızılağac kəndinin dairəsinə kimi Vasiflə gəlib düşmüşlər. Vasiflə yenə xurma ağacları çıxararlarsa həmin tingləri satmağa kömək edəcəyi barədə razılaşmışlar. Daha sonra onlar oradan çıxıb kəndə getmişlər, tingləri satmaqda köməklik etdiyi üçün həmin puldan 50 manat Vasifə vermişlər. Qalan 250 manatı isə Cəlil ilə öz aralarında bölmüşlər. Bundan sonra 04.03.2021-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs2 ilə kənddə bir yerdə olarkən yenə sahələrdən oğurluq etməyi qərarlaşmışlar və özləri ilə iplər götürüb yaşadığı Mollahacılı kəndində Zərərçəkmiş şəxs3 kənarları açıq olan bağ sahəsinə daxil olaraq oradan 70 ədəd xurma tingləri çıxardıb iplə topa halında bağlayaraq yenə yaxında həmin kəndin qəbristanlığına aparıb arxa tərəfinə qoymuşlar. Həmin vaxt ətrafda heç kim olmadığndan onların oğurluq etmələrini və tingləri həmin yerə aparmalarını heç kim görməmişdir. Təqsirləndirilən şəxs3 zəng vurub 70 ədəd xurma tingləri çıxarıb onu həmin qəbristanlığın yanında gözlədiklərini bildirmişlər. Vasif də Qızılağac kəndində olduğunu bir neçə dəqiqəyə gələcəyini bildirmişdir. Bundan sonra Vasif yenə VAZ-2106 markalı avtomobillə həmin qəbristanlığın yaxınlığına gəlmişdir. Təqsirləndirilən şəxs2 ilə qəbristanlığın arxasına gedib oğurladıqları iplə bağlanmış bir neçə topada xurma tinglərini gətirib Vasifin idarə etdiyi VAZ-2106 markalı avtomobilə yükləmişlər. Vasif həmin tinglərin kimə məxsus olduğunu soruşanda, həmin tingləri Qızılağaclı Kənanın bağ sahəsindən çıxardıqlarını demişlər. Daha sonra Vasif avtomobili müştəri kimi tapdığı həmkəndlisi İbrahimin yaşadığı ünvana sürmüşdür. Onlar oğurladıqları xurma tinglərini İbrahimgilə düşürdəndə İbrahim tingləri nəzərdən keçirib onları haradan gətirdiklərini soruşmuş, onlar isə İbrahimə yalandan tingləri Bərdə-Tərtər zonasından gətirdiklərini söyləmişlər. İbrahim də 70 ədəd xurma tinglərini 1 manat 50 qəpikdən alacağını bildirmişdir. Onlar da İbrahimə etiraz etməmişlər və sonuncu ona 105 manat pul vermişdir. Eyni zamanda İbrahim onlara 150- 200 ədəd də xurma ağacı olarsa alacağını demişdir. İbrahim həmin xurma tinglərinin oğurluq nəticəsində əldə olunmasını bilməmişdir. Onlar İbrahimi inandırmaq üçün yalandan növbəti dəfə calaq arxasınca gedəndə ona mütləq gətirəcəklərini bildirmişlər. Bundan sonra avtomobilə əyləşib oradan çıxıb getmişlər. Tingləri satmaqda köməklik etdiyi üçün yolda Vasifə 15 manat pul vermişdir. Qızılağac kəndinin dairəsinə kimi Vasiflə gəlib oradan isə ayrılıb Cəlil ilə öz evlərinə getmişlər. Yolda gedərkən isə qalan 90 manatı Cəlil ilə ikisi öz aralarında bölmüşlər. Bundan sonra 09.03.2021-ci il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs2 ilə bir yerdə kənddə olarkən yenə haradan xurma tingləri oğurlayacaqları barədə fikrləşmişlər və oğurluq etdiyi sahələrin bir- birinə yaxın olduqlarından, birdən kimsə onlardan şübhələnər deyə, bu səfər Qızılağae kəndi ilə həmsərhəd olan Yenikənd kəndində babası Həmidin bağ sahəsindən xurma tingləri oğurlamağı qərarlaşmışlar. Vasifə zəng vurub bu barədə demiş və sonuncu dəfə bizdən 70 ədəd tingləri alan İbrahimə onları satmağın mümkün olub olmamasını soruşmuşdur. Vasif narahat olmamalarını, tingləri İbrahimə sata biləcəklərini demişdir. O da Vasifə babası Həmidin sahəsindən ağacları çıxarıb ona xəbər edəcəyini bildirmişdir. Bunmdan dərhal sonra Cəlil ilə ip götürüb babası Həmidin Yenikənd kəndində olan kənarları heçnə ilə əhatı olunmamış bağ sahəsinə getmişlər. Yoldan bağa keçib tingləri həminki qaydada köklərindən çıxarıb iplə bir neçə toplada bağlayıb saxlamışlar. Həmin vaxt onların oğurluq etmələrini, tingləri daşımalarını heç kim görməmişdir. Babası Həmidin bağ sahəsindən ümumilikdə 157 ədəd xurma çalaqları çıxarmışlar. Vasiflə əlaqə saxlayıb ona harada olduqlarını izah etmişdir. Biraz sonra Vasil avtomobil ilə tək onların yanına gəlmişdir. Vasifə telefonla işıq salıb işarə etmişlər ki, onların harada olduqlarını görsün. Həmin vaxt orada başqa heç kim olmamışdır. Vasil onların yanına gələndə Cəlil ilə birlikdə çıxardıqları xurma tinglərini Vasifin idarə etdiyi avtomobilə qoymuşlar. Vasif isə İbrahimə zəng vurub onların 157 ədəd xurma tingləri gətirmək istədiklərini bildirmişdir. İbrahim də evdə olduğunu və onları evə gətirmələrini demişdir. Onlar xurma tinglərini İbrahimin yaşadığı evin həyətinə aparmışlar. İbrahim də ona həminki kimi 1 manat 50 qəpikdən hesablayıb 157 ədəd xurma tinglərinin qarşılığında cəmi 235 manat pul vermişdir. İbrahim elə bilmişdir ki, həqiqətən həmin ağacları Tərtər-Bərdə zonasından gətirib satırlar. İbrahim həmin tinglərin oğurluq nəticəsində əldə edilməsini bilməmişdir. Bundan sonra qayıdıb Qızılağac kəndinə getmişlər. Tingləri satmaqda köməklik etdiyi üçün həmin puldan 35 manat pul Vasifə vermişlər. Daha sonra “Qızılağac Market”in yanında düşüb Vasifdən aralanıb Cəlil ilə yaşadıqları evə getmişlər. Qalan pulu isə hər birinə 100 manat olmaqla Cəlil ilə bölmüşlər. Sonuncu dəfə isə 10.03.2021-ci il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə kənddə olarkən yenə xurma tingləri oğurlayıb satmağa qərarlaşmışlar. Düşünmüşlər ki, yola yaxın bir sahədən xurma ağacları çıxardıb satsınlar. Cəlil ilə yaşadıqları kəndin ərazisində yerləşən Zərərçəkmiş şəxs4 adlı şəxsin kənarları açıq olan bağ sahəsinə gedərək 67 ədəd xurma tingləri çıxarıb üzərilərində olan iplərlə bir neçə topada yığıb saxlamışlar və Vasifə yenə zəng vurub onları satmağa köməklik edə biləcəyi barədə soruşmuşlar. Bir neçə dəqiqə sonra Vasif ona zəng vurub bildirmişdir ki tingləri almağa adam tapıbdır. O da, Vasifə yerlərini izah etmiş, bir qədər sonra Vasif göy rəngli, VAZ-2106 markalı avtomobillə tək Mollahacılı kəndində dedikləri yerə gəlmişdir. Orada Cəlil ilə bir neçə topaya yığıb iplə bağladıqları 67 ədəd xurma tinglərini Vasifin avtomobilinə yükləmişlər. Həmin vaxt qeyd olunan ərazidə heç kim olmamış, onların oğurluq etmələrini və çalaqları avtomobilə yükləmələrini, daşımalarını heç kim görməmişdir. Vasif onlardan həmin tingləri hardan çıxardıqlarını soruşmuş, onlar da Vasifə həmin tingləri Çaxırlıdan olan Elvinin bağ sahəsindən çıxardıqlarını demişlər. Bundan sonra Vasif avtomobili əvvələcədən tapdığı Qızılağac kəndində Mübariz adlı şəxsin yaşadığı evə sürmüşdür. O, xurma tinglərini avtomobildən düşürüb Mübarizin həyətinə qoymuşdur. Mübariz də 67 ədəd xurma tinglərinə baxıb onları 1 manat 50 qəpikdən almağa razılaşıb onlara cəmi 100 manat pul vermişdir. Mübariz onlardan həmin ağacları haradan gətirdiklərini soruşanda yalandan sonuncuya da tingləri Tərtər-Bərdə zonasından gətirdiklərini söyləmişlər. Mübariz tinglərin oğurluq nəticəsində əldə etmələrini bilməmişdir. Daha sonra oradan çıxıb getmişlər. Həmin tingləri satmaqda köməklik etdiyi üçün əldə etdikləri 100 manat puldan Vasifə 30 manat pul vermişdir. O və Cəlil yaşadıqları evin yanında düşmüşlər. Vasif isə Qızılağac kəndinə getmişdir. Qalan 70 manat pulu isə Cəlil ilə ikisi bölmüşlər. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərimişdir ki, 27.02.2021-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs1lə bir yerdə olarkən əlverişli, yəni yola yaxın yerlədən oğurluq etməyi fikrləşərək yaşadıqları kəndlə həmsərhəd kənd olan Qızılağac kəndində Zərərçəkmiş şəxs1 məxsus torpaq sahəsindən oğurluq etməyi qərarlaşmışlar. Tingləri bağlamaq üçün özləri ilə pres ipləri götürmüşlər və Zərərçəkmiş şəxs1 sahəsinə getmilşlər. Həmin sahənin kənarları heç nə ilə əhatə olunmadığından yolun kənarından elə bağa keçib bilinməməsi üçün arxa tərəfdən köklərindən xurma tingləri çıxarmağa başlamışlar. Torpaq sahəsindən Azadla ikisi ümumilikdə 200 ədəd xurma tinglərini kökündən çıxarıb əvvəlcədən iplə bir neçə topada bağlayıb yaxınlıqda yerləşən Mollahacılı kəndin qəbristanlığın arxa hissəsinə aparmışlar. Həmin vaxt qeyd olunan ərazidə heç kim olmamış, onların oğurluq etmələrini və calaqları qəbristanlığın arxa tərəfində daşımalarım heç kim görməmişdir. X10 zəng vurub 200 ədəd ağac çıxardıqlarnı və Mollahacılı kəndin qəbristanlığında olduqlarını demişdir. Vasif də təxminən 20 dəqiqə sonra göy rəngli, 23- 695 rus seriyalı VAZ-2106 markalı avtomobillə tək həmin yerə gəlmişdir. Azadla ikisi oğurladıqları ağacları, yəni tingləri qəbristanlığın arxa hissəsindən gətirib Vasifin avtomobilinə yükləmişlər. Vasif həmin tinglərin kimə məxsus olmasını soruşanda, onları Tahirin sahəsindən arxa hissəsindən çıxardıqlarnı bildirmişlər. Daha sonra hər üçü birlikdə Vasifin əvvəlcədən danışıb müştəri kimi tapdığı Qızılağac kəndinə Aydın adlı şəxsin yaşadığı evə getmillər. Azadla ikisi avtomobildən tingləri düşürdəndə Aydın tingləri haradan gətirdiklərini soruşmuş, Vasifin sözləri ilə üst üstə düşməsi üçün o və Azad yalandan tingləri Bərdə-Tərtər zonasından gətirib satışı ilə məşğul olduqlarnı bildirmişlər. Aydın həmin tinglərin oğurluq nəticəsində əldə olunmasını bilməmişdir. Aydın həmin xurma tinglərini bir ədədini 1.50 manatdan ala biləcəyini söyləmiş və onlar razılaşadıqda sonuncu Azada 300 manat pul verib həmin 200 ədəd xurma tinglərini götürmüşdür. Bundan sonra o Azad və Vasif sonuncunn avtomobili ilə oradan çıxıb kəndə getmişlər, tingləri satmaqda köməklik etdiyi üçün həmin puldan 50 manat Vasifə vermişlər Qalan 250 manatı isə Azad ilə öz aralarında bölmüşlər. Qızılağac kəndinin dairəsinə kimi Vasillə gəlib oradan isə Azad ilə öz evlərinə getmişlər. Vasillə söhbət zamanı yenə ling çıxararlarsa həmişə kənddə olduğunu və onları satmağa kömək edəcəyini bildirmişdir. Ona görə də, Azad ilə 04.03.2021-ci il tarixdə, saat 20 radələrində yenə sahələrdən oğurluq etməyi qərarlaşmışlar və özləri ilə iplər götürüb yaşadıqları Mollahacılı kəndində Zərərçəkmiş şəxs3 məxsus kənarları açıq olan bağ sahəsinə daxil olaraq oradan 70 ədəd xurma tingləri çıxardıb iplə topa halında bağlayaraq yenə yaxında həmin kəndin qəbristanlığına aparıb arxa tərəfinə qoymuşlar. Həmin vaxt qeyd olunan ərazidə heç kim olmamış, onların oğurluq etmələrini və tingləri həmin yerə aparmalarını heç kim görməmişdir. Azad Vasifə zəng vurub 70 ədəd xurma tingləri çıxarıb onu həmin qəbristanlığın yanında gözlədiklərini demişdir. Vasif idə Qızılağac kəndində olduğunu, bir neçə dəqiqəyə onların yanına gələcəyini bildirmişdir. Bundan sonra Vaisf yenə də tək göy rəngli, VAZ-2106 markalı avtomobillə qəbristanlığın yaxınlığına gəlmişdir. Azadla qəbristanlığın arxasına gedib iplə bağlanmış bir neçə topada xurma tinglərini gətirib Vasifin idarə etdiyi VAZ2106 markalı avtomobilinə yükləmişlər. Vasif həmin tinglərin kimə məxsus olduğunu soruşanda, tingləri Qızılağaclı Kənanın bağ sahəsindən çıxardıqlarını demilşlər. Vasif tanışı İbrahimlə danışdığını və tingləri ona satacaqlarını demişdir. Daha sonra həmin tingləri Vasifin əvvəlcədən özünün danışıb müştəri kimi tapdığı həmkəndlisi İbrahim adlı şəxsin yaşadığı ünvana aparmışlar. Tingləri İbrahimgilə düşürdəndə sonuncu tingləri nəzərdən keçirib onları haradan gətirdiklərini soruşmuşduir. Onar isə İbrahimə də yalandan tingləri Bərdə- Tərtər zonasından gəlirdiklərini söyləmişlər. İbrahim də 70 ədəd xurma tinglərini 1 manat 50 qəpikdən alacağını bildirmişdir. Onlar etiraz etməmişlər. İbrahim Azada cəmi 105 manat pul vermiş, əmin ağacların oğurluq nəticəsində əldə olunmasını bilməmişdir. Eyni zamanda isə İbrahim əlavə onlara 150-200 ədəd də xurma ağacı olarsa alacağını demişdir. Onlar isə İbrahimi inandırmaq üçün yalandan növbəti dəfə calaq arxasınca gedəndə gətirəcəklərini bildirmişlər. Bundan sonra onlar avtomobilə əyləşib oradan çıxıb getmişlər. Tingləri satmaqda köməklik etdiyi üçün yolda Azad Vasifə 15 manat pul vermişdir. Azad ilə Qızılağac kəndinin dairəsinə kimi Vasillə gedib orada düşmüşlər, oradan isə evlərinə getmişlər. Yolda gedərkən isə qalan 90 manatı Azadla ikisi öz aralarında bölmüşlər. Bundan sonra 09.03.2021-ci il tarixdə axşam saatlarında Azadla bir yerdə olarkən yenə haradan oğurluq etdəcəkləri barədə fıkrləşəndə, oğurluq etdikləri sahələrin bir-birinə yaxın olduqlarından birdən kiminsə onlardan şübhələnər deyə, bu səfər Qızılağac kəndi ilə həmsərhəd kənd olan Yenikənd kəndində babası Həmid Əfənfiyevin bağ sahəsindən xurma tingləri oğurlamağı qərarlaşmışlar. Azad isə bu barədə Vasifə zəng vurub xəbər vermiş və Yenikənd kəndində babası Həmidə məxsus sahədən xurma tingləri oğurlaya biləcəklərini, sonuncu dəfə 70 ədəd tingləri satmış olduqları və onlardan yenə xurma tingləri istəmiş İbrahimə onları satıb sata bilməyəcəklərini soruşmuşdur. Vasif isə tingləri İbrahimə sata biləcəkllərini demişdir. Azad da sahədən ağacları çıxarıb ona xəbər edəcəklərini bildirmişdir. Bundan sonra Azad ilə yenə iplər götürüb babası Həmidin Yenikənd kəndində olan kənarları açıq olan bağ sahəsinə getmişlər. Saat 20 radələri olardı. Azad ilə xurma tinglərini həminki qaydada köklərindən çıxarıb iplə bir neçə toplada bağlayıb saxlamışlar. Həmin vaxt qeyd olunan ərazidə heç kim olmamış, onların oğurluq etmələrini, tingləri daşımalarını heç kim görməmişdir. Həmidin sahəsindən cəmi 157 ədəd xurma çıxarmışlar. Azad zəng vurub Vasifə olduqları yeri izah etmiş, sonuncu da onların istiqamətində gələndə telefonla işarə etmişlər ki onları görsün. Xurma tinglərini Vasifin idarə etdiyi avtomobilə qoymuşlar. Vasif isə İbrahimə zəng vurub 157 ədəd xurma tingləri gətirmək istədiklərini bildirmişdir. İbrahim də evdə olduğunu və onları evə gətirmələrini demişdir. Onlar xurma tinglərini İbrahimin yaşadığı evin həyətinə aparmışlar. İbrahim də Azada 157 ədəd xurma tingləri üçün 235 manat pul vermişdir.O həmin tinglərin həqiqətən başqa rayondan gətirdilərini düşünmüş, oğulruq nəticəsində əldə olunmalarını bilməmişdir. Bundan sonra oradan çıxıb getmişlər. Tingləri satmaqda köməklik etdiyi üçün həmin puldan 35 manat pul Vasifə vermişlər. Daha sonra “Qızılağac Market”in yanında düşüb Vasifdən aralanıb Azad ilə evlərinə getmişlər. Qalan pulu isə hər birinə 100 manat olmaqla Azad ilə bölmüşlər. Sonuncu dəfə isə 10.03.2021 -ci il tarixdə, saat 20 radələrində Azad ilə birlikdə kənddə olarakən yenə xurma tingləri oğurlayıb satmağa qərarlaşmışlar. Düşünmüşlər ki, yola yaxın bir sahədən xurma ağacları çıxardıb satsınlar. Azad ilə ikisi yaşadıqları kənddə yerləşən Zərərçəkmiş şəxs4 adlı şəxsə məxsus kənarları açıq olan bağ sahəsinə gedərək oradan 67 ədəd xurma tingləri çıxarıb üzərilərində olan iplərlə bir neçə topada yığıb saxlamışlar və Vasifə yenə zəng vurub onları satmağa köməklik edə biləcəyi barədə soruşmuşlar. Bir neçə dəqiqə sonra Vasif Azada zəng vurub bildirmişdir ki tingləri almağa adam tapıbdır. Azad da telefonda Vasifə olduqları yeri izah etmiş, bir qədər sonra Vasif göy rəngli, VAZ-2106 markalı avtomobillə tək Mollahacılı kəndində Azadın dediyi yerə gəlmişdir. Orada Azad ilə o, bir neçə topaya yığıb iplə bağladıqları 67 ədəd xurma tinglərini avtomobilə yükləmişlər. Həmin vaxt qeyd olunan ərazidə heç kim olmamış, onların oğurluq etmələrini və calaqları avtomobilə yükləmələrini, daşımalarını heç kim görməmişdir. Vasif onlardan həmin tingləri hardan çıxardıqlarını soruşmuş, onlar isə Vasifə həmin tingləri Elvin adlı şəxsin bağ sahəsindən çıxardıqlarını demişlər. Bundan sonra Vasif avtomobili əvvələcədən tapdığı Mübariz adlı şəxsin yaşadığı evə sürmüşdür. Azad xurma tinglərini avtomobildən düşürüb Mübarizin həyətinə qoymuşdur. Mübariz də 67 ədəd xurma tinglərinə baxıb onları 1 manat 50 qəpikdən almağa razılaşıb onlara 100 manat pul vermişdir. O həmin ağacları haradan gətirdiklrəini soruşanda Azadla o, yalandan tingləri Tərtər-Bərdə zonasından gətirdiklərini söyləmişlər. Mübariz tinglərin oğurluq nəticəsində əldə etmələrini bilməmişdir. Daha sonra oradan çıxıb getmişlər. Həmin tingləri satmaqda köməklik etdiyi üçün puldan Azad Vasifə 30 manat pul vermişdir. Vasifdən ayrılandan sonra isə Qalan 70 manat pulu Azad ilə ikisi bölmüşlər. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs3 özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərimişdir ki, 24.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng vurub dostu Cəlil ilə sahələrdə xurma tingləri çıxarsalar, yəni oğurlasalar onları satmağa adam taparaq avtomobili ilə daşıyıb satmaqda köməklik edə bilsə ona da pul verəcəklərini demişdir. O da, bir iki nəfər xurma tingləri axtaran tanışlarının olduğunu, onlarla əlaqə saxladıqdan sonra bir söz deyə biləcəyini bildirmişdir. Belə ki, həmin gündən bir neçə gün əvvəl həmkəndliləri Aydın, İbrahim və Mübarizin bir yerdə Göyçay-Bərguşad avtomobil yolunu kənarında olan “Qızılağac" market adlanan mağazanın yanında olarkən onların özlərinə məxsus sahələrdə əkmək üçün münasib qiymətlərə xurma tingləri axtarmaları barədə söhbət etdiklərini eşitmişdir. Bundan sonra o, Aydın, İbrahim və Mübarizə zəng vurub yalandan Mollahacılı kəndindən olan tanışlarının Tərtər rayonundan xurma tingləri gətirib alveri ilə məşğul olduqlarını və münasib qiymətlərə istəyən olsa sata biləcəklərini dediklərini bildirmişdir. Aydın, İbrahim və Mübariz ona xurma tinglərini keyfiyyətindən və uzunluqlarından asılı olaraq 1.50 qəpik, 2 manata ala biləcəklərini demişlər. O yenidən Azada zəng vurub müştəri tapdığını, xurma tinglərini avtomobili ilə daşıyıb sata biləcəklərini, onlara bu işdə köməklik edə biləcəyini demişdir. Daha sonra 27.02.2021-ci il tarixdə, saat 20 radələrində Azad ona zəng vurub dostu Cəlil ilə 200 ədəd xurma tingləri çıxardıqlarını, Qızılağac kəndi ilə həmsərhəd kənd olan Mollahacılı kəndində qəbristanlığın yaxınlığında olduqlarını bildirmişdir. O da, Aydına zəng vurub xurma tingləri alveri ilə məşğul olan tanışlarında 200 ədəd xurma tingləri olduğunu bildirmiş, sonuncu da ona evdə olduğunu və tingləri gətirmələrini demişdir. Bıından sonra o, idarə etdiyi VAZ-2106 markalı avtomobillə qəbristanlığın yaxınlığına getmişdir. Azadla Cəlil qəbristanlığın arxasından iplə bağlama şəklində bir neçə topada xurma tinglərini gətirib avtomobilə yükləmişlər Onlar həmin tingləri Zərərçəkmiş şəxs1 sahəsindən çıxardıqlarını demişlər. O, avtomobili həmkəndlisi Aydının yaşadığı evə sürmüşdür. Xurma tinglərini Azadla Cəlil avtomobildən diişürdəndə Aydın onları haradan gətirdiklərini soruşmuşdur, Cəlil ilə Azad yalandan tingləri Bərdə-Tərtər zonasından gətirdiklərini bildirmişlər. Aydın həmin xurma tinglərini bir ədədini 1.50 manatdan olmaqla Azada 300 manat pul vermişdir. Bundan sonra oradan çıxıb getmişlər, tingləri satmaqda köməklik etdiyimüçün həmin puldan Azadgil ona 50 manat pul vermişlər. Aydın həmin tinglərin oğurluq nəticəsində əldə olunmasım bilməmişdir. Azad ilə Cəlil yenə xurma ağacları çıxarıb satmaq fikrləri olsa onlara yenə həmin tiungləri satmaqda köməklik edə biləcəyini soruşanda, o da, Mübarizlə İbrahim adlı tanışlarına sata biləcəklərini nəzərdə tutub Cəlil ilə Azada həmin tingləri də daşıyıb satmaqda köməklik edəcəyini bildirmişdir. 04.03.2021ci il tarixdə, saat 20 radələrində Azad ona zəng vurub Qızılağac kəndi ilə həmsərhəd kənd olan Mollahacılı kəndində sahədən 70 ədəd xurma tingləri çıxardıqlarını və yenə də əvvəlki yerdə qəbristanlığın yaxınlığında onu gözlədiklərini bildirmişdir. O da bir neçə dəqiqəyə gələcəyini deyib həmkəndlisi İbrahimə zəng vurub keçən dəfə dediyi tanışlarında xurma tingləri olduğunu bildirmiş, İbrahim də evdə olduğunu və tingləri evinə gətirmələrini demişdir. O da, idarə etdiyi VAZ2106 markalı avtomobillə Mollahacılı kəndinin qəbristanlığın yaxınlığına getmişdir. X8 qəbristanlığın arxasına gedib iplə bağlanmış bir neçə topada xurma tinglərini gətirib idarə etdiyi VAZ2106 markalı avtomobilə qoymuşlar. Azadgildən həmin ağacları haradan çıxardıqlarını soruşanda onlar Kənan adlı şəxsin sahəsindən çıxardıqlarını demişlər. Azad ilə Cəlilə xurma tinglərini həmkəndlisi İbrahim adlı şəxsə satacaqlarını demiş və avtomobili İbrahimgilə sürmüşdür. Azadla Cəlil avtomobildən düşürdəndə Aydın tingləri nəzərdən keçirib onları haradan gətirdiklərini soruşmuşdur. Cəlil ilə Azad yalandan tingləri Bərdə-Tər zonasından gətirdiklərini bildirmişlər. İbrahim də 70 ədəd xurma tinglərini 1 manat 50 qəpikdən hesablayıb Azada cəmi 105 manat pul vermişdir. İbrahim həmin ağacların oğurluq nəticəsində əldə olunmasını bilməmişdir. Eyni zamanda İbrahim əlavə 150-200 ədəd də xurma ağacı olarsa alacağını demişdir. Azad da İbrahimə guya növbəti dəfə calaq arxasınca gedəndə təşkil edə biləcəklərini bildirmişdir. Bundan sonra avtomobilə əyləşib oradan çıxıb getmişlər. Tingləri satmaqda köməklik etdiyi üçün yolda Azad ona 105 manat puldan 15 manat pul vermişdir. Bundan sonra 09.03.2021-ci il tarixdə, saat 20 radələrində Azad yenə ona zəng vurub Yenikənd kəndində babası Həmidə məxsus sahədən Cəlil ilə xurma tingləri oğurlaya biləcəklərini, oğurlasalar həmin tingləri İbrahimə satıb-sata bilməyəcəklərini soruşmuşdur. O da, İbrahimin onsuzda 150-200 xurma tingi istədiyini bildirmişdir. Azad isə babasının sahəsindən ağacları çıxarıb ona zəng vuracağını demişdir. Təxminən 1 saat sonra Azad ona zəng vurub 157 ədəd xurma tingləri çıxarıb iplə topalara yığıb bağladıqlarını demiş və Cəlil ilə hazırda olduqları yeri izah etmişdir. O da, Qızılağac kəndi ilə həmsərhəd kənd olan Yenikənd kəndindəki torpaq sahələrinin yanı ilə getmişdir. Qaranlıq olduğundan Azad ilə Cəlil avtomobili görüb işıqla ona işarə etmişlər. O da, avtomobili onlaırn yanına sürmüşdür. Azad və Cəlil bir neçə topada xurma tinglərini onun idarə etdiyi avtomobilə qoymuşlar. O, İbrahimə zəng vurub Azadgilin 157 ədəd xurma tingləri gətirmək istədiklərini bildirmiş və evdə olub- olmadığnı soruşmuşdur. İbrahim də evdə olduğunu demişdir. Onlar xurma tinglərini idarə etdiyi VAZ2106 markalı avtomobillə aparıb İbrahimin həyətinə qoymuşlar. İbrahim də Azada 157 ədəd xurma tingləri üçün 235 manat pul vermişdir. İbrahim düşünmüşdür ki, Azadgil həqiqətən həmin ağacları hardansa Tərtər ərazisindən gətirib satırlar. Bundan sonra oradan çıxıb getmişlər. Yolda isə Azad ona tingləri satmaqda köməklik etdiyi üçün həmin puldan 35 manat pul vermişdir. Sonuncu dələ 10.03.2021-ci il tarixdə, saat 20 radələrində Azad yenə ona zəng vurub Göyçay rayonun Mollahacılı kəndində bir sahədə təxminən 70 ədəd xurma tinglərini Cəlili ilə çıxardıqlarını bildirmiş və onları satmağa köməklik edə biləcəyi barədə soruşmuşdur. O da, həmkəndlisi Mübarizə zəng vurmuş və ona xurma tingləri alveri ilə məşğul olan tanışlarında münasib qiymətə satılıq təxminən 70 ədəd xurma tingləri olduğunu demişdir. Mübariz də xurma tingləri ala biləcəyini demişdir. Bir neçə dəqiqə sonra Azada zəng vurub bu barədə məlumat vermiş və sonuncunun mobil telefonda dediyi yerə Mollahacılı kəndində getmişdir. Orada Azad ilə Cəlil bir neçə topaya yığıb iplə bağladıqları 67 ədəd xurma tinglərini avtomobilə yükləmişlər. Azadgildən həmin xurma tinglərini haradan çıxardıqlarını soruşanda onlar həmin tingləri Elvin adlı şəxsin sahəsindən çıxardıqlarını demişlər. Bundan sonra o, VAZ2106 markalı avtomobili həmkəndlisi Mübarizin yaşadığı evə sürmüşdür. Azad xurma tinglərini avtomobildən düşürüb Mübarizin həyətinə qoymuşdur. Mübariz də 67 ədəd xurma tingləri üçün 100 manat pul vermişdir. Mübariz onalrdan həmin ağacları haradan gətirdilkərini soruşanda, Azadgil eyni qaydada tingləri Tərtər-Bərdə zonasından gətirdiklərini demişlər. Mübariz həmin tinglərin oğurluq nəticəsində əldə edilməsini bilməmişdir. Daha sonra oradan çıxıb getmişlər. Həmin tingləri satmaqda köməklik etdiyi üçün əldə olunan puldan Azad ona 30 manat pul vermişdir.Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. İş üzrə zərərçəkmiş şəxs qisimində ifadə vermiş Zərərçəkmiş şəxs1 Zabir oğlu göstərmişdir ki, Göyçay rayonun Qızılağac kəndində özünə məxsus təxminən 5 hektar bağ sahəsində təsarüfatla məşğul olur. 2020-ci ilin son aylarında o, həmin bağ sahəsində xurma tingləri əkməyə qərar vermişdir. Ona görə də, 2021-ci ilin yanvar ayında o, 1200 ədəd xurma tingləri alaraq Qızılağac kəndində yolun kənarında olan həmin bağ sahəsində əkdirmişdir. O, şəhərdə yaşadığı üçün hər gün bağa gedə bilməsə də, 3-4 gündən bir gedib ağaclara nəzarət və qulluq etmişdir. 2021-ci ilin mart ayının ilk günlərində həmin sahəyə növbəti dəfə gedərkən sahədə əkdiyi xurma calaqlardan bir hissəsinin kökündən çıxarıldığım aşkar etmişdir. O, bağı nəzərdən keçirdikdə ümumilikdə 200 ədəd xurma tinglərinin, oğurlandığını aşkar etmişdir. Oğurluq edən şəxsi özü müəyyən etmək istəsə də, buna nail olmamış, ona görə də, 15.03.2021 -ci il tarixdə Göyçay rayon Polis şöbəsinə oğurluqla bağlı müraciət etmişdir. Polisdə ona məlum olmuşdur ki, onun bağının yaxınında yerləşən Yenikənd kənd sakini Zərərçəkmiş şəxs2 də bağ sahəsindən 150 ədəddən artıq xurma tingləri oğurlanmışdır. Onun müraciəti ilə bağlı polisdə araşdırma aparılarkən məlum olmuşdur ki, həmin oğurluqları Zərərçəkmiş şəxs2 nəvəsi olan Mollahacılı kənd sakini Təqsirləndirilən şəxs1lə dostu Təqsirləndirilən şəxs2 törətmişlər. Eyni zamanda sonradan məlum olmuşdur ki, Azad ilə Cəlil yaşadıqları Mollahacılı kəndində də tanıdığı Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 bağ sahələrindən də xurma tingləri oğurlayıb satmışlar. Ona məxsus bağ sahəsindən ümumilikdə 200 ədəd xurma tingləri 2021-ci ilin fevral ayının son günlərində oğurlanmışdır. Oğurlanmış bütün tinglər -“şiş burun pırnıq" sortundan olmaqla 80-100 sm hündürlüyündə 1 illik (tinglər) calaqlar olmuşlar. Hazırda onların hər birinin qiyməti 3 manatdır. 200 ədəd xurma tinglərinin oğurlanması nəticəsində ona 600 manat ziyan dəymişdir. . Təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmişdir. Məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər barəsində heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qisimində ifadə vermiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Göyçay rayonun Yenikənd kəndində yaşayır. Təqaüdçüdür. Yaşadığı kənddə özünə məxsus bağ sahələri vardır. 2020-ci ilin payız aylarında o xurma və alça tingləri əkməyi qərar vermişdir. Ona görə də təxminən 2020-ci ilin noyabr ayında 500 ədəd xurma, 200 ədəd alça ağaclarının calağını alaraq yaşadığı kənddə Qızılağac və Mollahacılı kəndləri ilə həmsərhəd ərazidə yerləşən 1 hektar bağ sahəsində əkmişdir. O, hər gün səhərlər həmin sahəyə gedib nəzarət etmiş, ağaclara baxmış, onlara qulluq etmişdir. 10.03.2021- ci il tarixdə səhər saat 09 radələrində növbəti dəfə həmin sahəyə getmiş, sahədə əkdiyi xurma calaqlardan bir hissəsinin kökündən çıxarıldığını saydıqda isə, ümumilikdə 157 ədəd xurma calaqlarım oğurlandığını aşkar etmişdir. 2 gün müddətində calaqları oğurlayan şəxsi özü müəyyən etmək istəmiş, ona görə də polisə məlumat verməmişdir. Lakin o, oğurluq edən şəxsi müəyyən edə bilmədiyi üçün 12.03.2021 -ci il tarixdə Göyçay rayon Polis şöbəsinə oğurluqla bağlı müraciət etmişdir. Bununla bağlı polisdə araşdırma aparılarkən ona məlum olmuşdur ki, onun bağından 157 ədəd xurma tinglərini nəvəsi Təqsirləndirilən şəxs1lə dostu Təqsirləndirilən şəxs2 ilə oğurlayıb satmışlar. Eyni zamanda ona məlum olmuşdur ki, onun bağı ilə yaxınlıqda yerləşən Qızılağac və Mollahacılı kəndində Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 bağlarından da Azad ilə Cəlil xurma tingləri oğurlayıb satmışlar. Bağ sahəsindən ümumilikdə 157 ədəd xurma tingləri 09.03.2021 -ci il tarixdən 10.03.2021 -ci il tarixinə keçən müddət ərzində oğurlanmışdır. Oğurlanmış bütün tinglər -“şiş burun pırnıq” sortundan olmaqla 80-100 sm hündürlüyündə 1 illik (tinglər) calaqlar olmuşlar. Hazırda onların hər birinin qiyməti 3 manatdır. 157 ədəd xurma tinglərinin oğurlanması nəticəsində ona 471 manat ziyan dəymişdir.Təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmişdir. Məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər barəsində heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qisimində ifadə vermiş Zərərçəkmiş şəxs4 göstərmişdir ki, Göyçay rayonun Mollahacılı və ətraf kəndlərdə ona məxsus torpaq sahələri vardır. Həmin sahələrdə o meyvə ağacları əkib becərir, mövsümlarda isə meyvələrini satır. Göyçay rayon Mollahacılı kəndində yerləşən təxminən 10 hektar torpaq sahəsin 2020-ci ilin noyabr ayında hər biri 3 manatdan olmaqla cəmi 1700 ədəd xurma tingləri əkmişdir. Hərdən özü həmin torpaq sahəsinə gedib əkmiş olduğu tinglərə nəzarət etmişdir. Sonuncu dəfə 11.03.2021 -ci il tarixdə bağı nəzərdən keçirib sayanda məlum olmuşdur ki, torpaq sahəsindən cəmi 67 ədəd xurma tingləri oğurlanmışdır. Buna görə də, bir neçə gün sonra polis şöbəsinə gəlib torpaq sahəsindən xurma tinglərinin oğurlanması barədə ərizə yazmışdır. Müraciəti ilə bağlı polisdə araşdırma aparılan dövrdə öyrənmişdir ki, ondan başqa özünün bağı ilə yanaşı yaxınlıqdakı bağlardan da, yəni Mollahacılı kəndində Kənanın Yenikənd kəndində Zərərçəkmiş şəxs2 və Qızılağac kəndində Tahirin bağ sahərlərindən də xurma tingləri oğurlanmışdır. Daha sonra isə məlum olmuşdur ki, polislər oğurluq edən şəxsləri müəyyən edib və həmin şəxslər Mollahacılı kənd sakinləri Təqsirləndirilən şəxs1lə qohumu Təqsirləndirilən şəxs2dur. Ona məxus bağ sahəsindən oğurlanmış bütün tinglər -“şiş burun pırnıq” sortundan olmaqla 80-100 sm hündürlüyündə 1 illik (tinglər) calaqlar olmuşlar. Hazırda onların hər birinin qiyməti 3 manatdır. 67 ədəd xurma tinglərinin oğurlanması nəticəsində ona 201 manat ziyan dəymişdir.Təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmişdir. Məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər barəsində heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qisimində ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 ifadəsindən görünür ki, ünvan 1 ünvanda yaşayır. Təsarüfatla məşğul olur. ünvan 2i ərazilərində ona məxsus torpaq sahələri vardır ki, həmin sahələrdə əkinçilklə məşğul olur. Göyçay rayonu Mollahacılı kəndində 2,4 hektar torpaq sahəsində yonca əkmişdir. Həmin sahənin boş qalmaması üçün oraya həm xurma, həmdəki alça ağacları, yəni tingləri əkməyə qərar vermişdir. Təxminən 2 ay əvvəl oraya 100 ədəd xurma tinglərini əkdirmişdir. Şəhərdə yaşadığı üçün günaşırı həmin sahəyə gedib nəzarət etmişdir. 05.03.2021 -ci il tarixdə səhər saatlarında həmin sahəyə getdikdə əkdirdiyi tinglərdən bir hissəsinin kökündən çıxarıldığını və oğurlanığını görmüşdür. Daha sonra həmin çıxarılmış tinglərin yerini saydıqda ümumilkdə 70 ədəd xurma tinglərinin oğurlandığını aşkar etmişdir. O, bu barədə heç kimə heçnə demədən, özü oğurluq etmiş şəxsi müəyyən etmək istəmişdir. Lakin təxminən 1 həftə sonra ona məlum olmuşdur ki, qonşu Yenikənd kəndində Həmid və Qızılağac kəndində Tahir adlı şəxslərin də bağ sahələrindən xeyli sayda körpə xurma ağaclarının calaqları oğurlanıb və onlar bu barədə polisə şikayət etmişlər. Tahir ilə Həmidin bağ sahələri onun bağ sahəsi ilə yaxınlıqda yerləşir. Ona görə də o, 16.03.2021-ci il tarixdə Göyçay rayon Polis şöbəsinə ərizə ilə 70 ədəd xurma tinglərimin oğurlanması ilə bağlı ərizə yazmışdır. Polisə şikayət edəndən bir neçə gün sonra məlum olmuşdur ki, onun Tahirin və Həmidin bağ sahəsindən xurma tinglərini sonuncunun nəvəsi Təqsirləndirilən şəxs1lə dostu Təqsirləndirilən şəxs2 oğurlayıb satmışlar. Eyni zamanda sonradan ona məlum olmuşdur ki, Azad ilə Cəlil yaşadıqları Mollahacılı kəndində onu bağı ilə yaxında yerləşən Zərərçəkmiş şəxs4 bağ sahəsindən də 60-70 ədəd xurma tingləri oğurlamışlar. Təqsirləndirilən şəxs1lə və Təqsirləndirilən şəxs2 ilə hər hansı bir düşmənçilik və ədavəti yoxdur. Ona məxsus bağ sahəsindən oğurlanmış bütün 70 ədəd tinglər -“şiş burun pırnıq” sortundan olmaqla 80-100 sm hündürlüyündə 1 illik (tinglər) calaqlar olmuşlar. Hazırda onların hər birinin qiyməti 3 manatdır. Oğurluq nəticəsində ona 210 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmişdir. Məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər barəsində heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, qardaşı Əsədov X4 rayon Mollahacılı kəndində yerləşən 10 hektar torpaq sahəsin 2020-ci ilin noyabr ayında hər biri 3 manatdan olmaqla cəmi 1700 ədəd xurma tingləri əkmişdir. Qardaşı 11.03.2021 -ci il tarixdə torpaq sahəsinə gedib tinglərə baxanda yola yaxın yerdən 50 ədəddən çox xurma tinglərimin yerindən çıxarıldığını görmüşdür. İş üzrə şahid qismində ifadə vermiş Şahid5 göstərmişdir ki, 2021-ci ilin fevral ayının ortalarında kəndimizdə yerləşən torpaq sahəsində əkmək üçün münasib qiymətə xurma tingləri axtarmışdır. Bu barədə də xəbər tutan Təqsirləndirilən şəxs3 həmin ayın 20 tarixindən sonrakı günlərdə ona zəng vurub bildirmişdir ki, Mollahacılı kəndindən olan tanışları xurma tingləri alveri ilə məşğul olur, Bərdo-Tərtər zonasından gətirib xıırma calaqları münasib qiymətə satırlar. O da, Vasifə həmin tinglərə baxmaq istədiyimi, uzunluğundan aslı olaraq qiymətdə razılaşıb ala biləcəyini bildirmişdir. Bir neçə gün sonra 2020-ci ilin fevral ayının sonlarında, saat 20 radələrində Vasif növbəti dəfə ona zəng vurub xurma tingləri alveri ilə məşğul olan tanışlarında 200 ədəd xurma tinglərinin olduğunu bildirmiş, o da evdə olduğunu vəevə gətirmələrini söyləmişdir. Bir az sonra Vasif idarə etdiyi VAZ-2106 markalı avtomobillə yaşadığı evə gəlmişdir. Vasifin yanında tingləri satan əvvəlcədən tanımadığı, sonradan adlarını bildiyi qonşu Mollahacılı kənd sakinləri Azad və Cəlil adlı şəxslər olmuşlar. Avtomobildə isə bir neçə topa halında iplə bağlanmış halda şiş burun, yəni xurma tingləri olmuşdur. O tinglərə baxdıqda, onların 80-100 sm uzunluqda olduqlarını görüb birini 1,50 manata almağı razılaşmışdır. Azad və Cəlil adlı şəxslərdən tingləri haradan gətirdiklərini soruşanda, sonuncular da ona həmin tingləri Bərdə-Tərtər zonasından gətirib satdıqlarını demişlər və tingləri avtomobildən götürüb həyətinə qoymuşlar. O, tinglərin bir ədədini 1,50 manatdan olmaqla Azada 300 manat pul vermişdir . İş üzrə şahid qismində ifadə vermiş Şahid4 göstərmişdir ki, ünvan 2i ərazilərində qardaşı Kənana məxsus torpaq sahələri vardır ki, həmin sahələrdə əkinçilklə məşğul olur. Göyçay rayonu Mollahacılı kəndində 2,4 hektar torpaq sahəsində qardaşı Kənan yonca əkmişdir. Kənan həmin sahənin boş qalmaması üçün oraya həm xurma, həmdəki alça ağacları, 100 ədəd xurma tingləri əkmişdir. Kənan 05.03.2021 -ci il tarixdə səhər saatlarında həmin sahəyə getdikdə əkdirdiyi tinglərdən bir hissəsinin kökündən çıxarıldığını və oğurlanığını görmüşdür. Daha sonra həmin çıxarılmış tinglərin yerini saydıqda ümumilkdə 70 ədəd xurma tinglərinin oğurlandığını aşkar etmişdir. Cinayət işinə əlavə edilmiş "xxxx" MMC-nin təqdim etdiyi 07 aprel 2021-ci il tarixli, 09 nömrəli məktubda göstərilmişdir ki, 1 illik, 80-100 sm hündürlüyündə 1 (bir) ədəd xurma(şiş burun pırnıq) tinginin(calağının) 2021-ci ilin fevral-mart ayı üçün orta bazar qiyməti 3 (üç) manat təşkil etmişdir. Cinayət işinə əlavə edilmiş "xxxx" MMC-nin təqdim etdiyi 07 aprel 2021-ci il tarixli, 09 nömrəli məktubda göstrərilmişdir ki, 1 illik, 80-100 sm hündürlüyündə 1 (bir) ədəd xurma(şiş burun pırnıq) tinginin(calağının) 2021-ci ilin fevral-mart ayı üçün orta bazar qiyməti 3 (üç) manat təşkil etmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31.05.2021-ci il tarixli 9/3215 nömrəli rəyindən görünür ki, 01 (bir) ədəd 01 illik, 80-100 sm hündürlüyündə calaq edimiş xurma(şiş burun) tinginin 2021-ci ilin fevral-mart aylarına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 3,00 (üç) manatdır. Aparılmış ekspertizanın dəyəri 50 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkumluğu olmayan şəxslərdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 27.02.2021 -ci il tarixdə, saat 20 radələrində Göyçay rayonun Qızılağac kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus hər biri 3 manat dəyərində olmaqla ümumilikdə 200 ədəd xurma tinglərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 600 manat maddi ziyan vuraraq oğurlamaqla, Bundan sonra təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 04.03.2021 -ci il tarixdə, saat 20 radələrində Göyçay rayonun Mollahacılı kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus hər biri 3 manat dəyərində olmaqla ümumilikdə 70 ədəd xurma tinglərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 210 manat maddi ziyan vuraraq oğurlamaqla, eyni zamanda təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 09.03.2021-ci il tarixdə, saat 20 radələrində Göyçay rayonun Yenikənd kəndində yerləşən babası Zərərçəkmiş şəxs2 məxsus hər biri 3 manat dəyərində olmaqla ümumilikdə 157 ədəd xurma tinglərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 471 manat maddi ziyan vuraraq oğurlamaqla, həmçinin, təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 10.03.2021 -ci il tarixdə, saat 20 radələrində Göyçay rayonun Mollahacılı kəndində yerləşən Zərərçəkmiş şəxs4 məxsus hər biri 3 manat dəyərində olmaqla ümumilikdə 67 ədəd xurma tinglərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 201 manat maddi ziyan vuraraq oğurlamaqla, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətdikləri tam sübuta yetir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə tanışı X5 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 27.02.2021 -ci il tarixdə, saat 20 radələrində Göyçay rayonun Qızılağac kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus hər biri 3 manat dəyərində olmaqla ümumilikdə 200 ədəd xurma tinglərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 600 manat maddi ziyan vuraraq oğurlamaqla, bundan sonra təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə tanışı X5 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 04.03.2021 -ci il tarixdə, saat 20 radələrində Göyçay rayonun Mollahacılı kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus hər biri 3 manat dəyərində olmaqla ümumilikdə 70 ədəd xurma tinglərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 210 manat maddi ziyan vuraraq oğurlamaqla, eyni zamanda təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə tanışı X5 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 09.03.2021 -ci il tarixdə, saat 20 radələrində Göyçay rayonun Yenikənd kəndində yerləşən babası Zərərçəkmiş şəxs2 məxsus hər biri 3 manat dəyərində olmaqla ümumilikdə 157 ədəd xurma tinglərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 471 manat maddi ziyan vuraraq oğurlamaqla, həmçinin, təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə tanışı X5 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 10.03.2021 -ci il tarixdə, saat 20 radələrində Göyçay rayonun Mollahacılı kəndində yerləşən Zərərçəkmiş şəxs4 məxsus hər biri 3 manat dəyərində olmaqla ümumilikdə 67 ədəd xurma tinglərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 201 manat maddi ziyan vuraraq oğurlamaqla Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməsi tam sübuta yetir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli yolla talama məqsədilə tanışları X5 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək sonunculara yaşadıqları və ətraf kəndlərdə yerləşən bağ sahələrindən oğurlayacaqları xurma tinglərini satmaq üçün müştəri tapmasında və idarə etdiyi avtomobillə onları daşıyacağına köməklik edəcəyinə söz verib ümumi razılığa gəldikdən sonra, 27.02.2021-ci il tarixdə, saat 20 radələrində X5 ilə Təqsirləndirilən şəxs2 Göyçay rayonun Qızılağac kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus hər hansı bir arakəsmə vasitələri ilə çəpərlənməmiş, kənarları açıq bağ sahəsindən hər biri 3 manat olan ümumilikdə isə 600 manat dəyərində gizli yolla talayaraq oğurladıqları 200 ədəd xurma tinglərini idarə etdiyi VAZ2106 markalı 23Y695PH dövlət qeydiyyat nişanlı avtomobili ilə həmkəndlisi Şahid5 satmaq üçün sonuncunun yaşadığı ünvana daşımaqla oğurluq hadisəsinin törədilməsində köməklik etməklə, bundan başqa təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə tanışları X5 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək sonunculara yaşadıqları və ətraf kəndlərdə yerləşən bağ sahələrindən oğurlayacaqları xurma tinglərini satmaq üçün müştəri tapmasında və idarə etdiyi avtomobillə onları daşıyacağına köməklik edəcəyinə söz verib ümumi razılığa gəldikdən sonra, 04.03.2021-ci il tarixdə, saat 20 radələrində X5 ilə Təqsirləndirilən şəxs2 Göyçay rayonun Mollahacılı kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus hər hansı bir arakəsmə vasitələri ilə çəpərlənməmiş, kənarları açıq bağ sahəsindən hər biri 3 manat olan ümumilikdə isə 210 manat dəyərində gizli yolla talayaraq oğurladıqları 70 ədəd xurma tinglərini idarə etdiyi VAZ2106 markalı 23Y695PH dövlət qeydiyyat nişanlı avtomobili ilə həmkəndlisi Şahid6 satmaq üçün sonuncunun yaşadığı ünvana daşımaqla oğurluq hadisəsinin törədilməsində köməklik etməklə, eyni zamanda təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə tanışları X5 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək sonunculara yaşadıqları və ətraf kəndlərdə yerləşən bağ sahələrindən oğurlayacaqları xurma tinglərini satmaq üçün müştəri tapmasında və idarə etdiyi avtomobillə onları daşıyacağına köməklik edəcəyinə söz verib ümumi razılığa gəldikdən sonra, 09.03.2021-ci il tarixdə, saat 20 radələrində X5 ilə Təqsirləndirilən şəxs2 Göyçay rayonun Yenikənd kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus hər hansı bir arakəsmə vasitələri ilə çəpərlənməmiş, kənarları açıq bağ sahəsindən hər biri 3 manat olan ümumilikdə isə 471 manat dəyərində gizli yolla talayaraq oğurladıqları 157 ədəd xurma tinglərini idarə etdiyi VAZ2106 markalı 23Y695PH dövlət qeydiyyat nişanlı avtomobili ilə həmkəndlisi Şahid6 satmaq üçün sonuncunun yaşadığı ünvana daşımaqla oğurluq hadisəsinin törədilməsində köməklik etməklə, həmçinin təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə tanışları X5 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək sonunculara yaşadıqları və ətraf kəndlərdə yerləşən bağ sahələrindən oğurlayacaqları xurma tinglərini satmaq üçün müştəri tapmasında və idarə eldiyi avtomobillə onları daşıyacağına köməklik edəcəyinə söz verib ümumi razılığa gəldikdən sonra, 10.03.2021-ci il tarixdə, saat 20 radələrində X5 ilə Təqsirləndirilən şəxs2 Göyçay rayonun Mollahacılı kəndində yerləşən Zərərçəkmiş şəxs4 məxsus hər hansı bir arakəsmə vasitələri ilə çəpərlənməmiş, kənarları açıq bağ sahəsindən hər biri 3 manat olan ümumilikdə isə 201 manat dəyərində gizli yolla talayaraq oğurladıqları 67 ədəd xurma tinglərini idarə etdiyi VAZ2106 markalı 23Y695PH dövlət qeydiyyat nişanlı avtomobili ilə həmkəndlisi X1 üçün sonuncunun yaşadığı ünvana daşımaqla oğurluq hadisəsinin törədilməsində köməklik etməklə Azərbaycan Respublikası CM-nin 32.5, 177.2.1 və 32.5, 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətdikləri tam sübuta yetir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.5, 177.2.1 və 32.5, 177.2.2-ci maddələrinin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini məsuliyyətini yüngülləşdirən hallar kimi, eləcədə məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini məsuliyyətini yüngülləşdirən hallar kimi, eləcədə məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini məsuliyyətini yüngülləşdirən hallar kimi, eləcədə məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi3 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat dövründə və məhkəmə baxışı dövründə hüquqlarını 13 saat, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə hüquqlarını 8 saat, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə hüquqlarını 22 saat müddətində müdafiə etmişdir. Odur ki, və Təqsirləndirilən şəxs3 göstərilmiş ümumilikdə 13 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi3 cəmi 78 manat və Təqsirləndirilən şəxs2 göstərilmiş 8 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 48 manat pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməli və Təqsirləndirilən şəxs1 göstərilmiş ümumilikdə 22 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 132 manat məbləğində pul dövlət büdcəsindən ödənilməlidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada iş üzrə məhkəmə xərci olan 50 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.5, 177.2.1 və 32.5, 177.2.2-ci maddələri ilə təqsirli bilinib, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 göstərilmiş ümumilikdə 13 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi3 cəmi 78 manat və Təqsirləndirilən şəxs2 göstərilmiş 8 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş ümumilikdə 22 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 132 manat məbləğində pul dövlət büdcəsindən Azərbaycan Respublikası Beynəlxalq Bankın Ağdaş filialı, Bankın kodu 805409, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ10İBAZ ******************** saylı hesabına köçürülsün. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada iş üzrə məhkəmə xərci olan 50 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-62/2021
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-62/2021
27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver