Məhkəmə qərarları › İş №1(046)-62/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-62/2023

10.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-62/2023 10.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay Rayon Vəkillər Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, X2 Azərbaycan Respublikasının CM-nin 147.1 və 148-ci maddələri ilə ittiham olunmasına dair barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə hazırlıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 Azərbaycan Respublikasının CM-nin 147.1 və 148-ci maddələri ilə ittiham olunmasına dair xüsusi ittiham qaydasında X3 tərəfindən verilmiş şikayət aidiyyəti üzrə Göyçay rayon X8 rayon Məhkəməsinə daxil olmuşdur. Xüsusi ittiham qaydasında şikayətin məhkəmə baxışı məhz bu məhkəməyə aiddir. Buna baxmayaraq işin məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar vardır. Belə ki,məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 izahat verərək bildirmişdir ki, X5 “facebook” sosial şəbəkəsində özünün açdığı “Fatimə Mövsüm qəlbin səsi” adlı səhifəsində şər və böhtan xarakterli ifadələr, həmçinin onun şərəf və ləyaqətini alçadaçaq sözlər yazmışdır. Məhkəmə hazırlıq iclasına barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 təkrarən gəlməmiş,Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.9.1-ci maddəsinə əsasən məhkəmə hazırlıq iclasının onun iştirakı olmadae keçirilməsi mümkün hesab edilmişdir. X1 Göyçay rayon Polis Şöbəsinə müraciət etdiyi xüsusi ittiham qaydasında verilmiş şikayətdən görünür ki, X5 “facebok” sosial şəbəkəsində özünün açdığı “Fatimə Mövsüm qəlbin səsi” adlı səhifəsində şər və böhtan xarakterli ifadələr, həmçinin onun şərəf və ləyaqətini alçadaçaq sözlər yazmışdır. Göyçay rayon X7 Bölməsinin təhqiqatçısı X4 21 iyun 2023-cü il tarixli materialın aidiyyəti üzrə göndərilməsi barədə qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün Göyçay rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1, 293.3.2, 293.3.3, 293.3.4,293.3.5-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı,adı,atasının adı,doğulduğu il,yaşayış yeri və məşğuliyyət növü,vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa,məhz hansı zərərin vurulduğu,o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı,adı,atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı,adı,atasının adı və yaşayış yeri),hansı sənədlərlə,habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilmsi haqqında xahiş göstərilir. Məhkəməyə aidiyyəti üzrə baxıdması üçün göndərilmiş şikayətdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1, 293.3.2, 293.3.3, 293.3.4,293.3.5-ci maddələrində nəzərdə tutulan məlumatlar göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu yuxarıda qeyd olunmuş tələblərə uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar qəbul edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 299,300,384-cü maddələrini rəhbər tutaraq qərara aldı: X2 Azərbaycan Respublikasının CM-nin 147.1 və 148-ci maddələri ilə ittiham olunmasına dair X3 tərəfindən xüsusi ittiham qaydasında verilmiş və aidiyyəti üzrə baxılması üçün göndərilmiş şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar