Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-63/2022 23.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı1 və Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məjhkum olunmuş və məhkumluğu ödənilməmiş, evli, himayəsində iki azyaşlı övladı olan, Göyçay şəhəri S.M.Əfəndiyev küçəsi ev 34-də qeydiyyatda olan, Göyçay rayonun Potu kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,563 qram çəkidə kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 04 may 2022-ci il tarixdə, saat 17 radələrində Göyçay rayonun Potu kəndi ərazisində olarkən və üzərində həmin narkotik vasitəni daşıyarkən Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, həmin tarixdə, saat 18:05-də polis şöbəsinin Növbətçi Hissəsində üzərinə videoçəkliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə qablaşdırılmış 0,563 qram çəkidə həmin heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Göyçay rayonun Potu kəndində yaşadığı evə tərəf gedərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və qanunsuz narkotik vasitə saxlamaqda şübhələndiklərini bildirib özləri ilə Göyçay rayon polis şöbəsinə getməyi dəvət etmişlər. Polislərə etiraz etməmiş və bir yerdə polis şöbəsinə getmişlər. Polis işçiləri onu vəkil Müdafiəçi ilə təmin edərək növbətçi hissədə videoçəkilişlə hansı hüquq və vəzifələrinin olduğunu izah etmişlər və şübhəli şəxs qismində saxlanıldığını ona bildirmişlər. Ona şübhəli şəxs qismində saxlanılmağı ilə bağlı qərar təqdim ediləndən sonra üzərinə axtarış keçiriləcəyi bildirilmişdir. Polislərə etiraz etməmişdir. Ona əgər üzərində narkotik vasitə, psixotrop maddə və digər qadağan olunmuş əşya vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt əynindəki qara rəngli şalvarın sağ yan cibində çayın kənarından tapdığı həmin 1 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli heroin narkotik vasitəsi olmuşdur. Şalvarının sağ yan cibindən içərisində heroin olan həmin 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Heroin bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, sellofanla bir yerdə ümumi çəkisi 0,73 qram olmuşdur. Həmin büküm bir ədəd zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Zərfin üzərini imzalamışdır. Axtarış zamanı protokol tərtib olunaraq ucadan oxunmuş, həmin protokolu imzalamışlar. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay RPŞ-nin NQMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanıdır. Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olması və mütəmadi olaraq üzərində gəzdirməsi barədə əməliyyat daxil olduğundan bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs ilə rastlaşmışlar. Təqsirləndirilən şəxs tək piyada yaşadığı ev istiqamətində getmiş, yanında və ətrafında heç kim olmamışdır. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və qanunsuz narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib Göyçay rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmiş və onlarla bir yerdə Göyçay rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin növbətçi hissəsində Təqsirləndirilən şəxs dərhal vəkil Müdafiəçi ilə təmin olunmuş və videoçəkilişlə hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi, odur ki, üzərində narkotik vasitə və psixotrop maddələr, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd alışqan, 1 ədəd “sobraniye” markalı siqaret və 1 ədəd içərisində qəhvəyi rəngli, heroin narkotik vasitəsinə bənzər maddə olan şəffaf sellofan büküm çıxarıb masanın üzərinə qoymuşdur. Aşkar olunmuş sellofanda olan heroinə bənzər maddə həmin olduğu sellofan bükümdə elektron tərəzidə çəkilmiş, sellofan bükümlə birlikdə ümumi çəkisi 0,73 qram olmuşdur. Daha sonra həmin içərisində heroinə bənzər maddə olan 1 ədəd sellofan büküm baş təhqiqatçı Orxan Kərimov tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs zərfin üzərini imzalamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, Göyçay RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti vəzifəsində işləyir, polis baş leytenantıdır. xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs Göyçay rayonun Potu kəndi ərazisində saxlanılıb polis şöbəsinə gətirilərkən Növbətçi Hissədə sonuncunun üzərinə şəxsi axtarış keçirilən zaman sənədləşdirilmə prosesində o da iştirak etmişdir. Belə ki, o həmin prosesləri “Panasonic HC-V770” markalı videokamera vasitəsi ilə çəkmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən Müdafiəçi ilə təmin olunaraq, hüquq və vəzifələri ona izah olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi, odur ki, üzərində narkotik vasitə, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd alışqan, 1 ədəd “sobraniye” markalı siqaret və 1 ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofan büküm çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin 1 ədəd sellofan bükümdəki qəhvəyi rəngli maddənin nə olması və haradan əldə etməsi ilə bağlı sorğu edildikdə, Təqsirləndirilən şəxs həmin sellofan bükümdəki qəhvəyi rəngli maddənin heroin narkotik vasitəsi olduğunu, həmin heroini 2 gün əvvəl Göyçay çayının kənarına tullantı metal yığmaq üçün gedərkən, çayın kənarından tapdığını bildirmişdir. Aşkar olunmuş qəhvəyi rəngil maddə sellofan bükümdə elektron tərəzidə çəkilmiş, sellofan bükümlə birlikdə ümumi çəkisi 0,73 qram olmuşdur. Daha sonra həmin 1 ədəd sellofan büküm baş təhqiqatçı Orxan Kərimov tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs zərfin üzərini imzalamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd alışqan və 1 ədəd siqaret özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı protokol tərtib olunaraq ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin X2 alınmış 05 may 2022-ci il tarixli 17/383 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm..” sözləri yazılmış zərfin içərisndəki 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0,563 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: 1) heroinin təmiz çəkisi 0.563 qr: tədqiqata sərf edildi 0.050 qr, qalıq 0.513 qr. Aparılmış ekspertizanın xərci 102.12 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 08 iyun 2022-ci il tarixli 821 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkum Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(046)-97/2020 saylı hökmü ilə CM-nin 177.2.3-cü maddəsinə əsasən ona təyin olunmuş 01 il azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 01 gün müddətindən Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmiş və məhkumluğu ödənilməmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə etdiyi, satış məqsədi olmadan, 0.563 qram narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Göyçay rayonu Potu kəndində üzərində saxlamaqla, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf edərək səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağın olduğunu cəzasını yüngülləşdirən hal kimi, kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə təqdim edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 gün müddət CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından cıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, həbs qətimkan tədbiri ilə əvəz edilməli, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışında hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan Göyçay rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0,513 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 102.12 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 2 gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrum etmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə zalından həbsə alınsın, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0,513 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə ekspertiza xərci olan 102.12 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası maddi sübutlara və məhkəmə xərclərinə dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-63/2022
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-63/2022
23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver