Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-63/2023 18.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 15.45-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı iştirakı ilə, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay rayonu Qarabaqqal kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 03 dekabr 2022-ci il tarixdə saat 19 radələrində özünə məxsus “Vaz 21063” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2019-cu il tarixli, AD 204600 seriyalı, “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında sürücülük hüququ olmaqla ayıq vəziyyətdə idarə edib Göyçay rayonu Bığır və Hacalıkənd kəndləri arasında olan yolda Göyçay şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, yəni, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və bu maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə əməl etməyərək idarə etdiyi avtomobilin qabaq sağ qanadının ön hissəsi ilə piyada X5 ehtiyatsızlaqdan vuraraq yolun sağ hərəkət hissəsinə yıxmaqla sağlamlığına travma şoku, müştərək ağır dərəcəli açıq kəllə beyin travması, ağır dərəcəli beyin əzilməsi, subaraxnoidal və subdural qansızma, sağ alın sümüyünün, burun və üz sümüklərinin sağ tərəfli açıq - çoxqəlpəli sınıqları, döş qəfəsinin sol yarısında İİİ - İV - V qabırğaların qapalı sınıqları, üzün və alt çənənin yumşaq toxumalarının əzilmiş-cırılmış yarası xəsarətləri ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid edilən, müştərək ağır açıq kəllə beyin travması, ağır dərəcəli beyin əzilməsi nətcəsində subaraxnoidal-subdural qansızma, sağ alın-üz sağ tərəfli müşayiət edilən travma şoku və beyin ödemi nəticəsində ehtiyatsızlıqdan X3 ölümünə səbəb olan yol- nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilmədi, ifadə verərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində yaşadığı Göyçay rayon Qarabaqqal kəndində yerləşən fərdi yaşayış evində olan zaman evi üçün bazarlıq etmək məqsədilə özünə məxsus «Vaz 21063» markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək Göyçay şəhəri istiqamətində hərəkətə başlamış, Göyçay rayonu Bığır-Hacalıkənd kəndləri arasında olan yolda üzü Göyçay şəhəri istiqamətində hərəkətdə olan zaman yolun sol hərəkət hissəsində dövlət qeydiyyat nişanını bilmədiyi «Ford» markalı avtomobilin uzaq vuran işiqlarını yandırıb dayandığını təxminən 150- 200 metr məsafədən görmüş, hərəkətinə davam edərək irəli gəldikdə təxminən 20- 25 metr məsafədə yolun sağ çiynində bir nəfər şəxsin dayandığını və həmin «Ford» markalı avtomobilin sürücüsü ilə söhbət etdiyini görmüşdür. O, hərəkətini davam etdirərək oradan yəni avtomobilin və yolun sağ çiynində dayanmış piyadanın yanından keçmək istəyərkən adını sonradan bildiyi mərhum Vasib Cəlilov yolun sağ hissəsindən anidən yoluna addım ataraq avtomobilinin sağ hissəsinə dəydiyini hiss etdikdən sonra o, dərhal avtomobilini saxlamış, avtomobilindən yerə düşdükdə həmin şəxs yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Yolun sağ hissəsində dayanan avtomobil öz hərəkətinə davam edərək oradan uzaqlaşmışdır. Bundan sonra o, həmin şəxsi yerdən qaldıraraq avtomobilinə qoyaraq xəstəxanaya aparmaq istəyərkən həmin şəxsə gücü çatmamış, yolda dayanaraq yoldan keçən qeydiyyat nişanını bilmədiyi «Mersedes» markalı avtomobili saxlatdıraraq köməklik etməsini xahiş etmiş, həmin şəxs avtomobildən yerə düşərək ona kömək etmiş və onlar birlikdə onun avtomobili ilə vurmasından sonra uzanıqlı vəziyyətdə olan şəxsi yerdən qaldıraraq onun avtomobilinin arxa oturacaqlarına uzatmışlar. Daha sonra həmin «Mersedes» markalı avtomobilin sürücüsü öz avtomobilini sürərək oradan uzaqlaşmış, o, isə öz avtomobili ilə Göyçay rayon Mərkəzi Xətəxanasına yollanmışdır. Xəstəxanaya çatdıqdan sonra həmin şəxsə ilkin tibbi yardım göstərilmiş, bundan sonra oraya Göyçay rayon Polis Şöbəsinin əməkdaşları gəlmişlər. Göyçay rayon Polis Şöbəsində olan zaman avtomobili ilə vurduğu şəxsin Göyçay rayon Bığır kənd sakini X6 olmasını öyrənmişdir.Hesab edir ki,idarə etdiyi avtomobil ilə mərhum Vasib Cəlilov arasında olan məsafə çox az olduğundan onun avtomobili saxlamağa texniki imkanı olmamışdır.Buna baxmayaraq zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış,ona dəymiş maddi ziyanı ödəmiş,qərar qəbul edərkən bu halları nəzərə alınmasını xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə təngidi yanaşaraq hesab edir ki, bu cür ifadə özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadə verərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə əmisi oğlu Fuad Cəlilovun övladının toy mərasimi baş tutmuş, onlar ailə üzvləri ilə birlikdə həmin günü Göyçay rayon Çayarxı kəndində yerləşən “Cənnət” restoranında baş tutan toy mərasimində iştirak etmiş, həmin toyda nəzarətçi olduğu üçün o, toya digər ailə üzvlərindən bir neçə saat tez gəlmiş, toy mərasimi saat 14:00-da başlamışdır. Həmin tarixdə saat 18 radələrində mərhum atası Vasib Cəlilov ona yaxınlaşaraq evə getdiyini, evə gedib mal-qaraya qulluq edəcəyini ona bildirmiş, o, da atasına hələ toyda olduğunu demiş, bundan sonra atası restorandan çıxaraq evə getmişdir. Atası evə gedərək orada mal-qaraya qulluq etdikdən sonra marketə getmək üçün evdən çıxmış, həmin tarixdə saat 20 radələrində toy mərasimində olan zaman əmisi oğlu Rəşad Cəlilov ona yaxınlaşaraq atası Vasib Cəlilovu avtomobil vurması nəticəsində Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsini ona bildirmişdir. Bundan sonra o, qohumu Elsevərə məxsus «Vaz 21015» markalı avtomobilə əyləşərək Göyçay RMX-ya yollanmışdır. O, Göyçay RMX-da olan zaman həkimlər atasının vəziyyətinin ağır olmasını ona bildirmiş, həmin gün xəstəxanada atasına ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilmiş, o, həmin günü gecə səhərə kimi xəstəxanada qalaraq gözləmiş, lakin xx.xx.2022-ci il tarixdə saat 12 radələrində həkimlər atasının vəfat etdiyini ona bildirmişlər. Təqsirləndirilən şəxslə barışmış,ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, ona dəymiş maddi ziyan tam ödənilmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 ifadə verərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 13:00-da o, qohumu olan Fuad Cəbiyevin övladının qız toyuna getmiş, toy mərasimi Göyçay rayonu Çayarxı kəndində yerləşən “Cənnət” şadlıq sarayında baş tutmuşdur. Toy sahibi mərhum Vasib Cəlilovun qardaşı oğlu olmuşdur. O, həmin toyda iştirak etdikdən sonra həmin gün saat 17 radələrində toydan çıxaraq yaşadığı evə getmək istəmiş, həmin zaman özünə məxsus «Mersedes Benz C 180» markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Həmin günü hava yağmurlu olduğundan o, avtomobilə əyləşib hərəkətə başlayarkən qohumu Vasib Cəlilovun yolun kənarında yağışın altında dayanmasını görmüş, sonuncudan hara getdiyini soruşduqda Vasib ona cavab olaraq yaşadığı evə getdiyini bildirmişdir. Bundan sonra Vasib ondan apara biləcəyini soruşmuş, hava yağışlı olduğu üçün Vasibi aparmağa razılaşmışdır. Sonra isə Vasib Cəlilov onun avtomobilinə əyləşmiş və onlar birlikdə yola düşmüşdür. Onlar yolda olarkən Vasib Cəlilovdan spirt qoxusu gəlmiş, belə ki, Vasib toyda olan zaman spirtli içki araq qəbul etmişdir. O, Vasibi əvvəlcə yaşadığı Göyçay rayonu Bığır kəndində yerləşən evinin qarşısında düşürmüş, sonra isə yaşadığı Göyçay rayonu Qarabaqqal kəndində yerləşən fərdi yaşayış evinə getmişdir. Təxminən bir saat yarımdan sonra o, baş vermiş hadisə barədə məlumat almış, belə ki, evində olan zaman ona zəng gəlmiş və Təqsirləndirilən şəxs Vasibi avtomobil ilə vurmasını ona bildirmişlər. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Göyçay rayon X8 X9 inspektoru Şahid2 ifadə verərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə o, DYPB-nə təhkim edilmiş “Kia” markalı **-YP-*** dövlət nömrə nişanlı avtomobil ilə Göyçay şəhərində ərazisində xidmətdə olmuş, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Göyçay şəhəri ərazisində xidmət apararkən Göyçay rayonu Bığır-Hacaləkənd kəndləri arasında olan yol ərazisində yol nəqliyyat hadisəsi baş verməsi barədə şöbənin Növbətçi Hissəsindən daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə getmişdir. Hadisə yerinə yaxınlaşdıqda orada polis əməkdaşlarının olduğunu görmüş, həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi «Vaz 21063» markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay rayonu Bığır kənd sakini Vasib Cəlilovu vurmasını, hadisədən dərhal sonra isə sonuncunu xəstəxanaya apardığını öyrənmişdir. Bir qədər sonra hadisə yerinə müstəntiq gələrək hadisə yerini müayinə etməyə başlamış, baxış zamanı iki nəfər hal şahidi dəvət edilmiş, müstəntiq yolun müxtəlif yerlərini ölçmüşdür. Baxış zamanı müəyyən olunmuşdur ki, «Vaz 21063» markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yaşadığı Göyçay rayonu Qarabaqqal kəndindən üzü Göyçay şəhəri istiqamətində hərəkətdə olarkən Göyçay rayon Bığır- Hacalıkənd kəndləri arasında olan yolda yolu Təqsirləndirilən şəxs hərəkət istiqamətində sağdan sola keçmək istəyən Vasib Cəlilovu vuraraq yerə yıxmış və yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir maddi sübut götürülməmişdir. Hadisə yerinə baxış zamanı fotoşəkillər çəkilərək yol-nəqliyyat hadisəsinin necə baş verməsi barədə sxem tərtib olunmuşdur. Keçirilmiş baxışın nəticəsinə dair müstəntiq tərəfindən protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuşdur. Tərtib edilmiş protokol və hadisə yerinin sxemi baxışda iştirak etmiş bütün iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertiza və patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 14 dekabr 2022-ci il tarixli, 32 nömrəli rəyində göstərilmişdir ki, X1 bədəni üzərində aşağıdakı xəsarətlər: travma şoku. Müştərək ağır dərəcəli açıq kəllə beyin travması. Ağır dərəcəli beyin əzilməsi. Subaraxnoidal və subdural qansızma. Sağ alın sümüyünün, burun və üz sümüklərinin sağ tərəfli açıq - çoxqəlpəli sınıqları. Döş qəfəsinin sol yarısında İİİ-İV-V qabırğaların qapalı sınıqları. Üzün və alt çənənin yumşaq toxumalarının əzilmiş - cırılmış yarası. X1 bədəni üzərində olan xəsarətlər həyatidirlər, qərarın təsviri hissəsində göstərilmiş avtomobil qəzası nəticəsində əmələ gəlmələri inkar olunmur və törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixinə uyğun gəlirlər və bu da, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb - müştərək ağır açıq kəllə beyin travması, ağır dərəcəli beyin əzilməsi nəticəsində subaraxnoidal - subdural qansızma-sağ alın-üz sümüklərinin sağ tərəfli müşayət edilən travma şoku və beyin ödemi olmuşdur. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi təhqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. X1 ölümü xx.xx.2022-ci il tarixdə saat 12:18 radələrində Göyçay RMX-ya aqonal, bioloji ölüm vəziyyətində gətirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə yol-nəqliyyat ekspertizasının 06 fevral 2023-cü il tarixli, 8/210 nömrəli rəyində göstərilmişdir ki, sürücü Zəkəryəyev idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Vaz 21063» markalı avtomobili Bığır – Hacalıkənd yolunda Göyçay şəhəri istiqamətində 40-50 km/saat sürətlə hərəkət edərkən avtomobilin qabaq sağ qanadının qabaq hissəsi ilə hərəkət hissəsinin sağ kənarı ilə hərəkətdə olan piyadan vurmuşdur. Piyadanın vurulma yeri Göyçay çəhəri istiqamətində hərəkət hissəsinin sağ kənarından 1,0 metr, sol kənarında isə 4 metr məsafədə yerləşir. Göstərilən vəziyyətdə «Vaz 21063» markalı avtomobilin sürücüsü Zəkəryəyev “Yol hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini rəhbər tutmalı idi. Həmin maddənin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Mövcud şəraitdə sürücü Zəkəryəyev hərəkət zamanı diqqətin daim dəyişən yol şəraitində və avtomobilin idarə etməsindən yayındırmamalı, qarşıda hərəkət hissəsinin sağ kənarı ilə piyadanın hərəkətdə olmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi «Vaz 21063» markalı avtomobilin sürətini azaltmalı və hərəkət hissəsinin sağ kənarı ilə hərəkətdə olan piyadanın yanında təhlükəsiz yan məsafəsi saxlamaqla keçib getməli idi. İstintaq tərəfindən müəyyən edildiyi kimi, sürücü Zəkəryəyevin idarə etdiyi VAZ- 21063 markalı avtomobili Bığır-Hacalıkənd yolunda Göyçay şəhəri istiqamətində 40- 50km/saat sürətlə hərəkət etdirərkən qarşıda hərəkət hissəsinin sağ kənarı piyadanın hərəkətdə olması, hərəkət hissəsinin sağ kənarı ilə hərəkətdə olan piyadanın avtomobilin qabaq sağ qanadının qabaq hissəsi ilə vurulması və piyadanın vurulma yerinin avtomobilin hərəkəti istiqamətində hərəkət hissəsinin sağ kənarından sola doğru 1 .Ornetr məsafədə yerləşməsi faktları onu izah edir ki, mövcud hadisənin baş verməsi sürücü Zəkəryəyevin hərəkət təhlükəsizliyini təmin etməyən hərəkətləri ilə əlaqədar olmuşdur. Ona görə də, tədqiq olunan şəraitdə VAZ-21063 markalı avtomobilin sürücüsü Zəkəryəyevin hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. «Vaz 21063» markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, sürücü Zəkəryəyev idarə etdiyi Vaz-21063 markalı avtomobilil Bığır-Hacalıkənd yolunda Göyçay şəhəri istiqamətində 40-50km/saat sürətlə hərəkət: etdirərkən avtomobilin qabaq sağ qanadının qabaq hissəsi ilə hərəkət hissəsinin sağ kənar» ilə hərəkətdə olan piyadanı vurmuşdur .Piyadanın vurulma yeri Göyçay şəhəri istiqamətində hərəkət hissəsinin sağ İ kənarından 1,0metr, sol kənarından isə 4 metr məsafədə yerləşir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 03 dekabr 2022-ci il tarixdə saat 19 radələrində özünə məxsus “Vaz 21063” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2019-cu il tarixli, AD 204600 seriyalı, “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında sürücülük hüququ olmaqla ayıq vəziyyətdə idarə edib Göyçay rayon Bığır və Hacalıkənd kəndləri arasında olan yolda Göyçay şəhəri istiqamətində hərəkətdə olarkən “Yol Hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, yəni, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və bu maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə əməl etməyərək idarə etdiyi avtomobilin qabaq sağ qanadının ön hissəsi ilə piyada X5 ehtiyatsızlaqdan vuraraq yolun sağ hərəkət hissəsinə yıxmaqla sağlamlığına travma şoku, müştərək ağır dərəcəli açıq kəllə beyin travması, ağır dərəcəli beyin əzilməsi, subaraxnoidal və subdural qansızma, sağ alm sümüyünün, burun və üz sümüklərinin sağ tərəfli açıq - çoxqəlpəli sınıqları, döş qəfəsinin sol yarısında İİİ - İV - V qabırğaların qapalı sınıqları, üzün və alt çənənin yumşaq toxumalarının əzilmiş-cırılmış yarası xəsarətləri ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid edilən, müştərək ağır açıq kəllə beyin travması, ağır dərəcəli beyin əzilməsi nətcəsində subaraxnoidal-subdural qansızma, sağ alm-üz sağ tərəfli müşayiət edilən travma şoku və beyin ödemi nəticəsində ehtiyatsızlıqdan X3 ölümünə səbəb olan yol- nəqliyyat hadisəsi törətmiş, həmin əməl isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkibini təşkil edir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, qəsdin obyektinin yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərin təşkil etməsini, cinayət əməlinin ehtiyatsızlıqdan törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxs tərəfindən ilk dəfə olaraq ehtiyyatsızlıqdan az ağır cinayətin törədilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş zərərin aradan qaldırılmasını,onunla barışıq əldə etməsini və himayəsində 2 azyaşlı uşaqlarının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar olmasını və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası hədləri daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli,cəzasını CM-nin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza tədqiqatının 170 manat məbləğində dəyəri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin üzərinə qoyularaq ondan tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan “Vaz 21063” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə şərh olunanları və Azərbaycan Respublikası CPM-nın 351-353-cü,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 170 manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan“Vaz 21063” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-63/2023
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-63/2023
18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver