Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-63/2024 31.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 15:15-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvələr Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 69.3cü maddəsinə əsasən 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu olan, Göyçay şəhəri, Bakı küçəsi, ev 62-də qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni təmiz çəkisi 0,552 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 04 yanvar 2024-cü il tarixdə saat 16:30 radələrində Göyçay RPŞ-nin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanda yerləşən Göyçay RPŞ-yə gətirilmiş və həmin gün saat 17:15-də X3 üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının ön sağ yan cibindən “Kent" markalı siqaret qutusunun içərisində sellofana bükülmüş 1 ədəd qara ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,552 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki,təxminən 7-8 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində Göyçay şəhəri, Nərimanov küçəsində olarkən əynində olan qara rəngli şalvarının ön sol yan cibində Kent markalı siqaret qutusunun içərisində bir bükümdə narkotik vasitə olan heroin saxlamış, orada dayanan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra isə ona narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu,şəxsi axtarış keçirtmək istədiklərini bildirib onu polis şöbəsinə dəvət etmişlər. Onlara etiraz etməmiş, Göyçay rayon Polis Şöbəsində özünün seçdiyi vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış zamanı üzərində hər hansı qadağan olunmuş əşyanın və ya narkotik vasitənin olub-olmaması soruşulmuş və vardırsa təqdim etməyi təklif edilmişdir. Həmin vaxt o, əynində olan qara rəngli şalvarının ön sol yan cibindən Kent markalı siqaret qutusunu, şalvarının ön sağ yan cibindən 1 ədəd alışqanı, özünə məxsus şəxsiyyət vəsiqəsini, azərcell mobil nömrəsinin qabını, şalvarının arxa sağ yan cibindən 3 ədəd 1 manatlıq pul əskinazmı, gödəkçənin cibindən isə 1 ədəd BQ markalı mobil telefonunu təqdim etmiş və həmçinin üzərindən boş salfetlər aşkar olunmuşdur. Kent markalı siqaret qutusunun içərisindən sellofan bükümün içərisindəki 1 ədəd kağız bükümdə qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə heroin, həmin narkotik vasitəni qəbul edərkən istifadə etdiyi gümüşü falqalar və kağız parçaları aşkar olunmuşdur. Polis əməkdaşları vəkilinin iştirakı ilə Kent markalı siqaret qutusunun içərisində olan həmin bükümü açaraq baxış keçirmiş, bundan sonra həmin bükümdə olan narkotik vasitə elektron tərəzidə çəkilmiş, sellofan və kağızla birlikdə çəkisi 0,84 qram gəlmişdir. Bundan sonra həmin narkotik vasitə olan büküm və narkotik vasitəni istifadə etdiyi falqa kağızları zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmış, bundan başqa ona məxsus 1 ədəd BQ markalı mobil telefon və 1 ədəd nömrə qabı sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüş, digər əşyalar isə özünə qaytarılmışdır. Həmin narkotik vasitəni tanışı olan Faiq adlı şəxslə birlikdə istifadə etmək üçün Faiq tanımadığı şəxsdən 20 manat müqabilində əldə etmişdir. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, ona ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində mütəmadi olaraq narkotik vasitələr saxlaması, gəzdirməsi və istifadə etməsi ilə barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərinə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs olduğu yer barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında saat 16:30 radələrində CAB-ın əməkdaşları Şahid2 və Şahid3 ilə birlikdə Göyçay şəhəri, N.Nərimanov küçəsində Təqsirləndirilən şəxs müəyyən edib yaxınlaşaraq özlərini təqdim etmiş və xidməti vəsiqələrini göstərərək barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib Göyçay RPŞ-nə dəvət etmişlər. Şöbədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil X4 müdafiəçi kimi iştirakı təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən içərisində bir bükümdə narkotik vasitə olan heroin və falqaların olduğu Kent markalı siqaret qutusunu, həmçinin üzərindən 1 ədəd alışqan, 1 ədəd şəxsiyyət vəsiqəsi, mobil nömrə qabı, 3 ədəd 1 manatlıq pul əskinazı və 1 ədəd BQ markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra 1 bükümdə olan narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə çəkisi 0,84 qram gəlmişdir. Həmin narkotik vasitə olan büküm və narkotik vasitəni istifadə etdiyi falqa kağızları zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa Elmirə məxsus 1 ədəd BQ markalı mobil telefon götürülmüş, digər əşyalar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən içərisində bir bükümdə narkotik vasitə olan heroin və falqaların olduğu Kent markalı siqaret qutusunu, həmçinin üzərindən 1 ədəd alışqan, 1 ədəd şəxsiyyət vəsiqəsi, mobil nömrə qabı, 3 ədəd 1 manatlıq pul əskinazı və 1 ədəd BQ markalı mobil telefonu çıxardaraq masanın üzərinə qoymuşdur. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş, onun çəkisi selofan bükümlə birlikdə 0,84 qram olmuşdur. Bundan sonra da müvafiq protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 05 yanvar 2024-cü il tarixli, 17/14 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vəkil Rasim Vəliyev /imza/ Şübhəli Təqsirləndirilən şəxs /imza/ sözləri imzalar və adlar yazılmış zərfin içərisində sellofan bükülmüş 01 (bir) ədəd qara ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,552 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 01 ( bir) ədəd gümüşü falqanın üzərində olan cüzi miqdarda olduqlarına görə təmiz çəkilərini müəyyən etmək mümkün olmamış, digər 01 (bir) ədəd gümüşü falqanın üzərində narkotik vasitə hissəcikləri aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd gümüşü falqanın üzərindən aşkar edilmiş heroin hissəcikləri cüzi miqdarda olduğuna görə həmin obyektlə sellofana bükülmüş 01 ( bir) ədəd qara-ağ rəngli kağız bükümdə olan heroinin müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmamışdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. Tədqiqatda sərf olundu - 0,050 qram, qalıq - 0,502 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 03 aprel 2024-cü il tarixli, 566 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X8 ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli,128 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs nevrosteniya ,nevrotik reaksiyalarla XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F48,0 xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən nevrosteniya ,nevrotik reaksiyalarla XBT- 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F48,0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o,öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək,yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur,yəni anlaqlı olmuşdur.Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu əlamətləri aşkar edilmir.Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşmür.Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 04 yanvar 2024-cü il tarixdə, saat 16.45də şübhəli şəxs qismində tutulmuş, 06 yanvar 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 13.00-da MSY-dən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş tələbnamədən və Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,552 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər məhkum edilməsini, məhkumluğu olan hesab edilməsini, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə cəzanı yüngülləşdirən halların olmadığını, cinayətlərin residivini isə iş üzrə cəzanı ağırlaşdıran hal olduğunu nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddləri daxilində CM-in 65.2-ci maddəsinin residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz tələbi nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin olunaraq,o yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk və 1 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,502 qram narkotik vasitə heroin Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməlidir. Ekspertiza tədqiqatının 71 manat 94 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalında həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı xx.xx.2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,502 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk və 1 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının 71 manat 94 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-63/2024
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-63/2024
31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver