Məhkəmə qərarları › İş №1(046)-64/2021

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-64/2021

08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-64/2021 08.09.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə 08 sentyabr 2021-ci il tarixdə Göyçay şəhərində xx xxxx 1994-cü ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, evli, Qəbələ rayonu, Böyük Pirəli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə, təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 30 mart 2021ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Göyçay rayonu, 2-ci Ərəbcəbirli kəndində yerləşən, saxlanc yeri hesab olunan “Lüks market” mağazasının giriş qapısını sındırmaqla mağazaya qanunsuz daxil olaraq, mağazadan hər biri 1 manat dəyərində 20 ədəd, hər biri 2 manat dəyərində 10 ədəd, hər biri 3 manat dəyərində 9 ədəd “Azərcell” mobil operatoruna məxsus danışıq kartlarını, hər biri 1 manat dəyərində 28 ədəd, hər biri 2 manat dəyərində 13 ədəd, hər biri 3 manat dəyərində 7 ədəd “Bakcell” mobil operatoruna məxsus danışıq kartlarını, hər biri 3 manat 40 qəpik dəyərində 3 ədəd “Vinston” markalı, hər biri 3 manat 60 qəpik dəyərində 3 ədəd “Kent 4” markalı, hər biri 3 manat 60 qəpik dəyərində 3 ədəd “Kent 8” markalı siqaretləri və 176 manat nağd pulu gizli yolla talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 349 manat 80 qəpik dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 05 aprel 2021-ci il tarixdə saat 00 radələrində Zərərçəkmiş şəxs məxsus Göyçay rayonu, 2-ci Ərəbcəbirli kəndində yerləşən, saxlanc yeri hesab olunan “Lüks market” mağazasının giriş qapısını sındırmaqla mağazaya qanunsuz daxil olaraq, mağazadan bir ədədi 3,90 manat dəyərində olan 79 ədəd “sobranie” markalı siqaretləri, bir ədədi 3,60 manat dəyərində olan 48 ədəd “kent” markalı siqaretləri, bir ədədi 2,80 manat dəyərində olan 20 ədəd “LD” markalı nazik siqaretləri, bir ədədi 2,60 manat dəyərində olan 16 ədəd “LD” markalı kompakt siqaretləri, bir ədədi 1,80 manat dəyərində olan 70 ədəd “Arqo” markalı siqaretləri, bir ədədi 2,50 manat dəyərində olan 33 ədəd “Pallmall” markalı siqaretləri, bir ədədi 1,80 manat dəyərində olan 13 ədəd “Bakı” markalı siqaretləri, bir ədədi 2 manat dəyərində olan 83 ədəd “Magna” markalı siqaretləri, bir ədədi 2 manat dəyərində olan 65 ədəd “Veqas” markalı siqaretləri, bir ədədi 2 manat dəyərində olan 45 ədəd “Arqo” markalı kompakt siqaretləri, bir ədədi 2,50 manat dəyərində olan 29 ədəd “Rothmans” markalı siqaretləri, bir ədədi 2 manat dəyərində olan 28 ədəd “Viceroy” markalı siqaretləri, bir ədədi 2,80 manat dəyərində olan 40 ədəd “Daviddoff” markalı siqaretləri, bir ədədi 2 manat dəyərində olan 43 ədəd “Prima” markalı siqaretləri, bir ədədi 1,80 manat dəyərində olan 38 ədəd “Kinqston” markalı siqaretləri, bir ədədi 2 manat dəyərində olan 30 ədəd “Senat” markalı siqaretləri, bir ədədi 2,30 manat dəyərində olan 56 ədəd “Vest” markalı siqaretləri, bir ədədi 3,40 manat dəyərində olan 71 ədəd “Vinston” markalı siqaretləri, bir ədədi 2,20 manat dəyərində olan 38 ədəd “Vant” markalı siqaretləri, bir ədədi 2,40 manat dəyərində olan 48 ədəd “Vant x line” markalı siqaretləri, həmçinin 1000 manat dəyərində 1 ədəd “Acer” markalı komputeri və 20 manat dəyərində 1 ədəd “Nokia” markalı mobil telefonu gizli yolla talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 3240 manat 30 qəpik dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 29 mart 2021-ci il tarixdə Göyçay şəhərinə gəlib Səməd adlı dostu ilə görüşmüş, onunla söhbət edib, çay içdikdən sonra piyada “Lüks market” mağazasının yanına getmişdir. Təxminən saat 01 radələrində mağazanın yanına gəlmiş, heç kimin olmadığına əmin olduqdan sonra mağazanın arxa tərəfindən damına çıxmış və damda olan boşluqdan mağazanın içərisinə daxil olmuşdur. Bu zaman mağazanın içərisində plastik giriş qapısının açarla bağlı olduğunu gördükdən sonra şüşəni sındırıb içəri daxil olmuşdur. Həmin vaxt mağazadan 45 manat kağız pul, 5 manat məbləğində qəpik pullar, ümumilikdə 4 qutu “kent” və “sobranie” markalı siqaretlər və 55 manat məbləğində isə mobil danışıq kartları oğurlamışdır. Həmin əşyaları ciblərinə yığdıqdan sonra mağazanı tərk etmiş və Göyçay şəhərinin mərkəzinə qayıtmışdır. Həmin gün dostu Səmədə məxsus evdə qalmışdır. Ertəsi gün həmin mobil danışıq kartlarını satması üçün dostu Səmədə vermiş və Səməd də ona ümumilidə 45 manat pul vermişdir. 04 aprel 2021-ci il tarixdə saat 23 radələrində Göyçay şəhərinə gəlmişdir. Yenə də həmin dostları ilə görüşüb, çay içdikdən sonra piyada “Lüks market” mağazasının yanına gəlmişdir. Ətrafa nəzər salıb, heç kimin olmadığına əmin olduqdan sonra əvvəlki qayda ilə mağazaya daxil olmuşdur. Həmin vaxt mağazadan müxtəlif markalı siqaretləri vitrindən götürmüş, iki ədəd sellofan torbalara yığmışdır. Bundan başqa bir ədəd “Nokia” markalı mobil telefon və “Acer” markalı komputeri götürüb, mağazadan çıxmışdır. Komputeri götürməkdə məqsədi olmuşdur ki, mağazada quraşdırılmış kameraların video görüntüsünü məhv etsin. Buna görə də komputeri mağazadan çıxdıqdan sonra sındırıb, yolun kənarına atmışdır. Bundan sonra Ağdaş yolunun kənarında dayanıb, yoldan keçən maşınlardan birini saxlatmış və həmin avtomobilə əyləşib, Qəbələ rayonunda yaşadığı evə getmişdir. Ertəsi gün 05 aprel 2021-ci il tarixdə isə oğurladığı siqaretləri Qəbələ şəhərində Mərkəzi Bazarda satmışdır.Törətdiyi əməlindən peşmandır, zərəçəkmiş şəxsə dəymiş ziyandan məhkəmə baxışı zamanı 800 manat ödəmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 29.03.2021-ci il tarixdə saat 23 radələrində mağazanı bağlayaraq yaşadığı evə getmiş, 30.03.2021-ci il tarixdə anası Şahid1 səhər saatlarında mağazanı açmağa getmiş, mağazaya girəndə qapının şüşəsinin sındırıldığını görmüş və dərhal ona zəng edərək mağazanın qapısının şüşəsinin qırıldığını bildirmişdir. Mağazaya gələrək müşahidə kamerasına baxarkən həmin gün saat 00:26 radələrində tanımadığı şəxs mağazanın içərisinə daxil olaraq oğurluq etdiyini kamerada görmüşdür. Buna görə də dərhal Göyçay rayon polis şöbəsinə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilmişdir. Bu zaman mağazadan 20 ədəd 1 manatlıq, 10 ədəd 2 manatlıq, 9 ədəd 3 manatlıq “Azərcell” mobil operatoruna məxsus danışıq kartları, 28 ədəd 1 manatlıq, 13 ədəd 2 manatlıq və 7 ədəd 3 manatlıq “Bakcell” mobil operatoruna məxsus danışıq kartları, həmçinin hər biri 3 manat 40 qəpik dəyərində olan 3 ədəd “Vinston” markalı, hər biri 3 manat 60 qəpik dəyərində olan 3 ədəd “kent 4” markalı və hər biri 3 manat 60 qəpik dəyərində olan 3 ədəd “kent 8” markalı siqaretlərin, habelə 153 manat kağız pul və 23 manatlıq qəpiklərinin oğurlandığını müəyyən etmiş və ona ümümillikdə 349 manat 80 qəpik maddi ziyan dəymişdir. 04.04.2021-ci il tarixdə də saat 22 radələrində mağazanı bağlayıb evə gəlmiş, mağazanın içərisində videokamera quraşdırmış və həmin videogörüntüləri özünə məxsus mobil telefon vasitəsilə izləmişdir. Evdə olarkən təxminən saat 00 radələrində mobil telefondan həmin videogörüntülərə baxarkən mağazanın içərisinin dağıdıldığını gördükdən sonra dərhal mağazaya gəlmiş və polisə məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra mağazaya baxış keçirilmişdir. Həmin vaxt mağazasından bir ədədi 3,90 manat dəyərində olan 79 ədəd “sobranie” markalı siqaretlər, bir ədədi 3,60 manat dəyərində olan 48 ədəd “kent” markalı siqaretlər, bir ədədi 2,80 manat dəyərində olan 20 ədəd “LD” markalı nazik siqaretlər, bir ədədi 2,60 manat dəyərində olan 16 ədəd “LD” markalı kompakt siqaretlər, bir ədədi 1,80 manat dəyərində olan 70 ədəd “Arqo” markalı siqaretlər, bir ədədi 2,50 manat dəyərində olan 33 ədəd “Pallmall” markalı siqaretlər, bir ədədi 1,80 manat dəyərində olan 13 ədəd “Bakı” markalı siqaretlər, bir ədədi 2 manat dəyərində olan 83 ədəd “Magna” markalı siqaretlər, bir ədədi 2 manat dəyərində olan 65 ədəd “Veqas” markalı siqaretlər, bir ədədi 2 manat dəyərində olan 45 ədəd “Arqo” markalı kompakt siqaretlər, bir ədədi 2,50 manat dəyərində olan 29 ədəd “Rothmans” markalı siqaretlər, bir ədədi 2 manat dəyərində olan 28 ədəd “Viceroy” markalı siqaretlər, bir ədədi 2,80 manat dəyərində olan 40 ədəd “Daviddoff” markalı siqaretlər, bir ədədi 2 manat dəyərində olan 43 ədəd “Prima” markalı siqaretlər, bir ədədi 1,80 manat dəyərində olan 38 ədəd “Kinqston” markalı siqaretlər, bir ədədi 2 manat dəyərində olan 30 ədəd “Senat” markalı siqaretlər, bir ədədi 2,30 manat dəyərində olan 56 ədəd “Vest” markalı siqaretlər, bir ədədi 3,40 manat dəyərində olan 71 ədəd “Vinston” markalı siqaretlər, bir ədədi 2,20 manat dəyərində olan 38 ədəd “Vant” markalı siqaretlər, bir ədədi 2,40 manat dəyərində olan 48 ədəd “Vant x line” markalı siqaretlər, 1000 manat dəyərində bir ədəd “Acer” markalı, notebook kompyuter və 20 manat dəyərində 1 ədəd “Nokia” markalı mobil telefon oğurlanmış, hadisə nəticəsində ona 3240 manat 30 qəpik (üç min iki yüz qırx manat otuz qəpik) dəyərində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyandan Təqsirləndirilən şəxs 800 manatını ödəmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, Göyçay şəhəri R.Rza küçəsində özünə məxsus fərdi yaşayış evinin həyətində mağazası vardır. Şahid2 onun yaşadığı küçədən bir küçə aralıda yaşayır. Şahid2 onun mağazasına gələrək xəstəsi olduğunu və buna görə də pula ehtiyacı olduğunu bildirmiş, qonşuluqdakı mağazadan nisyə aldığı danışıq kartları satmaq istədiyini bildirmişdir. Səmədə köməklik etmək məqsədilə həmin Azercell kartlarını Səməddən almışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, 30.03.2021-ci il tarixdə səhər saatlarında mağazanı açmağa getmiş, mağazanı açıb içəri daxil olduqda qapının şüşəsinin sındırıldığını görmüş və dərhal oğlu Elvinə zəng edərək mağazanın qapısının şüşəsinin qırıldığını bildirmişdir. Bundan sonra Elvin mağazaya gəlmiş və dərhal Göyçay rayon polis şöbəsinə gedərək bu barədə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları hadisə yerinə baxış keçirdikdən sonra müəyyən olunmuşdur ki, mağazadan 20 ədəd 1 manatlıq, 10 ədəd 2 manatlıq, 9 ədəd 3 manatlıq “Azərcell” mobil operatoruna məxsus danışıq kartları, 28 ədəd 1 manatlıq, 13 ədəd 2 manatlıq və 7 ədəd 3 manatlıq “Bakcell” mobil operatoruna məxsus danışıq kartları, həmçinin hər biri 3 manat 40 qəpik dəyərində olan 3 ədəd “Vinston” markalı, hər biri 3 manat 60 qəpik dəyərində olan 3 ədəd “kent 4” markalı və hər biri 3 manat 60 qəpik dəyərində olan 3 ədəd “kent 8” markalı siqaretlər, habelə 153 manat kağız pul və 23 manatlıq qəpiklər oğurlanmış və onlara ümümillikdə 349 manat 80 qəpik maddi ziyan dəymişdir. Oğlu Elvin 04.04.2021-ci il tarixdə də saat 22 radələrində mağazanı bağlayıb evə gəldikdən sonra mağazanın içərisində videokamera quraşdırdığını və həmin videogörüntüləri özünə məxsus mobil telefon vasitəsilə izlədiyini bildirmişdir. Elvin evdə olarkən təxminən saat 23 radələrində mobil telefondan həmin videogörüntülərə baxarkən mağazanın içərisinin dağıdıldığını görmüş və buna görə də dərhal mağazaya getmişdir. Bundan sonra Elvin ona bildirmişdi ki, 1000 manat dəyərində bir ədəd “Acer” markalı notebook kompyuter və 20 manat dəyərində 1 ədəd “Nokia” markalı mobil telefon və 2220 manat dəyərində siqaretlər mağazadan oğurlanmışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 30 mart 2021-ci il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Göyçay rayonu, 2-ci Ərəbcəbirli kəndində yerləşən, saxlanc yeri hesab olunan “Lüks market” mağazasının giriş qapısını sındırmaqla mağazaya qanunsuz daxil olaraq, mağazadan hər biri 1 manat dəyərində 20 ədəd, hər biri 2 manat dəyərində 10 ədəd, hər biri 3 manat dəyərində 9 ədəd “Azərcell” mobil operatoruna məxsus danışıq kartlarını, hər biri 1 manat dəyərində 28 ədəd, hər biri 2 manat dəyərində 13 ədəd, hər biri 3 manat dəyərində 7 ədəd “Bakcell” mobil operatoruna məxsus danışıq kartlarını, hər biri 3 manat 40 qəpik dəyərində 3 ədəd “Vinston” markalı, hər biri 3 manat 60 qəpik dəyərində 3 ədəd “Kent 4” markalı, hər biri 3 manat 60 qəpik dəyərində 3 ədəd “Kent 8” markalı siqaretləri və 176 manat nağd pulu gizli yolla talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 349 manat 80 qəpik dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 05 aprel 2021-ci il tarixdə gecə saat 00 radələrində Zərərçəkmiş şəxs məxsus Göyçay rayonu, 2-ci Ərəbcəbirli kəndində yerləşən, saxlanc yeri hesab olunan “Lüks market” mağazasının giriş qapısını sındırmaqla mağazaya qanunsuz daxil olaraq, mağazadan bir ədədi 3,90 manat dəyərində olan 79 ədəd “sobranie” markalı siqaretləri, bir ədədi 3,60 manat dəyərində olan 48 ədəd “kent” markalı siqaretləri, bir ədədi 2,80 manat dəyərində olan 20 ədəd “LD” markalı nazik siqaretləri, bir ədədi 2,60 manat dəyərində olan 16 ədəd “LD” markalı kompakt siqaretləri, bir ədədi 1,80 manat dəyərində olan 70 ədəd “Arqo” markalı siqaretləri, bir ədədi 2,50 manat dəyərində olan 33 ədəd “Pallmall” markalı siqaretləri, bir ədədi 1,80 manat dəyərində olan 13 ədəd “Bakı” markalı siqaretləri, bir ədədi 2 manat dəyərində olan 83 ədəd “Magna” markalı siqaretləri, bir ədədi 2 manat dəyərində olan 65 ədəd “Veqas” markalı siqaretləri, bir ədədi 2 manat dəyərində olan 45 ədəd “Arqo” markalı kompakt siqaretləri, bir ədədi 2,50 manat dəyərində olan 29 ədəd “Rothmans” markalı siqaretləri, bir ədədi 2 manat dəyərində olan 28 ədəd “Viceroy” markalı siqaretləri, bir ədədi 2,80 manat dəyərində olan 40 ədəd “Daviddoff” markalı siqaretləri, bir ədədi 2 manat dəyərində olan 43 ədəd “Prima” markalı siqaretləri, bir ədədi 1,80 manat dəyərində olan 38 ədəd “Kinqston” markalı siqaretləri, bir ədədi 2 manat dəyərində olan 30 ədəd “Senat” markalı siqaretləri, bir ədədi 2,30 manat dəyərində olan 56 ədəd “Vest” markalı siqaretləri, bir ədədi 3,40 manat dəyərində olan 71 ədəd “Vinston” markalı siqaretləri, bir ədədi 2,20 manat dəyərində olan 38 ədəd “Vant” markalı siqaretləri, bir ədədi 2,40 manat dəyərində olan 48 ədəd “Vant x line” markalı siqaretləri, həmçinin 1000 manat dəyərində 1 ədəd “Acer” markalı komputeri və 20 manat dəyərində 1 ədəd “Nokia” markalı mobil telefonu gizli yolla talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 3240 manat 30 qəpik dəyərində maddi ziyan vurmaqla oğurlayaq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir və ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hal kimi, eləcədə cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10.04.2021-ci il tarixli qərara əsasən şübhəli şəxs qismində tutulmuş, 12.04.2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs nun həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə zalından həbsə alınmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 08.09.2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə hüquqlarını 8 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 8 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan bir ədəd “Nokia” markalı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 2 gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrumetmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 08.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs göstərilmiş 8 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar