Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-64/2025 28.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Dövlət ittihamçısı X4, Müdafiəçi2, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Göyçay rayonu Potu kəndində qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Dadaşova (Rzayeva) Zərifə Xəqani qızı cavabdeh kimi ondan, 02 iyun 2022-ci il tarixdən hesablanmaqla 12 avqust 2013-cü il təvəllüdlü X10, 13 yanvar 2015-ci il təvəllüdlü X6, 22 avqust 2016-cı il təvəllüdlü X7 və 20 avqust 2019-cu il təvəllüdlü X8 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(107)-639/2022 saylı, 02 iyun 2022-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Göyçay Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 3(046)- 87/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1- ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində, həmin məhkəmənin 11 oktyabr 2023-cü il tarixli, 3(046)-327/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1 - 1 -ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində, 27 fevral 2024-cü il tarixli, 3(046)-177/2024 saylı qərarı ilə 1500 manat məbləğində, sonuncu dəfə 20 sentyabr 2024-cü il tarixli, 3(046)-327/2023 saylı qərarı ilə 1000 manat məbləğində inzibati qaydada cərimə edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 25 iyun 2023-cü il, 04 iyul 2024- cü il və 27 sentyabr 2024-cü il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 17 dekabr 2024-cü il tarixinə kimi 6000 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxslə qohumlarının vasitəsilə tanış olmuş və belə münasibətləri yaranmışdır. Təxminən 2012-ci il tarixdə el adəti ilə ailə həyatı qurmuşlar, 2013-cü il tarixdə Rusiya Federasiyasında evliliklərini rəsmiləşdirmişlər. Evliliklərindən 12 avqust 2013-cü il təvəllüdlü X10, 13 yanvar 2015-ci il təvəllüdlü X6, 22 avqust 2016-cı il təvəllüdlü X7 və 20 avqust 2019-cu il təvəllüdlü X8 adlı övladları dünyaya gəlmişdir. Evləndikdən sonra Rusiya Federasiyasının Moskva şəhərində yaşamışlar. Həmin vaxtlar işləməmiş, evdar qadın olmuşdur. İlk vaxtlar Eşqin ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, Eşqin və valideynləri daim onunla dalaşdığından, təhqir etdiklərindən ayrılmaq qərarına gəlmişdir. Nikahın pozulması ilə bağlı qərar Rusiya Federasiyasında çıxarılmışdır. Bundan sonra Eşqin himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-639/2022 saylı, 02 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən ondan 02 iyun 2022-ci il tarixdən hesablanmaqla 12 avqust 2013-cü il təvəllüdlü X10, 13 yanvar 2015-ci il təvəllüdlü X6, 22 avqust 2016-cı il təvəllüdlü X7 və 20 avqust 2019-cu il təvəllüdlü X8 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. Hazıradək heç bir aliment ödəyə bilməmişdir. Maddi imkanının kifayət qədər olmadığından, ailəsində problemlər olduğundan ödəməmişdir. Qeyd etmişdir ki, hissəvi ödənişlər etməyə imkanı müəyyən vaxtlar olmuş, lakin alimenti tam olaraq 200 manat ödəməli olduğunu düşündüyündən həmin aralar hissəvi olaraq belə ödəniş etməmişdir. Alimenti ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, Göyçay Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qərarı ilə 500 manat məbləğində, həmin məhkəmənin 11 oktyabr 2023-cü il tarixli qərarı ilə 1000 manat məbləğində, 27 fevral 2024-cü il tarixli qərarı ilə 1500 manat məbləğində, sonuncu dəfə 20 sentyabr 2024-cü il tarixli qərarı ilə 1000 manat məbləğində inzibati qaydada cərimə edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Təqdimat verilən günə, yəni 17 dekabr 2024-cü il tarixə kimi Zərərçəkmiş şəxs ödənməmiş aliment borcu 6000 manat təşkil etmişdir. Hazırda işləmir. Əvvəllər Göyçay Rayonunda yaşadığı vaxtlarda saç ustası peşəsinə yiyələnmiş, az müddət işləsə də, sonradan işini davam etdirməmişdir. Sonralar işləmək istəsə də, qardaşları Göyçay rayonunda mütəmadi ünsiyyətdə olan işlərdə çalışmağına icazə verməmişdirlər. Məşğulluq Mərkəzində 04 iyun 2024-cü il tarixdən işsiz kimi qeydiyyata durmuşdur. Həmin günədək mərkəzin mövcudluğundan xəbərsiz olmuşdur. Bildirmişdir ki, boşandıqdan sonra Nicat Dadaşovla ailə həyatı qurmuş,hazırda 4 aylıq hamilədir, hamilə olduğunun nəzərə alınmasını xahiş edir. Törətdiyi əməlindən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Dadaşova (Rzayeva) Zərifə Xəqani qızını Göyçay rayon sakini kimi tanımış və belə münasibətləri yaranmışdır. Təxminən 2012-ci il tarixdə el adəti ilə ailə həyatı qurmuşlar sonradan Rusiya Federasiyasında evliliklərini rəsmiləşdirmişlər. Həmin evlilikdən 12 avqust 2013-cü il təvəllüdlü X10, 13 yanvar 2015-ci il təvəllüdlü X6, 22 avqust 2016-cı il təvəllüdlü X7 və 20 avqust 2019-cu il təvəllüdlü X8 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra yaşadığı Rusiya Federasiyasına köçmüşlər. Rusiya Federasiyasında yaşadıqları müddətdə Zərifə evdar xanım olmuş və o, ailəsinə daim diqqət yetirməklə, yüksək səviyyədə qayğısına qalmışdır. Əvvəllər Zərifə ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, Zərifə azyaşlı övladlarını evdə qoyub qaçıb getmiş, polis əməkdaşlarının həyata keçirdiyi axtarış tədbirlərindən sonra başqa ünvanda digər bir kişi ilə tapılmışdır. Bu hadisədən sonra ayrılmaq qərarına gəlmişdir. Rusiya Federasiyasında nikahın pozulması ilə bağlı məhkəmədə iddia qaldırmış və ayrılmışlar. Daha sonra səhhətində problemlər yaranmış, Rusiya Federasiyasında 3-cü dərəcəli əlillik pensiyası təyin edilmişdir. Həmçinin, şəkərli diabet xəstəsidir. Övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-639/2022 saylı, 02 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən Dadaşova (Rzayeva) Zərifə Xəqani qızından 02 iyun 2022-ci il tarixdən hesablanmaqla 12 avqust 2013-cü il təvəllüdlü X10, 13 yanvar 2015-ci il təvəllüdlü X6, 22 avqust 2016-cı il təvəllüdlü X7 və 20 avqust 2019-cu il təvəllüdlü X8 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 50,00 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Zərifənin yaşadığı yer üzrə Göyçay Rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Təqsirləndirilən şəxs (Rzayeva) alimentin ödənilməsi tələb olunsa da, daim ödəməyəcəyini bildirərək imtina etmişdir. Məhkəmə qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Göyçay Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli inzibati qərarına əsasən 500 manat məbləğində, 11 oktyabr 2023-cü il tarxili inzibati qərarına əsasən 1000 manat, 27 fevral 2024- cü il inzibati qərarına əsasən 1500 manat, sonuncu dəfə 20 sentyabr 2024-cü il tarixli inzibati qərarına əsasən 1000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Ümumilikdə 4 dəfə inzibati tənbeh edilməsindən heç bir nəticə çıxarmamışdır. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1- ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 17 dekabr 2024-cü il tarixə ödənməmiş aliment borcu 6000 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs (Rzayeva) hazırda ailə qurmuş və hazırda Abşeron rayonun, Xırdalan şəhərində yaşayır. Bildiyi qədəri ilə gözəllik salonunda saç ustası kimi fəaliyyət göstərir və yetərli qazanc əldə edir. Atası Rusiya Federasiyasının Moskva şəhərində aşpaz kimi fəaliyyət göstərir və təxminən Azərbaycanın məzənnəsi ilə 4000 manat əmək haqqı alır. Qeyd etmişdir ki, hazırda işləmədiyi üçün övladlarına baxmaqda çətinlik çəkir, belə ki, uşaqların təhsili, dayəyə və digər xərclərə ödənilən pullar kifayət etmir. Həmçinin bildirmişdir ki, səhhətində problemlər var, belə ki 1-ci dərəcəli şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Daim olaraq insulin qəbul edir. Zərifənin övladları ilə maraqlanmadığını, nə maddi, nə mənəvi dayaq durmadığını əlavə etmişdir. Dəfələrlə Zərifədən alimentin ödəməsini, övladları ilə maraqlanmasını tələb etəsə də, hər dəfə imtina etmişdir. Buna görə də Təqsirləndirilən şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Göyçay rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Şahid2 göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 02 iyun 2022ci il tarixli, 2(107)-639/2022 saylı icra vərəqəsinə əsasən 12 avqust 2013-cü il təvəllüdlü X10, 13 yanvar 2015-cü il təvəllüdlü X2, 22 avqust 2016-ci il təvəllüdlü X3 və xx.xx.2019cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün, hər ay hər uşaq üçün 50 manat olmaqla 200 manat məbləğində sabit pul məbləğində aliment Dadaşova (Rzayeva) Zərifə Xəqani qızından tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Borcun məcburi icrası üçün görülən tədbirlər də nəticə verməmişdir. Borclu Dadaşova (Rzayeva) Zərifə Xəqani qızına xəbərdarlıq olunaraq, icra sənədinin icrasını təmin etmək tələb edilmiş, lakin o, barəsində olan aliment pulunu tələbkarın xeyrinə ödəməmişdir. Aliment borcunu ödəməkdən yayındığına görə 26 yanvar 2023-cü il tarixində borclu Dadaşova (Rzayeva) Zərifə Xəqani qızı barəsində inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(046)- 87/2023 saylı qərarı ilə icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən icra etmədiyi üçün Dadaşova (Rzayeva) Zərifə Xəqani qızı Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Bundan sonra təkrarən dəfələrlə şöbəyə çağırılmış, lakin o, üzürlü səbəb göstərmədən çağırışa gəlməmiş və yaşayış yerini tərk etmişdir. Bu səbəbdən də 11 iyul 2023-cü il tarixdə yenidən Dadaşova (Rzayeva) Zərifə Xəqani qızının axtarılması haqqında qərar tərtib edilərək Göyçay rayon Polis Şöbəsinə göndərilmiş, 11 oktyabr 2023-cü il tarixində borclu Dadaşova (Rzayeva) Zərifə Xəqani qızı saxlanılaraq Göyçay rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu Dadaşova (Rzayeva) Zərifə Xəqani qızının izahatı alınmış və aliment borcunu ödəmədiyindən barəsində inzibati protokol tərtib edilərək Məhkəməyə təqdim edilmişdir. Göyçay rayon Məhkəməsinin 3(046)-627/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qərarı ilə icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nın 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona 1000 manat məbləğində inzibati cərimə təyin edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Dadaşova (Rzayeva) Zərifə Xəqani qızına rəsmi və şifahi xəbərdarlıqlar olunmasına baxmayaraq, tələb yenə icra olunmamışdır. Odur ki, 27 fevral 2024- cü il tarixdə onun barəsində yenidən inzibati protokol tərtib edilərək Məhkəməyə təqdim edilmiş və Göyçay rayon Məhkəməsinin 3(046)-177/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərarı ilə icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nın 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona 1500 manat məbləğində inzibati cərimə təyin edilmişdir. İnzibati tənbehdən sonra borclu Dadaşova (Rzayeva) Zərifə Xəqani qızına məsuliyyəti izah edilməklə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb edilmişdir. Göyçay rayon Məhkəməsinin 3(046)-712/2024 saylı, 20 sentyabr 2024-cü il tarixli qərarı ilə borclu Dadaşova (Rzayeva) Zərifə Xəqani qızı icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nın 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona 1000 manat məbləğində inzibati cərimə təyin edilmişdir. Bundan sonra borclu Dadaşova (Rzayeva) Zərifə Xəqani qızına məsuliyyəti izah edilməklə xəbərdarlıq edilmiş və izahatı alınmışdır. Lakin borclu, aliment borcunu ödəməyəcəyini bildirmişdir. Materiallardan göründüyü kimi borclu Dadaşova (Rzayeva) Zərifə Xəqani qızına Şəki Apellyasiya Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(107)-639/2022 saylı icra vərəqəsini və qətnaməsini ona dəfələrlə inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədi qanuni qüvvəyə mindikdən bu günə kimi aliment ödəməmiş və nəticədə onun ödənilməyən aylara görə 6000 manat aliment borcu yaranmışdır. Bu isə onun əməlində qərəzin olduğunu ifadə edir. Həmçinin tələbkar Zərərçəkmiş şəxs 15 oktyabr 2024-cü il tarixdə ərizə ilə şöbəyə müraciət edərək Dadaşova (Rzayeva) Zərifə Xəqani qızının barəsində Azərbaycan Respublikası CM-in 306.1 -ci maddəsi ilə cinayət işinin başlanılması üçün təqdimat verilməsini xahiş etmişdir. Cinayət işinə əlavə olunmuş Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, 12 avqust 2013-cü il təvəllüdlü X10, 13 yanvar 2015-ci il təvəllüdlü X6, 22 avqust 2016-cı il təvəllüdlü X7, 20 avqust 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmalı üçün hər ay hər uşaq üçün 50 (əlli) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment cavabdeh X1 tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Cinayət işinə əlavə edilmiş 25 iyun 2023-cü il, 04 iyul 2024-cü il və 27 sentyabr 2024-cü il tarixli xəbərdarlıq məktublarından, eyni zamanda Göyçay Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 3(046)-87/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli, 3(046)-327/2023 saylı, 27 fevral 2024-cü il tarixli, 3(046)-177/2024 saylı və 20 sentyabr 2024-cü il tarixli, 3(046)- 327/2023 saylı qərarlarından və digər sənədlərdən görünür ki, Dadaşova (Rzayeva) Zərifə Xəqani qızı həqiqətən Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(107)- 639/2022 saylı, 02 iyun 2022-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 02 iyun 2022-ci il tarixdən hesablanmaqla 12 avqust 2013-cü il təvəllüdlü X10, 13 yanvar 2015-ci il təvəllüdlü X6, 22 avqust 2016-cı il təvəllüdlü X7 və 20 avqust 2019-cu il təvəllüdlü X8 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(107)-639/2022 saylı, 02 iyun 2022-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Göyçay Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 3(046)-87/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1- ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində, həmin məhkəmənin 11 oktyabr 2023-cü il tarixli, 3(046)-327/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1 -1 -ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində, 27 fevral 2024-cü il tarixli, 3(046)-177/2024 saylı qərarı ilə 1500 manat məbləğində, sonuncu dəfə 20 sentyabr 2024-cü il tarixli, 3(046)-327/2023 saylı qərarı ilə 1000 manat məbləğində inzibati qaydada cərimə edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 25 iyun 2023-cü il, 04 iyul 2024- cü il və 27 sentyabr 2024-cü il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 17 dekabr 2024-cü il tarixinə kimi 6000 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirməklə, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəməyə təqdim edilmiş Göyçay RMX-nin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs 8-9 həftəlik hamilədir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olduğunu, hamilə olduğunu cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsnun cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yer getməmək qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 79.1.-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair»Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsində qeyd olunan şəxslərin cəzalarının çəkilməsinin təxirə salınması məsələsi həm hökm çıxarılarkən, həm də onlar cəzaçəkmə müəssisələrində cəza çəkərkən həll edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının cəkilməsi onun hamilə olduğu üçün və uşaq doğulduqdan sonra 14 yaşına çatanadək təxirə salınmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1.-ci maddəsi tətbiq edilməklə, hamilə olduğu dövrdə və uşaq doğulduqdan sonra 14 yaşına çatanadək cəzanın çəkilməsi təxirə salınsın. Təqsirləndirilən şəxs davranışına uşaq doğulduqdan sonra 14 yaşına çatanadək nəzarət Göyçay rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökmün faktiki icra olunduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yer getməmək qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-64/2025
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-64/2025
28.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver