Məhkəmə qərarları › İş №1(046)-65/2020

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-65/2020

14.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-65/2020 14.07.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Göyçay şəhərində anadan olmuş, subay, orta təhsilli, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, xx xxxxx 2020-ci il tarixdə barəsində Göyçay rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 24,15 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib öz şəxsi istifadəsi üçün qanunsuz saxlamış, xx xxxxx 2020-ci il tarixdə saat 20 radələrində Göyçay şəhəri R.İsayev küçəsində olarkən və üzərində həmin narkotik vasitəni daşıyarkən Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanaraq polis şöbəsinə gətirilmiş, üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli köynəyinin cibindən sellofan torbada 01 ədəd kibrit qutusunda qablaşdırılmış – 3,55 qram çəkidə, 01 ədəd kibrit qutusunda qablaşdırılmış – 4,55 qram çəkidə, 01 ədəd kibrit qutusunda qablaşdırılmış – 4,61 qram çəkidə, 01 ədəd kibrit qutusunda qablaşdırılmış – 5,30 qram çəkidə, 01 ədəd kibrit qutusunda qablaşdırılmış – 6,14 qram çəkidə, ümumi - 24,15 qram çəkidə həmin qurudulmuş marixuana onun üzərindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-nin 234.1cimaddəsiilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Göyçay rayonu Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökümü ilə Azərbaycan Respubilikasının Cinayyət məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilnərək 01 il 05 ay 28 gün müddətində azadlıqdan məhrum edilmiş, xx.xx.2018-ci il tarixdə vaxtından əvvəl cəzadan şərti azad edilmişdir. xx.xx.2020ci il tarixdə saat 19 radələrində Göyçay şəhəri Z.Tağıyev küçəsində velosipedlə yaşadığı evə gedərkən yolun kənarından keçən su bərəsinin yanından sellofan torbada içərisində 5 ədəd kibrit qutusunun olduğunu görmüşdür. Həmin sellofan torbada olan kibrit qutularını bir-bir açanda yaşıl rəngli kütlələrin olduğunu görmüşdür. Əvvəllər də narkotik vasitələrdən istifadə etdiyindən kibrit qutularında olan kütlələrin qurudulmuş marixuana narkotik vasitələri olduğunu bilmiş, özü istifadə etməsi üçün götürmüşdür. Həmin sellofan torbada olan kibrit qutuları içərisindəki narkotik vasitəni əynindəki qara rəngli koftanın ön cibinə qoymuşdur. Bundan təxminən 1 saat sonra, yəni saat 20:30 radələrində Göyçay şəhəri R.İsayev küçəsi ilə hərəkət edərkən polis əməkdaşları yaxınlaşıb ona özlərini təqdim etmiş və qanunsuz narkotik vasitə saxlamağında şübhələndiklərini bildirib onu Göyçay rayon polis şöbəsinə getməsini təklif etmişlər. Polislərə etiraz etməmiş və onlar bir yerdə polis şöbəsinə getmişdir. Polis işçiləri onu vəkil Müdafiəçi ilə təmin etmiş və növbətçi hissədə videoçəkilişlə hüquq və vəzifələrini izah etmişlər. Üzərinə axtarış keçiriləcəyini bildirmişlər. Daha sonra üzərində narkotik maddə və vasitələr, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi ona təklif olunmuşdur. Əks halda üzərinə polis əməkdaşlarının şəxsi axtraış keçirləcəyi bildirilmişdir. Polis əməkdaşlarının onun üzərinə baxış keçirəcəklərinə görə məcbur olub əynindəki qara rəngli koftanın ön cibindən sellofan torbada olan 5 ədəd kibrit qutusunu təqdim etmişdir. Həmin kibrit qutularından 03 ədədi qırmızı, 02 ədədi isə sarı rəngli olmuşdur. Həmin kibrit qutuları açıldıqda içərisində yaşımtıl rəngli kütlə olması müəyyən edilmişdir. Kibrit qutuları ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Onların çəkisi 7 qram, 8 qram, 8,1 qram, 8,7 qram, və 9,5 qram olmuşdur. O, həmin qutuda olan kütlənin narkotik vasitə olduğunu, onları küçədən tapdığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin içərisində narkotik vasitə olan 05 ədəd kibrit qutusu bir ədəd zərfdə qablaşdırılaraq, polis əməkdaşları tərəfindən götürülmüşdür. Zərfin üzərini imzalamışdır. Axtarış zamanı protokol tərtib olunmuşdur. Həmin protokol ucadan oxunduqdan sonra o və digər iştirakçılar imzalamışlar. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və qanunsuz olaraq üzərində narkotik vasitə daşıması və saxlaması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında xx xxxxx 2020-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs Göyçay şəhəri, R.İsayev küçəsi ilə hərəkətdə olarkən saxlanılmış, üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğuna görə Göyçay rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində təhqiqatçı polis baş leytenantı Turan Kərimli tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Həmin vaxt video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli koftanın ön tərəfində olan cibindən sellofan torbada 05 (beş) ədəd kibrit qutusu aşkar edilmişdir. Aşkar edilmiş kibrit qutuları açıldıqda qutunun içərisində yaşımtıl rəngli kütlə olduğu müəyyən edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və kibrit qutuları ayrı-ayrılıqda çəkiləri 7 qram, 8 qram, 8.1qram, 8.7qram, və 9 qram olmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin nə olması, haradan və nə vaxt əldə etməsi sorğu olunduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, sellofan içərinsindəki 05 ədəd kibrit qutusu içərisindəki həmin yaşımtıl maddəni xx.xx.2020-ci il tarixdə Göyçay şəhəri Z.Tağıyev küçəsində velosipedlə gedən zaman yolun kənarında tapdığını, həmin maddənin narkotik vasitə olduğunu bildiyini, gələcəkdə istifadə etmək üçün özündə saxladığını bildirmişdir. Bundan sonra həmin maddələr Təqsirləndirilən şəxs, vəkilin və digər polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən götürülmüş, zərfdə qablaşdırılmışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş. Həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 və Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş Məhkəmə-bioloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 17/249 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kibrit qutuları.” sözləri və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki 05(beş) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 3,55 qram, 4,55qram, 4,61qram, 5,30qram və 6,14 qram, ümumi təmiz çəkisi 24,15 qram olan bitki mənşəlli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 05 ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuanaların ümumi təmiz çəkisi - 24.15 qram, tədqiqata sərf edilmişdir – 0.25 qram (obyektlərin hər birindən 0.05 qram), qalıq 23.90 qram. Aparılmış ekspertizanın xərci 51.06 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 454 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epzotik istifadə etmə hlları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Göyçay rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 2379 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs psixiatrik kabinetlərdə qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən Narkoloji kabinetdə qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzasından vaxtından əvvəl azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 20 radələrində Göyçay şəhəri R.İsayev küçəsində istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni cəmi 24,15 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib öz şəxsi istifadəsi üçün qanunsuz saxlayaraq, AzərbaycanRespublikasıCM-nin 234.1-cimaddəsində nəzərdətutulmuşcinayətəməlinitörətməsi tam sübutayetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halın olmadığını, yenidən qəsdən cinayət törədərək cinayətlərin residivliyini yaratmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq ona təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini məhkumluğu ödənilmədən törətdiyindən, Azərbaycan Respublikası CM-nin 65-ci maddəsində təsbit edilmiş cinayətlərin residivi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli protokola əsasən saat 20.45-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Göyçay rayon Prokurorunun təqdimatı təmin edilmiş və Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə baxışı dövründə hüquqlarını 20 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan Göyçay rayon polis şöbəsində saxlanılan 05 ədəd kibrit qutusu içərisində olan təmiz çəkisi 23,90 qram qalmış qurudulmuş marixuana narkotik vasitəsi məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 51.06 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay rayon Polis şöbəsində saxlanılan 05 ədəd kibrit qutusu içərisində olan təmiz çəkisi 23,90 qram qalmış qurudulmuş marixuana narkotik vasitəsi məhv edilsin. İş üzrə ekspertiza xərci olan 51.06 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası maddi sübutlara və məhkəmə xərclərinə dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar