Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-66/2024 07.11.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 11:25-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvələr 1) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.2ci, 234.4.3-cü və 317-1.1--ci maddələri ilə təqsirli bilinərək, CM-in 66.3-cü maddəsinə əsasən 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, 2) Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 20 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməmiş, Göyçay şəhəri, Atatürk küçəsi, ev 2-də qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda, yəni 0,989 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə edərək saxlamış, 08 may 2024-cü il tarixdə, saat 13:45-də Göyçay şəhəri N. Nərimanov küçəsində olarkən və üzərində həmin narkotik vasitə heroini daşıyarkən Göyçay RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada Növbətçi Hissənin qarşısında saat 14:43-dən saat 15:01dək üzərinə video-çəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ ön cibindən 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olmaqla təmiz çəkisi 0,989 qram kustar üsulla hazırlanmış həmin xeyli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, o əvvəllər narkotik vasitə qəbul etmişdir. xx.xx.2024- cü il tarixdə səhər saatlarında yaşadığı küçədə hərəkətdə olarkan yol kənarında bitmiş ağacın altında yerdən içərisində qəhvəyi rəngli kütlə olan 01 ədəd gümüşü rəngli kağız büküm tapmışdır. Narkotik vasitə qəbul etdiyi üçün həmin bükümün içərisində narkotik vasitə olduğu bilmişdir. Bu səbəbdən həmin bir ədəd bükümü yerdən götürüb özündə saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 13:45 radələrində Göyçay şəhəri N.Nərimanov küçəsində əvvəllər tanıdığı İlqar Əhmədov ilə söhbət edən zaman həmin vaxtı özlərini Göyçay rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim edən 4 nəfər şəxs onlara yaxınlaşaraq, özlərini təqdim etmişdilər. Bundan sonra polis əməkdaşları onlara narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli olduqlarını bildirərək şəxsi axtarış keçirtmək istədiklərini bildirmişlər,sonra onları Göyçay rayon Polis Şöbəsinə dəvət etmişlər. Göyçay rayon polis şöbəsinin növbətçi hissəsində vəkilin və polis əməkdaşlarının iştirakı ilə video-çəkiliş vasitəsilə şəxsi axtarış zamanı əynindəki olan qara rəngli gödəkçənin sağ ön cibindən özünə məxsus bir ədəd «Samsung» markalı mobil telefonunu, gödəkçənin sol ön cibindən bir ədəd alışqan və üzərində “Kent” yazısı olan siqaret qutusu, əynindəki qara rəngli şalvarın sol arxa cibindən iki ədəd «Kapital Bank» və «Azərbaycan Beynalxalq Bank»a aid olan plastik bank kartlarını, bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, bir ədəd həyat yoldaşına məxsus şəxsiyyət vəsiqəsini, əynindəki qara rəngli şalvarın sağ ön cibindən 54 manat pul vəsaitini və əynindəki qara rəngli şalvarın ön sağ cibindən içərisində qəhvəyi rəngli kütlə olan bir ədəd gümüşü rəngli kağız bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş, onun çəkisi elektron çəkidə bozumtul rəngli kağız büküm ilə birlikdə 1,43 qram olmuşdur. Onun üzərindən aşkar edilmiş narkotik vasitəni haradan əldə etməsindən və üzərində saxlamasından birlikdə olarkən saxlanıldığı şəxs X2 heç bir xəbəri olmamışdır. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Göyçay rayon sakinləri Təqsirləndirilən şəxs və X3 əvvəllər də narkotik vasitəyə görə tutulduqları üçün tanımışdır. Həmin şəxslərlə arasında əvvəllər heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Belə ki, son zamanlar həmin şəxslərin narkotik vasitələrin aludəçisi olması, üzərlərində daşımaqları barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında onun tərəfindən 08 may 2024-cü il tarixdə şöbə rəhbərliyinə raportla müraciət etdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, bundan sonra əməliyyat qrupu yaradılıb onlara təlimatlandırma keçirilmişdir. Elə həmin günü saat 13 radələrində Fiat Doblo markalı xidməti avtomobili ilə əməliyyat axtarış tədbirləri keçirməyə başlamışlar. Bir qədər sonra saat 13:45-də biz Təqsirləndirilən şəxs və X5 şəhəri N.Nərimanov küçəsində söhbət etdiklərini görüb onlara yaxınlaşmışlar. Həmin vaxt onlar həmin şəxslərə özlərini təqdim edib narkotik vasitə istifadəçisi olmaqları və üzərlərində daşımaqlarında şübhəli olduğunu deyib şəxsi axtarış keçirtmək istədiklərini bildirmişlər.Lakin orada şəxsi axtarış keçirtmək mümkün olmadığından onları rayon polis şöbəsinə dəvət etmişlər. Növbətçi Hissənin qarşısında saat 14:43-də birlikdə həmin şəxslərin üzərinə video-çəkiliş vasitəsilə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən onların hər ikisinə üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etmələri təklif edildi. Təqsirləndirilən şəxs üzərində olan digər əşyaları ilə yanaşı şalvarının ön sağ cibindən içərisində qəhvəyi rəngli kütlə olan bir ədəd gümüşü-ağ rəngli kağız bükümü çıxardaraq masanın üzərinə qoydu. Aşkar edilmiş kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə bükümlə birlikdə 1,43 qram oldu.Həmin vaxt təhqiqatçı tərəfindən qeyd olunan büküm 1 ədəd zərfə qoyularaq qablaşdırıldı. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 və Şahid4 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan digər əşyaları ilə yanaşı əynindəki qara rəngli şalvarının sağ ön cibindən 01 (bir) ədəd gümüşüağ rəngli kağız bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş, onun çəkisi gümüşü-ağ rəngli kağız kağız bükümlə birlikdə 1,43 qram olmuşdur. Bundan sonra da müvafiq protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 09 may 2024-cü il tarixli, 3-16-16-2-17/430 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,989 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqdiqata təqdim edilmiş 01 (bir) ədəd sellofan və 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib kompanentlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. Tədqiqatda sərf olundu - 0,050 qram, qalıq - 0,939 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 17 avqust 2024-cü il tarixli, 1387 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 08 may 2024-cü il tarixdə, saat 14.00-da şübhəli şəxs qismində tutulmuş, 10 may 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 12.50-də MSY-dən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş tələbnamədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünün və Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 234.4.2-ci, 234.4.3-cü və 317-1.1--ci maddələri ilə təqsirli bilinərək, CM-in 66.3-cü maddəsinə əsasən 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 20 gün vaxtından əvvəl şərti olaraq azad edilmişmişdir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,989 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs,yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır . Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 234.4.2-ci, 234.4.3-cü və 317-1.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 66.3-cü maddəsinə əsasən 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına iki dəfə məhkum olunmuş Təqsirləndirilən şəxs yenidən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən, cinayətlərin təhlükəli residivi yaranmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər məhkum edilməsini, məhkumluğunun ödənilməməsini, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin himayəsində 1 yetkinlik yaşına çatmayan uşağın olmasını cəzanı yüngülləşdirən hal olduğunu, cinayətlərin təhlükəli residivini isə iş üzrə cəzanı ağırlaşdıran hal olmasını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddləri daxilində,CM-in 69.3-cü maddəsinin və CM-in 65.2-ci maddəsinin təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz tələbi nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu andan hesablanmalıdır. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk və 1 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,939 qram narkotik vasitə heroin Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməlidir. Ekspertiza tədqiqatının 71 manat 94 qəpik məbləğində dəyərinin yarısı 35 manat 97 qəpik Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlqıdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki ) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalında həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı xx.xx.2024-cü il tarixdən hesablansın. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,939 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk və 1 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının 71 manat 94 qəpik məbləğində dəyərinin yarısı 35 manat 97 qəpik Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-66/2024
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-66/2024
07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver