Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-67/2020 05.10.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, Dövlət ittihamçısı, müdafiəçi X1, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Göyçay rayonu Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay rayonu Cəyirli kəndində qeydiyyatda olan, Abşeron rayonu Məmmədli kəndində nömrəsiz evdə müvəqqəti yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs cavabdeh kimi aldığı borcla əlaqədar 29900 manat məbləğində və ödənlmiş dövlət rüsumuna görə 20 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(046)-2262/2018 №-li qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə xx.xx.2019-cu il tarixdə Göyçay Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 gün müddətinə həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyətilə borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir, bununla da zərərçəkmiş şəxsə qeyd olunan məbləqdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmşdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2017-ci ilin fevral ayında Zərərçəkmiş şəxs hissə-hissə 20.000 manat məbləğində pul almışdır, birlikdə təxminən 3- 4 il işləmişlər, bu müddət ərzində Zərərçəkmiş şəxsa hissə-hissə 41900 manat pul vermişdir. Sonradan onunla aralarında borc müqaviləsi bağlanmışdır. Bundan sonra Zərərçəkmiş şəxs həmin borc müqaviləsindən istifadə edərək barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(046)-2262/2018 №-li qətnaməsilə Zərərçəkmiş şəxs 29900 manat borca görə və əlavə olaraq ödənilmiş dövlət rüsumuna görə 20 manat ödənilməsi qət edilmişdir. Göyçay rayon İcra və Probasiya şöbəsinin icra məmurları borcu ödəməyə tələb etmiş, lakin bu pulu birdəfəyə ödəməyə maddi imkanı olmamış, xx.xx.2019-cu il tarixdə Göyçay rayon Məhkəməsində inzibati qaydada 10 gün müddətinə həbs edilmişdir. İstixanalarda işləməklə mövsüm vaxtı, yəni fevral ayının axırından iyul ayının ortalarına kimi əmək haqqı 4000 manat olur. Bundan əvvəl heç bir ödəniş etməmişdir. İstintaq zamanı 17000 manat ödəniş etmişdir. Törətdiyi əməldən peşmandır. Hazırda Zərərçəkmiş şəxs borclu olduğu pulu tam ödəmişdir. Buna görə də məhkəmədən xahiş etmişdir ki, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi barədə ərizəsi nəzərə alınsın və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-2262/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş və cavabdeh Təqsirləndirilən şəxs 29900 manat məbləğində pul alınaraq ona verilməsi qət edilmişdir. İcra məmurları Təqsirləndirilən şəxs borcun qaytarılmasını dəfələrlə tələb etmişlər, lakin Elşən borcunu qaytarmaqdan imtina etmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsədə borcu ödəməkdən yayınmışdır. Hazırda Elşən ona dəymiş ziyanı tam ödəmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs ona olan borcunu ödədiyini nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, Göyçay Rayon Məhkəməsnin 2(046)-2262/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi icra olunması üçün aidiyyəti üzrə Göyçay Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Göyçay Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə icraata qəbul edilərək onuı könüllü icra edilməsi üçün borclu Təqsirləndirilən şəxs 10 gün vaxt verilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə, yazılı xəbərdarlığın edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyinə görə inzibati məsuliyyətə cəlb edilərək xx.xx.2019-cu il tarixdə Göyçay Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 gün müddətinə həbs edilmiş və məhkəmə qətnaməsini icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Buna baxmayaraq borclu Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam edərək məhkəmə qətnaməsini icra etmədiyi üçün barəsində cinayət təqibinin başlanması məsələsinə baxılması üçün təqdimatı Ədliyyə Nazirliyi İstintaq idarəsinə göndərilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş icra məmuru Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin 2(046)-2262/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 29900 manat və 20 manat dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi aldığı borcla əlaqədar 29900 manat məbləğində və ödənlmiş dövlət rüsumuna görə 20 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(046)-2262/2018 №-li qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə xx.xx.2019-cu il tarixdə Göyçay Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 gün müddətinə həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyətilə borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona borclu olduğu pulu tam ödəmişdir. Təqsirləndirilən şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(046)-2262/2018 №-li qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 29900 manat məbləğində borclu olduğu pulu və 20 manat dövlət rüsumunu tam ödədiyini nəzərə alan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CM-nin 306-ci maddəsinin qeydinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi istisna edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə təyin edilmiş məhkəmə baxışlarında iştirak etmədiyinə görə xx.xx.2020-ci il tarixdə barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, iş üzrə icraat dayandırılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Göyçay rayonu ərazisində tutulmuş və məhkəməyə təqdim edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iş üzrə icraat təzələnmiş, cinayət işinin baxılması xx.xx.2020-ci il tarixə saat 16:00-a təyin edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkillər tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə hüquqlarını 30 saat müddətində, məhkəmə baxışı dövründə isə hüquqlarını Göyçay rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən 2 saat müddətində müdafiə edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 30 saat və 02 saat hüquqi xidmətə görə müvafiq olaraq vəkili Müdafiəçi 180 manat və Göyçay rayon Vəkil Bürosunun vəkili X2 12 manat məbləğində pul dövlət büdcəsindən Bakı şəhəri “Mərkəz” vəkil bürosuna və Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2, 43.3, 344, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 30 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 180 manat dövlət büdcəsindən Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş 02 saat hüquqi xidmətə görə vəkil X2 12 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-67/2020
Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-67/2020
05.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver