Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-67/2023 25.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 10.45-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı iştirakı ilə, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, Göyçay rayonu Şəkər kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 14 may 2023-cü il tarixdə saat 13 radələrində orta dərəcəli sərxoş vəziyyətində qeyri-rəsmi ər-arvad münasibətində birlikdə yaşadığı Göyçay rayonu Şəkər kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ona kobud cavab qaytarması səbəbilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı, Zərərçəkmiş şəxs başının sağ yan hissəsindən sağ yumruğunun iç hissəsi ilə bir dəfə qəsdən vuraraq, sonuncuya sağ qulaq seyvanının yuxarı- aşağı 1/3-nin ön hissələrində sıyrılmış yaraları qismində sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən, boynun sağ yan orta şöbəsində yumşaq toxumanın bir qədər şişkinliyi və boyun hərəkətlərinin (sağa-sola) ağrı hissi ilə fonunda dərialtı qansızma ilə nəticələnən, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi olaraq ər-arvad kimi Göyçay rayonu Şəkər kəndində yerləşən öz evində yaşayır. Onların birgə nikahından 12 yaşlı Elton adlı bir oğlan övladı vardır. Onlar 17 il əvvəl ailə həyatı qurmuşlar. Lakin münasibətləri yaxşı olmadığı üçün bir neçə il əvvəl rəsmi şəkildə boşanmışlar. Lakin 3 ilə yaxındır ki, onlar azyaşlı övladının xatirinə barışaraq Şəkər kəndində ona məxsus fərdi yaşayış evində birlikdə ər-arvad kimi yaşayırlar. 14 may 2023-cü il tarixdə saat 11 radələrində Göyçay rayonu Çaxırlı kəndində fəhlə işləyən zaman orada həmin kənd sakini olan dostu Şahid1 ilə rastlaşmış, həmin vaxt o dostu Vasifi yeyib-içmək üçün evinə qonaq dəvət etmişdir. Həmin vaxt dostu Vasif də onunla razılaşdıqdan sonra mağazadan spirtli içki alıb saat 12 radələrində birlikdə onun evinə gəlmişlər. Evə gəldikdən sonra həyat yoldaşı Kəmalənin bişirdiyi yeməkdən yeyib bir qədər spirtli içki qəbul etmişlər. Onlar bir qədər yeyib-içdikdən sonra saat 13 radələrində Vasif masadan qalxaraq yaşadığı evinə getmək istəmiş, həmin vaxt evinə aparmasını ondan xahiş etmişdir. Həmin vaxt onlar həyətə düşüb söhbət edərkən Vasif onunla birlikdə yeyib içməkləri barədə Kəmalənin qardaşı, yəni qaynı Ceyhuna heç nə dəməməsini ondan xahiş etmiş, bu zaman o içkili vəziyyətdə qaynı Ceyhunun ünvanına acıqlı sözlər işlətmişdir. Ceyhun onun arvadı Kəmalənin qardaşı olduğu üçün bu zaman arvadı Kəmalə də ona öz iradını bildirərək qardaşına kobud sözlər dediyi üçün ona kobud cavablar vermişdir. Həyat yoldaşı Kəmalənin ona acıqlı cavablar verməsindən əsəbiləşdiyi üçün sonuncu ilə aralarında ilkin olaraq sözlə mübahisə yaranmış, həmin vaxt o sonuncuya sakit qalmasını demiş, buna baxmayaraq sonuncu ona qarşı bir daha kobud cavab verdiyi üçün hirsinin soyuması üçün sonuncunu yumruqla vurmaq üçün üzərinə getmişdir. Bu zaman sonuncu da ondan qorxub qaçdığı üçün arxadan sağ yumruğunun iç hissəsi sonuncunun baş nahiyyəsinin sağ tərəfindən bir dəfə zərblə vurmuşdur. Bu zaman onun yumryuğu Kəmalənin boynunun sağ nahiyyəsindən və sağ qulaq nahiyyəsindən dəydiyi üçün sonuncuya xəsarət yetirmişdir. Həmin vaxt sonuncu yerə yıxılmış, bu zaman dostu Vasif də onun qolundan yapışıb həyətdən aparmışdır. Daha sonra isə o Vasiflə birlikdə evdən çıxıb getmiş, elə həmin günü də Kəmalənin ondan polisə şikayət etməsini öyrənmişdir. Həmin vaxt orada ancaq dostu Şahid1 olmuş, başqa heç kim olmamış, mübahisə zamanı səs-küy yaranmamış, ucadan nalayiq ifadələr işlədilməmiş və qonşulardan da ora gələn olmamışdır Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışdığını nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi olaraq ər-arvad kimi Göyçay rayonu Şəkər kəndində yerləşən evdə yaşayırlar. Onların birgə nikahından 12 yaşlı bir oğlan övladı olmuşdur. Onlar 17 il əvvəl evlənmiş, lakin münasibətləri pozulduğu üçün boşanmışlar. Buna baxmayaraq son 3 ildir ki, azyaşlı övladının xatirinə Ərəstunla barışmış və yenidən Ərəstunun evində sonuncu birlikdə yaşamışdır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində həyat yoldaşı Ərəstun dostu Şahid1 ilə birlikdə yaşadıqları evə gəlmiş, həyat yoldaşı Ərəstun və sonuncunun özü ilə gətirdiyi dostu Vasif evdə yeyib içərək özləri ilə gətirdiyi spirtli içkini qəbul etmiş, bir qədər yeyib-içdikdən sonra saat 13 radələrində Vasif masadan qalxmış, həyat yoldaşı Ərəstundan onu evlərinə aparmasını xahiş etmiş, həmçinin birlikdə onların evində spirtli içki qəbul etmələri barədə onun qardaşı Ceyhuna heç nə deməməsini həyat yoldaşı Ərəstundan xahiş etmişdir. Bu zaman əri Ərəstun onun qardaşı Ceyhunun ünvanına acıqlı sözlər işlətmiş, həmin Ərəstunun qardaşı Ceyhun haqqında kobud sözlər işlətməsindən əsəbiləşərək sonuncuya öz iradını bildirmişdir. Həmin vaxt o Ərəstuna öz iradını bildirərək qardaşı Ceyhun haqqında düzgün danışmasını bildirmiş, buna görə də Ərəstunla aralarında ilkin olaraq söz mübahisə yaranmış, evin həyətində mübahisə zamanı Ərəstunun onun üzərinə gəlməsini görüb sonuncunun onu vuracağından qorxub qaçmaq istəmiş, bu zaman Ərəstun sağ yumruğu ilə arxadan onun boyununun sağ nahiyyəsindən bir dəfə qəsdən vurmuşdur. Sonuncunun yumruğu onun sağ boyun nahiyyəsinə dəyən zaman eləcə də, sağ qulaq nahiyyəsinə dəymişdir. Sonuncu arxadan yumruğu ilə onu vurduqdan sonra o da boynunun sağ nahiyyəsindən, eləcə də, sağ qulaq nahiyyəsindən xəsarət almışdır. Ərəstunun onu vurmasından sonra o tarazlılığını saxlaya bilmədiyi üçün yerə yıxılmış, bu zaman orada olan Ərəstunun dostu Vasif də onlara yaxınlaşıb Ərəstunun qolundan yapışıb həyətdən çıxarıb aparmışdır. Bundan sonra o da yaşadıqları evdən çıxaraq Göyçay rayonu Çaxırlı kəndində yaşayan qardaşı Ceyhun evinə getmiş, oraya getdikdən sonra Ərəstunun onu döyməsi barədə qardaşı Ceyhuna bildirmiş, həmin vaxt qardaşı Ceyhun da Ərəstunun onu döyməsindən əsəbiləşərək DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, az sonra qardaşıgilə gələn polis əməkdaşlarına yazılı ərizə ilə müraciət edərək Ərəstunun onu döyməsinə görə cinayət məsuliyyətinə cəlb olunmasını bildirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi zərər aradan qaldırılmış, ona qarşı tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 15 may 2023-cü il tarixli, 212 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər : Boynun sağ yan orta şöbəsində yumşaq toxumanın bir qədər şişkinliyi və boyun hərəkətlərinin (sağa-sola) ağrı hissi ilə fonunda dərialtı qansızma küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddətlə qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixinə uyğun gəlir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sağ qulaq seyvanının yuxarı - aşağı 1/3-nin ön hissələrində sıyrılmış yaralar küt - bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddətlə qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixinə uyğun gəlir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sağ qulaq seyvanının yuxarı – aşağı 1/3-nin ön hissələrində sıyrılmış yaralar küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddətlə qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 14 may 2023-cü il tarixdə saat 13 radələrində orta dərəcəli sərxoş vəziyyətində qeyri-rəsmi ər-arvad münasibətində birlikdə yaşadığı Göyçay rayon Şəkər kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ona kobud cavab qaytarması səbəbilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı, Zərərçəkmiş şəxs başının sağ yan hissəsindən sağ yumruğunun iç hissəsi ilə bir dəfə qəsdən vuraraq, sonuncuya sağ qulaq seyvanının yuxarı- aşağı 1/3-nin ön hissələrində sıyrılmış yaraları qismində sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən, boynun sağ yan orta şöbəsində yumşaq toxumanın bir qədər şişkinliyi və boyun hərəkətlərinin (sağa-sola) ağrı hissi ilə fonunda dərialtı qansızma ilə nəticələnən, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinin məzmunundan görünür ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 41.3-cü maddəsinin tələbinə görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə müvafiq olaraq, məhkəmə hesab edir ki, məhkəmədə işin icraatına xitam verilməsi əsasları müəyyən edildiyindən cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək barışdıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı aradan qaldırdığından o, cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-67/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-67/2023
25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver