Məhkəmə qərarları › İş №1(046)-68/2020

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-68/2020

27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-68/2020 27.10.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 saylı ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxxxx 2020-ci il tarixdə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 07 radələrində Göyçay rayonu Alxasava kəndində yerləşən taxıl əkdiyi əkin sahəsində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs ağac parçası ilə kürək nahiyyəsindən vuraraq ona sağ kürəkaltı nahiyyəsinin tış hissəsinin, sağ budun yuxarı 1/3-nin hissəsinin yan səthinin qançırları, sol baldırın yuxarı 1/3-nin hisəssinin ön səthinin sıyrığı, ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən və yumruqla üz nahiyyəsindən vuraraq ona burun sümüklərinin yerinin dəyişməmiş sınığı ilə nəticələnən, dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, işi ilə əlaqədar ünvan 2 yaşayır. xx.xx.2020-ci il tarixdə saat 06 radələrində Göyçay rayonu Alxasava kənd ərazisində icarəyə götürərək əkib becərdiyi taxıl sahəsinə gəldikdə Zərərçəkmiş şəxs xırdabuynuzlu mal-qaranı taxıl sahəsinə salıb otardığını görmüşdür. Həmin torpaq sahəsinin yaxınlığında Şahid1 məxsus ferma olmuşdur. Şahid1 onun əkdiyi həmin torpaq sahəsinin 300 hektarının ona məxsus olmasını iddia etmişdir. X7 Vəliyevə məxsus həmin ərazidə yerləşən fermada çoban işləmişdir. Rasim Tanrıverdiyevə bir neçə dəfə həmin torpaq sahəsində əkdiyi taxılı mal-qara salıb otardığına görə iradını bildirmişdir. Rasim Tanrıverdiyev isə Şahid1 həmin torpaq sahəsinin ona məxsus olduğunu və mal-qaranı otara biləcəyini demişdir. Bir neçə dəfə Rasim Tanrıverdiyevi həmin taxıl sahəsini mal-qara salaraq otlatmasını aşkar edib xəbərdar etsə də heç bir nəticə verməmişdir. xx.xx.2020-ci il tarixdə saat 06 radələrində Rasim onun maşınını gördükdə əkin sahəsindən qaçıb uzaqlaşmaq istəmişdir. Maşını Zərərçəkmiş şəxs yanına sürüb maşından düşdükdə Rasim mal-qaranın içərisində olan çoban itlərini onun üzərinə gəlməsi üçün qızışdıran zaman, Rasimin əlində olan çomağı ondan alıb itləri özündən uzaqlaşdırmışdır və ağacı kənara atmışdır. Zərərçəkmiş şəxs qolundan tutub nə üçün taxıl sahəsini otarmasını soruşduqda Rasim ona yerin Şahid1 məxsus olduğunu, yaxşı etdiyini bildirdikdə, əsəbləşib sağ yumruğu ilə Zərərçəkmiş şəxs üz nahiyyəsinə zərbə endirmişdir. Zərərçəkmiş şəxs polis şöbəsinə getmələrini dedikdə Rasim onlardan uzaqlaşmaq istəmiş bu zaman, Rasimi saxlamaq istədikdə Rasimin onun əlində çıxacağını gördükdə onu itələyib yerə yıxmış, bu zaman Rasim yerdən qalxıb qaçmaq istədikdə, yerdən ağac parçasını götürüb Rasim ayağına və bel nahiyyəsinə zərbə endirmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Şahid1 Balammət oğluna məxsus Göyçay rayonu Alxasava kəndində yerləşən fermada çoban işləmişdir. Şahid1 həmin fermanın ətrafında 300 hektar torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsində xırda buynuzlu mal-qaranı otara biləcəyini ona bildirmişdir. Özünə və Şahid1 məxsus xırda-bunuzlu mal-qaranı həmin torpaq sahəsində otarmışdır. X5 ilə Şahid1 arasında həmin torpaq sahəsi ilə bağlı mübahisə olmuşdur. Həmin torpaq sahəsində Təqsirləndirilən şəxs taxıl əkmişdir. xx.xx.2020-ci il tarixdə saat 06 radələrində xırdabuynuzlu mal-qaranı otramaq üçün sahəyə gətirmişdir. Heyvanları otararkən Seymur Məhərəmov və Şahid3 həmin sahəyə gəlmişlər. Seymur Məhərəmov ona yaxınlaşıb əlində olan ağacı ondan alıb qolundan tutaraq nə üçün taxıl sahəsini otaradığını ondan soruşduqda, Seymura həmin yerdə heyvan otarmağını ona Yarmətin dediyini bildirmişdir. Seymur qolundan tutaraq çəkməyə başlamış, Seymura müqavimət göstərdikdə Seymur sağ əli ilə onun sol gözündən və burun nahiyyəsindən yumruq zərbələri vurmuş,burnu qanamışdır. Seymur onu dartarkən, Seymurun əlindən çıxmaq istəmiş, həmin vaxt Seymur onu itələmiş, yerə yıxılaraq hər iki ayağından xəsarət almışdır. Yerdən qalxmaq istədikdə Təqsirləndirilən şəxs ağacla onun sol ayağının diz nahiyyəsindən vurmuş, sonra Seymur bir ağac zərbəsini də onun kürək nahiyyəsindən vurmuşdur. Təqsirləndirilən şəxs şikayətçidir və barəsində qanuni tədbirlər görülməsin xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay rayonu Alxasava kəndində ona məxsus ferma təsərüffatı vardır həmin ferma təsərüffatının yaxınlığında mərhum qaynatası X3 məxsus 300 hektar torpaq sahəsi olmuş və həmin torpaq sahəsini otlaq kimi istifadə etmişdir. 2018-ci ildən Təqsirləndirilən şəxs həmin torpaq sahəsində taxıl əkmiş və aralarında mülki mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs Hacıməməd oğlu onunla birlikdə fermada həm öz heyvanlarını həm də onun heyvanlarını saxlayaraq çobanlıq etmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs heyvanları nobata aparmış, saat 07 radələrində heyvanlara baş çəkmək üçün Rasimin yanına getdikdə Rasimin heyvanların yanında olmadığını görmüşdür. Dərhal Rasimin mobil nömrəsinə zəng etdikdə zəng çatmamış DİN-nin 102 xidmətinə müraciət edib Zərərçəkmiş şəxs oğurlandığını bildirmişdir. Təxminən 1 saat sonra təhqiqatçı ona zəng edib Zərərçəkmiş şəxs polis şöbəsində olduğunu, döyüldüyünü və şikayət etmək üçün gəldiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 06 radələrində Təqsirləndirilən şəxs onu Göyçay rayonu Aşağı Qaraməryəm kəndindən götürüb taxıl sahəsinə baxmağa getdikdə Zərərçəkmiş şəxs xırdabuynuzlu mal-qaranı taxıl sahəsinə salıb otardığını görmüşlər. Rasim maşını gördükdə oradan qaçıb uzaqlaşmaq istəmişdir. Seymur maşını Zərərçəkmiş şəxs yanına sürüb maşından düşdükdə Rasim mal-qaranın içərisində olan çoban itlərinin Seymurun üzərinə getmələri üçün qızışdıran zaman Seymur Rasimin əlində olan çomağı alıb itləri özündən uzaqlaşdırmış və ağacı kənara atmışdır. Zərərçəkmiş şəxs qolundan tutub nə üçün taxıl sahəsini otarmasını soruşduqda Rasim Seymura yerin Şahid1 məxsus olmasını, yaxşı etdiyini bildirmişdir. Seymur əsəbləşib sağ əliylə Zərərçəkmiş şəxs üz nahiyyəsinə zərbə endirmişdir. Zərərçəkmiş şəxs polis şöbəsinə getmələrini dedikdə Rasim onlardan uzaqlaşmaq istəmiş bu zaman Seymur Rasimi saxlamaq istəmiş və Rasimi itələyib yerə yıxmışdır. Təqsirləndirilən şəxs sahə rəisinə zəng edərək Rasimin taxıl sahəsinə qoyun salıb otardığını bildirmiş və sahə rəisi Seymura polis şöbəsinə müraciət etməsini demişdir. Bu zaman Rasim yerdən qalxıb qaçmaq istədikdə Seymur yerdən ağac parçasını götürüb Rasimin ayağına və bel nahiyyəsinə zərbə endirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 156 saylı rəyindən görünür ki, X1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər: Gövdənin arxa səthində sağ kürəkaltı nahiyyənin tış hissəsinin, sağ budun yuxarı 1/3-nin yan səthinin qançırları və sol baldırın yuxarı 1/3-nin ön səthinin sıyrığı küt-bərk əşyanın təsirindən törənmişdir, törəmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Sol göz yuvası ətrafı nahiyyədə sol göz yarığının bir qədər daralması, sol gözünün selikli qışasına qansızma ilə müşahidə edilən qançır və burun sümüklərinin yerini dəyişməmiş sınığı küt-bərk əşyanın təsirindən törənmişlər, törəmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə səhhətin qısa müddət pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Cinayət işinə əlavə edilmiş Göyçay rayon Mərkəzi Xəstəxanasının xx xxxx 2020-ci il tarixli 2881 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon X2 Poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetlərdə qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 07 radələrində Göyçay rayonu Alxasava kəndində yerləşən taxıl əkdiyi əkin sahəsində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs ağac parçası ilə kürək nahiyyəsindən vuraraq ona sağ kürəkaltı nahiyyəsinin tış hissəsinin, sağ budun yuxarı 1/3-nin hissəsinin yan səthinin qançırları, sol baldırın yuxarı 1/3-nin hissəsinin ön səthinin sıyrığı, ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən və yumruqla üz nahiyyəsindən vuraraq ona burun sümüklərinin yerinin dəyişməmiş sınığı ilə nəticələnən, dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində üç azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal kimi və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə hüquqlarını 07 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 07 saat hüquqi xidmətə görə 42 manat məbləğində pul dövlət büdcəsindən Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 07 saat hüquqi xidmətə görə 42 manat məbləğində pul dövlət büdcəsindən Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülsün. Hökmün icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar