Məhkəmə qərarları › İş №1(046)-68/2022

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-68/2022

30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-68/2022 30.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı1, müdafiəçilər Müdafiəçi2, Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Bəhram oğlunun, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, evli, himayəsində iki azyaşlı övladı olan, Göyçay rayonu, Hüngütlü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1999-cu il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, subay, Göyçay rayonu, Hüngütlü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2021ci ilin dekabr ayında Zərərçəkmiş şəxs4 məxsus Göyçay rayonu, Hüngütlü kəndində yerləşən, saxlanc yeri hesab olunan bağ sahəsinə qapını açmaqla qanunsuz daxil olaraq, oradan 200 manat dəyərində “water pumper” model, “WP 30” model,yanacaq növü benzin, giriş-çıxış ölçüləri 80 mm, mühərrik gücü 6/5 HP, tutumu 60 m3/h olan su nasosunu və 100 manat dəyərində bir ədəd su fıltrini gizli yolla talamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 300 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 2021-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs2 qızma məxsus Göyçay rayonu, Hüngütlü kəndində yerləşən, saxlanc yeri hesab olunan fərdi yaşayış evinin zirzəmisinə qanunsuz daxil olaraq, oradan bir ədəd 150 manat dəyərində 7 litr tutumu olan samovarı gizli yolla talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 150 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 2021-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs1 Bəhram oğluna məxsus Göyçay rayonu, Hüngütlü kəndində yerləşən, saxlanc yeri hesab olunan fərdi yaşayış evinin zirzəmisinə qanunsuz daxil olaraq, oradan bir ədəd 150 manat dəyərində 7 litr tutumu olan samovarı gizli yolla talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 150 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2021ci ilin dekabr ayında Zərərçəkmiş şəxs4 məxsus Göyçay rayonu, Hüngütlü kəndində yerləşən, saxlanc yeri hesab olunan bağ sahəsinə qapını açmaqla qanunsuz daxil olaraq, oradan 200 manat dəyərində 01 ədəd “water pumper” model, “WP 30” model,yanacaq növü benzin, giriş- çıxış ölçüləri 80 mm, mühərrik gücü 6/5 HP, tutumu 60 m3/h olan su nasosunu və 100 manat dəyərində bir ədəd su fıltrini gizli yolla talamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 300 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 02 yanvar 2022-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus Göyçay rayonu, Çərəkə kəndində yerləşən, saxlanc yeri hesab olunan ərzaq mağazasına qanunsuz daxil olaraq, oradan hər birinin qiyməti 3 manat 10 qəpik olmaqla ümumilikdə 24 manat 80 qəpik dəyərində 8 qutu “LD” markalı siqareti, hər birinin qiyməti 2 manat 90 qəpik olmaqla ümumilikdə 20 manat 30 qəpik dəyərində 7 qutu “LD kompakt” markalı siqareti, hər birinin qiyməti 2 manat 60 qəpik olmaqla ümumilikdə 23 manat 40 qəpik dəyərində 9 qutu “Rotmans kompakt” markalı siqareti, hər birinin qiyməti 2 manat 60 qəpik olmaqla ümumilikdə 13 manat dəyərində 5 qutu “Vest” markalı siqareti, hər birinin qiyməti 2 manat 60 qəpik olmaqla ümumilikdə 26 manat dəyərində 10 qutu “Pall Mail” markalı nazik siqareti, hər birinin qiyməti 2 manat 60 qəpik olmaqla ümumilikdə 26 manat dəyərində 10 qutu “Viceroy” markalı nazik siqareti, hər birinin qiyməti 2 manat 30 qəpik olmaqla ümumilikdə 13 manat 80 qəpik dəyərində 6 qutu “Want” markalı nazik siqareti, hər birinin qiyməti 2 manat 10 qəpik olmaqla ümumilikdə 21 manat dəyərində 10 qutu “Keno royal” markalı siqareti, hər birinin qiyməti 2 manat 10 qəpik olmaqla ümumilikdə 12 manat 60 qəpik dəyərində 6 qutu “Keno platin” markalı siqareti, hər birinin qiyməti 2 manat 10 qəpik olmaqla ümumilikdə 6 manat 30 qəpik 3 qutu “Keno kompakt” markalı siqareti, hər birinin qiyməti 2 manat 60 qəpik olmaqla ümumilikdə 20 manat 80 qəpik 8 qutu “klassik kompakt” markalı siqareti, hər birinin qiyməti 2 manat 10 qəpik olmaqla ümumilikdə 8 manat 40 qəpik 4 qutu “Argo” markalı siqareti və 150 manat nağd pulu gizli yolla talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 366 manat 40 qəpik dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərimişdir ki, Təqsirləndirilən şəxs2 tanıyır, həmkəndlisidir. Təqsirləndirilən şəxs2lə Göyçay şəhəri ərazisində kafedə çay içən zaman ona pula ehtiyacı olduğu üçün oğurluq etmək niyyətində olduğunu demişdir. Buna görə Təqsirləndirilən şəxs2 demişdir ki, yaşadıqları kənddə Abduləhəd adlı şəxsə məxsus bağ sahəsində su arxının yanında su nasosu var. Təqsirləndirilən şəxs2 də ona həmin su nasosunu oğurlamağı təklif etmişdir. 2021-ci ilin dekabr ayının dəqiq xatırlamadığı günündə Təqsirləndirilən şəxs2lə birlikdə su nasosu və su filtirini götürmüşlər. Götüdükləri su nasosu ilə filtiri kənd ərazisində kol-kosun içərisində gizlətmişlər. Bir neçə gün sonra isə Təqsirləndirilən şəxs2 ona su nasosuna müştəri tapdığını və həmkəndlisi Məhəmməd adlı şəxslə su nasosunu və fıltri 100 manata satması ilə bağlı danışdığını, demişdir. Təqsirləndirilən şəxs1 su nasosu ilə filtiri götürərək Məhəmmədin yaşadığı ünvana getmişdir. Daha sonra Qismət buna görə ona 50 manat pul vermişdir. Həmin gündən təxminən 10-15 gün sonra o hava qaraldıqdan sonra əmisi Ağasəfin həyətinə daxil olmuşdur. Əmisi Ağasəf ruhi xəstədir, eləcə də laldır, arvadı Zərərçəkmiş şəxs2 ilə yaşayır, övladları yoxdur, onun evə daxil olmaqda məqsədi evin zirzəmisində olan samovarı oğurlamaq olmuşdur. Eyvanın altına keçmiş, oradan da zirzəminin qapısını açıb içəri daxil olmuşdur. Zirzəmidən somavarı götürüb həyətə girdiyi yerdən çıxaraq somavarı kol-kosun içərisində gizlətmişdir. Ertəsi gün samovarı Göyçay şəhəri ərazisinə aparıb tanımadığı şəxsə 35 manata satmışdır. Həmin gündən bir neçə gün keçdikdən sonra həmkəndlisi Rafiqin evində samovar olduğunu bildiyi üçün oğurlamaq qərarına gəlmişdir. Həmin gün gündüz saatlarında Rafiqin həyət qapısının qarşısına gəlib, yüksək səslə Rafiqi çağırmağa başlamışdır. Rafiqgilin evindən heç kim çıxmadığını və evdə heç kimin olmadığından əmin olduqdan sonra həyətə daxil olub, eyvanın altına keçmişdir. Oradan zirzəminin qapısını açıb, zirzəmiyə daxil olmuşdur. Zirzəmidən samovarı götürüb oradan çıxmış və Rafiqin evinin qarşısında kol-kosun içində görünməyən yerdə gizlətmişdir. Səhəri gün isə şəhərə aparıb “Azpetrol” yanacaq doldurma məntəqəsinn yanında metal qəbulu məntəqəsində Mirəliyə 48 manata satmışdır.Törətdiyi əməldən peşmandır. Hazırda dəymiş ziyanı ödəmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərimişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır və həmkəndlisidir. Təqsirləndirilən şəxs1la birlikdə kənd ərazisində söhbət edərkən ona kəndlərində Abduləhədə məxsus bağda su arxının yanında su nasosu olduğunu bildirmişdir. 2021-ci ilin dekabr ayının dəqiq xatırlamadığım günüdə Təqsirləndirilən şəxs1la həmin yerə getmiş və su nasosu və su filtirini götürmüşlər. Götüdükləri su nasosu ilə filtiri kənd ərazisində sahəlikdə aparıb gizlətmişlər. Həmin gündən 3 gün sonra həmkəndlisi Məhəmmədlə danışaraq işlədiyi işin müqabilində ona su nasosu və fıltrini verdiklərini və həmin nasosu və filtiri satmaq istədiyini bildirmişdir. Məhəmməd də su nasosuna ehtiyacı olduğunu və almaq istədiyini bildirmişdir. Sahədən su nasosu ilə filtiri götürərək Məhəmmədin yaşadığı ünvana gətirmişdir. Su nasosunu Məhəmməd işləməsindən əmin olmaq üçün yoxladıqdan sonra işlək vəziyyətdə olduğunu görmüşdür. Nasosla filtiri 150 manata satdığını Məhəmmədə demiş, Məhəmməd 100 manata ala biləcəyini bildirən zaman onunla razılaşmışdır. 100 manatı aldıqdan sonra su nasosunu və fıltri Məhəmmədə satmışdır. Həmin pulun 50 manatını Yalçına vermiş, 50 manatı isə ona qalmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 01 radələrində Çərəkə kəndinin ərazisində mağaza görmüş və həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 zəng edib, birlikdə həmin mağazadan oğurluq etməyi təklif etmişdir. Lakin Yalçın başqa işləri olduğunu və gələ bilməyəcəyini demişdir. Bundan sonra təkbaşına oğurluq etməyi qərarlaşdırmışdır. Mağazaya yaxınlaşdıqda qapının bağlı olduğunu görmüş, qapı açarla bağlı olduğu üçün cibində olan vint açanla kilidi açmış və içəriyə daxil olmuşdur. Mağazadan müxtəlif növ tütün məmulatlarını və 150 manat kağız pulları oğurladıqdan sonra yaşadığı ünvana qayıtmışdır. Bundan başqa Zərərçəkmiş şəxs3 məxsus mağazasından oğurluq edərkən mağazaya tək daxil olmuş və həmin əməli özü təkbaşına törətmişdir. Zərərçəkmiş şəxs3 məxsus mağazadan 8 qutu “LD” markalı siqaret, 7 qutu “LD kompakt” markalı siqaret, 9 qutu “Rotmans kompakt” markalı siqaret, 5 qutu “Vest” markalı siqaret, 10 qutu “Pall Mail” markalı nazik siqaret, 10 qutu “Viceroy” markalı nazik siqaret, 6 qutu “Want” markalı nazik siqaret, 10 qutu “Keno royal” markalı siqaret, 6 qutu “Keno platin” markalı siqaret, 3 qutu “Keno kompakt” markalı siqaret, 8 qutu “klassik kompakt” markalı siqaret, 4 qutu “Argo” markalı siqaret və 150 manat nağd pul oğurlamışdır. Eləcə də hər iki samovarın oğurlanması ilə heçbir əlaqəsi olmamış, samovar oğurlandıqdan 10 gün sonra həmkəndlilərindən samovarın oğurlandığını eşitmişdir.Törətdiyi əməldən peşmandır. Dəymiş ziyanı ödəmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 Bəhram oğlu göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu, Hüngütlü kəndində yaşayır. Onun özünə məxsus 7 litr tutumu olan samovarı olmuşdur. O həmin samovarı yaşadığı evin zirzəmisində saxlamışdır. 2021-ci ilin dekabr ayında evinin zirzəmisində həmin samovarı qoyduğu yerdə olmadığını görmüş, o samovarı axtarsa da tapa bilməmiş və oğurlandığını başa düşmüşdür. Ona məxsus oğurlanmış samovarın 200 manat dəyərində olduğunu bildirsə də, müvafiq ekspertiza rəyində həmin samovarın dəyəri 150 manat olması ilə bağlı qiymətlə razı olmuşdur. Hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs1 tərəfindən tam ödənilmişdir. Buna görə təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs2 göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu, Hüngütlü kəndində yaşayır. Özünə məxsus 7 litr tutumu olan samovarı vardır. Həmin samovarı yaşadığı evin eyvanında saxlamışdır. 2021-ci ilin dekabr ayında evinin eyvanın altında həmin samovarı qoyduğu yerdə olmadığını görmüşdür. Samovarı həyətində axtarsa da tapa bilməmiş və oğurlandığını başa düşmüşdür. Samovarının oğurlandığını gec bildiyi üçün həmdə vaxt səhhəti pis olduğuna görə Göyçay RPŞ-nə gəlib şikayət edə bilməmişdir. Eləcə də əri Ağasəf Qəribov həm ruhi xəstə olduğuna görə, həm də lal olduğuna görə özü polis şöbəsinə şikayət etmişdir. Sonradan ona məlum olmuşdur ki, samovarı oğurlayan şəxs ərinin qardaşı oğlu Təqsirləndirilən şəxs1 olmuşdur. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Buna görə təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs3 göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu, Çərəkə kəndində yaşayır. Həmin kəndin ərazisində ona məxsus ərzaq mağazası vardır. Hər gün səhər saat 08 radələrində mağazanı açır, axşam isə saat 22 radələrində mağazanı bağlayır. Mağazanın qapısını açar vasitəsilə bağlamışdır. 02 yanvar 2022-ci il tarixdə saat 08 radələrində mağazanı açmağa gələrkən mağazanın qapısının açıq olduğunu görmüşdür. Mağazaya daxil olduqda mağazadan 216 manat dəyərində siqaretlərin və 150 manat nağd pulun oğurlandığını görmüşdür. Həmin siqaretlər bir ədədi 3 manat 10 qəpik dəyərində olan 8 qutu “LD” markalı siqaret, bir ədədi 2 manat 90 qəpik dəyərində olan 7 qutu “LD kompakt” markalı siqaret, bir ədədi 2 manat 60 qəpik dəyərində olan 9 qutu “Rotmans kompakt” markalı siqaret, bir ədədi 2 manat 60 qəpik dəyərində olan 5 qutu “Vest” markalı siqaret, bir ədədi 2 manat 60 qəpik dəyərində olan 10 qutu “Pall Mail” markalı nazik siqaret, bir ədədi 2 manat 60 qəpik dəyərində olan 10 qutu “Viceroy” markalı nazik siqaret, bir ədədi 2 manat 30 qəpik dəyərində olan 6 qutu “Want” markalı nazik siqaret, bir ədədi 2 manat 10 qəpik dəyərində olan 10 qutu “Keno royal” markalı siqaret, bir ədədi 2 manat 10 qəpik dəyərində olan 6 qutu “Keno platin” markalı siqaret, bir ədədi 2 manat 10 qəpik dəyərində olan 3 qutu “Keno kompakt” markalı siqaret, bir ədədi 2 manat 60 qəpik dəyərində olan 8 qutu “klassik kompakt” markalı siqaret, bir ədədi 2 manat 10 qəpik dəyərində olan 4 qutu “Argo” markalı siqaret olmuşdur. O əvvəlcə polisə şikayət etmək istəməmiş, ilkin olaraq mağazadan oğurluq edən şəxsləri özü tapacağını fikirləşmiş, lakin bir neçə gün axtarsa da tapa bilmədiyi üçün polis şöbəsinə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Buna görə təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. İş üzrə zərərçəkmiş şəxs qismində ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs4 göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu, Bığır kəndində yaşayır. Göyçay rayonu, Hüngütlü kəndində bağ sahəsi vardır. Həmin bağda ona məxsus istixana və xurma ağacları var. Bağ sahəsinin ətrafı isə kollarla çəpərlənmişdir. Bağını suvarmaq üçün təxminən 10 il əvvəl su nasosu və su fıltiri almışdır. Hər gün bağda gündəlik nəzarəti bağbanı etmişdir. Özü isə hər gün bağa gedərək təsərrüfatla məşğul olmuşdur. Təxminən 2021-ci ilin dekabr ayının əvvəllərində bağda olan su nasosu ilə su fikirinin oğurlandığını bilmişdir. Özü kənd içində su nasosunu oğurlayana bir müddət axtarsa da tapa bilməmiş, sonra isə işləri ilə əlaqədar polis şöbəsinə gələrək şikayət edə bilmişdir. 2021-ci ilin dekabr ayının əvvəllərində Göyçay rayonu, Hüngütlü kəndində yerləşən ona məxsus bağ sahəsində olmasını və həmin oğurluq nəticəsində ona 2006cı ildə aldığı təxminən ümümilikdə 500 manat ziyanlıq dəymişdir. Belə ki, oğurluq zamanı su motorunun qiyməti 400 manat, su filtrinin qiyməti isə 100 manat olmasını qeyd etmişdir. Həmçinin o oğurlanmış su matorunun modelini, markasını və əlamətlərini unutsa da bir saat ərzində 80 ton su vurmaq gücü olduğunu və benzinlə istifadə olunmasını qeyd etmişdir. Həmin su matoru qara rəngli dəmirdən, pusqacı isə qırmızı rəngdə olmuşdur. Su filtiri isə üstü plastik, içərisi isə qırmızı rəngli olmuşdur. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Buna görə təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, ailəsi ilə birlikdə Göyçay şəhəri, Yuri Kavalyov küçəsi dalan 2, ev 1-də yaşayır. M.Hüseynzadə küçəsində metalların qəbulu məntəqəsi işlədir. Həmin məntəqədə tullantı metallar qəbul edərək, metalları “Bakı poladəritmə” zavoduna satır. 2021-ci ilin dekabr ayında Yalçın adlı şəxs işlətdiyi metal qəbulu məntəqəsinə gələrək, özünə məxsus samovar olduğunu və satmaq istədiyini ona bildirmişdir. Həmin samovarın oğurluq olubolmadığını soruşduqda, Yalçın həmin samovarın özünə məxsus olduğunu və oğurluq olmadığını bildirmişdir. Bundan sonra Yalçın ilə razılaşaraq, samovarı alıb 48 manat pul vermişdir. Polis əməkdaşları həmin samovarın harada olduğunu soruşduqda samovarın ona məxsus metal qəbulu məntəqəsində olduğunu bildirmiş və həmin samovar polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, ailəsi ilə birlikdə Göyçay rayonu, Hüngütlü kəndində yaşayır. Təqsirləndirilən şəxs2 tanıyır, onun həmkəndlisidir. 2021-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs2 ona zəng vuraraq ot biçdiyini və işləməsinin əvəzinə pul verə bilmədikləri üçün su nasosu verdiklərini demişdir. Həmin su nasosunu da satmaq istədiyini bildirmişdir. Müştəri olsa xəbər edəcəyini Təqsirləndirilən şəxs2 demişdir. Həmin danışıqdan 2-3 gün sonra Təqsirləndirilən şəxs2 yenidən ona zəng vuraraq təcili pula ehtiyacının olduğunu və su nasosuna müştəri tapmağını ondan xahiş etmişdir. Təqsirləndirilən şəxs2 su nasosunu alacağını bildirmişdir. Təqsirləndirilən şəxs2 su nasosunu və filtirini ümumilikdə 150 manata satacağını desə də o 100 manat verə biləcəyini Təqsirləndirilən şəxs2 demişdir. Qismət də onunla razılaşaraq həmin su nasosunu filtri ilə birlikdə ona 100 manata satmışdır. Həmin su nasosunun oğurluq olduğunu bilməmişdir. Bu barədə Qismətdən soruşduqda, Qismət həmin su nasosunu gördüyü işin qarşılığında verdiklərini bildirmişdir. Belə ki həmin vaxt Qismət ona otunu biçdiyi adamın pulu olmadığı üçün qarşılığında su nasosu ilə filtrini verdiyini demişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022ci il tarixli, 9/601 nömrəli rəyindən görünür ki, bir ədəd “water pumper” model, 60 m3/h tutumu olan, 6/5 HP gücündə su nasosunun qiyməti 200 manat, 7 litr tutumu olan paslanmayan materialdan samovarın bir ədədinin qiyməti 150 manat olmaqla 2 ədədi 300 manat, 8 qutu “LD” markalı siqaretin h ə r b i r i n i n q i y m ə t i 3 m a n a t ı o q ə p i k o l m a q l a ümumilikdə 24 manat 80 qəpik, 7 qutu “LD kompakt” markalı siqaretin hər birinin qiyməti 2 manat 90 qəpik olmaqla ümumilikdə 20 manat 30 qəpik, 9 qutu “Rotmans kompakt” markalı siqaretin hər birinin qiyməti 2 manat 60 qəpik olmaqla ümumilikdə 23 manat 40 qəpik, 5 qutu “Vest” markalı siqaretin hər birinin qiyməti 2 manat 60 qəpik olmaqla ümumilikdə 13 manat, 10 qutu “Pall Mail” markalı nazik siqaretin hər birinin qiyməti 2 manat 60 qəpik olmaqla ümumilikdə 26 manat, 10 qutu “Viceroy” markalı nazik siqaretin hər birinin qiyməti 2 manat 60 qəpik olmaqla ümumilikdə 26 manat, 6 qutu “Want” markalı nazik siqaretin hər birinin qiyməti 2 manat 30 qəpik olmaqla ümumilikdə 13 manat 80 qəpik, 10 qutu “Keno royal” markalı siqaretin hər birinin qiyməti 2 manat 10 qəpik olmaqla ümumilikdə 21 manat, 6 qutu “Keno platin” markalı siqaretin hər birinin qiyməti 2 manat 10 qəpik olmaqla ümumilikdə 12 manat 60 qəpik, 3 qutu “Keno kompakt” markalı siqaretin hər birinin qiyməti 2 manat 10 qəpik olmaqla ümumilikdə 6 manat 30 qəpik, 8 qutu “klassik kompakt” markalı siqaretin hər birinin qiyməti 2 manat 60 qəpik olmaqla ümumilikdə 20 manat 80 qəpik, 4 qutu “Argo” markalı siqaretin hər birinin qiyməti 2 manat 10 qəpik olmaqla ümumilikdə 8 manat 40 qəpik müəyyən edilmişdir. Lakin su fıltrinin markası, modeli, çəkisi və s. haqqında məlumatlar olmadığından qiymətləndirmək mümkün olmadı. Aparılmış ekspertizanın dəyəri 50 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkum olunmamışlar. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2021ci ilin dekabr ayında Zərərçəkmiş şəxs4 məxsus Göyçay rayonu, Hüngütlü kəndində yerləşən, saxlanc yeri hesab olunan bağ sahəsinə qapını açmaqla qanunsuz daxil olaraq, oradan 200 manat dəyərində “water pumper” model, “WP 30” model, yanacaq növü benzin, giriş-çıxış ölçüləri 80 mm, mühərrik gücü 6/5 HP, tutumu 60 m3/h olan su nasosunu və 100 manat dəyərində bir ədəd su fıltrini gizli yolla talamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 300 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 2021 -ci ilin dekabr ayında Zərərçəkmiş şəxs2 qızma məxsus Göyçay rayonu, Hüngütlü kəndində yerləşən, saxlanc yeri hesab olunan fərdi yaşayış evinin zirzəmisinə qanunsuz daxil olaraq, oradan bir ədəd 150 manat dəyərində 7 litr tutumu olan samovarı gizli yolla talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 150 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etməklə və bundan başqa təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 2021 -ci ilin dekabr ayında Zərərçəkmiş şəxs1 Bəhram oğluna məxsus Göyçay rayonu, Hüngütlü kəndində yerləşən, saxlanc yeri hesab olunan fərdi yaşayış evinin zirzəmisinə qanunsuz daxil olaraq, oradan bir ədəd 150 manat dəyərində 7 litr tutumu olan samovarı gizli yolla talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 150 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etməklə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətdikləri tam sübuta yetir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2021 ci ilin dekabr ayında Zərərçəkmiş şəxs4 məxsus Göyçay rayonu, Hüngütlü kəndində yerləşən, saxlanc yeri hesab olunan bağ sahəsinə qapını açmaqla qanunsuz daxil olaraq, oradan 200 manat dəyərində 01 ədəd “water pumper” model, “WP 30” model,yanacaq növü benzin, giriş- çıxış ölçüləri 80 mm, mühərrik gücü 6/5 HP, tutumu 60 m3/h olan su nasosunu və 100 manat dəyərində bir ədəd su fıltrini gizli yolla talamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 300 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etməklə və Bundan başqa təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 02 yanvar 2022-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus Göyçay rayonu, Çərəkə kəndində yerləşən, saxlanc yeri hesab olunan ərzaq mağazasına qanunsuz daxil olaraq, oradan hər birinin qiyməti 3 manat 10 qəpik olmaqla ümumilikdə 24 manat 80 qəpik dəyərində 8 qutu “LD” markalı siqareti, hər birinin qiyməti 2 manat 90 qəpik olmaqla ümumilikdə 20 manat 30 qəpik dəyərində 7 qutu “LD kompakt” markalı siqareti, hər birinin qiyməti 2 manat 60 qəpik olmaqla ümumilikdə 23 manat 40 qəpik dəyərində 9 qutu “Rotmans kompakt” markalı siqareti, hər birinin qiyməti 2 manat 60 qəpik olmaqla ümumilikdə 13 manat dəyərində 5 qutu “Vest” markalı siqareti, hər birinin qiyməti 2 manat 60 qəpik olmaqla ümumilikdə 26 manat dəyərində 10 qutu “Pall Mail” markalı nazik siqareti, hər birinin qiyməti 2 manat 60 qəpik olmaqla ümumilikdə 26 manat dəyərində 10 qutu “Viceroy” markalı nazik siqareti, hər birinin qiyməti 2 manat 30 qəpik olmaqla ümumilikdə 13 manat 80 qəpik dəyərində 6 qutu “Want” markalı nazik siqareti, hər birinin qiyməti 2 manat 10 qəpik olmaqla ümumilikdə 21 manat dəyərində 10 qutu “Keno royal” markalı siqareti, hər birinin qiyməti 2 manat 10 qəpik olmaqla ümumilikdə 12 manat 60 qəpik dəyərində 6 qutu “Keno platin” markalı siqareti, hər birinin qiyməti 2 manat 10 qəpik olmaqla ümumilikdə 6 manat 30 qəpik 3 qutu “Keno kompakt” markalı siqareti, hər birinin qiyməti 2 manat 60 qəpik olmaqla ümumilikdə 20 manat 80 qəpik 8 qutu “klassik kompakt” markalı siqareti, hər birinin qiyməti 2 manat 10 qəpik olmaqla ümumilikdə 8 manat 40 qəpik 4 qutu “Argo” markalı siqareti və 150 manat nağd pulu gizli yolla talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 366 manat 40 qəpik dəyərində maddi ziyan vurmaqla oğurluq etməklə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətdikləri tam sübuta yetir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrinin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətdiyini, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmadığını cəzasını yüngülləşdirən hallar kimi, eləcədə cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, zərəçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmadığını cəzasını yüngülləşdirən hallar kimi, eləcədə cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə icraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi1, həmçinin Təqsirləndirilən şəxs1 məhkəmə icraat dövründə hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 məhkəmə icraat dövründə 10 saat, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 məhkəmə icraat dövründə hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 60 manat, Təqsirləndirilən şəxs1 məhkəmə baxışları zamanı göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada iş üzrə məhkəmə xərci olan 50 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar 01 ədəd samovar, 01 ədəd su nasosu və su filtiri zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 60 manat, Təqsirləndirilən şəxs1 məhkəmə baxışları zamanı göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada iş üzrə məhkəmə xərci olan 50 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar