Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-68/2023 01.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 11:55-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» Publik Hüquqi şəxs «Göyçay Rayon Mərkəzi Xəstəxanası» X6 nümayəndəsi Nümayəndə, Müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Göyçay rayon Vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 iştirakı ilə, xx.xx.2002-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay şəhəri, S.Xəlilov küçəsi 4-cü dalan ev 1-də qeydiyyatda olan və Göyçay şəhəri, 106 saylı Peşə Liseyin yataqxanasında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə və xx.xx.2001-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay şəhəri, H.Əliyev prospekti ev 67,mənzil 28-də qeydiyyatda olan, Göyçay şəhəri, Z.Bünyadov küçəsində nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli yolla qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Göyçay rayonu X2 Hüquqi Şəxsin balansında olan və Göyçay şəhəri, M.Ə.Rəzulzadə küçəsində yerləşən keçmiş Uşaq Xəstəxanasının ərazisi hüdudlandıran və mühafizəsini təşkil edən hasarından aşmaqla xəstəxana binasının ərazisinə qanunsuz olaraq daxil olub binanın birinci, ikinci və üçüncü mərtəbələrindəki hər biri 220 sm uzunluqda, 90 sm enində, 5 sm qalınlıqda olmaqla hər birinin dəyəri 30 manat təşkil edən ümumilikdə 10 ədəd taxta qapını rəzədən ayırıb sökərək binanın birinci mərtəbəsinə yığdıqdan sonra xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid qəsdlə əhatə olunan eyni niyyət və məqsəd ilə gizli yolla həmin xəstəxana binasının hasarından aşmaqla xəstəxana binasının ərazisinə qanunsuz olaraq daxil olub binanın birinci, ikinci və üçüncü mərtəbələrindəki hər biri 220 sm uzunluqda, 90 sm enində, 5 sm qalınlıqda olmaqla hər birinin dəyəri 30 manat olan ümumilikdə 5 ədəd taxta qapını, ümumilikdə isə 450 manat dəyərində 15 ədəd taxta qapını qeyd edilən xəstəxana binasının ərazisindən çıxarmaqla gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Göyçay RMX PHŞ-yə 450 manat dəyərində maddi ziyan vuraraq birgə iştirakçılıqla oğurluq etmişlər. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs2 və Şahid1 tanıyır, aralarında heç bir ədavət və düşmənçilikləri yoxdur, əksinə, onların hər ikisi ilə dostluq münasibətləri var. Yaşadığı yataqxana binasında qaz təchizatı olmadığına görə qış aylarında odun sobasından istifadə edirlər. Odunu isə pul ilə alırlar. 2023-cü ilin fevral ayının əvvəllərində odun qurtardığı üçün evdə yandırmağa odun lazım olmuş, ona görə dostu Fuadla belə qərara gəlmişlər ki, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən keçmiş Uşaq Xəstəxanasından taxta qapıları oğurlayıb evdə odun sobasında yandırsınlar. Belə ki, Fuad da eynilə onun kimi evdə odun sobasından istifadə edir və Fuadın da yandırmaq üçün oduna ehtiyacı var idi. Onlar danışıb razılaşdıqdan sonra xx.xx.2023-cü il tarixdə, gecə saat 22 radələrində Fuadla birlikdə həmin xəstəxananın qarşısına getmişlər və orada ətrafa nəzarət edib heç kimin olmadığına əmin olduqdan sonra xəstəxananın kiçik dəmir barmaqlıqlı darvazasından aşıb həyətinə daxil olmuş, sonra xəstəxana binasına daxil olub 2 və 3-cü mərtəbələrdə olan taxta qapıları rəzədən ayırıb söküb birinci mərtəbəyə yığmağa başlamışlar. 10 ədəd qapını söküb birinci mərtəbəyə yığdıqdan sonra yorulduqları üçün belə qərara gəlmişlər ki, qalan 5 ədəd qapını da ertəsi gün gedib sökərlər və onların hamısını birdəfəlik daşıyıb apararlar. Ona görə də içəri daxil olduqları kimi oradan uzaqlaşıb evlərinə getmişlər. Sökdükləri taxta qapılar isə birinci mərtəbədə kənara yığılmış vəziyyətdə qalmışdır. Ertəsi gün saat 14 radələrində Fuadla birlikdə yenə həmin xəstəxana binasına getmişlər və kiçik dəmir barmaqlıqlı darvazadan aşıb həyətə keçmiş, oradan da binaya daxil olmuşlar. Bundan sonra qalan 5 ədəd qapını da rəzədən ayırıb birinci mərtəbəyə yığmış, sonra həmin qapıları-bir-bir köməkli şəkildə xəstəxanadan çölə çıxarıb çöldə giriş qapısının qarşısında yerə yığmağa başlamışlar. 10 ədəd taxta qapını çölə yığmışlar ki, xəstəxananın qarşısından dostu Əlinin keçdiyini görmüşlər. Əli də onları görüb onlara yaxınlaşmış və söhbət etməyə başlamışlar. Söhbət zamanı yorulduqları üçün Əlidən xahiş etmişlər ki, içəri keçib qalan qapıları çölə çıxarmaqda onlara köməklik etsin. Əli buna razı olmasa da onlar Əlini xəstəxana müdiriyyətindən qapıları yandırmaq üçün aparmağa icazə almaları barədə aldatmışlar. Onlar and içib Əlini inandırmış və Əli onlara inanıb qapıları çıxarmağa köməklik etməyə razılıq vermiş və içəri daxil olmuşdur. Onlar birlikdə qalan 5 ədəd qapını da xəstəxanadan çölə çıxartmışlar. Bundan sonra Əli onlarla sağollaşıb getmişdir. Bir qədər sonra isə oraya polis əməkdaşları gəlib onları saxlamış və Göyçay RPŞ-yə aparmışlar,sonra qapıları da Göyçay rayon Polis Şöbəsinə aparmışlar. Əməlindən peşmandır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadə verərək bildirdi ki, Nicat ilə dostluq münasibətləri vardır. Yaşadığı evdə qaz təchizatı olmadığına görə qış aylarında odun sobasından istifadə edirlər. Odunu isə pul ilə alırlar. 2023-cü ilin fevral ayının əvvəllərində odun qurtardığı üçün evdə yandırmağa odun lazım olmuş, ona görə dostu Nicatla belə qərara gəlmişlər ki, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən keçmiş Uşaq Xəstəxanasından taxta qapıları oğurlayıb evdə odun sobasında yandırsınlar. Belə ki, Nicat da eynilə onun kimi evdə odun sobasından istifadə edir və Nicatın da yandırmaq üçün oduna ehtiyacı var idi. Onlar danışıb razılaşdıqdan sonra xx.xx.2023-cü il tarixdə, gecə saat 22 radələrində Nicatla birlikdə həmin xəstəxananın qarşısına getmişlər və orada ətrafa nəzarət edib heç kimin olmadığına əmin olduqdan sonra xəstəxananın kiçik dəmir barmaqlıqlı darvazasından aşıb həyətinə daxil olmuş, sonra xəstəxana binasına daxil olub 2 və 3-cü mərtəbələrdə.olan taxta qapıları rəzədən ayırıb söküb birinci mərtəbəyə yığmağa başlamışlar. 10 ədəd qapını söküb birinci mərtəbəyə yığdıqdan sonra yorulduqları üçün belə qərara gəlmişlər ki, qalan 5 ədəd qapını da ertəsi gün gedib sökərlər və onların hamısını birdəfəlik daşıyıb apararlar. Ona görə də içəri daxil olduqları kimi oradan uzaqlaşıb evlərinə getmişlər. Sökdükləri taxta qapılar isə birinci mərtəbədə kənara yığılmış vəziyyətdə qalmışdır. Ertəsi gün saat 14 radələrində Nicatla birlikdə yenə həmin xəstəxana binasına getmişlər və kiçik dəmir barmaqlıqlı darvazadan, aşıb həyətə keçmiş, oradan da binaya daxil olmuşlar. Bundan sonra qalan 5 ədəd qapını da rəzədən ayırıb birinci mərtəbəyə yığmış, sonra həmin qapıları bir-bir köməkli şəkildə xəstəxanadan çölə çıxarıb çöldə giriş qapısının qarşısında yerə yığmağa başlamışlar. 10 ədəd taxta qapını çölə yığmışlar ki, xəstəxananın qarşısından Nicatın dostu Əlinin keçdiyini görmüşlər. Əli də onları görüb onlara yaxınlaşmış və söhbət etməyə başlamışlar. Söhbət zamanı yorulduqları üçün Əlidən xahiş etmişlər ki, içəri keçib qalan qapıları çölə çıxarmaqda onlara köməklik etsin. Əli buna razı olmasa da onlar Əlini xəstəxana müdiriyyətindən qapıları yandırmaq üçün aparmağa icazə almaları barədə aldatmışlar. Onlar and içib Əlini inandırmış və Əli onlara inanıb qapıları çıxarmağa köməklik etməyə razılıq vermiş və içəri daxil olmuşdur. Onlar birlikdə qalan 5 ədəd qapını da xəstəxanadan çölə çıxartmışlar. Bundan sonra Əli onlarla sağollaşıb getmişdir. Bir qədər sonra isə oraya polis əməkdaşları gəlmiş, o, polisləri görüb evə qaçmış, lakin polislər evinə gəlib onu Göyçay RPŞ-yə aparmışlar. Keçmiş uşaq xəstəxanasında taxta qapı olmasını ona Nicat bildirmiş, məqsədləri həmin qapıları evdə yandırmaq imiş, oradan başqa heç nə oğurlamamışlar, belə bir fikirləri də olmamışdır. Əməlindən peşmandır. Məhkəmə baxışında zərərçəkmiş şəxs Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» Publik Hüquqi şəxs «Göyçay Rayon Mərkəzi Xəstəxanası» X6 nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən keçmiş Uşaq Xəstəxanası hal-hazırda fəaliyyət göstərməsə də yarandığı gündən bəri, eləcə də hal-hazırda Göyçay RMX PHŞ-nin nəzdindədir. Xəstəxananın içərisində olan inventarlar xəstəxana fəaliyyətini dayandırdıqdan sonra çıxarılsa da binanın özü və qapı-pəncərələri qalmaqdadır. Həmin qapıları adları sonradan məlum olan Nicat və Fuad adlı şəxslər xx.xx.2023- cü il tarixdə və xx.xx.2023-cü il tarixdə söküb oğurlamışlar. Bununla bağlı, Göyçay rayon X2 Hüquqi Şəxsə ümumilikdə 450 manat maddi ziyan dəymişdir. Belə ki, həmin qapıların hər biri 30 manat dəyərindədir. Qeyd edilən xəstəxananın gözətçisi olmasa da binanın həyətinə giriş üçün darvaza mövcuddur və həmin darvaza kilidlidir. Binanın içərisində qapı və pəncərələrdən başqa heç nə olmadığına görə gözətçi yoxdur.Xəstəxana binasının özü Göyçay RMX PHŞ-nin nəzdində olduğuna görə həmin binanın bütün inventarı da Göyçay RMX PHŞ-nin balansındadır. Təqsirləndirilən şəxslərdən şikayətçidir və azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Göyçay Rayon Polis X5 Xidməti Bölməsinin polis nəfəri Şahid2 göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 09:00-dan 21:00-dək olan müddət ərzində PPXB-nin polis nəfəri Şahid3 ilə birlikdə xidmətə təyin olunumuşdur. Həmin tarixdə, saat 16:30 radələrində Göyçay RPŞ-nin Növbətçi Hissəsinin çağırışına əsasən, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən köhnə uşaq xəstəxnasının qarşısına yollanmışlar. Həmin yerə çatanda xəstəxananın giriş qapısının qarşısına-çöl tərəfə taxta qapıların yığıldığını və qapıların yanında iki nəfər gənc oğlanın olmasını aşkar etmişlər. Həmin şəxslərə yaxınlaşan kimi onlardan adının Fuad olması sonradan məlum olan şəxs qaçıb getmiş, digəri, yəni adının Nicat olması sonradan məlum olan şəxsi isə saxlayıb Fuad adlı həmin şəxsin ünvanına gedərək orada Fuadı da xidməti avtomobilə əyləşdirib birlikdə Göyçay RPŞ-nin binasına gətirmişlər və raportla təhvil vermişlər. Hadisə vaxtı qeyd edilən şəxslərin yanında başqa heç kim yox idi. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Göyçay Rayon Polis X5 Xidməti Bölməsinin polis nəfəri Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2023-cü il tarixli, 9/1237 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş fotoşəkilə əsasən, ekspertiza təyini haqqında qərarda göstərilən 1 ədəd uzunluğu 220 sm, eni 90 sm, qalınlığı 5 sm olan təxminən 30 il istifadə edilmiş və ağ rəngli boya ilə boyanmış taxta qapının yuxarıda qeyd edilən xüsusatları nəzərə alınmaqla və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 30.00 manat müəyyən edilir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medallarının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 Suqovuşanın, Ağdamın azad olunmasına görə və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayətin onlar tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. «Oğurluq,soycunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli,1№-li qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə,habelə binaya,anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq,soygunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin qərarın 22-ci bəndinə görə şəxs, oğurluq, soycunçuluq və ya quldurluq cinayəti törədərkən qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-in 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-in 186cı maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır. Belə ki,bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Beləliklə, təqsirləndirilən şəxslərin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama qərarına gəlib, bu məqsədlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Göyçay rayon X2 Hüquqi Şəxsin balansında olan və Göyçay şəhəri, M.Ə.Rəzulzadə küçəsində yerləşən keçmiş Uşaq Xəstəxanasının ərazisi hüdudlandıran və mühafizəsini təşkil edən hasarından aşmaqla xəstəxana binasının ərazisinə qanunsuz olaraq daxil olub binanın birinci, ikinci və üçüncü mərtəbələrindəki hər biri 220 sm uzunluqda, 90 sm enində, 5 sm qalınlıqda olmaqla hər birinin dəyəri 30 manat təşkil edən ümumilikdə 10 ədəd taxta qapını rəzədən ayırıb sökərək binanın birinci mərtəbəsinə yığdıqdan sonra xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində xəstəxana binasının ərazisinə qanunsuz olaraq daxil olub binanın birinci, ikinci və üçüncü mərtəbələrindəki hər biri 220 sm uzunluqda, 90 sm enində, 5 sm qalınlıqda olmaqla hər birinin dəyəri 30 manat olan ümumilikdə 5 ədəd taxta qapını, ümumilikdə isə 450 manat dəyərində 15 ədəd taxta qapını qeyd edilən xəstəxana binasının ərazisindən çıxarmaqla gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Göyçay RMX PHŞ-yə 450 manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişlər. Təqsirləndirilən şəxslərin törətdikləri əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 177.2.1 və 177.2.3-cü maddələrinin tərkibini təşkil edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxslərin yaşadıqları yer üzrə müsbət xarakterizə olunmalarını, Təqsirləndirilən şəxs2 «Suqovuşanın azad olunmasına», «Ağdamın azad olunmasına» görə və «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif olunmasını, qəsdin obyektinin mülkiyyət münasibətlərini təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini, az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər tərəfindən ilk dəfə olaraq az ağır cinayət törətmələrini,törətdikləri əməli səmimi etiraf edib peşman olmalarını,maddi sübut kimi tanınmış 15 ədəd taxta qapılarının Göyçay rayon Polis Şöbəsində saxlanılmasını,ziyanın ödənilməsi ilə bağlı mülki iddianın olmamasını iş üzrə cəzalarını yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərlərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerlərini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerlərinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut olan Göyçay rayon Polis Şöbəsində saxlanılan 15 ədəd taxta qapıları qanuni sahibi zərərçəkmiş Göyçay Rayon Mərkəzi X1ytarılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat Azərbaycan Respublikası CPM- nin 198.1 -ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353, 384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Üzərinə daimi yaşayış yeri olan Göyçay şəhəri, 106 saylı Peşə Liseyinin yataqxanasında yerləşən yaşayış evini hər gün saat 22.00-dan saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Üzərinə daimi yaşayış yeri olan Göyçay şəhəri, Z.Bünyadov küçəsində yerləşən fərdi yaşayış evini hər gün saat 22.00-dan saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Göyçay rayon Polis Şöbəsində saxlanılan 15 ədəd taxta qapıları qanuni sahibi zərərçəkmiş şəxs Göyçay Rayon Mərkəzi X1ytarılsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-68/2023
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-68/2023
01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver