Məhkəmə qərarları › İş №1(046)-69/2020

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-69/2020

02.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-69/2020 02.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs, qanuni nümayəndəsi (atası) Şahid4, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi (atası) Şahid3 iştirakı ilə xx.xx.2003-cü ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkum olunmamış, subay, Göyçay şəhəri, M.S Ordubadi küçəsi ev 18-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxxxxx 2020-ci il tarixdə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-cu il tarixdə Şahid1 onun sevdiyi X1 instaqram səhifəsinə “salam Fatimə” məzmunlu mesajın yazmasını və həmin səhifənin Zərərçəkmiş şəxs verdiyini bəhanə edərək xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndi ərazisində heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs çənəsindən bir dəfə yumruqla vuraraq ona alt çənəsinin sağ mental və sol bucaq nahiyyəsinin yerdəyişmiş sınığı ilə müşayiət edilən Azərbaycan Respublikası Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin səhhətin uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirməklə Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə qanuni nümayəndəsi Şahid4 iştirakı ilə təqsirləndirilən şəxs qismində ifadə vermiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Göyçay şəhəri 1 saylı orta məktəbdə 10-cu sinifdə oxuyan X3 ilə bir neçə müddətdir ki, bir birilərini sevirlər. Fatimə ilə görüşməsələr də, telefonla danışmışlar, sosial şəbəkələrdə yazışmışlar. Fatimə sosial şəbəkələrdə olduğu öz şəxsi səhifələrinin parolunu da ona vermişdir. xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Fatimənin şəxsi “instaqram” səhifəsinə daxil olan zaman bir nəfər şəxsin Fatiməyə “salam Fatimə” məzmunlu mesajın yazdığını görmüşdür. Həmin şəxsi öyrənmək məqsədi ilə tanışlarına şəklini göstərərək maraqlananda Zamiq Ağayev adlı 3 tanışının həmin şəxsin Şahid1 olduğunu bildirmiş və bundan sonra Abdullanın mobil nömrəsini ona vermişlər. Abdullaya “whatsapp” sosial şəbəkəsi vasitəsilə mesaj göndərərək özünü təqdim etmiş və ertəsi gün stadionun yanında, dağ tərəfdə görüşmələrini təklif etmişdir. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində qonşuları Şahid2 və Şahid5 ilə birlikdə “Ə.Kərim” parkının yaxınlığında, köhnə xəstəxana tərəfdə çayxanada oturduqları vaxt Şahid1 “whatsapp” sosial şəbəkəsi vasitəsilə mesaj göndərərək, eləcə də kənara çəkilib zəng vuraraq köhnə xəstəxanının yaxınındakı çayxanının yanında olduğunu demiş və Fatimənin instaqram səhifəsinin ona tanışı Zərərçəkmiş şəxs verdiyinə görə onunla görüşməsini tələb etmişdir. Bir müddət sonra Şahid1la Cahid onların yanına gəlmiş, orada görüşüb salamlaşmışlar və söhbətə aydınlıq gətirmək üçün “Bir inci” restoranının arxa tərəfinə dağa tərəf getməyi qərarlaşmışlar. Dağa çatana yaxın Cahid kiminsə onlara qonaq gəldiyini, həmin şəxsə evlərinin yolunu göstərmək və evlərinə ötürmək üçün küçələrinə gedib dərhal qayıdacağını demişdir. Abdulla, Yusif və İbrahim dağın ətəyinə tərəf getmişlər. Oraya çatanda isə Abdulla ilə ikisi bir qədər təpəyə tərəf aralanmışlar. Yusif ilə İbrahim kənarda qalmışlar. Abdulladan niyə Fatimənin instaqram səhifəsinə yazdığını soruşanda Abdulla ona “məzələnmək üçün yazmışam” demişdir. Abdullanın bu cavabı ona pis təsir etdiyi üçün Abdulla ilə mübahisə etmişdir. Abdulladan haradan Fatimənin səhifəsini əldə etdiyini soruşanda, Fatimənin səhifəsinin Cahidin ona tanışının vasitəsi ilə tapıb verdiyini bildirmiş, onun Fatimə ilə münasibətlərinin olmasından xəbərinin olmadığını demişdir. Onlar dağ ətəyindən düşərkən isə Cahid də tək oraya gəlmişdir. Cahidin yanında bir daha Abdulladan “qıza niyə yazmısan” soruşmuş, Abdulla isə ona Fatimənin instaqram səhifəsini Cahidin ona tapıb verdiyini bir daha təsdiqləmişdir. Cahidə “qızın hesabını sən vermisən buna” deyərək sual vermişdir. Cahid isə yalandan “yox mən verməmişəm” deyərək nəyisə izah etmək istəyəndə, əsəbləşdiyi üçün Cahidə qulaq asmaq istəməmiş və qəsdən bir dəfə yumruqla Cahidin çənəsinin sol tərəfindən vurub xəsarətlədnirmişdir. Cahidin dodağından qan gəlmişdir. Cahidin dişinin sındığını görüb, zərbə ilə vurduğuna görə Cahiddən üzr istəmiş və diş həkiminə getməyi təklif etmişdir. Bundan sonra Cahidlə ikisi taksi ilə şəhərə diş həkimi Pərvinin yanına getmişlər. Həkim Cahidin dişini çəkmiş və Pərvin həkimə 5 manat pul vermişdir. Daha sonra isə ona məlum olmuşdur ki, Cahidin çənəsi sınmışdır və atası bu barədə polisə şikayət etmişdir. Zərərçəkmiş şəxs ilə aralarında hadisə anidən baş vermiş və Cahidi bir dəfə yumruqla çənəsindən vurduqdan sonra hadisə bitmişdir. Hazırda baş vermiş hadisəyə görə Cahiddən üzr istəmiş, onunla barışmışdır. Dəymiş ziyanın əvəzi olaraq atası Şahid4 Cahidə 2500 manat pul ödəmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədə qanuni nümayəndəsi Şahid3 iştirakı ilə zərər çəkmiş şəxs qismində ifadə vermiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Novruz Bayramı günü Abdulla ilə Göyçay şəhəri mərkəzi poçtun yanında dayanıb söhbət etdikləri vaxt yanlarından 1 saylı məktəbdə oxuyan tanıdığı Fatimə adlı qız keçmişdir. Abdulla Fatimədən xoşunun gəldiyini bildirərək Fatimə barəsində ondan maraqlanmışdır. Abdullaya Fatiməni tanıdığını bildirmiş, Abdulla ondan Fatimənin ”instaqram” profilini tapmağını xahiş etmişdir. 1 saylı məktəbdə oxuyan tanışı Sübhan Həzrətquliyevin “vatsap” nömrəsinə Abdullanın öz telefonundan yazaraq Fatimənin instaqram səhifəsini ona deməsini xahiş etmiş, Abdulla adlı tanışının həmin qızdan xoşunun gəldiyini Sübhana izah etmişdir. Bundan sonra Sübhan Həzrətquliyev də Fatimənin “instaqram” profilini “vatsapla” Abdullaının telefonuna göndərmişdir. xx.xx.2020ci il tarixdə saat 13 radələrində Şahid1 onun yaşadığı evə gələrək “Totu” ləqəbli Təqsirləndirilən şəxs onları axtardığını, Fatiməyə “instaqram”da yazıdğına görə şəhər satadionunun yaxınında yerləşən “Bir inci” restoranın arxa tərəfində olan dağlıq əraziyə çağırdığını və həmin yerin yaxınında olan çayxanada onları gözləyəcəyini dediyini, ona görə də bir yerdə Toğrulla görüşməyə getmələrini bildirmişdir. Toğrul onlara dağ tərəfə getməyi təklif etmişdir. Onlar dağ tərəfə gedən zaman, dağa çatmamış, anasının rəfiqəsinə evlərinə yolu göstərmək üçün yaşadığı küçəyə getməli olduğunu bildirmiş və yolu göstərib dərhal qayıdacağını demişdir. Toğrul narazılıq etsə də, o, dərhal qayıdacağını bildirmiş və yaşadığı küçəyə getmişdir. Anasının rəfiqəsini evə ötürüb dərhal Toğrulgilin yanına qayıtmışdır. Dağa tərəf Toğrulgilin olduğu yerə yaxınlaşanda, Toğrul, Abdulla, Yusif və İbrahimin artıq dağ ətəyi tərəfdən gəldiklərini görmüşdür. Toğrul, Abdulla, Yusif və İbrahim onun yanına gələndə isə Təqsirləndirilən şəxs Abdullaya “sevdiyim qıza niyə yazmısan” deyərək sual vermişdir. Abdulla da Toğrula Fatimənin instaqram səhifəsini onun tapıb verdiyini bildirmişdir. Toğrul da ona “sevdiyim qızın profilini sən vermisən” deyərək sual vermişdir. O isə Toğrula “yox mən verməmişəm” deyərək anlaşılmazlığa izah gətirmək istəyəndə, yəni Abdullaının Fatimənin “instaqram” profilini ondan istəməsi barədə danışmaq istəyən zaman Toğrul əsəbləşmiş və bir dəfə yumruq zərbəsi ilə çənəsinin sol tərəfindən vurub ona xəsarət yetirmişdir. Onun dişi qanadığına və çıxdığına görə oradan uzaqlaşanda, Toğrul ona yaxınlaşmış və xəsarət yetridiyinə görə üzr istəyərək bir yerdə taksi ilə şəhərə diş həkiminə getmişdir. Diş həkimi Pərvin həkim onun dişinin sındığını görüb həmin dişi çəkmişdir. Toğrul dişinin çəkilməsi üçün Pərvin həkimə 5 manat pul vermişdir. Daha sonra Toğrula ətraflı Fatimənin nömrəsinin Abdullaya necə tapıb verdiyini danışmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş zərərin əvəzi kimi 2500 manat məbləğində pul təqsirləndirilən şəxsin atası tərəfindən ödənilmişdir. Buna görə də Təqsirləndirilən şəxs şikayətçi deyildir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində izahat vermiş Şahid3 göstərmişdir ki, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Şahid4 tərəfindən oğlu Zərərçəkmiş şəxs səhhətinə dəymiş zərərin əvəzi olaraq 2500 manat ona ödənilmişdir. Buna görə də Təqsirləndirilən şəxs şikayətçi deyildir. Məhkəmədə qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə iştirakı ilə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdirki,xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs və qonşusu Şahid5 ilə birlikdə Göyçay şəhəri, “Ə.Kərim” parkının yaxınlığında köhnə xəstəxana tərəfdə çayxanada oturmuşlar. Toğrul kiminləsə kənarda telefonla danşıb onlara kiminsə onun sevdiyi qıza “instaqram”da yazdığını, bir nəfərlə haqq-hesab edəcəyini bildirmiş, lakin ətraflı məlumat verməmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona zəng edərək harada olduğunu və Toğrul ilə bir yerdə olubolmadığımı soruşmuşdur. Toğrul ilə birlikdə köhnə xəstəxananın yaxınında çayxanada olduqlarını Cahidə demişdir. Cahid isə Şahid1la birlikdə oraya gələcəyini demişdir. Bundan sonra Cahid oraya tanışı Şahid1la birlikdə gəlmişlər. Salamlaşdıqdan sonra Toğrul Abdulla ilə Cahidə yaxınlıqda olan dağ tərəfə getməyi təklif etmişdir. Bir qədər sonra Cahidə zəng gəlmiş və Cahid evinə qonaq gəldiyini, qonağa yolu göstərib gələcəyini bildirmiş və oradan getmişdir. Təqsirləndirilən şəxs, Şahid5 və Şahid1 bir qədər dağlıq tərəfə gedib, dağ ətəyi ərazidə dayanmışlar. Toğrul Abdulladan “niyə qıza yazmısan” soruşmuş, Abdulla isə Toğrula nəsə deyib cavab qaytaranda Toğrul əsəbləşmiş və Abdulla ilə mübahisə etmişdir. Daha sonra Toğrul sakitləşmiş və onlar bir yerdə dağ ətəyi tərəfdən qayıdarkən Cahiddə tək onlarla üz-üzə gəlmişdir. Onlar Cahidə yaxınlaşanda Toğrul Abdulladan sevdiyi qıza niyə yazdığını bir daha soruşmuş, Abdulla isə Fatimənin instaqram səhifəsini ona Cahidin tapıb verdiyini, Fatimənin onun sevdiyi qız olmasını bilmədiyini söyləmişdir. Bu zaman Toğrul Cahidə “qızın profilini buna sən vermisən?” deyərək sual vermişdir. Cahid isə “yox mən verməmişəm” deyərək danışmaq istəyəndə Toğrul hiddətlənərək Cahidi danışmağa imkan verməmiş və bir dəfə yumruqla Zərərçəkmiş şəxs çənəsinin sol tərəfindən vurub ona xəsarət yetirmişdir. Cahidin dişi qanamışdır. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 163 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – çənənin mental və sol bucaq nahiyyəsinin yerdəyişmiş sınığı, küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxsvin qanuni nümayəndəsi Şahid3 ərizəsi əsasında Zərərçəkmiş şəxs almış olduğu xəsarətin dərəcəsinin müəyyən edilməsi üçün komisyon məhkəmə-tibbi ekspertizası təyin edilərək AR SN MTE və PA ETT Birliyinin ekspertlərinə həvalə edilmiş və xx xxxx 2020-ci il tarixli T165/2020 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin – alt çənənin mental və sol bucaq nahiyyəsinin yerdəyişmiş sınığı, küt-bərk əşyanın(əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs barəsində “X5” xəstəxanasında açılmış xəstəlik tarixlərinin sürəti və digər tibb sənədlərinin surəti cinayət işinə əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş Göyçay MRX-dan daxil olmuş xx.xx.2020-ci il tarixli 2409 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. Cinayət işinə əlavə edilmiş DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmamışdır. Cinayət işinə əlavə edilmiş X2 surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2003-cü il tarixdə Göyçay şəhərində anadan olmuşdur. Atası Şahid4dur. Cinayət işinə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2003-cü il tarixdə Rusiya Federasiyasında anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Şahid4 tərəfindən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid3 2500 manat ödənilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-cu il tarixdə saat 13 radələrində Göyçay rayonu 1ci Ərəbcəbirli kəndi ərazisində heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs çənəsindən bir dəfə yumruqla vuraraq ona alt çənəsinin sağ mental və sol bucaq nahiyyəsinin yerdəyişmiş sınığı ilə müşayiət edilən Azərbaycan Respublikası Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin səhhətin uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirməklə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 435.4-cü maddəsinin tələblərinə görə yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, yetkinlik yaşına çatmayan şəxs olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin əvəzini ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını cəzanı yüngülləşdirən hal kimi və cəzanı ağırlaşdıran halınolmamasınınəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 127.2.3-ci maddəsinin sanksiyası həddində CM-nin 85-ci maddəsində nəzərdə tutulmuş əsaslarla azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə baxışı dövründə hüquqlarını 14 saat müddətində müdafiə etmişdir. Təqsirləndirilən şəxs göstərilmiş 14 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 84 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasənvəAzərbaycanRespublikasıCPM-nin344, 347, 349, 351, 353, 381, 384-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən ona 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 14 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 84 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar