Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-69/2022 21.09.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı1, Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və Nümayəndə iştirakı ilə, Göyçay şəhərində, xx.xx.1994-cü il təvəllüdlü, Göyçay rayonu, Bığır kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 16 radələrində orta dərəcəli sərxoşluq vəziyyətində ictimai yer hesab edilən Göyçay RİHB-nın Bığır kənd İƏD üzrə nümayəndəliyinin inzibati binasına gələrək heç bir əsaslı səbəb olmadan icra nümayəndəliyinin inzibati binasında səs-küy salaraq, nalayiq ifadələr işlətməklə nümayəndəliyinin normal iş fəaliyyətinə mane olmuş, daha sonra kənd icra nümayəndəsi Nümayəndə xidməti iş otağında olan stolun üzərindəki əşyaları yerə vuraraq, həmçinin inzibati binanın dəhlizində olan pəncərənin şüşəsini əli ilə vurub sındıraraq Göyçay RİHBnm Bığır kənd İƏD üzrə nümayəndəliyinin əmlakını məhv etməklə, ictimai birgə yaşayış qaydalarına və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə öz şəxsiyyətini digərlərinin mənafelərindən üstün tutaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətlərini etmişdir.. Bundan sonra, Təqsirləndirilən şəxs həmin gün xx.xx.2022-ci il tarixdə saat 17 radələrində kənd icra nümayəndəsi Nümayəndə telefon vasitəsi ilə çağırışına əsasən, öz vəzifə səlahiyyətlərini yerinə yetirərək xidməti geyim formasında hadisə yerinə gəlib xidməti vəzifələrinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs nizam-intizama dəvət etmək istəyən Göyçay RPŞ-nm İTB-nm polis sahə rəisi, polis mayoru Zərərçəkmiş şəxs “baş mühasib Ə.M.Ağayev” sözləri yazılmış sındırdığı lövhənin qopmuş çərçivəsinin kənarlarından birini əli ilə tutaraq yumruq atmaqla və kürək nahiyəsinə təpiklə vurmaqla, hakimiyyət nümayəndəsi hesab edilən Zərərçəkmiş şəxs xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran sol qulaq çıxıntısı və qulaq seyvanını birləşdirən nahiyədə yumşaq toxumanın kəsilmiş yarası və sağ saidin 1/3-nin arxa səthində dərəcəsinə görə sağlamlığa zərər vurmayan qançır xəsarəti yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1 və 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Göyçay rayon Bığır kəndində yaşayır. xx.xx.2022-ci il tarixdə səhər saat 07 radələrində işə getmiş, saat 10 radələrində hava isindiyi üçün evə qayıtmışdır. Evdə olarkən, əvvəlcədən aldığı 250 qramlıq markasını xatırlamadığı spirtli içkini qəbul etmişdir. Spirtli içkini qəbul edib qurtardıqdan sonra, bir qədər içkinin təsirindən sərxoş olmuşdur. Lakin, öz hərəkətlərini idarə edə bilməmişdir. Bundan sonra, həmkəndlisi Elxan İsmayılova məxsus mağazadan pivə və tərkibində spirt olan “jaquar” energetik içkisini almışdır. Bundan sonra, pivə içkisini və “jaquar” energetik içkisini qəbul etmişdir. Bundan sonrası isə yadında qalmamışdır. Sonradan içkinin təsirindən ayıldıqda, Göyçay rayon polis şöbəsinin inzibati binasında olmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Göyçay RPŞ-nin X3 polis sahə rəisi vəzifəsində xidmət edir, polis mayoru xüsusi rütbəsindədir. X4 Göyçay rayonu Bığır kənd sakini kimi tanımış, ona qarşı ədavət və ya düşmənçiliyi olmamışdır. Xidməti ərazilərindən biri də Göyçay rayonu Bığır kəndi olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 16:34-də Göyçay rayon İcra Hakimiyyəti Başçısının Bığır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləyən Nümayəndə zəng edərək Nursultan Məmmədovun onun iş otağına gələrək mübahisə yaratdığını, nalayiq söyüşlər söydüyünü, həmçinin iş otağında olan əşyaları sındırıb dağıtdığını, onu sakitləşdirə bilmədiklərini bildirmiş və nümayəndəliyin inzibati binasına gəlməyini xahiş etmişdir. Bu zaman İTB-nin sahənin polis nəfəri, polis baş serjantı Şahid1 ilə birlikdə saat 17 radələrində Göyçay rayonu Bığır kəndinə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasına getmişlər. X7 nümayəndəliyin həyətində olduğunu görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs sakit dayanmışdır. Bu vaxt Şahid1lə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq, nə baş verdiyini və nə üçün icra nümayəndəliyinin inzibati binasında səs-küy saldığını soruşmuşdur. Həmin vaxt hərəkətlərindən və danışığından Nursultan Məmmədovun sərxoş olduğunu hiss etmişdir. Belə ki, sonuncu səs-küy salmağının səbəbini və icra nümayəndəsindən tələbinin nə olduğunu izah edə bilməmişdir. Bundan sonra inzibati binaya daxil olmuş və məsələni aydınlaşdırmaq üçün Nümayəndə iş otağına qalxmışdır. Həmçinin, Təqsirləndirilən şəxsda binaya dəvət etmişdir. Sonuncu Şahid1lə birlikdə binanın ikinci mərtəbəsinə qalxmışlar. Binanın ikinci mərtəbəsinə qalxdıqda, pilləkənin qurtaracağında sağ tərəfdə yerləşən pəncərənin şüşəsinin sındığını və şüşə qırıntılarının yerə dağıldığını görmüşdür. Bundan sonra Nümayəndə iş otağına daxil olanda yerdə stəkan, nəlbəki və qəndqabının şüşə qırıntılarının olduğunu və qənd parçalarının döşəmənin üzərinə dağıldığını görmüşdür. Həmin vaxt Nümayəndə nə baş verdiyini soruşduqda, müavin Şahid2la birlikdə xidməti otaqda işləyərkən kiminsə inzibati binanın həyətində uca səslə danışdığını, daha sonra həmin şəxsin xidməti otaqlarına yaxınlaşdığını, həmin şəxs otağa daxil olduqda isə Təqsirləndirilən şəxs olduğunu gördüklərini, sonuncunun içəri daxil olduqdan sonra yenidən uca səslə nalayiq ifadələr işlətdiyini, kimisə söyüb təhqir etdiyini və onlara onu təhqir edən şəxsin tərəfini saxladıqlarını dediyini, bundan sonra masanın üzərində olan stəkan, külqabı və qəndqabını yerə çırparaq sındırdığını, daha sonra isə dəhlizə çıxaraq pəncərənin şüşəsini sındırdığını, buna görə də, Təqsirləndirilən şəxs eyni hərəkətləri təkrar edəcəyini düşündükləri üçün zəng edərək hadisə yerinə çağırdıqlarını demişdir. Bu vaxt Təqsirləndirilən şəxs da aqressiv şəkildə etirazını bildirmiş, Təqsirləndirilən şəxs sakitləşməsini, səbrli olmasını və şikayətini sakit, təmkinli şəkildə izah etməsini demişdir. Nursoltan kiminsə onu söyüb təhqir etdiyini bildirsə də, kimin onu təhqir ediyini izah edə bilməmiş və qeyri-səlis və mövzudan kənar danışmağa başlamışdır. Həmin vaxt Nümayəndə iş otağından çıxmış və dəhlizdə olmuşlar. Nursoltanı sakitləşdirməyə çalışanda sonuncu daha da aqressivləşmişdir. Bu zaman Şahid1 həyətə düşərək Göyçay RPŞ-nin Növbətçi Hissəsinə məlumat verməsini bildirmişdir. Nursoltanı sakitləşdirmək istəyərkən, Nursoltan qəflətən divarda asılmış, üzərinə “Baş mühasib Ə.M.Ağayev” sözləri yazılmış plastik materialdan olan lövhəni (trafaret) yumruqla vuraraq sındırmış və onun çərçivələrini qırmışdır. Daha sonra çərçivənin kənarlarında birini döşəmənin üzərindən əli ilə götürüb, paltarının qolunu yuxarı çəkərək həmin çərçivə ilə özünə xəsarət yetirəcəyini bildirmişdir. Nursultanı sakitləşdirməyə çalışmışlar, həmçinin, Nursoltanın özünə xəsarət yetirməməsi üçün onun əlində olan çərçivə kənarını almaq istədikdə, Nursoltan qəflətən əlində olan çərçivə ilə ona yumruq atmışdır. Bu zaman yumruq sol qulağına dəymiş və Nursoltanın əlindəki lövhənin plastik çərçivəsinin uc hissəsi üz nahiyəsini, yəni sol qulağının yan hissəsini kəsərək xəsarət yetirmişdir. Bu zaman Nümayəndə və Şahid2 Nursoltanı tutaraq aralaşdırmış və sakitləşdirməyə çalışmışlar. Sol qulaq nahiyəsinin qanadığını görüb əl-üzünü yumaq üçün binanın həyətinə düşmək istəyərkən, Nursoltan arxadan kürək nahiyəsindən bir dəfə təpiklə vurmuşdur. Həyətə düşdükdən sonra Nursoltanda arxasınca həyətə düşmüş və nümayəndəliyin binasından uzaqlaşmışdır. Həmin vaxt artıq köməkçisi Şahid1 polis şöbəsinin Növbətçi Hissəsinə hadisə barədə məlumat vermişdir. Bir qədər əməliyyat-istintaq qrupunun gəlməsini gözləmiş və əməliyyat-istintaq qrupu gəldikdən sonra isə birlikdə hadisə yerinə baxış keçirilmişdir. Daha sonra isə polis şöbəsinə qayıtmış və raportla baş vermiş hadisə barədə Göyçay RPŞ-nin rəisinə məruzə etmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Göyçay RİHB-nm Bığır kənd İƏD üzrə nümayəndəsi Nümayəndə göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində inzibati binada öz xidməti otağında müavini Şahid2la işləmişdir. Bu vaxt sözügedən binanın həyətində Nursoltanın uca səslə danışdığını eşitmişlər. Bundan sonra Şahid2la işə davam etməyə başlamışlar. Bir qədər sonra Nursoltan xidməti otağına daxil olub, əlini masanın üzərinə vuraraq “siz məni tanıyırsmızmı, mən heç kimdən qorxmuram” deyərək tam olaraq aydın olmayan ifadələr işlətməyə başlamışdır. Həmin vaxt Nursoltandan nə baş verdiyini soruşduqda, “sən tərəf saxlayırsan” deyərək yenidən qışqırmağa başladıqda, sonuncunun sərxoş vəziyyətdə olduğunu görmüşdür. Daha sonra Nursoltan masanın üzərində olan qənddanı, stəkanı və külqabını yerə çırparaq sındırmağa başlamışdır. Bundan sonra, bir qədər Nursoltanı sakitləşdirməyə çalışmışlar, bu zaman, Nursoltan dəhlizə çıxdıqda, pilləkənlə binanın ikinci mərtəbəsinə qalxdıqda, sağ tərəfdə olan pəncərənin şüşəsini sındırmışdır. Həmin an Nursoltanın hərəkətlərini görüb onun atası Xəqaniyə Nursoltanın sərxoş vəziyyətdə etdiyi hərəkətlərlə bağlı xəbər verib dərhal gəlib onu inzibati binadan kənarlaşdırmalarını demişdir. Həmçinin, polis sahə rəisi Zərərçəkmiş şəxs zəng edib baş verən hadisə ilə bağlı məlumat verib, gəlməsini bildirmişdir. Bir qədər sonra Nursoltanın atası Xaqani nümayəndəliyin binasına gəlmiş və birlikdə Nursoltanı sakitləşdirməyə çalışmışlar. Bu zaman, Nursoltan bir qədər sakitləşib, inzibati binanın həyətinə düşmüşdür. Bir qədər sonra isə Zərərçəkmiş şəxs inzibati binaya gəlmişdir. Zərərçəkmiş şəxs arxasınca isə polis nəfəri Şahid1 və Nursoltan yuxarı qalxmışlar. Zərərçəkmiş şəxs nə baş verdiyini soruşduqda, Nursoltanın dedikləri barədə Zərərçəkmiş şəxs məlumat vermişdir. Həmçinin, Nursoltanın yenə də həmin hərəkətləri edəcəyini fikirləşdiyi üçün onu çağırdığını bildirmişdir. Bu zaman Nursoltan yenə də aqressivləşməyə və nalayiq ifadələr işlətməyə başlamışdır. Şahin müəllim Nursoltanı sakitləşdirməyə çalışmışdır. Nursoltan yenə də kiminsə onu təhqir etdiyini desə də, lakin kimin onu təhqir etməsi barədə heç bir şey deməmişdir. Həmin vaxt Nursoltan qəfildən mühasibatın xidməti otağının qapısının kənarında divara bərkidilmiş lövhəni əli ilə vuraraq qırmışdır. Bu vaxt Nursoltan qırılmış lövhənin çərçivəsinin bir hissəsini götürüb qoluna xəsarət yetirəcəyini demişdir. Zərərçəkmiş şəxs Nursoltanın əlindəki çərçivə kənarını almaq istəyərkən, Nursoltan əlində olan çərçivə kənarı ilə Şahin müəllimə yumruq atmışdır. Bu zaman Nursoltanın əlində olan çərçivə kənarı Şahin müəllimin qulaq nahiyəsinə xəsarət yetirmişdir. Şahin müəllim geri dönüb aşağı düşmək istədikdə isə, Nursoltan Şahin müəllimin kürək nahiyəsindən təpiklə vurmuşdur. Bu zaman Şahid2la onu aralaşdırmışlar. Bundan sonra, Nursoltan aşağı həyətə düşmüş və binadan uzaqlaşıb getmişdir. Həmçinin bildirmişdir ki, Nursoltanın nümayəndəliyin inzibati binasına gəlməsinin konkret olaraq heç bir səbəbi olmamışdır. Belə ki, sonuncu tərəfindən nümayəndəliyə heç bir şikayət, ərizə və müraciət edilməmişdir. Həmçinin, Nursoltan nümayəndəliyin binasına daxil olmamışdan öncə binanın həyətində uca səslə danışmağa başlamış, daha sonra xidməti iş otağına qalxaraq, ilk əvvəl kiminsə tərəfini saxladığını demişdir. Lakin, içkili olduğu üçün Nursoltanın konkret olaraq nə demək istədiyini başa düşməmişlər. Daha sonra Nursoltan səbəbsiz yerə uca səslə qışqıraraq masanın üzərində qənddanı, stəkanı və külqabını yerə vuraraq sındırmışdır. Nursoltanla əvvəllər heç bir mübahisə və davadalaşı olmamışdır. Belə ki, sosial vəziyyətləri çox ağır olduğu üçün, həmişə Nursoltanın ailəsinə və özünə hörmət edib müxtəlif sahələrdə öz dəstəyini göstərmişdir. Nursoltan yenidən səs-küy salmağa başladığı üçün, Şahin müəllim köməkçisi Şahid1 Göyçay RPŞ-yə məlumat verib əməliyyat-istintaq qrupunu çağırmasını demişdir. Həmçinin, Nursoltan bunu eşidib daha da aqressivləşməməsi üçün zəngi aşağı düşüb etməsini bildirmişdir. Bildiyi qədər isə, Nursoltanın atası Xaqani aşağı Nursoltanı sakitləşdirib evə aparmaq üçün kənd sakinlərindən köməyə adam çağırmağa görə aşağı düşmüşdür. Buna görə də, ikinci mərtəbədə özü, Şahid2, Şahin müəllim və Nursoltandan başqa heç kim olmamışdır. Nursoltan pilləkanları qalxdıqda, sağ tərəfdə olan pəncərənin şüşəsini sındırarkən, sonuncunun əlinin üst tərəfi kəsilmişdir. Ola bilsin ki, Nursoltan lövhəni sındırarkən əlini üzərində olan qan lövhənin üzərinə bulaşmışdır. Nursoltan lövhəni əli ilə vurub sındırdıqdan sonra, çərçivə kənarları yerə dağılmışdır. Nursoltan çərçivə kənarlarının birini, bildiyi qədər bir qədər kiçik olanını əli ilə götürüb, əvvəl qolunu kəsəcəyini demişdir. Lakin, daha sonra Zərərçəkmiş şəxs həmin çərçivə kənarını sonuncunun əlindən almaq istəyərkən, Nursoltan Şahin müəllimə yumruq atmış və əlində olan çərçivə kənarı Zərərçəkmiş şəxs qulaq nahiyəsini kəsmişdir. Bundan sonra, Nursoltan əlindəki çərçivə kənarını döşəməyə atmışdır. Daha sonra, həmin çərçivə kənarları üçü bir yerdə biri isə kənarda döşəmədə qalmışdır. Göyçay RPŞnm əməkdaşı Şahid3 tərəfindən inzibati binaya baxış keçirilərkən, həmin çərçivə kənarları sonuncu tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs inzibati binada olarkən ona heç bir xəsarət yetirməmiş və müqavimət göstərməmişdir. Sonuncu içəri daxil olub stolun üzərində olan stəkan, külqabı və qənddanı yerə vurub sındırmış, həmçinin dəhlizdə olan pəncərənin şüşəsini sındırmışıdır. Lakin, nə ona, nə də müavini Şahid2 heç bir xəsarət yetirməmişdir. Nursoltan otağa daxil olub bir qədər səs-küy salmış və stolun üzərində olan stəkanları, qəndqabını və külqabını onlara tərəf deyil yerə vuraraq sındırmışdır. Həmin əşyaların sınması nəticəsində nə özü, nə də müavini Şahid2 heç bir xəsarət almamışdır. Hal-hazırda nümayəndəliyə dəymiş ziyan Təqsirləndirilən şəxs valideyinləri tərəfindən ödənilmişdir. Buna görə də ondan şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay RPŞnin X3 sahə polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə saat 16:34də Göyçay rayon İcra Hakimiyyəti Başçısının Bığır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləyən Nümayəndə polis sahə rəisi Zərərçəkmiş şəxs zəng edərək Təqsirləndirilən şəxs onun iş otağına gələrək mübahisə yaratdığını, nalayiq söyüşlər söydüyünü, həmçinin iş otağında olan əşyaları sındırıb dağıtdığını, onu sakitləşdirə bilmədiklərini bildirmiş və Zərərçəkmiş şəxs nümayəndəliyin inzibati binasına gəlməyini xahiş etmişdir. Şahin müəllim ilə birlikdə Göyçay rayonu Bığır kəndinə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasına getmişlər. Oraya çatdıqda Təqsirləndirilən şəxs nümayəndəliyin həyətində olduğunu görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs sakit dayanmışdır. Bu vaxt Şahin müəllimlə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq, nə baş verdiyini və nə üçün icra nümayəndəliyinin inzibati binasında səs-küy saldığını soruşmuş həmin vaxt hərəkətlərindən və danışığından Nursultan Məmmədovun sərxoş olduğunu hiss etmişlər. Belə ki, səs-küy salmağının səbəbini və icra nümayəndəsindən tələbinin nə olduğunu izah edə bilməmişdir. Bundan sonra Şahin müəllim inzibati binaya daxil olmuş və Nümayəndə iş otağına qalmış, məsələni aydınlaşdırmışdır. Həmçinin, Təqsirləndirilən şəxsda binaya dəvət etmiş, Nursoltan da onunla birlikdə binanın ikinci mərtəbəsinə qalxmış, binanın ikinci mərtəbəsinə qalxdıqda, pilləkanın qurtaracağında sağ tərəfdə yerləşən pəncərənin şüşəsinin sındığını və şüşə qırıntılarının yerə dağıldığını görmüşdür. Bundan sonra Nümayəndə iş otağına daxil olanda yerdə stəkan, nəlbəki və qəndqabının şüşə qırıntılarının olduğunu və qənd parçalarının döşəmənin üzərinə dağıldığını görmüş, həmin vaxt Şahin müəllim Nümayəndə nə baş verdiyini soruşduqda, müavin Şahid2la birlikdə xidməti otaqda işləyərkən Nursoltanın inzibati binanın həyətində uca səslə danışdığını, daha sonra Nursoltanın xidməti otaqlarında nalayiq ifadələr işlətdiyini, onun kimisə söyüb təhqir etdiyini və onlara onu təhqir edən şəxsin tərəfini saxladıqlarını dediyini, bundan sonra masanın üzərində olan stəkan, külqabı və qəndqabını yerə çırparaq sındırdığını, daha sonra isə dəhlizə çıxaraq pəncərənin şüşəsini sındırdığını, buna görə də, Təqsirləndirilən şəxs eyni hərəkətləri təkrar edəcəyini düşündükləri üçün Şahin müəllimə zəng edərək hadisə yerinə çağırdıqlarını bildirmişdir. Bu vaxt Təqsirləndirilən şəxs da aqressiv şəkildə etirazını bildirdi. Şahin müəllim Təqsirləndirilən şəxs sakitləşməsini, səbrli olmasını və şikayətini sakit, təmkinli şəkildə izah etməsini bildirdi. Nursultan kiminsə onu söyüb təhqir etdiyini bildirsə də, kimin onu təhqir ediyini izah edə bilmədi və qeyri-səlis və mövzudan kənar danışmağa başladı. Həmin vaxtı Nümayəndə iş otağından dəhlizə çıxmışlar. Nursoltanı sakitləşdirməyə çalışanda daha da aqressivləşdi. Bu zaman Şahin müəllim ona həyətə düşərək Göyçay RPŞ-nin Növbətçi Hissəsinə məlumat verməsini bildirdi. Aşağı düşüb Göyçay RPŞ-nın Növbətçi Hissəsinə zəng edib məlumat vermişdir. Həyətə düşdükdən təxminən 5-10 dəqiqə sonra Şahin müəllim aşağı düşdü. Şahin müəllimin sol qulaq nahiyəsinin qanadığını görüb, ondan nə baş verdiyini soruşmuş, Şahin müəllim Nursoltanın divarda olan lövhəni əli ilə sındırıb lövhənin çərçivəsinin kənarlarından birini əli ilə tutub əvvəl özünə xəsarət yetirəcəyini dediyini, Nusroltanı sakitləşdirmək istəyərkən sonuncunun qəfildən ona yumruq atdığını və əlində olan çərçivə kənarının onun qulaq nahiyəsini kəsdiyini, daha sonra isə kürək nahiyəsindən təpiklə vurduğunu bildirdi. Bundan sonra Göyçay RPŞ-dən əməliyyat-istintaq qrupu oraya gəldi. Hadisənin baş verdiyi yerə baxış keçirildi, həmçinin Nursoltan kənd ərazisində saxlanılaraq Göyçay RPŞ-yə aparıldı. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, Göyçay rayon Bığır kənd icra nümayəndəliyinin müavini vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində inzibati binada kənd icra nümayəndəsi Nümayəndə xidməti iş otağında olarkən Nursoltanın həyətdə uca səslə danışdığını eşitmiş, bir qədər sonra Nursoltan Nümayəndə xidməti iş otağına daxil olub, əlini masanın üzərinə vuraraq “siz məni tanıyırsınızmı və mən heç kimdən qorxmuram” deyərək tam olaraq aydın olmayan ifadələr işlətməyə başladı. Həmin vaxt Elgünəş müəllim Nursoltandan nə baş verdiyini soruşduqda, Nursoltan “sən tərəf saxlayırsan” deyərək yenidən qışqırmağa başladıqda, onun sərxoş vəziyyətdə olduğunu anlamışlar. Daha sonra Nursoltan masanın üzərində olan qənddanı, stəkanı və külqabını yerə çırparaq sındırmağa başladı. Bundan sonra, onu sakitləşdirməyə çalışmış, Nursoltan dəhlizə çıxmış, pilləkənla binanın ikinci mərtəbəsinə qalxdıqda, sağ tərəfdə olan pəncərənin şüşəsini sındırmışdır. Bu zaman Nümayəndə Nursoltanın hərəkətlərini görüb onun atası Xaqaniyə Nursoltanın sərxoş vəziyyətdə etdiyi hərəkətlərlə bağlı xəbər verib dərhal gəlib onu inzibati binadan kənarlaşdırmalarını bildirdi. Həmçinin polis sahə rəisi Zərərçəkmiş şəxs zəng edib baş verən hadisə ilə bağlı məlumat verib, gəlməsini xahiş etdi. Bir qədər sonra Nursoltanın atası Xaqani nümayəndəliyin binasına gəldi və birlikdə Nursoltanı sakitləşdirməyə çalışmışlar. Bu zaman Nursoltan bir qədər sakitləşib, inzibati binanın həyətinə düşdü. Bir qədər sonra isə Zərərçəkmiş şəxs inzibati binaya gəldi. Onun araxasınca isə polis nəfəri Şahid1 və Nursoltan yuxarı qalxdılar. Zərərçəkmiş şəxs Nümayəndə nə baş verdiyini soruşduqda, Nursoltanın dedikləri barədə Şahin müəllimə məlumat verdi. Həmçinin, Nursoltanın yenə də həmin hərəkətləri edəcəyini fikirləşdiyi üçün onu çağırdığını bildirdi. Bu zaman Nursoltan yenə də aqressivləşməyə və nalayiq ifadələr işlətməyə başladı. Bu zaman, Şahin müəllim Nursoltanı sakitləşdirməyə çalışdı. Nursoltan yenə də kiminsə onu təhqir etdiyini desə də, lakin kimin onu təhqir etməsi barədə heç bir şey demədi. Həmin vaxt Nursoltan qəfildən mühasibatın xidməti otağının qapısının kənarında divara bərkidilmiş lövhəni əli ilə vuraraq qırdı. Bu vaxt Nursoltan qırılmış lövhənin çərçivəsinin bir hissəsini götürüb qoluna xəsarət yetirəcəyini bildirdi. Zərərçəkmiş şəxs Nursoltanın əlindəki çərçivə kənarını almaq istəyərkən, Nursoltan əlində olan çərçivə kənarı ilə Nursoltan Şahin müəllimə yumruq atdı. Bu zaman Nursoltanın əlində olan çərçivə kənarı Şahin müəllimin qulaq nahiyəsinə xəsarət yetirdi. Şahin müəllim geri dönüb aşağı düşmək istədikdə isə Şahin müəllimin kürək nahiyəsindən təpiklə vurdu. Nümayəndəla onu araladıq Bundan sonra Nursoltan aşağı həyətə düşmüş və binadan uzaqlaşıb getmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, Göyçay RPŞnın TB-nin təhqiqatçısıdır, polis kapitanıdır. xx.xx.2022-ci il tarixdə Göyçay RPŞ-də Əməliyyat-İstintaq qrupunda növbədə olmuşdur. Həmin vaxt Göyçay RPŞ-nm NHdən Göyçay RİHB-nin Bığır kənd İƏD üzrə nümayəndəliyinin inzibati binasında Təqsirləndirilən şəxs Göyçay RPŞ-nin İTB-nm polis sahə rəisi Zərərçəkmiş şəxs yumruqla vuraraq xəsarət yetirdiyini bildirmişlər. Belə ki, bu barədə Göyçay RPŞ-nm NH-nə polis sahə rəisinin köməkçisi Şahid1 məlumat vermişdir. Dərhal xidməti maşınla əməliyyat-istintaq qrupu ilə birlikdə hadisə yerinə getmişdir. Belə ki, onunla birlikdə CAB-nm əməliyyat müvəkkili Pərviz İsrəfılov və sürücü Şahid5 getmişdir. Hadisə yerinə çatdıqda, Zərərçəkmiş şəxs, kənd icra nümayəndəsi Nümayəndə, sonuncunun müavini Şahid2 və eyni zamanda bir neçə tanımadığı kənd sakinləri orada olmuşdur. Hadisə yerinə çatdıqda, Zərərçəkmiş şəxs qulaq nahiyəsindən qan axdığını görüb, nə baş verdiyini soruşduqda, Təqsirləndirilən şəxs icra nümayəndəliyinin inzibati binasına gələrək səs-küy saldığını, nalayiq ifadələr işlətdiyini, icra nümayəndəsinin xidməti otağında olan stəkanları, külqabını və qəndqabını, həmçinin dəhlizdə olan pəncərənin şüşəsini sındırdığını, bundan sonra Nümayəndə ona zəng etdiyini və hadisə barədə məlumat verdiyini, nümayəndəliyə gəldikdə isə Nursoltanın icra nümayəndəliyinin həyətində gördüyünü, nə baş verdiyini öyrənmək üçün icra nümayəndəsinin xidməti otağına qalxmağı təklif etdiyini, inzibati binanın ikinci mərtəbəsində olarkən Təqsirləndirilən şəxs anidən divarda olan lövhənin çərçivəsini sındıraraq çərçivənin kənarını əli ilə tutub, ilk öncə özünə xəsarət yetirəcəyini dediyini, bu vaxt sonuncunu sakitləşdirmək istəyərkən, Nursoltanın onun sifət nahiyəsinə yumruqla vurduğunu və əlindəki çərçivə ilə onun sol qulaq nahiyəsinə xəsarət yetirdiyini demişdir. Qeyd edilənləri Nümayəndə və Şahid2 təsdiq etmişlər. Bundan sonra, Nümayəndə və Zərərçəkmiş şəxs o cümlədən hal şahidlərinin iştirakı ilə hadisə yerinə tərəfindən baxış keçirilmişdir. İnzibati binanın ikinci mərtəbəsinə qalxdıqda, pilləkanın solunda sağ tərəfdə yerləşən pəncərənin şüşəsi sınmış vəziyyətdə olmuşdur. Daha sonra isə dəhlizdən içəri daxil olduqda, sağ tərəfdəki otağın qapısının kənarında olan, üzərinə “Baş Mühasib Ə.M.Ağayev” sözləri yazılmış lövhənin sındığını və lövhənin kənarlarında olan çərçivə kənarlarının döşəmənin üzərində olduğunu, həmçinin sözügedən lövhənin üzərində qanabənzər qırmızı ləkələrin olduğunu görmüşdür. Belə ki, lövhə kənarlarının üçü bir yerdə bir ədədi isə bir qədər kənarda olmuşdur. Kənd icra nümayəndəsi Nümayəndə xidməti otağına daxil olduqda isə otaqda döşəmənin üzərində stəkan və qəndqabının qırıntılarını, həmçinin döşəmənin üzərində qənd və konfetlərin dağıldığını görmüşdür. Nümayəndə həmin şüşə qırıntılarını masanın üzərində olan stəkanlar və qəndqabına aid olduğunu və onların Təqsirləndirilən şəxs döşəməyə vuraraq sındırdığını demişdir. Bundan sonra yerdə olan şüşə qırıntıları, həmçinin dəhlizdə döşəmədə olan çərçivə kənarları və üzərinə “Baş Mühasib Ə.M.Ağayev” sözləri yazılmış lövhə iş üçün əhəmiyyət kəsb edəcəyi üçün tərəfimdən götürülərək qablaşdırılmışdır. Daha sonra bu barədə protokol tərtib edilərək iştirakçılar və hal şahidləri tərəfindən imzalanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs kənd ərazisində yol kənarında gedərkən, Pərviz İsrəfılov tərəfindən saxlanılaraq izahat alınması üçün xidməti maşınla Göyçay RPŞ-yə gətirilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs baş vermiş hadisə ilə bağlı izahatları alınmış, daha sonra isə toplanmış material aidiyyatı üzrə rayon prokururluğuna göndərilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. xx.xx.2022-ci il tarixdə kənd icra nümayəndəsi Elgünəş ona zəng etmiş Nursoltanın nümayəndəlikdə səs-küy salmasını və gəlib onu aparmağını deməsini bildirmişdir. Bundan sonra, tək icra nümayəndəliyinə getmişdir. İcra nümayəndəliyinə gedib, yuxarı qalxdıqda, pilləkandan çıxarkən sağ tərəfdəki pəncərinin şüşəsinin sındığını, Nursoltanın icra nümayəndəsi Nümayəndə otağının qarşısındakı dəhlizdə olduğunu görmüşdür.Eləcə də sahə rəisi Zərərçəkmiş şəxs xəsarət yetirməsini orda bilmişdir. Cinayət işinə əlavə edilmiş Məhkəmə-Tibb Ekspertiza və PA birliyi PHŞ-in Göyçay rayon şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli 186 №-li rəyindən görünür ki, 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər:
1. Sol qulaq çıxıntısı və qulaq seyvanım birləşdirən nahiyədə yumşaq toxumanın kəsilmiş yarası iti kənarlı kəsici əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir.
2. Sağ saidin yuxarı 1/3-nin arxa səthində qançır küt-bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixinə uyğun gəlir və sağlamlığa ZƏRƏR vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinə əlavə edilmiş Məhkəmə-Tibb Ekspertiza və PA birliyi PHŞ-in Göyçay rayon şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli 187 №-li rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Xəqani oğlunun məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ əlin İİ barmaq falanqasmda və gövdənin arxa səthində xətti - xaotik formalı, fasiləli sıyrıqlar küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, müddətləri müayinədən 2-4 gün əvvələ, sağ əlüstü nahiyyədə İİ əl darağı sümüyü proyeksiyasında yumşaq toxumanın bir qədər şişkinliyi fonunda əzilmiş-sıyrılmış yara küt-bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixinə uyğun gəlir, həm ayrı-ayrılıqda, həmçinin də ümumilikdə sağlımlığa ZƏRƏR vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinə əlavə edilmiş Məhkəmə-X2 xx.xx.2022-ci il tarixli 225/2022- MTKŞ №-li rəyindən görünür ki,
1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus xidməti pencəyin öndən bağlandığı İ düymə yerindən tam qopub ayrılmışdır. Bu zədə küt yaranma mexanizmə malikdir, paltarın müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır.
2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus xidməti pencəyin astarmdakı sol döş cibinin bir kənarında məhdud cırılma vardır. Bu cırılma küt yaranma mexanizmə malikdir, paltarın müvafiq nahiyəsinin gərilib- dartılması nəticəsində yaranmışdır.
3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus xidməti şalvar və xidməti köynək üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı.
4. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin öndən bağlandığı Vİ düymə yerindən tam qopub ayrılmışdır. Bu zədə küt yaramna mexanizmə malikdir, paltarın müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. Cinayət işinə əlavə edilmiş Məhkəmə-lifli ekspertizasının xx.xx.2022-ci il tarixli 17/379№-li rəyindən görünür ki,Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın səthi üzərindən tapılmış tünd-göy rəngli təbii yun lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. 1.1) Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd uzunqol köynəyin səthi üzərindən tapılmış tünd-göy rəngli göy rəngli təbii yun lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd pencəyin tərkib liflərinə uyğun gəlirlər. 2) Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus 01 ədəd pencəyin səthi üzərindən tapılmış yaşıl rəngli təbii pampıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd uzunqol köynəyin tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinə əlavə edilmiş Məhkəmə-X5 xx.xx.2022-ci il tarixli 1605/K №-li rəyindən görünür ki, Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin miqdarı az olduğuna görə narkotik maddələrin təyinatını aparmaq mümkün olmadı. Cinayət işinə əlavə edilmiş Məhkəmə-X6 xx.xx.2022-ci il tarixli 278/2022MTBŞ №- li rəyindən görünür ki,Zərərçəkmiş şəxs təqdim olunanı şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-A/İİ/-. 1- Təqsirləndirilən şəxs təqdim olunanı şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-B/İİİ/-. 2- Ekspertizaya təqdim olunan «BAŞ MÜHASİB Ə.M.Ağayev» yazılı lövhə, Zərərçəkmiş şəxs məxsus köynək, pencək, cib dəsmalı, Təqsirləndirilən şəxs məxsus idman şalvarı və köynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda Təqsirləndirilən şəxs məxsus idman şalvarı, Zərərçəkmiş şəxs məxsus köynək, pencək və cib dəsmalı üzərindəki ləkələrdə «A», «H» antigenləri və köynək üzərindəki ləkələrdə həmçinin beta aqqlyutinini də almdı.Bu qan ləkələri Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər./əgər onun qanında müşayiətçi H antigeni varsa/. «BAŞ MÜHASİB Ə.M.Ağayev» yazılı lövhə və Təqsirləndirilən şəxs məxsus köynək üzərindəki ləkələrdə «B», «H» antigenləri, lövhə üzərində həmçinin alfa aqqlyutinini də alındı. Bu qan ləkələri Balfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər./əgər onun qanında müşayiətçi H antigeni varsa/. 5-Təqdim olunan 04 ədəd çərçivə kənarları üzərində qan, Zərərçəkmiş şəxs məxsus şalvar üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Cinayət işinə əlavə edilmiş Məhkəmə-X1 xx.xx.2022-ci il tarixli 363/124 №-li rəyindən görünür ki,Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialla«, tibbi sənədlər (Göyçay RMX PHŞ-dan verilmiş xx.xx.2022-ci il tarixli 1630 saylı arayış), anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz və acıqlı olması, tez qıcıqlanması, xırda qıcığa nevrotik tipli reaksiya ilə cavab verməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni AN LAQ Lİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk etmə hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi yoxdur. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər psixiatriya müəsisələrində qeydiyyatda durmaması,tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi (Göyçay RMX PHŞ- dan verilmiş xx.xx.2022-ci il tarixli 1630 saylı arayış), cinayət əməlib törədərkən, istitnaq və hazırki ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, eskpertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi fimksiyahrm saxlanılması, onda müşahidə edilən emosiya pozuntusunun (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz və acıqlı olması, tez qıcıqlanması, xırda qıcığa nevrotik tipli reaksiya ilə cavab verməsi və s.) az ifadəli olması əsas verir. Aparılmış psixoloji müayinə zamanı (Spilberger, Xanin, Hans və Sibella Ayzenq, USK, LD, Lüşer testlərinə əsasən) onda neqativ əhval ruhiyyə, daxilində kəskin narahatlıq hissləri keçirməsi aşkar olunur, əhval-ruhiyyəsi qaneedicidir. Həmçinin analiz və sintez müayinələri aşağıdakı nəticələri vermişdir: Verbal qiymət - 64 VQ; Qeyri-verbal qiymət-70 RQ, Ümumi qiymət - 88 ZQ- dır ki, bu da intellektin orta səviyyəsinə uyğun gəlir. Şəxsiyyəti tərəfindən Təqsirləndirilən şəxs aşağıdakılar aşkar olunur: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Yuxanda göstərilənləri nəzərə alaraq ekspert psixoloq kimi aşağıdakı nəticəyə gəlir: Təqsirləndirilən şəxs cinayəti hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır(keçirməmişdir). Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 16 radələrində orta dərəcəli sərxoşluq vəziyyətində ictimai yer hesab edilən Göyçay RİHB-nın Bığır kənd İƏD üzrə nümayəndəliyinin inzibati binasına gələrək heç bir əsaslı səbəb olmadan icra nümayəndəliyinin inzibati binasında səs-küy salaraq, nalayiq ifadələr işlətməklə nümayəndəliyinin normal iş fəaliyyətinə mane olmuş, daha sonra kənd icra nümayəndəsi Nümayəndə xidməti iş otağında olan stolun üzərindəki əşyaları yerə vuraraq, həmçinin inzibati binanın dəhlizində olan pəncərənin şüşəsini əli ilə vurub sındıraraq Göyçay RİHB-nm Bığır kənd İƏD üzrə nümayəndəliyinin əmlakını məhv etməklə, ictimai birgəyaşayış qaydalarına və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə öz şəxsiyyətini digərlərinin mənafelərindən üstün tutaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətlərini etməklə, bundan sonra, Təqsirləndirilən şəxs həmin gün xx.xx.2022-ci il tarixdə saat 17 radələrində kənd icra nümayəndəsi Nümayəndə telefon vasitəsi ilə çağırışma əsasən, öz vəzifə səlahiyyətlərini yerinə yetirərək xidməti geyim formasında hadisə yerinə gəlib xidməti vəzifələrinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs nizamintizama dəvət etmək istəyən Göyçay RPŞ-nm İTB-nm polis sahə rəisi, polis mayoru Zərərçəkmiş şəxs “baş mühasib Ə.M.Ağayev” sözləri yazılmış sındırdığı lövhənin qopmuş çərçivəsinin kənarlarından birini əli ilə tutaraq yumruq atmaqla və kürək nahiyəsinə təpiklə vurmaqla, hakimiyyət nümayəndəsi hesab edilən Zərərçəkmiş şəxs xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran sol qulaq çıxıntısı və qulaq seyvanını birləşdirən nahiyədə yumşaq toxumanın kəsilmiş yarası və sağ saidin 1/3-nm arxa səthində dərəcəsinə görə sağlamlığa zərər vurmayan qançır xəsarəti yetirməklə Azərbaycan Respublikası CM-nin 221.1 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə peşman olmasını, zərərçəkmiş Göyçay rayon İHB-nın Bığır kənd İƏD üzrə nümayəndəsinin ondan heç bir şikayətinin və tələbinin olmadığını cəzasını yüngülləşdirən hal kimi, eləcə də məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi CM-nin 221.1 və 315-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət işinin materiallarında olan Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə icraat dövründə hüquqlarını 8 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 8 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan Göyçay rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd uzunqol köynək, 01 ədəd şalvar Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd pencək, 01 ədəd uzunqol köynək və 01 ədəd cib dəsmalı Zərərçəkmiş şəxs qaytarılmalı, 01 ədəd üzərində “Baş mühasib Ə.M.Ağayev” sözü yazılmış lövhə, 03 ədəd üzərində “Baş mühasib Ə.M.Ağayev” sözü yazılmış lövhənin çərçivə kənarları, 01 ədəd Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi üzərində “Baş mühasib Ə.M.Ağayev” sözü yazılmış lövhənin çərçivə kənarı və 01 ədəd bağlamada Göyçay RİHB-nm Bığır kənd İƏD üzrə nümayəndəsi Nümayəndə xidməti iş otağından götürülmüş şüşə qab qırıntıları məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 71.94 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan Göyçay rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd uzunqol köynək, 01 ədəd şalvar Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd pencək, 01 ədəd uzunqol köynək və 01 ədəd cib dəsmalı Zərərçəkmiş şəxs qaytarılsın. 01 ədəd üzərində “Baş mühasib Ə.M.Ağayev” sözü yazılmış lövhə, 03 ədəd üzərində “Baş mühasib Ə.M.Ağayev” sözü yazılmış lövhənin çərçivə kənarları, 01 ədəd Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi üzərində “Baş mühasib Ə.M.Ağayev” sözü yazılmış lövhənin çərçivə kənarı və 01 ədəd bağlamada Göyçay RİHB-nm Bığır kənd İƏD üzrə nümayəndəsi Nümayəndə xidməti iş otağından götürülmüş şüşə qab qırıntıları məhv edilsin. İş üzrə ekspertiza xərci olan 71.94 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 8 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası maddi sübutun məhv edilməsinə və ekspertiza xərcinə dair hissədə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: İbrahim Fəttahov