Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-69/2024 03.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Göyçay rayonu 1-ci Ərəb kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 65000 manat məbləğində pulun Zərərçəkmiş şəxs verilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(046)-1809/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək müvafiq olaraq 10 gün və 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2023-cü il,xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətiylə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixədək 65000,00 manat məbləğində pulu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1809/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən ondan 65000 manat pulun alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnaməni ədalətsiz hesab etdiyi üçün Zərərçəkmiş şəxs heç bir ödəniş etməmişdir. Barəsində Göyçay rayon icra və probasiya şöbəsində icra işi aparılmış və bu işlə bağlı Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il və xx.xx.2024- cü il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə inzibati xətam törətməkdə təqsirli bilinərək müvafiq olaraq 10 gün və 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Göyçay rayonu Mirzəhüseynli kəndində 1,3525 hektar torpaq sahəsi olmuş və həmin torpaq sahəsini 2020-ci ildə 25000 manata satmışdır. Bu pulu borclarına görə ödəmiş, həmçinin onun VAZ-21099 markalı avtomobili olmuş, həmin avtomobili təxminən 2018-2019-cu illiərdə 2500 manata satmış, pulu isə uşağının təhsil haqqına ödəmişdir. Onun həmçinin QAZ-31 markalı avtomobili olmuş, lakin yararsız olduğundan metal tullantısı kimi 300 manata satmışdır. Zərərçəkmiş şəxs borclu olduğunu bilsə də ödəniş etməyəcək, çünki, özünü ona borclu hesab etmir. Hazırda günəmuzd işləyir, bağbanlıq edir, hər günə 18 manat qazancı olur, onu da evinin ehtiyaclarına xərcləyir. Hazırkı borcundan 1700 manat pul ödəmiş, həmin pul Göyçay rayon İcra və Probasiya Şöbəsinin depozit hesabındadır. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1809/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 65000,00 manat pulun alınaraq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs barəsində Göyçay rayon icra və probasiya şöbəsində iş aparılmış, lakin nəticəsi olmamış, Teyyub ancaq yalançı vədlər vermişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək müvafiq olaraq 10 gün və 15 gün müddətinə inzibati qaydada həbs edilmiş, lakin bundan nəticə çıxarmamışdır. Belə ki, açıq şəkildə ona bildirmişdir ki, heç bir pul ödəməyəcək. İcra zamanı Təqsirləndirilən şəxs ona yalançı vədlər verərək ilkin olaraq 5000 manat ödəyəcəyini, sonra da har ay 1000-1500 manat ödəyəcəyini bildirmişdir. Lakin sonradan görmüşdür ki, Təqsirləndirilən şəxs onu aldadır, heç bir ödəniş etmək niyyətində deyil. Təqsirləndirilən şəxs bu borcu ödəmək imkanı olmuş, lakin qərəzli olaraq ona indiyə kimi heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs yaşadığı kənddə 1,38 hektar torpaq sahəsi olmuş, lakin həmin torpaq sahəsini 2020-ci ildə satmışdır. Bundan əlavə, bildiyinə görə, həmin ərəfədə sonuncu etibarnamə əsasında aldığı və idarə etdiyi 2 ədəd minik avtomobili, yəni QAZ-31 və VAZ-21015 markalı avtomobilləri satmışdır. Hazırda Təqsirləndirilən şəxs ona 1700 manat pul ödmişdir. Təqsirləndirilən şəxs şikayətçidir və barəsində qanuni tədbirlər görülməsini xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Göyçay rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 göstərmişdir ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(046)-1809/2016 saylı icra sənədinə əsasən 65000 manat məbləğində pul Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs xeyrinə verilmişdir. Borcun məcburi icrası üçün görülən tədbirlər nəticə verməmişdir. Borclu Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək müvafiq olaraq 10 gün və 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Görülən bütün icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs olan 65000 manat borcunu ödəməmişdir. Sonradan Təqsirləndirilən şəxs borclu olduğu 65000 manat puldan 1700 manatını ödəmiş, həmin borc hazırda Göyçayr rayon İcra və Probasiya şöbəsinin depozit hesabındadır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. Məhkəmə şahid qismində ifadə vermiş X1 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə olunmuş Göyçay Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(046)-1809/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 65000,00 manat pulun Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Cinayət işinə əlavə olunmuş xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. Cinayət işinə əlavə olunmuş Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün və 15 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 65000 manat məbləğində pulun Zərərçəkmiş şəxs verilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(046)-1809/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək müvafiq olaraq 10 gün və 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2023-cü il,xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, xx.xx.2024-cü il tarixədək 65000 manat məbləğində pulu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirməklə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, borclu olduğunu puldan 1700 manat ödədəyini cəzasını yüngülləşdirən hal kimi, cəzasının ağırlaşdıran halın olmadığını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və dərhal məhkəmə zalından həbsə alınlamlı, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə zalından həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökm təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-69/2024
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-69/2024
03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver