Məhkəmə qərarları › İş №1(046)-7/2024

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-7/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-7/2024 17.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı1 oğlunun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Göyçay rayonunda anadan olmuş, subay, orta təhsilli, məhkumluğu olmayan, Göyçay rayonun 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə saat 23 radələrində Göyçay şəhəri, Natəvan küçəsi 219-cu kilometrdə yerləşən Zərərçəkmiş şəxs məxsus avtomobil təmir sexinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus 18 ədəd 36 manat dəyərində Qaz-21 markalı avtomobilin mühərrikinə aid kladışı, 1 ədəd 5 manat dəyərində Qaz-21 markalı avtomobilin mühərrikinin porşen başlığını, 1 ədəd 20 manat dəyərində Qaz-21 markalı avtomobilin qapı şüşəsini qaldırıb-endirən mexanizmini, 5 ədəd 30 manat dəyərində Qaz-21 markalı avtomobilə aid əyləc bəndlərini, 1 ədəd 10 manat dəyərində Qaz-21 markalı avtomobilə aid 22 ölçülü təkər açarını, 1 ədəd 10 manat dəyərində Qaz 21 markalı avtomobilə aid ötürücü qutunun üst qapağını, 1 ədəd 50 manat dəyərində yağ vuran nasosu, ümumilikdə Zərərçəkmiş şəxs 161 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa təkrarən 25 fevral 2023-cü il tarixdə saat 23 radələrində Göyçay şəhəri, Natəvan küçəsi 219-cu kilometrdə yerləşən Zərərçəkmiş şəxs məxsus avtomobil təmir sexinə hasardan aşmaqla qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 1 ədəd 150 manat dəyərində Qazel markalı avtomobilə aid diferin korpusunu, 1 ədəd 120 manat dəyərində Qazel markalı avtomobilə aid resoru, 1 ədəd 120 manat dəyərində Qazel markalı avtomobilə aid ön hərəkət hissəsinin barabanını, 1 ədəd 120 manat dəyərində Qazel markalı avtomobilə aid ön hərəkət hissəsinin ön topunu, 1 ədəd 20 manat dəyərində Qaz 21 markalı avtomobilə aid yük yayının alt oturacağını, 1 ədəd 20 manat dəyərində Qaz-21 markalı avtomobilə aid yük yayının üst oturacağını, 1 ədəd 20 manat dəyərində Qaz-21 markalı avtomobilin ön oturacağının nikel materialdan olan bəzəyini, ümumilikdə Zərərçəkmiş şəxs 570 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bununla da Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus avtomobil sexin arxa tərəfindən hasarı aşaraq sexin həyətinə keçmiş, sexin arxasında olan ehtiyyat hissələrindən 2 ədəd torbada olan kiçik ehtiyyat hissələrini gətirib keçmiş “Nuşican” restoranının yerində tikilinin yanına yığmış, oradan isə çıxıb yaşadığı evə getmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 12 radələrində özünə məxsus Vaz 2107 markalı 45- BL-892 dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan Şahid2 ilə görüşmüş, Turalın avtomobilinə əyləşib yaşadığı evə tərəf sürməsini bildirmiş, evin yaxınlığına çatarkən Turala istiqamət verərək köhnə “Nuşican” restoranını yanına sürməsini istəmiş, köhnə “Nuşican” restoranının yanında Turala avtomobili saxlayıb yük yerini açmasını bildirmiş və Tural avtomobili saxlayıb yük yerini açmışdır. Bundan sonra orada olan yarımtikili binanın yanından 2 ədəd torbada avtomobil ehtiyyat hissələrini avtomobilin yük yerinə yığmış, Tural ondan həmin torbalardakının nə olduğunu soruşduqda, köhnə dəmir hissələri olduğunu, su arxının kənarından yığdığını bildirmişdir. Bundan sonra Turala Göyçay şəhər Vaqif küçəsi dalan 1-də yerləşən metal qəbulu məntəqəsinə sürməsini bildirmiş, Tural avtomobili Göyçay şəhər Vaqif küçəsi dalan 1-də yerləşən metal qəbulu məntəqəsinə sürmüşdür. Apardığı köhnə avtomobil ehtiyyat hissələrini həmin məntəqəni işlədən Habilə göstərib özünə məxsus olduğunu, yararsız olduğu üçün metal kimi satmaq istədiyini bildirmiş, Habil həmin əşyaları çəkdikdə ümumilikdə çəkisi 78 kiloqram olmuş və bunun müqabilində Habil ona 31 manat pul vermiş, həmin əşyalar avtomobilə aid 18 ədəd kladışdan, 1 ədəd porşen başlığından, 1 ədəd avtomobilin qapı şüşəsini qaldırıb-endirən mexanizmdən, 5 ədəd əyləc bəndlərindən, 1 ədəd 22 ölçülü təkər açarından, 1 ədəd ötürücü qutunun üst qapağından, 1 ədəd yağ vuran nasosdan ibarət olmuşdur. Bundan sonra Turala onu yaşadığı evə düşürməsini bildirmiş və bundan sonra taksi xidmətinə görə Turala 5 manat verib avtomobildən düşmüşdür. Bundan sonra xx.xx.2023-cü il tarixdə yenidən pula ehiyacı olduğu üçün saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus sexin yanından keçərkən oradan oğurluq etmək qərarına gəlmiş, həmin vaxt sexin arxa tərəfindən hasarı aşaraq sexin həyətinə keçmiş, sexin arxasında olan ehtiyyat hissələrindən götürüb sexin həyətindən çıxararaq gətirib “Nuşican” restoranın yerində tikilən yeni tikili ilə orada olan çörək sexinin arasına divarın dibinə yığıb yaşadığı evə getmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 10 radələrində Şahid2 mobil telefonuna zəng vuraraq, taksi avtomobili lazım olduğunu bildirib köhnə “Nuşican” restoranın yanına gəlməsini bildirmiş, Tural özünə məxsus Vaz 2107 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun dediyi yerə gəlmiş, Turala avtomobilin yük yerini açmasını bildirdikdən sonra Tural avtomobilin yük yerini açmışdır. O, orada divarın kənarına yığdığı işlənmiş avtomobil ehtiyyat hissələrini Turalın avtomobilinin yük yerinə yığmış, həmin ehtiyyat hissələri yük yerinə sığmadığı üçün yük yerinin qapısı açıq qalmışdır. Tural ona həmin ehtiyat hissələrini haradan əldə etdiyini soruşduqda onların yararsız olduğunu, su arxının kənarından taparaq yığdığını bildirmiş və avtomobili Göyçay şəhər Vaqif küçəsi dalan 1-də yerləşən metal qəbulu məntəqəsinə sürməsini Turala bildirmişdir. Onlar metal qəbulu məntəqəsinə çatdıqdan sonra məntəqəni işlədən Habil adlı şəxsə həmin ehtiyyat hissələrinin yararsız olduğu üçün satdığını bildirmiş və onların çəkisi 130 kiloqram gəlmişdir. Həmin vaxt Habil həmin dəmirlərin kimə məxsus olmasını soruşduqda o, özünə məxsus olduğunu bildirmiş, Habil həmin metalın müqabilində ona 52 manat pul vermişdir. Həmin ehtiyyat hissələri avtomobilə aid 1 ədəd diferdən, 1 ədəd resordan, 1 ədəd ön hərəkət hissəsinin barabanından, 1 ədəd ön hərəkət hissəsinin ön topu, 1 ədəd yük yayının alt və üst oturacağından, 1 ədəd nikel materialdan olan bəzəkdən ibarət olmuşdur. Bundan sonra Turala onu Göyçay şəhər H.Əliyev prospektində olan “Bolluq” marketin yanına düşürməsini bildirmiş və xidmət haqqı olaraq 8 manat pul vermişdir. Törətdiyi əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəmişdir. İş üzrə Zərərçəkmiş şəxs göstərmişdir ki, Göyçay şəhəri Natəvan küçəsi 219-cu kilometrdə özünə məxsus avtomobil təmiri sexi vardır. xx.xx.2023-cü il tarixdə işlədiyi sexə gələn zaman avtomobil təmiri sexində yerdə olan avtomobil ehtiyyat hissələrinin yerində olmadığını aşkar etmiş, həmçinin ətrafa nəzər saldıqda 2 ədəd torbada olan avtomobil ehtiyyat hisələrinin yerində olmayaraq oğurlandığını aşkar etmişdir. Həmin əşyalar 1 ədəd 150 manat dəyərində Qazel markalı avtomobilə aid diferin korpusunu, 1 ədəd 120 manat dəyərində Qazel markalı avtomobilə aid resoru, 1 ədəd 120 manat dəyərində Qazel markalı avtomobilə aid ön hərəkət hissəsinin barabanı, 1 ədəd 120 manat dəyərində Qazel markalı avtomobilə aid ön hərəkət hissəsinin ön topu, 1 ədəd 20 manat dəyərində Qaz 21 markalı avtomobilə aid yük yayının alt oturacağı, 1 ədəd 20 manat dəyərində Qaz- 21 markalı avtomobilə aid yük yayının üst oturacağı, 1 ədəd 20 manat dəyərində Qaz-21 markalı avtomobilin ön oturacağının nikel materialdan olan bəzəyi, ayrıca 2 ədəd torbanın içərisində olan 18 ədəd 36 manat dəyərində Qaz-21 markalı avtomobilin mühərrikinə aid kladiş, 1 ədəd .5 manat dəyərində Qaz- 21 markalı avtomobilin mühərrikinin porşen başlığı, 1 ədəd 20 manat dəyərində Qaz-21 markalı avtomobilin qapı şüşəsini qaldırıbendirən mexanizm, 5 ədəd 30 manat dəyərində Qaz-21 markalı avtomobilə aid əyləc bəndləri, 1 ədəd 10 manat dəyərində Qaz-21 markalı avtomobilə aid 22 ölçülü təkər açarı, 1 ədəd 10 manat dəyərində Qaz 21 markalı avtomobilə aid ötürücü qutunun üst qapağı, 1 ədəd 50 manat dəyərində yağ vuran nasos oğurlamış, ümumilikdə ona 731 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda oğurlanmış əmlakın bir hissəsi ona qaytarılmış,qalan əmlakların dəyəri təqsirləndirilən şəxs tərəfindən ona ödənilməmişdir. Buna ğörə də Təqsirləndirilən şəxs barəsində qanuna uyğun tədbir görülməsini xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, özünə məxsus Vaz 2107 markalı 45- BL-892 dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Elşən onun yanına gələrək boş olduğunu soruşaraq avtomobilinə əyləşib yaşadığı evə tərəf sürməyini ona bildirmiş, avtomobili işə salıb Elşənin evləri istiqamətinə sürmüş, Elşən yaşadığı evin yaxınlığına çatarkən Elşən ona istiqamət verərək köhnə “Nuşican” restoranını yanına sürməyi bildirmiş, avtomobili Elşənin dediyi yerə sürmüş, Elşən həmin yerdə avtomobili saxlamağı və yük yerini açmağı bildirmişdir. Avtomobili saxlayıb yük yerini açmış, Elşən həmin vaxt ona su arxının kənarından dəmir tullantıları yığdığını və aparıb metal qəbulu məntəqəsinə satacağım bildirmişdir. Bundan sonra Elşən yarımtikilinin yanından 2 ədəd torbada dəmiri gətirib avtomobilin yük yerinə yığmış və ona Habil adlı şəxsin dəmir qəbulu məntəqəsinə sürməyini bildirmiş, həmin vaxt Elşəndən avtomobilə yığdığı dəmirləri haradan əldə etdiyini soruşduqda Elşən həmin dəmirlərin köhnə olduğunu və arxının kənarından topladığını bildirmişdir. Elşənin göstərişi ilə avtomobili Göyçay şəhər Vaqif küçəsi dalan 1də yerləşən metal qəbulu məntəqəsinə sürmüş, Elşən aprdığı metalları həmin məntəqəyə təhvil vermiş, sonra isə Elşən ona geri qayıtmağını bildirmiş və Elşəni yaşadığı evin yanına düşürmüş, Elşən taksi fəaliyyəti müqabilində ona 5 manat pul vermişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə saat 10 radələrində yaşadığı evin qarşısında olan avtomobil yuma məntəqəsində olarkən Təqsirləndirilən şəxs ona məxsus mobil telefonuna zəng vuraraq,, taksi avtomobili lazım olduğunu və köhnə “Nuşucan” restoranın yanma gəlməyini ona bildirmiş, bundan sonra özünə məxsus Vaz 2107 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs dediyi yerə getmiş, Təqsirləndirilən şəxs orada onu görüb mənə istiqamət verərək avtomobilin arxasını “Nuşican” restoranı ilə orada çörək sexinin arasına verməyi bildirmiş, avtomobilin arxasını Təqsirləndirilən şəxs dediyi yerə sürmüş, Elşən ona avtomobilin yük yerini açmağı bildirmişdir. Avtomobilin yük yerini açmış, Elşən ora divarın kənarına yığdığı işlənmiş avtomobil ehtiyyat hissələrini onun avtomobilinin yük yerinə yığmış, həmin ehtiyyat hissələri yük yerinə sığmadığı üçün yük yerinin qapısı açıq vəziyyətdə Elşənin göstərişi ilə avtomobili yenə Göyçay şəhər Vaqif küçəsi dalan 1-də yerləşən metal qəbulu məntəqəsinə şurmuş, Elşən apardığı metalları həmin məntəqəyə təhvil vermiş, sonra isə geri qayıtmışlar. Elşəni taksi fəaliyyəti müqabilində ona 8 manat pul vermişdir. Təqsirləndirilən şəxs həmin ehtiyat hissələrini haradan götürdüyünü və ya oğurladığını bilməmiş, Elşən ona həmin ehtiyyat hissələrini su arxının kənarından yığdığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən evinin həyətində dəmir və əlvan metal qəbulu məntəqəsi işlədir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Vaz 2107 markalı, **-BL- *** dövlət qeydiyyat nişanlı taksi avtomobili ilə işlədiyi metal qəbulu məntəqəsinə gələrək özünə məxsus olduğunu bildirdiyi köhnə avtomobil ehtiyyat hissələrini gətirərək yararsız olduğundan metal kimi satmış, Elşənin gətirdiyi metalı ümumilikdə çəkmiş və çəkisi 78 kiloqram olmuşdur. Həmin əşyalara görə Elşənə 31 manat pul vermiş, bundan sonra xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs yenidən onun işlədiyi metal qəbulu məntəqəsinə gələrək özünə məxsus olduğunu bildirdiyi köhnə avtomobil ehtiyyat hissələrini gətirərək metal kimi təhvil vermişdir. Təqsirləndirilən şəxs həmin vaxtı gətirdiyi avtomobil ehtiyyat hissələrinin ümumi çəkisi 130 kiloqram olmuş və Təqsirləndirilən şəxs 52 manat pul vermiş, həmin avtomobil ehtiyyat hissələrinin oğurluq olduğunu bilməmiş, sonradan isə həmin ehtiyat hissələrini polisə təhvil vermişdir. Təqsirləndirilən şəxs qeyd olunan əşyaları ona satarkən taksi avtomobili ilə gəlmiş, lakin həmin avtomobilin sürücüsü avtomobildən düşməmişdir. Elşən ona satdığı həmin avtomobil ehtiyat hissələrinin özünə məxsus olduğunu, yararsız və köhnə olduğu üçün satdığını bildirmiş, buna görə də həmin əşyaların cinayət yolu ilə əldə edilməsindən xəbəri olmamış, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə və xx.xx.2023- cü il tarixlərdə satdığı ehiyat hissələrini ayrı-ayrıllıqda yığmış, belə ki, Elşən Niyyətov ona xx.xx.2023-cü il tarixdə 2 ədəd torbanın içərisində olan 18 ədəd kladiş, 1 ədəd porşen başlığı, 1 ədəd avtomobilin qapı şüşəsini qaldırıb- endirən mexanizm, 5 ədəd əyləc bəndləri, 1 ədəd 22 ölçülü təkər açarı, 1 ədəd ötürücü qutunun üst qapağı, 1 ədəd yağ vuran nasosu, xx.xx.2023-cü il tarixdə isə 1 ədəd diferin korpusunu, 1 ədəd resoru, 1 ədəd ön hərəkət hissəsinin barabanını, 1 ədəd ön hərəkət hissəsinin ön topu, 1 ədəd yük yayının alt oturacağı, 1 ədəd yük yayının üst oturacağını, 1 ədəd ön oturacağının nikel materialdan olan bəzəyini satmış, Təqsirləndirilən şəxs həmin avtomobil ehtiyat hissələrini alarkən Elşəni tanıdığı üçün qeydiyyat aparmamışdır. Cinayət işinə əlavə edilmiş Məhkəmə-əmtəəşünaslıq ekspertizasının nömrəli 26 aprel 2023-cü il tarixli, 9/2129 nömrəli rəyindən görünür ki,“Qazel” markalı avtomobilə aid 1 ədəd diferin korpusu (çulok) -50 manat,“Qazel” markalı avtomobilə aid 1 ədəd resor -120 manat, “Qazel” markalı avtomobilə aid olan ön hərəkət hissəsinin 1 ədəd barabanın (əyləc bəndləri bağlanan hissə) və ön topu ilə birlikdə - 50 manat, “Qaz-21” markalı avtomobilə aid olan yük yayının 1 ədəd alt oturacağı və 1 ədəd üst oturacağı- 3 manat, “Qaz-21” markalı avtomobilə aid olan ön oturacağının yan tərəfində bağlanan 1 ədəd nikel materialdan olan bəzək- 5 manat,“Qaz-21” markalı avtomobilə aid olan mühərrikə aid 18 ədəd kladiş - 36 manat,“Qaz-21” markalı avtomobilə aid olan mühərrikin 1 ədəd porşen başlığı,5 manat, “Qaz-21” markalı avtomobilə aid olan 1 ədəd qapı şüşəsini qaldırıbendirən mexanizm - 10 manat,“Qaz-21” markalı avtomobilə aid olan 5 ədəd əyləc bəndləri (nakladka) 25 manat, “Qaz-21” markalı avtomobilə aid olan 1 ədəd 22 ölçülü təkər açarı - 10 manat, “Qaz 21” markalı avtomobilə aid olan 1 ədəd ötürücü qutunun üst qapağı vəAvtomobil təmiri zamanı işlənən, 1 ədəd yağ vuran nasos - 50 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumlu yoxdur. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə saat 23 radələrində Göyçay şəhəri Natəvan küçəsi 219-cu kilometrdə yerləşən Zərərçəkmiş şəxs məxsus avtomobil təmir sexinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus 18 ədəd 36 manat dəyərində Qaz-21 markalı avtomobilin mühərrikinə aid kladişi, 1 ədəd 5 manat dəyərində Qaz-21 markalı avtomobilin mühərrikinin porşen başlığını, 1 ədəd 20 manat dəyərində Qaz-21 markalı avtomobilin qapı şüşəsini qaldırıb-endirən mexanizmini, 5 ədəd 30 manat dəyərində Qaz-21 markalı avtomobilə aid əyləc bəndlərini, 1 ədəd 10 manat dəyərində Qaz-21 markalı avtomobilə aid 22 ölçülü təkər açarını, 1 ədəd 10 manat dəyərində Qaz 21 markalı avtomobilə aid ötürücü qutunun üst qapağını, 1 ədəd 50 manat dəyərində yağ vuran nasosu, ümumilikdə Zərərçəkmiş şəxs 161 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurlamaqla və təkrarən 25 fevral 2023-cü il tarixdə saat 23 radələrində Göyçay şəhəri, Natəvan küçəsi 219-cu kilometrdə yerləşən Zərərçəkmiş şəxs məxsus avtomobil təmir sexinə hasardan aşmaqla qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 1 ədəd 150 manat dəyərində Qazel markalı avtomobilə aid diferin korpusunu, 1 ədəd 120 manat dəyərində Qazel markalı avtomobilə aid resoru, 1 ədəd 120 manat dəyərində Qazel markalı avtomobilə aid ön hərəkət hissəsinin barabanını, 1 ədəd 120 manat dəyərində Qazel markalı avtomobilə aid ön hərəkət hissəsinin ön topunu, 1 ədəd 20 manat dəyərində Qaz 21 markalı avtomobilə aid yük yayının alt oturacağını, 1 ədəd 20 manat dəyərində Qaz-21 markalı avtomobilə aid yük yayının üst oturacağını, 1 ədəd 20 manat dəyərində Qaz-21 markalı avtomobilin ön oturacağının nikel materialdan olan bəzəyini, ümumilikdə Zərərçəkmiş şəxs 570 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurlamaqla Azərbaycan Respublikası CM-nin 177.2.2. və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tam sübuta yetir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olduğunu, zərərçəkmişə dəymiş ziyanı qismən ödədiyini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.22 və 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs oğlundan iş üzrə məhkəmə xərci olan 50 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.22 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 01 il 06 aymüddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 50 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar