Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-7/2025 27.05.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Göyçay şəhəri, A.Faruq küçəsi dalan 3, ev 5də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏ ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni ümumi təmiz çəkisi 1,831 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 30 iyun 2024-cü il tarixdə saat 11 radələrində Göyçay RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanda yerləşən Göyçay rayon polis şöbəsinə gətirilmiş və 30 iyun 2024-cü il tarixdə saat 11:47 dəqiqədən, saat 11:55 dəqiqəyədək şöbənin növbətçi hissəsinin qarşısında üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilərkən əynində olan tünd boz rəngli şalvarının sağ yan cibinin üzərində olan kiçik cibindən 01 ədəd sellofan bükümdə xeyli miqdarda, yəni təmiz çəkisi 1,831 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs təkrar istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni ümumi təmiz çəkisi 0.963 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 01 avqust 2024-cü il tarixdə saat 14:30 radələrində Göyçay RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanda yerləşən Göyçay RPŞ-nə gətirilmiş və 01 avqust 2024-cü il tarixdə saat 15:28 dəqiqədən, saat 15:37 dəqiqəyədək Göyçay rayon polis şöbəsinin növbətçi hissəsinin qarşısında üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarının sağ arxa cibindən 01 ədəd sellofana bükülmüş qızılı-ağ rəngli kağız bükümdə xeyli miqdarda, yəni təmiz çəkisi 0,963 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilmiyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları (əməliyyatçılar) onun yaşadığı evə icazəsiz daxil oldular. Həmin vaxt onun yanında tanışları Nicat Miriyev və Elşən Fərzəliyevdə var idi. Ondan heç bir icazə alınmadan polis əməkdaşları onu evindən məcburu şəkildə polis şöbəsinə apardılar. Orada üzərinə baxış keçirilməmişdən öncə onu məcbur etdilər ki, narkotik vasitəni üzərində olmuş kimi video görüntüdə bildirsin və ondan sonra onu buraxacaqlarına söz verdilər. Sonra onun barəsində “polisin nəzarəti altına” qətimkan tədbiri seçilərək evə buraxıldı. Təxminən 1 ay müddət keçdikdən sonra əməliyyatçılar eyni şəkildə yenidən icazə almadan onun yaşadığı evə daxil oldular, ona fiziki güc tətbiq edərək polis şöbəsinə apardılar. Orada eyni qaydada da üzərində narkotik vasitənin olmasını etiraf etməyə məcbur etdilər. Hər iki halda narkotik vasitənin ona məxsus olmamasını etiraf etməsinə səbəb kimi polis əməkdaşları tərəfindən hədələnməsi və kiminsə bununla bağlı ona inanmayacağını göstərmişdir. Bildirir ki, o, birinci dəfə tutulduqda müdafiəçisi X3 olmuşdur. Müdafiəçi ona söz vermişdir ki, onun evi ilə üzbə-üz qonşunun qapısında olan kamera vasitəsi ilə aparılan video görüntüləri götürərək polis əməkdaşları tərəfindən həqiqətən Göyçay şəhəri, A.Faruq küçəsində saxlanıldığını deyil, onun icazəsiz olmadan yaşadığı evdən polis şöbəsinə aparıldığını sübut etməkdə köməklik göstərəcəkdir. Bunu eşidəndən sonra polis əməkdaşları onu məcbur etdilər ki, müdafiəçi İlkin Məmmədovdan ərizə yazaraq imtina etsin. Sonda məhkəmədən xahiş edir ki, saxlanıldığı zaman onun harada olmasını müəyyən etmək üçün anten dairələri əldə edilsin və şahidlər Nicat Miriyev və Elşən Fərzəliyev dindirilsin. Özünü CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində elan olunmuş ümumi ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində yaşadığı Göyçay şəhəri, A.Faruq küçəsində olarkən əynində olan tünd boz rəngli şalvarının sağ ön yan cibinin üzərində olan kiçik cibdə bir ədəd bükümdə narkotik vasitə heroin saxlamışdır. Küçədə dayanan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitə istifadə etməkdə şübhəli olduğu üçün polis şöbəsinə dəvət etdilər. Həmin vaxt polis əməkdaşları ilə birlikdə Göyçay RPŞ-yə getmişdir. Şöbədə ona hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyə şərait yaratdılar və ona təqdim edilən vəkillərin siyahısından hüquqlarını müdafiə etmək üçün vəkil X1. Bundan sonra seçdiyi vəkil X3 dəvət olunaraq ona təqdim olundu. Bundan sonra vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirildi, həmin vaxt ona hüquqları izah olundu və polis əməkdaşı ona üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotik vasitə vardırsa təqdim etməyi təklif etdi. Bundan sonra əynində olan tünd boz rəngli şalvarının sağ ön yan cibinin üzərində olan kiçik cibindən 1 ədəd sellofan bükümdə kakos kimi tanıdığı narkotik vasitə heroini, şalvarının ön sol yan cibindən özünə məxsus 01 ədəd “Honor” markalı mobil telefonu, şalvarının arxa sağ yan cibindən 11 manat pul əskinazları təqdim etmişdir. Polis əməkdaşları onun və vəkilinin iştirakı ilə 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə baxış keçirdi. Həmin narkotik vasitə 01 ədəd sellofan bükümdə elektron tərəzidə çəkildi, sellofanla birlikdə çəkisi 1,97 qram gəldi. Bundan sonra həmin narkotik vasitə zərfdə qablaşdırıldı və zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalandı. Üzərindən aşkar edilmiş “Honor” markalı mobil telefon sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün götürüldü, pul vəsaitləri sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarıldı. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroinin ona məxsus olduğunu, həmin narkotik vasitəni bir neçə gün əvvəl yaşadığı Göyçay şəhəri. A.Faruq küçəsində yerdən tapdığını və şəxsi istifadəsi üçün götürərək üzərində daşıdığını bildirmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Göyçay şəhəri A.Faruq küçəsində dayanmışdı. Həmin vaxt mülki geyimdə 2 nəfər şəxs ona yaxınlaşdılar və özlərini Göyçay rayon polis şöbəsinin polis əməkdaşları kimi təqdim etdilər. Həmin şəxslər onun narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərək Göyçay rayon polis şöbəsinə dəvət etdilər. Göyçay rayon polis şöbəsində ona hüquq və vəzifələri izah edilərək polis şöbəsinin inzibati binasında vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə axtrış keçirildi. Axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sol yan cibindən özünə məxsus olan 01 ədəd Platinium siqareti, sol arxa cibindən özünə məxsus “Kapital Bank” kartı və sağ arxa cibindən 01 ədəd sellefonda olan bir ədəd kağız bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Cibindən çıxararaq yerə qoyduğu sellefon büküm elektron tərəzidə çəkilən zaman çəkisi 1,14 qram oldu. Sellefon büküm ağ rəngli zərfə qoyularaq qablaşdırıldı və üzərində olan bank kartı götürüldü. Siqaret qutusu ona geri qaytarıldı. Daha sonra polis əməkdaşı üzərinə şəxsi axtarış keçirdi, ancaq üzərində əlavə heçnə aşkar edilmədi. Təqsirləndirilən şəxs ifadəsindəə polis şöbəsinə gətirilərkən ona qarşı heç bir zorakılıq və qanunsuz hərəkət edilmədiyini, üzərində saxladığı narkotik vasitədən ailə üzvlərinin məlumatı olmadığını, həmin narkotik vasitədən heç kimə vermədiyini və satmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Göyçay RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid1 və Ziyad Budaqlı ilə birlikdə Göyçay şəhəri A.Faruq küçəsində xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Bu zaman həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək RPŞ-nə dəvət etmişlər. Həmin şəxs onlara heç bir etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Göyçay rayon polis şöbəsində məlum oldu ki, həmin şəxs ünvan 5 ünvanda yaşayan, əvvəllər məhkum olunmuş, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Polis şöbəsinə gəldikdən sonra növbətçi hissənin qarşısında növbədə olan təhqiqatçı Pərvin Ələkbərov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi X3 ilə təmin olunaraq şübhəli şəxs qismində tutuldu. Bundan sonra təhqiqatçı Pərvin Ələkbərov tərəfindən hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanıldı. Həmin vaxt videoçəkilişi KTQ-nin inspektoru Şahid4 aparırdı. İlk öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet narkotik vasitə və.s olubolmamasını soruşmuş, əgər vardırsa təqdim etməsi təklif olundu. Bu zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ ön yan cibinin içərisindəki kiçik cibdən 01 (bir) ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoydu. Həmin sellofan bükümə nəzər saldıqda içərisində qəhvəyi rəngli maddə olması aşkar olundu. Aşkar edilmiş həmin sellofan bükümdə olan maddə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkildi, sellofan bükümlə birlikdə çəkisi 1,97 qram oldu. Şəxsi axtarış zamanı aşkar edilmiş həmin sellofan büküm götürüldü və bir ədəd zərfə qoyularaq qablaşdırıldı, möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edildi və iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümdə olan maddənin nə olması soruşulduqda, o üzərindən aşkar edilmiş sellofan bükümdəki qəhvəyi rəngli maddənin narkotik vasitə kimi tanıdığı heroin maddəsi olduğunu və özü istifadə etmək üçün üzərində gəzdirdiyini, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Göyçay şəhəri A.Faruq küçəsindən yol kənarından tapdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid5, Şahid1 və Şahid4 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1lə Göyçay şəhəri A.Faruq küçəsində xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Bu zaman həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək RPŞnə dəvət etmişlər. Bu zaman həmin şəxs onlara heç bir etiraz etmədən birlikdə rayon polis şöbəsinə gəlmişdir. Göyçay rayon polis şöbəsində məlum oldu ki, həmin şəxs ünvan 5 ünvanda yaşayan, əvvəllər məhkum olunmuş, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs RPŞ-nə gətirildikdən sonra təhqiqatçı Pərvin Ələkbərov tərəfindən Təqsirləndirilən şəxs Müdafiəçila ilə təmin olunaraq şübhəli şəxs qismində tutuldu. Bundan sonra təhqiqatçı Pərvin Ələkbərov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. İlk öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı cinayət xarakterli əşya, predmet, narkotik vasitə və.s olub-olmamasını soruşulmuş, əgər vardırsa təqdim etməsi təklif olundu. Bu zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ arxa cibindən seloffan büküm çıxarıb masanın üzərinə qoydu. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümdə olan maddənin nə olması soruşulduqda, o da üzərindən aşkar edilmiş sellofan bükümdəki maddənin kakos olduğunu bildirdi. Aşkar edilmiş həmin sellofan bükümdə olan maddə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkildi, sellofan bükümlə birlikdə çəkisi 1,14 qram oldu. Şəxsi axtarış zamanı aşkar edilmiş sellofan büküm zərfə qoyularaq qablaşdırıldı, möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edildi və iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümdə olan maddənin nə olması soruşulduqda, o aşkar edilmiş sellofan bükümdəki qəhvəyi rəngli maddənin narkotik vasitə kimi tanıdığı heroin maddəsi olduğunu, özü istifadə etmək üçün saxladığını bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ ön yan cibinin içindəki kiçik cibdən özünə məxsus olan 1 ədəd “Honor” markalı mobil telefon, 11 manat pul əskinazı, sağ yan cibindən bir ədəd sellefon bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində qəhvəyi rəngli kütlə olan sellefon büküm elektron tərəziyə qoyularaq çəkilmiş və çəkisi 1,97 qram olmuşdur. Sellefon büküm bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, sonra isə Təqsirləndirilən şəxs cibindən çıxararaq masanın üzərində qoyduğu “Honor” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfindən götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən çıxararaq masanın üzərinə qoyduğu, 11 manat pul əskinazı, iş üçün əhəmiyyət kəs etmədiyindən özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. "Şəxsi axtarış və götürmə aparılması haqqında” 01 avqust 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış aparılmasından əvvəl barəsində axtarış aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri masanın üzərinə qoyması təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli, cins şalvarının sol yan cibindən özünə məxsus olan 1 ədəd Platinium siqareti, sol arxa cibindən özünə məxsus "Kapital Bank” kartı və sağ arxa cibindən 01 ədəd sellefonda olan bir ədəd kağız bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində qəhvəyi rəngli kütlə olan kağız büküm elektron tərəziyə qoyularaq çəkildi və çəkisi 1,14 qram olmuş, sellefon büküm bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs cibindən çıxararaq masanın üzərində qoyduğu “Kapital Banka” kartı iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfindən götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən çıxararaq masanın üzərinə qoyduğu, siqaret qutusu iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Cinayəti törətməkdə şübhə edilən şəxsi tutmaq barədə 30 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2024-cü il tarixdə, saat 11:15-dən tutulmuş hesab edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saxanıldığı Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Cinayəti törətməkdə şübhə edilən şəxsi tutmaq barədə 01 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2024-cü il tarixdə, saat 14:55dən tutulmuş hesab edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(046)-51/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməklə prosessual məcburiyyət tədbiri tətbiq edilmişdir. Həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli 01 avqust 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işlərinin bir icraatda birləşdirilməsi və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası 234.1-ci maddəsi olan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş cinayət işləri ********* nömrə altında saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X5 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 30 iyun 2024-cü il tarixli, 3-16-16-2-17/580 nömrəli ekspert rəyindən göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 1,831 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X5 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 02 avqust 2024-cü il tarixli, 3-16-16/2-17/676 nömrəli rəyindən göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofana bükülmüş 01 ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi -0,963 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Məhkəmə-narkoloji ekspertizasının 17 sentyabr 2024-cü il tarixli 1565 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 28 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 02 (iki) ay 12(on iki) gün vaxtından əvvəl şərti azad edilmiş, Göyçay Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Göyçay Rayon Məhkəməsinin qərarı ilə CM-nin 52-1.5-ci maddəsinə əsasən cəzası 06 ay 29 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 22 gün hissəsinin çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü təqsirli bilməməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmış, müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə verdiyi ifadəsində özünü təqsirli bilərək işin faktiki halları ilə uyğunluq təşkil edən ifadələr vermiş, eləcə də videoyazı ilə ilə müşayiət olunan üstünün yoxlanılması zamanı üzərində olan narkotik vasitəni təqdim edib ona məxsus olduğunu etiraf etmiş, onu hansı qaydada əldə etdiyini izah etmişdir. Eyni zamanda təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə verdiyi ifadəsində özünü təqsirli bilərək işin faktiki halları ilə uyğunluq təşkil edən ifadələr vermiş, eləcə də eləcə də şəxsi axtarış zamanı müdafiəçinin (həmin müdafiəçi təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmasında, üzərində şəxsi axtarış aparılmasında, ibtidai istintaq zamanı prosessual və istintaq hərəkətlərinin həyata keçirilməsində və hazırda məhkəmədə işə baxılmasında iştirak etmişdir) iştirakı ilə üzərində olan narkotik vasitəni təqdim edib ona məxsus olduğunu etiraf etmiş, onu hansı qaydada əldə etdiyini izah etmişdir. Həmçinin təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə iclasında olduğu zaman üstündən aşkar edilib götürülmüş narkotik vasitə heroinin özünə məxsus olduğunu bildirmişdir. Hansı ki, bu qeyd olunanlar digər sübutlarla yanaşı, qeydə alınmış videogörüntülər ilə öz təsdiqini tapmışdır. Videogörüntülərin izlənilməsi zamanı isə, təqsirləndirilən şəxs narkotik vasitəni təqdim edərkən hər hansı tərəddüd etməsi, özünü şübhəli aparması müşahidə edilməmişdir. Eyni zamanda məhkəmədə ifadə verən şahidlər onu ifşa edərək göstərilən narkotik vasitənin onun üstündən aşkar edildiyini, saxlanılan günü müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsin sərbəst ifadə verərək, törətdiyi əməli etiraf etdiyini ifadələrində göstərmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 24 dekabr 2021-ci il tarixli Qərarının 25-bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə, məhkəmə tədqiqi ilə toplanmış sübutları yoxlayıb qiymətləndirərkən belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən ona fiziki təzyiq göstərilməsini, polis əməkdaşları onu evindən məcburu şəkildə aparması, üzərində narkotik vasitə heroin olmadığı halda həmin maddənin üzərinə qoyulması barədə irəli sürdüyü dəlillər, yuxarıda qeyd olunanlar baxımından əsassız hesab olunmalıdır, öz təsdiqini tapmamışdır. Eyni zamanda təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs kimi tutmadan azad edildikdən sonra ona qarşı yol verilmiş, hüquq və mənafelərinə toxunduğunu hesab etdiyi hər hansı qanunsuz hərəkətlə bağlı müvafiq orqanlara şikayət verməkdə, araşdırılmasını tələb etməkdə sərbəst olmuş, buna baxmayaraq o, bu hüquq və imkanlardan istifadə etməmişdir. Bundan başqa, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı etirafedici ifadələrini təzyiq göstərdiyi iddia edilən polis əməkdaşlarına deyil, müdafiəçisinin iştirakı ilə ibtidai istintaqı aparan təhqiqatçıya vermişdir. Ona görə onun irəli sürdüyü dəlillər real hesab oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə, ekspert rəyinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmış, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Bundan başqa məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı prosessual pozuntulara yol verilmişdir. Belə ki, təqsirləndirilən şəxs hər iki epizoda ünvan 3 ünvanda yerləşən Göyçay RPŞyə gətirilməsi göstərilsə də, onun başqa ünvanda və vaxtda, saxlanılması, həm də bu zaman onun üzərinə heç bir baxış keçirilmədiyi, onun cibindən hər hansı bir əşya çıxarıb onu saxlamış şəxslərə təqdim etmədiyi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 32-ci bəndində göstərilir ki, əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir. Həmin materiallar (məsələn, raport və yaxud protokol, eləcə də əşyalar) onların əldə edilməsinin qanunauyğunluğu (mənbəyinin mötəbərliyi) yoxlanıldıqdan və CPM-in 125-ci maddəsinin, habelə digər normalarının tələbləri baxımından sübut kimi yolverilən olması müəyyən edildikdən sonra cinayət prosesində istifadə edilə bilən sübut növü kimi ibtidai araşdırma üzrə icraatın materiallarına əlavə edilə bilər. Azərbaycan Respublikası CPM-nin 128.3-cü maddəsinə əsasən əşyanın maddi sübut kimi əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki: 128.3.1 - əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun. Bununla bağlı məhkəmə qeyd etməyi zərurli hesab edir ki, təqsirləndirilən şəxsin üzərində axtarış mövcud Plenum Qərarında göstərildiyi kimi yaxalandığı anda deyil, sonradan şöbədə aparılmışdır. Təqsirləndirilən şəxsin üstünün hadisə yerində yoxlanılmaması əsası kimi əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri göstərilsə də şahidlər bu səbəbləri məhkəmə istintaqı zamanı əsaslandıra bilməmişlər. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.2-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətlərin residivini yaradır. Məhkəmədə Təqsirləndirilən şəxs cinayət əməlini təkrar törədilməsi və məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirli bilindiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 May 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə təqsirləndirilən şəxs Azərbaycan Respiublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmaması, cəzanı ağırlaşdıran halları, analoji cinayət törətməsini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı həbs qətimkan tədbirinin qərarına əsasən 01 avqust 2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut - 02 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 iyun 2024-cü il tarixdən 02 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 01 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Göyçay RPŞ-nin saxlancına 1,781 qram və 0.913 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut - 02 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 143 manat 88 qəpik təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 06 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 12 iş saatına görə 72 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Göyçay Rayon Vəkil Bürosunun hesabına (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №1(046)-7/2025
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-7/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver