Məhkəmə qərarları › İş №1(046)-70/2020

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-70/2020

12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-70/2020 12.08.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştiraki ilə, xx.xx.1995-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənilməmiş, Göyçay şəhəri, Natavan küçəsi, ev 4, mənzil 4-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus Göyçay şəhəri Natəvan küçəsində yerləşən mağazaya giriş qapısından qanunsuz daxil olaraq oradan zərərçəkmiş şəxsə məxsus 198 manat dəyərində 60 qutu “Kent 4” markalı siqaret və 370 manat pulu gizli yolla talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 568 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərimişdir ki, Zərərçəkmiş şəxs Göyçay şəhəri Natavan küçəsində işlətdiyi ərzaq mağazası onun yaşadığı evə yaxındır, evləri ilə həmin mağaza arasında təxminən 100 metr məsafə var. Həmin mağazadan aldığı siqaret və ərzağa görə Zərərçəkmiş şəxs 59 manat borcu yaranmışdır. Lakin heç bir yerdə işləmədiyi üçün Rafiqin borcunu ödəyə bilməmişdir. Rafiqin mağazasına bələd olduğu üçün həmin mağazadan öğurluq etmək fikrinə düşmüş, bu məqsədləxx.xx.2020-ci il tarixdə saat 23:45 radələrində həmin mağazanın şüşəsini sındırmaq üçün özü ilə yaşadığı evdən bir ədəd dəmir parçası götürmüşdür. Əvvəlcə mağazanın arxasına keçmiş, arxadan şüşəni sındırmaq istəsə də arxa pəncərənin plastik və balaca olduğunu görmüşdür. Bundan sonra mağazanın ön tərəfinə keçmişdir. Əlində olan dəmir parçasını mağazanın giriş qapısının dəmir barmaqlığında olan qıfıla salaraq əyən zaman qıfıl qırmış, barmaqlığı açaraq plastik qapıda olan ikinci qıfılı da əlində olan dəmir parçasıyla qırmışdır. Daha sonra mağazaya daxil olmuş, qıfılları cibinə yerləşdirmişdir. Mağazaya daxil olan kimi piştaxtanın arxasına keçmiş və orada əvvəlcə kassa yerləşən hissəyə baxmış, daxılın altında olan şkafı açanda karton qutuda 3 ədəd rezinlə bağlı olan 1 manatlıq pul topalarını və 1 ədəd topa sellofan paketdə qəpikləri görmüşdür. Rezinlə bağlanmış pul topalarını saydıqda hərəsində 100 manat pul olduğunu görmüşdür. Həmin bağlamalardan birini cibinə qoymuş, qalan hərəsində 100 manat olan 2 ədəd 1 manatlıq pul topalarını və 1 ədəd topa sellofan paketdə qəpikləri 1 ədəd sellofan paketə qoymuşdur. Daha sonra daxılı açmış, orada səpələnmiş halda qəpiklərin olduğunu görmüşdür. Daxılda olan bütün qəpikləri əlindəki sellofan paketin içərisinə tökmüşdür. Tələsik tökdüyü üçün qəpiklərin bir hissəsi içəri dağılmış, bir hissəsi daxılda qalmışdır. Daxılı yerə atmış, və kənarda yerdə qoyulmuş karton qutudan 6 blok, hərəsində 10 qutu siqaret olan “Kent 4” siqareti götürmüşdür. Həmin siqaretləri mağazanın içərisindən götürdüyü sarı rəngli sellofan paketə qoymuş və mağazadan çölə çıxıb sol doğru qaçaraq arxa tərəfə keçmişdir. Sonradan etdiyi əmələ görə tutulacağını düşünmüş və həmin əşyaları gizlətmək istəmişdir. Yaşadığı evdən 200 metr aralıda olan arxın yanına gəlmiş, cibində olan qıfılları atmaq istəmişdir. Həmin vaxt qaranlıqda kiminsə gəldiyini hiss edib qıfılları çıxardanda qıfıl sellofanlara ilişmiş və sellofanlar içərisində olan 2 ədəd rezinlə bağlı olan 1 manatlıq pul topaları, 1 ədəd topa sellofan paketdə qəpiklər, açıq halda olan qəpiklər və 6 ədəd siqaret blokları ilə birlikdə arxa düşmüşdür. Cəld oradan qaçaraq yaşadığı evə getmişdir. Cibinə qoymuş olduğu 1 bağlama 1 manatlıq pulları evdən götürdüyü göy rəngli sellofana bükərək yaşadığı evin hamamında, tavan hissədə gizlətmişdir. xx.xx.2020-ci il tarixdə qıfılları və içərisində 2 ədəd rezinlə bağlı 1 manatlıq pul topaları, 1 ədəd topa sellofan paketdə qəpiklər, açıq halda qəpiklər və 6 ədəd siqaret blokları olan sellofanları atdığı yerə, arxa baxmış, lakin heç nə tapmamışdır. Törətdiyi əməldən peşmandır, törətdiyi cinayətə görə zərərçəkmiş şəxsdən üzr istəmiş, zərərçəkmişə dəymiş ziyanı tam ödəmiş və onunla barışıq əldə etmişdir. Gələcəkdə bir daha belə əməllərə yol verməyəcəyinə söz verir, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, özünə məxsus Göyçay şəhəri Natavan küçəsində yerləşən ərzaq mağazası vardır. Mağazanı hər gün saat 08 radələrində açır, axşam saat 21 radələrində bağlayır. xx.xx.2020-ci il tarixdə saat 21 radələrində mağazanı bağlayaraq evə getmişdir. Mağazanın giriş qapısını 1 ədəd, qapının qarşısında olan dəmir barmaqlıqları isə 1 ədəd qıfılla bağlamışdır. xx.xx.2020-ci il tarixdə saat 08 radələrində işlətdiyi mağazaya gələn zaman mağzanın dəmir barmaqlığının kənara çəkildiyini, giriş qapısının isə açıq olduğunu görmüşdür. Mağazanın dəmir barmaqlığında və qapısına bağladığı dəmir qıfılları tapa bilməmişdir. Mağazanın içərisinə daxil olub piştaxtanın arxasına keçəndə orada içərisindən xırda dəmir pulların olduğu daxılın yerə atıldığını, qəpiklərin bir hissəsinin yerə dağıldığını görmüş, dərhal polis şöbəsinə gedərək ərizə ilə müraciət etmiş, yalnız qəpiklərinin oğurlandığını düşünərək 75-80 manat məbləğində qəpiklərin oğurlandığını qeyd etmişdir. Sonradan mağazanın içərisinə tam dəqiqliklə baxanda manatlıqları və qəpikləri yığdığı şkafın içərisindəki karton qutuya baxanda orada heç nə tapmamışdır. Həmin qutuda 3 ədəd ayrı-ayrılıqda rezinlə bağlı olan 1 manatlıq pul topası, ümumilikdə 300 manat və 1 ədəd sellofanda bükülü olan 40 manat məbləğində qəpik pul olmuşdur. Bundan başqa daxılda da 37 manat məbləğində də qəpik pul olmuşdur. Həmin qəpiklərin bir hissəsi yerə dağılmışdı. Yerə dağılan qəpik pulları saydıqda yerə ümumilikdə 7 manat qəpik pul dağıldığını və 30 manat məbləğində qəpik pulun oğurlandığını bilmişdir. Bundan başqa “Kent 4” markalı siqaretlərimi yığdığı qutudan 6 ədəd “Kent 4” siqaret blokunun da oğurlandığını aşkar etmişdir. Polis tərəfindən aparılmış araşdırma zamanı mağazasından oğurluq edən şəxsin qonşuluqda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödədiyindən ondan heç bir şikayəti və tələbi yoxdur. İş üzrə şahid qismində ifadə vermiş X1 göstərmişdir ki, Göyçay şəhəri Natavan küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq mağzasında işləyir. Mağaza hər gün adətən saat 08 radələrində açılır, axşam saat 21 radələrində bağlanılır. xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs saat 21 radələrində mağazanı bağlayaraq evə getmişdir. Mağazanın giriş qapısının üstündə 1 ədəd, qapının qarşısında olan dəmir barmaqlıqda isə 1 ədəd qıfıl olmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə saat 08 radələrində ona zəng edərək mağazaya gələn zaman mağazanın dəmir barmaqlığının kənara çəkildiyini, giriş qapısının isə açıq olduğunu, dəmir barmaqlıqda və qapıda quraşdırdılmış dəmir qıfılların qırılaraq mağazanın içərisində olan xırda pulların oğurlandığını bildirmiş və təcili mağazaya gəlməsini xahiş etmişdir. Mağazaya gəldikdə piştaxtanın arxasına keçəndə orada içərisində xırda dəmir pulların olduğu daxılın yerə atıldığını, qəpiklərin bir hissəsinin yerə dağıldığını görmüşdür. Manatlıqları və qəpikləri yığdığıqları şkafın içərisindəki karton qutuya baxanda orada pulların yerində olmadığını görmüşlər. Həmin qutuda 3 ədəd ayrıayrılıqda rezinlə bağlı olan 1 manatlıq pul topası və 1 ədəd sellofanda bükülü olan təxminən 40 manat məbləğində qəpiklər olmuşdur. Bundan başqa daxılda da təxminən 35-40 manat məbləğində dağınıq halda qəpiklər olmuşdur. Həmin qəpiklərin bir hissəsi yerə dağılmış və təxminən 30 manat məbləğində qəpiklər oğurlanmışdır. Bundan başqa “Kent 4” markalı siqaretləri yığdıqları qutudan 6 ədəd “Kent 4” siqaret blokunun da oğurlanmasını aşkar etmişlər. Sonradan ona məlum olmuşdur ki, qeyd olunan oğurluq hadisəsini həmin mağazanın yaxınlığında yaşayan Təqsirləndirilən şəxs törətmişdir. İş üzrə şahid qismində ifadəsi elan edilmiş Şahid2 ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə Göyçay şəhəri Natavan küçəsi ev 4-də yaşayır. Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Heydər onunla birlikdə Göyçay şəhəri Natavan küçəsi ev 4-də yaşayır. xx.xx.2020-ci il tarixdə polis əməkdaşları Heydərlə birlikdə yaşadıqları ünvana gələrək, evə baxış keçirməli olduqlarını bildirdikdə o, heç bir etiraz etməmişdir. Bu zaman Heydər soyuducunun arxasında olan bir ədəd dəmir parçasını polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra isə evin tavanından bir ədəd sellofan paketdə olan rezin bağlamada 1 manatlıq kağız pul topası çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Bu zaman Heydərdən nə baş verdiyi ilə maraqlandıqda Heydər ona xx xxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasına qıfılı sındıraraq daxil olduğunu və oradan 60 ədəd siqaret qutusu və 370 manat pul oğurladığını bildirmişdir. Şahid2 məhkəməyə teleqram vasitəsi ilə məhkəmə müraciət edərək istintaq vaxtı verdiyi ifadəni təsdiq etdiyini və məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə Göyçay şəhəri, Natavan küçəsi, ev 7, mənzil 33-də yaşayan Zərərçəkmiş şəxs ərizə ilə Göyçay rayon polis şöbəsinə müraciət edərək, özünə məxsus Göyçay şəhəri, Natavan küçəsində yerləşən ərzaq mağazasından bir 75-80 manat dəyərində qəpik pullarının oğurlandığını bildirmişdir. Bununla bağlı polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs məxsus mağazadan oğurluq edən şəxsin Göyçay şəhəri, Natavan küçəsi ev 4, mənzil 4-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus mağazanın qapısının üzərində olan qıfılı özü ilə gətirdiyi dəmir parçası vasitəsilə sındıraraq daxil olması, daha sonra isə mağazadan 60 ədəd “kent 4” markalı siqaret qutularını və 370 manat pulu oğurladığı məlum olmuşdur. Cinayət işinə əlavə edilmiş “Göyçay Rüstəm MMC” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 61 nömrəli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə Göyçay şəhəri ərazisində bir qutu “Kent 4” markalı siqaretin qiyməti 3 manat 30 qəpik olmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs X4 Məhkəməsinin xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci 228.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 10 ay 13 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Cinayət işinə əlavə edilmiş Göyçay rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2020-ci tarixli 3602 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixiatrik kabinetlərdə qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Göyçay RİHB-nin Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda qeydiyyatdadır, onun barəsində inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus Göyçay şəhəri Natəvan küçəsində yerləşən mağazaya qanunsuz daxil olaraq oradan zərərçəkmiş şəxsə məxsus 198 manat dəyərində 60 qutu “Kent 4” markalı siqaret və 370 manat pulu gizli yolla talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 568 manat maddi ziyan vurmaqla oğurluq edərək Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tam sübuta yetir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəllər qəsdən sağlamlığa ağır zərər vurmaya görə məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməklə zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, məhkəmədə səmimi ifadə verməklə davranışını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, gənc olmasını, eləcə də, törətdiyi əməlin ictimai təhlükəliliyinin əsasən maddi ziyanla bağlı olmaqla vurulmuş maddi ziyanın miqdarının çox olmamasını və tamamilə aradan qalxmasını cəzasını yüngülləşdirən müstəsna hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası CM-nin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilə bilər. Müstəsna hal Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu hesab edilə bilər. Qanunun mənasına görə, cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və ya bu cür halların məcmusu o halda müstəsna hal hesab edilə bilər ki, onlar cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmış olsun. Məhkəmə Təqsirləndirilən şəxs cinayətin törədilməsindən sonra onun ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan sonrakı davranışını, cəzasını yüngülləşdirən halların məcmusunu, əvvəlki məhkumluğunun hazırki əməlindən fərqli olaraq şəxsiyyət əleyhinə olan cinayət törətməyə görə olmasını nəzərə alaraq barəsində CM-nin 62-ci maddəini tətbiq etməklə həmin Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş əsaslar nəzərə alınmadan ona azadlğın məhdudlaşdırılması bövündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Cinayət işinə əlavə edilmiş vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə hüquqlarını 08 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 08 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 1 ədəd dəmir parçası məhv edilməlidir İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına verilməsi iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 1 ədəd dəmir parçası məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 08 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar