Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-70/2021 27.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, dövlət ittihamçısı X1, Müdafiəçi, zərərçəkmiş şəxslər X2, Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, subay, ünvan 4-da qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib, bu məqsədlə 20 aprel 2021-ci il tarixdə saat 02 radələrində Göyçay şəhər sakini Zərərçəkmiş şəxs1 Göyçay şəhəri Bakı küçəsi ev 65 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq həyətdə olan sonuncuya məxsus avtomobilin yük yerindən üzərində «İnterskol, D-11/540GK, 3000 ob.min, Rossia» sözləri yazılmış, xarici görünüşünə görə itismar olunmuş qara-boz rəngli 30 manat dəyərində 01 ədəd dreli, həmin evin zirzəmisinin ön tərəfində saxlanılmış xarici görünüşünə görə uzun müddət istismar edilmiş gümüşü rəngli, 7 litr su tutumu olan 140 manat dəyərində 01 ədəd odun samovarını və həmin evin arxa hissəsində yerləşən kiçik ölçülü məişət əşyalarının yığıldığı çardağın altından xarici görünüşünə görə əvvəllər uzun müddət istifadə edilmiş, hər birinin diametri 60 sm., hündürlükləri isə 5,5 sm., gövdəsinin səthi üzərində batıqları, cızıqları və zədələri olan aliminiumdan hazırlanmış, hər biri 15 manat olmaqla ümumi 30 manat dəyərində 02 ədəd ləyənlərini gizli yolla talayıb, Zərərçəkmiş şəxs1 200 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib, bu məqsədlə 20 aprel 2021-ci il tarixdə, saat 03 radələrində Göyçay şəhər sakini X2 Göyçay şəhəri Bakı küçəsi ev 67 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq çardaqın tavanının sütunlarına söykənilmiş vəziyyətdə olan hər biri 45 manat dəyərində olan üzərilərində “Kama, 175/65 R 14, made in Rossia’' sözləri yazılmış, xarici görünüşünə görə əvvəllər istifadə edilmiş ümumilkdə 90 manat dəyərində 02 ədəd avtomobil qış təkərləri, eləcə də hər biri 20 manat dəyərində olmaqla ümumilkdə 40 manat dəyərində 02 ədəd təkər disklərini gizli yolla talayıb, zərərçəkmiş şəxs Şaban Rüstəmova 130 manat ziyan vurmaqla oğurluq etmişdir. Habelə təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib, bu məqsədlə 20 aprel 2021-ci il tarixdə, saat 04 radələrində Göyçay şəhər sakini Zərərçəkmiş şəxs3 Göyçay şəhəri Atatürk küçəsi ev 86 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq evin həyərindəki zirzəmidən hər biri 50 manat dəyərində olan ümumilkdə isə 100 manat dəyərində 02 ədəd qızılı rəngli məhəccərləri, 50 manat dəyərində 01 ədəd miss materilaldan olan kombi aparatının içliyini və hər biri 20 manat dəyərində ümumilkdə 40 manat dəyərində olan 02 ədəd nikkel materialdan olan yemək qazanlarını gizli yolla talayıb, Zərərçəkmiş şəxs3 190 manat ziyan vurmaqla oğurluq etmişdir. Həmçinin, Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi kustar üsulla hazırlanmış təmiz çəkisi 0,204 qram narkotik vasitə heroin yaşadığı evin otağında masanın üzərində 01 ədəd baş hissəsi kəsilmiş şüşə flakonun içərisində 0,30 ml həcmində kustar üsulla hazırlanmış heroin məhlulunu satış məqsədi olmadan qanunsuz saxlamış, 20 aprel 2021-ci il tarixdə saat 12 radələrində Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Eyni zamanda Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 475,28 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək daşımış, 27 aprel 2021- ci il tarixdə saat 12 radələrində Göyçay şəhəri S.Vurğun küçəsində olarkən və üzərində narkotik vasitəni daşıyarkən Göyçay RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 5,82 qram, həmçinin yaşadığı ünvan 4 ünvanınakı fərdi yaşayış evinin zirzəmisində gizlətdiyi yerə baxış keçirərkən oradan təmiz çəkisi 470,00 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 20.04.2021 -ci il tarixdə saat 02 radələrində Göyçay şəhəri Bakı küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus 65 nömrəli fərdi yaşayış evinə hasardan aşıb həyətin qarşı tərəfində dayanan göy rəngli Vaz 2101 1 markalı avtomobilin dayandığını görmüş avtomobilə yaxınlaşmış açıq vəziyyətdə olan şüşələrindən içinə nəzər salmış avtomobilin içərisində heç bir əşya olmamışdır. Bundan sonra avtomobilin arxa tərəfinə keçərək yük yerini açmış orada “İnterskol D-l 1540ER markalı, dəstəyi qara rəngli, üzəri isə açıq boz rəngli olan dreli götürmüşdür. Həmin vaxt evin işıqlarının sönülü olduğunu görmüş ev sakinlərinin yatdıqlarından əmin olduğu üçün başqa nə isə də oğurlamaq üçün evin arxa tərəfinə keçmişdir. Evin arxa tərəfinə keçdikdən sonra üzəri şiferdən ibarət kiçik ölçülü çardağın altına yığılan məişət əşyalarına nəzər salaraq oradan aliminium materiallı 2 ədəd ləyəni götürmüşdür. Həmçinin həyətdən çıxmaq üçün geri qayıdan zaman evin arxa tərəfindəki zirzəminin qarşı tərəfində olan 1 ədəd samovarı da götürmüşdür. Oğurladığı əşyaları həyətin qapısını içəri tərəfdən açaraq çıxarmış, saat 03 radələrində həmin evlə yanaşı olan 67 nömrəli evə yaxınlaşmış, küçənin qaranlıq olduğunu və heç kimin olmadığını görüb oğurladığı əşyaları yol kənarına görünməyən yerə qoyaraq X3 məxsus 67 nömrəli evə hasarından tullanaraq həyətə düşmüşdür. Həyətə düşdükdən sonra Priora markalı avtomobilin yanında sütunlara söykənmiş vəziyyətdə olan 4 ədəd avtomobil təkərlərinin olduğunu görmüşdür. Təkərlərin hamısını oğurladıqdan sonra apara bilməyəcəyini düşündüyü üçün şin və diskidən ibarət olan 2 ədəd “Kama R 14’ markalı avtomobil təkərlərini də götürmüş, həyətə giriş qapısını içəri tərəfdən açaraq oğurladığı təkərləri yola çıxarmışdır. Yola çıxdıqdan sonra 65 nömrəli evdən oğurladığı əşyaları da çətinliklə əlinə alıb yaşadığı evə apararaq, evin arxa tərəfinə qoymuşdur ki, qardaşı Əbülfəz görməsin. Bundan sonra küçədə siqaret çəkdikdən sonra bir qədər ətrafa nəzər salıb saat təxminən 04 radələrində onlarla qonşu küçədə, yəni Atatürk küçəsi ev 86 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 evinin böyük və görkəmli olması səbəbilə Arifin həyətində daha dəyərli əşya oğurlayacağını düşünüb Arifin evinin arxa tərəfində yerləşən köhnə uşaq bağçasının həyətindən hasardan tullanıb həyətə daxil olmuşdur. Ancaq həmin vaxt Arifin evinin böyüklüyü ilə əlaqədar həyətdə təhlükəsizlik kamerası olmasını fikirləşib əvvəlcədən başına ağ papaq və ağzına qara rəngli maska taxmışdır ki, əgər kameraya düşsə onu tanıya bilməsinlər. Həyətə daxil olduqdan sonra həyətdə, giriş qapısının yanında olan Arifə məxsus qara rəngli avtomobilə yaxınlaşıb pəncərəsindən avtomobilin içərisinə nəzər salmış, həmin vaxt avtomobilin qapılarının bağlı olduğunu görmüşdür. Buna görə də avtomobilin yanından gedib evin arxa tərəfinə keçmişdir. Həmin vaxt evin zirzəmi hissəsinin qapısının açıq olduğunu görüb içəri daxil olmuşdur. Zirzəmiyə daxil olduqdan sonra orada bir neçə məişət və digər əşyaların yığıldığını görmüşdür. Həmin vaxt yerdə olan 1 ədəd kombi içliyini, 2 ədəd dəmir materiallı əl məhəccərlərini və 2 ədəd nikkel materiallı yemək qazanlarını zirzəmidən çıxarıb həyətə qoymuşdur. Daha sonra zirzəmiyə daxil olub oğurlamaq üçün başqa əşya axtardıqda orada elektrik samovarını da görüb çölə çıxartmışdır. Evdən səs gəldiyi eşitdiyi üçün 1 ədəd kombi içliyini, 2 ədəd dəmir materiallı əl məhəccərlərini və 2 ədəd nikkel materiallı yemək qazanlarını götürsə də elektrik samovarını götürə bilmədiyi üçün orada qoyub, götürdüyü əşyalarla birlikdə həyətə tullandığı hasara tərəf gedərək oradan çıxıb öz yaşadığı evə gəlmişdir. Arifin həyətindən oğurladığı əşyalarıda öz yaşadığı evin həyətində digər əşyaların yanına qoymuş, oğurladığı əşyalardan satıb pul əldə etmək istəmişdir. Saat 09 radələrində Farizin həyətindən oğurladığı dreli qonşusu Sahibin usta olduğunu düşünərək ona satmaq üçün dreli aparmış, dreli Sahibə girov qoyaraq 13 manat borc pul almışdır. Pulu qutardığı üçün saat 10 radələrinədək qardaşı Əbülfəzin həyətdən çıxmasını gözləyib oğurladığı əşyalardan rayon ərazisində tullantı metal alqı-satqısı ilə məşğul olan Mirəli adlı şəxsə ancaq dəmir əl məhəccərlərini, mis materiallı kombi içliyini və yemək qazanlarını sata biləcəyini düşünərək Zərərçəkmiş şəxs3 həyətindən oğurladığı qeyd etdiyi əşyaları Mirəliyə ümumilikdə 35 manata satmış, əldə etdiyi pulu da xərcləmişdir. Saat təxminən 11 radələrində yaşadığı evə qayıtdıqda qardaşı Əbülfəzi küçədə görmüş onun oğurladığı əşyaları həyətdə görməsindən narahat olduğu üçün orada qalan digər 2 ədəd ləyəni, 2 ədəd avtomobil təkərlərini və 1 ədəd samovarı həyətdən çıxarıb onunla qonşuluqda yaşayan Siyavuşun həyətinə apararaq həmin əşyaların 1-2 saatlıq onun həyətində qalmasını xahiş edərək getmişdir. 20.04.2021-ci il tarixdə saat 13 radələrində yaşadığı Göyçay şəhəri S.Vurğun küçəsindəki 69 nömrəli fərdi yaşayış evində olan zaman və yataq otağında narkotik vasitə heroini damarına vurmaq üçün hazırlayan zaman Göyçay rayon polis şöbəsinin əməkdaşları onu yaşadığı evin qarşısından səsləyərək ona yaxınlaşmış özlərini təqdim edərək üzərində və evində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra vəkil Müdafiəçi iştirakı ilə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah olunduqdan sonra, iki nəfər hal şahidlərinin və vəkilinin iştirakı ilə yaşadığı, fərdi yaşayış evinə baxış keçiriləcəyini bildirilmişdir. Yaşadığı evə baxış keçirilməsi barədə heç bir etiraz etməyərək və bu barədə də ərizə yazmışdır. Bundan sonra vəkilin və hal şahidlərinin, o cümlədən polis əməkdaşlarının iştirakı ilə ünvan 4 ünvanında yerləşən yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı evin girişindən sağ tərəfdə yerləşən ona məxsus yataq otağında olan kiçik masanın üzərində işərisində qəhvəyi rəngli maddə olan bir ədəd baş hissəsi kəsilmiş şüşə flakon, bir ədəd üzərində iynəsi olan istifadə olunmuş 2 ml-lik, bir ədəd isə istifadə olunmamış 5 ml-lik şpristlər və üzərinə “limon duzu" yazılmış sellafon paket olduğu müəyyən edilmişdir. Həmin vaxt polis əməkdaşlarına stolun üzərində aşkar edilmiş bir ədəd şüşə flakonun içərisində olan maddənin “kakos" kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəni az-az istifadə edəcəyi üçün əvvəlcədən özü hazırlayıb flakonun içərisində saxladığını bildirmişdir. Həmçinin masanın üzərində iki ədəd şpristlərin və limon duzunu da narkotik vasitəni istifadə edən zaman ona lazım olduğundan orada saxladığını bildirmişdir. Həmin vaxt aşkar edilmiş içərisindəki qəhvəyi rəngli maddə olan 01 ədəd şüşə flakon və iki ədəd şpristlər götürülüb, zərflərə qoyularaq qablaşdırılmışdır. 27.04.2021 -ci il tarixdə Göyçay şəhəri S.Vurğun küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşmışlar və narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsi üçün onu Göyçay rayon polis şöbəsinə dəvət etmişlər və oda polis əməkdaşları ilə razılaşmışdır. Göyçay rayon polis şöbəsində ona hüquq və vəzifələri barədə bildiriş və tutulmağı barədə qərarın sürəti təqdim olunmuşdur. Daha sonra Göyçay rayon polis şöbəsinin Növbətçi hissəsində vəkilin və polis əməkdaşlarının iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuşdur. Şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən içərisində yaşılımtıl rəngli kütlə olan bir ədəd ağ rəngli kağız büküm aşkar olunmuşdur. Həmin bir ədəd büküm içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 8,3 qram olmuşdur. Daha sonra həmin yaşılımtıl rəngli kütlə bükümü ilə birlikdə vəkilin və polis əməkdaşlarının iştirakı ilə bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı kleylənərək möhürlənmiş, polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmin kütlədən yaşadığı evdə də olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ona məxsus evə gəlmiş, yaşadığı evə və həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirmiş, etiraz etməmişdir. Ona məxsus evin həyətyanı sahəsinə vəkilin, iki hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı fərdi yaşayış evinin ön tərəfdən zirzəmisindən bir ədəd göy rəngli sellofan aşkar edilmişdir. Həmin sellofan açıldıqda içərisindən yaşılımtıl rəngli kütlə aşkarlanmışdır. Həmin kütlə də sellofanı ilə birlikdə asma tərəzidə çəkilmiş və çəkisi 515 qram olmuşdur. Həmin kütlə sellofanı ilə birlikdə bir ədəd ağ rəngli torbaya qoyularaq qablaşdırılmış, torbanın ağzı bağlanaraq möhürlənmişdir. Törətdiyi əməldən peşmandır. İş üzrə zərərçəkmiş şəxs qismində ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, 20.04.2021 -ci il tarixdə səhər avtomobilinin yük yerində olan ev təmirində istifadə etdiyi “İnterskol D-l 1540ER” markalı dreli götürmək istədikdə, drelin avtomobilin yük yerində olmadığını görmüşdür. Həmin vaxt dreli həyətdə başqa yerə qoyduğunu düşünərək axtarmağa başlamışdır. Bu zaman onunla qonşuluqda yaşayan Şaban Rüstəmov öz həyətindən onu səsləyərək həyətindən 2 ədəd maşın təkərlərinin oğurlandığını demişdir. Bu zaman Şabana avtomobilində olan drelinin oğurlanmasından şübhələnərək həyətdə olan əşyalara nəzər yetirdikdə evin zirzəmi hissəsində olan tutacaq yeri qara rezindən olan 7 litr həcmi olan nikkel materiallı 1 ədəd samovarın yerində olmadığını görmüşdür. Bundan sonra həyətdə istifadə etdiyi əşyaları evin arxa tərəfindəki çardağa yığdığı yerə nəzər saldıqda orada olan aliminium materiallı 2 ədəd ləyənlərin də yerində olmadığını görmüşdür. Buna görə də dərhal Göyçay rayon polis şöbəsinə gedərək həyətindən sadaladığı əşyalarının oğurlandığı barədə məlumat vermişdir. Həmçinin həyətindən oğurlanan əşyaların qiymətlərini təxminən hesablayaraq 280 manat olduğunu qeyd etsə də, təyin edilmiş müvafiq ekspertiza rəyində samovarın 140 manat, iki ədəd ləyənlərin 30 manat və 1 ədəd drelin 30 manat olması ilə bağlı göstərilənlərlə razıdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 ilə sosial şəbəkə vasitəsi ilə əlaqə saxlanılmış, Rusiya Federassiyasında olduğunu, ona dəymiş ziyanın ödənildiyini və buna görə də təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş X4 göstərmişdir ki, 20.04.2021-ci il tarixdə səhər saatlarında həyətə düşən zaman 2 ədəd qış şinlərinin diski ilə birlikdə həyətində olmadığını görmüşdür. Buna görə də dərhal Göyçay rayon polis şöbəsinə həyətindən 2 ədəd qış şinlərinin oğurlandığı barədə məlumat vermişdir. İlkin izahatında təkərlərin və diskilərin qiymətlərini təxminən hesablayaraq 170 manat olduğunu qeyd etsə də, təyin edilmiş müvafiq ekspertiza rəyində həmin təkərlərin 90 manat və diskilərin 40 manat olması ilə bağlı göstərilən ümumilikdə 130 manat dəyərlə razıdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 göstərmişdir görünür ki, 20.04.2021-ci il tarixdə saat 04 radələrində həyat yoldaşı Şahid2 onu yuxudan oyadaraq həyətlərindən səs-küy gəldiyini və pəncərədən həyətə baxdıqda həyətdə naməlum şəxsin gəzdiyini bildirmişdir. Dərhal yerindən qalxaraq həyətə düşüb ətrafa göz gəzdirmiş, həmin vaxt həyətə giriş qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra həyətə naməlum şəxsin daxil olduğundan əmin olduğu üçün həyətdən hər hansı oğurluq olub-olmadığını yoxlamış, evin zirzəmisinin qarşısında 1 ədəd özünə məxsus elektrik samovarının yerdə olduğunu gördükdə, dərhal zirzəmiyə tərəf gedib oraya nəzər salmışdır. Həmin vaxt zirzəmiyə baxdıqda əvvəlcədən oraya qoyduğu təzə vəziyyətdə olan bir ədədinin qiyməti 50 manat olmaqla, ümumi 100 manat dəyərində olan 2 ədəd qızılı rəngli əl məhəccərləri, qiyməti 50 manat təşkil edən miss materiallı kombi içiliyi və bir ədədnin qiyməti 20 manat təşkil edən ümumi 40 manat dəyərində 2 ədəd nikkel materiallı yemək qazanlarmn oğurlandığım görmüşdür. Buna görə də həmin gün səhər açıldıqdan sonra Göyçay rayon polis şöbəsinə gedərək qeyd etdiyi ümumi 190 manat dəyərində sadaladığı əşyalarının oğurlanması barədə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmiş, təqsirləndirilən şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 aprel 2021-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat- axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Həmin əməliyyat-axtarış tədbirinin keçirilməsində Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Ruslan Süleymanovla birlikdə iştirak etmişdir. Həmin gün saat 13 radələrində Göyçay RPŞ-nin təhqiqatçısı Şaiq Əşrəlli və Göyçay rayon Vəkil bürosunun vəkili Müdafiəçi ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Rüstəmə narkotik vasitələrin istifadəçisi olması ilə bağlı məlumat daxil olduğunu, üzərində daşıması və yaşadığı evdə saxlamasında şübhəli olduğu üçün baxış keçirilməli olduğunu izah etmişlər, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin Təqsirləndirilən şəxs rayon polis şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evə baxış keçirilməsi üçün heç bir etiraz və vəsatəti olmadığını qeyd etmişdir. Bundan sonra hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı evin sağ tərəfində yerləşən Təqsirləndirilən şəxs məxsus yataq otağına baxış zamanı otaqda olan masanın üzərində içərisində qəhvəyi rəngli məhlul halında maddə olan bir ədəd baş hissəsi kəsilmiş şüşə flakon aşkar olunaraq götürülmüşdür. Daha sonra isə həmin içərisində qəhvəyi rəngli məhlul halında maddə olan şüşə flakon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa həmin masanın üzərindən bir ədəd üzərlərində “Limon duzu” yazılmış sellofan paket, bir ədəd üzərində iynəsi olan 2 ml-lıq istifadə olunmuş şpris və bir ədəd istifadə olunmamış 5 ml-lıq şpris aşkar olunaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı qanunla gəzdirilməsi qadağan olunmuş nakotik vasitə və ya əşya aşkar olunmamışdır. Daha sonra içərisində qəhvəyi rəngli məhlul halında maddə olan bir ədəd şüşə flakon, üzərində iynəsi olan 2 mllıq şipris, bir ədəd istifadə olunmamış 5 ml-lıq şpris onun, vəkilin və hal şahidlərinin iştirakı ilə bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı kleylənərək möhürləndikdən sonra və polis əməkdaşları tərəfindən götürülmüşdür. 27.04.2021-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs yaşadığı S.Vurğun küçəsində saxlayaraq, üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib, üzərinə şəxsi axtarış keçirilməsi üçün rayon polis şöbəsinə dəvət etmişlər. Bu zaman Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra növbətçi hissənin qarşısında RPŞ-nin TB-nin təhqiqatçısı Anar Osmanov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunub Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra X5 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra Müdafiəçi, onun, CAB-nin baş əməliyyat müvəkkili Şahid3 və videoçəkilişi aparan şöbənin KTQ-nun baş inspektoru Şahid5 iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. İlk öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet olub- olmamasını soruşularaq əgər vardırsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd ağ rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin kağız büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində yaşımtıl rəngli maddə olduğu müəyyən edilmişdir. Aşkar edilmiş kağız biikümdəki həmin kütlə elektron tərəzidə çəkilmiş, kağız bükümlə birlikdə çəkisi 8,3 qram olmuşdur. Şəxsi axtarış zamanı aşkar edilmiş kağız büküm götürülərək bir ədəd zərfə qoyulub qablaşdırılmışdır. Zərfin ağzı kleylənib bağlanılıb, möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kağız bükümdə olan kütlənin nə olduğu soruşulduqda, Rüstəm üzərindən aşkar edilmiş kağız biikümdəki yaşımtıl rəngli kütlənin narkotik vasitə olduğunu və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmiş, həmçinin həmin kütlədən yaşadığı evdə də gizlətdiyini göstərmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə də baxış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs heç bir etiraz etmədən yaşadığı evə baxış keçirilməsi üçün rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Daha sonra polis əməkdaşları və vəkil Müdafiəçi ilə birlikdə yaşadığı evin qarşısına getmişlər. Həyətə daxil olduqdan sonra evə baxış zamanı Rüstəmin yaşadığı evin zirzəmisinin ön tərəfində bir ədəd göy rəngli sellofan aşkar edilmişdir. Həmin sellofan açıldıqda içərisində yaşımtıl rəngli kütlə olması müəyyən olunmuşdur. Həmin aşkar olunmuş yaşımtıl rəngli narkotik vasitə sellofanla birlikdə elektron tərəzidə çəkildikdən sonra çəkisi 515 qram olduğu müəyyən edilmişdir. Bundan sonra həmin kütlə bir ədəd sintetik kisəyə qoyularaq qablaşdırılmışdır. Həmin kisə qablaşdırıldıqdan sonra kisənin ağzı kağız parçası ilə kleylənib möhürləndikdən sonra üzərini Təqsirləndirilən şəxs, vəkil və hal şahidləri imzalamışlar. Məkhəmədə şahid qismində ifadə vermiş Şahid3 və Şahid4 Oqtay oğlu Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş üzrə şahid qismində ifadə vermiş Şahid5 göstərmişdir ki, Göyçay RPŞ-nin KTQnin baş inspektor kriminalisti vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 27.04.2021-ci il tarixdə rayon polis şöbəsinə dəvət etdikdən sonra 12 radələrində rayon polis şöbəsində olan zaman CAB-ın NMQ-nın əməliyyat müvəkkili Şahid1 və CAB-ın baş əməliyyat müvəkkili Şahid3 növbətçi hissənin qarşısında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. X5 tərəfindən Təqsirləndirilən şəxs Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. X5 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah etdikdən sonra rayon polis şöbəsinə məxsus olan və ona təhkim olunmuş “Panasonic” markalı aparatla Müdafiəçi, CAB-ın əməkdaşları Şahid1 və Şahid3 iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet olubolmaması soruşularaq əgər vardırsa təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən l (bir) ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin kağız büküm açıldıqda içərisində yaşımtıl rəngli maddə olması müəyyən edilmişdir. Aşkar edilmiş kağız bükümdəki həmin kütlə elektron tərəzidə çəkilmiş, kağız bükümlə birlikdə çəkisi 8,3 qram olmuşdur. İş üzrə şahid qismində ifadə vermiş Şahid7 göstərmişdir ki, 20.04.2021-ci il tarixdə saat 09 radələrində qonşusu Təqsirləndirilən şəxs onun yanına gələrək ondan borc pul istəmiş, Rüstəmin narkotik vasitə istifadəçisi olduğundan pulu geri qaytarmıyacağını düşünərək ona pul verməkdən imtina etmişdir. Rüstəm əlində “İnterskol D-11540ER markalı, dəstəyi qara rəngli, üzəri isə açıq boz rəngli dreli gətirmiş özünə məxsus olduğunu bildirib direli girov kimi ona verib müqabilində ondan 13 manat borc pul istəmişdir. Həmin vaxt Rüstəm ona bildirmişdir ki, bir neçə gün sonra ondan aldığı 13 manatı geri qaytardıqdan sonra ona verdiyi dreli də geri alacaq. Bundan sonra Rüstəmdən həmin dreli alıb ona 13 manat borc pul vermişdir. Həmin gün saat 15 radələrində Göyçay rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək Təqsirləndirilən şəxs ona drel verib vermədiyini soruşduqda, Rüstəmin ondan aldığı 13 manat borc qarşılığında ona girov kimi qoyduğu həmin dreli polis əməkdaşlarına təqdim etmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid9 göstərmişdir ki, 20 aprel 2021-ci il tarixdə saat 13 radələrində Göyçay şəhəri S.Vurğun küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və işdə hal şahidi kimi iştirak etməsini xahiş etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Həmin vaxt ona və oraya dəvət edilmiş digər bir nəfər də hal şahidinə hüquq və vəzifələri izah edildikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmək istədiklərini bildirmişlər, Rüstəm də heç bir etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evə onun, digər hal şahidinin, polis əməkdaşlarının və vəkilin iştirakı ilə baxış keçirmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus yataq otağındakı masanın üzərində içərisində qəhvəyi rəngli məhlul halında maddə olan bir ədəd baş hissəsi kəsilmiş şüşə flakon, bir ədəd üzərlərində "Limon duzu” yazılmış sellofan paket və bir ədəd üzərində iynəsi olan istifadə olunmuş 2 ml-lıq şprist, bir ədəd istifadə olunmamış 5 ml-lıq şpris aşkar olunmuşdur. İş üzrə şahid qismində ifadə vermiş Şahid10 göstərmişdir ki, 27 aprel 2021-ci il tarixdə saal 12 radələrində Göyçay şəhəri ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və işdə hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. Sonra polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmişlər. Həmin vaxt ona və oraya dəvət edilmiş digər bir nələr hal şahidinə də hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs polis əməkdaşları yaşadığı evinə baxış keçirmək istədiklərini bildirmiş Rüstəmdə heç bir etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evə onun, digər hal şahidinin, polis əməkdaşlarının və vəkilin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin zirzəmisinin ön tərəfindən bir ədəd göy rəngli sellofan torba aşkarlanmışdır. Həmin sellafon açıldıqda içərisindən yaşılımtıl rəngli kütlə aşkar olunmuşdur. Həmin kütlə sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 515 qram olmuşdur. İş üzrə şahid qismində ifadə vermiş Şahid12 Sahib oğlu göstərmişdir ki, 20.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs onun işlədiyi sexə iki ədəd qazan, bir ədəd miss materiallı kombi içliyi və iki ədəd də dəmir materiallı əl məhəccərləri gətirərək özünə məxsus olduğunu və həmin əşyaları maddi imkanı olmadığından pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Qeyd olunan əşyaları tərəzidə çəkərək Rüstəmə təxminən 30-35 manat pul verərək almışdır. Cinayət işinə əlavə edilmiş Məhkəmə-kimyəvi ekspertizasının 20 aprel 2021-ci il tarixli, 17/279 nömrəli rəyindən görünür ki, ki, Tədqiqata təqdim olunmuş, “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd baş hissəsi kəsilmiş şüşə flakonun içərisində, həcmi- 0,30 ml olan maye kustar üsulla hazırlanmış narkotik vasitə - heroin məhluludur. Heroin məhlulunda heroinin quru maddəsinin təmiz çəkisi 0,204 qramdır. Həmin zərfin içərisindəki 01 (bir) ədəd 2 ml-lik və 01 (bir) ədəd 5 ml-lik şprisdə olan maddə hissəçikləri - heroin hissəcikləridir. Heroin hissəcikləri cüzi miqdarda olduğundan onların təmiz çəkisini müəyyən etmək və heroin məhlulu ilə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Qeyd: heroin məhlulunun həcmi 0.30 ml, tədqiqata sərf edildi 0.10 ml, qalıq 0.20 ml. Tədqiqatın dəyəri 69.10 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Məhkəmə-bioloji ekspertizasının 27 aprel 2021-ci il tarixli 17/302 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş, üzərində ''Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş küllə..." sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi- 5,82 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə "Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən aşkar edilmiş kütlə” sözləri yazılmış sintetik kisənin içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi - 470,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd kağız bükümdə və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuanaların ümumi təmiz çəkisi - 475.82 qr, tədqiqata sərf edildi – 0.10 qr, qalıq – 475.72 qr. Aparılmış tədqiqatın dəyəri 35.97 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03.05.2021-ci il tarixli 9/2565 nömrəli rəyindən görünür ki, -iki ədəd “Kama, 175/65 R 14, made in Rossia” markalı xarici görünüşünə görə əvvəllər istifadə edilmiş qış təkərləri 90,00 manat; -iki ədəd avtomobil diski 40.00 manat; -iki ədəd xarici görünüşünə görə əvvəllər uzun müddət istifadə edilmiş, diametri 60 sm, hündürlüyü 5,5 sm, gövdəsinin səthi üzərində batıqlar, cızıqlar və zədələr olan alminium hazırlanmış ləyən 30,00 manat; -bir ədəd xarici görünüşünə görə uzun müddət istismar edilmiş gümüşü rəngli, 7 litr su tutumlu odun samovarı. Samovarın hazırda gövdəsinin səthi üzərində zədələr, cızıqlar, sürtülmə izləri və istismar nəticəsində içərisində qalın ərp qatı ilə örtülməsi müşahidə olundu, samovar öz ilkin əmtəə görünüşünü qismən itirib 140,00 manat; -bir ədəd üzərində “İnterskol, D -11/540 GK, 3000 ob.min, Rossia’hnarkalanma yazıları olan, xarici görünüşünə görə istismar olunmuş qara-boz rəngli drel 30,00 manat; Qərarın təsviri hissəsində göstərilən 2 ədəd qızılı rəngdə əl məhəccəri, 1 ədəd kombi içliyi, 2 ədəd həcmi 10 litr olan nikkel materiallı qazan maddi sübut qismində ekspertiza tədqiqatına təqdim edilmədiyinə görə, baxış keçirilmədən faktiki olaraq onların markası, modeli, istehsal yeri və ili, texniki göstəriciləri müəyyən olmadığından onların qiymətlərini müəyyən etmək mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 75 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 30 iyun 2021-ci il tarixli 767 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinə əlavə edilmiş Göyçay rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsin əvvəli 27.04.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib, bu məqsədlə 20 aprel 2021-ci il tarixdə, saat 02 radələrində Göyçay şəhər sakini Zərərçəkmiş şəxs1 Göyçay şəhəri Bakı küçəsi ev 65 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq həyətdə olan Zərərçəkmiş şəxs1 məxsus avtomobilin yük yerindən üzərində «İnterskol, D-11/540GK, 3000 ob.min, Rossia» sözləri yazılmış, xarici görünüşünə görə itismar olunmuş qara-boz rəngli 30 manat dəyərində 01 ədəd dreli, həmin evin zirzəmisinin ön tərəfində saxlanılmış xarici görünüşünə görə uzun müddət istismar edilmiş gümüşü rəngli, 7 litr su tutumu olan 140 manat dəyərində 01 ədəd odun samovarını və həmin evin arxa hissəsində yerləşən kiçik ölçülü məişət əşyalarının yığıldığı çardağın altından xarici görünüşünə görə əvvəllər uzun müddət istifadə edilmiş, hər birinin diametri 60 sm., hündürlükləri isə 5,5 sm., gövdəsinin səthi üzərində batıqları, cızıqları və zədələri olan aliminiumdan hazırlanmış, hər biri 15 manat olmaqla ümumi 30 manat dəyərində 02 ədəd ləyənlərini gizli yolla talayıb, Zərərçəkmiş şəxs1 200 manat ziyan vurmaqla oğurluq etməklə, bundan başqa təkrarən 20 aprel 2021-ci il tarixdə saat 03 radələrində Göyçay şəhər sakini X2 Göyçay şəhəri Bakı küçəsi ev 67 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq çardaqın tavanının sütunlarına söykənilmiş vəziyyətdə olan hər biri 45 manat dəyərində olan üzərilərində “Kama, 175/65 R 14, made in Rossia’' sözləri yazılmış, xarici görünüşünə görə əvvəllər istifadə edilmiş ümumilkdə 90 manat dəyərində 02 ədəd avtomobil qış təkərlərini, eləcə də hər biri 20 manat dəyərində olmaqla ümumilkdə 40 manat dəyərində 02 ədəd təkər disklərini gizli yolla talayıb, zərərçəkmiş şəxs Şaban Rüstəmova 130 manat ziyan vurmaqla oğurluq etməklə, bundan başqa təkrarən 20 aprel 2021-ci il tarixdə saat 04 radələrində Göyçay şəhər sakini Zərərçəkmiş şəxs3 Göyçay şəhəri Atatürk küçəsi ev 86 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq evin həyərindəki zirzəmidən hər biri 50 manat dəyərində olan ümumilkdə isə 100 manat dəyərində 02 ədəd qızılı rəngli əl məhəccərlərini, 50 manat dəyərində 01 ədəd mis materilaldan olan kombi aparatının içliyini və hər biiri 20 manat dəyərində ümumilkdə 40 manat dəyərində olan 02 ədəd nikkel materialdan olan yemək qazanlarını gizli yolla talayıb, Zərərçəkmiş şəxs3 190 manat ziyan vurmaqla oğurluq etməklə, 20 aprel 2021-ci il tarixdə saat 12 radələrində 0,204 qram narkotik vasitə heroin yaşadığı evdə masanın üzərində 01 ədəd baş hissəsi kəsilmiş şüşə flakonun içərisində 0,30 ml həcmində kustar üsulla hazırlanmış heroin məhlulunu satış məqsədi olmadan qanunsuz saxlamaqla, 27 aprel 2021-ci il tarixdə saat 12 radələrində Göyçay şəhəri S.Vurğun küçəsində şəxsi istehlak miqdarından artıq miqdarda 5.82 qram narkotik vasitəni üzərində və 27 aprel 2021-ci il tarixdə saat 14 radələrində ünvan 4 ünvanda yerləşən yaşadığı evin zirzəmisində 470 qram narkotik vasitə olan marixuananı saxlamaqla Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetir, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 27.04.2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20.04.2021-ci il tarixli qərara əsasən şübhəli şəxs qismində tutulmuş, 22.04.2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 20 saat və məhkəmə iclasları dövründə isə hüquqlarını 6 saat cəmi 26 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 26 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 156 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 180.07 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 475,72 qram narkotik vasitə olan qurudulmuş marixuana və flakonda saxlanılan 20 ml narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları tam toplamaq yolu ilə üzərində qəti cəza olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cazasından çıxılaraq, üzərində qəti olaraq 3 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 27.04.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 475,72 qram narkotik vasitə olan qurudulmuş marixuana və flakonda saxlanılan 20 ml narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 180.07 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 26 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 156 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası maddi sübutlara və ekspertiza xərcinə dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №1(046)-70/2021
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-70/2021
27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver