Məhkəmə qərarları › İş №1(046)-70/2022

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-70/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-70/2022 12.10.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, evli, himayəsində bir azyaşlı uşağı olan, Göyçay rayonun 1-ci Ərəbcəbirli kəndində olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,475 qramçəkidə narkotik vasitə olan heroini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib şəxsi istifadəsi üçün bir ədəd sellofan bükümdə qablaşdırlmış formada üzərində saxlayaraq Göyçay şəhəri, R.Rza küçəsində daşımış, 15 mart 2022-ci il tarixdə saat 19 radələrində Göyçay RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb, Göyçay RPŞ-nə gətirilərək növbətçi hissədə saat 19:20-də videoçəkiliş vaistəsilə üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən həmin bir ədəd sellofan bükümdə qablaşdırılmış təmiz çəkisi 0,475 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,633 qramçəkidə narkotik vasitə olan heroini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib şəxsi istifadəsi üçün bir ədəd sellofan bükümdə qablaşdırılmış formada üzərində saxlayaraq Göyçay şəhəri, H.Əliyev prospektində daşımış, 05 may 2022-ci il tarixdə saat 11 radələrində Göyçay RPŞnin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb, Göyçay RPŞ-nə gətirilərək növbətçi hissədə saat 11:20-də videoçəkiliş vaistəsilə üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sol yan cibindən həmin bir ədəd sellofan bükümdə qablaşdırılmış təmiz çəkisi 0,633 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri, R.Rza küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq, narkotik vasitələri qanunsuz saxlamasında şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsi üçün onu Göyçay rayon polis şöbəsinə dəvət etmişlər. Göyçay rayon polis şöbəsində ona hüquq və vəzifələri barədə bildiriş və tutulması barədə qərarın surəti təqdim olunmuşdur. Göyçay rayon polis şöbəsinin növbətçi hissəsində vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən içərisində qəhvəyi rəngli maddə olan bir ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin bir ədəd büküm elektron tərəzidə çəkilmiş, çəkisi 0,55 qram olmuşdur. Daha sonra həmin bir ədəd büküm vəkilin və polis əməkdaşlarının iştirakı ilə bir ədəd ağ rəngli zərfə qoyuaraq qablaşdırılmış, zərfin ağzı kleylənərək möhürlənmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri, H.Əliyev prospektində olarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsi üçün onu Göyçay rayon polis şöbəsinə dəvət etmişlər. Göyçay rayon polis şöbəsində ona hüquq və vəzifələri barədə bildiriş və tutulmağı barədə qərarın surəti təqdim olunmuşdur. Daha sonra Göyçay rayon polis şöbəsinin növbətçi hissəsində vəkilin və polis əməkdaşlarının iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən içərisində qəhvəyi rəngli maddə olan bir ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin bir ədəd büküm elektron tərəzidə çəkilmış və çəkisi 0,62 qram olmuşdur. Sonra həmin bir ədəd büküm vəkilin və polis əməkdaşlarının iştirakı ilə bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olması və narkotik vasitələrin qanunsuz dövriyyəsi məşğul olması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında 15 mart aprel 2022-ci il tarixdə saat 19 radələrində əməliyyataxtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Həmin əməliyyat-axtarış tədbirlərinin keçirilməsində digər polis əməkdaşları ilə birlikdə o da iştirak etmişdir. Göyçay şəhəri, R.Rza küçəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim edərək ona üzərində narkotik vasitə gəzdirməsi şübhəli olduğunu bildirib, onu rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunub Müdafiəçilə ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Polis şöbəsində müdafiəçisi Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı video çəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd sellofan büküm aşkar olunmuşdur. Sellofan bükümün içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Daha sonra həmin bükümdəki maddə elektron tərəzidə çəkilmişdir. Qəhvəyi rəngli maddənin kağız bükümlə birlikdə çəkisi 0,55 qram olmuşdur. Şəxsi axtarış zamanı aşkar edilmiş büküm götürülmüş və bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-də axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs son zamanlar yenə də narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, yaşadığı evdə və üzərində daşıması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında 05 may 2022-ci il tarixdə tərəfimdən şöbə rəhbərliyinə tərəfindən raportla müraciət edildikdən sonra elə həmin günü Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Həmin günü saat 11 radələrində Göyçay şəhəri H.Əliyev prospektində Göyçay rayon 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs özlərini təqdim edərək ona üzərində narkotik vasitə gəzdirməsi şübhəli olduğunu bildirib, onu rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş, onlarla birlikdə rayon polis şöbəsinə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunub Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Polis şöbəsində müdafiəçisi Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı video çəkilişdən istifadə edildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan büküm aşkar olundu. Sellofan bükümün içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Daha sonra həmin bükümdəki maddə elektron tərəzidə çəkildi. Qəhvəyi rəngli maddənin seloffan bükümlə birlikdə çəkisi 0,62 qram olmuşdur. Şəxsi axtarış zamanı aşkar edilmiş büküm götürülmüş və bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsindən alınmış 16 mart 2022-ci il tarixli 17/244 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə.” və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisində 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 0,475 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: a) heroinin ümumi təmiz çəkisi – 0.475 qram, tədqiqata sərf edilmişdir – 0.050 qram, qalıq 0.425 qram. Aparılmış ekspertizanın xərci 69.10 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsindən alınmış 05 may 2022-ci il tarixli 17/384 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə.” və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisində 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 0,633 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 0.633 qram, tədqiqata sərf edilmişdir – 0.050 qram, qalıq 0.583 qram. Aparılmış ekspertizanın xərci 102.12 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 08 iyul 2022-ci il tarixli 1015 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən xx.xx.2013-cü il tarixli Göyçay rayon məhkəməsinin hökmü ilə 01 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci il tarixdə isə Qaradağ rayon məhkəməsinin qərarı ilə AR-nın CM-nin 76.3.1-ci maddəsinə əsasən 10 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,475 qram çəkidə narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə saat 19 radələrində istintaqa məlum olmayan müddətdə və mənbədən əldə edib şəxsi istifadəsi üçün Göyçay şəhəri R.Rza küçəsində üzərində saxlamaqla, bundan başqa satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.633 qram çəkidə narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə saat 11 radələrində istintaqa məlum olmayan müddətdə və mənbədən əldə edib şəxsi istifadəsi üçün Göyçay şəhəri H.Əliyev prosepektində üzərində saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi əməli etiraf edərək səmimi peşman olduğu cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yenidən cinayətin təkrar törətməsini cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq ona təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün nəzərə alınmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. X2 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili X1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan Göyçay rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatlarından sonra qalan 1,008 qram narkotik vasitə olan məhv edilməlidir. İş üzrə ekspertiza xərcləri olan 171.22 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 02 gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti cəza olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatlarından sonra qalan 1,008 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə ekspertiza xərcləri olan 171.22 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar