Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-70/2025 28.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 12.15-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2008-ci il tarixdə Ukrayna Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən,əvvəllər məhkum olunmamış, Göyçay şəhəri, Bakı küçəsi, ev 3-də qeydiyyatda olan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni ümumi təmiz çəkisi 31,32 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşıyaraq 0,80 qramını üzərində, 30,52 qramını isə yaşadığı Göyçay şəhəri, Şəhriyar küçəsində yerləşən fərdi yaşayış evində saxlamış, 13 fevral 2025-ci il tarixdə saat 19:35-də Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Göyçay şəhəri, Şəhriyar küçəsində saxlanılaraq saat 19:35-dən 20:05- dək üstünün yoxlanılması zamanı əynində olan qara rəngli gödəkçəsinin sol iç döş cibindən 03 ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,28 qram, 0,21 qram və 0,31 qram olmaqla ümumi təmiz çəkisi 0,80 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də yaşadığı Göyçay şəhəri, Şəhriyar küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən həmin evin həyətindən 05 ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 5,18 qram, 5,51 qram, 5,30 qram, 5,51 qram, 5,19 qram olmaqla, xeyli miqdarda yəni ümumi təmiz çəkisi 26,69 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin evin yataq otağından 03 ədəd sellofan və 07 ədəd kağız bükümlərdə olan ayrı- ayrılıqda təmiz çəkiləri 0,62 qram, 0,62 qram, 0,62 qram, 0,27 qram, 0,28 qram, 0,21 qram, 0,35 qram, 0,22 qram, 0,39 qram və 0,25 qram olmaqla ümumi təmiz çəkisi 3,83 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi, ifadə verərək göstərdi ki, narkotik vasitə olan 3 ədəd kağız bükümlərdə olan qurudulmuş marixuananı tapmış,əynində olan qara rəngli gödəkçənin sol iç döş cibində saxlamışdır.Qalan evdə olan narkotik vasitələrdən məlumatı yoxdur. Narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir.İfadəsinə əlavə etməkdən imtina etdi.Özünü narkotik vasitələri saxlamaqda təqsirli bildi. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə təngidi yanaşaraq hesab edir ki,bu cür ifadə özünü müdafiə xarakteri daşıyır,işin faktiki hallarına uyğun gəlmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Qanuni nümayəndə göstərdi ki,təxminən 10 il əvvəl arvadı Gülbəniz Teymurovadan ayrılmış ,ayrıldıqdan sonra oğlu Təqsirləndirilən şəxs anası ilə yaşamış,lakin anası həbs edildikdən sonra uşağı onunla birlikdə yaşamışdır.13 fevral 2025-ci il tarixdə məlumatı olmuşdur ki,oğlu Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğuna görə saxlanılmış,üzərində 3 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir.Sonra onun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Göyçay şəhəri Şəhriyar küçəsində olan evdə də baxış keçirilmiş və evin həyətində olan köhnə avtomobil ehtiyyat hissələri yerində 05 ədəd kibrit qutularda olan qurudulmuş marixuana və Eldənizin yatdığı otaqda dəmir qabın içərisində 10 ədəd bükümdə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.Həmin narkotik vasitələrdən məlumatı olmamışdır.Ola bilsin ki,anasından qalma narkotik vasitələrdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid3 göstərdi ki, Göyçay rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şöbəyə Göyçay şəhəri, Bakı küçəsi ev 3-də qeydiyyatda olmaqla, Göyçay şəhəri, Şəhriyar küçəsində yaşayan Təqsirləndirilən şəxs üzərində mütəmadi olaraq narkotik vasitələr gəzdirməsi və narkotik vasitələrin qanunsuz dövriyysəi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə həmin şəxsin ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərində şəxsi axtarış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs olduğu yer barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Göyçay RPŞnin CAB-ın əməkdaşları Şahid4, özü və Şahid2 ilə birlikdə saat 19 radələrində Göyçay şəhəri, Şəhriyar küçəsinə getmişdirlər. Həmin yerə çatdıqda Təqsirləndirilən şəxs piyada hərəkətdə olmasını müəyyən edərək sonuncunu saxlayıb, özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edərək, əməliyyat- axtarış tədbiri keçirilməsi barədə qərar əsasında üzərinə yoxlama keçiriləcəyi bildirilmişdir. Sonra Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş və RPŞ-nə getdikdən sonra müdafiəçi ilə təmin olunacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmaması, əgər varsa təqdim etməsi bildirildikdə o, əynindəki qara rəngli gödəkcənin sol iç döş cibindən 03 ədəd kağız büküm çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki maddənin nə olduğu, hardan əldə etdiyi, həmin kütlədən kimə satıb və ya verdiyi soruşulduqda o, əldə etdiyi maddələrin marixuana adlı narkotik vasitə olduğunu, həmin maddəni istifadə etdiyi üçün üzərində gəzdirdiyini, onu 1 ay əvvəl dağlıq ərazidən tapdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr bir-bir növbə ilə elektron tərəzidə tərəfindən çəkilmiş və çəkisinin kağız bükümlə birlikdə 0,46 qram, 0,47 qram və 0,59 qram olmaları müəyyən edilmişdir. Daha sonra həmin 03 ədəd büküm qablaşdırılaraq götürülmüş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və üzərindən 01 ədəd alışqan, 01 ədəd 5 manatlıq pul əskinası və 01 ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuş, lakin başqa hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Sonra alışqan, pul və mobil telefon sübuti əhəmiyyətə malik olmadığından Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs başqa hər hansı bir yerdə narkotik vasitə saxlaması soruşulduqda o, yaşadığı evin həyətində də narkotik vasitə saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə saxladığı narkotik vasitələrin yerini göstərməsi və təqdim etməsi bildirildikdə o, polis əməkdaşları ilə birlikdə yaşadığı evin həyətinə daxil olmuşdur. Həyətə daxil olan zaman Təqsirləndirilən şəxs atası Qanuni nümayəndə oraya dəvət edərək ona oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, oğlunun deməsinə görə evin həyətində də narkotik vasitə saxlanıldığını demişdirlər. Bundan sonra Qanuni nümayəndə evin həyətində və evdə axtarış aparılmasına etirazı olmadığını deyərək bu barədə yazılı ərizə də təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs evin həyətində saxladığı qara sellofan torbaların içərisində 05 ədəd kibrit qutularında olan narkotik vasitə marixuananı təqdim etmişdir. Daha sonra həmin kibrit qutularında olan marixuanaları kibrit qutuları ilə birlikdə növbə ilə tərəfindən elektron tərəzidə çəkilmiş və çəkilərinin 8,50 qram, 8,79 qram, 8,88 qram, 9,03 qram və 8,48 qram olmaları müəyyən edilmişdir. Daha sonra həmin 05 ədəd kibrit qutularında olan narkotik vasitə marixuana qablaşdırılaraq götürülmüş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs evdə yataq otağında da narkotik vasitə marixuana saxlamasını bildirərək həmin narkotik vasitələrin də yerini təqdim etmişdir. Həmin narkotik vasitə olan marixuana evin yataq otağında dəmir qabın içərisində 10 ədəd xırda bükümlərdə olmuşdur və həmin bükümlərdən 03 ədədi qara sellofan bükümdə, 07 ədədi isə kağız bükümlərdə olmuşdur. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan narkotik vasitələr tərəfindən elektron tərəzidə növbə ilə çəkilmiş və çəkilərinin bükümlə birlikdə 0,65 qram, 0,49 qram, 0,53 qram, 0,51 qram, 0,57 qram, 0,50 qram, 0,49 qram, 0,81 qram, 0,90 qram, və 0,87 qram olmaları müəyyən edilmişdir. Daha sonra həmin 10 ədəd büküm qablaşdırılaraq götürülmüş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs Polis Şöbəsinə dəvət olunaraq gətirilmişdir. Sonra Təqsirləndirilən şəxs və üzərindən, həmçinin yaşadığı evdən əldə olunmuş narkotik vasitələr X3 təhvil verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq təhqiqatçı tərəfindən təkrar videoçəkilişlə üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülüb qablaşdırılmış narkotik vasitələrə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin ona məxsus olmasını bildirmişdir. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2, Şahid1 oğlu, Şahid4 və Şahid5 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19:35 radələrində Göyçay RPŞ- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhəri, Şəhriyar küçəsində saxlanılaraq üzərinə saat 19:35-dən 20:05-dək şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol iç döş cibindən 03 kağız bükümlərdə yaşımtıl rəngli bitki mənşəli kütləni təqdim etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş baxış və götürülmə keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş 05 ədəd kibrit qutusunun içərisində yaşıl rəngli bitki mənşəli kütlə,habelə evin yataq otağında 10 ədəd bükümün içərisində yaşıl rəngli bitki mənşəli kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi-Narkoloji tibbi yoxlamanın 27 fevral 2025-ci il tarixli, 309 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 14 fevral 2025-ci il tarixli, 17-130 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd kağız büküm” yazısı, adlar və imzalar olan 01 ədəd zərfin içərisindəki 03 ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,28 qram, 021 qram və 0,31 qram ümumi çəkiləri- 0,80 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs evinin həyətindən aşkar edilmiş 05 ədəd kibrit qutusu” yazısı, adlar və imzalar olan 01 ədəd zərfin içərisindəki 05 ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri- 5,18 qram, 5, 51 qram, 5,30 qram, 5, 51 qram və 5,19 qram, ümumi çəkiləri – 26,69 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış nakrotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 10 ədəd büküm” yazısı, adlar və imzalar olan 01 ədəd zərfin içərisindəki 03 ədəd sellofan və 07 ədəd kağız bükümlərdə, uyğun olaraq ayrı-ayırlıqda təmiz çəkiləri- 0,62 qram, 0,62 qram,0,62 qram, 0,27 qram, 0,28 qram, 0,21 qram, 0,35 qram, 0,22 qram, 0,39 qram və 0,25 qram, ümumi çəkiləri- 3,83 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 03 ədəd zərfin içərisindəki qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqatda sərf olundu - 0,36 qram, qalıq - 30,96 qram. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 20.40-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilərək saat 18.40-da MSY-dən azad edilmişdir. Məhkəmə qeyd edir ki,şəxsin əməlində CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması haqda nəticəyə gəlmək üçün əvvəla CM-in 234.1-ci maddəsində göstərilən əməllərin satış məqsədilə (cinayətin subyektiv cəhətinə aid olan hal) törədilməsi, yaxud da cinayətlərin predmeti sayılan narkotik vasitələri satması (cinayətin obyektiv cəhətinə aid olan digər hal) sübuta yetirilməlidir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Burada göstərilən maddə və vasitələrin miqdarı, onların daşınması, gəzdirilməsi, saxlanması yerləri, müddəti, şəraiti və üsulu, habelə satışın həyata keçiriməsi üçün müəyyən avadanlığın (məsələn, tərəzinin, qablaşdırmaq üçün üçün avadanlığın) alınması və narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin istifadəçilərinin axtarılması və sair bu kimi halların müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həmdə bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki iş üzrə mötəbər və qanuni yolla əldə edilmiş, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin üzərindən və fərdi yaşayış evindən aşkar edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda narkotik vasitələr ayrı-ayrı bükümlərdə qablaşdırılmış və sonuncu həmin bükümlərin bir hissəsini üzərində bir hissəsini isə fərdi yaşayış evinə daşıyaraq saxlamışdır. Burada onun əməlinin CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsinə dəlalət edən mühüm hallardan biri də ayrı-ayrı bükümlərin və kibrit qutuların sayının çox (cəmi 18 ədəd) ,narkotik vasitənin təxminən eyni çəkidə xırda bağlamalara bükülərək qablaşdırılması ,qablaşdırılmış bükümlərdə və kibrit qutularında olan narkotk vasitə qurudulmuş marixuananın tərkiblərinə görə eyni olmasıdır. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən xeyli miqdarda təmiz çəkisi 31,32 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, daşıyaraq 0,80 qramını üzərində, 30,52 qramını isə yaşadığı Göyçay şəhəri, Şəhriyar küçəsində yerləşən fərdi yaşayış evində saxlamış, 13 fevral 2025-ci il tarixdə saat 19:35-də Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Göyçay şəhəri, Şəhriyar küçəsində saxlanılaraq saat 19:35-dən 20:05- dək üstünün yoxlanılması zamanı əynində olan qara rəngli gödəkçəsinin sol iç döş cibindən 03 ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,28 qram, 0,21 qram və 0,31 qram olmaqla ümumi təmiz çəkisi 0,80 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də yaşadığı Göyçay şəhəri, Şəhriyar küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən həmin evin həyətindən 05 ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 5,18 qram, 5,51 qram, 5,30 qram, 5,51 qram, 5,19 qram olmaqla, xeyli miqdarda yəni ümumi təmiz çəkisi 26,69 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin evin yataq otağından 03 ədəd sellofan və 07 ədəd kağız bükümlərdə olan ayrı- ayrılıqda təmiz çəkiləri 0,62 qram, 0,62 qram, 0,62 qram, 0,27 qram, 0,28 qram, 0,21 qram, 0,35 qram, 0,22 qram, 0,39 qram və 0,25 qram olmaqla ümumi təmiz çəkisi 3,83 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibini yaradır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Və nəhayət cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə,bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli qərarının 3.1-ci bəndində əsasən məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş 18 yaşına çatmamış şəxslərə tətbiq oluna bilməz. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini iş üzrə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal olduğunu və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasınin aşağı həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli,CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanılma müddəti nəzərə alınmaqla,qəti cəza təyin edilməli,cəzasını Azərbaycan Respublikası CM-nin 85.5.1-ci maddəsinə əsasən ümumi rejimli tərbiyyə müəssisələrində çəkməli, cəzasının əvvəli tutulduğu andan hesablanmalıdır. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığından (18 yaşına çatmadığından) barəsində narkomaniyadan məcburi müalicə təyin oluna bilməz,lakin yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra cəmi 18 ədəd tədqiqat obyektində (13 ədəd bükümdə və 05 ədəd kibrit qutusunda) ümumi qalıq çəkisi 30,96 qram narkotik vasitə olan qurudulmuş marixuana Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən məhv edilməlidir. İş üzrə videoçəkiliş köçürüldüyü 2 ədəd DVD diskləri iş materiallarında saxlanılmalıdır. Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin davranışına zəruri nəzarəti həyata keçirmədiyindən ekspertiza tədqiqatının 34 manat 55 qəpik məbləğində dəyəri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tutulub dövlət nəfinə keçirilməlidir. Məhkəmə şərh olunanları nəzərə alıb və Azərbaycan Respublikası CPM-nın 351-353, 384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 2 gün həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02(iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli tərbiyyə müəssisələrində çəksin. Barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalında həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra cəmi 18 ədəd bağlamada (13 ədəd bükümdə və 05 ədəd kibrit qutusunda) ümumi qalıq çəkisi 30,96 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının 34 manat 55 qəpik dəyəri təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-70/2025
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-70/2025
28.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver