Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-71/2022 02.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, evli, himayəsində üç azyaşlı övladı olan, vətən müharibəsi iştirakçısı, ünvan 1 ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,376 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib satış məqsədi olmadan şəxsi istifadəsi üçün 02 ədəd kağız bükümdə qablaşdırıb yaşadığı evin ikinci mərtəbəsində yataq otağında yerləşən dolabın yuxarı gözündə saxlamış, 07 may 2022-ci il tarixdə, saat 23:49-da Göyçay RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə baxış keçirilərkən evin ikinci mərtəbəsində yataq otağında yerləşən dolabın yuxarı gözündə həmin bir ədəd sellofan bükümün içərisində iki ədəd gümüşü-ağ rəngli bükümdə qablaşdırılmış təmiz çəkiləri 0,233 qram və 0,143 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, “Facebook” sosial şəbəkəsi vasitəsi ilə bir nəfər İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Həmin şəbəkə vasitəsilə əlaqə yaradaraq ona psixotrop maddə metamfetamin göndərməsini xahiş etmişdir. Həmin şəxs ona hesab nömrəsi göndərərək 30 manat pul göndərməli olduğunu bildirmişdir. Həmin pulu 05 may 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Araz market” mağazasında yerləşən ödəmə terminalı vasitəsi ilə həmin kart hesabına 30 manat pul köçürmüşdür. Pulu göndərdikdən sonra həmin şəxsin ona bildirdiyi ünvanda, yəni Lökbatan qəsəbəsinin girişində yolun kənarında gizlətdiyi psixotrop maddəni 05 may 2022-ci il tarixdə həmin yerdən götürmüş və elə həmin gün də Göyçay rayonuna geri qayıtmışdır. Həmin psixotrop maddənin az bir hissəsini istifadə etmişdir. Qalanını isə öz istifadəsi üçün saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanında yerləşən yaşadığı evdə olarkən polis əməkdaşları gələrək evində və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və üzərinə və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Heç bir etiraz etməmişdir və bu barədə ərizə də yazmışdır. Bundan sonra ona hüquq və vəzifələri izah olunaraq vəkil ilə təmin olunmuşdur. Vəkilin və hal şahidlərinin də iştirakı ilə yaşadığı evə və üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Lakin yaşadığı evin 2-ci mərtəbəsində yataq otağında yerləşən dolabın yuxarı gözündə 01 ədəd sellofan büküm aşkar edilmişdir. Həmin büküm açıldıqda içərisində iki ədəd gümüşü-ağ rəngli kağız büküm olması müəyyən edilmişdir. Həmin iki ədəd büküm də açıldıqda içərisində şəffaf rəngli kristal formalı maddə olması müəyyən edilmişdir. Həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, və çəkiləri bükümlə birlikdə 0,31 qram və 0,21 qram olmuşdur. Aşkar edilmiş bükümlər götürülmüş və bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin ağzı kleylənərək bağlanmış və üzəri imzalanmışdır. Törətdiyi əməldən peşmandır. Bildirir ki, müharibədən sonra psixoloji problemlemləri olmuşdur. Buna görə də narkotik vasitədən istifadə etmişdir. Eləcə də qeyd edir ki, hal-hazırda psixoloji durumu ilə bağlı müalicə alır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, Göyçay RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və üzərində daşıması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında 07 may 2022-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Həmin əməliyyat-axtarış tədbirinin keçirilməsində Göyçay RPŞ-nin əməkdaşları ilə birlikdə o da iştirak etmişdir. Həmin gün saat təxminən 23 radələrində polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən yaşadığı evə gəlmişlər. Onlar özlərini Təqsirləndirilən şəxs təqdim edib, üzərində və evində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib, yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və etirazının olmaması barədə ərizə də yazmışdır. Bundan sonra təhqiqatçı Turan Kərimli tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunub Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı evin 2-ci mərtəbəsində yataq otağında yerləşən dolabın yuxarı gözündə 01 ədəd sellofan büküm və bir ədəd şüşə kolba aşkar edilmişdir. Həmin büküm açıldıqda içərisində iki ədəd gümüşüağ rəngli kağız büküm olması müəyyən edilmişdir. Həmin iki ədəd büküm də açıldıqda içərisində şəffaf rəngli kristal formalı maddə olması müəyyən edilmişdir. Həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və çəkiləri bükümlə birlikdə 0,31 qram və 0,21 qram olmuşdur. Aşkar edilmiş bükümlər şüşə kolba ilə birlikdə götürülmüş və bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin ağzı kleylənərək bağlanmış və üzəri imzalanmışdır. Cinayət işinə əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 08 may 2022-ci il tarixli 17/393 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 1 ədəd kolba və 2 ədəd kağız büküm....” sözləri yazılmış zərfin içərisindəki: 01 (bir) ədəd gümüşü kağız bükümdə, təmiz çəkisi – 0,233 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər 01 (bir) ədəd gümüşü kağız bükümdə, təmiz çəkisi – 0,143 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 01 ədəd şüşə kolbada aşkar edilmiş cüzi miqdarda maddə hissəcikləri, psixotrop maddə metamfetaminin hissəcikləridir. Həmin metamfetaminin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkilərini müəyyən etmək mümkün olmadı. Qeyd: 1) metamfetaminin ümumi təmiz çəkisi 0.233 qram, tədqiqata sərf edildi – 0.050 qram, qalıq 0.183 qram. 2) metamfetaminin ümumi təmiz çəkisi 0.143 qram, tədqiqata sərf edildi – 0.050 qram, qalıq 0.093 qram. Aparılmış ekspertizanın dəyəri 102.12 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 29 iyun 2022-ci il tarixli 1070 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddədən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkiləri 0,233 qram və 0,143 qram psixotrop maddə olan metamfetamini əldə edib öz şəxsi istifadəsi üçün qanunsuz saxlayaraq 07 may 2022-ci il tarixdə, saat 12 radələrində yaşadığı Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində yatağ otağında dolabda saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətdiyini, himayəsində üç azyaşlı uşağın olduğunu, vətən müharibəsi iştirakçısı olduğunu cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan ekspertiza tədqiqatından sonra qalan ümumi çəkisi 0.276 qram psixotrop maddə olan metamfetamın və 01 ədəd kolba məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 102.12 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan ekspertiza tədqiqatından sonra qalan ümumi çəkisi 0.276 qram psixotrop maddə olan metamfetamın və 01 ədəd kolba məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 102.12 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №1(046)-71/2022
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-71/2022
02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver