Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-71/2025 16.12.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Dövlət ittihamçısı X1, Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmamış uşağı olan, orta təhsilli, işsiz, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Göyçay şəhəri, Heydər Əliyev prospekti ev 6-da qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.5 və 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni ümumi təmiz çəkisi 1,084 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, təmiz çəkisi 0,248 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan və 1 ədəd soyuq silah hesab edilən ov bıçağını qanunsuz olaraq əldə edib istifadəsində olan VAZ 21074 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 08 fevral 2025-cü il tarixdə saat 15:19 dəqiqədə Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində istifadəsində olan avtomobildə Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılmış və saat 15:19 dəqiqədən 15:41 dəqiqəyədək üstünün yoxlanılması və avtomobilinə baxış keçirilərkən həmin avtomobilin salonunda arxa sərnişin oturacağında olan ayaqaltmın alt hissəsindən 02 ədəd sarı rəngli plastik qabda olan 02 ədəd kağız bükümlərdə və 03 ədəd sellofan bükümlərdə uyğun olaraq ayrıayrılıqda təmiz çəkiləri 0,064 qram, 0,081qram, 0,291qram, 0,311qram və 0,337qram olmaqla xeyli miqdarda, yəni ümumi təmiz çəkisi l,084qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin,01 ədəd sellofan bükümdə xeyli miqdarda, yəni təmiz çəkisi 0,248 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və avtomobilin arxa oturacağının üzərindən 1 ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici,ucu deşici xassəyə malik, soyuq silah hesab edilən ov bıçağı aşkar edilərək götürülmüşdür.Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.5 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2025-ci ilin yanvar ayının sonlarında Abşeron rayonu Novxanı kəndində yerdə 2 ədəd sarı rəngli, kinder qutusunun olduğunu görmüş, həmin qutuları götürmüş, içərisini açıb baxan zaman içərisində istifadə etdiyi üçün bildiyi “kakos” və “patı” olduğunu görmüş, bu səbəbdən də həmin qutuları istifadə üçün özü ilə götürmüş, həmin gün Göyçay rayonuna qayıtmışdır. Göyçay rayonunda həm narkotik vasitə heroindən, həm də psixotrop maddə metamfetamindən istifadə etmiş, istifadəsində olan VAZ 2107 markalı, **- CH-*** qeydiyyat nömrə nişanlı avtomobili Göyçay rayonu ərazisində idarə etmişdir. Özündə olan narkotik vasitələri və psixotrop maddələri də avtomobilin müxtəlif yerlərində gizlətmişdir. 08 fevral 2025-ci il tarixdə saat 15 radələrində istifadəsində olan VAZ 2107 markalı, **-CH-*** qeydiyyat nömrə nişanlı avtomobillə Göyçay şəhəri, X3 küçəsində dayanıb avtomobilin içərisində oturan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirib üzərinə və avtomobilinə baxış keçirəcəklərini bildirmiş, polislərə etiraz etməmiş, bundan sonra videoçəkiliş vasitəsilə üzərinə və avtomobilinə baxış keçirilməsinə başlanmış, polis əməkdaşı ondan üzərində və avtomobilində hər hansı qadağan olunmuş əşyanın olub-olmadığını soruşmuş, həmin vaxt avtomobilinin arxa hissəsində yerləşən ayaqaltının altında olan 2 ədəd sarı rəngli qutunu götürüb polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları həmin qutulara və qutuların içərisində olan 5 ədəd bükümdə heroinə və 1 ədəd bükümdə metamfetaminə baxış keçirmişlər. Daha sonra aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş, birinci büküm 0,14 qram, ikinci büküm 0,36 qram, üçüncü büküm 0,40 qram, dördüncü büküm 0,37 qram, beşinci büküm 0,27 qram və altıncı büküm 0,15 qram təşkil etmiş, aşkar edilmiş həmin bükümlər aşkar edildiyi qablarla birlikdə, 2 ədəd dairəvi pul əskinasları, psixotrop maddə istifadə etdiyi şüşə qab 1 ədəd zərfə qoyulmuş, üzəri imzalanmışdır. Bundan sonra VAZ 2107 markalı **-CH-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanmış, baxış zamanı avtomobilin arxa oturacağının üzərindən 1 ədəd bıçaq aşkar edilmiş, həmin bıçağı 2025-ci ilin yanvar ayında Göyçay şəhəri ərazisində tapmış, onun bıçaqlara marağı olduğu üçün də özü ilə götürmüş, avtomobilində saxlamış, həmin bıçağı gəzdirmənin cinayət olması barədə bilməmiş, daha sonra avtomobildən aşkar edilən həmin bıçaq da zərfə qoyulmuş, zərf möhürlənmiş və üzəri imzalanmışdır. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə aparmış, şöbədə Müdafiəçi1 ilə təmin olunmuş, daha sonra isə videogörüntü vasitəsilə hüquqları izah olunmuş və avtomobilindən aşkar edilərək qablaşdırılmış narkotik vasitə, psixotrop maddə və bıçaq təhqiqatçı tərəfindən götürülmüşdür. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr saxlaması, gəzdirməsi və istifadə etməsi ilə barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərilərinə baxış keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin məlumat əsasında CABın əməkdaşları, Şahid2, Şahid3 və Şahid4 ilə birlikdə xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Göyçay şəhəri X3 küçəsində Təqsirləndirilən şəxs saxlayaraq özlərini təqdim edib barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan etmiş, üzərinə baxış keçiriləcəyi bildirilmiş, 08 fevral 2025-ci il tarixdə saat 15:19 dəqiqədə Təqsirləndirilən şəxs üzərində yoxlama aparmağa başlamış, bu zaman videoçəkilişdən istifadə edilmiş, videoçəkilişi baş əməliyyat müvəkkili Şahid4 həyata keçirmiş, Təqsirləndirilən şəxs üzərinin yoxlanılacağı, daha sonra Göyçay RPŞ-də müdafiəçi ilə təmin olunacağını demiş, Təqsirləndirilən şəxs üzərində hər hansı qadağan olunmuş əşyanın olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs istifadəsində olan, VAZ 2107 markalı, **-CH-*** qeydiyyat nömrə nişanlı avtomobildə psixotrop maddə və narkotik vasitə olduğunu etiraf edərək həmin avtomobilin sol arxa ayaqaltısının altında olan 2 ədəd sarı rəngli, plastik qabı təqdim etmiş, onun tərəfindən həmin qablardan birincisi açılan zaman içərisində 5 ədəd büküm olduğu, həmin bükümlərdən 3 ədədinin sellofan, 2 ədədinin kağız büküm olduğu, bükümlərdən 4 ədədinin içərisində narkotik vasitə heroinə bənzər, tünd qəhvəyi rəngli kütlə, 1 ədədinin içərisində psixotrop maddə metamfetaminə bənzər şəffaf rəngli, kristal şəkilli kütlə olduğu müəyyən edilmiş, daha sonra ikinci sarı rəngli, plastik qab açılmış, bu zaman həmin qabın içərisində 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər, tünd qəhvəyi rəngli büküm olduğu aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş 5 ədəd bükümdə narkotik vasitə heroin və 1 ədəd bükümdə psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş, birinci büküm 0,14 qram, ikinci büküm 0, 36 qram, üçüncü büküm 0,40 qram, dördüncü büküm 0, 37 qram, beşinci büküm 0, 27 qram və altıncı büküm 0, 15 qram təşkil etmiş, həmin çəkilən bükümlərdən 5-ci büküm psixotrop maddə metamfetamin olmuş, aşkar edilmiş həmin kütlələr aşkar edildiyi qablarla birlikdə, 1 ədəd zərfdə qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış, möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs istifadəsində olan VAZ 2107 markalı, **-CH-*** qeydiyyat nömrəli avtomobilə baxış keçirilməyə başlanmış, baxış zamanı avtomobilin arxa oturacaq hissəsinə baxış keçirilmiş, baxış zamanı 1 ədəd kəmərin üzərində olan 1 ədəd dəri qabda 1 ədəd soyuq silah olması ehtimalı olan böyük xəncər aşkarlanmış, həmin xəncər onun tərəfindən qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış, möhürlənmişdir. Bundan sonra Natiq Abdullayav ilə birlikdə Göyçay RPŞ-nə gəlmişlər, Göyçay RPŞ-də təhqiqatçı Anar Feyzullayev tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah edilmiş, sonra yuxarıda adlarını qeyd etdiyi şəxslər və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs aşkar edilən maddi sübutlar götürülmüş, təhqiqatçı Təqsirləndirilən şəxs aşkar edilərək qablaşdırılmış kütlələrin Təqsirləndirilən şəxs aid olub-olmamasını soruşmuş, bu zaman Təqsirləndirilən şəxs aşkar edilən kütlələrin özünə məxsus olduğunu bildirmişdir. Məkhəmədə şahid qismində ifadə vermiş Şahid2, Şahid3 oğlu Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş Məhkəmə-kimyəvi ekspertizasının 09 fevral 2025-ci il tarixli 17/104 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş,üzərində " Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 06 ədəd büküm, şüşə kolba, 2 ədəd pul əskinasından bükülmüş trubuçka...” sözləri, imzalar və adlar yazılmış 01 (bir) ədəd zərfi açdıqda içərisində; -01 (bir) ədəd sarı rəngli plastik qabdakı 02(iki) ədəd kağız bükümlərdə və 03(üç) ədəd sellofan bükümlərdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri-0,064 qr,0,081 qr,0,291 qr,0,337 qr, ümumi təmiz çəkisi-1,084 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdir, -həmin 01 (bir) ədəd sarı rəngli plastik qabdakı 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-0, 248 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş, 02 (iki) ədəd kağız bükümlərdə və 03 (üç) ədəd sellofan bükümlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib əlamətlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (İ siyahı). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. (İ siyahı). Qeyd: a) heroinlərin təmiz çəkisi-1.084 qr, tədiqiqata sərf edildi-0.100 qr, qalıq-0.984 qr. b) metamfetaminin təmiz çəkisi-0.248 qr, tədiqiqata sərf edildi-0.020 qr, qalıq-0.228 qr. Ekspertiza xərci 71.94 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Məhkəmə-narkoloji ekspertizasının 25 avqust 2025-ci il tarixli 1344 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş məhkəmə soyuq-silah ekspertizasının 10 fevral 2025-ci il tarixli, 17/105 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 02 may 2025-ci il tarixli 716 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki Təqsirləndirilən şəxs barəsində Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələrinə əsasən 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Göyçay rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1 (046)- 7 3/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234 1-cı maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Göyçay Rayon Məhkəməsinin 1 (046)-73/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göyçay Rayon Məhkəməsinin 19.09 2023-cü il tarixli 1(046)-73/2023 saylı hökmü xx.xx.2023-cü il tarixdə icra olunmasından ötrü şöbənin icraatına daxıl olmuş və qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxs 01 il 11 ay 26 gün müddətində cəzasını xx.xx.2025-ci il tarixdə çəkib bitirdiyi üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli 1(046)-73/2023 saylı hökmü üzrə çəkilməmiş cəzası qalınamışır. Cinayət işinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” protokoldan və DVD disk görüntülərindən görünür ki, Göyçay şəhəri, X3 küçəsində Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid3, Şahid2 və saxlanılmış şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs üzərinin yoxlanılması keçirilir. Video çəkilişi əməliyyat müvəkkili Şahid4 həyata keçirir. xx.xx.2025-ci il tarixdə saat 15:19dan Təqsirləndirilən şəxs üzərinin yoxlanmasına başlanılır. İlkin olaraq əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərinə və istifadəsində olan VAZ 2107 markalı, 44- CH-919 qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçiriləcəyi, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edib gəzdirməkdə şübhəli olması səbəbindən saxlanılması bildirilir.Həmin şəxsə Göyçay RPŞ-nə getdikdən sonra müdafiəçi ilə təmin olunacağı deyilir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmetin olubolmaması soruşulur.Təqsirləndirilən şəxs istifadəsində olan VAZ 2107 markalı, **-CH-*** qeydiyyat nömrə nişanlı avtomobilin sağ arxa qapısını açıb ayaqaltınm altında olan 2 ədəd sarı rəngli kapron rəngli qutunu təqdim edib içərisində nakotik vasitə olduğunu bildirir. Həmin qutulara baxış keçirilən zaman birinci qutunun içərisindən 3 ədəd sellofan və 2 ədəd kağız büküm olduğu, həmin bükümlərin 4 ədədinin içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər, 1 ədədinin içərisində şəffaf rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə kütlələr olduğu müəyyən edildi.Daha sonra digər sarı rəngli qutunun içərisi açılır, içərisində kağız bükümdə narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli kütlə olduğu aşkar edilir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılır.Üzərindən 1 qutu siqaret, 1 ədəd prixotrop maddə metamfetamin qəbul etmək üçün istifadə etdiyini bildirdiyi şüşə qab, 1 ədəd alışqan, 1 ədəd ABB-yə məxsus Tam plastik bank kartı, 55 manat pul, 2 ədəd dairəvi vəziyyətə salınmış 1 manatlıq pul əskinasları, kağız konvalyutda analgin dərmanı aşkar edilir.Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş alışqan, 55 manat, 4 ədəd 50 qəpik pullar, siqaret və dərman maddi sübut əhəmiyyəti kəsb etmədiyindən onun özünə qaytarılır. Daha sonra aşkar edilmiş narkotik vasitə heroinə və psixotrop maddə metamfetainə bənzər kütlələr elektron tərəzidə çəkilməyə başlanılır. Birinci büküm 0, 14 qram, ikinci büküm 0, 36 qram, üçüncü büküm 0, 40 qram, dördüncü büküm 0, 37 qram, beşinci büküm 0, 27 qram və altıncı büküm 0, 15 qram təşkil edir.Aşkar edilmiş həmin kütlələr aşkar edildiyi qablarla birlikdə, 2 ədəd dairəvi pul əskinasları, psixotrop maddə istifadəsi üçün nəzərdə tutulan şüşə qab 1 ədəd zərfdə qablaşdırılır, üzəri iştirakçılar tərəfindən imzalanır, möhürlənir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd ABB Tam kart da özünə geri qaytarılır. Daha sonra avtomobilə baxış keçirilməyə başlanılır.Qabaq hissəsindən içərisində 2 ədəd siqaret olan 1 ədəd siqaret qutusu və falqalar aşkar edilir.Daha sonra Təqsirləndirilən şəxs qaytarılır. Bundan sonra Təqsirləndirilən şəxs məxsus Honor markalı telefon da avtomobildən aşkar edilir.Həmin telefon maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülür.Dahas onra həmin bıçaq 1 ədəd zərfdə qablaşdırılır, üzəri iştirakçılar tərəfindən imzalanır, möhürlənir. Daha sonra avtomobilin yük yerinə baxış keçirilir.Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edə biləcək heç bir predmet aşkar edilmir.Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri öz istifadəsi üçün üzərində daşıdığını, heç kimə satıb ermədiyini, həmin kütlələri Bakıdan, Novxanıdan tapdığını bildirir.Bundan başqa Göyçay RPŞ-də təhqiqatçı Anar Feyzullayev tərəfindən Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid3, Şahid2 və saxlanılmış şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi1 iştirakı ilə şübhəli şəxslərdən aşkar edilən maddi sübutlar götürülür.Videoçəkilişi Şahid4 həyata keçirir.Təhqiqatçı Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitəyə və psixotrop maddəyə bənzər bükümlərlə bağlı məlumat veib həmin bükümlərin Təqsirləndirilən şəxs məxsus olub-olmamasını soruşur.Təqsirləndirilən şəxs həmin bükümlərin ona məxsus olduğunu, öz şəxsi istifadəsi üçün əldə edib daşıdığını, ona qarşı heç bir qanunsuz hərəkət edilmədiyini bildirir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində istifadəsində olan VAZ 21074 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağının ayaqaltının alt hissəsində qanunsuz olaraq əldə etdiyi ayrı-ayrılıqdan təmiz çəkiləri 0.064 qr, 0.081 qr, 0.291 qr, 0.311 qr və 0.337 qr olmaqla xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 01 ədəd sellefon bükümdə xeyli miqdarda təmiz çəkisi 0.248 qr olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini saxlamaqla və istifadəsində olan VAZ 21074 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağnın üzərində zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici,ucu deşici xassəyə malik, soyuq silah hesab edilən ov bıçağını saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə peşman olmasını və himayəsində bir yetkinlik yaşına çatmamış uşağının olduğunu cəzasını yüngülləşdirən hallar kimi, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi CM-nin 228.5 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli 1(046)-73/2023 saylı hökm üzrə CM-nin 234.1-ci maddəsi ilə 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən ona cəza təyin edilərkən məhkumluq nəzərə alınmamalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə saat 13:05-də polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəydirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Penitensiar Xidmətin Şəki Penitensiar müəssisəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə həbs edilmiş, xx.xx.2025-ci il tarixdə Penitensiar Xidmətin Şəki Penitensiar müəssisəsinə gətirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56-cı maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan ümumi çəkisi təmiz psixotrop maddə olan 0.228 qram metamfetamin, narkotik vasitə olan 0.984 qram heroin və 01 ədəd zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilən bıçağ məhv edilməli, 02 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 102.54 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il müdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.5-ci maddəsi ilə təqsirli bilinib, 06 ay müdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları tam toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 2 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 02 gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrumetmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 2 il 05 ay 28 müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Göyçay RPŞ-nin MSSK-da saxlanılan 0.228 qram psixotrop maddə olan metamfetamin, 0.984 qram narkotik vasitə olan heroin və 01 ədəd soyuq silah hesab edilən ov bıçağı məhv edilsin, 02 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 102.54 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. “Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-71/2025
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-71/2025
16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver