Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-72/2023 29.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 10:55-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənilmiş, işləməyən, Göyçay şəhəri, N.Rəfibəyli küçəsi, ev 30- da qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş xeyli miqdarda, yəni 05 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını istintaqa məlum olmayan vaxtda yaşadığı ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin həyətində yerləşən boş su hovuzu ilə divarın arasında qanunsuz olaraq 05 (beş) ədəd dibçəklərinin hər birinə bir ədəd olmaqla torpağa əkib yetişdirərək kultivasiya etmiş, 24 aprel 2023-cü il tarixdə saat 14:10-da Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin həyətə baxış keçirilərkən Təqsirləndirilən şəxs ayrıayrı 05 ədəd dibçəklərdə qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etdiyi uzunluqları 5 sm, 7 sm, 8 sm, 9 sm və 10 sm olan ümumi çəkiləri 2,43 qram, xeyli miqdar hesab edilən 05 (beş) ədəd əkilib becərməsi qadağan olunmuş həmin narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki,təxminən 10 ildir ki, “nəşə” kimi tanıdığı marixuanadan istifadə edir. 2023-cü ilin aprel ayında dəqiq tarix yadında qalmayan günü yaşadığı küçə ilə öz yaşadığı evə gedərkən, həmin vaxt yol kənarında şəffaf rəngli kiçik ölçülü sellofan torba görmüş, bu zaman o həmin sellofanı yerdən götürüb içinə nəzər salmış, içərisində 5 ədəd çətənə bitkisinin toxumları olmasını görmüşdür. Belə ki, o özü çətənə bitkisindən yetişən “nəşə” kimi tanıdığı narkotik vasitə olan marixuanadan istifadə etdiyi üçün həmin toxumların çətənə bitkisinə aid olmasını bilmişdir. Özü narkotik vasitə olan marixuanadan istifadə etdiyi üçün yol kənarından tapdığı çətənə bitkilərinin toxumlarını öz həyətyanı torpaq sahəsində əkib yetişdirmək istəmiş, buna görə də o tapdığı 5 ədəd toxumları elə həmin günü öz yaşadığı həyətdə balaca dibçəklərə əkib həmin dibçəkləri də, evin zirzəmisində gizlətmişdir. Çətənə bitkisinin toxumlarını əkdiyi dibçəkləri heç kim görməməsi üçün görünməyən yerə qoymuşdur. Çünki, həmin həyətdə yerləşən evinin digər tərəfində yaşayan qardaşı Rizvandan və anası Minayədən ehtiyyat etdiyi üçün dibçəkləri görünməyən yerlərə qoymuşdur. Həmin toxumların dibinə ilkin olaraq bir neçə gün su tökmüş, bir neçə gün sonra əkdiyi çətənə bitkilərinin toxumları torpaqdan cücərib çıxdıqdan sonra tutulmazdan bir gün əvvəl onlara günəş şüası dəyməsi məqsədilə dibçəkləri evin zirzəmisindən çıxarıb həyətə girişdən sağ tərəfdə yerləşən su hovuzu ilə hasarın arasına yığmışdır. Onları özü oraya qoymuş ki, həyətə girən kimsə görə bilməsin. xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanda olan zaman polis əməkdaşları yaşadığı ünvana gəlmiş, ona narkotik tərkibli çətənə bitkisi əkməkdə şübhəli olduğunu ,yaşadığı evin həyətyanı sahəsinə videoçəkiliş vasitəsilə baxış keçirmək istədiklərini bildirmişlər. O da buna etiraz etməmiş və bu barədə ərizə vermişdir. Daha sonra videoçəkiliş vasitəsilə yaşadığı evin həyətyanı sahəsinə vəkilin, aqronomun və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı həyətə girişdən sağ tərəfdə yerləşən boş hovuzla hasar arasında 5 ədəd dibçək aşkarlanmışdır. Həmin dibçəklərə baxış keçirilən zaman dibçəklərin hər birində 1 ədəd bitki kolu olması aşkar edilmiş, həmin bitki kolları dibçəklərdən çıxarılaraq uzunluqları ölçülmüş və polis əməkdaşları tərəfindən götürülmüşdür. Ölçü zamanı onlar müxtəlif ölçülərdə olmaqla, ən balacası 5 sm, ən böyüyü isə 10 sm uzunluğunda olmuşdur. Daha sonra həmin dibçəklərin içərisindən torpaq nümunələri götürülmüş, bundan sonra həyətyanı sahəsindən aşkar edilmiş 5 ədəd bitkilər və torpaq nümunələri bir ədəd sellofan torbaya qablaşdırılmış, torbanın ağzı bağlanaraq möhürlənmiş və polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra həyətində onun üzərinə də videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir.Həyətində həmin çətənə bitkiləri əkib becərməsindən ailə üzvlərindən heç kimin xəbəri olmamış, həmin bitkiləri özü tək əkib becərmiş, kimsənin görməməsi üçün çox vaxt yaşadığı evin zirzəmisində saxlamış, həmin bitkilərə günəş şüası dəyməsi üçün ara-sıra həyətə çıxarıb heç kimin görə bilməyəcəyi gizlin yerlərə qoymuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Göyçay Rayon Polis X3 Xidmət Bölməsinin polis nəfəri Şahid2 bildirdi ki, Göyçay şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə İTB-nin rəisi Şahid1 daxil olmuş məlumat əsasında 24 aprel 2023-cü il tarixdə tərəfindən RPŞ-nin rəisinə raportla məruzə edilmiş, raport əsasında şöbə rəisinin aidiyyəti əməkdaşlara göstərişi ilə həmin günü, yəni xx.xx.2023-cü il tarixdə saat 13 radələrində polis əməkdaşlarının və aqronomun iştirakı ilə Göyçay şəhəri Nigar Rəfibəyli küçəsi ev 30-da yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün gedilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına çatan zaman sonuncunu evdən çağırıb həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib becərməkdə şübhəli olduğunu, buna görə də həyətyanı sahəsinə baxış keçirilməli olduğu bildirilmişdir. Orada Təqsirləndirilən şəxs təqdim edilmiş vəkillərin siyahısından Müdafiəçi seçdiyi üçün sonuncu vəkil ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də sonuncuya hüquq və vəzifələri izah olunmuş, həmin zaman Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinə baxış keçirilməsi ilə bağlı etirazının olmamasını bildirərək bu barədə ərizə vermişdir. Eyni zamanda polis əməkdaşları, müdafiəçi, aqronomun və Təqsirləndirilən şəxs öz iştirakları ilə yaşadığı evin həyətyanı torpaq sahəsinə saat 14:10-da videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Baxış zamanı həyətə girişdən sağ tərəfdə yerləşən boş hovuzla hasar arasında 5 ədəd dibçək aşkarlanmış, həmin dibçəklərə baxış keçirilən zaman dibçəklərin hər birində 1 ədəd bitki kolu olması aşkar edilmişdir. Həmin bitki kolları dibçəklərdən çıxarılaraq uzunluqları ölçülmüş və polis əməkdaşları tərəfindən götürülmüşdür. Ölçü zamanı həmin bitki kolları müxtəlif ölçülərdə olmaqla, ən balacası 5 sm, ən böyüyü isə 10 sm uzunluğunda olmuşdur. Daha sonra həmin dibçəklərin içərisindən torpaq nümunələri götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş 5 ədəd bitkilər və torpaq nümunələri bir ədəd sellofan torbaya qablaşdırılmış, torbanın ağzı bağlanaraq möhürlənmiş və onlar tərəfindən götürülmüşdür. Daha sonra elə oradaca Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı sonuncunun üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Göyçay Rayon Polis Şöbəsinin KTQnin baş inspektor kriminalisti Şahid3 bildirdi ki, Göyçay şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə İTB-nin rəisi Şahid1 daxil olmuş məlumat əsasında 24 aprel 2023-cü il tarixdə tərəfindən RPŞ-nin rəisinə raportla məruzə edilmiş, raport əsasında şöbə rəisinin aidiyyəti əməkdaşlara göstərişi ilə həmin günü, yəni xx.xx.2023-cü il tarixdə saat 13 radələrində polis əməkdaşlarının və aqronomun iştirakı ilə Göyçay şəhəri Nigar Rəfibəyli küçəsi ev 30-da yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün gedilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına çatan zaman sonuncunu evdən çağırıb həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib becərməkdə şübhəli olduğunu, buna görə də həyətyanı sahəsinə baxış keçirilməli olduğu bildirilmişdir. Orada Təqsirləndirilən şəxs təqdim edilmiş vəkillərin siyahısından Müdafiəçi seçdiyi üçün sonuncu vəkil ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də sonuncuya hüquq və vəzifələri izah olunmuş, həmin zaman Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinə baxış keçirilməsi ilə bağlı etirazının olmamasını bildirərək bu barədə ərizə ilə müraciət etmişdir. Eyni zamanda polis əməkdaşları, müdafiəçi, aqronomun və Təqsirləndirilən şəxs öz iştirakları ilə yaşadığı evin həyətyanı torpaq sahəsinə saat 14:10-da videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Baxış zamanı həyətə girişdən sağ tərəfdə yerləşən boş hovuzla hasar arasında 5 ədəd dibçək aşkarlanmış, həmin dibçəklərə baxış keçirilən zaman dibçəklərin hər birində 1 ədəd bitki kolu olması aşkar edilmişdir. Həmin bitki kolları dibçəklərdən çıxarılaraq uzunluqları ölçülmüş və polis əməkdaşları tərəfindən götürülmüşdür. Ölçü zamanı həmin bitki kolları müxtəlif ölçülərdə olmaqla, ən balacası 5 sm, ən böyüyü isə 10 sm uzunluğunda olmuşdur. Daha sonra həmin dibçəklərin içərisindən torpaq nümunələri götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş 5 ədəd bitkilər və torpaq nümunələri bir ədəd sellofan torbaya qablaşdırılmış, torbanın ağzı bağlanaraq möhürlənmiş və onlar tərəfindən götürülmüşdür. Daha sonra elə oradaca Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı sonuncunun üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətə girişdən sağ tərəfdə yerləşən boş hovuzla hasar arasında 5 ədəd dibçək aşkarlanmış, həmin dibçəklərə baxış keçirilən zaman dibçəklərin hər birində 1 ədəd bitki kolu olması aşkar edilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş bitkilərin narkotik tərkibli çətənə kolları olduğunu, öz istifadəsi üçün əkib becərdiyini bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 24 aprel 2023-cü il tarixli, 17/367 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində yapışdırılmış ağ kağızda “Vət. Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsindən aşkar edilmiş 5 (beş) ədəd bitki kolu” sözləri yazılmış uzunluqları 5 sm, 7 sm, 8 sm, 9 sm və 10 sm yaş vəziyyətdə olan, ümumi təmiz çəkiləri 2,43 qram ümumilikdə 05 (beş) ədəd əkilib- becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqronom mütəxəssis Şaiq İsmayılovun xx.xx.2023-cü il tarixli rəyinə əsasən 05 ədəd çətənə (kannabis) bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, 01 (bir) ədəd sellofan torbada olan torpaq nümunəsindəki bitki hissəcikləri çətənə (kannabis) bitkisinin hissəcikləri vardır. Tədqiqata təqdim olunmuş torpaq nümunəsinin strukturu və münbitliyi həmin torpaqda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 20 iyul 2023-cü il tarixli, 1254 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş 24 aprel 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətə girişdən sağ tərəfdə yerləşən boş hovuzla hasar arasında 5 ədəd dibçəklərin hər birində bir ədəd olmaqla aqrotexniki qaydada qulluq edilmiş narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan, qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 24 aprel 2023-cü il tarixdə saat 13.50-də şübhəli şəxs qismində tutulmuş, 26 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin tarixdə, saat 12:45-də barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş xeyli miqdarda, yəni 05 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını istintaqa məlum olmayan vaxtda yaşadığı ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin həyətində yerləşən boş su hovuzu ilə divarın arasında qanunsuz olaraq 05 (beş) ədəd dibçəklərinin hər birinə bir ədəd olmaqla torpağa əkib yetişdirərək kultivasiya etmiş, həmin əməl isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibini təşkil edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Və nəhayət cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə,bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki,az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin səmimi etirafını, əməlindən peşman olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlama müddəti nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddəti bir günə iki gün hesablanmaqla müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,yaşadığı Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və Probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalan 01 ədəd kağız paketdə qablaşdırılmış 05 ədəd çətənə bitkiləri, eləcə də həmin yerdən götürülmüş torpaq nümunəsi Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən müvafiq qaydada məhv edilməlidir. Ekspertiza tədqiqatının cəmi dəyəri 34 manat 55 qəpik Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı 24 aprel 2023-cü il tarixdən 26 aprel 2023-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan 4 gün çıxılmaqla qəti olaraq ona 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Göyçay şəhəri, N.Rəfibəyli küçəsi 30 saylı evi hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və Probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalan 01 ədəd kağız paketdə qablaşdırılmış 05 ədəd çətənə bitkiləri, eləcə də həmin yerdən götürülmüş torpaq nümunəsi məhv edilsin. Ekspertiza tədqiqatının 34 manat 55 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-72/2023
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-72/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver