Məhkəmə qərarları › İş №1(046)-73/2020

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-73/2020

02.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-73/2020 02.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, müdafiəçilər Müdafiəçi2, Müdafiəçi1, Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakı ilə, xx.xx.1978-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə xx.xx.1969-cu ildə Göyçay şəhərində anadan ollmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işsiz, məhkumluğu ödənilməmiş, Göyçay rayonu Cəyirli kəndində qeydiyyatda olan, barəsindəGöyçay Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin Şəki Penitensiar Müəsissəsində saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Göyçay şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdə saat 20:30 radələrində Göyçay şəhəri “Şirvanmes” deyilən ərazidə tanışı Təqsirləndirilən şəxs1 10 manat pula qanunsuz olaraq istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 1,14 qram çəkidə 1 ədəd kağız bükümdə qablşadırılmış vəziyyətdə narkotik vasitə olan həşiş əldə edib daşıyaraq üzərində saxlamış, həmin tarixdə saat 21 radələrində Göyçay RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay rayonun Potu kəndi ərazisində saxlanılıb rayon polis şöbəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 1,14 qram çəkidə həmin narkotik vasitə olan həşiş aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə istintaqa məlum olmayan müddətdə, mənbədən və çəkidə narkotik vasitə olan həşiş əldə etdikdən sonra həmin narkotik vasitənin 1,14 qram çəkidə olan hissəsini xx xxx 2020-ci il tarixdə saat 20:30 radələrində Göyçay şəhəri “Şirvanmes” deyilən ərazidə bir ədəd kağız bükümdə qablaşdırlmış vəziyyətdə tanışı Təqsirləndirilən şəxs2 oğluna 10 manata satmaqla Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 20:30 radələrində idarə etdiyi avtomobil ilə “Şirvanmest” deyilən ərazidə olduğu zaman əvvəllər bir yerdə sürücü işlədiyi və bir neçə dəfə birlikdə narkotik vasitə istifadə etdiyi Təqsirləndirilən şəxs1 “Niva” markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobilində görmüşdür. Avtomobildə Rövşən tək olmuşdur. Rövşəndən əvvəllər narkotik vasitə almasa da, eşitmişdir ki, Rövşən həşiş satır. Rövşən əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə məhkum olunmuşdur. Ona görə də, Rövşəni avtomobildə görüb ona yaxınlaşmış, həşiş çəkmək istədiyini bildirərək ona 1-2 çəkimlik həşiş satmasını xahiş etmişdir. Rövşən özündə həşişin olduğunu bildirmişdir. Cibindən 10 manat pulu çıxardıb avtomobilin sağ oturacağının üzərinə qoymuş, pulu oturacağın üzərinə qoyandan sonra isə Rövşən əvəzində cibindən 1 ədəd çəkisini bilmədiyi miqdarda 1-2 çəkimliyə yarayan həşiş narkotik vasitəsini ona vermişdir. Həmin həşişi götürüb şalvarının sol yan cibinə qoyaraq avtomobilinə əyləşmiş və oradan Potu kəndinə getmişdir. Rövşənin ona satdığı həşişi həmin gün gecə evə gedəndə təklikdə çəkməyi planlaşdırmış, ona görə həmin həşişdən istifadə etməmişdir. Saat 21 radələrində Potu kəndində yaşayan qohumlarıgilə qonaq gedən zaman, avtomobildən düşüb onların evinə tərəf gedərkən polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş və qanunsuz narkotik vasitə saxlamağında şübhələndiklərini bildirib özləri ilə Göyçay rayon polis şöbəsinə getməyini dəvət etmişlər. Polis Şöbəsində vəkil Müdafiəçi2 ilə təmin etmişlər və növbətçi hissədə videoçəkilişlə hüquq və vəzifələri izah edişdir. Onun üzərinə axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt əynindəki qara rəngli cins şalvarın sol yan cibində özü istifadə etməsi üçün Təqsirləndirilən şəxs1 aldığı bir ədəd kağız bükümdə həşiş narkotik vasitəsi olmuşdur. Həmin kağız bükümdəki kütlənin nə olması və hardan əldə etməsi barədə sorğu edildikdə, kağız bükümdəki kütlənin həşiş narkotik vasitəsi olduğunu, həmin həşişi tanışı Potu kənd sakini Təqsirləndirilən şəxs1 10 manata aldığını bildirmişdir. Üzərindən aşkar olunmuş həşiş həmin kağız bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və kağızla birlikdə çəkisi 1,8 qram olmuşdur. Bundan sonra həmin içərisində həşiş olan kağız büküm bir ədəd zərfdə qablaşdırılaraq, polis əməkdaşları tərəfindən götürülmüşdür. Axtarış zamanı protokol tərtib olunmuşdur. Həmin protokolu iştirakçılar imzalamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2019-cu ilin yay aylarında Şirvan su kanalına balıq tutmağa gedərkən Şirvan kanalının yanında yerdən sellofan bükümdə bir qədər həşiş narkotik vasitəsi tapmışdır və həmin həşişi özü istifadə etmək üçün özündə saxlamışdır. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində avtomobili ilə Göyçay şəhəri, “Şirvanmes” deyilən yerdə yerləşən əvvəllər sürücü işlədiyi asfaltzavodun yanında dayanmışdır. Həmin vaxt əvvəllər tanıdığı və iş yoldaşı olduğu, eləcə də əvvəllər bir yerdə bir neçə dəfə narkotik vasitə istifadə etdiyi Təqsirləndirilən şəxs2la rastlaşmışdır. Belə ki, avtomobilində tək əyləşdiyi zaman Yadigar özü onun avtomobilinə sağ tərəfdən yaxınlaşaraq görüşmüş və həşiş çəkmək istədiyini bildirərək, ona çəkmək üçün həşiş verməyini xahiş etmişdir. Yadigarı tanıdığı üçün özündə olan həşişdən ayırıb Yadigara 1 ədəd kağız bükümdə narkotik vasitə vermişdir. Yadigara 1 ədəd kağız bükümdə olan həşişi verəndən sonra Yadigar onun idarə etdiyi avtomobilin qarşı sağ oturacağının üzərinə 1 ədəd 10 manatlıq əskinas qoyaraq ona benzin vurmağını bildirmiş və oradan uzaqlaşıb getmişdir. Bundan sonra o “Niva” markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobili ilə şəhərə qayıdıb bir qədər sonra isə yaşadığı Potu kəndi ilə qonşu kənd olan Xəlitli kəndində su gətirməyə getmişdir. Bulaqdan su götürən zaman bir neçə nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu, ona görə də, polis şöbəsinə getməli olduğunu bildirmişlər. Avtomobil polis şöbəsinin həyətində saxlanılmışdır. Bundan sonra polis şöbəsində onu vəkil Müdafiəçi1 ilə təmin etmiş və növbətçi hissədə videoçəkilişlə hüquq və vəzifələri izah edilmişdir. Daha sonra üzərində narkotik maddə və vasitələr, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməsi ona təklif olunmuşdur. Həmin vaxt əynindəki boz rəngli gödəkcəsinin sol yan cibində özü istifadə etməsi üçün saxladığı bir ədəd kağız bükümdə həşiş narkotik vasitəsi olmuşdur. Eyni zamanda gödəkcəsinin ciblərində açıq şəkildə olan və istifadə edən zaman cibinə tökülmüş həmin həşişin qırıntıları ilə tütün qarışığı olmuşdur. Gödəkcəsinin sol yan cibində olan bir ədəd kağız bükümdə olan həşişi, eləcə də həmin cibində olan 1 ədəd siqaret qutusu ilə 1 ədəd alışqanı təqdim etmişdir. Bundan sonra polis əməkdaşı onun cibini axtardıqda gödəkcəsinin hər iki cibində tütünlə qarışıq vəziyyətdə olan istifadə edəndə qalmış həşişin qırıntıları aşkar edilmişdir. Ondan gödəkcəsinin sol yan cibində olan 1 ədəd kağız bükümdəki kütlənin, eləcə də ciblərindən aşkar edilmiş qırıntılar barədə soruşulduqda, kağız bükümdəki kütlənin, eləcə də cibində açıq vəziyyətdə tütünlə bir yerdə qarsımış kütlənin həşiş narkotik vasitələri olduğunu, həmin həşişi 2019-cu ilin yay aylarında Şirvan kanalına balıq tutmağa gedərkən tapdığını bildirmişdir. Həmin bir ədəd kağız bükümdə olan həşiş elektron tərəzidə çəkilmiş, kağızla birlikdə çəkisi 1,1 qram olmuşdur. Həmin kütlə bir ədəd zərfdə qablaşdırılaraq üzəri imzalanmış və polislər tərəfindən götürülmüşdür. Açıq şəkildə olan həşişlə tütün isə bir ədəd kağıza tökülərək elektron tərəzidə çəkilmiş və kağızla birlikdə çəkisi 1,1 qram olmuşdur. Həmin kütlə bir ədəd zərfdə qablaşdırılaraq imzalanmış və polislər tərəfindən götürülmüşdür, pullar və digər əşyaları isə özünə qaytarılmışdır. Axtarış zamanı üzərində olan və təqdim etdiyi pullaırn arasında Təqsirləndirilən şəxs2 ona verdiyi 10 manatlıq əskinası polis əməkdaşlarına göstərmişdir. Bundan sonra polis şöbəsinin həyətində olan “Niva” markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobilinə yaxınlaşmış və avtomobiliə də videoçəklişlə baxış keçirilmişdir. Avtomobilin saxlanc yerindən isə bir qutuda “Belomorkanal” papirosları aşkar edilmişdir. Həmin papirosları özü siqaret kimi istifadə etdiyindən orada saxlamışdır. Avtomobilinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Əvvəllər Təqsirləndirilən şəxs2la bir yerdə həşiş istifadə etsələr də, heç zaman Yadigar ondan narkotik vasitə almamışdır, nədə ki o, Yadigara heç zaman narkotik vasitə satmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin NQMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi və üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olması barədə əməliyyat məlumatına malik olduğundan xx xxx 2020-ci il tarixdə bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair razılıq alındıqdan dərhal sonra, əməliyyat qrupu yaradılaraq əməliyyat-axtarış tədbiri keçirilmişdir. Həmin tarixdə, saat 21 radələrində Göyçay rayonun Potu kəndində Təqsirləndirilən şəxs2la rastlaşmışlar. Təqsirləndirilən şəxs2 fərdi yaşayış evlərinə tərəf tək piyada gedərkən ona yaxınlaşıb özlərini təqdim etmiş və qanunsuz narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirib Göyçay rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs2 onlara etiraz etməmiş və bir yerdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin növbətçi hissəsində Təqsirləndirilən şəxs2 dərhal vəkil Müdafiəçi2 ilə təmin olunmuş və videoçəkilişlə hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində saxlanılmışdır. Təqsirləndirilən şəxs2 üzərinə axtarış keçiriləcəyi, odur ki, üzərində narkotik maddə və vasitələr, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ rəngli kağız büküm çıxararaq təqdim etmişdir. Həmin kağız büküm təhqiqatçı Turan Kərimli tərəfindən açıldıqda içərisində xırda və toz halında yaşımtıl rəngli, bitki mənşəli kütlə olmuşdur. Həmin kağız bükümdəki kütlənin nə olması və həmin kütləni haradan əldə etməsi barədə Təqsirləndirilən şəxs2 sorğu edildikdə, Təqsirləndirilən şəxs2 ağ rəngli kağız bükümdəki kütlənin həşiş narkotik vasitəsi olduğunu, həmin həşişi həmin gün, yəni tutulmazdan bir az əvvəl tanışı Potu kənd sakini Rövşəndən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş yaşıl rəngli kütlə həmin kağız bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və kağızla birlikdə çəkisi 1,8 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bir ədəd kağız bükümdə olan yaşıl rəngli kütlə bir ədəd zərfdə qablaşdırılaraq ekspertizaya təqdim olunması üçün təhqiqatçı Turan Kərimli tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs2 zərfin üzərini imzalamışdır. Axtarış zamanı protokol tərtib olunaraq ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan dərhal sonra Təqsirləndirilən şəxs2 dediyi Rövşən adlı şəxsin Göyçay rayonun Potu kənd sakini narkotik vasitələrin qanunsuz dövriyyəsı ilə məşğul olduğuna görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilərək onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 22:30 radələrində Göyçay rayonun Xəlitli kəndində idarə etdiyi VAZ 2121-“Niva” markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobilin yanında bulaqdan su götürən zaman müəyyən edilmişdir. Özlərini Təqsirləndirilən şəxs1 təqdim edib Göyçay RPŞ-nə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs1 etiraz etməmiş və idarə etdiyi “Niva” markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobili ilə Göyçay rayon polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobil polis şöbəsinin müvəqqəti duracağında saxlanılmış və Növbətçi Hissədə Təqsirləndirilən şəxs1 Müdafiəçi1 ilə təmin olunaraq videoçəklişlə hüquq və vəzifələri izah edilmiş, sonra isə o şübhəli şəxs kimi tutulmuşdur. Növbətçi hissədə Təqsirləndirilən şəxs1 üzərində narkotik maddə və vasitələr, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd ağ rəngli kağız büküm, eləcə də həmin cibində olan 1 ədəd siqaret qutusu ilə 1 ədəd alışqanı təqdim etmişdir. Kağız büküm açıldıqda içərisində xırda və toz halında yaşımtıl rəngli, bitki mənşəli kütlə olmuşdur. Həmin kağız bükümdəki kütlənin nə olması və həmin kütləni haradan əldə etməsi barədə Təqsirləndirilən şəxs1 sorğu edildikdə, Rövşən ağ rəngli kağız bükümdəki kütlənin həşiş narkotik vasitəsi olduğunu, həmin həşişi 2019-cu ilin yay aylarında Şirvan su kanalına balıq tutmağa gedərkən tapdığını, narkotik vasitədən istifadə etdiyi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş yaşıl rəngli kütlə həmin kağız bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və kağızla birlikdə çəkisi 1,1 qram olmuşdur. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd kağız bükümdə olan yaşıl rəngli kütlə təhqiqatçı Turan Kərimli tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Təqsirləndirilən şəxs1 zərfin üzərini imzalamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə axtarış keçirmiş və əynindəki gödəkcəsinin hər iki cibində açıq və tütünlə qarışıq vəziyyətdə toz halında yaşıl rəngli kütlə qırıntıları aşkar edilmişdir. Həmin kütlə kağız parçasının üzərinə tökülərək elektron tərəzidə çəkilmiş və kağızla birlikdə həmin kütlənin çəkisi 1,1 qram olmuşdur. Sorğu edildikdə Təqsirləndirilən şəxs1 ciblərindən aşkar edilmiş açıq halda olan qırıntıların da həşiş narkotik vasitəsi olduğunu bildirmişdir. Həmin açıq şəkildə aşkar edilmiş kütlə bir ədəd kağız bükümdə təhqiqatçı Turan Kərimli tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Zərfin üzərini Təqsirləndirilən şəxs1 imzalamışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş pulların içində 1 ədəd 10 manatlıq əskinası göstərərək həmin 10 manat pulu tanışı Təqsirləndirilən şəxs2 həmin tarixdə özü çəkməsi üçün bir büküm həşiş alarkən həmin pulu onun idarə etdiyi avtomoblinin oturacağına qoyub getdiyini bildirmişdir. Bundan sonra axtarışda iştirak edənlərlə polis şöbəsinin həyətində Təqsirləndirilən şəxs1 “Niva” markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobilinə videoçəklişlə baxış keçirilmişdir. Həmin avtomobilin salonunda sağ tərəfdə saxlanc yerindən “Belomorkanal” markalı bir qutu papiros aşkar edilmişdir. Sorğu edildikdə Təqsirləndirilən şəxs1 həmin papirosları özü siqaret kimi istifadə etdiyindən avtomoblində saxladığını bildirmişdir. Avtomobilə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş, Şahid3 və Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. Təqsirləndirilən şəxs2 üzərinə axtarış keçirilən zaman videoçəkliş aparılmış, həmin videoçəkliş 01 CD-diskə köçürülərək iş materiallarına əlavə edilərək bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs1 üzərinə axtarış keçirilən zaman videoçəkliş aparılmış, həmin videoçəkliş 01 CD-diskə köçürülərək iş materiallarına əlavə edilərək bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ 2121-“Niva” markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman videoçəkliş aparılmış, həmin videoçəkliş 01 CDdiskə köçürülərək iş materiallarına əlavə edilərək bu barədə protokol tərtib edilmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 17/305 saylı rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bükümdə olan kütlə....” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 1,14 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşişdir. Qeyd: Həşişin təmiz çəkisi 1.14 qram, tədqiqata sərf edildi – 0.02 qram, qalıq 1.12 qram. Aparılmış ekspertizanın dəyəri 35.97 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 17/306 saylı rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş.....” sözləri yazılmış 01 ədəd zərfin içərisindəki 01 ədəd kağız bükümdə, təmiz çəkisi – 0,76 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşişdir. Tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs1 cibindən aşkar edilmiş... kütlə...” sözləri yazılmış 01 ədəd zərfin içərisindəki 01 ədəd kağız bükümdə, təmiz çəkisi – 0,49 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşişdir. Həmin kağız bükümün içərisindəki təmiz çəkisi – 0,11 qram olan digər bitki mənşəli kütlə isə narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar edilmiş 1 ədəd qutuda 24 ədəd papiros.....” sözləri yazılmış 01 ədəd zərfin içərisindəki 01 ədəd üzərində “Belomorkanal” yazısı olan siqaret qutusundakı 24 ədəd papiroslarda, ümumi təmiz çəkisi – 8,88 qram olan bitki mənşəli kütlələr narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş, üzərində “vət. . Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş.....” sözləri yazılmış 01 ədəd zərfin içərisindəki 01 ədəd kağız bükümdə olan həşiş və üzərində “vət. Təqsirləndirilən şəxs1 cibindən aşkar edilmiş... kütlə...” sözləri yazılmış 01 ədəd zərfin içərisindəki 01 ədəd kağız bükümdə olan həşiş ilə üzərində “vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bükümdə olan kütlə....” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd kağız bükümdə olan həşiş tərkiblərinə görə eynidirlər. Qeyd: Həşişin təmiz çəkisi 0.76 qram, tədqiqata sərf edildi – 0.02 qram, qalıq 0.74 qram. Həşişin təmiz çəkisi 0.49 qram, tədqiqata sərf edildi – 0.02 qram, qalıq 0.47 qram. Həşişin təmiz çəkisi 1.12 qram, tədqiqata sərf edildi – 0.02 qram, qalıq 1.10 qram. Aparılmış ekspertizanın dəyəri 35.97 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 572 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 581 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli şübhəli şəxsin tutma haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə saat 21:35-də Təqsirləndirilən şəxs1 isə həmin tarixdə saat 22:55-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham ona elan edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 11:10-da Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Cinayət işinə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin 4(046)-22/2020 saylı xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə Göyçay rayon Prokurorunun təqdimatı təmin edilmiş, Təqsirləndirilən şəxs1 məhkəmə zalından həbsə alınmış, həbsin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1 Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir. Cinayət işinə əlavə edilmiş Göyçay rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 3580 nömrəli məktubdan görünür ki, Göyçay rayonun Potu kənd sakini xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 xx.xx.2011-ci ildən “Narkomaniya” diaqnozu ilə narkoloji kabinetdə qeydiyyatdadır. Təqsirləndirilən şəxs1 psixiatrik kabinetdə qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Göyçay rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 3583 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdə saat 20:30 radələrində Göyçay şəhəri “Şirvanmes” deyilən ərazidə tanışı Təqsirləndirilən şəxs1 10 manat pula qanunsuz olaraq şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 1,14 qram çəkidə 1 ədəd kağız bükümdə qablşadırılmış vəziyyətdə narkotik vasitə olan həşiş əldə edib daşıyaraq üzərində saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə istintaqa məlum olmayan müddətdə, mənbədən və çəkidə narkotik vasitə olan həşiş əldə etdikdən sonra həmin narkotik vasitənin 1,14 qram çəkidə olan hissəsini xx xxx 2020-ci il tarixdə saat 20:30 radələrində Göyçay şəhəri “Şirvanmes” deyilən ərazidə bir ədəd kağız bükümdə qablaşdırlmış vəziyyətdə tanışı Təqsirləndirilən şəxs2 oğluna 10 manata qanunsuz olaraq satmaqla Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətdiyini, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixli protokola əsasən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirilən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən ona cəza təyin edilərkən məhkumluq nəzərə alınmamalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzanı yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56-cı maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan 3.43 qram narkotik vasitə olan həşiş, 01 ədəd zərfdə qablşadırılmış içərisində 24 ədəd papiros olan “Belomorkanal” markalı siqaret qutusu və 0,11 qram narkotik vasitələrə aid olmayan bitki mənşəli kütlə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə və məhkəmə baxışı dövründə hüquqlarını 14 saat, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 isə Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə və məhkəmə baxışı dövründə hüquqlarını 17 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş 14 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 84 manat və Təqsirləndirilən şəxs1 göstərilmiş 17 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 102 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. iş üzrə 71.94 manat məbləğində ekseprtiza xərcinin 35.97 manatı Təqsirləndirilən şəxs1, 35.97 manatı isə Təqsirləndirilən şəxs2 tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 1 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nın MSSK-da saxlanılan 3.43 qram narkotik vasitə olan həşiş, 01 ədəd zərfdə qablşadırılmış içərisində 24 ədəd papiros olan “Belomorkanal” markalı siqaret qutusu və 0,11 qram narkotik vasitələrə aid olmayan bitki mənşəli kütlə məhv edilsin. İş üzrə 71.94 manat məbləğində ekseprtiza xərcinin 35.97 manatı Təqsirləndirilən şəxs1, 35.97 manatı isə Təqsirləndirilən şəxs2 tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs2 göstərilmiş 14 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 84 manat məbləğində pul və Təqsirləndirilən şəxs1 göstərilmiş 17 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 102 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası azadlığın məhdudlaşdırılması cəzası, məhkəmə xərci və maddi sübut hissəsində Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar