Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-73/2025 14.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 52-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni ümumi təmiz çəkisi 20,50 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 10 mart 2025ci il tarixdə saat 19:36 dəqiqədə Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Göyçay şəhəri, Atatürk küçəsində saxlanılmış və saat 19:36 dəqiqədən 19:50-dək üstünün yoxlanılması zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 04 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 5,74 qram, 4,43 qram, 5,37 qram, 4,96 qram olmaqla xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 20,50 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 19 radələrində İran vətəndaşından əldə etdiyi 04 ədəd kibrit qutularında narkotik vasitə olan qurudulmuş marixuananı əynində olan qara rəngli gödəkçənin sol yan cibinə qoymuş, Göyçay şəhəri Atatarük küçəsinə hərəkətdə olarkən saat 19:36 radələrində Atatürk küçəsində olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, bundan sonra isə polislər ona narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirəcəklərini bildirmiş, polislərə etiraz etməmiş, bundan sonra videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə başlanmış, polis əməkdaşı ondan üzərində hər hansı qadağan olunmuş əşyanın olub-olmadığını soruşmuş, həmin vaxt əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 04 ədəd kibrit qutusunda olan marixuananı təqdim etmiş, bundan sonra polis əməkdaşları təqdim etdiyi kibrit qutularının içərisində olan narkotik vasitələrə baxış keçirmiş, üzərindən aşkar edilmiş 04 ədəd kibrit qutularının içərisində olan narkotik vasitələr elektron tərəzidə çəkilmiş, ayrı-ayrılıqda müvafiq olaraq kibrit qutusu ilə birlikdə çəkiləri 7,96 qram, 8,90 qram, 8,79 qram və 7,44 qram olmuş, həmin qutular zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmış, baxış yekunlaşdıqdan sonra polis əməkdaşları onu polis şöbəsinə aparmış, şöbədə Müdafiəçi ilə təmin olunmuş, daha sonra isə videogörüntü vasitəsilə üzərindən aşkar edilərək qablaşdırılmış narkotik vasitə və özünə məxsus təqdim etdiyi mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Həmin narkotik vasitələri özü istifadə etmək üçün üzərində saxlamış, həmin narkotik vasitələri kibrit qutularına bölməmiş, həmin narkotik vasitələri olduğu kimi, yəni 04 ədəd kibrit qutusunda İran vətəndaşı olan Ağa adlı şəxsdən almışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində mütəmadi olaraq narkotik vasitələr saxlaması, gəzdirməsi və istifadə etməsi ilə barədə əməliyyat məlumatı daxil olmuş, xx.xx.2025-ci il tarixdə həmin şəxsin ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərinə baxış keçirilməsi barədə qərar qəbul edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs olduğu yer barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid3,Şahid4 və Şahid5 ilə birlikdə Göyçay şəhəri Atatürk küçəsinə getmiş, oraya çatdıqdan sonra özünü təqdim etmiş, həmin şəxsə barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib üzərinə baxış keçiriləcəyini bildirmiş, 10 mart 2025-ci il tarixdə saat 19:36 dəqiqədə həmin şəxsin üzərində yoxlama aparmağa başlamış, bu zaman videoçəkilişdən istifadə edilmiş, videoçəkilişi əməliyyat müvəkkili Şahid5 həyata keçirmiş, həmin şəxsə üzərinin yoxlanılacağı, daha sonra Göyçay RPŞ-də müdafiəçi ilə təmin olunacağı barədə onun tərəfindən məlumat verilmiş, əvvəlcə o, Təqsirləndirilən şəxs üzərində hər hansı qadağan olunmuş əşyanın olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsinin sağ yan cibində 4 ədəd kibrit qutusunu, şalvarının cibindən isə 1 ədəd “Oppo” markalı telefonu və pulu çıxarıb təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, yoxlama zamanı üzərindən başqa heç bir əşya və ya predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs aşkar edilən pullar və 1 ədəd “Oppo” markalı telefon özünə qaytarılmış, həmin kibrit qutularını açıb baxmağa başlamış, kibrit qutularına baxış keçirilən zaman hər birinin içərisində yaşıl rəngli, kəskin iyli, ilk baxışdan narkotik vasitə marixuanaya bənzər kütlələr olduğu müəyyən edilmiş, daha sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, hər birinin ayrı- ayrılıqda çəkiləri kibrit qutuları ilə birlikdə 7.96, 8.90, 8.79 və 7.44 qram təşkil etmiş, daha sonra həmin kibrit qutuları içərisində olan kütlələrlə birlikdə hər birinə 2 ədəd kibrit qutusu qoyulmaqla 2 ayrı zərfə qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, daha sonra Təqsirləndirilən şəxs də götürüb Göyçay RPŞ-nə gəlmiş, Göyçay RPŞ-də təhqiqatçı Anar Feyzullayev tərəfindən Təqsirləndirilən şəxs Müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah edilmiş, sonra yuxarıda adlarını qeyd etdiyi şəxslər və Müdafiəçi iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilən maddi sübutlar götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış kütlələrin özünə aid olub-olmaması soruşulmuş, bu zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 4 ədəd kibrit qutusunda kütlələrin özünə məxsus olduğunu demiş, Təqsirləndirilən şəxs üzərində başqa əşya və ya predmetin olub-olmaması soruşulan zaman Təqsirləndirilən şəxs üzərində olan “Oppo” markalı telefonu təhqiqatçıya vermiş, telefon da təhqiqatçı tərəfindən götürülmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2, Şahid4 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” protokoldan və DVD disk görüntülərindən görünür ki, Göyçay şəhəri, Atatürk prospektində Göyçay RPŞnin CAB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Şahid3,Şahid4 və saxlanılmış şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs üzərinin yoxlanılması keçirilir.Video çəkilişi əməliyyat müvəkkili Şahid5 həyata keçirir. xx.xx.2025-ci il tarixdə saat 19:36-dan Təqsirləndirilən şəxs üzərinin yoxlanmasına başlanılır. İlkin olaraq baş əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyi, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edib gəzdirməkdə şübhəli olması səbəbindən saxlanılması bildirilir.Daha sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmaq hüququnun olduğunu, Göyçay RPŞ-də müdafiəçi ilə təmin olunacağı deyilir.Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmetin olubolmaması soruşulur.Bu zaman Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsini nsağ yan cibindən 4 ədəd kibrit qutusu, şalvarının cibindən isə telefonla pul çıxarıb təqdim edir.Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılır.Təqsirləndirilən şəxs üzərinin yoxlanması zamanı üzərindən başqa heç bir əşya aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilən pulları və “Oppo” markalı telefon Təqsirləndirilən şəxsözünə qaytarılır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 4 ədəd kibrit qutusuna baxış keçirilməyə başlanılır.Baxış zamanı həmin 4 ədəd kibrit qutusunun hər birinin içərisində yaşıl rəngli, kəskin iyli kütlə olduğu müəyyən edilir.Daha sonra Təqsirləndirilən şəxs kibrit qutularında nə olduğu soruşulur. Təqsirləndirilən şəxs kibrit qutularında narkotik vasitə marixuana olduğunu deyir.Təqsirləndirilən şəxs həmin narkotik vasitə marixuanaları onlayn şəkildə Bakı şəhəri ətrafından götürdüyünü, heç kimə satmadığını, vermədiyini dedi.Daha sonra aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkildi.Çəkiləri kibrit qutuları ilə birlikdə ayrı-ayrılıqda 7.96, 8.90, 8.79 və 7.44 qram təşkil etdi.Daha sonra kibrit qutuları içərisində olan kütlələr ilə birlikdə hər birində 2 ədəd kibrit qutusu olmaqla 2 ədəd zərfə qoyulur, möhürlənir və üzəri iştirakçılar tərəfindən imzalanır. Daha sonra Təqsirləndirilən şəxs müdafiəçi tutmaq hüququnun olduğunu, Göyçay RPŞ-də müdafiəçi ilə təmin olunacağı bildirilmişdir. Cinayət işinə əlavə edilmiş Məhkəmə-bioloji ekspertizasının 11 mart 2025-ci il tarixli 17/214 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş hər birinin üzərində, “Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd kibrit qutusunda olan yaşımtıl kütlə....” sözləri, adlar və imzalar yazılmış 02(iki) ədəd zərflərin hər birində 02 (iki) ədəd olmaqla, ümumilikdə 04(dörd) ədəd kibrit qutularında, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri- 5,74 qr., 4.43 qr.,5,37 qr., 4,96 qr., ümumi təmiz çəkisi-20,50 qram olan bitki mənşəli kütlələlər tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədiqata təqdim edilmiş 04 (dörd) ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: 1) marixuanaların ümumi təmiz çəkisi 20.50 qr: tədqiqata sərf edildi 0.08 qr, qalıq 20.42 qr. Aparılmış ekspertizanın xərci 35.97 manat təşkil edir. Cinayət işi üzrə təyin edilərək keçirilmiş Məhkəmə-narkoloji ekspertizasının 21 may 2025-ci il tarixli 834 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Göyçay şəhəri Atatürk küçəsində qanunsuz olaraq əldə etdiyi 04 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 5,74 qram, 4,43 qram, 5,37 qram, 4,96 qram olmaqla xeyli miqdarda qram natkorik vasitə qurudulmuş marixuananı üzərində saxlamaqla, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsi tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20:40-da şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə təqdim edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə saat 19:00-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 gün müddət CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından cıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə zalından dərhal həbsə alınmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Göyçay rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 20,42 qram olan narkotik vasitə marixuana məhv edilməli, 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 35.97 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 2 gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrum etmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə zalından həbsə alınsın, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 20,42 qram olan narkotik vasitə marixuana məhv edilsin, 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 35.97 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilsin. Hökmün icrası maddi sübuta və məhkəmə xərcinə dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-73/2025
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-73/2025
14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver