Məhkəmə qərarları › İş №1(046)-74/2020

Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-74/2020

17.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-74/2020 17.08.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, barəsində şikayət verilmiş şəxs X1 iştirakı ilə, X2 xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Göyçay şəhərində məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında ərizə ilə müraciət edərək, X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət işi başlamaqla cinayət məsuliyyətinə cəlb edilərək ona cəza təyin edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət bu məhkəməyə aiddir. Xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.2-ci və 293.3.6-cı maddələrinin tələblərinə uyğun deyildir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsində X1 cinayət qanunu ilə nəzərdə tutulmuş əməli harada və nə vaxt törədiyini, həmçinin şikayətin verildiyi tarixi (il, ay və gün) və yeri qeyd etməmişdir. Azərbaycan Respublikası CPM-nin 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) qeyd edilməlidir. Həmin Məcəllənin 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer qeyd edilməlidir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2- 302.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul etməlidir . Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən X2 xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməlidir . Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 301, 302.2.3, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRAR VERDİ: X2 xüsusi ittiham qaydasında X3 barəsində verdiyi şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elanedildiyivaxtdan20 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti vermək olar. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar