Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-74/2022 18.08.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, X3 katibliyi, xüsüsi ittihamçı X2 X1 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətə Göyçay şəhərində məhkəmə hazırlıq iclasında baxaraq Müəyyənetdi: X5 xüsusi ittiham qaydasında ərizə ilə müraciət edərək, X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibi başlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət bu məhkəməyə aiddir. Xüsusi ittihamcı X5 məhkəməyə ərizə təqdim edərək X1 barəsində verdiyi şikayətindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə; həmin məcəllənin 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Buna görə də məhkəmə hesab edir ki, X2 X1 barəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 301, 302.1.8ci, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r v e r d i: X2 xüsusi ittiham qaydasında X1 barəsində verdiyi şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi vaxtdan 20 gün müddətinə Göyçay rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-74/2022
Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-74/2022
18.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver