Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-74/2024 24.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı X2, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşqul olan, məhkum olunmamış, evli, himayəsində iki azyaşlı uşağı olan, Göyçay rayonu Ləkçıplaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş xeyli miqdarda, yəni 7 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsində 6 ədəd dibçəklərdə istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq xeyli miqdarda torpağa əkib yetişdirərək kultivasiya etmiş, 17 iyun 2024-cü il tarixdə saat 13:47-dən saat 14:11-dək Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin torpaq sahəsinə video-çəkiliş vasitəsilə baxış keçirilərkən sonuncuya məxsus torpaq sahəsinin ətrafında olan qamışlıq hissənin ortasında 5 ədəd dibçəklərin hər birinə 1 (bir) ədəd, 1 ədəd dibçəkdə isə 2 (iki) ədəd əkdiyi ümumilikdə 7 (yeddi) ədəd hündürlükləri 29 sm-dən 63 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 282,56 qram olan əkilib-becərilməsi qadağan olunmuş xeyli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Göyçay rayonu Ləkçıplaq kəndində yaşayır. Narkotik vasitə marixuanadan istifadə edir. Yaşadığı kənd ərazisində içərisində çətənə bitkisinin toxumları olan bir ədəd kağız büküm tapmış, narkotik vasitə istifadə etdiyi üçün həmin toxumların çətənə bitkisinin toxumları olduğunu bilmişdir. Həmin toxumları gələcəkdə özü istifadə etmək üçün əkib yetişdirmək qərarına gəlmiş, həmin toxumlar ümumilikdə 11 ədəd olduğundan onları şitil əkmək üçün nəzərdə tutulan plastik qaba əkmişdir. Toxumları əkdiyi plastik qabı yaşadığı kənd ərazisində yerləşən istifadəsində olan pay torpaq sahəsində gizlətmişdir. Əkdiyi 11 ədəd toxumlardan 7 ədədinin bitdiyini görmüş, buna görə də bitmiş 7 ədəd çətənə bitkisinin şitillərini həmin plastik qabdan çıxarıb 6 ədəd sarı rəngli dibçəklərə torpaq tökərək əkmişdir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində torpaq sahəsindən çıxıb yaşadığı evə gedən zaman polis əməkdaşları ona yaxınlaşmış narkotik maddələrin qəbulunda, istifadəsində olan torpaq sahəsində əkib-becərməkdə şübhəli olduğunu bildirib, onu saxlamışlar. Həmin vaxt ona hüquq və vəzifələri izah olunaraq orada dövlət hesabına vəkil Müdafiəçi ilə təmin edilib şübhəli şəxs qismində tutulmuşdur. Həmin vaxt polis əməkdaşları tərəfindən aqronom da dəvət edilmişdir. Bundan sonra vəkilinin, aqronomun və polis əməkdaşlarının iştirakı ilə video-çəkiliş vasitəsilə razılığı əsasında istifadəsində olan torpaq sahəsinə baxış keçirilməyə başlanmışdır. Baxış başladıqdan sonra istifadəsində olan torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri olub-olmadığı soruşulduqda, istifadəsində olan torpaq sahəsinin ətrafındakı qamışlıq hissənin arasında gizlətdiyi 6 ədəd dibçəklərə əkdiyi çətənə bitkilərinin şitillərini göstərmişdir. Bundan sonra həmin dibçəklər götürülüb açıq əraziyə qoyulmuş, həmin dibçəklərə əkdiyi şitillər bir-bir kökündən çıxarılaraq yerə düzülmüş, hər birinin üzunluğu ölçülən zaman ən kiçiyi 29 sm, ən böyüyü isə 63 sm olması müəyyən olunmuşdur. Bundan sonra isə 6 ədəd sarı rəngli dibçəklərdə olan ümumilikdə 7 ədəd aşkar olunmuş çətənə şitilləri bir ədəd sintetik materialdan olan torbada qablaşdırılaraq möhürlənmiş, həmçinin şitillərin əkildiyi 6 ədəd dibçəklərin hər birinin içərisində olan torpaqdan bir ovuc nümunə götürülüb bir ədəd sintetik materialdan olan torbaya qoyularaq qablaşdırılmış və torbanın ağzı möhürlənmişdir. Bununla bağlı protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və doğru yazıldığı üçün protokolu imzalamışdır.Törətdiyi əməldən peşmandır. Ona cəza təyin edilərkən, ailənin yeganə qazanc gətirən şəxs olduğunu, himayəsində iki azyaşlı uşağın olduğunu, şəhid qardaşı olduğunu nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki,Göyçay rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Göyçay rayonu, Ləkçıplaq kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və özünə məxsus yaşadığı kənddə yerləşən torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə Göyçay RPŞ-yə daxil olmuş məlumat 17 iyun 2024-cü il tarixdə RPŞ-nin rəisinə raportla məruzə edilmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində polis əməkdaşları ilə Təqsirləndirilən şəxs məxsus Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən torpaq sahəsinə baxış keçirilməsi zərurəti yaranmışdır. Təqsirləndirilən şəxs məxsus torpaq sahəsinin girişində onu müəyyən edib həmin torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib becərməkdə və narkotik vasitə saxlamaqda şübhəli olduğunu, buna görə də həyətyanı sahəsinə baxış keçirilməli olduğu bildirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs torpaq sahəsinə baxış keçirilməsilə bağlı etirazının olmamasını bildirərək bu barədə ərizə ilə müraciət etmişdir. Həmin vaxt müdafiəçi dəvət olunub Təqsirləndirilən şəxs təqdim edilərək hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də narkotik tərkibli bitkilərin əkildiyi yerə baxış keçirilməsi üçün aqronom-mütəxəssis dəvət olunmuşdur. Bundan sonra polis əməkdaşları, müdafiəçi, aqronom və Təqsirləndirilən şəxs iştirakı ilə məxsus torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs torpaq sahəsində qamışlıq hissənin arasında gizlətdiyi 06 ədəd dibçəklərə əkdiyi 07 ədəd çətənə bitkilərinin ştillərini təqdim etmiş, həmin bitkilər bir-bir kökündən çıxarılaraq uzunluqları ölçülmüş və kiçiyi 29 sm, böyüyü isə 63 sm olması müəyyən olunmuşdur. Bundan sonra həmin bitkilərə baxış keçirilmiş və dibçəklərin içərisindən torpaq nümunələri götürülmüşdür. Ardınca həmin bitkilər və torpaq nümunələri müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş X3, Şahid3 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 göstərmişdir ki, 1993-cü ildə Ağdaş rayon X1 Aqranomiya şöbəsinin Aqranomluq fakültəsini bitirmiş, ixtisasca aqronomdur. xx.xx.2024-cü il tarixdə Göyçay rayon polis şöbəsinin əməkdaşları yaşadığı ünvana gələrək özlərini təqdim etmiş, ona Göyçay rayonu Ləkçıplaq kəndində yaşayan Təqsirləndirilən şəxs məxsus torpaq sahəsində narkotik tərkibli bitkilər əkməkdə şübhəli olduğunu və həmin torpaq sahəsinə baxış keçirəcəklərini, onun da həmin prosesdə aqronom ixtisası üzrə mütəxəssis qismində iştirak etməyini xahiş etmişlər. Keçiriləcək baxışda iştirak etməyə könüllü olaraq razılıq vermiş və polis işçiləri ilə birlikdə Təqsirləndirilən şəxs istifadəsində olan Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən torpaq sahəsinə getmişdir. Həmin yerdə ona hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs məxsus torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan torpaq sahəsində qamışlıq hissənin arasında gizlətdiyi 06 ədəd dibçəklərə əkdiyi 07 ədəd çətənə bitkilərinin ştillərini təqdim etmiş, həmin bitkilər bir-bir kökündən çıxarılaraq uzunluqları ölçülmüş və kiçiyi 29 sm, böyüyü isə 63 sm olması müəyyən olunmuşdur. Bundan sonra tərəfindən həmin bitkilərə baxış keçirilmiş və dibçəklərin içərisindən torpaq nümunələri götürülmüşdür. Həmin vaxt göstərilən torpaq sahəsini və həmin torpaq sahəsində əkilib-becərilmiş bitkiləri müayinə etmiş, müayinə zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsində əkilibbecərilmiş bitkilər narkotik təbiətli çətənə bitkiləridir, həmin bitkilərin əkilib-becərildiyi torpaq çürüntülərlə zəngin olmuş, torpağa lazımı qida maddələri verilmiş, yumuşadılmış və suvarılmışdır. Cinayət işinə əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 18 iyun 2024-cü il tarixli 3-16-16-2-17/547 rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış vərəqədə “Vət. Təqsirləndirilən şəxs məxsus istifadə etdiyi torpaq sahəsindən götürülmüş bitkilər..” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki, 07(yeddi) ədəd, uzunluqları 29 sm-dən 63 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri – 282,56qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir.Aqronom Şahid5 17 iyun 2024-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Vət. Təqsirləndirilən şəxs bitkiləri əkdiyi dibçəklərdən götürülmüş torpaq nümunəsi.. yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki torpaq nümunəsində əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri vardır. Qeyd: çətənə bitkilərinin ümumi təmiz çəkisi 282.56 qram, tədqiqata sərf edildi – 0.35 qram, qalıq 282.21 qram. Aparılmış ekspertizanın dəyəri 35.97 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 05 sentyabr 2024-cü il tarixli 1525 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş 07 ədəd ümumi təmiz çəkisi 282.56 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini Göyçay rayonu Ləkçıplaq kəndində faktiki istifadəsində olan torpaq sahəsində qanunsuz olaraq əkib yetişdirməklə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətdiyini, ailənin yeganə gəlir gətirən şəxs olmasını, himayəsində iki azyaşlı uşağın olmasını, cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 35.97 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan 282.21 qram olan çətənə bitkiləri və torpaq nümunələrində olan bitki hissəcikləri məhv edilməli və 01 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Xəqani oğlu Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Xəqani oğlunun məhkəmə baxışınadək həbsdə saxlandığı 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 1 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Xəqani oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs Xəqani oğlunun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Xəqani oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Xəqani oğlu yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 282.21 qram çətənə bitkiləri və torpaq nümunələrində olan bitki hissəciklər məhv edilsin və 01 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 35.97 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-74/2024
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-74/2024
24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver