Məhkəmə qərarları › İş №1(046)-75/2020

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-75/2020

06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-75/2020 06.10.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Ucar rayonu Yuxarı Şilyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işsiz, Ucar rayonu Yuxarı Şilyan kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək ona Bakı şəhəri Yasamal rayonu ərazisində Mənzil Dövlət İnşaat Agentliyi tərəfindən sosial layihə çərçivəsində inşa edilən evlərin birində 03 otaqlı mənzilin güzəştli şərtlərlə ucuz qiymətə sahibi olacağına dair yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən «AAAF» park yaşayış kompleksində Şahid1 vasitəsilə 2000 manat məbləğində, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən «AAAF» park yaşayış kompleksində yerləşən Məscidin yaxınlığında Şahid1 vasitəsilə 6000 manat məbləğində və xx.xx.2019cu il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən «AAAF» park yaşayış kompleksində Şahid1 vasitsəilə 218 manat olmaqla cəmi 8218 (səkkiz min iki yüz on səkkiz) manat məbləğində nəğd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 etibarından suiistifadə edərək ona Bakı şəhəri Yasamal rayonu ərazisində Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən sosial layihə çərçivəsində inşa edilən evlərin birində 03 otaqlı mənzilin güzəştli şərtlərlə ucuz qiymətə sahibi olacağına dair yalandan vəd verib aldadaraq inandırmış,xx.xx.2019-cu il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən «AAAF» park yaşayış kompleksində 5000 manat məbləğində, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən «AAAF» park yaşayış kompleksində Şahid1 vasitsəilə 3000 manat məbləğində və xx.xx.2019-cu il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən «AAAF» park yaşayış kompleksində Şahid1 vasitəsilə 218 manat olmaqla, cəmi 8218 (səkkiz min iki yüz on səkkiz) manat məbləğində nəğd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından suiistifadə edərək ona Bakı şəhəri Yasamal rayonu ərazisində Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən sosial layihə çərçivəsində inşa edilən evlərin birində 03 otaqlı mənzilin güzəştli şərtlərlə ucuz qiymətə sahibi olacağına dair yalandan vəd verib aldadaraq inandırmış,xx.xx.2019-cu il tarixdə Şahid1 vasitəsilə Abşeron rayonu Xırdalan şəhərində yerləşən «AAAF» park yaşayış kompleksində 2000 manat məbləğində, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən «AAAF» park yaşayış kompleksində Şahid1 vasitəsilə 6000 manat məbləğində və xx.xx.2019-cu il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən «AAAF» park yaşayış kompleksində Şahid1 vasitsəilə 218 manat olmaqla, cəmi 8218 (səkkiz min iki yüz on səkkiz) manat məbləğində nəğd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 etibarından suiistifadə edərək ona Bakı şəhəri Yasamal rayonu ərazisində Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən sosial layihə çərçivəsində inşa edilən evlərin birində mənzilə güzəştli şərtlərlə ucuz qiymətə sahibi olacağına dair yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2019cu il tarixdə Zərərçəkmiş şəxs6 yaşadığı Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 3 ünvanında 1500 ABŞ dolları ekvivalentində 2550 manat, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən «AAAF» park yaşayış kompleksində X1 vasitəsilə 1500 manat məbləğində və xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs6 yaşadığı Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 3 ünvanında 530 manat məbləğində, 2019-cu ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs6 yaşadığı Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 3 ünvanında 500 manat məbləğində, 2019cu ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs6 yaşadığı Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 3 ünvanında 170 manat məbləğində olmaqla, cəmi 5250 (beş min iki yüz əlli) manat məbləğində nəğd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs6 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X2 etibarından sui-istifadə edərək ona Bakı şəhəri Yasamal rayonu ərazisində Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən sosial layihə çərçivəsində inşa edilən evlərin birində 03 otaqlı mənzilin güzəştli şərtlərlə ucuz qiymətə sahibi olacağına dair yalandan vəd verib aldadaraq inandırmış,xx.xx.2019-cu il tarixdə Ucar rayonunda yerləşən tikinti mağazasının qarşısında 3250 manat məbləğində, xx.xx.2019-cu il tarixdə Ucar rayonunda yerləşən tikinti mağazasının qarşısında 2150 manat məbləğində, xx.xx.2019-cu il tarixdə Ucar rayonunda yerləşən tikinti mağazasının qarşısında 8000 manat məbləğində, xx.xx.2019-cu il tarixdə Ucar rayonunda yerləşən tikinti mağazasının qarşısında 1500 manat məbləğində, xx.xx.2019-cu il tarixdə Ucar rayonunda yerləşən tikinti mağazasının qarşısında 2330 manat məbləğində olmaqla, cəmi 17230 (on yeddi min iki yüz otuz) manat məbləğində nəğd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərərçəkmiş şəxs Rəfael Məhərrəmova xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edərək ona Bakı şəhəri Yasamal rayonu ərazisində Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən sosial layihə çərçivəsində inşa edilən evlərin birində 03 otaqlı mənzilin güzəştli şərtlərlə ucuz qiymətə sahibi olacağına dair yalandan vəd verib aldadaraq inandırmış,xx.xx.2019-cu il tarixdə ünvan 2 ünvanında 3520 manat məbləğində, xx.xx.2019-cu il tarixdə Göyçay şəhərində yerləşən mağazanın qarşısında 1340 manat məbləğində, xx.xx.2019-cu il tarixdə Ucar rayonu ərazisində yerləşən «dörd yol» deyilən yerdə 530 manat məbləğində, xx.xx.2019-cu il tarixdə Göyçay şəhərində yerləşən mağazanın qarşısında 3200 manat məbləğində və xx.xx.2019-cu il tarixdə saat 17 radələrində həmin ünvanda, yəni Göyçay şəhərində yerləşən mağazanın qarşısında 300 manat məbləğində olmaqala, cəmi 8890 (səkkiz min səkkiz yüz doxsan) manat məbləğində nəğd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri ərazisində Mənzil Dövlət İnşaat Agentliyi tərəfindən sosial evlər inşa edildiyindən məlumatlı olmuş, bir neçə dəfə həmin evlərin inşa edildiyi əraziyə baxmış, həmin evlərdə mənzil almaq üçün ilkin ödəniş olaraq 3200 manat ödəniş tələb olunduğunu öyrənmiş, sonradan həmin ərazidə ev alqı-satqısı fəaliyyəti ilə məşğul olan Nərimanla görüşən zaman ona bu barədə məlumat verib onun vasitəsilə zərərçəkmiş şəxsləri aldadıb pul əldə etməyi qərara almışdır. 2019cu ilin sentyabr ayında Nərimanla «AAAF» park yaşayış kompleksinin ərazisində görüşən vaxt ona Sosial Müdafiə Fondunda xalasının ərinin işlədiyini və həmin şəxsin vasitəsilə orada ilkin ödəniş 3200 manat ödəməklə 117 kvadrat metrlik evlər düzəldə biləcəyini bildirmiş, bir müddət keçdikdən sonra Şahid1 istifadəsində olan mobil telefon nömrəsinə zəng vuraraq onun tanışı Əlafətin onun təklif etdiyi şərtlərlə sosial ev almaq istədiyini və həmin şəxslə görüşdürəcəyini bildirmiş, görüşən zaman Əlafətə 3200 manat deyil, 8000 manat deməyini təklif etmiş və arada olan fərqi yəni 4800 manat pulu yarı böləcəklərini deyib onunla razılaşdığını, Nərimanın ona evi almaq istəyən Əlafətin hazırda gəmidə işlədiyini bildirmiş, təxminən xx xxxxxxxx 2019-cu il tarixdə Nəriman istifadəsində olan mobil telefona ona zəng vurub Əlafətdən 2000 manat pul aldığını və onunla görüşüb həmin pulları vermək istədiyini bildirmişdir. Bundan sonra onunla AAAF park yaşayış kompleksində məscidin qarşısında görüşmüş, həmin görüş vaxtı Nərimanın ona 2000 manat yüzlük əskinaslardan ibarət pulu verib həmin pulları Əlafətin evindən götürdüyünü, qalan məbləği də ertəsi gün Əlafətdən alıb verəcəyini bildirmişdir. Ümumilikdə Əlafətdən ona sosial mənzil düzəldəcəyi adı altında 8218 manat pul almışdır. Bundan sonra Əlafətin iş yoldaşı Səxavətdən ümumilikdə 8218 manat, Anardan ümumilikdə 8218 manat pul almışdır. Bundan sonra Tahirədən mənzil düzəltmək üçün 10000 manat pul istəmiş, Tahirədən ümumilikdə 5250 manat almışdır. Bundan başqa xx.xx.2019-cu il tarixdə Ucar rayonunda tikinti materialları satışı ilə məşğul olan X3 işlətdiyi mağazaya gedib ondan 1800-2000 manatlıq dəyərində tikinti materialları almış, xx.xx.2019-cu il tarixdə ona tikinti materialları lazım olduğu üçün yenidən Rəfailin işlədiyi yerə getmiş və həmin vaxt ona MİDA-da işlədiyini, sosial evlər tikdiklərini və ona MİDA-nın Bakı şəhəri Yasamal rayonu ərazisində inşa etdiyi binalarda mənzil və ya obyekt istəyəcəyi təqdirdə onun üçün düzəldə biləcəyini bildirmiş, Rəfailə bir mənzilin düzəlməsi üçün 5400 manat ilkin ödəniş tələb olunduğunu, 12 il müddətində isə hər ay 215 manat pul ödəməli olduğunu bildirmişdir. Həmin gün Rəfail ona MİDA-nın inşa etdirdiyi binalarda mənzil düzəltməyi üçün 3250 manat pul vermiş, təxminən 2-3 gün sonra Rəfail işlədiyi yerə gəlmiş və ondan mənzilə görə qalan pulu istəmiş, Rəfael ona pul əvəzində 2150 manatlıq tikinti materialları vermiş, bundan sonra Rəfaeldən ümumilikdə 17230 manat pul almışdır. Həmin vaxt Rəfail ona Göyçay şəhərində yaşayan bacanağı Samirin də MİDA-nın inşa etdirdiyi binalarda mənzil almaq istədiyini bildirmiş, Samirdən ümumilikdə 8890 manat pul almışdır. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədə zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə bacanağı X12 adlı bir nəfər tanışının vasitəsilə Bakı şəhərində yeni tikilmiş “sosial evlər”dən ev alacağını bildirmiş, Rəfael həmin evin 102 kvm olduğunu, Bakı şəhərində Yasamal rayonunda yerləşdiyini və sərfəli şərtlərlə Fərid adlı şəxsin vasitəsilə alacağını bildirmişdir. Həmin evin ucuz başa gəldiyini düşünüb ev almaq üçün bacanağı X4 da köməklik etməsini xahiş etmiş, Rəfaelin Fəridi onun görüşdürmüş, Fəridlə tanış olub ona da üç otaqlı ev almaqda kömək etməsini xahiş etmişdir. Fərid evin ümumi qiymətinin 40 000 (qırx min) manat olduğunu bildirərək, ilkin ödəniş kimi 3520 manat pul verməli olduğunu bildirmiş, həmçinin təxminən 1 ay sonra evin çıxarış sənədlərinin alınması üçün isə 1870 manat pul verməli olduğunu demişdir. Fərid həmin məbləği ödəyib, sənədləri aldıqdan sonra isə 14 il müddətində hər ay 215 manat ödəməli olduğunu bildirmişdir. Fəridə həmin pulu verərkən videoçəkilişlə verəcəyini və səsini yazacağını demiş, Fərid isə buna heç bir etiraz etmədiyini, həmin vaxt Fəridin ona Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) əməkdaşı olduğunu bildirmiş, xx xxxxxxx 2019-cu il tarixdə Fəridin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək 3520 manat pulun hazır olduğunu demiş, Fərid həmin gün saat 14:30-da onun yaşadığı evə gələrək, pulu ondan almışdır. xx xxxxxxx 2019-cu il tarixdə Fərid ona zəng edərək, həmin “sosial evlərin” hazır olduğunu, açılış edilməsi üçün ölkə rəhbərinin açılışda iştirak edəcəyini və ondan sonra dərhal satışların başlanacağını bildirərək, qalan 1870 manat pulu verməli olduğunu bildirmiş, xx xxxxxxx 2019-cu il tarixdə saat 16:15-də 1340 (min üç yüz qırx) manat pulu işlətdiyi mağazanın qarşısında Fəridə vermişdir. Ertəsi gün xx xxxxxxx 2019-cu il tarixdə Fərid yenə də ona zəng edərək, sənədləşmənin başa çatdığını, buna görə də qalan 530 manat pulu tələb etmiş, həmin vaxt pulunun olmadığını desə də, Fərid həmin pulun mütləq şəkildə ödənilməli olduğunu bildirdiyindən, bacanağı Rəfaellə danışıb, Fəridə 530 manat pul verməsini xahiş etmişdir. xx xxxxxxx 2019-cu il tarixdə bacanağı Rəfael həmin 530 manat pulu Ucar rayonunda yerləşən işlədiyi mağazada Fəridə vermişdir. Fərid dələduzluq yolu ilə ona məxsus ümumilikdə 8890 manat pulu ələ keçirmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs qismində ifadə vermiş X5 göstərmişdir ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə onun işlətdiyi mağazaya gələrək ona Mənzil İnşaat Dövlət Agentliyində işlədiyini, sosial evlərin tikintisi ilə məşğul olduğunu və MİDA-nın Bakı şəhəri Yasamal rayonu ərazisində inşa etdiyi binalarda mənzil və ya obyekt istəyirsə onun üçün düzəldəcəyini bildirmişdir. Həmin mənzillərin qiyməti ilə maraqlandıqda, Fərid bir mənzilin düzəlməsi üçün 5400 manat ilkin ödəniş tələb olunduğunu demiş və 12 il müddətində isə hər ay 215 manat pul ödəməli olduğunu bildirmişdir. Fəridlə razılaşaraq MİDA-nın inşa etdirdiyi binalarda mənzil düzəltməsi üçün ona 3250 manat pul vermişdir. 2-3 gün sonra Fərid onun işlətdiyi mağazaya gələrək ondan mənzilə görə qalan pulu tələb etmiş, Fəridlə razılaşaraq ona 2150 manat dəyərində tikinti materialları vermişdir. xx.xx.2019-cu il tarixdə Fərid ona məxsus tikinti materialları mağazasına gəlmiş və 400 manatlıq nisyə tikinti materialları götürmüş, həmin vaxt Fəriddən MİDA-nın inşa etdiyi Yasamal rayonunda yerləşən binalarda satılıq obyekt olub-olmadığını soruşduqda, Fərid də ona maraqlanıb deyəcəyini bildirmiş, həmin gün axşam saatlarında Fərid ona zəng vurub satılıq 68 m2 obyekt olduğunu, ilkin ödəniş kimi 8000 manat pul ödəmək lazım olduğunu, hər ay isə 4 il müddətində 350 manat pul ödənilməli olduğunu bildirdikdə həmin obyekti almağa razılaşmış, bu zaman Fəridə obyektə baxmaq istədiyini demişdir. Fərid ona Bakı şəhərində görüşməyi təklif etmiş, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayonunda MİDA tərəfindən inşa edilən binaların olduğu yerdə Fəridlə görüşmüş, bundan sonra birlikdə yeni inşa edilən binanın ərazisinə keçmişlər. Fərid inşa edilmiş 10-cu binanın birinci mərtəbəsində yerləşən obyekti göstərib onun üçün düzəldəcəyi obyektin həmin obyekt olduğunu bildirmişdir. xx.xx.2019-cu il tarixdə Fəridlə ona məxsus mağazada görüşmüş, həmin vaxt Fəridlə aralarında olan pulu hesablaşaraq Fəridin ona olan 4400 manat borcunu çıxmış, Fəridə obyektə görə 3600 manat pul vermişdir. Fəridə obyektin altında yerləşən zirzəmini də almaq istədiyini bildirmiş, xx.xx.2019-cu il tarixdə Fəridin ona zəng vurub zirzəmidə yerləşən obyektin qiymətini öyrəndiyini, 68 m2 obyektin ümumi dəyərinin 15000 manat, sənədlərinin düzəlməsi üçün isə 1500 manat pul tələb olunduğunu, obyektin ümumilikdə pulunun isə 2 il ərzində ödənilməli olduğunu dedikdə onunla razılaşaraq Fəridə 1500 manat pul vermişdir. Həmin vaxt Fəridlə söhbət əsnasında Ucar rayonunda dövlət tərəfindən qaçqınlar üçün şəhərcik tikildiyini və orada da onun üçün ev almaqda köməklik etməsini xahiş etmiş, xx.xx.2019-cu il tarixdə Fəridin ona zəng vurub Ucar rayonunda yerləşən qaçqın şəhərciyində məzilin qiyməti 15000 manat, sənədlərin düzəlməsi üçün 2330 manat pul tələb olunduğunu və mənzilin pulunu 6 aya vermək lazım olduğunu bildirmişdir. Bundan sonra Fəridə həmin mənzili də almaq istədiyini bildirmiş və buna görə ona 2330 manat pul vermişdir. Bundan başqa bacanağı Zərərçəkmiş şəxs1 MİDA tərəfindən Bakı şəhəri Yasamal rayonunda inşa edilən sosial evlərdən sərfəli şərtlərlə mənzil alacağını dedikdə Samirlə Zərərçəkmiş şəxs1 Ucar şəhərində yerləşən özünə məxsus mağazada görüşdürüb onunla tanış etmiş, orada Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üç otaqlı ev almaqda kömək etməsini xahiş etmişdir. Fərid mənzilin ümumi qiymətinin 40 000 (qırx min) manat olduğunu bildirərək, ilkin ödəniş kimi 3520 manat pul tələb etmiş, həmçinin təxminən 1 ay sonra evin çıxarış sənədlərinin alınması üçün isə 1870 manat pul verməli olduğunu bildirmişdir. Fərid həmin məbləği ödəyib sənədləri aldıqdan sonra isə 14 il müddətində hər ay 215 manat ödəməli olduğunu bildirmiş və Zərərçəkmiş şəxs1la razılaşmışdır. Samir Təqsirləndirilən şəxs 3520 (üç min beş yüz iyirmi) manat pul vermiş, bir neçə gün sonra isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 zəng edərək sənədləşmə üçün 1870 manat pulu indi verməli olduğunu bildirmiş, Samirin isə hazırda pulunun olmadığını demiş, Fərid ən azı 1340 manat verməli olduğunu bildirdiyi üçün xx xxxxxxx 2019-cu il tarixdə Samirin 1340 (min üç yüz qırx) manat pulu işlətdiyi mağazanın qarşısında Fəridə vermişdir. Fərid yenə də Samirə zəng edərək sənədləşmənin başa çatdığını, buna görə də qalan 530 manat pulu istəmişdir. Samir ona zəng vurub Fəridə 530 manat pul verməyini xahiş etmişdir. xx xxxxxxx 2019-cu il tarixdə Fəridə 530 manat pul vermişdir. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə Fəridin Abşeron rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutulduğunu öyrənmişdir.Fərid dələduzluq yolu ilə ona məxsus ümumilikdə 17230 manat pulu ələ keçirmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, 2019-cu ilin sentyabr ayında ev alqı-satqısı ilə məşğul olan Nəriman mobil telefona zəng vuraraq Bakı şəhəri Yasamal rayonu ərazisində inşa edilən Sosial evlərdə işləyən Fəridlə tanış olduğunu və Fəridin vasitəsi ilə ucuz qiymətə yəni ilkin ödəniş 8000 manat olmaqla hər ay 218 manat ödəməklə 117 kvadrat 03 otaqlı mənzil ala biləcəyini bildirmişdir. Nərimana onun təklif etdiyi evi almaq istədiyini, lakin hazırda 2000 manat pulunun olduğunu və həmin pulu AAAF yaşayış komplesinin ərazisində yerləşən Azər Poçtda işləyən arvadı X7 ala biləcəyini demişdir. Bundan sonra telefonla arvadı X8 zəng vurub Nərimana 2000 manat pul verməsini tapşırmış, həmin gün axşam saatlarında Nərimana zəng vurub yaşadığı komplesin ərazisində yerləşən parkda onunla görüşmüş, Nəriman yerdə qalan 6000 manat borcuna görə tanışı Fəridə zəng vurub əlavə vaxt istəmişdir. Fərid də ona 3 gün vaxt vermiş, Nərimanla söhbət edən zaman yanlarına Fərid gəlmiş, özünü Nərimanın dostu kimi təqdim edib, sosial evləri düzəltdiyini bildirmişdir. Həmin vaxt tanışı Zərərçəkmiş şəxs5 zəng vurub ona belə bir təklifin olduğunu demiş, bundan sonra Zərərçəkmiş şəxs5 Nərimanın telefon nömrəsini ondan istəmiş, ona nömrəni verdikdən sonra Səxavət Nəriman və Fəridlə telefonla danışmış, bundan sonra Zərərçəkmiş şəxs4 yaşadığı ünvana getmişdir. Orada Anara tanışı Nərimanın vasitəsilə Sosial evlərdə ev almaq mümkün olduğunu, əgər istəyirsə Fəridlə görüşdürə biləcəyini demiş, sonra Səxavət və Anarla birlikdə yaxınlıqda yerləşən kafeyə getmişlər. Kafedə Fəridlə görüşmüş, həmin vaxt Zərərçəkmiş şəxs5 onların yanında 5000 manat nəğd pulu Fəridə vermişdir. Anar da Nərimanla razılaşmış, 3 gün sonra Fəridə 2000 manat pul verəcəyini, qalan pulu da ödəyəcəyinə görə bir həftə vaxt istəmiş, həmin gün Səxavətin avtomobili ilə Anar, Fərid və Nərimanla birlikdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Sosial evlərin yerləşdiyi yerə Fəridin dəvəti ilə getmişlər. Fərid evlərin olduğu yeri onlara göstərmiş, hazırda evin açarları onda olmadığından mənzillərə baxa bilməyəcəklərini bildirmişdir. Həmin gün axşam saatlarında Səxavət onu və Anarı evə düşürən zaman ona 3000 manat pul vermiş, həmin pulu Nərimana verməsini xahiş etmişdir. Ertəsi gün Anarın yanında Nərimana 3000 manat Səxavətin pulunu, 6000 manat öz pulunu vermiş, eyni zamanda Anarın da 2000 manat pulu Nərimana vermişdir. Beləlikə ümumilikdə Nərimana 11000 manat nəğd pul vermişdir. xx.xx.2019-cu il tarixdə saat 20 radələrində yaşadığı evin yaxınlığında yerləşən parkda Anar Nərimana 3500 ABŞ dolları pul vermişdir. Fərid dələduzluq yolu ilə ona məxsus ümumilikdə 8218 manat pulu ələ keçirmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs4 göstərmişdir ki, Şahid1 qonşusu Zərərçəkmiş şəxs3 vasitəsilə tanımışdır. xx.xx.2019-cu il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı evə gəlmiş, söhbət əsnasında Əlafət ona Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Sosial yayaşış kompleksində 123 kvm 3 otaqlı ev satıldığını, həmin evi ilkin ödəniş 8000 manat ödəməklə hər ay 218 manat pul ödəməklə almaq olduğunu, eyni zamanda həmin evi Şahid1 vasitəsilə ala biləcəklərini bildirmiş, bundan sonra Əlafət və Səxavətlə birlikdə yaxınlıqda yerləşən kafeyə getmişlər. Nəriman və Fəridlə kafedə görüşmüş, Fərid onlara sosial mənzil haqqında məlumat vermiş və hazırda iki otaqlı mənzillərin qalmadığını, üç otaqlı mənzillərin olduğunu və həmin mənzilin də onların payına düşdüyünü, həmçinin həmin mənzilləri əldə etmək üçün ilkin olaraq 8000 manat pul ödəməyin şərt olduğunu bildirmişdir. Bundan sonra Fəridə həmin məbləğdə pulunun olmadığını, lakin yaxın günlərdə həmin məbləği düzəldə biləcəyini, hazırda isə 2000 manat pul verə biləcəyini demiş, Fərid də onunla razılaşıb qalan məbləği yəni, 6000 manatı 10 gün müddətində verməli olduğu barədə razılaşmışdır. Bundan sonra Fəridlə razılaşıb 2000 manatı ertəsi gün Nərimana verəcəyini demiş, həmin vaxt Səxavət onun və Əlafətin yanında 5000 manat nəğd pulu Fəridə vermişdir. Bundan sonra Əlafət, Fərid, Nərimanla birlikdə Səxavətin avtomobili ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Sosial evlər yaşayış kompleksinə getmişlər. Bundan sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ona məxsus ümumilikdə 8218 manat pulu ələ keçirmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs qismində ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs5 ifadəsindən görünür ki, xx.xx.2019-cu il tarixdə istifadəsində olan mobil telefona Zərərçəkmiş şəxs3 zəng vuraraq tanışı Nəriman adlı şəxsin ilkin ödəniş 8000 manat olmaqla 11 il 4 ay müddətinə hər ay 218 manat ödəməklə 3 otaqlı ev düzəltdiyini bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs3la razılaşmış və Əlafət, Anar, Fərid və Nərimanla birlikdə AAAF park yaşayış kompleksində yerləşən çayxanada görüşmüşlər. Həmin vaxt Nərimandan Fəridi necə tanıdığını və Fəridə cavabdeh olub-olmadığını soruşduqda Nəriman Fəridə cavabdeh olduğunu bildirmiş, həmçinin Fərid söhbət əsnasında onun xalası ərinin Dövlət Sosial Müdafiə Fondunda işlədiyini, onun köməkliyi ilə bu işləri düzəldəcəyini demişdir. Bundan sonra Nərimana həmin vaxt 5000 manat pulu nəğd olaraq vermişdir. Bundan sonra Fərid onları Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən sosial evlərin tikildiyi yerə aparmış, orada binanın qarşısında binanın 3-cü mərtəbəsində yerləşən mənzili ona, 5-ci mərtəbədə yerləşən mənzili Anara və Əlafətə, 6-cı mərtəbədə yerləşən mənzili isə Nərimana düzəldəcəyini bildirmişdir. Evlərə baxdıqdan sonra Xırdalan şəhərinə qayıtmışlar. Nəriman və Fəridi yolda düşmüş, Əlafət və Anarı yaşadıqları evə aparan zaman 3000 manat pulu onun yerinə Nərimana verməsi üçün Əlafətə vermişdir. Həmin gündən sonra Nərimanı və Fəridi görməmiş, lakin bir neçə dəfə telefon danışıqları olmuşdur. Fərid və Nəriman evi 2019-cu ilin oktyabr ayında düzəldəcəyinə söz vermiş, evlərin açılışı gecikdiyi üçün Nərimana və Fəridə zəng vurub evlərin nə səbəbə görə gec düzəldiyini soruşduqda, həmin vaxt Fərid evə görə ilkin 218 manat ödəniş istədiyini, həmin vaxt Əlafətlə birlikdə işdə olduqları üçün pulu Nərimana verdiklərini, lakin bu günə kimi Nəriman və Fəridin onlara sosial evlər düzəltmədiklərini və pullarını geri qaytarmadığını bildirmişdir. Zərərçəkmiş şəxs5 məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və ona dəymiş 8218 manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyi bildirmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs6 ifadəsindən görünür ki, 2019-cu ilin iyul ayında qızının əri Elman telefonla ona zəng vuraraq müdiri Təqsirləndirilən şəxs sosial evlər düzəltdiyini, əvvəlcədən həmin evlərin düzəldilməsi üçün 10000 manat pul tələb olunduğunu, həmin məbləği hissə-hisə və yaxud bütov şəkildə verməyin mümkün olduğunu bildirmiş, həmin söhbətdən iki gün sonra Elman və Fərid yaşadığı evə gəlnişlər. Həmin vaxt Fəriddən hansı evləri düzəldəcəyini soruşduqda Fərid ona MİDA- da xalasının əri işlədiyini, həmin şəxsin vasitəsilə ona sosial evlər düzəldəcəyini bildirmiş, eyni zamanda Fərid ondan evi düzəltmək üçün 10000 manat pul istəmişdir. Hazırda həmin məbləğdə pulunun olmadığını bildirmiş, təxminən iki gün sonra qohumlarından 1500 ABŞ dolları borc almış, 2019-cu ilin iyul ayının 25-də Fəridə zəng vurub 1500 ABŞ dolları və 100 manat pul düzəltdiyini demişdir. Həmin gün axşam saatlarında Fərid və Elman onun yaşadığı evə gələrək ondan kürəkəninin iştirakı ilə 1500 ABŞ dolları və 100 Azərbaycan manatı pul götürmüşlər. Həmin vaxt Fərid ona 2-3 min manat pul düzəltdikdən sonra sənədləri ona verəcəyini qalan pulları da hər ay ödəyəcəyini demişdir. xx.xx.2019-cu il tarixdə qızıllarını banka qoyaraq 2300 manat pul götürmüş, həmin puldan 1500 manatını Fəridə vermiş, xx.xx.2019-cu il tarixdə qızının əri Elmanla Fəridə 530 manat pul göndərmiş, təxminən 3-4 gün sonra Fərid yaşadığı evə gələrək ondan 500 manat pul götürmüş, bir neçə gün sonra Fəridə əlavə olaraq 170 manat pul vermişdir. Fəridə pul verdikdən sonra Fəridin ona sosial evə 2019-cu ilin sentyabr ayında köçə biləcəyi barədə verdiyi sözə əməl etməmiş, həmin vaxt tamam olduqda Fərid müxtəlif bəhanələr gətirərək, oktyabr ayında evlərin paylanacağını demiş, bundan sonra Fəridin onu aldatdığını bilib ondan pulunu tələb etmişdir. Fərid ona hər yerdə tanışlarının olduğunu və ona heç nə edə bilməyəcəyini bildirmiş, həmin zaman Fəridə ona pul verdiyi zaman çəkdiyi videoçəkilişi göndərmiş, bundan sonra Fərid ona zəng vuraraq ona verdiyi puldan 2440 manat pulu adına Kapital Banka göndərəcəyini demişdir. Bundan sonra Kapital Banka getmiş, 2440 manat pulu götürmüşdür. Pulu götürdükdən sonra Fərid ona “gördün mən səni aldatmırdım, əgər aldatsaydım pulu da qaytarmazdım, əgər istəsən pulu geri qaytar evi sənin üçün düzəldim narahat olma, əgər sosial ev düzətməyimi istəyirsənsə adam göndərəcəm həmin pulu verərsən ona” deyə bildirmişdir. Fərid ona göndərəcəyi şəxsin qara rəngli BMW markalı avtomobilin sürücüsü Nəriman adlı şəxs olacağını 2440 manat pulu Nərimana verməsini bildirmiş, həmin gün axşam saat 17 radələrində yaşadığı evin qarşısında qara rəngli BMW markalı avtomobilin sürücüsü Nərimana 2440 manat pulu vermişdir. Pulu yenidən Fəridə verməyinə baxmayaraq bu günə kimi onun üçün sosial evlərdə mənzil düzətməmişdir. Zərərçəkmiş şəxs6 məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və ona dəymiş 5250 manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 Sədrəddin oğlu göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Rusiya Federasiyasından Azərbaycana gəlmiş və oğlunun yaşadığı evi təmir etdirdiyini görmüşdür. Bundan sonra ailə üzvlərindən Fəridin haradan pul əldə etdiyini soruşduqda oğlu Təqsirləndirilən şəxs ona MİDA tərəfindən inşa edilən sosial evlərin satışı ilə məşğul olduğunu və satılan evlərdən ona pul verildiyini bildirmişdir. Eyni zamanda həyətdə ağ rəngli Mitsubishi Pajero markalı avtomobilin də olduğunu görüb bu barədə maraqlandıqda oğlu Fəridin ona avtomobili Rent Cardan icarəyə götürdüyünü, pulunu isə işlədiyi şirkət ödədiyini bildirmişdir. Fəridin sürücülük vəsiqəsi olmadığı üçün özünə qonşu Şahid3 da sürücü kimi işə götürdüyünü, xx.xx.2019-cu il tarixdə oğlunu Abşeron rayon Polis İdarəsinə çağırdıqlarını, bundan sonra oğlu Fəridin dələduzluq edərək bir neçə şəxsin pulunu ələ keçirdiyi məlum olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, 2019-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs zəng vurmuş, Fəridlə hal əhval tutduqdan sonra Fərid ona Sosial Müdafiə Nazirliyində işlədiyini və sosial evlər düzəltdiyini bildirmiş, həmin vaxt Fərid ona iş təklif etmişdir. Ertəsi gün Ucar rayonu Şilyan kəndinə getmiş, Fəridlə həyətlərində görüşmüş və Fəridin evlərində təmir işləri gördürürdüyünü görmüşdür. Fərid ona evində usta kimi işləməyi təklif etmiş, təxminən 1 aya yaxın usta kimi Fəridin evində işləmişdir. İşlədiyi vaxt ərzində Fərid ona 700 manat pul vermişdir. Eyni zamanda işlədiyi müddət ərzində Fərid ona sürücüsü kimi işlədiyi təqdirdə ona əlavə maaş verə biləcəyini bildirmiş, bundan sonra Fəridlə birlikdə Bakı şəhərinə getmişlər. Bakı şəhərində «Rent Car»dan «Kia Optima» markalı avtomobil götürmüş, avtomobili onun adına sənədləşdirmişlər. 2019-cu ilin noyabr ayının əvvələrində Fəridin ona Bakı şəhərinə getmək lazım olduğunu, Rəfail adlı şəxsə Bakı şəhərində obyekt götürəcəyini bildirmiş, Fəridlə birlikdə idarə etdiyi Mistubshi pajero markalı avtomobillə Bakı şəhəri Yeni Yasamal rayonu ərazisində inşa edilmiş Sosial evlərin yerləşdiyi yerə getmişlər. Avtomobili yaşayış kompleksin içərisinə sürmüş, bir neçə dəqiqə sonra Rafael adlı şəxs gəlmiş və Fərid ona əli ilə binaları göstərmişdir. Bir müddət keçdikdən sonra Fərid avtomobilə əyləşmiş, ondan nə baş verdiyini soruşduqda Fəridin ona Rafaelə iki ev və bir obyekt düzəltdiyini demişdir. Bundan sonra Ucar rayonuna qayıtmışlar. Bir müddət sonra isə Fəridi Abşeron rayon Polis İdarəsinə çağırmışlar. Bundan sonra ona məlum olmuşdur ki, Fərid bir neçə şəxsi dələduzluq yolu ilə aldatmış, onlara məxsus pulu ələ keçirmişdir.. Məhkəmədə şahid qismində ifadəsi elan olunmuş Şahid1 ifadəsindən görünür ki, Abşeron rayonu Xırdalan şəhərində yerləşən «AAAF» yaşayış kompleksində mühasib işləyərək maklerlik etmiş, orada işlədiyi müddət ərzində Zərərçəkmiş şəxs3 tanımışdır. Təxminən 2019-cu ilin iyul ayında Təqsirləndirilən şəxs ilə «AAAF» parkda tanış olmuş, 2019-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs ona yaxın qohumunun Dövlət Sosial Müdafiə Nazirliyində işlədiyini, əgər istəsə onun üçün mənzil düzəldə biləcəyini bildirmişdir. Həmin vaxt Fəriddən evin qiymətini soruşduqda Fərid ona böyük ölçülü mənzillərə görə 3200 manat ilkin ödəniş tələb olunduğunu, həmin məbləğdən yuxarı nə ala bilsə onlar üçün qazanc olacağını bildirmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə Əlafətə tanışı Təqsirləndirilən şəxs Dövlət Sosial Müdafiə Fondunda qohumunun işlədiyini, həmin şəxsin vasitəsilə Təqsirləndirilən şəxs ev düzəldə biləcəyini bildirmişdir. Bundan sonra Fəridə zəng vuraraq müştəri olduğunu və həmin müştəridən 8000 manat tələb edəcəyini bildirdikdə Fərid ona problem olmadığını, nə qədər istəyirsə deyə biləcəyini, xeyrin yarı böləcəklərini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 ona zəng vuraraq ona da ev düzəltməyini xahiş etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs zəng vuraraq ev istəyən olduğunu bildirmiş, bir neçə dəqiqə sonra Fərid ona zəng vuraraq 3200 manat ilkin ödəniş etsələr evi düzəldə biləcəyini bildirmişdir. Bundan sonra Əlafətə zəng vuraraq Fəridin dediklərini Əlafətə çatdırmış, Əlafət də hazırda həmin məbləğdə pulunun olmadığını və 2000 manat pulunun olduğunu bildirmişdir. Fəridə zəng vuraraq Əlafətin hazırda 2000 manat pulunun olduğunu bildirmiş, Fərid də “get 2000 manat pulu götür eybi yoxdur” demiş, daha sonra Əlafətin arvadı Əsmərin işlədiyi yerə gedib 2000 manat pulu götürmüşdür. Həmin gün günorta saatlarında Fəridə 2000 manat nəğd pulu «AAAF» park yaşayış kompleksində məscidin yanında vermiş, həmin gün axşam saatlarında Əlafətlə «AAAF» park yaşayış kompleksində gəzərkən Fərid onlara yaxınlaşmış, həmin vaxt Əlafəti Fəridlə tanış etmiş, Fərid Əlafətə yaxın qohumu Dövlət Sosial Müdafiə Fondunda işlədiyini, həmin şəxsin köməkliyi ilə Əlafət üçün 117 kvm ev düzəldə biləcəyini, evin ilkin ödənişi 8000 manat olduğunu, hər ay isə 16 il müddətinə 218 pul ödəməli olduğunu bildirmişdir. Eyni zamanda Əlafətin də Fəridə onun iş yoldaşına və dostuna orada mənzil düzəltmək istədiyini demiş, Fərid də onun iş yoldaşlarına da ev düzəldə biləcəyini bildirdiyindən Əlafət tanışı Anar və Səxavətə zəng vuraraq onlara bu barədə məlumat vermişdir. Bundan sonra telefonla Anar və Səxavət ev almağa razılaşmış, həmin gün axşam saat 23 radələrində Əlafət, Fərid, Anar və Saxəvətlə «AAAF» park yaşayış kompleksində «DALĞA» restoranında görüşmüş, Fərid bir daha Anar və Səxavətə onlara hansı şərtlərlə sosial evlər ala biləcəyini izah etmiş, Səxavət həmin vaxt 5000 manat pulu masanın üzərinə qoymuş, Fərid də həmin pulu götürüb sayıb ödənişlə bağlı qəbz verəcəyini bildirmiş, sonra Fərid onları Bakı şəhər Yasamal rayonu ərazisində inşa edilən sosial evlərə baxmağa aparmış, orada Fərid kompleksin ərazisinə daxil olaraq evlərin yerləşdiyi blokları və mənzilləri uzaqdan göstərmiş, bundan sonra Səxavətin avtomobili ilə Xırdalan şəhərinə gəlib orada ayrılmışlar. Bir həftə sonra Fərid ona zəng vurub Əlafətgildən 11000 manat pul götürməsini demiş, bundan sonra Əlafətin ona zəng vurub Fəridə çatdırması üçün ona pul vermiş və «AAAF park yaşayış kompleksində məscidin yanında Əlafət və Anarla görüşmüş, həmin zaman idarə etdiyi BMV markalı avtomobilin salonunda Əlafət ona 11000 manat pul vermiş, pulu aldıqdan sonra 11000 manat pulu bir neçə saat sonra Fəridə məscidin yanında vermişdir. Fərid həmin vaxt ona 400 manat pul vermiş, onun payına düşən puldan evinin ilkin ödənişi olaraq 3200 manat pulu çıxacağını, həmçinin söhbət əsnasında qohumu dövlətin balansında olan avtomobilləri satdığını, ilkin olaraq 3500 manat «Kia-Optima» markalı avtomobilə lazım olduğunu, onun payına düşən puldan orada verib ona maşın almaqda köməklik edəcəyini bildirmiş, sonradan da ona 400 manat pul verəcəyinə söz vermişdir. Bir müddət sonra Anardan «AAAF» yaşayış kompleksinin ərazisində yarısı ABŞ dolları, yarısı da Azərbaycan manatından ibarət ümumilikdə 6000 manat nəğd pul almış, həmin gün axşam saatlarında «AAAF» parkda Fəridin adını bilmədiyi xalası oğluna «Minkənd» restoranında puldan 425 manat götürüb qalan 5575 manat pulu sayıb vermişdir. Təxminən oktyabr ayının əvvəlləri Fərid Əlafət, Anar və Səxavətə zəng vurub evin aylıq ödənişi kimi 218 manat pul istədiyini, həmin pulu Əlafətin ona «AAAF» parkda verdiyini, bundan sonra 20 Yanvar metrosunun yaxınlığında yerləşən «HUQQA» restoranında Fəridi gözlədiklərini, Fəridin də ağ rəngli «Land-Gruicer» markalı avtomobillə gəlib onların yanına qalxıb 654 manat aylıqları və Anarın çatmayan 54 manat pulunu ümumilikdə isə 708 manat pulu ondan aldığını, 2019-cu ilin oktyabr ayının 16-da Fərid «Watsapp» sosial vasitəsi ilə ona, Anara, Əlafətə və Səxavətə sosial evlərin sahiblərinə verilməsinin linkini ataraq hamını təbrik edib yaxın günlərdə evlərinə köçəcəklərini bildirmiş, bundan sonra ona inanıb evlərin verilməsini gözləmiş, lakin bir müddət keçməsinə baxmayaraq evlər verilmədiyini və alıcıların Fəriddən öz evlərini tələb etməyə başladıqlarını bilmişdir. Fəridə zəng vurub pulları sahiblərinə qaytarmasını tələb etmiş, Fərid isə kim istəyirsə pulunu qaytaracağını, ev istəyənə isə ev verəcəyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə Fərid Əlafətə zəng vuraraq pullarının qaytarılacağını təklif etmiş və həmin gün Anar və Əlafət bir yerdə olarkən Fərid Əlafətə 3600 manat pul verdiyini, lakin Əlafətin pulu qəbul etməyib bu qədər məbləğdə pul vermədiklərini, pulun hamısını bir yerdə qaytarmalarını tələb etdiyini demişdir. Həmin gün Fəridə zəng vurub pul sahiblərindən Anarın 4000 manat pulundan qaytarılmasını tələb etmiş, Fərid də pulu qaytara bilməyəcəyini bildirmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından suiistifadə edərək ona Bakı şəhəri Yasamal rayonu ərazisində Mənzil Dövlət İnşaat Agentliyi tərəfindən sosial layihə çərçivəsində inşa edilən evlərin birində 03 otaqlı mənzilin güzəştli şərtlərlə ucuz qiymətə sahibi olacağına dair yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən «AAAF» park yaşayış kompleksində Şahid1 vasitəsilə 2000 manat məbləğində, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən «AAAF» park yaşayış kompleksində yerləşən Məscidin yaxınlığında Şahid1 vasitəsilə 6000 manat məbləğində və xx.xx.2019cu il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən «AAAF» park yaşayış kompleksində Şahid1 vasitsəilə 218 manat olmaqla cəmi 8218 (səkkiz min iki yüz on səkkiz) manat məbləğində nəğd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi, bundan başqa təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək ona Bakı şəhəri Yasamal rayonu ərazisində Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən sosial layihə çərçivəsində inşa edilən evlərin birində 03 otaqlı mənzilin güzəştli şərtlərlə ucuz qiymətə sahibi olacağına dair yalandan vəd verib aldadaraq inandırmış,xx.xx.2019-cu il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən «AAAF» park yaşayış kompleksində 5000 manat məbləğində, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən «AAAF» park yaşayış kompleksində Şahid1 vasitsəilə 3000 manat məbləğində və xx.xx.2019-cu il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən «AAAF» park yaşayış kompleksində Şahid1 vasitəsilə 218 manat olmaqla, cəmi 8218 (səkkiz min iki yüz on səkkiz) manat məbləğində nəğd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi, bundan başqa təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui- istifadə edərək ona Bakı şəhəri Yasamal rayonu ərazisində Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən sosial layihə çərçivəsində inşa edilən evlərin birində 03 otaqlı mənzilin güzəştli şərtlərlə ucuz qiymətə sahibi olacağına dair yalandan vəd verib aldadaraq inandırmış,xx.xx.2019-cu il tarixdə Şahid1 vasitəsilə Abşeron rayonu Xırdalan şəhərində yerləşən «AAAF» park yaşayış kompleksində 2000 manat məbləğində,xx.xx.2019-cu il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən «AAAF» park yaşayış kompleksində Şahid1 vasitəsilə 6000 manat məbləğində və xx.xx.2019-cu il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən «AAAF» park yaşayış kompleksində Şahid1 vasitsəilə 218 manat olmaqla, cəmi 8218 (səkkiz min iki yüz on səkkiz) manat məbləğində nəğd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi, bundan başqa təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 etibarından sui- istifadə edərək ona Bakı şəhəri Yasamal rayonu ərazisində Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən sosial layihə çərçivəsində inşa edilən evlərin birində mənzilə güzəştli şərtlərlə ucuz qiymətə sahibi olacağına dair yalandan vəd verib aldadaraq inandıraraq, xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs6 yaşadığı Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 3 ünvanında 1500 ABŞ dolları ekvivalentində 2550 manat, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən «AAAF» park yaşayış kompleksində X1 vasitəsilə 1500 manat məbləğində və xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs6 yaşadığı Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 3 ünvanında 530 manat məbləğində, 2019-cu ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs6 yaşadığı Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 3 ünvanında 500 manat məbləğində, 2019-cu ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs6 yaşadığı Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 3 ünvanında 170 manat məbləğində olmaqla, cəmi 5250 (beş min iki yüz əlli) manat məbləğində nəğd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs6 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi, bundan başqa təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X2 etibarından sui-istifadə edərək ona Bakı şəhəri Yasamal rayonu ərazisində Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən sosial layihə çərçivəsində inşa edilən evlərin birində 03 otaqlı mənzilin güzəştli şərtlərlə ucuz qiymətə sahibi olacağına dair yalandan vəd verib aldadaraq inandıraraq, xx.xx.2019-cu il tarixdə Ucar rayonunda yerləşən tikinti mağazasının qarşısında 3250 manat məbləğində, xx.xx.2019-cu il tarixdə Ucar rayonunda yerləşən tikinti mağazasının qarşısında 2150 manat məbləğində, xx.xx.2019-cu il tarixdə Ucar rayonunda yerləşən tikinti mağazasının qarşısında 8000 manat məbləğində, xx.xx.2019-cu il tarixdə Ucar rayonunda yerləşən tikinti mağazasının qarşısında 1500 manat məbləğində, xx.xx.2019-cu il tarixdə Ucar rayonunda yerləşən tikinti mağazasının qarşısında 2330 manat məbləğində olmaqla, cəmi 17230 (on yeddi min iki yüz otuz) manat məbləğində nəğd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərərçəkmiş şəxs Rəfael Məhərrəmova xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi, bundan başqa təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui- istifadə edərək ona Bakı şəhəri Yasamal rayonu ərazisində Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən sosial layihə çərçivəsində inşa edilən evlərin birində 03 otaqlı mənzilin güzəştli şərtlərlə ucuz qiymətə sahibi olacağına dair yalandan vəd verib aldadaraq inandırmış,xx.xx.2019-cu il tarixdə ünvan 2 ünvanında 3520 manat məbləğində, xx.xx.2019-cu il tarixdə Göyçay şəhərində yerləşən mağazanın qarşısında 1340 manat məbləğində, xx.xx.2019-cu il tarixdə Ucar rayonu ərazisində yerləşən «dörd yol» deyilən yerdə 530 manat məbləğində, xx.xx.2019cu il tarixdə Göyçay şəhərində yerləşən mağazanın qarşısında 3200 manat məbləğində və xx.xx.2019-cu il tarixdə saat 17 radələrində həmin ünvanda, yəni Göyçay şəhərində yerləşən mağazanın qarşısında 300 manat məbləğində olmaqala, cəmi 8890 (səkkiz min səkkiz yüz doxsan) manat məbləğində nəğd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməklə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmamasını, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlandığı 6 ay 19 gün müddət CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından cıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur . Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlandığı 6 ay 19 gün nəzərə alınmaqla təyin edilmiş azadlıqdan məhrumetmə cəzsından çıxılmaqla üzərində qəti cəza olaraq 03 il 11 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablansın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar