Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-75/2023 04.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, xüsusi ittihamçı X3 iştirakı ilə, X3 X2 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə işə Göyçay şəhərində məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X5 xüsusi ittiham qaydasında ərizə ilə müraciət edərək, X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət işi başlamaqla cinayət məsuliyyətinə cəlb edilərək ona cəza təyin edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət bu məhkəməyə aiddir. Xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.6-cı maddəsinin tələblərinə uyğun deyildir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsində şikayətin verildiyi yeri qeyd etməmişdir. Azərbaycan Respublikası CPM-nin 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer qeyd edilməlidir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul etməlidir . Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən X3 xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməlidir . Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 301, 302.2.3, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R V E R D İ: X3 xüsusi ittiham qaydasında X2 barəsində verdiyi şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi vaxtdan 20 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-75/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-75/2023
04.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver