Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-75/2024 19.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı2, Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində üç azyaşlı uşağı olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan, barəsində Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 03 ay “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda, yəni 0,925 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 0,34 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək üzərində saxlayıb daşımış, həmin psixotrop madənin bir hissəsini, yəni ümumi təmiz çəkisi 0,286 qram olan metamfetamini xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Göyçay şəhəri, 28 May küçəsində Şahid1 10 manat pul ödəmək ilə bağlı razılığa gələrək satmış, həmin tarixdə 12 radələrində Göyçay RPŞ-nin əməkdaşları tərəfindən tədbirləri nəticəsində Şahid1 Göyçay şəhəri, 28 May küçəsində saxlanılaraq RPŞ-nə gətirildikdən sonra, həmin tarixdə saat 12:50-dən 12:56-dək ünvan 3 ünvanında yerləşən Göyçay RPŞnin Növbətçi hissəsində üzərindəvideo-çəkiliş vasitəsi ilə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,286 qram, yəni xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, xx.xx.2024-cü il tarixdə saat 17:50 radələrində Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Göyçay şəhəri, M.Muradov küçəsində saxlanılaraq RPŞ-nə gətirildikdən sonra Növbətçi hissədə onun üzərində həmin tarixdə saat 18:32-dən 18:47-dək video-çəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi ilə saxladığı 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,268 qram, sağ ayağında olan qara rəngli ayaqqabının içərisindən gümüşü-ağ rəngli kağız bükümün içərisindəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,371 qram, ümumi təmiz çəkisi 0,639 qram, yeni xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, sağ ayağında olan ayaqqabının içərisindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,34 qram olan kusrat üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Bakı şəhərində olan zaman birlikdə usta işlədiyi və Vaqif adlı şəxslə söhbət etmiş, söhbət zamanı Vaqifə narkotik vasitə istifadə etmək istədiyini bildirmiş və narkotik vasitə tapmaqda ona kömək etməsini xahiş etmişdir. Vaqif ona narkotik vasitə və psixotrop maddə tapmaqda kömək etmiş və Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən 50 manat müqabilində 01 ədəd bükümdə psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə qurudulmuş marixuana alıb gətirmişdir. Bundan sonra qurudulmuş marixuanadan bir qədər istifadə etmiş, daha sonra Göyçay rayonuna gəlmiş, həmçinin 01 ədəd bükümdə olan patını hissə-hissə bölərək ümumilikdə 03 ədəd bükümə bölmüşdür. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Göyçay şəhəri 28 May küçəsində Raufla qarşılaşmış və bir qədər orada söhbət etmiş, Raufla təxminən 1-2 ildir ki, yaxından tanışdır və dostluq münasibətləri vardır, söhbət zamanı Rauf ona narkotik vasitə istifadə etmək istədiyini bildirmiş və ondan onun üçün narkotik vasitə verməsini xahiş etmiş, Raufun narkotik vasitə istifadə etdiyini bildiyi və onun dostu olduğu üçün Raufa özündə olan patıdan 01 bükümdə vermiş, lakin bunun müqabilində Rauf ona pul verməmiş, ona “məndə də olanda sənə verəcəm” deyə söyləmiş, o da Raufla razılaşmış, bundan sonra çıxıb getmiş, həmçinin qalan narkotik vasitə və psixotrop maddə onun üzərində qalmış, xx.xx.2024-cü il tarixdə təxminən saat 17:50 radələrində yaşadığı evin yerləşdiyi Göyçay şəhəri Mehman Muradov küçəsində olan zaman mülki geyimli 2 nəfər şəxs ona yaxınlaşmış, həmin şəxslər özlərini təqdim edərək Göyçay RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər, bundan sonra ona üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda, daşımaqda, istifadə etməkdə və satmaqda şübhəli olduğunu bildirmişlər, bundan başqa ona həmin məlumatın dəqiqləşdirilməsi üçün onlarla birlikdə Göyçay RPŞ-nə getməli olduğunu bildirmişlər, buna görə də polis əməkdaşları ilə birlikdə Göyçay RPŞ-nə gəlmiş, daha sonra şübhəli şəxs qismində tutulmuş və ona müdafiəçi təyin edilmiş, bundan sonra onun üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış, şəxsi axtarışın aparılması videoçəkiliş vasitəsi ilə qeydə alınmış, şəxsi axtarış başlandıqdan sonra ona bir daha hüquqları izah edilmiş, polis əməkdaşı ona üzərində olan əşyları bir-bir masanın üzərinə qoyaraq təqdim etməsini tapşırmış, bundan sonra həmin vaxt əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən özünə məxsus 01 ədəd “Redmi” markalı mobil telefonu, 01 ədəd bükümü, həmin şalvarın sol yan cibindən 01 ədəd dəsmal və 03 ədəd alışqan, həmin şalvarın sağ arxa cibindən evin açarları və 01 ədəd mismarı, əynində olan şalvarın sağ kiçik cibindən bükülmüş vəziyyətdə olan boş falqanı təqdim etmiş, daha sonra ayaqqabılarını çıxarmış və sağ ayaqqabısının içərisində gizlətdiyi daha 02 ədəd bükümü masanın üzərinə qoymuş, bundan sonra əməliyyat müvəkkili üzərində şəxsi axtarışı aparmış və həmin vaxt əynində olan göy rəngli köynəyin sol döş cibindən kağız parçası, “Bolluq marketə” aid olan bonus kartını götürərək masanın üzərinə qoymuş, həmçinin ona məxsus mobil telefonun kaburosu çıxarılan zaman telefonun araxasında saxladığı falqalar aşkar edilmiş, bundan sonra onun üzərindən aşkar edilərək götürülmüş bükümlər bir-bir açılmış, belə ki, həmin bükümlərdən 2 ədədinin içərisində ağ rəngli, kristal formalı maddə olması, digər bükümün içərisində isə yaşıl rəngli qurumuş halda olan bitki kütləsinin olması aşkar edilmiş, bundan sonra həmin bükümlər elektron tərəzidə çəkilmiş, kristal formalı maddənin olduğu bükümlərin çəkiləri müvafiq olaraq 0,56 qram və 0,46 qram, yaşıl rəngli bitki kütləsinin çəkisi isə 0,54 qram olmuş, bundan sonra həmin bükümlər polis əməkdaşı tərəfindən boş kağız zərfdə qablaşdırılmış və üzərinə möhür vurulmuş, o və müdafiəçisi həmin zərfin üzərini imzaları ilə təsdiq etmiş, bundan başqa onun üzərindən aşkar edilmiş falqalar da kağız zərfdə qablaşdırılmış və üzərinə möhür vurulmuş və müdafiəçisi ilə birlikdə həmin zərfin üzərini imzaları ilə təsdiq etmişdir.Törətdiyi əməldən peşmandır. İş üzrə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, 2024-cü ilin yanvar ayında narkotik vasitə qəbul etmək istəmiş, buna görə də tanışı olan Nadirə müraciət etmiş və Nadirdən ona narkotik vasitə tapmasını xahiş etmiş, Nadir də ona onda “patı” olduğunu bildirmiş və əgər istəsə həmin patıdan istifadə etmək üçün ona verə biləcəyini söyləmiş, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Göyçay şəhəri, 28 May küçəsində Nadirdən narkotik vasitə almışdır. Lakin həmin vaxt psixotrop maddəyə görə Nadirə 10 manat pul verməmidir. Belə ki, Nadir onun da narkotik vasitə istifadə etdiyini bilir və qarşlılıqlı olaraq bir birlərinə narkotik vasitə verməyə razılaşmışlar. Həmin vaxt Nadir ona 01 ədəd kağız bükümdə psixotrop maddə metamfetamin vermişdir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Göyçay şəhəri 28 May küçəsində olan zaman mülki geyimli 3 nəfər şəxs ona yaxınlaşmış, həmin şəxslər özlərini təqdim edərək Göyçay RPŞ-nin cinayət-axtarış bölməsinin əməkdaşları olduqlarını bildirmişlər, daha sonra onu RPŞ-nə dəvət etmişlər, polis əməkdaşları ilə birlikdə Göyçay rayon polis şöbəsinə gəlmiş, RPŞ-də üzərində “patı” olduğunu söyləmiş, bundan sonra şübhəli şəxs qismində tutulmuş, ona müdafiəçi təyin edilmiş, müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ona bir daha hüquqları izah edilmiş, polis əməkdaşı ondan üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmetin olub-olmadığını soruşmuş, həmçinin üzərində olan əşyları bir-bir masanın üzərinə qoyaraq təqdim etməyini tələb etmiş, polis əməkdaşının həmin tələbindən sonra həmin vaxt əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümü təqdim etmiş, bundan sonra üzərindən aşkar edilmiş 01 ədəd kağız büküm açılmış və içərisində psixotrtop maddə aşkar edilmiş, həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0,42 qram olmuş, daha sonra üzərindən aşkar edilmiş 01 ədəd kağız bükümdə olan maddə kağız zərfdə qablaşdırılaraq götürülmüş, zərfin üzərinə möhür vurulmuş və imzaları ilə təsdiq etmişlər, həmçinin ona məxsus mobil telefon da polis əməkdaşları tərəfindən götürülmüş, bundan sonra polis əməkdaşı ondan üzərindən aşkar edilərək götürülmüş kağız bükümün içərisindəki maddənin nə olmasını, haradan, nə vaxt və hansı məqsədlə əldə etdiyini soruşmuş, o da həmin maddənin “patı” olmasını, xx.xx.2024-cü il tarixdə tanışı Nadirdən aldığını söyləmiş, bundan sonra şəxsi axtarışın aparılması başa çatmış, şəxsi axtarışın aparılması videoçəkiliş vasitəsi ilə qeydə alınmış, şəxsi axtarışın aparılmasına dair protokol tərtib edilmiş və həmin protokolu imzaları ilə təsdiq etmişlər. İş üzrə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki,, Göyçay RPŞ-nin cinayət-axtarış bölməsinin əməliyyat müvvəkkili vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid4 ilə birlikdə Göyçay şəhəri ərazisinə xidmətə təyin edilmiş, həmin tarixdə təxminən saat 12 radələrində Göyçay şəhəri 28 May küçəsində olan zaman Şahid1 küçə ilə piyada gəlməsini görmüşlər, həmin şəxsin sağa-dola doğru baxır və özünü şübhəli aparmış, buna görə də Raufa yaxınlaşmış və özlərini təqdim edərək Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri olduqlarını bildirmişlər, Raufun ozunu şübhəli apardığına görə onlarla birlikdə RPŞ-nə getməli olduğunu izah etmişlər, Rauf onlarla razılaşmışdır. RPŞ-də olan zaman Şahid1 narkotik vasitə alüdəçisi olmasını bildirmiş, bundan sonra Şahid1 üzərində də narkotik vasitə və psixotrop maddə saxlaması və daşıması ehtimalı olduğundan Şahid2 tərəfindən raport tərtib edilmiş, daha sonra Şahid1 şübhəli şəxs qismində tutulmuş, daha sonra RPŞnin növbətçi hissəsində Şahid1 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarışın aparılması videoçəkiliş vasitəsi ilə qeydə alınmış, şəxsi axtarışda Şahid1 ilə birlikdə onun müdafiəçisi də iştirak etmiş, şəxsi axtarış zamanı təhqiqatçı Şahid1 hüquqlarını izah etmiş və üzərində olan əşyaları bir-bir masanın üzərinə qoyaraq təqdim etməsini təklif etmiş, bundan sonra Şahid1 həmin vaxt əynində olan qara rəngli şalvarın sol yan cibindn 01 ədəd qara rəngli mobil telefonu və həmin şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümü masanın üzərinə qoyaraq təqdim etmiş, daha sonra həmin kağız büküm açılmış və içərisində ağ rəngli, kristal formalı maddə olması aşakr edilmiş, təhqiqatçı Şahid1 həmin maddənin nə olmasını və haradan əldə etməsini soruşmuş, Şahid1 həmin maddənin “patı” adlanan narkotik vasitə olmasını və 10 manata Nadirdən özü istifadə etmək üçün aldığını bildirmiş, daha sonra həmin kağız büküm içərisində olan maddə ilə birlikdə elektron tərəzidə çəkilmiş, bundan sonra Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd kağız büküm içərisində olan maddə ilə birlikdə boş kağız zərfdə qablaşdırılmış, həmin zərfin üzəri möhürlə möhürlənmiş və imzalanmış, həmçinin Şahid1 məxsus 01 ədəd Redmi markalı mobil telefonda götürülmüş, daha sonra Şahid1 üzərində şəxsi axtarış həyata keçirilmiş, lakin onun üzərindən qeyd edilənlərəndən başqa hər hansı əşya və ya maddə aşkar edilməmiş, bundan sonra şəxsi axtarış başa çatmışdır. Bundan sonra həmin tarixdə icraatına Nadirin şəxsiyyətinin müəyyən edilməsi və təhqiqata gətirilməsinə dair əməliyyat tapşırığı daxil olmuş, tərəfindən keçirilmiş tədbirlər nəticəsində Nadirin xx.xx.1979-cu ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid5 ilə birlikdə Göyçay şəhəri, Mehman Muradov küçəsində olan zaman Təqsirləndirilən şəxs həmin küçədə olmasını görmüş, buna görə də dərhal Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri olduqlarını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs onlarla birlikdə RPŞ-nə gəlməli olduğunu bildirmiş, Təqsirləndirilən şəxs da onlarla razılaşaraq RPŞ-nə gəlmiş, RPŞ-də Təqsirləndirilən şəxs aidiyyəti üzrə növbətçi hissəyə təhvil vermişlər, daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış videoçəkiliş vasitəsi ilə qeydə alınmış, şəxsi axtarışda Təqsirləndirilən şəxs və onun müdafiəçisi də iştriak etmişlər, şəxsi axtarış zamanı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları bir-bir masanın üzərinə qoyaraq təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, 01 ədəd bükümü, həmin şalvarın sol yan cibindən 01 ədəd dəsmal, 02 ədəd 20 qəpiklik, 01 ədəd 50 qəpiklik sikkələri, 02 əəd 1 manatlıq pul əskinaslarını və 03 ədəd alışqan, həmin şalvarın sağ arxa cibindən evin açarları və 01 ədəd mismarı, əynində olan şalvarın sağ kiçik cibindən bükülmüş vəziyyətdə olan boş falqanı təqdim etmiş, daha sonra ayaqqabılarını çıxarmış və sağ ayaqqabının içərisindən 02 ədəd büküm aşkar edilmiş, həmin bükümlər masanın üzərinə qoyulmuş, bundan sonra əməliyyat müvəkkili Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışı aparmış, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli köynəyin sol döş cibindən kağız parçası, “Bolluq market”ə aid olan bonus kartını götürərək masanın üzərinə qoymuş, həmçinin Təqsirləndirilən şəxs məxsus mobil telefonun kaburosu çıxarılan zaman telefonun araxasında saxladığı falqalar aşkar edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükümlər bir-bir açılmış, belə ki, həmin bükümlərdən 2 ədədinin içərisində ağ rəngli, kristal formalı maddə olması, digər bükümün içərisində isə yaşıl rəngli qurumuş halda olan bitki kütləsinin olması aşkar edilmiş, bundan sonra həmin bükümlər elektron tərəzidə çəkilmiş, sonra həmin bükümlər boş kağız zərfdə qablaşdırılmış və üzərinə möhür vurulmuş, həmçinin Təqsirləndirilən şəxs və müdafiəçi həmin zərfin üzərini imzalamışlar, bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş falqalar da kağız zərfdə qablaşdırılmış və üzərinə möhür vurulmuş, Təqsirləndirilən şəxs və müdafiəçi həmin zərfin üzərini imzalamış, Təqsirləndirilən şəxs məxsus mobil telefon da götürülmüş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyalar onun özünə qaytarılmış, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mismar onun özünə xəsarət yetirmək ehtimalının olması səbəbi ilə ona qaytarılmamışdır. Məkhəmədə şahid qismində ifadə vermiş Şahid2, Şahid4, Şahid5 Şahid3 ilə eyni məzmunlu ifadə vermişlər. İş üzrə şahid qismində ifadə vermiş Şahid6 göstərmişdir ki, Göyçay RPŞ-nin KTQnin kiçik inspektoru vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə Göyçay RPŞ-də özünə məxsus xidməti otaqda olan zaman üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda və gəzdirməkdə şübhəli olduğu üçün Şahid1 şübhəli şəxs qismində tutulduğu və hazırda üzərində şəxsi axtarış aparılmalı olduğu bildirilmiş, buna görə də ona təhkim olunmuş videokamera ilə şəxsi axtarışı qeydə almaq üçün RPŞ-nin növbətçi hissəsinə yaxınlaşmış, daha sonra şəxsi axtarışın aparılmasına başlanılmış, şəxsi axtarışda Şahid1 ilə birlikdə onun müdafiəçisi də iştirak edirmiş, şəxsi axtarış zamanı təhqiqatçı Şahid1 hüquqlarını izah etmiş və üzərində olan əşyaları bir-bir masanın üzərinə qoyaraq təqdim etməsini təklif etmiş, bundan sonra Şahid1 həmin vaxt əynində olan qara rəngli şalvarın sol yan cibindn 01 ədəd qara rəngli mobil telefonu və həmin şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümü masanın üzərinə qoyaraq təqdim etmiş, daha sonra həmin kağız büküm açılmış və içərisində ağ rəngli, kristal formalı maddə olması aşakr edilmiş, təhqiqatçı Şahid1 həmin maddənin nə olmasını və haradan əldə etməsini soruşmuş, Şahid1 həmin maddənin “patı” adlanan narkotik vasitə olmasını və 10 manata Nadir adlı şəxsdən özü istifadə etmək üçün aldığını bildirmiş, daha sonra həmin kağız büküm içərisində olan maddə ilə birlikdə elektron tərəzidə çəkilmiş, bundan sonra Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd kağız büküm içərisində olan maddə ilə birlikdə boş kağız zərfdə qablaşdırılmış, həmin zərfin üzəri möhürlə möhürlənmiş və imzalanmış, həmçinin Şahid1 məxsus 01 ədəd Redmi markalı mobil telefonda götürülmüş, daha sonra Şahid1 üzərində şəxsi axtarış həyata keçirilmiş, lakin onun üzərindən qeyd edilənlərəndən başqa hər hansı əşya və ya maddə aşkar edilməmiş, həmçinin, xx.xx.2024- cü il tarixdə Göyçay RPŞ-də olan zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddələri saxlamqda, daşımaqda və satmaqda şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulması və üzərində şəxsi axtarış aparılmalı olmasını bildirmişlər, buna görə də ona təhkim olunmuş videokamera ilə şəxsi axtarışı qeydə almaq üçün RPŞ- nin növbətçi hissəsinə yaxınlaşmış, daha sonra şəxsi axtarışın aparılmasına başlanılmış, şəxsi axtarışda Təqsirləndirilən şəxs və onun müdafiəçisi də iştriak etmişlər, şəxsi axtarış zamanı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları bir-bir masanın üzərinə qoyaraq təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, 01 ədəd bükümü, həmin şalvarın sol yan cibindən 01 ədəd dəsmal, 02 ədəd 20 qəpiklik, 01 ədəd 50 qəpiklik sikkələri, 02 əəd 1 manatlıq pul əskinaslarını və 03 ədəd alışqan, həmin şalvarın sağ arxa cibindən evin açarları və 01 ədəd mismarı, əynində olan şalvarın sağ kiçik cibindən bükülmüş vəziyyətdə olan boş falqanı təqdim etmiş, daha sonra ayaqqabılarını çıxarmış və sağ ayaqqabının içərisindən 02 ədəd büküm aşkar edilmiş, həmin bükümlər masanın üzərinə qoyulmuş, bundan sonra əməliyyat müvəkkili Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışı aparmış, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli köynəyin sol döş cibindən kağız parçası, “Bolluq markefə aid olan bonus kartını götürərək masanın üzərinə qoymuş, həmçinin Təqsirləndirilən şəxs məxsus mobil telefonun kaburosu çıxarılan zaman telefonun araxasında saxladığı falqalar aşkar edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükümlər bir-bir açılmış, belə ki, həmin bükümlərdən 2 ədədinin içərisində ağ rəngli, kristal formalı maddə olması, digər bükümün içərisində isə yaşıl rəngli qurumuş halda olan bitki kütləsinin olması aşkar edilmiş, bundan sonra həmin bükümlər elektron tərəzidə çəkilmiş, sonra həmin bükümlər boş kağız zərfdə qablaşdırılmış və üzərinə möhür vurulmuş, həmçinin Təqsirləndirilən şəxs və müdafiəçi həmin zərfin üzərini imzalamışlar, bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş falqalar da kağız zərfdə qablaşdırılmış və üzərinə möhür vurulmuş, Təqsirləndirilən şəxs və müdafiəçi həmin zərfin üzərini imzalamış, Təqsirləndirilən şəxs məxsus mobil telefon da götürülmüş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyalar onun özünə qaytarılmış, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mismar onun özünə xəsarət yetirmək ehtimalının olması səbəbi ilə ona qaytarılmamışdır Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə X1 regional bölməsindən alınmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2- 17/681 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şahid1 üzərindən aşkar edilmiş maddə” yazısı, adlar və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,286 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Qeyd: 1. Metamfetaminin təmiz çəkisi 0.286 qr, tədqiqata sərf edildi – 0.050 qr, qalıq – 0.236 qr. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə X1 regional bölməsindən alınmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/685 saylı rəyindən görünür ki, xx.xx.2024-cü ildə tədqiqata təqdim olunmuş, üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər” yazısı, adlar və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki; 01 ədəd kağız bükümdə, təmiz çəkisi- 0,34 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır, 01 ədəd gümüşü rəngli kağız bükümdə və gümüşü-ağ rəngli kağızın içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri- 0,268 qram və 0,371 qram, ümumi təmiz çəkiləri- 0,639 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetmindir. Tədqiqata təqdim olunmuş, üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş falqalar” yazısı, adlar və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki gümüşü rəngli falqa kağızlarının üzərində narkotik vasitə və psixotrop maddə hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən götürülmüş 02 ədəd bükümdə olan metamfetaminlər ilə Şahid1 üzərindən götürülmüş 01 ədəd bükümdə olan metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Qeyd: a) Metamfetaminin təmiz çəkisi 0.34 qr, tədqiqata sərf edildi – 0.02 qr, qalıq – 0.32qr. b) Metamfetaminin təmiz çəkisi 0.268 qr, tədqiqata sərf edildi – 0.050 qr, qalıq – 0.218 qr. c) Metamfetaminin təmiz çəkisi 0.371 qr, tədqiqata sərf edildi – 0.050 qr, qalıq – 0.321 qr. ç) Metamfetaminin təmiz çəkisi 0.236 qr, tədqiqata sərf edildi – 0.050 qr, qalıq – 0.186 qr. Aparılmış tədqiqatı dəyəri 103.65 manat. Cinayət işi üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 16 sentyabr 2024-cü il tarixli 1558 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhklumuğu yoxdur. Cinayət işinə əlavə edilmiş Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş DVD disk görüntülərindən görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında xx.xx.2024-cü il tarixdə müdafiəçilərin iştirakı ilə üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Görüntülərdə Şahid1 xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Göyçay şəhəri, 28 May küçəsində Təqsirləndirilən şəxs 10 manat mübabilində 0,286 qram çəkidə psixotrop maddə metamfetamini aldığına dair razılıq əldə etdiklərini Təqsirləndirilən şəxs üzünə söyləmiş, Təqsirləndirilən şəxs Şahid1 dediklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilərkən, müdafiəçisi iştirak etmiş, ekspertizanın (Şahid1 üzərindən aşkar edilmiş psixotrop maddə ilə onun üzərindən aşkar edilmiş psixtrop maddənin tərkiblərinin eyni olması) təyin edilməsi ilə bağlı qərar və müvafiq ekspert rəyləri ilə tanış edilmiş, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında xx.xx.2024-cü il tarixdə müdafiəçilərin iştirakı ilə üzləşdirmə istintaq hərəkəti aparılmış, həmçinin iş materialları ilə müdafiəçisi Müdafiəçi iştirakı ilə tanış olmuş, müvafiq protokolları imzalamışdır. Həmçinin dindirmə zamanı, ifadələrin yerində yoxlanılması zamanı müdafiəçisi iştirak etmişdir. Həmçinin ibtidai istintaq zamanı dindirilmiş şahidlərdə ifadələrini öz imzaları ilə təsdiq etmiş, imzaların onlara məxsus olmasını məhkəmədə bildirmişlər. Göründüyü kimi ibtidai istintaq zamanı toplanmış sübutlar məhkəmə istintaqı zamanı ağlabatan əsaslarla təkzib olunmamış, onların qəbul olunmasının yolverilməzliyinə əsas olan bilən hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 125.8-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Qanunun bu müddəası ibtidai istintaq sübutlarının doğruluğu prezumpsiyasını nəzərdə tutur. Nə qədər ki, həmin sübutlar ağlabatan əsaslarla təkzib edilməyib onlar həqiqidir. Əgər şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən məhkəmə baxışı zamanı fərqli məzmunda (ziddiyyətli) ifadə verirsə əvvəlki ifadəsinin həqiqiliyini təkzib etmək onun üzərinə düşür. Bu təkzib əsaslı, ağlabatan olmalı, ona təzyiq və ya digər qanunsuz rəftarlar tətbiq edildiyinə istinad edirsə bunu sübut etməlidir. Hətda şəxs ifadəsini oxumadan imzaladığını qeyd edirsə belə onu təsdiq edən ağlabatan dəlil təqdim etməlidir. Lakin ibtidai araşdırma zamanı verdiyi ifadələrini məhkəmədə təkzib edən qeyd olunan şəxslərdən heç biri bunu təsdiq edən ağlabatan dəlil gətirə bilməmişdir. Bu da Təqsirləndirilən şəxs ilə Şahid1 məhkəmədə verdikəri ifadələrinin qeyri səmimiliyini, ibtidai istintaqın isə obyektivliyini tam təsdiq edir. Bununla yanaşı məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respulikası Cinayət Prosessual Məcəlləsinin “sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsindən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi 0.925 qram olan psixotrop maddə olan metafetaminin 0.286 qram hissəsini xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Göyçay şəhəri 28 May küçəsində tanışı Şahid1 10 manata qanunsuz olaraq satmaqla, psixotrop maddə olan metafetaminin qalan hissəsini yəni, 0.639 qramını ayrıayrı 02 ədəd bükümlərdə və 0.34 qram narkotik vasitə olan qurudulmuş marixuananı xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Göyçay şəhəri M.Muradov küçəsində üzərində saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il 2 №-li Qərarın 4 və 9-cu bəndlərində qeyd edilir ki, Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi peşman olmasını və himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 103.65 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. xx.xx.2024-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında qərardan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə maddi sübut kimi ittiham aktının arayış hissəsində qeyd edilmiş, Şahid1 üzərindən aşkar edilərək götürülümüş 0.286 qram psixotrop maddə olan metamfetamin və 69.10 manat ekspertiza xərci Şahid1 barəsində aparılan cinayət işinə aid edilməlidir. Buna görə də iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatından sonra Göyçay RPŞ-nin MSSK-da saxlanılan 0.725 qram psixotrop maddə olan metamfetamin və 0,32 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, video görüntü olan 02 ədəd DVD disklər cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 0.725 qram psixotrop maddə olan metamfetamin və 0,32 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, video görüntü olan 02 ədəd DVD disklər cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 103.65 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası maddi sübutlara və ekspertiza xərcinə dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №1(046)-75/2024
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-75/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver