Məhkəmə qərarları › İş №1(046)-75/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-75/2025

31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-75/2025 31.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Dövlət ittihamçısı2, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.1985-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyatda olmaqla Göyçay rayonu, Potu kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1996-cı ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində üç az yaşlı uşağı olan, məhkumluğu olmayan, Göyçay rayonu, Potu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda, yəni 8,23 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək üzərində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Göyçay RPŞ-nin əməkdaşları tərəfindən Göyçay rayonu, Potu kəndində saxlanılaraq RPŞ-nə gətirildikdən sonra, həmin tarixdə saat 12:43-dən 12:54-dək ünvan 3 ünvanında yerləşən Göyçay RPŞnin Növbətçi hissəsində üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan mavi rəngli gödəkcənin sol yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 8,23 qram, yəni xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.Bundan başqa özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə 2025-ci ilin fevral ayında istintaqla dəqiq müəyyən edilməyən gündə və saatda Göyçay rayonu, Hüngütlü kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus bağ sahəsinin kənarında çəkilmiş çəpərin üzərindən aşmaqla qanunsuz daxil olub həmin bağ sahəsində torpağa əkilmiş hər birinin dəyiri 6 manat olan 210 ədəd calaq edilmiş xurma ağacını torpaqdan çıxarmaqla gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1260 manat maddi ziyan vurmuşdur. Bundan başqa təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə 2025-ci ilin mart ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməyən gündə və saatda Göyçay rayonu Ulaşlı- Şıxlı kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus bağ sahəsinin kənarında çəkilmiş çəpərin üzərindən aşmaqla qanunsuz daxil olub həmin bağ sahəsində torpağa əkilmiş hər birinin dəyəri 5 manat olan 210 ədəd calaq edilmiş xurma ağacını torpaqdan çıxarmaqla gizli olaraq talayıb oğurlamaqla zərərçəmkiş Zərərçəkmiş şəxs2 1050 manat maddi ziyan vurmuşdur.Bundan başqa təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2025-ci ilin mart ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməyən gündə və saatda Göyçay rayonu Potu kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus bağ sahəsinin kənarında çəkilmiş məftil çəpərin üzərindən aşmaqla qanunsuz daxil olub həmin bağ sahəsində torpağa əkilmiş hər birinin dəyəri 5 manat olan 40 ədəd calaq edilmiş xurma ağacını torpaqdan çıxarmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 200 manat maddi ziyan vurmuşdur. Bundan başqa təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə 2025-ci il mart ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməyən gündə və saatda Göyçay rayonu Potu kəndində yerləşən Zərərçəkmiş şəxs4 məxsus bağ sahəsinin kənarında çəkilmiş çəpərin üzərindən aşmaqla qanunsuz daxil olub həmin bağ sahəsində torpağa əkilmiş hər birinin dəyəri 4 manat olan 30 ədəd calaq edilmiş xurma ağacını torpaqdan çıxarmaqla gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 120 manat maddi ziyan vurmuşdur. Bundan başqa təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Göyçay rayonu Potu kəndində yerləşən Zərərçəkmiş şəxs5 məxsus bağ sahəsinin kənarında çəkilmiş məftil çəpərin qapısını açmaqla qanunsuz daxil olub həmin bağ sahəsində torpağa əkilmiş hər birinin dəyəri 6 manat olan 78 ədəd calaq edilmiş xurma ağacını torpaqdan çıxarmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 468 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2025-ci ilin mart ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməyən gündə və saatda Göyçay rayonu Potu kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus bağ sahəsinin kənarında çəkilmiş məftil çəpərin üzərindən aşmaqla qanunsuz daxil olub həmin bağ sahəsində torpağa əkilmiş hər birinin dəyəri 5 manat olan 40 ədəd calaq edilmiş xurma ağaclarını torpaqdan çıxarmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 200 manat maddi ziyan vurmuşdur. Bundan başqa təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Göyçay rayonu Potu kəndində yerləşən Zərərçəkmiş şəxs5 məxsus bağ sahəsinin kənarında çəkilmiş məftil çəpərin qapısını açmaqla qanunsuz daxil olub həmin bağ sahəsində torpağa əkilmiş hər birinin dəyəri 6 manat olan 78 ədəd calaq edilmiş xurma ağaclarını torpaqdan çıxarmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 468 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərimişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində yaşadığı Göyçay rayonu Potu kəndindən Göyçay çayının kənarında narkotik vasitə tapmışdır. 13 fevral 2024-cü il tarixdə saat 11 radələrində yaşadığı Göyçay rayonu Potu kəndində yerləşən “Al market” in yaxınlığında küçədə olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq Göyçay RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər, bundan sonra ona üzərində narkotik vasitə saxlaması, daşıması və istifadə etməsi barədə onlarda məlumat olduğunu bildirərək onu Göyçay RPŞ-nə dəvət etmişlər, polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmiş, RPŞ-də ona hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, bundan sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, RPŞ-nin növbətçi hissəsində onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşı ona üzərində olan əşyaları bir-bir masanın üzərinə qoyaraq təqdim etməyi təklif etmiş, polis əməkdaşı ilə razılaşmış, bundan sonra həmin vaxt əynində olan mavi rəngli gödəkcənin sol yan cibindən 01 ədəd kağız bükümü, əynində olan cins şalvarın sol arxa cibindən özünə məxsus “Redmi” markalı mobil telefonu masanın üzərinə qoyaraq təqdim etmiş, daha sonra isə polis əməkdaşı üzərində şəxsi axtarış aparmış, bu zaman onun əynində olan gödəkcənin sağ yan cibindən 01 ədəd Vinçestr markal siqaret qutusu və 01 ədəd alışqan, əynimdə olan cins şalvarın sağ yancibindən 1 manatlıq pul və 5 manatlıq əskinasları və dəmir pullar aşkar edilmiş, bundan sonra üzərindən aşkar edilmiş 01 ədəd kağız büküm elekron tərəzidə çəkilmiş və çəkisi 10,28 qram olmuş, üzərindən aşkar edilmiş kağız bükümdə olan bitki kütləsinin tərkibinin və təmiz çəkisinin müəyyən edilməsi üçün həmin büküm içərisindəki bitki kütləsi ilə birlikdə boş kağız zərfdə qablaşdırılmış və üzərinə möhür vurulmuş, həmçinin zərfin üzərini imzalamış, bundan başqa üzərindən aşkar edilmiş mobil telefonda qablaşdırılaraq üzərinə möhür vurulmuş, həmçinin zərfin üzərini imzalamış, daha sonra üzərindən aşkar edilərərk götürülmüş digər əşyalar onun özünə qaytarılmış, bundan sonra şəxsi axtarış başqa çatmış, şəxsi axtarışın aparılmasına dair protokol tərtib edilmiş və heç bir etirazı olmadığı üçün həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs2 həmkəndlisidir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə mobil telefonda danışan zaman pulsuzluq barədə söhbət edərək bağ sahələrindən calaq oğurlayıb satmaq qərarına gəlmişlər, bundan sonra Təqsirləndirilən şəxs2 ona yaşadıqları Potu kəndinin ərazisində Zərərçəkmiş şəxs5 Ağacəfər oğluna məxsus bağ sahəsinin olduğunu və həmin bağ sahəsində təzəlikcə xurma ağaclarının calaqlarının əkildiyini söyləmiş, həmçinin Zərərçəkmiş şəxs5 məxsus bağ sahəsindən xurma calaqlarını oğurlamağı ona təklif etmiş, buna görə də xx.xx.2025-ci il tarixdə təxminən saat 20 radələrində hava qaraldıqdan sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs5 məxsus bağ sahəsinə getmiş, həmin bağ sahəsinin olduğu yeri bildirmiş, həmin bağ sahəsini ona Təqsirləndirilən şəxs2 göstərmiş, həmin bağ sahəsinə çatıqda bağ sahəsinin kənarlarının məftil ilə çəpərə alındığını görmüşlər, buna görə də həmin məftillərin altından bağ sahəsinə daxil olmuşlar, həmin bağ sahəsinin ətrafında yaşayış olmamış, hava qaranlıq olduğu üçün kənardan da onları heç kim görməmiş, buna görə də hər ikisi birlikdə bağ sahəsində təzəlikcə əkilmiş olan xurma ağacının calaqlarını kökündən olmaqla torpaqdan çıxrıb toplamış, sonra həmin daqları bağ sahəsindən Potu kənd qəbiristanlığına tərəf gətirmişlər, daha sonra isə ağac calaqlarını özü ilə gətirdiyi qayçı vasitəsi ilə baş hissələrini kəsmiş, Təqsirləndirilən şəxs2 isə özü ilə gətirdiyi ip vasitəsi ilə ağacları toplayıb ortadan bağlamış, Zərərçəkmiş şəxs5 məxsus bağ sahəsindən ümumilikdə 61 ədəd xurma ağacının calaqlarını kökündən olmaqla torpaqdan çıxrdıb oğurlamışlar, bundan sonra xx.xx.2025-ci il tarixdə günorta saatlarında əvvəllər həbsdə olan zaman tanış olduğu Cavidlə söhbət edən zaman Cavidin ona çalaq almaq istəyən şəxs olduğunu söyləyərək satılıq calaq yerini bilib-bilmədiyini soruşması yadına düşmüş, buna görə də calaqları oğurladıqdan sonra Cavidə zəng etmiş və Cavidə satılıq xurma ağaclarının calaqlarının olduğunu söyləmiş, həmçinin Cavidə calaqların Göyçay rayonu Potu kənd qəbiristanlığının yaxınlığında, soyuducu anbar tərəfdə olduğunu bildirmiş, təxminən saat 22 radələrində Cavid özünə məxsus idarə etdiyi VAZ2106 markalı avtomobil ilə onun söylədiyi yerə gəlmiş, həmin vaxt orada o və Valeh olmuş, Cavidə calaqları aldığını və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmiş, bundan sonra Cavid ona calaq alamaq istəyən şəxslərin Ağdaş rayonunda yerləşən bazarda olduğunu və Ağdaş rayon bazarına gedərək ağacları sata biləcəyini söyləmiş, o da Cavidlə razılaşmış, bundan sonra Valeh ilə birlikdə Zərərçəkmiş şəxs5 məxsus bağ sahəsindən oğurlayaraq 4 topa olmaqla belini bağlayıb saxladığı 61 ədəd xurma ağacının calaqlarını Cavidin idarə etdiyi VAZ2106 markalı avtomobilin salonuna yığmış, daha sonra isə Valeh oradan yaşadığı evə getmiş, Cavid ilə birlikdə calaqları satmaq üçün Ağdaş rayonuna getmək məqsədi ilə yola düşmüş, avtomobili Cavid idarə etmiş, təxminən Göyçay rayonu Mirzəhüseynli kəndinin ərazisində Şirvan kanalının üzərində olan zaman Cavid avtomobili saxlamış, lakin avtomobili nəyə görə saxlaması barədə heç bir söz deməmiş, bundan bir neçə dəqiqə sonra Göyçay rayon polis şöbəsinin əməkdaşları onlara yaxınlaşmış, həmin polis əməkdaşları onlardan calaqları haradan əldə etdiklərini və hara apardıqlarını soruşmuş, onlara calaqları Potu kəndə yerləşən bağ sahəsindən oğurladığını bildirmiş, bundan sonra onları Göyçay RPŞ-nə gətirmişlər, polis şöbəsində izahatı alınan zaman ondan başqa hər hansı bir yerdən oğurluq edib- etmədiyini soruşmuşdurlar. Polis əməkdaşına 2025-ci ilin fevral ayında hazırda dəqiq olaraq xatırlamadığı tarixdə Göyçay rayonu Hüngütlü kəndində yerləşən sahibini tanımadığı bağ sahəsindən 137 ədəd xurma ağacının calaqlarını özü tək kökündən çıxarmaqla topladığını, daha sonra həmin calaqları Göyçay rayonunda yerləşən “mal bazarında” satdığını bildirdiyini, bundan başqa Ulaşlı Şıxlı kəndində yerləşən sahibini bilmədiyi bağ sahəsinin olduğunu görərək təxminən 2025ci ilin mart ayının əvvəllərində hazırda dəqiq olaraq xatırlamadığı tarixdə həmin bağ sahəsinə axşam saatlarında özünün tək 120 ədəd xurma ağacının calaqlarını kökündən çıxardaraq topladığını, sonra həmin calaqları iplə bağlayıb həmin calaqları da Göyçay rayonunda yerləşən “mal bazarında” tanımadığı şəxsə satdığını, həmçinin polis əməkdaşlarına tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə 2025-ci ilin mart ayının əvvəllərində hazırda dəqiq olaraq xatırlamadığı tarixdə saat 20 radələrində Göyçay rayonu Potu kəndində yerləşən həmkəndlisi Cavidə məxsus bağ sahəsindən 40 ədəd xurma ağacının calaqlarını oğurladığını da bildirmiş, bundan başqa xx.xx.2025-ci il tarixdə saat 18 radələrində özü tək Göyçay rayonu Potu kəndində yerləşən lakin sahibini tanımadığı bağ sahəsindən də 30 ədəd xurma ağacının calaqlarını kökündən çıxarmaqla oğurladığını söyləmişdir.Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərimişdir ki, Təqsirləndirilən şəxs1 həmkəndlisidir, münasibətləri yaxşı olmuşdur. Famil ona zəng edərək pula ehtiyacının olduğunu bildirərək Potu kəndində yerləşən bağ sahələrindən calaq oğurlamağı təklif etmiş, lakin əvvəlcə Familə etiraz etmiş, buna baxmayaraq Təqsirləndirilən şəxs1 yenə də ona zəng edərək yenə də calaq oğurlamağı təklif etmiş, Təqsirləndirilən şəxs1la razılaşmış, bundan sonra 2025-ci ilin mart ayının əvvəllərində saat 20 radələrində Təqsirləndirilən şəxs1la görüşmüş, bundan sonra yaşadıqları Göyçay rayonu Potu kəndində yerləşən həmkəndlisi Cavidə məxsus bağ sahəsinə getmiş, Cavidin bağ sahəsi onun yaşadığı evin həyətyanı sahəsi ilə qonşuluqda yerləşir, havanın qaranlıq olması və kənarda heç kimin olmamasından istifadə edərək Cavidə məxsus bağ sahəsinə daxil olmaqa qərar vermişlər, Cavidə məxsus bağ sahəsinin kənarı məftil ilə çəpərə alınmış, onlar da bağ sahəsinə həmin çəpərin altından daxil olmuşlar, bundan sonra həmin bağ sahəsində əkilmiş xurma ağacının təzə əkilmiş calaqlarını köknüdən çıxararaq toplamışlar, bundan sonra onlar kökündən çıxardıqları calaqları bağ sahəsinin kənarında bir yerə toplamışlar, həmin vaxt ümumilikdə 40 ədəd calaq oğurlamışlar, daha sonra Famil özü ilə gətirdiyi qayçı ilə calaqların baş hissəsini kəsmiş və calaqları bir yerə topalayaraq belini ip ilə bağlamış, bundan sonra isə həmin calaqları özü ilə aparmış, yaşadığı evə getmiş, bundan sonra calaqları Familin hara apardığını bilməmiş, Famil pulu olmadığı üçün calaqlara ehtiyacının olduğunu bildirmiş, sonra xx.xx.2025-ci il tarixdə təxminən saat 19:30 radələrində Famil ona zəng edərək onunla işinin olduğunu bildirərək onun yaşadığı evə tərəf gəlməyini xahiş etmiş, Familin yaşadığı getmiş, sonra Famil ilə Potu kəndində küçədə görüşmüş, bu zaman Famil ona yenə də gedib calaq oğurlamağı təklif etmiş, lakin calaqları haradan oğurlayacaqları barədə heç bir söz deməmiş, bundan sonra Potu kənd qəbiristanlığının kənarı ilə bağ sahələrinə tərəf piyada getmişlər, qəbiristanlığın yaxınlığında olan bağ sahəsində yeni xurma calaqlarının əkildiyini görmüşlər, buna görə də elə həmin bağ sahəsindən calaqları oğurlamaq qərarına gəlmişlər, bundan sonra ətrafda heç kimin olmamasını və havanın qaranlıq olduğunu bildikləri üçün bağ sahəsinə bağın giriş qapısı tərəfdən daxil olmuşlar, bundan sonra biz sahəsindən xurma ağacının calaqlarını çıxarmağa başlamışlar, 11 ədəd calağı kökündən olmaqla torpaqdan çıxarmış, bundan sonra bağ sahəsinin kənarına gedərək özü ilə gətirdiyi iplə calaqları toplayaraq bağlamağa başlamış, həmin bağ sahəsindən təxminən 70-dən çox calağı oğurlamışlar, Famil yenə də özü ilə gətirdiyi bağ qayçısı ilə calaqların baş hissəsini kəsmiş, daha sonra Famil onun yanında tanışı olan bir şəxsə zəng etmiş, Famil ona zəng etdiyi şəxsin əvvəllər həbsdə onunla birlikdə olduğunu bildirmiş, bundan təxminən 10-15 dəqiqə sonra VAZ 2106 markalı avtomobil ilə bir nəfər şəxs gəlmiş, o, həmin vaxt onlardan təxminən 15-20 metr aralı məsafədə dayanmış, bundan sonra Famil calaqları avtomobilin salonuna yığmış, sonra isə onlar ikisi də avtomobil ilə getmişlər.Törətdiyi əməmildən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs5 göstərmişdir ki, Göyçay rayonu Potu kəndində yerləşən 1 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsində özünə bağ salmış, belə ki, qeyd edilən torpaq sahəsində meyvə ağacları əkməyi qərara almış, bundan sonra 2025-ci ilin fevral ayının əvvəllərində qayını X3 ilə birlikdə Göyçay rayonu Qarabaqqal kəndində yerləşən Göyçay rayonu mal bazarına gedərək oradan ümumilikdə 160 ədəd xurma ağacının calaqlarının hər birini 7 manatdan olmaqla satın almış, daha sonra həmin xurma ağacının calaqlarını özünə məxsus bağ sahəsində əkmişlər, Bakı şəhərində yaşadığı üçün bağ sahəsinə nəzarət etməsini qayını X1 tapşırmış, qayını Rəfayıl Nəcəfov da hərdən bir bağ sahəsinə gedərək ağaclara baxımış və suvarmışdır. 12 mart 2025-ci il tarixdə təxminən saat 09 radələrində qayını Rəfayıl Nəcəfov ona zəng edərək bağ sahəsində əkmiş olduqları xurma ağacının calaqlarından 78 ədəd calağın naməlum şəxs və ya şəxslər tərəfindən torpaqdan çıxarılaraq oğurlanmasını bildirmiş, buna görə də o, qayını Rəfayıl Nəcəfova Bakı şəhərində olduğunu və Göyçay rayonuna gec gələcəyini bildirərək bu barədə polisə müraciət etməsini tapşırmış, bundan sonra da qayını Rəfayıl Nəcəfov ərizə ilə Göyçay rayon polis şöbəsinə müraciət etmişdir. Ona məxsus bağ sahəsində əkilmiş calaqların hər biri xurma ağacının calaqları olmuşdur, hündürlüyü torpaqdan 1.2 metr - 1.3 metr hündürlükdə olmuş, oğurlanmış calaqların sayı 78 ədəddir, 1 ədədini 7 manata almış, oğurlanmış ağacların ümumi dəyəri isə 546 manat olmuş, ona məxsus bağ sahəsinin kənarları məftil çəpər ilə bağlı olmuşdur. Hazırda ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs5 teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Göyçay rayonu Potu kəndində 0,88 ha torpaq sahəsi vardır. O, həmin torpq sahəsində bağ salaraq 2025-ci ilin yanvar ayında 40 ədəd xurma ağacının calaqlarını əkmiş, həmin bağ sahəsinə əkmək üçün ağaclarının calaqlarını 2025-ci ilin əvvəllərində hazırda dəqiq olaraq xatırlamadığı tarixdə Göyçay rayonu Qarabaqqal kəndində yerləşən “mal bazarı” adlanan bazardan tanımadığı şəxsdən 1 ədədini 5 manat 50 qəpik müqabilində satın almış, ağacları bağ sahəsinə əkdikdən sonra mütəmadi olaraq bağ sahəsinə gedərək ağaclara qulluq etmiş, həmçinin bağ sahəsinə nəzarət etmişdir, sonuncu dəfə o, xx.xx.2025-ci il tarixdə bağ sahəsinə getmiş, həmin gün bağ sahəsində bir qədər işləmiş, ağacların hər birinə baxmış və inkişaf etmələrini görmüş, həmin gün onun əkmiş olduğu 40 ədəd xurma ağacının calaqlarının hər biri ona məxsus bağd əkilmiş və inkişaf etmiş vəziyyətdə olmuş, ona məxsus bağdan heç bir ağac oğurlanmamış, bundan sonra xx.xx.2025- ci il tarixdə bağ sahəsinə gedib baxanda təzə əkmiş olduğu 40 ədəd xurma calağının yerində olmadığını, yerindən çıxarılıb oğurlanmasını aşkar etmiş, bundan sonra bağ sahəsindən xurma ağaclarının calaqlarının oğurlanması ilə bağlı kənd arasında söhbət aparmış və calaqlarını oğurlayan şəxsi axtarmış, lakin ona məxsus ağac calaqlarının oğurlayan şəxs və ya şəxsləri tapa bilmədiyi üçün Göyçay RPŞ-nə ərizə ilə müraciət etmiş, onun bağ sahəsindən oğurlanmış calaqların hər biri xurma ağacının calaqları olmuşdur, hündürlüyü torpaqdan 1,2 metr - 1,5 metr hündürlükdə, baş hissələri kəsilmiş vəziyyətdə olmuş, oğurlanmış calaqların sayı 40 ədəd olmaqla , 1 ədədini 5,5 manata almış, ümumi dəyəri isə 220 manat olmuş, ona məxsus bağ sahəsinin kənarları məftil çəpərlə bağlı olmuşdur. İş üzrə Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində 1.30 ha torpaq sahəsi vardır. O, həmin torpq sahəsində bağ salaraq 2024-cü ilin dekabr ayında 800 ədəd xurma ağacının calaqlarını əkmiş, həmin bağ sahəsinə əkmək üçün xurma ağaclarının calaqlarını 2024-cü ilin dekabr ayında hazırda dəqiq olaraq xatırlamadığı tarixdə Tərtər rayonundan tanımadığı şəxsdən 1 ədədini 6 manat müqabilində satın almış, ağacları bağ sahəsinə əkdikdən sonra mütəmadi olaraq bağ sahəsinə gedərək ağaclara qulluq edir, həmçinin bağ sahəsinə nəzarət edirmiş, sonuncu dəfə o, xx.xx.2025-ci il tarixdə bağ sahəsinə getmiş, həmin gün bağ sahəsində bir qədər işləmiş, ağacların hər birinə baxmış və inkişaf etmələrini görmüş, həmin gün onun əkmiş olduğu 800 ədəd xurma ağacının calaqlarının hər biri ona məxsus bağda əkilmiş və inkişaf etmiş vəziyyətdə olmuş, ona məxsus bağdan heç bir ağac oğurlanmamışdır. Bundan sonra o, xx.xx.2025-ci il tarixdə bağ sahəsinə gedib baxanda təzə əkmiş olduğu 800 ədəd xurma ağacının calaqlarından 210 ədəd xurma calağının yerində olmadığını, yerindən çıxarılıb oğurlanmasını aşkar etmiş, ona məxsus bağ sahəsindən oğurlanmış calaqların hər biri xurma ağacının calaqları olmuşdur, hündürlüyü torpaqdan 80 sm - 1 metr hündürlükdə, baş hissələri kəsilmiş vəziyyətdə olmuş, oğurlanmış calaqların sayı 210 ədəd olmaqla 1 ədədini 6 manata almış, oğurlanmış ağacların ümumi dəyəri isə 1260 manat olmuşdur, ona məxsus bağ sahəsinin ətrafı çəpər ilə bağlanmış olmuşdur. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs1 heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, Göyçay rayonu Hüngütlü kəndində 0,50 ha torpaq sahəsi vardır. O, həmin torpq sahəsində bağ salaraq 2025-ci ilin fevral ayının əvvəllərində 220 ədəd xurma ağacının calaqlarını əkmiş, həmin bağ sahəsinə əkmək üçün xurma ağaclarının calaqlarını 2025-ci ilin fevral ayının əvvəllərində hazırda dəqiq olaraq xatırlamadığı tarixdə Göyçay rayonu Qarabaqqal kəndində yerləşən “mal bazarı” adlanan bazardan tanımadığı şəxsdən 1 ədədini 6 manat 70 qəpik müqabilində satın almış, ağacları bağ sahəsinə əkdikdən sonra mütəmadi olaraq bağ sahəsinə gedir və ağaclara qulluq edirmiş, həmçinin bağ sahəsinə nəzarət edirmiş, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə bağ sahəsinə getmiş, həmin gün bağ sahəsində bir qədər işləmiş, ağacların hər birinə baxaraq inkişaf etmələrini görmüş, həmin gün onun əkmiş olduğu 220 ədəd xurma ağacının calaqlarının hər biri ona məxsus bağda əkilmiş və inkişaf etmiş vəziyyətdə olmuş, ona məxsus bağdan heç bir ağac oğurlanmamış, bundan sonra o, xx.xx.2025-ci il tarixdə bağ sahəsinə gedib baxanda təzə əkmiş olduğu 210 ədəd xurma calağının yerində olmadığını, yerindən çıxarılıb oğurlanmasını aşkar etmiş, ona məxsus bağdan oğurlanmış calaqların hər biri xurma ağacının calaqları olmuşdur, hündürlüyü torpaqdan 1,2 metr - 1,5 metr hündürlükdə olmuş, baş hissələri kəsilmiş olmuş, oğurlanmış calaqların sayı 210 ədəd olmaqla 1 ədədini 6.70 manata almış, oğurlanmış calaqların ümumi dəyəri isə 1407 manat olmuş, ona məxsus bağ sahəsinin ətrafı çəpər ilə bağlanmış olmuşdur. Hazırda ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs1 heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs4 göstərmişdir ki, Göyçay rayonu Potu kəndində yerləşən 0,22 ha torpaq sahəsi vardır. O, həmin torpq sahəsində bağ salaraq 2025-ci ilin yanvar ayında 62 ədəd xurma ağacının calaqlarını əkmiş, həmçinin ona məxsus bağ sahəsində əvvəldən əkilmiş xurma ağacları da olmuş, xurma ağacının calaqlarını 2025-ci ilin yanvar ayında Tərtər rayonundan tanımadığı şəxsdən 1 ədədini 4 manata almış, ağacları bağ sahəsinə əkdikdən sonra mütəmadi olaraq bağ sahəsinə gedərək ağaclara qulluq etmiş, həmçinin bağ sahəsinə nəzarət etmiş, sonuncu dəfə o, xx.xx.2025-ci il tarixdə bağ sahəsinə getmiş, həmin gün bağ sahəsində bir qədər işləmiş, ağacların hər birinə baxmış və inkişaf etmələrini görmüş, həmin gün onun əkmiş olduğu xurma ağacının calaqlarının hər biri ona məxsus bağda əkilmiş və inkişaf etmiş vəziyyətdə olmuş, ona məxsus bağdan heç bir ağac oğurlanmamışdır. Bundan sonra o, xx.xx.2025-ci il tarixdə bağ sahəsinə gedib baxanda təzə əkmiş olduğu 62 ədəd xurma ağacının calaqlarından 30 ədəd xurma calağının yerində olmadığını, yerindən çıxarılıb oğurlanmasını aşkar etmiş, onun bağ sahəsindən oğurlanmış calaqların hər biri xurma ağacının calaqları olmuşdur, hündürlüyü torpaqdan 1 mer - 1,2 metr hündürlükdə, baş hissələri kəsilmiş vəziyyətdə olmuş, oğurlanmış calaqların sayı 30 ədədolmaqla 1 ədədini 4 manata almış, oğurlanmış ağacların ümumi dəyəri isə 120 manat olmuş, ona məxsus bağ sahəsinin kənarları çəpər ilə bağlı olmuşdur. Zərərçəkmiş şəxs4 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs1 heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş edir. İş üzrə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs1 ona zəng edərək onda satmaq üçün xurma ağacının calaqlarının olduğunu bildirmiş, həmçinin ondan calağı almağa müştəri tapa bilib-bilməyəcəyimi soruşmuş, Təqsirləndirilən şəxs1 calaqları Ağdaş bazarında aparıb sata biləcəklərini məsləhət etmiş, belə ki, Ağdaş rayonu ərazisində xurma ağacların əkilməsini eşitmiş və bir neçə dəfə də taksi kimi Ağdaş rayonuna gedən zaman bir neçə şəxsin yaxşı xurma calağı axtarmasını da eşitmiş, Famil də onunla razılaşmış, bundan sonra Famil ona yaşadığı Göyçay rayonu Potu kəndində qəbiristanlıq tərəfdə olduğunu bildirərərk ona da qəbiristanlığın yanına gəlməsini və özünün onu qarşılayacağını söyləmiş, buna görə də idarə etdiyi “Vaz 2106” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Təqsirləndirilən şəxs1 ona dediyi yerə, yəni Potu kənd qəbiristanlığının yaxınlğına getmiş, qəbiristanlığa çatmamış sola küçəyə dönmüş və bir qədər getmiş, bu zaman Təqsirləndirilən şəxs1 orada olduğunu görmüş, həmin vaxt Familin Şirinovun yanında 4 topa ağac da olmuş, Təqsirləndirilən şəxs1 ona həmin calaqların onun özünə məxsus olduğunu, lakin pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmiş, həmçinin ona ağacları gec satarsa quruyacağını və ona alıcı tapmaqda köməklik etməsini söyləmiş, Familə Ağdaş rayonuna getməyi təklif etmiş, bundan sonra Famil həmin ağacları avtomobilin yük yerinə yığmaq istəmiş, lakin yük yeri bağlanmamış, o da Familə başqa rayona gedəcəklərini və əgər yol polisi bağacı açıq şəkildə avtomobil idarə etməsini görərsə cərimə yazacağını söyləmiş, bundan sonra Təqsirləndirilən şəxs1 ona ağacları avtomobilin salonuna yığmağı təklif etmiş, o da Famil ilə razılaşmış, bundan sonra həmin ağacları onun idarə etdiyi avtomobilin salonuna yığmış, daha sonra Famil ön sərnişin yerində əyləşmiş, o da avtomobili idarə edərək üzü Ağdaş rayonu istiqamətində sürmüş, təxminən Şirvan kanalının yaxınlığında polis əməkdaşları onları saxlatmışdırlar, daha sonra ondan avtomobildə olan xurma calaqlarının kimə məxsus olduğunu soruşmuşdurlar, Famil də həmin calaqları Potu kəndində yerləşən bağ sahəsindən oğurladığını qeyd etmiş, bundan sonra onları Göyçay RPŞ-nə gətirmişdirlər. Həmin calaqların oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Famil ona həmin calaqların onun özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir, idarə etdiyi avtomobili ilə Familin olduğu yerə gələn zaman uzaqdan onun yanında başqa bir şəxsin olduğunu görmüş, lakin Familin yanına çatan zaman həmin şəxs oradan uzaqlaşaraq getmiş və həmin şəxsi görməmişdir. İş üzrə şahid qismində ifadə vermiş X3 göstərmişdir ki, Göyçay rayonu Potu kəndində 1 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi bacısının həyat yoldaşı Zərərçəkmiş şəxs5 adınadır. Zərərçəkmiş şəxs5 həmin bağa baxmağı, qulluq etməyi və nəzarəti ona tapşırmışdır. Həmin torpaq sahəsi daxilində 160 ədəd xurma ağacı əkilmişdir. Ağaclar həmin əraziyə 2025-ci ilin fevral ayının əvvəllərində əkilmişdir. Xurma calağının 1 ədədini 7 manatdan Göyçay rayonu Qarabaqqal kəndində yerləşən “mal bazarı” adlanan bazardan alıb gətirmişdilər, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə bağ sahəsində işləyib gedəndə oradan hər hansı bir calaq oğurlanmamışdır, ağaclar yerində olmuşdur, xx.xx.2025-ci il tarixdə bağ sahəsinə saat 08 radələrində gedib baxanda 78 ədəd xurma calağının yerində olmadığını, yerindən çıxarılıb oğurlanmasını aşkar etmişdir, baş vermiş hadisə nəticəsində bağ sahibi Zərərçəkmiş şəxs5 546 manat maddi ziyan dəymişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid5 göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitə alüdəçisi olması, mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi və saxlaması barədə ona məlumat daxil olmuş, buna görə də bu barədə rəhbərliyə raportla məruzə olunmuş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış, Şahid3, Şahid4 qrupa daxil edilmiş, sonra 13 fevral 2024-cü il tarixdə saat 11:30 radələrində Təqsirləndirilən şəxs1 Göyçay rayonu, Potu kəndində yerləşən “Al marketin qarşısında olduğunu görmüşlər, buna görə də dərhal Təqsirləndirilən şəxs1 yaxınlaşaraq özlərini təqdim etmiş və Göyçay RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər, daha sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə saxlamaqda, gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğunu izah etmiş və üzərində narkotik vasitə saxlaması barədə məlumatlarının olduğunu bildirmiş, həmçinin həmin məlumatın yoxlanılması üçün onlarla birlikdə Göyçay RPŞ-nə getməli olduğunu söyləmişlər, Təqsirləndirilən şəxs1 da onlarla razılaşmış, daha sonra Göyçay RPŞ-də Təqsirləndirilən şəxs1 dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs qismində tutulmuş, bundan sonra Təqsirləndirilən şəxs1 üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş əşya və ya maddə olduğunu soruşmuş və üzərində olan əşayları təqdim etməsini təklif etmiş, bundan sonra Təqsirləndirilən şəxs1 həmin vaxt əynində olan mavi rəngli gödəkcəsinin sol yan cibindən 01 ədəd kağız büküm, əynində olan cins şalvarın arxa cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu masanın üzərinə qoyaraq təqdim etmiş, daha sonra o, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparmış, bu zaman Təqsirləndirilən şəxs1 əynində olan gödəkcənin sağ yan cibindən 01 ədəd Vinçestr markalı siqaret qutusu, 01 ədəd alışqan və əynində olan cins şalvarın sağ yan cibindən kağız və dəmir pullar aşkar etmiş və həmin əşyaları masanın üəzərinə qoymuş, bundan başqa Təqsirləndirilən şəxs1 üzərində heçnə aşkar edilməmiş, daha sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd kağız büküm açılmış, həmin kağız bükümün içərisində yaşıl rəngli, kəskin iyə malik bitki kütləsinin olması aşkar edilmiş, Təqsirləndirilən şəxs1 həmin bitki kütləsinin qurudulmuş marixuana olduğunu bildirmiş, təhqiqaçının müvafiq sualına cavab olaraq Təqsirləndirilən şəxs1 həmin bitki kütləsini xx.xx.2024-cü il tarixdə yaşadığı Göyçay rayonu, Potu kəndində, Göyçay çayının kənarında gəzən zaman yerdən tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmiş, bundan sonra həmin kağız büküm içərisində olan bitki kütləsi ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəksi 10,28 qram olmuş, bundan sonra həmin kağız büküm və Təqsirləndirilən şəxs1 məxsus mobil telefon ayrı-ayrı boş kağız zərflərdə qablaşdırılmış və üzərinə möhür vurulmuş, həmçinin üzəriləri imzalanmışdır. Ədliyyə Nazirliyinin Məhkəmə X4 regional bölməsindən alınmış məhkəmə-bioloji ekspertizasının 13 fevral 2024-cü il tarixli 17/145 saylı rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs/imza/Təqsirləndirilən şəxs1...” sözləri və imzala yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 8,23 qram olan bitki mənçəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi 8.23 qr, tədqiqata sərf edildi 0.05 qr, qalıq 8.18 qr. Cinayət işi üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 36 saylı hesabatdan görünür ki, istintaq zərurəti ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs1 gizli olaraq talayıb oğurladığı ümumilikdə 568 ədəd xurma ağacının calağının cari dövr üçün orta bazar qiyməti 3098 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2015-ci il tarixli Gəncə Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edilmiş, Göyçay rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, bundan başqa Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkumluğu ödənilməmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan şəxsi itehlak miqdarından artıq miqdarda, yəni 8,23 qram, yəni xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Göyçay rayonu Potu kəndində üzərində saxlamaqla, bundan başqa özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə 2025-ci ilin fevral ayında Göyçay rayonu, Hüngütlü kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus bağ sahəsinin kənarında çəkilmiş çəpərin üzərindən aşmaqla qanunsuz daxil olub həmin bağ sahəsində torpağa əkilmiş hər birinin dəyiri 6 manat olan 210 ədəd calaq edilmiş xurma ağacını torpaqdan çıxarmaqla gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1260 manat maddi ziyan vurmaqla, bundan başqa təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə 2025-ci ilin mart ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməyən gündə və saatda Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus bağ sahəsinin kənarında çəkilmiş çəpərin üzərindən aşmaqla qanunsuz daxil olub həmin bağ sahəsində torpağa əkilmiş hər birinin dəyəri 5 manat olan 210 ədəd calaq edilmiş xurma ağacını torpaqdan çıxarmaqla gizli olaraq talayıb oğurlamaqla zərərçəmkiş Zərərçəkmiş şəxs2 1050 manat maddi ziyan vurmaqla, bundan başqa təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2025-ci ilin mart ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməyən gündə və saatda Göyçay rayonu Potu kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus bağ sahəsinin kənarında çəkilmiş məftil çəpərin üzərindən aşmaqla qanunsuz daxil olub həmin bağ sahəsində torpağa əkilmiş hər birinin dəyəri 5 manat olan 40 ədəd calaq edilmiş xurma ağacını torpaqdan çıxarmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 200 manat maddi ziyan vurmaqla, bundan başqa təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə 2025-ci il mart ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməyən gündə və saatda Göyçay rayonu Potu kəndində yerləşən Zərərçəkmiş şəxs4 məxsus bağ sahəsinin kənarında çəkilmiş çəpərin üzərindən aşmaqla qanunsuz daxil olub həmin bağ sahəsində torpağa əkilmiş hər birinin dəyəri 4 manat olan 30 ədəd calaq edilmiş xurma ağacını torpaqdan çıxarmaqla gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 120 manat maddi ziyan vurmaqla və bundan başqa təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2025ci il tarixdə saat 20 radələrində Göyçay rayonu Potu kəndində yerləşən Zərərçəkmiş şəxs5 məxsus bağ sahəsinin kənarında çəkilmiş məftil çəpərin qapısını açmaqla qanunsuz daxil olub həmin bağ sahəsində torpağa əkilmiş hər birinin dəyəri 6 manat olan 78 ədəd calaq edilmiş xurma ağacını torpaqdan çıxarmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 468 manat məbləğində maddi ziyan vurmaqla Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi tam sübuta yetir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2025-ci ilin mart ayının əvvəllərində Göyçay rayonu Potu kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus bağ sahəsinin kənarında çəkilmiş məftil çəpərin üzərindən aşmaqla qanunsuz daxil olub həmin bağ sahəsində torpağa əkilmiş hər birinin dəyəri 5 manat olan 40 ədəd calaq edilmiş xurma ağaclarını torpaqdan çıxarmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 200 manat maddi ziyan vurmaqla və bundan başqa təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Göyçay rayonu Potu kəndində yerləşən Zərərçəkmiş şəxs5 məxsus bağ sahəsinin kənarında çəkilmiş məftil çəpərin qapısını açmaqla qanunsuz daxil olub həmin bağ sahəsində torpağa əkilmiş hər birinin dəyəri 6 manat olan 78 ədəd calaq edilmiş xurma ağaclarını torpaqdan çıxarmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 468 manat məbləğində maddi ziyan vurmaqla Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi tam sübuta yetir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 –cü maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmadığını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olduğunu cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 yenidən qəsdən cinayət törədərək cinayətlərin residivliyini yaratmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq ona təqsirləndirildiyi CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini məhkumluğu ödənilmədən törətdiyindən, Azərbaycan Respublikası CM-nin 65-ci maddəsində təsbit edilmiş cinayətlərin residivi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. İş materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə protokoldan görünü ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 12:10-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2024-cü il tarixdə saat 17:40-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Göyçay rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 2 ay nəzərə alınmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmadığını, himayəsində üç az yaşlı uşağın olduğunu cəzasını yüngülləşdirən hallar kimi, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə saat 18:40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2025-ci il tarixdə saat 14:26-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 04 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalı və 8,18 qram narkotik vasitə marixuana məhv edilməli, 78 ədəd xurma ağacının calaqları Zərərçəkmiş şəxs5 qaytarıldığı nəzərə alınmalıdır. 35.97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 ekspertiza mərkənizə ödənilməli, 50 manat mütəxəssis xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3cü maddələri ilə təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə baxışınadək həbsdə saxlandığı 2 gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrum etmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayon ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 04 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın, 8,18 qram narkotik vasitə marixuana məhv edilsin. 35.97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq ekspertiza mərkənizin hesabına ödənilsin, 50 manat mütəxəssis xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə ödənilsin. Hökmün icrası azadlığın məhdudulaşdırılması cəzasına və məhkəmə xərclərinə dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar