Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-76/2020 07.10.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, müdafiəçilər Müdafiəçi2, Müdafiəçi1, Dövlət ittihamçısı2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.1986-cı ildə Göyçay şəhərində anadan olmuş, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 2 il azadlıqdan mərhum edilmiş xx.xx.2019-cu ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 01 ay 29 gün cəzası vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, Göyçay şəhəri Ə.Kərim küçəsi 2/3-də qeydiyyatda olan və yaşayan, barəsində Göyçay Rayon Məhkəməsinin qərarı ilə 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə xx.xx.1973-cü ildə Göyçay şəhərində anadan olmuş, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, İİ dərəcəli əlil, Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 01 il 01 ay 28 gün azadlıqdan mərhum edilmiş, xx.xx.2018-ci ildə Salyan Rayon Məhkəməsinin qərarına əsasən vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, Göyçay şəhəri Bakı küçəsi ev 65-də qeydiyyatda olan və faktiki olaraq Göyçay şəhəri Z.Bünyadov küçəsi mənzil 55 ev 22 də yaşayan, barəsində Göyçay Rayon Məhkəməsinin qərarı ilə 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Göyçay şəhərində xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdə saat 14 radələrində Göyçay şəhəri, Z.Bunyadov küçəsində yerləşən əlillər binasında yaşayan tanışı Təqsirləndirilən şəxs2 oğlunun ona istifadə etmək üçün verdiyi narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, əldə etdikdən sonra öz şəxsi istifadəsi üçün maye halına gətirirək 2 ml qram şprisə çəkərək qanunsuz olaraq üzərində saxlamış, xx xxx 2020-ci il tarixdə, saat 14 radələrində Göyçay şəhəri, Natavan küçəsində olarkən və üzərində həmin narkotik vasitəni daşıyarkən Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanaraq polis şöbəsinə gətirilmiş, orada üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd 2 ml şprisdə quru halda təmiz çəkisi 0.218 qram heroin məhlulu üzərindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi 0.463 qram çəkidə narkotik vasitə hesab edilən heroini əldə edib qanunsuz olaraq daşıyaraq üzərində saxlamış, xx.xx.2020-ci il tarixdə saat 14 radələrində həmin heroinin 0,218 qram hissəsini yaşadığı Göyçay şəhəri Z.Bünyadov küçəsində yerləşən əlillər binasının qarşısında tanışı Təqsirləndirilən şəxs1 pay vermiş, Nurlan həmin narkotik vasitəni öz istifadəsi üçün maye halına gətirərək 2 ml qram şprisə çəkərək qanunsuz olaraq üzərində daşıyaraq saxlamış, xx xxx 2020-ci il tarixdə saat 14 radələrində Göyçay RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Göyçay şəhəri Natəvan küçəsində saxlanılıb polisə şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli şalvarının sağ yan cibindən həmin 01 ədəd 2 m-lik şprisdə maye halında quru çəkisi 0,218 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhlulu üzərindən aşkar edilərək götürülmüş, həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs2 Göyçay şəhəri H.Əliyev prospektində yerləşən “Mega” market mağazasının yaxınlığında olarkən və üzərində həmin narkotik vasitənin qalan hissəsini daşıyarkən Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanaraq polis şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan köynəyinin sol ön cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş – 0.245 qram çəkidə, həmin heroin onun üzərindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 zəng vurub onunla görüşmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs2la həmin onun yaşadığı binanın qarşısında görüşmüş və ondan narkotik vasitə olan heroin istəmişdir. Samir ona 1 büküm narkotik vasitə olan heroini pay vermişdir. Oradan uzaqlaşaraq yaşadığı ünvana gedərək həmin heroinin bir hissəsini qaynadıb maye halına gətirərək şpris vasitəsi ilə damarına vuraraq istifadə etmiş, qalan hissəsini isə həmin şprisə çəkərək cibində saxlamışdır. xx.xx.2020-ci il tarixdə saat 14 radələrində Göyçay şəhəri Natəvan küçəsində avtobus dayanacağının yanında Göyçay rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Göyçay rayon polis şöbəsinə getməsini təklif etmişlər. Polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə Göyçay rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müdafiəçi ilə təmin olunaraq Növbətçi hissədə videoçəklişlə hüquq və vəzifələri ona izah olunmuş və şübhəli şəxs qismində saxlanılmışdır. Daha sonra üzərində narkotik maddə və vasitələr, eləcə də, cinayət xarakterli digər əşya və predmetlərin təqdim edilməsi ona təklif olunmuşdur. Əks halda üzərinə polis əməkdaşlarının şəxsi axtraış keçirləcəyi bildirilmişdir. Polis əməkdaşlarının onun üzərinə baxış keçirəcəklərinə görə məcbur olub əynində olan göy rəngli cins şalvarın sağ yan cibində özü istifadə etməsi üçün bir ədəd 2 qramlıq şprisdə saxladığı maye halında həmin heroin narkotik vasitəsini polislərə təqdim etmişdir. Polislər həmin mayenin nə olduğunu soruşduqda, həmin şprisdə olan mayenin heroin narkotik vasitəsi olduğunu bildirmişdir. Həmin bir ədəd şpris bir ədəd ağ rəngli zərfə qablaşdırılmış, zərfin ağzı möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Lakin hazırda hesab edir ki, istintaq dövründə ona təzyiqlər olduğuna görə belə ifadə vermişdir. Üzərindən aşkar edilərək götürülmüş heroini Samirdən almamışdır. Üzərindən aşkar edilərək götürülmüş heroinin miqdarı istehlak miqdarından az olmuşdur. Qorxduğundan üzərinə baxış keçirilərkən iştirak etmiş vəkili Müdafiəçi2 bu barədə bildirməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Göyçay şəhəri H.Əliyev prospektində idarə etdiyi VAZ2107 markalı 10-NR 571 dövlət nömrəli aftomobilinin içərisində olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirərək onlarla birlikdə polis şöbəsinə getməyini təklif etmişlər. Polislərə etiraz etməmiş və onlarla birlikdə Göyçay rayon polis şöbəsinə gəlmişdir. Onlar polis şöbəsinə gəldikdə idarə etdiyi VAZ 2107 markalı 10-NR 571 dövlət nömrəli avtomobili polis şöbəsinin həyətində olan müvəqqəti duracağa yerləşdirilmişdir. Polis şöbəsində müdafiəçi ilə təmin olunaraq Növbətçi hissədə videoçəklişlə hüquq və vəzifələri ona izah olunmuş və şübhəli şəxs qismində saxlanılmışdır. Təhqiqatçı ona üzərinə axtarış keçiriləcəyini və üzərimdə narkotik vasitə vardırsa onu təqdim etməyini bildirmişdir. Polislərə üzərində narkotik vasitə olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı əynində olan ağ damalı köynəyin sol ön cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızından olan bükümdə heroin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Büküm açıldıqda, içərisində qəhvəyi rəngli maddənin nə olması barədə sorğu etdikdə bildirmişdir ki, həmin bükümdəki maddə heroindir. Bundan sorna içərisindəki heroin olan bir ədəd büküm bir ədəd ağ rəngli zərfə qablaşdırılmış, zərfin ağzı kleylənmiş və möhürlənmişdir. O, həmin zərfin üzərini imzaladıqdan sonra isə zərf polis əməkdaşları tərəfindən götürülmüşdür. Bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, iştirakçılar və onun tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı ona təzyiqlər olduğundan belə ifadə vermişdir. Halbuki, Nurlana heroin verməmiş, üzərində aşkar edilərək götürülmüş heroini isə polis şöbəsində onun üzərinə qoymuşlar. Qorxduğundan bu barədə vəkili Müdafiəçi1 bildirməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir.Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi olması və üzərində narkotik tərkibli vasitələr gəzdirməsi barədə Göyçay RPŞnin əməliyyat aparatına daxil olmuş məlumat əsasında xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Həmin əməliyyat-axtarış tədbirində Göyçay RPŞ-nin bir neçə nəfər polis əməkdaşı ilə birlikdə iştirak etmişdir. xx xxx 2020-ci il tarixdə saat 14 radələrində Göyçay RPŞ-nin bir neçə nəfər əməkdaşları ilə birlikdə Göyçay şəhəri Natavan küçəsində yerləşən avtobus dayanacağında Təqsirləndirilən şəxs1 görüb, dərhal ona yaxınlaşaraq özlərini təqdim etmiş, üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirmiş, rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 etiraz etməmiş və onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunub Müdafiəçi2lə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Polis şöbəsinin Növbətçi Hissəsində müdafiəçisi Müdafiəçi2 və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən içərisində qəhvəyi rəngli maye olan bir ədəd 2 qramlıq şpris aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş həmin şprisin 01 ədəd zərfə qoyulmuş, zərfin ağzı möhürlənmiş və imzalanmışdır. Protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 2 qramlıq şprisin içərisində olan qəhvəyi rəngli mayenin narkotik vasitə olan heroin məhlulu olduğunu və həmin narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Həmin gün saat 15 radələrində Göyçay RPŞ-nin bir neçə nəfər əməkdaşları ilə birlikdə Göyçay şəhəri Heydər Əliyev prospektində Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ 2107 markalı ** NR *** dövlət nömrə nişanlı avtomobilin içərisində tək oturduğunu görüb dərhal ona yaxınlaşaraq özlərini ona təqdim etmiş, üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirmiş, rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 etiraz etməmiş və onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunmuş Müdafiəçi1 ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Polis şöbəsinin Növbətçi Hissəsində müdafiəçisi Mətənatə Həsənova və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı əynindəki ağ damalı köynəyin sol ön cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızında büküm aşkar edilərək götürülmüşdür. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli kütlə olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyulmuş, zərfin ağzı möhürlənmiş və izmalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəni 2-3 il bundan əvvəl Ağdaş rayon Mərkəzi Xəsətəxanasının yaxınlığından tapdığını və gələcəkdə istifadə etməsi üçün öz üzərində saxladığını bildirmişdir. Şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, ucadan oxunmuş və imzalanmışdır. Bundan sonra Göyçay RPŞ-nin duracağına yerləşdirilmiş Təqsirləndirilən şəxs2 məxsus VAZ 2107 markalı ** NR *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı həmin avtomobildə gəzdirilməsi qadağan olunmuş hər hansı əşya və ya predimet aşkar edilməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3, Şahid2 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zaman videoçəkliş aparılmış, həmin videoçəkliş 01 CD-diskə köçürülərək iş materiallarına əlavə edilərək bu barədə protokollar tərtib edilmişdir. Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zaman videoçəkliş aparılmış, həmin videoçəkliş 01 CD-diskə köçürülərək iş materiallarına əlavə edilərək bu barədə protokol tərtib edilmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxx 2020-ci il tarixli, 17/287 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddə...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd 2 ml-lik şprisin içərisində, həcmi -2 ml olan maye kustar üsulla hazırlanmış narkotik vasitə - heroin məhluldur. Heroin məhlulunda heroinin quru maddəsinin təmiz çəkisi 0.218 qramdır. Qeyd: Heroin məhlulunun həcmi 2 ml, tədqiqata sərf edildi – 1 ml., qalıq 1 ml., Aparılmış ekspertizanın dəyəri 69.10 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxx 2020-ci il tarixli, 17/288 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddə...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,245 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddə” sözləri yazılmış zərfin içərisindəki heroin ilə üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddə...” sözləri yazılmış zərfin içərisindəki heroin məhlulu tərkiblərinə görə eynidir. Qeyd: a) Heroinin təmiz çəkisi 0.245 qram, tədqiqata sərf edildi – 0.05 qram, qalıq 0.195 qram. b) Heroin məhlulunun həcmi 1 ml, tədqiqata sərf edildi – 0.5 ml., qalıq – 0.5 ml. Aparılmış ekspertizanın dəyəri 69.10 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 521 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. İİ dərəcəli əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 523 saylı rəyindən görünür ki, X2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış, narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə saat 14:30-da, Təqsirləndirilən şəxs2 isə həmin tarixdə saat 15:40-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə Göyçay rayon Prokurorunun təqdimatları təmin edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə zalından həbsə alınmış, həbsin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X3 oğlu Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 2 il azadlıqdan mərhum edilmiş xx.xx.2019-cu ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 01 ay 29 gün cəzadan vaxtından əvvəl şərti azad olunmuş, Təqsirləndirilən şəxs2 isə Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 01 il 01 ay 28 gün azadlıqdan mərhum edilmiş, xx.xx.2018-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarına əsasən vaxtından əvvəl şərti azad olunmuşdur. X1 və Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir. Cinayət işinə əlavə edilmiş Göyçay rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 2671 və 2672 saylı nömrəli məktublardan görünür ki, Göyçay şəhəri, Ə.Kərm küçəsi ev 2/3 də yaşayan X2 psixiatrik kabinetdə qeydiyyatda yoxdur. N.Allaverdiyev xx.xx.2016-cı il tarixdə Narkomaniya (Çətənə) diaqnozu ilə narkoloji kabinetdə qeydiyyatdadır. Göyçay şəhəri, Bakı küçəsi ev 65 də qeydiyyatda olan Təqsirləndirilən şəxs2 psixiatrik kabinetdə qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs2 xx.xx.2011-cı il tarixdə Narkomaniya (Heroin) diaqnozu ilə narkoloji kabinetdə qeydiyyatdadır. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdə saat 14 radələrində Göyçay şəhəri Natavan küçəsində üzərində şəxsi istehlak miqdarından artıq miqdarda öz şəxsi istifadəsi üçün maye halına gətirilmiş 01 ədəd 2 ml şprisdə quru halda təmiz çəkisi 0.218 qram heroin məhlulunu üzərində daşımaqla narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi olmadan, qanunsuz olaraq üzərində saxlayaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi 0.463 qram çəkidə narkotik vasitə hesab edilən heroini əldə edib qanunsuz olaraq daşıyaraq üzərində saxlaması, xx.xx.2020-ci il tarixdə saat 14 radələrində həmin heroinin 0,218 qram hissəsini yaşadığı Göyçay şəhəri, Z.Bünyadov küçəsində yerləşən əlillər binasının qarşısında tanışı Təqsirləndirilən şəxs1 pay verməsi, xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Göyçay şəhəri H.Əliyev prospektində yerləşən “Mega” market mağazasının yaxınlığında olarkən və üzərində həmin narkotik vasitənin qalan 0.245 qram hissəsini daşımaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin şəxsi istehlak miqdarından az olduğu, həmin narkotik vasitəni Samirdən almadığı barədə göstərdiyi xüsusatlara, eləcə də Təqsirləndirilən şəxs2 Nurlana narkotik vasitə vermədiyi və polis şöbəsində həmin narkotik vasitənin üzərinə qoyulduğu barədə göstərdiyi xüsusatlara, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə qiymət verən məhkəmə hesab edir ki, həmin ifadələr özünü müdafiə xarakterlidir, onların ittihamda göstərilən cinayət əməlini törətmələrini təsdiq edən və şübhə doğurmayan digər sübutlarla təkzib olunur. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirilən hallar kimi, yenidən qəsdən cinayət törədərək cinayətlərin residivliyini yaratmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını, İİ dərəcəli əlil olmasını cəzanı yüngülləşdirilən hal kimi, yenidən qəsdən cinayət törədərək cinayətlərin residivliyini yaratmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini məhkumluğu ödənilmədən törətdiklərindən, Azərbaycan Respublikası CM-nin 65-ci maddəsində təsbit edilmiş cinayətlərin residivi nəzərə alınmaqla onlara təqsirləndirildikləri maddənin sanksiyasında müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, onlara Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan 0.195 qram heroin və 0.5 ml heroin məhlulu məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə və məhkəmə baxışı dövründə hüquqlarını 21 saat, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə və məhkəmə baxışı dövründə hüquqlarını 21 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş 21 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 126 manat və Təqsirləndirilən şəxs1 göstərilmiş 21 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 126 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə 138.20 manat məbləğində ekseprtiza xərcinin 69.10 manatı Təqsirləndirilən şəxs2, 69.10 manatı isə Təqsirləndirilən şəxs1 tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nın MSSK-da saxlanılan 0.195 qram heroin və 0.5 ml heroin məhlulu məhv edilsin. İş üzrə 138.20 manat məbləğində ekspertiza xərcinin 69.10 manatı Təqsirləndirilən şəxs2, 69.10 manatı isə Təqsirləndirilən şəxs1 tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs2 göstərilmiş 21 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 126 manat məbləğində və Təqsirləndirilən şəxs1 göstərilmiş 21 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 126 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası ekspertiza xərci və maddi sübut hissəsində Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №1(046)-76/2020
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-76/2020
07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver