Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-76/2023 12.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 11.25-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Göyçay rayonu Ləkçıplaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Göyçay rayonu Ləkçıplaq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 20 avqust 2023-cü il tarixdə saat 21:30-da keçmiş arvadı Zərərçəkmiş şəxs yaşadığı Göyçay rayonu Ləkçiplaq kəndində baş vermiş mübahisə zamanı sol əlinin üst nahiyyəsi ilə Zərərçəkmiş şəxs ağız nahiyyəsindən bir dəfə qəsdən vuraraq və daha sonra əlləri ilə boğazından tutub boğmaqla ona üzün sol yanaq nahiyyəsində yumşaq toxumanın bir qədər şişkinliyi və ağız boşluğunun selikli qişasında qançır fonunda əzilmiş-partlamış yarası xəsarət dərəcəsinə görə səhhətinin qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır. Birgə nikahdan iki övladları vardır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs ilə dəfələrlə əlaqə yaratmaq istəsə də, nömrəsi Zərərçəkmiş şəxs tərəfindən qara siyahıya salındığı üçün alınmamışdır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs yenidən zəng vurmuş, Zərərçəkmiş şəxs onun zənginə cavab verdikdə ondan “niyə onun nömrəsini qara siyahıya atdığını və gün ərzində harada olduğunu” soruşmuşdur. Zərərçəkmiş şəxs isə ona cavab olaraq “sənin nəyinə lazım mən harda olmuşam, hara gedərəm özüm bilərəm” cavabını vermiş və telefon danışığını kəsərək telefonunu söndürmüşdür. Həmin tarixdə saat 21:30-da övladlarını görmək üçün Zərərçəkmiş şəxs evinə getmiş, Zərərçəkmiş şəxs görüb ondan yenidən “gün ərzində hara getməsini və niyə ona bu barədə heç bir məlumat vermədiyini” soruşmuşdur. Zərərçəkmiş şəxs isə ona yenə də “sənin nəyinə lazım mən hara gedirəm” cavabı verdikdə, o sərxoş vəziyyətdə olduğu üçün əsəbiləmiş, Zərərçəkmiş şəxs üzərinə gedərək onun ağız nahiyyəsindən bir dəfə qəsdən sol əlinin üst nahiyyəsi ilə vurmuş və daha sonra əlləri ilə onun boğazından tutaraq boğmağa çalışmışdır. Boğmaqda Zərərçəkmiş şəxs öldürmək məqsədi olmamışdır. Münaqişə 2 dəqiqəyə yaxın davam etmiş, münaqişə zamanı səs- küy yaranmamış, ucadan nalayiq ifadələr işlədilməmiş və münaqişə zamanı hadisə yerinə ətrafdan heç kim toplaşmamışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı aradan qaldırdığını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, ailəsi ilə birlikdə Göyçay rayonu Ləkçıplaq kəndində yaşayır. 2015-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladları vardır. 2023-cü ilin əvvəllərində Təqsirləndirilən şəxs ayrılmışdır. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Göyçay rayonu Mırtı kəndi ərazisində yerləşən istixanada işləməyə getmişdir. Təqsirləndirilən şəxs onu mütəmadi olaraq zəng edərək narahat etdiyi üçün nömrəsini telefonunda qara siyahıya atmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə səhər saatlarında ona zəng edə bilməmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində evə qayıtmışdır. Evdə olarkən Təqsirləndirilən şəxs nömrəsini telefonunda qara siyahıdan çıxartmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs ona zəng etmiş, “niyə onun nömrəsini qara siyahıya atdığını və harda olduğunu” soruşmuşdur. O isə cavab olaraq “sənin nəyinə lazım mən harda olmuşam, hara gedərəm özüm bilərəm” cavabını vermişdir. Həmin tarixdə saat 21:30-da evdə olarkən, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə onun evinə gəlmiş, onunla zənglərinə cavab vermədiyi üçün münaqişə yaradaraq sol əlinin üst nahiyyəsi ilə ağız nahiyyəsindən bir dəfə vurmuş, daha sonra əlləri ilə boğazından tutaraq boğmağa çalışmışdır.Aralarında münaqişə 2 dəqiqəyə yaxın davam etmiş, münaqişə zamanı səs-küy yaranmamış, ucadan nalayiq ifadələr işlədilməmiş və münaqişə zamanı hadisə yerinə ətrafdan heç kim toplaşmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi zərər aradan qaldırılmış, ona qarşı tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 21 avqust 2023-cü il tarixli, 435 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər- üzün sol yanaq nahiyyəsində yumşaq toxumanın bir qədər şişkinliyi və ağız boşluğunun selikli qişasında qançır fonunda əzilmiş- partlamış yara kütbərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri xx.xx.2023- cü il tarixə uyğun gəlirlər və dərəcəsinə görə səhhətinin qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aiddir. Beləliklə, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 20 avqust 2023-cü il tarixdə saat 21:30-da keçmiş arvadı Zərərçəkmiş şəxs yaşadığı Göyçay rayonu Ləkçiplaq kəndində baş vermiş mübahisə zamanı sol əlinin üst nahiyyəsi ilə Zərərçəkmiş şəxs ağız nahiyyəsindən bir dəfə qəsdən vuraraq və daha sonra əlləri ilə boğazından tutub boğmaqla ona üzün sol yanaq nahiyyəsində yumşaq toxumanın bir qədər şişkinliyi və ağız boşluğunun selikli qişasında qançır fonunda əzilmiş-partlamış yarası xəsarət dərəcəsinə görə səhhətinin qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuş, həmin əməl isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinin məzmunundan görünür ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 41.3-cü maddəsinin tələbinə görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə müvafiq olaraq, məhkəmə hesab edir ki, məhkəmədə işin icraatına xitam verilməsi əsasları müəyyən edildiyindən cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək barışdıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı aradan qaldırdığından o, cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 347,356, 384-cü maddələrini rəhbər tutub, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad olunsun. Qərardan 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-76/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-76/2023
12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver