Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-76/2025 01.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 11.25-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı iştirakı ilə, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1963-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Göyçay rayonu İnçə kəndində qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə,o, 24 fevral 2025-ci il tarixdə, saat 21 radələrində yaşadığı Göyçay rayonu İnçə kəndində yerləşən fərdi yaşayış evində həmkəndlisi Zərərçəkmiş şəxs ilə birlikdə spirtli içki qəbul etdikdən sonra heç bir əsaslı səbəb olmadan evindən çıxıb getməsini bəhanə edərək cəmiyyətdə qəbul edilmiş davranış normalarına açıq-aşkar hörmətsizlik göstərməklə, öz iradəsini zorakı üsullarla başqalarına qəbul etdirmək və şəxsi üstünlüyünü nümayiş etdirmək məqsədilə, özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyəti üzərində fövqəldə göstərərək, əxlaq normalarını pozmaq və etinasızlıq nümayiş etdirməklə, eqoist niyyətini və üstünlük iddiasını zorakı şəkildə ortaya qoymaqla, xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla bir dəfə zərbə endirib, ardınca masanın üzərindəki şüşə araq butulkası ilə başının alın nahiyəsinə vuraraq, sonuncuya başın alın və hər iki qaşarası nahiyələrin yumşaq toxumalarının bir qədər şişkinliyi, dərialtı hematomaları fonunda hər iki qaş arası nahiyədə əzilmiş-cırılmış yara, sol göz yuvasıaltı nahiyədə yumşaq toxumanın bir qədər şişkinliyi fonunda sol göz yarığının bir qədər daralması ilə müşahidə olunan hematoma, müştərək qapalı kəllə-beyin travması, beyin silkələnməsi və alın sümüyünün basılmış sınığı ilə müşayiət edilən, həyat üçün təhlükəli olmayan, eləcə də Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan xəsarətlər yetirməklə, xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına dərəcəsinə görə uzun müddət pozulmasına səbəb olan az ağır zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilmədi, ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, heç bir düşmənçilik və ya ədavətləri yoxdur. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs onun yaşadığı evə qonaq gəlmişdir. Məmməd gələrkən özü ilə spirtli içki olan araq da gətirərək yeyib-içmək istədiyini bildirmiş, o da Məmmədi geri çevirməyərək birlikdə yaşadığı evin qonaq otağında masa ətrafında əyləşib yemək yeyib bir qədər Məmmədin gətirdiyi araqdan içmişdirlər. Onlar yeyib-içdikdən sonra sərxoş olduğu üçün Məmmədə evindən çıxıb getməsini demişdir. Həmin vaxt onun bu sözü Zərərçəkmiş şəxs xoşuna gəlməmiş və Məmməd də sərxoş olduğundan onunla mübahisə etməyə başlamışdır. Məmmədin onun evində mübahisə etməsinə əsəbiləşmiş və masanın üzərindəki butulkanı götürərək Məmmədə “bu butulkanı başında sındıraram” demişdir. Sonra sağ əli ilə Zərərçəkmiş şəxs sol gözünün altına yumruqla zərbə endirmiş və ardınca hirsi soymadığı üçün masa üzərində olan şüşə araq butulkasını götürərək Məmmədin baş nahiyəsinə vurmuşdur. Məmmədi araq butulkası ilə başından vurduqdan sonra Məmməd masanın üzərindəki bıçağa əl atmış, həmin vaxt o, tez bıçağın kəsici yerindən tutmuş və Məmmədin əlindən almaq istəmiş, bu zaman Məmməd bıçağı geri çəkmiş və onun əli kəsilmişdir. Sonra Məmməd başından xəsarət aldığı üçün daha onunla mübahisə etməyib evin həyətinə düşərək çıxıb getmişdir. Təxminən 10 dəqiqə sonra o, əlini sarğı ilə sarıyıb küçəyə çıxmış, küçəyə çıxdıqda Məmmədin yolun kənarında oturduğunu görmüşdür. Həmin vaxt Məmmədə yaxınlaşaraq burda nəyə görə oturduğunu soruşduqda Məmməd ayağının burxularaq yıxılmasını və X2 zəng etdiyini, tibbi yardım maşının gəlməsini gözlədiyini bildirmişdir. Az sonra isə Təcili tibii yardım avtomobili gəlmiş və həkimlər onun əlini sarımışdırlar, lakin Məmmədin xəsarəti ağır olduğundan onu xəstəxanaya aparmışdırlar. Hadisə Göyçay rayonu İncə kəndi ərazisində yaşadığı fərdi yaşayış evində xx.xx.2025-ci il tarixdə saat 21 radələrində baş vermişdir. Həmin vaxt orada başqa kimsə olmamışdır, aralarındaki münaqişə təxminən 10 dəqiqəyə yaxın davam etmişdir, münaqişə zamanı ətrafdan oraya heç kim toplaşmamışdır. Münaqişə zamanı bir-birilərinə nalayiq ifadələr işlətsələr də, mübhaisə yaşadığı evdə baş verdiyindən səs-küyə kənar şəxslər toplaşmamışdır. Özünü Məmmədə xəsarət yetirdiyi üçün təqsirli bilir.Hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tamamilə aradan qaldırdığını nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs yaşadığı evə onu görmək və yeyib-içmək üçün qonaq getmişdir. Həmin vaxt özü ilə içmək üçün spirtli içki olan araq da götürmüşdür. Qadir evinə çatdıqda əvvəlcə onu xoş qarşılamış və onlar birlikdə qonaq otağındakı masa ətrafında əyləşib yemək yeyib araq içmişdirlər. Araq içdikləri üçün bir qədər sərxoş olmuşdurlar. Lakin onlar hələ tam yeyib-içib qurtarmamış, Qadir ona evdən çıxıb getməsini bildirmişdir. Həmin vaxt Qadir sərxoş olduğundan fikir verməyib yavaş-yavaş çıxıb getmək qərarına gəlmişdir. Lakin Qadir sanki ağlını itirmiş halda onunla mübahisə etməyə və onun ünvanına nalayiq ifadələri işlətməyə davam etmişdir. Həmin vaxt o, Qadirə nalayiq söyüş söyməməsini, evində qonaq olduğunu və çıxıb gedəcəyini bildirsə də Qadir sakitləşməmiş və masanın üzərindəki araq butulkasını göstərib “bunu başında sındıraram” deyə onu hədələməyə başlamışdır. Sonra o, ayağa qalxaraq getmək üçün qapıya yaxınlaşmışdır. Bu zaman Qadir ona yaxınlaşaraq onun yaxasından tutub masanın yanına gətirərək ona “sən hələ dünənki uşaqsan, ağıllı ol” deyib qəfildən yumruqla sol gözündən vurmuş və ardınca masanın üstündəki şüşə araq butulkasını götürüb başından vurmuşdur. Buna görə də o, Qadiri qorxutmaq üçün masanın üzərində olan mətbəx bıçağını əlinə götürmüş, həmin vaxt Qadir onun sağ əlində olan mətbəx bıçağını sol əli ilə ondan almaq istəmiş, o da bıçağı geri çəkmişdir, buna görə də Qadir sol əlinin baş barmağından xəsarət almışdır. Sonra o, başına aldığı zərbənin təsirindən bir qədər huşunu itirmiş, sonra isə oradan uzaqlaşmaq üçün evdən çıxaraq həyətə düşmüşdür. Həyətdən isə yola çıxmaq üçün gedərkən sərxoş olduğundan həm də başından zərbə aldığından həmin vaxt həyətdə ayağı büdrəmiş və yıxılmışıdr. Nəticədə sağ ayağından xəsarət almışdır. Sonra küçəyə çıxaraq X2 zəng etmiş və təcili yardımın gəlib onu xəstəxanaya aparmasını gözləməyə başlamışdır. Bir qədər sonra Qadir də küçəyə çıxmış və onun hələ də küçədə olduğunu görüb yanına gəlmişdir. Həmin vaxt o, Qadirə X2 zəng etdiyini bildirmişdir. Az sonra oraya təcili yardım avtomobili gəlmiş və Qadirin əlini sarımışlar, onun isə xəsarəti daha ağır olduğu üçün xəstəxanaya aparmışdırlar. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi zərər aradan qaldırılmış, ona qarşı tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X4 25 fevral 2025-ci il tarixli, 72 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər- başın alın və hər iki qaşarası nahiyələrin yumşaq toxumaların bir qədər şişkinlyi, dərialtı hematomları fonunda hər ikisi qaşarası nahiyədə əzilmiş – cırılmış yara, sol göz yuvasıaltı nahiyədə yumşaq toxumanın bir qədər şişkinliyi fonunda sol göz yarığının bir qədər daralması ilə müşahidə olunan hematoma, müştərək qapalı kəllə beyin travması, beyin silkələnməsi, alın sümüyünün basılmış sınığı küt – bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gəlmələri inkar edilmir və dərəcələrinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Sağ qamış sümüyünün distal ucunun yerdəyişməmiş sınığı küt – bərk əşyanın təsirindən törənmişdir, törəmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025ci il tarixdə öz boyu hündürlüyündən yıxılması zamanı əmələ gəlməsi halı inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işi materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2025-ci il tarixli 613 nömrəli tibbi müayinə protokolundan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs orta dərəcəli sərxoşluq halında olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2025-ci il tarixli 614 nömrəli tibbi müayinə protokolundan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs orta dərəcəli sərxoşluq halında olmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Göyçay Rayon Xalq Məhkəməsinin xx.xx.1989-cu il tarixli hökmü ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 213 maddəsinin 1-ci hissəsi ilə (nəqliyyat vasitəsini qaçırma) təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,xx.xx.1990-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 03 aprel 2025-ci il tarixli müstəntiqin qərarından görünür ki,Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs sol əlini baçıqla kəsərək baş barmağının oynaq falanqasında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan deşilmiş-kəsilmiş yara formasında yüngül bədən xəsarəti yetirməsinə görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ayrıca icraatda cinayət işi başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu konstitusiyon müddəalar hər bir şəxsin, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsi üçün müvafiq tədbirlərin görülməsini, həmin şəxslərin bunun üçün hüquq mühafizə orqanlarına və ya məhkəmələrə müraciət edə bilmələrini, bu müraciətlər əsasında cinayət əməlləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməlirini və onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildiyi halda barələrində cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini də nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İzah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikd Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında həmçinin izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır”. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Həmçinin, “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin İcmalında qeyd olunmuşdur ki, təsvir edilən normada (Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi) cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiqolaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Odur ki, Cinayət Məcəlləsinin 221-ci və yaxud xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə cinayətləri nəzərdə tutan maddələri ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) hallar onların mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən, lazımınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. Göründüyü kimi ,istər cinayət hüququ baxımından istərsə də, məhkəmə təcrübəsi baxımından xuliqanlıq cinayət əməli və xuliqanlıq niyyəti bir-birindən fərqləndirilir. Xuliqanlıq cinayət əməlinin tövsifedici əlamətləri və tərkib elementləri CM-in 221-ci maddəsində təsvir edilmişdir. Xuliqanlıq niyyəti isə CM-in Xüsusi hissəsinin qəsdən törədilən müxtəlif maddələrinə tövsifedici və ağırlaşdırıcı tərkib əlaməti kimi daxil edilmişdir (CM-in 120.2.2, 126.2.4 və s.). Xuliqanlıq cinayət əməli ictimai qaydanı kobud surətdə pozan əməldir. Deməli, xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qaydadır. Xuliqanlıq şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunur. Ona görə də xuliqanlığın əlavə obyektini insanların sağlamlığı, şərəf və ləyaqəti, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Xuliqanliq niyyəti ilə qəsdən törədilən cinayət əməllərində xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, bu niyyətdə olan təqsirkar davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərir, özünü ətrafdakılara qarşı qoyur, ətrafdakılara qarşı laqeyidliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərir, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq qəsdən cinayət əməli törədir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində ifadə olunur. Xuliqanlıq niyyəti ilə cinayət əməli çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilir. Xuliqanlıq niyyəti ilə cinayət əməli çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərçəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Hazırki iş üzrə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutların müqayisəli təhlili göstərir ki, mübahisə Təqsirləndirilən şəxs ilə əvvəllərdə onunla bir yerdə yeyib-içdiyi qonşusu zərərçəkmiş Zərərçəkmiş şəxs arasında baş vermiş,öz təşəbbüsü ilə təqsirləndirilən şəxsin evinə qonaq gedən və özü ilə spirtli içki aparan zərərçəkmiş şəxs yeyib-içdikdən sonra evini tərk etməsi barədə təqsirləndirilən şəxsin tələbini kobud davranış kimi qəbul edib bu hərəkətlərə qarşı çıxmış, bir-birinə qarşı fiziki təzyiqlər etməsi,qarşılıqlı şəkildə bir-birinə xəsarət yetirməsi, hadisə baş verən fərdi yaşayış evdə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsdən başqa heç kimin olmaması,belə bir nəticəyə gəlməyə əsas verir ki,iki şəxs arasında olan münaqişə şəxsi münasibətlər zəminində baş vermiş hadisədir. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin CM-in 127.2.3-cü maddəsi ilə tövsif edilməsi işin faktiki hallarına uyğun olmamış, təqsirləndirilən şəxsin hərəkətləri şəxsi münasibətlər zəminində,yəni xuliqanlıq niyyəti olmadan zərərçəkmiş şəxsə qəsdən sağlamlığa az ağır zərər vurmaya səbəb olduğundan ,əməli həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 127.1, 128-ci, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışması, ona dəymiş zərərin ödənilməsi, ondan şikayət və tələbinin olmaması barədə ərizə, təqsirləndirilən şəxs də zərərçəkmiş şəxslə barışmasını və iş üzrə icraata xitam verilməsi barədə ərizələr vermişlər. Belə olan halda məhkəmə hesab edir ki , cinayət işi üzrə cinayət təqibinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir,barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirləri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd şüşə araq butulkası məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə tövsif edilsin. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməklə o cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd şüşə araq butulkası məhv edilsin. Qərardan 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-76/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-76/2025
01.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver