Məhkəmə qərarları › İş №1(046)-77/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-77/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-77/2023 19.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, zərərçəkmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, ailəli, Göyçay rayonu, Qaraməryəm kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs 02 avqust 2023-cü il tarixdə saat 12 radələrində Göyçay rayonu Qaraməryəm kəndində yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs hər iki əli ilə boğaraq boynun hər iki yuxarı yan səthlərində qançırlar fonunda yumşaq toxumaların şişkinli və əllədikdə ağrılı olması ilə nəticələnən selikli qişa- arxa udlağın hipermiyası ilə əlaqəli udqunmanın çətinləşməsi ilə nəticələnən dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, sonuncunun sağlamlığına qəsdən yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2008-ci ildə nikah bağlayaraq birlikdə yaşayırlar. xx.xx.2023- cü il tarixdə saat 12 radələrində Göyçay rayonu Qaraməryəm kəndində yerləşən yaşadığı evdə Zərərçəkmiş şəxs ilə aralarında münaqişə baş vermiş, münaqişə zamanı əvvəlcə Zərərçəkmiş şəxs boğazından hər iki əli ilə tutaraq qəsdən sıxmış, Zərərçəkmiş şəxs isə ondan uzaqlaşmaq istəyən zaman, Ayselin baş nahiyəsindən bir dəfə, sol bud nahiyəsindən bir dəfə olmaqla qəsdən yumruqla vurmuşdur.Törətdiyi əməldən peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. Buna görə də məhkəmədən xahiş etmişdir ki, zərərçəkmişlə barışması barədə ərizəsi nəzərə alınsın və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Məhkəmədə Zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2008-ci ildən nikah bağlayaraq birlikdə yaşayırlar. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs ilə yaşadıqları Göyçay rayonu Qaraməryəm kəndində yerləşən fərdi yaşayış evində aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs əvvəlcə hər iki əli ilə boğazından yapışaraq boğazını qəsdən sıxaraq boğmaq istəmiş, Kamil Niftaliyevi itələyib əlindən çıxmaq istəyən zaman isə Kamil onun bir dəfə baş və bir dəfə bud nahiyəsindən yumruqla qəsdən vurmuşdur. Hazırda Təqsirləndirilən şəxs baş vermiş hadisəyə görə ondan üzr istəmiş, ona dəymiş ziyanı tam ödəmiş və barışmışlar. Buna görə də məhkəmədən Təqsirləndirilən şəxs ilə barışdığını nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli 394 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - boynun hər iki yuxarı yan səthlərində qançırlar fonunda yumşaq toxumaların şişkinli və əllədikdə ağrılı olması ilə nəticələnən selikli qişa-arxa udlağın hipermiyası ilə əlaqəli udqunmanın çətinləşməsi küt-bərk əşyanın(əşyaların) təsirindən törənmişdir, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gələn və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 73.2-ci maddəsində qeyd edilmiş maddələrdə əvvəllər məhkum edilməmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Göyçay rayon Qaraməryəm kəndində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı həmin vaxt onu hər iki əli ilə boğaraq boynun hər iki yuxarı yan səthlərində qançırlar fonunda yumşaq toxumaların şişkinli və əllədikdə ağrılı olması ilə nəticələnən selikli qişa- arxa udlağın hipermiyası ilə əlaqəli udqunmanın çətinləşməsi ilə nəticələnən dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Təqsirləndirilən şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxsnun məhkəməyə təqdim etdikləri barışdıqları ilə bağlı ərizələrini nəzərə alan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul etməlidir. Azərbaycan Respublikası CPM-nin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2, 43.3, 344, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar