Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-77/2025 24.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 16.10-da Qurbanov Elçin Firudin oğlunun sədrliyi Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda, yəni 7,60 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2025-ci il tarixdə saat 18:18 radələrində Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndi ərazisində saxlanılaraq həmin tarixdə saat 18:18-dən 18:24-dək üstünün yoxlanıması zamanı onun əynində olan qara rəngli şalvarın sağ arxa cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,60 qram, yəni xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, Bakı şəhərində ev təmiri edirdi, fərdi qaydada ustalıqla məşğul olur. Tutulmazdan təxminən 2-3 gün əvvəl, hazırda dəqiq olaraq xatırlamdığı tarixdə çıxıb müvəqqəti yaşadığı evə gedən zaman Bakı şəhərində “Bakmil” metrostansiyasının yaxınlığında yolun kənarında yerdən 01 ədəd kibrit qutusu tapmış, həmin kibrit qutusu təzə və dolu vəziyyətdə olduğu üçün həmin kibrit qutusu götürüb açmış, bu zaman həmin kibrit qutusunun içərisində quru halda yaşıl rəngli bitki kütləsinin olmasını görmüşdür. Kibrit qutusunda olan qurudulmuş marixuananı götürüb özündə saxlamaq və gələcəkdə özü istifadə etmək qərarına gəlmiş, bundan sonra həmin kibrit qutusunu cibinə qoyaraq saxlamışdır. Daha sonra yaşadığı Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndinə gəlməli olmuş və həmin narkotik vasitəni də özü ilə birlikdə gətirmiş, lakin üzərində narkotik vasitə saxlaması və daşıması barədə heç kimə heç bir məlumat verməmişdir. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində yaşadığı evdən çıxaraq Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndi ərazisində küçə ilə piyada hərəkət edən zaman mülki geyimli şəxslər ona yaxınlaşmış, həmin şəxslər ona polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt mülki geyimli şəxslərdən biri video çəkiliş aparmış, daha sonra polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə saxlaması və daşıması, elcə də istifadə etməsi barədə onlarda məlumat olmasını bildirmişlər. Polis əməkdaşı ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olub-olmadığını soruşmuş, o da polis əməkdaşına üzərində qanunla qadağan olunmuş predmetin olmasını bildirmiş, daha sonra isə polis əməkdaşı ona həmin əşyanı təqdim etməsini tələb etmiş, o da həmin vaxt əynində olan qara rəngli şalvarın sağ arxa cibində olan 01 ədəd kibrit qutusunu təqdim etmişdir. Polis əməkdaşı həmin kibrit qutusunu açmış və içərisində bitki kütləsinin olmasını görmüş, polis əməkdaşı ondan həmin bitki kütləsinin nə olmasını və haradan əldə etdiyini soruşmuş, o da polis əməkdaşına həmin maddənin “nəşə” olmasını və “Bakmil” metrostansiyasından çıxan zaman yerdən tapdığını bildirmişdir. Bundan sonra həmin bitki kütləsi polis əməkdaşı tərəfindən götürülmüş və digər polis əməkdaşı tərəfindən onun üzəri yoxlanılmış, həmin vaxt əynində olan şalvarın cibindən kağız və dəmir pullar aşkar edilmiş və daha sonra onun özünə qaytarılmış, sonra onun üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusu içərisində olan bitki kütləsi ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 10,84 qram olmuşdur. Həmin bitki kütləsi boş kağız zərfdə qablaşdırılaraq götürülmüş, üzəri yazılaraq möhürlənmiş, bundan sonra polis əməkdaşları ilə birlikdə Göyçay RPŞ-nə gəlmişdir. Göyçay rayon polis şöbəsində şübhəli şəxs qismində tutulmuş, daha sonra ona müdafiəçi təyin edilmiş, hüquq və vəzifələri izah edilmiş, bundan sonra videoçəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Əməlindən peşmandır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid3 göstərdi ki, Göyçay RPŞnin cinayət-axtarış bölməsinin əməliyyat müvvəkkili vəzifəsində xidmət edir. 28 fevral 2025-ci il tarixdə ona Göyçay rayonu Birinici Ərəbcəbirli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, əvvəllər məhkum olunmayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və daşıması, eləcə də narkotik vasitələrdən istifadə edilməsi barədə məlumat daxil olmuş, buna görə də bu barədə onun tərəfindən raportla məruzə edilmiş və müvafiq sənədləşmələr aparılmış, bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilmişdir. Əməliyyat-axtarış tədbirlərində iştirak edəcək əməkdaşların adları da daxil edilməklə əməliyyat qrupu yaradılmış, yaradılmış əməliyyat qrupuna Göyçay RPŞ-ni CAB-nin baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3, həmçinin NMQ-nun əməliyyat müvəkkili Şahid4 daxil edilmişdirlər. 28 fevral 2025ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmaqla Göyçay rayonu Birinci Ərəbcəbirli kəndi ərazisində olması barədə əməliyyat məlumatı almış, buna görə də həmin yerə getmişlər, bu zaman Təqsirləndirilən şəxs Birinci Ərəbcəbirli kəndi ərazisində piyada gəzməsini görmüşlər, buna görə də dərhal Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Təqsirləndirilən şəxs onu nə üçün saxlamalarını izah edərək əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar əsasında üzərinə yoxlama keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və predmet olub- olmaması, əgər varsa təqdim etməsi bildirildikdə o, əynindəki qara rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd kibrit qutusunu çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxsdn həmin kibrit qutusunun içərisində nə olması doruşuluduqda o, bunun “nəşə”, yəni narkotik vasitə olması bildirmiş, həmin kibrit qutusu açılan zaman içərisində yaşıl rəngli xüsusi iyə malik bitki kütləsinin olması müəyyən edilmişdir.Təqsirləndirilən şəxs həmin bitki kütləsini nə üçün üzərində gəzdirməsi soruşulmuş, Təqsirləndirilən şəxs da həmin bitki kütləsini istifadə etmək üçün üzərində saxladığını,həmin kütləni bir neçə gün öncə Bakı şəhərində Bakmil metrosundan çıxanda metronun yaxınlığından tapdığını və şəxsi istifadəsi üçün götürüb üzərində saxladığını, heç kəsə satmadığını və yaxud vermədiyini bildirmişdir. Bundan sonra NMQ-nun əməliyyat müvəkkili Şahid4 Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 3 manat və 60 qəpik pul, əynindəki qara rəngli cins şalvarın arxa sol cibindən isə 01 ədəd alışqan aşkar edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd alışqan və 3 manat 60 qəpik pul sübut əhəmiyyəti kəsb etmədiyi üçün şəxsin özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində yaşılımtıl rəngli narkotik vasitə olan marixuanaya bənzər kütlə olan 01 ədəd kibrit qutusu elektron tərəzidə çəkildikdə həmin kibrit qutusu 10.84 qram olmuş və 01 ədəd zərfə qoyularaq möhürlənmiş və videoçəkiliş başa çatmışdır.Sonra həmin yerdə protokol yazmağa şərait olmadığı üçün Göyçay RPŞnə gəlmişdirlər, RPŞ-də Təqsirləndirilən şəxs aidiyyəti üzrə təhvil vermiş, daha sonra Təqsirləndirilən şəxs müdafiəçi təyin edilməklə şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə “baxış və götürmə” istintaq hərəkəti keçirilmiş, baxış və götürmənin aparılması videoçəkiliş vasitəsi ilə qeydə alınmişdir. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid4 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:18 radələrində Göyçay RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində saxlanılaraq üzərinə saat 18:18-dən 18:24-dək şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ arxa cibindən 01 ədəd kibrit qutusunda içərisində yaşılımtıl rəngli bitki mənşəli kütləni təqdim etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş baxış və götürülmə keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı qablaşdırılaraq götürülmüş 01 ədəd kibrit qutusuna baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin kibrit qutusunun ona məxsus olması və üzərindən götürüldüyünü bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 01 mart 2025-ci il tarixli, 17/177 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusu sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd kibrit qutusunda, təmiz çəkisi 7,60 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqatda sərf olundu - 0,02 qram, qalıq - 7,58 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 20 may 2025-ci il tarixli, 820 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2025-ci il tarixdə, saat 18.18-də şübhəli şəxs qismində tutulmuş, 02 mart 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 15.20-də MSY-dən azad edilmişdir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:18 radələrində Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndi ərazisində saxlanılaraq həmin tarixdə saat 18:18-dən 18:24-dək üstünün yoxlanıması zamanı onun əynində olan qara rəngli şalvarın sağ arxa cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,60 qram, yəni “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində üç azyaşlı uşaqlarının olmasını iş üzrə cəzasını yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 69.3cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanılma müddəti nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddəti bir günə iki gün hesablanmaqla müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Göyçay rayonu və müalicə olunacaq tibb müəssisəsinin olduğu yerin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq,narkomaniyadan müalicə kursu keçmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır.Azərbaycan Respublikası CMnin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,58 qram narkotik vasitə olan qurudulmuş marixuana Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş videoçəkilişin köçürüldüyü 2 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının 35 manat 97 qəpik dəyəri Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 2 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 4 gün çıxılaraq qəti olaraq ona 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində olan fərdi yaşayış evini hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu və müalicə olunacaq tibb müəssisəsinin olduğu yerin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,58 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 2 ədəd “DVD”disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının cəmi 35 manat 97 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-77/2025
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-77/2025
24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver