Məhkəmə qərarları › İş №1(046)-78/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-78/2024

11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-78/2024 11.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəkili Müdafiəçi1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay Rayon Vəkillər Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, X3 Azərbaycan Respublikasının CM-nin 147.1 və 148-ci maddələri ilə ittiham olunmasına dair barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: X3 Azərbaycan Respublikasının CM-nin 147.1 və 148-ci maddələri ilə ittiham olunmasına dair xüsusi ittiham qaydasında X12 tərəfindən Göyçay rayon Məhkəməsinə şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətin məhkəmə baxışı məhz bu məhkəməyə aiddir. Buna baxmayaraq işin məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar vardır. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdən görünür ki, X12 ona görə məhkəməyə xüsusi ittiham qaydasında şikayət edərək X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini ona görə istəmişdir ki, O, artıq 4 ildir ki, stomatoloji və kosmetoloji avadanlıqların satışı və təmiri xidməti göstərən “X19” Məhdud Məsuliyyətli Cəmiyyətində direktor müavini olaraq çalışır. Hazırki müraciəti “X19” MMC ilə bənzər istiqamətlər üzrə eyni bazarda fəaliyyət göstərən digər şirkət - "xxxx" MMC-nin rəhbəri Kənan Zeynalovun əmisi X7 tərəfindən müxtəlif vaxtlarda sosial şəbəkədən şəxsinə, ailə üzvlərinə ünvanlanan nalayiq ifadələr və atılmış böhtanlarla bağlıdır. Belə ki, barəsində şikayət edilən şəxs X9 “Facebook” sosial media platforması üzərindən müxtəlif vaxtlarda onun, ailə üzvlərinin şərəf və ləyaqətini alçaldan təhqiramiz xarakterli və həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. X9 müxtəlif vaxtlarda “Facebook” sosial şəbəkəsində “Medikal_Media” səhifəsində “X19” MMC barəsində yerləşdirilən videonu yenidən “Qabil Zeynalov” adlı öz səhifəsində paylaşaraq şərh olaraq “Azestetikin müdafiəçiləri kimlərdir: itquli, itəli, ət satanların ət oğrusu, bazardan kartof, soğan oğrusu və 2 eşşəyin arpasın bölə bilməyən özünü savadlı hesab edən potuşadlardır”, “ Bu kimdisə bilmədim amma erməni əsilli it əli var onun səsinə oxşatdım”, “İtin qohumu peyda olub. Məni axtarırlar.” “Tapdım it əlidi itqulu nəsli” kimi açıqca adını çəkərək onun şərəf və ləyaqətinə, ailəsinə, nəslinə müxtəlif formada heç bir etik çərçivəyə sıxmayan, nalayiq, etikadan kənar ifadələr ünvanlamışdır. Zeynalov Qabil onun babasının adının Qulu olduğunu bildiyi üçün qəsdən və məqsədli şəkildə “itquli” “itqulu nəsli” kimi nalayiq ifadələri onu nəzərdə tutaraq yazmışdır. Bunu da bildirmək istəyir ki, babası X2 Vətən müharibəsinin iştirakçısı olmuş, “Бакинский paбочий’ qəzetinin regional müxbiri işləmiş, X20 Əliyev tərəfindən qızıl qələm mükafatı almış şəxs olmuşdur. Eyni zamanda Zeynalov Qabil onun iş yerinin “X19” MMC olduğunu bilə-bilə “Bu Azestetik maşennikləri hələ fəaliyyətdədir?”, “Bu Əli işləyən “şirkətçikdir”!”, “Azestetik şirkəti hələ də yaşayırsan! Şərəfsiz həşəratlar!”, “Hələ utanmır böhtan dolu iftiralar yayırlar”, “Yəqin ki bu maşennikləri dayandıra bilən olacaq” kimi təhqiramiz ifadələr şirkətin əməkdaşı olduğu üçün ona da ünvanlanmışdır. Hesab edir ki, onun bu cür ardı-arası kəsilməyən təhqir və böhtanlarının əsas səbəbi "xxxx" MMC-nin rəhbəri Kənan Zeynalovla onun çalışdığı şirkət arasında olan məhkəməyə qədər gedən münasibətdir. Çünki X1rdaşı oğludur və buna görə də ona olan kinli münasibəti onu barəsində belə etikadan kənar ifadələr yazmağa vadar edir. Bundan əlavə Zeynalov Qabil “Facebook” sosial şəbəkəsində “Medikal_Media” səhifəsində paylaşılan “X19” MMC-də keçirilən mətbuat konfransının video görüntülərini “Qabil Zeynallov” adlı öz səhifəsindən paylaşaraq “Nəhayətki maskaları çıxarıldı!”, “Əsl sifətləri göründü. Hanı itulular, əlillər? Onların da əsl adları bəlli olacaq inşəallah.” “Həqiqət üzə çıxdı. Əlişkalar, dümüşkalar və itular daha hansı yalanlar uyduracaqlar?” kimi bu cür şərəf və ləyaqəti alçaldan ifadələrə yol verməklə ona psixoloji və mənəvi ziyan vurmuş və qəsdən şəxsiyyətini nalayıq formada alçaltmışdır. Qabil Zeynalovun digər qanunsuz əməli böhtan şəklində təzahür etmişdir. O, “Hələ bu fırıldaqçılarla əlbir olan Göyçay 3№-li məktəbin keçmiş məzunu Əli adlı şəxs ona da böhtan atıb: guya o məktəbi bitirən məzunlara pul ataraq attestat vermişdir. “Yaramaz adam!” kimi qərəzli şəkildə həqiqəti əks etdirməyən belə məlumatlarla və yalan olduğunu bilə-bilə şərəf və ləyaqətimi ləkələyən və nüfuzdan salan məlumatları geniş izləyici kütləsi olan hesabından yayaraq böhtan əməlinə yol vermişdir. Qeyd edir ki, barəsində xüsusi ittiham verilən şəxsin “Facebook” sosial şəbəkəsindəki şəxsi hesabında çoxsaylı izləyicilər oduğu üçün və və müvafiq paylaşımlar onlar üçün əlçatan rejimdə yayınlandığı üçün yazılmış böhtan və təhqir xarakterli məlumat geniş izləyici kütləsinə məlum olmuşdur. Həmin şəxslərin arasında onun tanışları da olmuşdur. Bu hal, xüsusilə də eyni mühitdə olduğu dost-tanışlarının həmin rəylərlə tanış olması, onlarda onun və ailəsi haqqında yanlış fikrin formalaşmasına səbəb olmuşdur. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 və vəkili Müdafiəçi1 şikayətin əsaslı olmasını nəzərə alıb,icraata qəbul edilərək məhkəmə baxışının təyin edilməsini xahiş etdilər. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 şikayətdə göstərilən dəlillərlə razılaşmayaraq bildirir ki, o, X8 şikayətində göstərdiklərini Əli Quluzadənin ünvanına deyil, başqa şəxsin ünvanına yazmışdır. İşin məhkəmə baxışına təyin edilməsinəı etiraz etmədi. Məhkəmə hazırlıq iclasında Müdafiəçi2 bildirdi ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 şikayətdə göstərdikləri Əli Quluzadənin deyil başqa şəxsin ünvanına yazılmışdır. İşin məhkəmə baxışına təyin edilməsinə etiraz etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan cinayəti, yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda,kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymadır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir cinayəti, yəni kütləvi çıxışlarda,kütləvi nümayiş etdirilən əsərdə,kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmadır. Göründüyü kimi cinayət qanunvericiliyinə görə böhtan cinayətinin obyektiv cəhəti biləbilə yayılan məlumatın yalan olmasında, başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya nüfuzdan salan məlumatların kütləvi çıxışlarda,kütləvi nümayiş etdirilən əsərdə,kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmasında ifadə olunur. Yalan məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalı,konkret faktlarla bağlı olmalıdır. Təhqir cinayətinin obyektiv cəhəti isə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Hazırki iş üzrə xüsusi ittiham qaydasında verilmiş şikayətdə qeyd edilmiş ifadələr ümumi xarakterli olduğundan və konkret olaraq X11 aid edilərək birbaşa ona bildirilməsi həmin ifadələrdən müəyyən edilmədiyindən nə böhtan, nə də ki, təhqir cinayətinin obyektiv cəhətini təşkil etmir. "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4,302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 məhkəmə icraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 məhkəmə iclasında hüquqlarını 03 saat müddətində müdafiə etmişdir. Odur ki, X6 göstərilmiş 03 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 18 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 299,300,384-cü maddələrini rəhbər tutaraq qərara aldı: X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsi ilə ittiham olunmasına dair X12 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 03 iş saatına görə 18 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Göyçay rayon Vəkil Bürosunun hesabına (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) köçürülsün. Qərardan 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar