Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-79/2022 12.10.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Qanuni nümayəndə1, Zərərçəkmiş şəxs6 və Qanuni nümayəndə2 iştirakı ilə, Göyçay şəhərində xx.xx.1993-cü il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2sində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Göyçay şəhər 5 nömrəli tam orta məktəbin qarşısında əvvəldən aralarında mübahisəsi olmuş Zərərçəkmiş şəxs1 həyat yoldaşı və qohumları ilə onunla yenidən mübahisə etməsi zamanı çəkilmiş videogörüntülərin sosial şəbəkələrdə yayılmasından hiddətlənib qisas almaq məqsədilə həmin gündən, yəni xx.xx.2021-ci il tarixdən başlayaraq istintaqla dəqiq müəyyən edilməmiş günədək Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, sonuncuların azyaşlı övladlarının, sonuncuların qohumları olan Qanuni nümayəndə1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq məqsədi ilə onları nüfuzdan salan əxlaqsız məzmunlu sözlər yazaraq şəkillərlə birlikdə internet informasiya ehtiyatlarından olan “tik-tok” sosial şəbəkəsində “@by_mg_”, “kayfagen22”, “kar_e” və “instaqram” sosial şəbəkəsində “@maestroceyhun” saxta istifadəçi adlar, profil və ya hesablarından kütləvi nümayiş etdirməklə onları əxlaqsız şəxslər kimi təqdim edib şərəf və ləyaqətlərini alçaltmaqla Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Qanuni nümayəndə1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 təhqir etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində azyaşlı oğlu Emini Göyçay şəhəri 5 nömrəli məktəbdən götürmək üçün gedərkən, məktəbin qarşısında Elçin qohumları ilə birlikdə üzərinə gəlmişdir. Bu zaman tanımadığı şəxslərin onu videoya çəkdiklərini görmüşdür. Buna görə rayon polis şöbəsinə müraciət etmişdir. Həmin gün “tik-tok” və “instaqram” sosial şəbəkəsində həmin görüntülərin Elçin və Elçinin qohumu olan Elşənin özlərinə məxsus hesablarda paylaşdıqlarını görmüşdür. Bütün bunlar ona pis təsir etmişdir. Buna görə də əsəbiləşdiyi üçün “tik-tok” sosial şəbəkəsində öz adına profil olmadığı üçün, özünün yaratdığı “@by_mg_”, “kayfagen22”, “kar_e” profilləri və “instaqram” sosial şəbəkəsində yaratdığı “maestroceyhun” profili ilə Zərərçəkmiş şəxs1, həyat yoldaşı və qohumlarının şəkillərini paylaşmış və həmin şəkillərin üzərinə nalayiq ifadələr yazmışdır. Qeyd edilən şəkillər ona təqdim olunduqda, həmin profıllərdəki şəkil və yazıları özünün paylaşdığını bildirmişdir. Həmçinin, Zərərçəkmiş şəxs2 təqdim etdiyi diskdə “kimə qulaq asdırırsan asdır, get denən ona, anama əl qaldırmasına görə məndən üzr istəməsə uşağımda paylaşacam, özünüdə paylaşacam, ərinidə paylaşacam, başa düşdün ailəlikcə, nə müğənni deyiləm, nə də xalq artisti deyiləm, bütün günü efirlərdə olan onun əridi üzr istəməyə görə deyirəm, son sözümdü” və “sabah saat 4-də uşağı məktəbdən götürmək üçün gedəcəm, onda Aysel məndən üzr istədi, istəmədi var ha, sabah axam “tik-tok”-da olacaq. Mənim sizdə tək özümün şəklim varsa o heç, ancaq onun məndə özünündə şəkli var, ərinində şəkli var, uşağımda şəkli var, Mehparənində şəkli var, hamısı birin-birinə qohumdular” kimi səs yazıları ona məxsusdur və “İnstaqram” sosial şəbəkəsində açılmış “qorx_maz030” profili də özü tərəfindən açılmışdır. 2021-ci ilin dekabr ayında Elçinin qohumu Elşənə “İnstaqram” sosial şəbəkəsində yazaraq “Ayselin 5 nömrəli məktəbin qarşısında onu və anasınıı təhqir etməsinə görə üzr istəməsini, əks halda onun şəkillərini paylaşacağını” demişdir. Həmin disklərdə olan səs yazılarının özünə məxsus olduğunu bildirmişdir. Aysel 5 nömrəli məktəbin qarşısında 2021-ci ilin sentyabr ayında onu təhqir etmiş, həmçinin anasını vurmuşdur. xx.xx.2022-ci il tarixdə Mehparə və Aydında məktəbin qarşısına gəlmişlər. Buna görə də, onların da şəkillərini paylaşmışdır. Həmçinin, onu və ailə üzvlərini narahat etdikləri üçün Mehparənin qızı Zəhranın da şəkillərini paylaşmıdır. Zərərçəkmiş şəxs3 isə Elçinin qohumu olduğu üçün, həmin şəkilləri çəkib Elçinə göndərdiyinə görə, Elşənində şəkillərini saxta profillərdə paylaşmışdır. Zərərçəkmiş şəxs2 məktəbin qarşısında ona əsassız yerə atmacalar ataraq “boşandığını” demişdir. Bu barədə Ayselin həyat yoldaşı Elçinə demiş, bundan sonra, 2021-ci ilin sentyabr ayında qeyd etdiyi kimi Aysel onu məktəbin qarşısında gördükdə, yenidən təhqir etmiş və anasını vurmuşdur. Belə ki, oğlu və Ayselin uşaqları həmin məktəbdə təhsil aldığı üçün, məktəbin qarşısında birbiriləri ilə rastlaşmışlar. “Tik-tok” sosial şəbəkəsində “@by_mg_”, “kayfagen22”, “kar_e” profillərini 2021-ci ilin dekabr ayında açmışdır və həmin şəkil və videoları paylaşmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs “tik-tok” sosial şəbəkəsində başqa adlarla saxta profillər açaraq, həyat yoldaşı Aysel Mayılovu, iki azyaşlı övladını və digər qohumlarını nalayiq ifadələrlə təhqir etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özüdə həmin saxta profillərlə həyat yoldaşını və qohumlarını təhqir etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə 5 nömrəli məktəbin qarşısında olarkən, “əcəb edib paylaşmışam” demiş və bütün bunlarda video görüntüyə düşmüşdür. Həmin video görüntü və şəkillər ərizəyə əlavə edilmişdir. Həmçinin, dayısı oğlu Zərərçəkmiş şəxs3 instaqram sosial şəbəkəsində səs ataraq, həmin şəkilləri özünün paylaşdığını və həmin şəkilləri paylaşmağa davam edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs 16 dekabr 2021-ci il tarixdən saxta profillərlə həyat yoldaşının, özünün və qohumlarının şəkillərini paylaşaraq təhqir etmişdir. Fidan tərəfindən şəkillər “@by_mg_”, “kayfagen22”, “kar_e” profilləri ilə paylaşılmış, həmçinin sonradan Fidan “maestroceyhun” və “elçin.göyçaylı music” adlı profillər açaraqda, özünün və qohumlarının şəkillərini və videolarını paylaşaraq nalayiq ifadələr yazmışdır. Təqsirləndirilən şəxs özünün, həyat yoldaşı Zərərçəkmiş şəxs2, oğulları Rəfael və Raufun, dayısı oğlu Zərərçəkmiş şəxs3, bibisi qızı Qanuni nümayəndə1, onun qızı Zərərçəkmiş şəxs5 və bibisi oğlu Zərərçəkmiş şəxs6 şəkillərini paylaşmışdır. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Təqsirləndirilən şəxs “tik-tok” sosial şəbəkəsində başqa adlarla saxta profillər açaraq, həyat yoldaşı Zərərçəkmiş şəxs1, iki azyaşlı övladını və digər qohumlarını nalayiq ifadələrlə təhqir etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özüdə həmin saxta profillərlə həyat yoldaşını və qohumlarını təhqir etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə 5 nömrəli məktəbin qarşısında olarkən, “əcəb edib paylaşmışam” demiş və bütün bunlarda video görüntüyə düşmüşdür. Həmçinin Fidan dəfələrlə həyat yoldaşını saxta profillə şəkillərini paylaşaraq nalayiq ifadələrlə təhqir etmişdir. Fidan həyat yoldaşının dayısı oğlu Zərərçəkmiş şəxs3 instaqram sosial şəbəkəsində səs ataraq, həmin şəkilləri özünün paylaşdığını və ondan üzr istəməsə həmin şəkilləri paylaşmağa davam edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs 16 dekabr 2021-cı il tarixdən həyat yoldaşının, özünün və qohumlarının şəkillərini paylaşaraq təhqir etmişdir. Həyat yoldaşının, özünün və qohumlarının şəkilləri “@by_mg_”, “kayfagen22”, “kar_e” profilləri ilə paylaşılmış, həmçinin sonradan Fidan “maestroceyhun” və “elçin.göyçaylı music” adlı profillər açaraqda, şəkil və videolar paylaşaraq nalayiq ifadələr yazmışdır. Həyat yoldaşı Elçinin dayısı oğlu Zərərçəkmiş şəxs3 instaqramda işlətdiyi profilinə “qorx_maz030” profili ilə mesaj yazılmışdır. Elşən həmin profillə danışarkən, Fidan həmin profillə yazan şəxsin özü olduğunu etiraf etmişdir. Həmçinin, səs ataraq üzr istəməyini və əks halda şəkillərini paylaşacağını demişdir. Belə ki, Fidan qeyd elədiyi vaxtda da həmin “@by_mg_”, “kayfagen22”, “kar_e” profilləri ilə nalayiq formada şəkillərini paylaşmışdır. Lakin, hal-hazırda, Fidan qeyd edilən profilləri silərək, “elçingöyçaylımusic_” və “maestroceyhun” profilləri açaraq həmin profillər ilə şəkil və videolar paylaşmışdır. Fidan 2021-ci ilin sentyabr ayında həyat yoldaşı Elçinin şəkillərini paylaşdığı üçün, Fidana etiraz etmişdir. Həmin vaxtda sonuncu 5 nömrəli məktəbin qarşısında mübahisə yaratmışdır. Fidanın ata və anası üstünə gəlmişlər. Fidan həmin vaxt guya onun anasını vurduğunu bildirərək, ondan üzr istəməyini istəmişdir. Təqsirləndirilən şəxs özünün, ailə üzvlərinin və qohumlarının şəkillərini 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar ayları ərzində paylaşmışdır. Təqsirləndirilən şəxs özünün, həyat yoldaşı Zərərçəkmiş şəxs1, oğulları Rəfael və Raufun, həyat yoldaşının dayısı oğlu Zərərçəkmiş şəxs3, həyat yoldaşının bibisi qızı Mehbarə Haqverdiyevə və sonuncunun qızı Zərərçəkmiş şəxs5 şəkillərini paylaşmışdır. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə ifadə vermiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə bibisi oğlu Zərərçəkmiş şəxs1 həyat yoldaşı arasında mübahisə olmuşdur. Həmçinin, Fidan əvvəllər də sosial şəbəkələrdə bibisi oğlu Elçinin və onun həyat yoldaşı Ayselin şəkillərini paylaşmışdır. Təxminən, bir ay əvvəl bibisi oğlu Zərərçəkmiş şəxs1 uşaqlarını məktəbə aparmışdır. Fidan Elçinin uşaqlarını məktəbə apardıqlarını gördükdən sonra, “tik-tok” sosial şəbəkəsində şəkillərini paylaşaraq, nalayiq ifadələr yazmağa başlamışdır. Təqsirləndirilən şəxs “instaqram” sosial şəbəkəsində ilk dəfə ona özü yazmış və onu təhqir etmişdir. Həmçinin, Fidan ilə danışarkən, sonuncu özü Elçinin, ailə üzvlərinin, qohumlarının və özünün şəkillərini paylaşdığını bildirmişdir. Fidan şəkil və videoları “@by_mg_”, “kayfagen22”, “kar_e” profilləri ilə paylaşmışdır. Sonradan, Fidan həmin səhifələri silmiş və tik-tok sosial şəbəkəsində “maestroceyun” və “@elçingöyçaylimusic_” profilləri açaraq yenidən şəkilləri paylaşaraq nalayiq ifadələr yamış və onları təhqir etmişdir. Təqsirləndirilən şəxs “instaqram” sosial şəbəkəsində “qorx_maz030” profili ilə istifadəsində olan “Zeferogld” profilinə yazmışdır. Həmin vaxt Fidan qohumu olan Zərərçəkmiş şəxs2nm və digər qohumlarının şəklini ataraq təhqiramiz sözlər yazmışdır. Təqsirləndirilən şəxs “əgər Aysel məndən üzr istəməsə onun, övladlarının, qohumlarının şəkillərini paylaşacağını” demişdir. Buna görə də, ərizə yazarkən Zərərçəkmiş şəxs2 həmin səs yazılarını və mesajları diskə yükləyərək, ərizəyə əlavə etmişdir. Lakin, sonradan Fidan həmin profil ilə yazdığı mesajların bir qismini silmişdir. Fidan onunla mesaj vasitəsilə danışarkən, həmin şəkilləri özünün paylaşdığını bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs6 göstərmişdir ki, Zərərçəkmiş şəxs1 dayısı oğludur. Valideyn kimi öz uşağını Göyçay rayon 5 nömrəli məktəbə gətirmiş və Fidanı orada görmüşdür. 2021-ci ilin sentyabr ayının sonlarında, qızını məktəbdən götürməyə gedərkən, məktəbin qarşısında səs-küy olduğunu eşitmişdir. Oraya yaxınlaşdıqda, dayısı oğlu Elçinin həyat yoldaşı Ayseli Fidanın atası və anası ilə birlikdə döydüyünü görmüşdür. Həmin vaxt onları aralamışdır. Bundan sonra, bir neçə dəfə məktəbə gedərkən, Fidan ona “sən adam aralayan çıxmışdın, nə işin var idi” demişdir. Bütün bunlara fikir verməsə də, 2021-ci ilin dekabr ayının sonlarında, Fidan “tiktok” sosial şəbəkəsində saxta profillər açaraq, Elçinin və onun ailə üzvlərinin, bacısı Mehparənin və bacısı qızı Zəhranın, həmçinin özünündə şəkillərinin üzərinə nalayiq ifadələr yazaraq paylaşmışdır. Fidan özü də saxta profillə qeyd edilən şəkilləri paylaşmasını etiraf etmişdir. Fidan, Elçinin dayısı oğlu Zərərçəkmiş şəxs3 instaqram sosial şəbəkəsində səs ataraq, həmin şəkilləri özünün paylaşdığını bildirmişdir. Fidan “kayfagen”, profili ilə şəkillərini nalayiq ifadələr yazaraq paylaşmışdır. Dayısı oğlu Elçinin həyat yoldaşı Ayseli onların əlindən aldığı və döyməyə imkan vermədiyi üçün, Fidan şəkillərini nalayiq ifadələr yazaraq sosial şəbəkələrdə paylaşmışdır. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində ifadə vermiş Qanuni nümayəndə1 göstərmişdir ki, Zərərçəkmiş şəxs1 dayısı oğludur. Uşağını Göyçay rayon 5 nömrəli məktəbə gətirmiş və Fidanı orada görmüşdür. X1 və ailə üzvlərinin şəkillərini sosial şəbəkələrdə paylaşaraq nalayiq ifadələr yazmışdır. Daha sonra onun və qızı Zəhranın şəkillərini saxta profillər açaraq, üzərlərinə nalayiq ifadələr yazıb paylaşmışdır. Belə ki, Təqsirləndirilən şəxs özüdə həmin saxta profillərlə şəkillərini paylaşaraq təhqir etdiyini etiraf etmişdir. Həmçinin, Fidan Elçinin dayısı oğlu Zərərçəkmiş şəxs3 “instaqram” sosial şəbəkəsində səs ataraq, həmin şəkilləri özünün paylaşdığını bildirmişdir. Fidan “@by_mg_” profili ilə onun və qızının şəkillərini nalayiq ifadələr yazaraq paylaşmışdır. Qardaşı Aydın 5 nömrəli məktəbin qarşısında olarkən, Elçinin həyat yoldaşı Aysellə Fidangilin mübahisə etdiyini görmüşdür. Bundan sonra, Fidan Elçingillə qohum olduqlarını bildiyi üçün, onların da şəkillərini paylaşmışdır. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəciyini bildirmiş, məhkəmə baxışının iştirakı olmadan keçirilmıəsini xahiş etmişdir. Eləcə də Təqsirləndirilən şəxs şikayətçi olduğunu və barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs5 ifadəsindən görünür ki, Göyçay şəhər 5 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alır. Təqsirləndirilən şəxs da oğlu həmin məktəbdə oxuyur. Fidanın qohumları olan Elçingil ilə mübahisələri olmuşdur. Bundan sonra, anası Mehparə ilə dayısı Aydının qızını məktəbdən götürmək üçün gedərkən, Fidan məktəbin qarşısında anası ilə şəklini çəkmişdir. Sonradan isə Fidan həmin şəkilləri sosial şəbəkələrdə saxta profillər ilə paylaşaraq şəkillərin üzərinə nalayiq sözlər yazıb onları təhqir etmişdir. Bütün bunlar ona pis təsir etdiyi üçün, hətta intihara da cəhd etmək istəmişdir. Fidan özü də saxta profillə qeyd edilən şəkilləri paylaşmasmı etiraf etmişdir. Fidan “@by_mg_”, profili ilə onun və anasının şəkillərini nalayiq ifadələr yazaraq paylaşmışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş və cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs2 təqdim etdiyi 02 ədəd CD disk və Təqsirləndirilən şəxs götürülmüş səs nümunələrinin olduğu 01 ədəd CD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş, cinayət işi üzrə təyin edilmiş məhkəməfonoskapik ekspertizasının xx.xx.2022-ci il tarixli 4/671 saylı rəyi işdə olan zərərçəkmiş şəxslərin ifadələri, təqsirləndirilən şəxsin ifadələri, istintaq hərəkəti protokolları və digər sənədlər sübut kimi tanınmışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş və cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş 1-ci şəkildə “by_mg_” profili ilə şəkillərin paylaşılması müəyyən edilmişdir. Həmin profillə 03 ədəd şəkilin paylaşılması müəyyən olunur. Birinci şəkildə Zərərçəkmiş şəxs1 şəklinin üzərinə “Göyçay polislərin təhqir edir” yazısı vardır. İkinci şəkilin video şəklində olması və Zərərçəkmiş şəxs2 şəklinin üzərinə “Elçin deyir arvadım dindardı)) geyimə bax maşınlardan düşür” yazısı vardır. Üçüncü şəkildə isə Zərərçəkmiş şəxs1 şəkili paylaşılmışdır. 1- ci şəkildə “by_mg_” Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 uşaqlarının şəkilləri paylaşılaraq üzərlərinə “şaqqıldanın getsin ailəmə” və “ buda mənim namaz qılan arvadım., min spermadan törənən biclərim..namaz qılır ha arvadım)., mən Göyçayın 1 nömrəli dalbayovuyam” yazıları yazılmışdır. 2- cü şəkildə “by_mg_” profili ilə Zərərçəkmiş şəxs3 şəkli paylaşılaraq “X2” sözləri yazılmışdır. 3- cü şəkildə “by_mg_” profili ilə Zərərçəkmiş şəxs1 şəkli paylaşılaraq “Axşam dil vurduğum xanımlar” və “Elçin hər zaman dil vurmağa hazırdı gözəllər” yazısı yazılmışdır. 4- ci şəkildə “by_mg_” profili ilə Zərərçəkmiş şəxs2 şəkli paylaşılaraq “Elçin deyir arvadım dindardı)) geyimə bax maşınlardan düşür" yazısı yazılmışdır. 5- cı şəkildə “by_mg_” profili ilə Qanuni nümayəndə1nm və qızı Zərərçəkmiş şəxs5 şəkilləri paylaşılaraq üzərinə “Ərim boşayıb məni, ana bala Klente Çıxırıq, cörəy pulu üçün” sözləri yazılmışdır. nə müğənni deyiləm, nə də xalq artisti deyiləm, bütün günü efirlərdə olan onun əridi üzr istəməyə görə deyirəm, son sözümdü” səs yazısı, bundan sonra, “Fidan axşam danışarıq” mesajı və digər mesajlar, həmin mesajlardan sonra yenidən səsli mesajla danışıq, həmin danışıqda “sabah saat 4-də uşağı məktəbdən götürmək üçün gedəcəm, onda Aysel məndən üzr istədi istədi, istəmədi var ha, sabah axam “tik-tok”-da olacaq. Mənim sizdə tək özümün şəklim varsa o heç, ancaq onun məndə özünündə şəkli var, ərinində şəkli var, uşağmmda şəkli var, Mehparənində şəkli var, hamısı birin-birinə qohumdular” səs yazısı vardır. Həmin video görüntülərlə bağlı Zərərçəkmiş şəxs2 ifadəsi alınarkən, sonuncu bildirmişdir ki, həyat yoldaşı Elçinin dayısı oğlu Zərərçəkmiş şəxs3 instaqramda işlətdiyi profilinə həmin “qorx_maz030” profili ilə mesaj yazılmışdır. Elşən həmin profillə danışarkən, həmin profillə yazan şəxs Fidan olduğunu etiraf etmiş, həmçinin, səs ataraq ondan üzr istəməyini və əks halda şəkillərini paylaşacağını demişdir. Belə ki, Fidan qeyd elədiyi vaxtda da həmin “@by_mg_”, “kayfagen22”, “kar_e” profilləri ilə nalayiq formada şəkillərini paylaşmışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş və cinayət işinə əlavə edilmiş 01 ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Disk bir ədəddir, ağ rənglidir və üzərində “X3” sözləri yazılmışdır. Diskin içərisində 3 ədəd video fayl və 7 ədəd şəkil faylı vardır. 1-ci videoda “qorx_maz030” profili ilə mesaj və səs vasitəsilə danışığın olması müəyyən olundu. Videoya daxil olduqda birinci səs yazısında görünür ki danışıq olması müəyyən olundu. Həmin danışıqda “kimə qulaq asdırırsan asdır, get denən ona, anama əl qaldırmasına görə məndən üzr istəməsə uşağımda paylaşacam, özünüdə paylaşacam, ərinidə paylaşacam, başa düşdün ailəlikcə, nə müğənni deyiləm, nə də xalq artisti deyiləm, bütün günü efirlərdə olan onun əridi üzr istəməyə görə deyirəm, son sözümdü səs yazısı vardır. Bundan sonra, “Fidan axşam danışarıq“ mesajı və digər mesajlar vardır. Həmin mesajlardan sonra yenidən səsli mesajla danışıq vardır. Həmin danışıqda “sabah saat4-də uşağı məktəbdən götürmək üçün gedəcəm, onda Aysel məndən üzr istədi istədi, istəmədi var ha, sabah axam “tik-tok”-da olacaq. Mənim sizdə tək özümün şəklim varsa o heç, ancaq onun məndə özünündə şəkli var. ərinində şəkli var, uşağmmda şəkli var, Mehparənində şəkli var, hamısı birin-birinə qohumdular” səs yazısı vardır. Cinayət işinə əlavə edilmiş məhkəmə-fonoskapik ekspertizasının xx.xx.2022-ci il tarixli 4/671 saylı rəyindən görünür ki, 1) Ekspertizaya təqdim edilmiş 1 ədəd ağ rəngli DVD diskdə olan mübahisəli videofonoqramlardakı danışıqların məzmunu tədqiqi hissə də verilmiş yazılı mətnlərdən ibarətdir. 2) Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli DVD diskdə olan mübahisəli videofonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “Ql” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Göyçay şəhər 5 nömrəli tam orta məktəbin qarşısında əvvəldən aralarında mübahisəsi olmuş Zərərçəkmiş şəxs1 həyat yoldaşı və qohumları ilə onunla yenidən mübahisə etməsi zamanı çəkilmiş video-görüntülərin sosial şəbəkələrdə yayılmasından hiddətlənib qisas almaq məqsədilə həmin gündən, yəni xx.xx.2021-ci il tarixdən başlayaraq istintaqla dəqiq müəyyən edilməmiş günədək Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, sonuncuların azyaşlı övladlarının, sonuncuların qohumları olan Qanuni nümayəndə1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq məqsədi ilə onları nüfuzdan salan əxlaqsız məzmunlu sözlər yazaraq şəkillərlə birlikdə internet informasiya ehtiyatlarından olan “tik-tok” sosial şəbəkəsində “@by_mg_”, “kayfagen22”, “kar_e” və “instaqram” sosial şəbəkəsində “@maestroceyhun” saxta istifadəçi adlar, profil və ya hesablarından kütləvi nümayiş etdirməklə onları əxlaqsız şəxslər kimi təqdim edib şərəf və ləyaqətlərini alçaltmaqla Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Qanuni nümayəndə1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 təhqir etməklə Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində təsbit olunmuşdur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulur ki, «...mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, .qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyən olunmuş presedent hüququna görə faktlar və qiymətləndirici mülahizələrin diqqətlə fərqləndirilməsinə ehtiyac var. Faktların mövcudluğu nümayiş etdirilə bildiyi halda qiymətləndirici mülahizənin həqiqiliyi sübut oluna bilən deyil (bax, Lingens v. Austria, judgment of 8 July 1986, Series Ano. 103, p. 28/46). Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət - şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz - şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində bir azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halın olmadığını nəzərə alaraq təqsirləndirildiyi CM-nin 148-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclası dövründə hüquqlarını 12 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 12 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 72 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 300 manat məhkəmə xərci təqsirləndirilən şəxsdən tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə təqsirli bilinib ona 400 saat ictimai işlər cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş ictimai işlər cəzasını yaşadığı ərazi üzrə müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi ictimai yerlərdə çəksin. Cəzasının əvvəli ictimai işlərə cəlb edildiyi vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməqdən saxlanılsın. İş üzrə maddi sübut olan 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə ekspertiza xərci olan 300 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 12 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 72 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-79/2022
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-79/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver