Məhkəmə qərarları › İş №1(046)-79/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-79/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-79/2023 21.11.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı1, Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991 -ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, ali təhsilli, işsiz, məhkumluğu ödənilməmiş, subay, ünvan 1 ünvanda yaşayan barəsində “polisin nəzarəti altına vermə"' qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,920 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə edərək saxlamış, 21 avqust 2023-cü il tarixdə, saat 18 radələrində Göyçay şəhəri Atatürk küçəsində olarkən və üzərində həmin narkotik vasitə heroini daşıyarkən Göyçay RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, saat 18:40-da üzərinə şəxsi axtarış keçirilərkən əynindəki mavi rəngli cins şalvarın sağ arxa cibindən 01 (bir) ədəd sellofan bükümdə olmaqla təmiz çəkisi 0, 920 qram kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cii il tarixdə Bakı şəhərinə getmiş, saat 19 radələrində Nəsimi Bazarının yaxınlığında 46 saylı orta məktəbin yanından keçərkən yerə yeni atılmış ağ rəngli “LD” siqaret qutusunu görüb onu yerdən götürmüşdür. Siqaret qutusunun içərisinə baxarkən onun içərisində şəffaf rəngli selefona bükülmüş büküm görmüş, bükümü açıb içərisinə baxarkən içərisində narkotik vasitə “heroin” olduğunu bilmiş, istifadə etməsi üçün oradan götürərək əynində olan şalvarın arxa sağ cibinə qoymuşdur. Bundan sonra Göyçay rayonuna yaşadığı evə qayıtmışdır. 21 avqust 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı evin yaxınlığında Göyçay şəhər Atatürk küçəsində çayxananın qarşısında dayanan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik maddələrin qəbulunda və üzərimdə gəzdirilməsində şübhəli olduğunu ona bildirib, Göyçay RPŞ-nə gətirmişlər. RPŞ-də ona hüquq və vəzifələri izah olunmuş və dövlət hesabına vəkillə təmin olunmaq istədiyini bildirmişdir. Ona görədə vəkilin iştirakı ilə video çəkilişlə, üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilən zaman əynində olan mavi rəngli cins materialdan olan şalvarının arxa sağ cibindən 1 ədəd şəffaf rəngli selefona bükülmüş bükümü polislərə təqdim etmişdir. Həmin bükümün içərisinə açılıb baxılarkən onun içərisində bozumtul rəngli maddə aşkar olunmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş həmin büküm elektron tərəziyə qoyularaq çəkilmiş, həmin büküm 1,03 qram oldu. Sonra həmin üzərindən aşkar olunmuş içərisində bozumtul rəngdə olan büküm, 1 ədəd zərfə qoyularaq ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və zərfin ağzı möhürlənmişdir. Müdafiəçisi ilə birlikdə həmin zərfi imzalamışdır. Bununla bağlı protokol tərtib olunmuş, protokol ona ucadan oxunmuş və tərəfindən imzalanmışdır. Törətdiyi əməldən peşmandır.Məhkəmədən xahiş emişdir ki,ona cəza təyin edilərkən, himayəsində yaşlı və xəstə anasının olduğu, atası vəfat etdiyindən digər ailə üzvünün olmadığı nəzərə alınsın. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkilidir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğu, üzərində daşıması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında digər polis əməkdaşları Şahid3 və Şahid1 ilə birlikdə 21 avqust 2023-cü il tarixdə saat 18 radələrində Göyçay şəhəri Atatürk küçəsində Təqsirləndirilən şəxs özlərini təqdim edərək, qanunsuz narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirib Göyçay rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsinin növbətçi hissənin qarşısında RPŞ-nin TB-nin təhqiqatçısı Qiyas Behbudov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunub Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra- təhqiqatçı X3 Mahmudova hüquq və vəzifələrini izah etdikdən sonra Müdafiəçi, onun və CAB-nin əməliyyat müvəkkili Şahid3 və videoçəkilişi aparan şöbənin KTQ-nun baş inspektoru Şahid4 iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarın sağ arxa cibindən kiçik ölçülü 01 (bir) ədəd şəffaf rəngli sellofan büküm aşkar olundu. Həmin bükümə nəzər saldıqda içərisində boz rəngli maddə olması aşkar olundu. Aşkar edilmiş həmin sellofan bükümdə olan maddə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, sellofan bükümlə birlikdə çəkisi 1,03 qram olmuşdur. Şəxsi axtarış zamanı aşkar edilmiş həmin sellofan büküm götürülmüş və bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin ağzı kleylənərək möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 və Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin X1 alınmış 22 avqust 2023-cü il tarixli 17/631 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi -0,920 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 0.920 qram, tədqiqata sərf edilmişdir – 0.050 qram, qalıq 0.870 qram. Aparılmış ekspertizanın xərci 71.94 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 15 sentyabr 2023-cü il tarixli 1544 №- li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür.. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 69.3 və 93.1.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə Bakı şəhər Xəzər rayon məhkəməsinin qərarı ilə 01 ay 18 gün cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.920 qram çəkidə narkotik vasitə olan heroini 21 avqust 2023-cü il tarixdə, saat 18 radələrində Göyçay şəhəri Atatürk küçəsində olarkən üzərində saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi əməli etiraf edərək səmimi peşman olduğu cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törədərək cinayətlərin residivliyini yaratmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq ona təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini məhkumluğu ödənilmədən törətdiyindən, Azərbaycan Respublikası CM-nin 65-ci maddəsində təsbit edilmiş cinayətlərin residivi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon polis şöbəsinin təhqiqatçısı Qiyas Beybutov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərara əsasən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə zalından həbsə alınmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Göyçay rayon polis şöbəsində saxlanılan 0.870 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 71.94 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351- 353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrumetmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 1 il 5 ay 28 müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə zalından həbsə alınsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay rayon Polis şöbəsində saxlanılan 0.870 qram narkotik vasitə heroin məhv edilsin. Ekspertiza xərci olan 71.94 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar