Məhkəmə qərarları › İş №1(046)-79/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-79/2025

24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-79/2025 24.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 15:00-da Qurbanov Elçin Firudin oğlunun sədrliyi Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göyçay rayonu İnçə kəndində qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq niyyəti və tamah məqsədi ilə 30 yanvar 2025-ci il tarixdə saat 12 radələrində Göyçay rayonu Aşağı Qaraməryəm kəndində yerləşən çöllük sahədə sahibsiz otlayan Zərərçəkmiş şəxs məxsus diri çəkisi 80 kq, sağlam və boğaz vəziyyətdə yerli cins, dəyəri 400 manat olan bir baş və diri çəkisi 80 kq, sağlam və boğaz vəziyyətdə “Beyləqan" cins, dəyəri 400 manat olan bir baş olmaqla ümumi dəyəri 800 manat olan 2 baş qoyunu gizli olaraq talayıb oğurlayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 800 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi dindirib, iş üzrə olan bütun sübutları tədqiq edib, məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayətin törədilməsində təqsirli hesab edilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin177.1-ci maddəsi ilə təqsirli bildi, ifadə verərək göstərdi ki, dostu Şahid3 Göyçay rayonu Aşağı Qaraməryəm kəndində şəxsi təsərrüfatında olan 121 baş qoyunları 2025-ci ilin yanvar ayının 20-dən sonra otararaq ona kömək etməyə başlamışdır.O, hər gün səhər saat 09 radələrində Aşağı Qaraməryəm kəndinə gələrək İsmayılın qoyunlarını otarır, axşam saat 18 radələrində qoyunları İsmayılın yaşadığı evin həyətində yerləşən tövləyə aparır və daha sonra yaşadığı İnçə kəndinə gedirmiş. 30 yanvar 2025-ci il tarixdə saat 10 radələrində İsmayılın qoyunlarını otararkən bir qədər sonra Məcnunun oğlu Məzahirə məxsus qoyunlarının sahibsiz şəkildə otlayaraq onun qoyun otardığı sahəyə tərəf gəlməsini görmüş, bu zaman Məzahirə məxsus qoyunlardan 2 baş qoyunu oğurlayıb aparıb satmaq qərarına gəlmişdir. Buna görə də ətrafa baxmış və ətrafda heç kimin olmamasından əmin olmuş, daha sonra isə Məzahirin təsərrüfatında olan qoyunlardan 2 baş boğaz vəziyyətdə olan qoyunları otardığı İsmayıla məxsus qoyunlara qarışdırmış, sonra isə Məzahirin qalan qoyunlarını geriyə doğru qovmuş, həmin gün saat 12 radələrində oğurladığı qoyunların hər ikisini idarə etdiyi özünə məxsus «VAZ 2106» markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoymuşdur. Qoyunlar boğaz olduqları üçün ayaqlarını bağlamamış, sonra isə saat 13 radələrində İsmayıl qoyunların yanına gəlmiş, o isə özünə məxsus İnçə kəndi ərazisində yerləşən pay torpaq sahəsinə su açmaq üçün getmişdir. Göyçay rayonu Dövranlı kəndinin ərazisində olan zaman tanışı olan Fuad adlı şəxsin bir neçə gün əvvəl ona dediyi söz yadına düşmüş, belə ki, Fuad onun İsmayılın qoyunlarını otardığını bildiyi üçün ona əgər satılıq qoyun olarsa damazlıq qoyun almaq istəməsini bilirmiş, buna görə də o, Fuadın yaşadığı Göyçay rayonu Dövranlı kəndində yerləşən evinə getmiş, Fuada qoyunları göstərərək özünə məxsus olmasını və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Qoyunları 800 manata Fuada satmış, bundan sonra isə yaşadığı evə getmiş, həmin pul ilə özünə məxsus avtomobilə ehtiyyat hissələri alaraq təmir etmişdir. Qoyunları tək oğurlamış, bu işdə ona heç kim kömək etməmiş,Şahid1 qoyunların oğurluq olmasından məlumatı olmamış, Şahid1 qoyunların özünə məxsus olmasını bildirmişdir. Zərərçəkmiş şəxslə barışmış, ona dəymiş maddi ziyanı ödəmiş, qərar qəbul edərkən bu halları nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, fərdi təsərrüfatında 24 baş qoyun heyvanı vardır, özünə məxsus qoyunları yaşadığı Göyçay rayonu Aşağı Qaraməryəm kəndi ərazisində çöllük sahədə otarır, hər gün qoyunlarını otlamaları üçün çöllük sahəyə göndərir və hərdən bir nəzarət edir. Günün böyük hissəsində qoyunlar sahibsiz şəkildə otlayır. 30 yanvar 2025-ci il tarixdə də o, hər gün olduğu kimi saat 08 radələrində qoyunlarını otlamaları üçün Göyçay rayonu Aşağı Qaramərəm kəndində yerləşən çöllük sahəyə buraxmış, özü isə yaxınlıqda yerləşən özünə məxsus bağ sahəsində- işləmək üçün getmiş, bağda işləyən zaman başı qarışdığı üçün qoyunlara nəzarət edə bilməmişdir. Həmin gün saat 14 radələrində bağdan çıxaraq yaşadığı evə getmiş, bundan 1 saat sonra təxminən saat 15 radələrində yenidən bağ sahəsinə işləmək üçün qayıtmış, həmin vaxt uzaqdan qoyunların otlamalarını görmüş, daha sonra isə bağ sahəsində işləməyə davam etmişdir. Həmin gün saat 17 radələrində evə getmək istəmiş, buna görə də qoyunları həyətə aparmalı olmuş, qoyunlarını həyətə salan zaman bir-bir saymış, bu zaman qoyunlarından 2 baş dişi qoyunun olmadığını aşkar etmişdir. Əvvəlcə qoyunlarının çöllük sahədə itmələrini və ya başqa bir şəxsin qoyununa qarışaraq getməsini fikirləşmiş, buna görə də səhər tezdən qoyunlarını axtarmaq qərarına gəlmişdir. xx.xx.2025-ci il tarixdə qoyunlarını axtarmış, lakin tapa bilməmiş, buna görə də DİN-in 102 xidmətinə zəng edərək ona məxsus 2 baş qoyunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat vermişdir. Ona məxsus qoyunların hər ikisi 4 illik, dişi, diri çəkisi təxminən 80 kq, ağ rəngli, sağlam və boğaz vəziyyətdə, biri yerli cins, digəri isə Beyləqan cins qoyunun olmuşdur və qoyunlarının hər birinin qiyməti təxminən 450 manat olmuşdur. Ona dəymiş ziyan tam ödənilmişdir,qoyunlar ona qaytarılmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 ifadə verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Göyçay rayonu Dövranlı kəndində yerləşən yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs küçədən onu çağırmasını görmüş, buna görə də küçəyə çıxımış, bu zaman Təqsirləndirilən şəxs ona onda iki baş boğaz vəziyyətdə satılıq dişi qoyun olmasını bildirmiş və həmin qoyunları almaq istəyibistəmədiyini soruşmuş, o da Təqsirləndirilən şəxs qoyunların harada və kimin olmasını soruşmuş, Təqsirləndirilən şəxs də ona qoyunların özünə məxsus olmasını və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük yerini açmış və o da avtomobilin yük yerində 2 baş boğaz vəziyyətdə dişi qoyun olmasını görmüşdür. İlkin ilə razılaşaraq iki baş dişi qoyun üçün İlkinə 800 manat pul vermiş və qoyunları öz həyətinə düşürdərək şəxsi təsərrüfatında olan qoyunlara qatmışdır. xx.xx.2025-ci il tarixdə əvvəllər də tanıdığı Zərərçəkmiş şəxs onun yaşdığı ünvana gəlmiş, söhbət zamanı Zərərçəkmiş şəxs ona 2 baş qoyunun oğurlanmasını bildirmiş və daha sonra onun qoyunlarına baxmış, bundan sonra Məzahir ona qoyunlarının içərisində olan 2 baş boğz qoyunu göstərərək həmin qoyunları haradan əldə etdiyini soruşmuş, həmçinin həmin qoyunların ona məxsus oğurlanmış qoyunlar olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs həmin qoyunları Təqsirləndirilən şəxs 800 manata satın aldığını bildirmiş, bundan sonra xx.xx.2025- ci il tarixdə Göyçay rayon polis şöbəsinin əməkdaşları onu rayon polis şöbəsinə dəvət etmişdirlər. Qoyunların oğurluq olması barədə heç bir məlumatı olmamış, Təqsirləndirilən şəxs qoyunların özünə məxsus olmasını bildirmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma oğludur. Oğlu Məzahirə məxsus 24 baş qoyun vardır. Oğlu Məzahir həmin qoyunları digər oğlu Əlinin qoyunları ilə birlikdə otarır. xx.xx.2025-ci il tarixdə axşam qoyunları tövləyə saldıqdan sonra Məzahir ona 2 baş qoyunun olmadığını bildirmiş, bundan sonra isə qoyunu axtarmağa başlamış, lakin qoyunları tapa bilmədiyi üçün DİN-in 102 xidmətinə şikayət etmiş, oğurluq baş verməzdən təxminən 2-3 gün əvvəl qoyunları tövləyə aparan zaman İlkin adlı şəxsin otardığı bir sürü qoyun onun yolunun üstündə olmuş, buna görə də o, İlkin adlı şəxs irad bildirərək qoyunları aparmasını tapşırmışdır ki, qoyunları biri-birinə qarşımasınlar. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin 21 may 2025-ci il tarixli 35 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus 2 baş qoyunun cari dövr üçün orta bazar qiyməti 800 manat təşkil edir. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2025-ci il tarixdə, saat 13.00-da şübhəli şəxs qismində tutulmuş, 11 fevral 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 12.00-da MSY-dən azad edilmişdir. «Oğurluq,soycunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli,1№-li qərarının 27-ci bəndinə görə talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq niyyəti və tamah məqsədi ilə 30 yanvar 2025-ci il tarixdə saat 12 radələrində Göyçay rayonu Aşağı Qaraməryəm kəndində yerləşən çöllük sahədə sahibsiz otlayan Zərərçəkmiş şəxs məxsus diri çəkisi 80 kq, sağlam və boğaz vəziyyətdə yerli cins, dəyəri 400 manat olan bir baş və diri çəkisi 80 kq, sağlam və boğaz vəziyyətdə “Beyləqan" cins, dəyəri 400 manat olan bir baş olmaqla ümumi dəyəri 800 manat olan 2 baş qoyunu gizli olaraq talayıb oğurlayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 800 manat maddi ziyan vurmaqla oğurluq etmiş, törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin tərkibini təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin dispozisiyasında oğurluğa görə məsuliyyət özgənin əmlakını gizli olaraq talandığı hallarda yaranır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə dəymiş ziyanın aradan qaldırılmasını, ona qarşı zərərçəkmiş şəxsin tələbinin olmamasını iş üzrə cəzasını yüngülləşdirən hallar olmasını və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 69.3cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanılma müddəti nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddəti bir günə iki gün hesablanmaqla müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərinə daimi yaşayış yeri olan Göyçay rayonu İnçə kəndində olan fərdi yaşayış evini hər gün saat 23:00dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə 40 manat qiymətləndiricinin xidmət haqqı Təqsirləndirilən şəxs alınaraq "xxxx" MMC-nin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan 2 baş qoyunun qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə şərh olunanları nəzərə alıb və Azərbaycan Respublikası CPM-nın 351- 353,384-cü maddələrini rəhbər tutub, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 2 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 4 gün çıxılaraq qəti olaraq ona 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Göyçay rayonu İnçə kəndində olan fərdi yaşayış evini hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 2 baş qoyunun qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 40 manat qiymətləndiricinin xidmət haqqı Təqsirləndirilən şəxs alınaraq "xxxx" MMC-nin hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar